Qanunvericilik › “Dövlət peşə təhsili müəssisələrinə müəllimlərin və istehsalat təlimi ustalarının işə qəbulu və yerdəyişməsi Qaydaları”nın təsdiq edilməsi barədə (Elm və Təhsil Nazirliyi, 21.02.2024) › Tam mətn

“Dövlət peşə təhsili müəssisələrinə müəllimlərin və istehsalat təlimi ustalarının işə qəbulu və yerdəyişməsi Qaydaları”nın təsdiq edilməsi barədə (Elm və Təhsil Nazirliyi, 21.02.2024)

“Dövlət peşə təhsili müəssisələrinə müəllimlərin və istehsalat təlimi ustalarının işə qəbulu və yerdəyişməsi Qaydaları”nın təsdiq edilməsi barədə (Elm və Təhsil Nazirliyi, 21.02.2024) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 908-VIQD nömrəli Qanununun tətbiqi və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyun tarixli 140 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2237 nömrəli Fərmanının 3-cü hissəsinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 5.11.2-ci yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyası qərara alır:

1. “Dövlət peşə təhsili müəssisələrinə müəllimlərin və istehsalat təlimi ustalarının işə qəbulu və yerdəyişməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Aparatının Hüquq şöbəsinə (S.Mahmudov) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

3. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə (C.Kərəmov) tapşırılsın ki, bu Qərardan irəli gələn vəzifələrin icrasını təmin etsin.

4. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Aparatının Vətəndaşlara xidmət və sənədlərlə iş şöbəsinə (R.Xanlarov) tapşırılsın ki, bu Qərarın surətinin Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına göndərilməsini təmin etsin.

5. Qərarın icrasına nəzarət Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 2024-cü il 12 yanvar tarixli 3-29/3-2-05F/2024 nömrəli əmri ilə müəyyən edilmiş kurasiya bölgüsünə əsasən həyata keçirilsin.

1.1. Bu Qaydalar “Peşə təhsili haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.19-1-ci maddəsinə əsasən hazırlanmışdır və dövlət peşə təhsili müəssisələrinə (bundan sonra - təhsil müəssisələri) müəllimlərin (ümumtəhsil fənləri və ixtisas modulları üzrə) və istehsalat təlimi ustalarının (bundan sonra - usta) işə qəbulu və yerdəyişməsi qaydalarını müəyyən edir.

1.2. Müəllimlərin və ustaların işə qəbulu və yerdəyişməsi müsabiqə yolu ilə həyata keçirilir.

1.3. Müəllimlərin və ustaların işə qəbulu müsabiqəsində “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-1.2-ci maddəsində göstərilən şəxslər iştirak edə bilməzlər.

2.1. Müəllimlərin işə qəbulu müsabiqəsi (bundan sonra - işə qəbul müsabiqəsi) iki mərhələdən (test imtahanı və müsahibə) ibarət olmaqla mərkəzləşdirilmiş qaydada Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən həyata keçirilir.

2.2. Nazirlik təhsil müəssisələrinə müəllimlərin işə qəbulu ilə bağlı özünün rəsmi internet saytında və mediada müsabiqə elanı verir. İşə qəbul üzrə müsabiqə elanı müsabiqənin başlamasına azı bir ay qalmış verilir.

2.3. Ümumtəhsil fənləri üzrə işə qəbul müsabiqəsində müvafiq ixtisas üzrə pedaqoji təhsilə malik olan orta ixtisas və ya ali təhsilli şəxslər, ixtisas modulları üzrə işə qəbul müsabiqəsində isə orta ixtisas və ya ali təhsilli və ixtisası üzrə istehsalat və xidmət sahələrində ən azı 1 il əmək stajı olan şəxslər namizəd kimi iştirak edə bilərlər.

2.4. İşə qəbul müsabiqəsində iştirak etmək üçün namizəd “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə işə qəbul üzrə müvafiq alt sistemdə (bundan sonra - sistem) qeydiyyatdan keçir və ona sistemdə “Şəxsi kabinet” açılır. Namizəd “Şəxsi kabinet”ə daxil olaraq elektron ərizəni doldurur və onu təsdiq edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci və 32.2-1-ci maddələrinin tələbləri, həmçinin namizədin uyğunluğunun qiymətləndirildiyi meyarlar nəzərə alınmaqla ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

2.4.1. namizədin orta ixtisas və ya ali təhsili haqqında dövlət sənədinin (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasına dair sənədinin) və elmi dərəcəsinin olduğunu təsdiq edən sənədin (olduğu halda) surəti;

2.4.2. ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemindən əmək müqavilələrinə dair çıxarış, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində müəyyən edilmiş hallarda, eləcə də 2014-cü il iyulun 1-dək xitam verilmiş əmək müqavilələrinə münasibətdə isə əmək kitabçasının notariat qaydasında və ya işəgötürən tərəfindən təsdiq edilmiş surəti.

2.5. Elektron ərizə namizəd tərəfindən təsdiq edildikdən sonra məlumatların uyğunluğu “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş müddətdə yoxlanılır. Sənədlərin tamlığı yoxlanıldıqdan sonra namizədin test imtahanına buraxılması, yaxud buraxılmaması barədə məlumat onun “Şəxsi kabinet”inə göndərilir. Namizədlər işə qəbul müsabiqəsi ilə bağlı məlumatları (keçirilmə vaxtı və yeri barədə və s.) “Şəxsi kabinet” vasitəsilə əldə edirlər.

2.6. Test imtahanında namizədlərə tədris edəcəyi ümumtəhsil fənləri və ya ixtisas modulları üzrə təhsil proqramlarına aid 40 sual, tədris metodikasına (fənnin (modulun) tədrisi metodikası sahəsində yeniliklər, pedaqoji prosesin təşkili prinsipləri, təlim fəaliyyətinin planlaşdırılması, təlimin təşkilinə verilən tələblər, bilik və bacarıqların qiymətləndirilməsi metodları, qiymətləndirmənin növləri və məqsədləri və s.) və təlim strategiyalarına (müasir təlim metodları və üsulları, fəal-interaktiv təlim texnologiyaları, interaktiv dərsin mərhələləri və ona verilən tələblər, kurikulumun mahiyyəti və məzmunu, innovativ pedaqoji fəaliyyətin xüsusiyyətləri və s.) aid 20 sual təqdim edilir.

2.7. Test imtahanı kompüterdə elektron qaydada həyata keçirilir. Proqram təminatı hər bir namizədə fərdi test variantı təqdim edir.

2.8. Test imtahanı suallarının cavablandırılması üçün 150 dəqiqə vaxt ayrılır.

2.9. Test imtahanında yolverilməyən hərəkətlər, habelə imtahana gətirilməsi qadağan edilən əşyaların siyahısı yaddaş kitabçasında əks olunur və test imtahanına buraxılması barədə məlumatla birgə namizədin “Şəxsi kabineti”nə göndərilir.

2.10. Namizəd yaddaş kitabçasında müəyyən edilmiş tələbləri pozduqda, bu barədə akt tərtib edilir və həmin şəxs işə qəbul müsabiqəsindən kənarlaşdırılır. Müvafiq pozuntular işə qəbul müsabiqəsi başa çatdıqdan sonra aşkar edilərsə, bu hal aktlaşdırılır və həmin şəxsin nəticələri ləğv edilir.

2.11. Test imtahanında ümumtəhsil fənləri və ya ixtisas modulları üzrə təhsil proqramı üzrə hər düzgün cavab 2 balla, tədris metodikası və təlim strategiyaları üzrə hər düzgün cavab 1 balla qiymətləndirilir. Ümumtəhsil fənləri və ya ixtisas modulları üzrə hər səhv cavaba görə 0,5 bal, tədris metodikası və təlim strategiyaları üzrə hər səhv cavaba görə 0,25 bal çıxılır.

2.12. Test imtahanının nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və nəticələr test imtahanı başa çatdıqdan dərhal sonra elan edilir.

2.13. Test imtahanında ümumtəhsil fənləri və ya ixtisas modulları üzrə təhsil proqramı üzrə minimun 34 bal və tədris metodikası və təlim strategiyaları üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər vakant yerlərin seçiminə buraxılır.

2.14. Namizədlər 8 vakant yer seçə bilərlər.

2.15. Vakant yerlərə yerləşdirmə namizədlərin elektron ərizədə qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə topladıqları bala əsasən sistem tərəfindən aparılır. Bir vakant yerə iki və daha artıq sayda eyni bal toplamış namizəd olduqda aşağıdakı ardıcıllıqla əlavə göstəricilər nəzərə alınır:

2.15.1. ümumtəhsil fənləri və ya ixtisas modulları üzrə təhsil proqramı üzrə toplanılan bal;

2.15.2. təhsil məlumatları (təhsil səviyyəsi, elmi dərəcəsi);

2.15.3. ali və ya orta ixtisas təhsilini fərqlənmə ilə bitirmə;

2.15.4. pedaqoji staj.

2.16. Bu Qaydaların 2.15-ci bəndinə əsasən vakant yerləri tutan namizədlər müsahibəyə buraxılırlar.

2.17. Müsahibələrin keçirilməsi məqsədilə hər il müvafiq komissiyalar yaradılır.

2.18. Komissiyaların tərkibi Nazirlik tərəfindən təhsil müəssisəsinin rəhbəri, kadrlar üzrə mütəxəssis və psixoloqdan ibarət olmaqla təsdiq edilir.

2.19. Müsahibə mərhələsində namizədlərin ümumi dünyagörüşü, peşə keyfiyyətləri, ünsiyyət, təlimi planlaşdırma, təlimin təşkilində istifadə olunan forma və üsulları tətbiq etmək bacarığı komissiya tərəfindən yoxlanılır. Müsahibənin nəticəsinə əsasən namizədin vəzifəyə uyğun olub olmaması barədə qərar verilir.

2.20. Müsahibənin nəticələri onun keçirildiyi tarixdən 5 iş günü müddətində namizədlərin “Şəxsi kabinet”inə göndərilir.

2.21. Test imtahanında və ya müsahibədə iştirak etməyən namizədlər üçün təkrar test imtahanı və müsahibə keçirilmir.

3.1. Ustaların işə qəbulu müsabiqəsi (bundan sonra – işə qəbul müsabiqəsi) iki mərhələdən (test imtahanı və müsahibə) ibarət olmaqla mərkəzləşdirilmiş qaydada Nazirlik tərəfindən həyata keçirilir.

3.2. Nazirlik təhsil müəssisələrinə ustaların işə qəbulu ilə bağlı özünün rəsmi internet saytında və mediada müsabiqə elanı verir. İşə qəbul üzrə müsabiqə elanı müsabiqənin başlamasına azı bir ay qalmış verilir.

3.3. İşə qəbul müsabiqəsində peşə, orta ixtisas və ya ali təhsilli və ixtisası üzrə istehsalat və xidmət sahələrində ən azı 5 il əmək stajı olan şəxslər namizəd kimi iştirak edə bilərlər.

3.4. İşə qəbul müsabiqəsində iştirak etmək üçün namizəd sistemdə qeydiyyatdan keçir və ona sistemdə “Şəxsi kabinet” açılır. Namizəd “Şəxsi kabinet”ə daxil olaraq elektron ərizəni doldurur və onu təsdiq edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci və 32.2-1-ci maddələrinin tələbləri, həmçinin namizədin uyğunluğunun qiymətləndirildiyi meyarlar nəzərə alınmaqla ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

3.4.1. namizədin peşə, orta ixtisas və ya ali təhsili haqqında dövlət sənədinin (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasına dair sənədinin) və elmi dərəcəsinin olduğunu təsdiq edən sənədin (olduğu halda) surəti;

3.4.2. nəqliyyat vasitələrinin idarə olunması ixtisasları üzrə usta vəzifəsi üçün müraciət edən namizədin “B”, “C” və “D” kateqoriyaları üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsinin surəti;

3.4.3. ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemindən əmək müqavilələrinə dair çıxarış, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində müəyyən edilmiş hallarda, eləcə də 2014-cü il iyulun 1-dək xitam verilmiş əmək müqavilələrinə münasibətdə isə əmək kitabçasının notariat qaydasında və ya işəgötürən tərəfindən təsdiq edilmiş surəti;

3.4.4. iş bacarıqları və səriştələri barədə ən azı 1 istehsalat müəssisəsinin tövsiyə məktubu;

3.4.5. əmək funksiyası ilə bağlı müvafiq sertifikatlar (olduğu halda).

3.5. Elektron ərizə namizəd tərəfindən təsdiq edildikdən sonra məlumatların uyğunluğu “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş müddətdə yoxlanılır. Sənədlərin tamlığı yoxlanıldıqdan sonra namizədin test imtahanına buraxılması, yaxud buraxılmaması barədə məlumat onun “Şəxsi kabinet”inə göndərilir. Namizədlər işə qəbul müsabiqəsi ilə bağlı məlumatları (keçirilmə vaxtı və yeri barədə və s.) “Şəxsi kabinet” vasitəsilə əldə edirlər.

3.6. Test imtahanında namizədlərə tədris edəcəyi təlim modullarına aid 40 sual, təlim metodikasına (təlim metodikası sahəsində yeniliklər, təlim prosesinin təşkili prinsipləri, təlim fəaliyyətinin planlaşdırılması, təlimin təşkilinə verilən tələblər, bilik və bacarıqların qiymətləndirilməsi metodları, qiymətləndirmənin növləri və məqsədləri və s.) və təlim strategiyalarına (müasir təlim metodları və üsulları, fəal-interaktiv təlim texnologiyaları, interaktiv təlimin mərhələləri və ona verilən tələblər, təlimin mahiyyəti və məzmunu, innovativ təlim fəaliyyətin xüsusiyyətləri və s.) aid 15 sual, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarına aid 5 sual təqdim edilir.

3.7. Test imtahanı kompüterdə elektron qaydada həyata keçirilir. Proqram təminatı hər bir namizədə fərdi test variantı təqdim edir.

3.8. Test imtahanı suallarının cavablandırılması üçün 150 dəqiqə vaxt ayrılır.

3.9. Test imtahanında yol verilməyən hərəkətlər, habelə imtahana gətirilməsi qadağan edilən əşyaların siyahısı yaddaş kitabçasında əks olunur və test imtahanına buraxılması barədə məlumatla birgə namizədin “Şəxsi kabineti”nə göndərilir.

3.10. Namizəd yaddaş kitabçasında müəyyən edilmiş tələbləri pozduqda, bu barədə akt tərtib edilir və həmin şəxs işə qəbul müsabiqəsindən kənarlaşdırılır. Müvafiq pozuntular işə qəbul müsabiqəsi başa çatdıqdan sonra aşkar edilərsə, bu hal aktlaşdırılır və həmin şəxsin nəticələri ləğv edilir.

3.11. Test imtahanında təlim modulları üzrə hər düzgün cavab 2 balla, təlim metodikası və təlim strategiyaları, eləcə də əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydaları üzrə hər düzgün cavab 1 balla qiymətləndirilir. Təlim modulları üzrə hər səhv cavaba görə 0,5 bal, təlim metodikası və təlim strategiyaları, eləcə də əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydaları üzrə hər səhv cavaba görə 0,25 bal çıxılır.

3.12. Test imtahanının nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və nəticələr test imtahanı başa çatdıqdan dərhal sonra elan edilir.

3.13. Test imtahanında təlim modulları üzrə minimum 32 bal və təlim metodikası və təlim strategiyaları üzrə minimum 6 bal, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydaları üzrə minimum 2 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər vakant yerlərin seçiminə buraxılırlar.

3.14. Namizədlər 8 vakant yer seçə bilərlər.

3.15. Vakant yerlərə yerləşdirmə namizədlərin elektron ərizədə qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə topladıqları bala əsasən sistem tərəfindən aparılır. Bir vakant yerə iki və daha artıq sayda eyni bal toplamış namizəd olduqda aşağıdakı ardıcıllıqla əlavə göstəricilər nəzərə alınır:

3.15.1. təlim modulları üzrə toplanılan bal;

3.15.2. təhsil məlumatları (təhsil səviyyəsi, elmi dərəcəsi, ixtisasartırma sertifikatları və s.);

3.16. Bu Qaydaların 3.15-ci bəndinə əsasən vakant yerləri tutan namizədlər müsahibəyə buraxılırlar.

3.17. Müsahibələrin keçirilməsi məqsədilə hər il müvafiq komissiyalar yaradılır.

3.18. Komissiyaların tərkibi Nazirlik tərəfindən təhsil müəssisəsinin rəhbəri, tədris və təlim işləri üzrə direktor müavini (və ya kadrlar üzrə mütəxəssis) və psixoloqdan ibarət olmaqla təsdiq edilir.

3.19. Müsahibə mərhələsində namizədlərin ümumi dünyagörüşü, peşə keyfiyyətləri, ünsiyyət, təlimi planlaşdırma, təlimin təşkilində istifadə olunan forma və üsulları tətbiq etmək bacarığı komissiya tərəfindən yoxlanılır. Müsahibənin nəticəsinə əsasən namizədin vəzifəyə uyğun olub olmaması barədə qərar verilir.

3.20. Müsahibənin nəticələri onun keçirildiyi tarixdən 5 iş günü müddətində namizədlərin “Şəxsi kabinet”inə göndərilir.

3.21. Test imtahanında və ya müsahibədə iştirak etməyən namizədlər üçün təkrar test imtahanı və müsahibə keçirilmir.

4.1. Müəllimlərin və ustaların yerdəyişməsi tədris ilinin sonunda müsabiqə əsasında həyata keçirilir. Yerdəyişmə müsabiqəsi müəllimlərin və ustaların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində və ya işə qəbul üzrə müsabiqədə toplanılan bal əsasında aparılır.

4.2. Yerdəyişmə müsabiqəsində iştirak üçün müəllimlər və ustalar sistemdə qeydiyyatdan keçir və onlara sistemdə “Şəxsi kabinet” açılır.

4.3. Müəllim və ustalar “Şəxsi kabinet”ə daxil olaraq elektron ərizəni doldurur və vakant yer (4 yerdən çox olmamaqla) seçərək ərizəsini təsdiqləyir.

4.4. Yerdəyişmənin nəticələri barədə məlumat müəllimlərin və ustaların “Şəxsi kabinet”inə göndərilir.

İşə qəbul və yerdəyişmə müsabiqəsindən müvəffəqiyyətlə keçmiş namizədlərin siyahısı əmək münasibətlərinin rəsmiləşdirilməsi üçün aidiyyəti üzrə təhsil müəssisələrinə göndərilir.

1. 14 mart 2025-ci il tarixli KQ-03 nömrəli Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202503140003, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 aprel 2025-ci il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver