Qanunvericilik › Dövlət-özəl tərəfdaşlığı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 31

Maddə 31. Hesablaşma və valyuta ilə əməliyyatların aparılmasına təminat

Dövlət-özəl tərəfdaşlığı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

31.1. Özəl tərəfdaş dövlət-özəl tərəfdaşlığı layihəsinin maliyyələşdirilməsi üçün qeyri-rezident banklardan aldığı kreditlər üzrə öhdəliklərini yerinə yetirmək məqsədilə qeyri-rezident banklarda bank hesabları açmaq və həmin öhdəliklərin yerinə yetirilməsi üçün tələb olunan həddə xarici valyuta vəsaitini həmin hesablara mədaxil etmək (və ya köçürmək), Azərbaycan Respublikasında əldə etdiyi gəliri qeyri-rezident banklarda açdığı bank hesablarına köçürmək, həmin hesablarda saxlamaq və həmin hesablardan ödənişləri həyata keçirmək hüququna malikdir.

31.2. Müsabiqənin şərtlər toplusunda nəzərdə tutulduğu halda xarici elementli dövlət-özəl tərəfdaşlığı müqaviləsində Azərbaycan Respublikasının milli valyutasının xarici valyutalara qarşı dəyərinin dəyişməsinin dövlət-özəl tərəfdaşlığı layihəsinə mənfi təsirinin azaldılmasına və ya aradan qaldırılmasına dair müddəalar nəzərdə tutula bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver