“Poçt haqqında” Azərbaycan Respublikasının 2004-cü il 29 iyun tarixli 714-IIQ nömrəli Qanununun 4.1.3-cü maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 3.0.53-cü yarımbəndinə uyğun olaraq, həmin Əsasnamənin 5.11-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası
1. “Dövlət poçt ödənişi nişanlarının hazırlanması, nominal dəyərinin və tirajının təsdiq edilməsi, onların nəşri, dövriyyəyə buraxılması və dövriyyədən çıxarılması Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Hüquq şöbəsinə tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 (üç) gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
3. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.
rəqəmsal inkişaf və nəqliyyat naziri
1.1. Bu Qayda “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun 4.1.3-cü maddəsinə uyğun olaraq dövlət poçt ödənişi nişanlarının hazırlanması, nominal dəyərinin və tirajının təsdiq edilməsi, onların nəşri, dövriyyəyə buraxılması və dövriyyədən çıxarılması qaydalarını müəyyən edir.
1.2. Bu Qaydada aşağıdakı anlayışlardan istifadə olunmuşdur:
1.2.1. dövlət poçt ödənişi nişanları (bundan sonra - DPÖN) - poçt markaları, zərflərin və poçt kartlarının üzərində mətbəə üsulu ilə həkk edilmiş poçt markaları, dövlət poçt ödənişi nişanlarına bərabər tutulan markalayıcı maşının həkki;
1.2.2. DPÖN-ün nominal dəyəri – “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin (bundan sonra – AZCON) idarəetməsinə verilmiş “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra - milli poçt operatoru) tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rəyi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən müəyyən edilmiş tariflərə uyğun olaraq, ərəb rəqəmləri və latın hərfləri ilə milli valyutada DPÖN-ün üzərindən qeyd edilən dəyər;
1.2.3. DPÖN-lərin dövriyyəyə buraxılması – bu Qaydaya uyğun olaraq hazırlanmış DPÖN-lərin istifadəyə verilməsi;
1.2.4. DPÖN-lərin dövriyyədən çıxarılması – “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qaydaya uyğun olaraq DPÖN-lərin istifadədən çıxarılması;
1.2.5. Milli poçt operatoru – Nazirlik tərəfindən universal poçt və poçt-maliyyə xidmətləri göstərilməsi üçün təyin olunmuş poçt operatoru.
1.3. Bu Qaydada istifadə olunan digər anlayışlar “Poçt haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.
2.1. Növbəti il üçün DPÖN-lərin hazırlanmasının, onların nominal dəyərinin və tirajının, nəşrinin, dövriyyəyə buraxılmasının və dövriyyədən çıxarılmasının müəyyənləşdirilməsi məqsədi ilə milli poçt operatoru tərəfindən cari ilin noyabr ayının 15-dək illik Tematik Plan (bundan sonra - Plan) layihəsi hazırlanır.
2.2. Bu Qaydanın 2.3-cü bəndinə əsasən Plan layihəsində hazırlanması nəzərdə tutulan DPÖN-lər barədə, Azərbaycan Respublikası Prezidentinin və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq aktlarına, habelə daxil olan müraciətlərə istinad edilməklə, ayrı-ayrılıqda aşağıdakılar nəzərdə tutulur:
2.2.1. bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulan DPÖN-lərin növbəti il üçün hazırlanması əsasları;
2.2.2. növbəti il üçün hazırlanması nəzərdə tutulan DPÖN-lərin nominal dəyəri və tirajı;
2.2.3. növbəti il üçün hazırlanması nəzərdə tutulan DPÖN-lərin nəşr edilmə üsulları və tarixi;
2.2.4. növbəti il üçün hazırlanması nəzərdə tutulan DPÖN-lərin dövriyyəyə buraxılması proseduru;
2.2.5. növbəti il üçün dövriyyədən çıxarılması nəzərdə tutulan DPÖN-lər, onların dövriyyədən çıxarılma əsası və proseduru.
2.3. Bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq, Plana salınması nəzərdə tutulan DPÖN-lərin hazırlanması əsasları aşağıdakılardır:
2.3.1. hazırlanması Azərbaycan Respublikası Prezidentinin və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktlarından irəli gəldiyi hallarda, həmin aktlarda bilavasitə AZCON-a verilən müvafiq tapşırıqlar;
2.3.2. növbəti il üçün müvafiq mövzular üzrə DPÖN-lərin hazırlanması barədə Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların müraciətləri və məlumatları (tövsiyələri);
2.3.3. Azərbaycan Respublikası Prezidentinin və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktlarından irəli gəldiyi hallarda, həmin aktların konkret struktur elementlərinə istinad olunmaqla, növbəti il üçün müvafiq mövzular üzrə DPÖN-lərin hazırlanması barədə dövlət orqanlarının müraciətləri;
2.3.4. növbəti il üçün müvafiq mövzular üzrə DPÖN-lərin hazırlanması barədə fiziki və ya hüquqi şəxslərin (o cümlədən dövlət qurumlarının) “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müraciətləri.
2.4. Bu Qaydanın 2.3.3-cü və 2.3.4-cü yarımbəndlərində nəzərdə tutulan əsaslar üzrə müraciətlər, müraciət edən tərəfindən bu Qaydanın əlavəsində nəzərdə tutulan formaya uyğun olaraq, bu Qaydanın 3.2.4-cü, 7.1.2-ci yarımbəndlərinə, 5.6-cı, 8.2-ci bəndlərinə əsasən müqavilənin (bundan sonra – müqavilə) bağlanılmasına razılıq verildikdən sonra bu Qaydanın 2.5-ci bəndinə uyğun olaraq Planda nəzərə alınır.
2.5. Əvvəlcədən müəyyən edilməmiş mövzular üzrə Planda ehtiyat bölmə nəzərdə tutulur. Planın təsdiq edilməsindən sonrakı dövrdə daxil olan müraciətlər əsasında DPÖN-ün dövriyyəyə buraxılması bu Qaydaya uyğun olaraq ehtiyat bölməyə istinad edilməklə həyata keçirilir.
3.1. Milli poçt operatoru növbəti il üçün DPÖN ilə əlaqədar fəaliyyətini Nazirliyin təsdiq etdiyi Plan əsasında həyata keçirir.
3.2. Milli poçt operatoru cari ilin dekabrın ayının 1-dən gec olmayaraq, Planın layihəsini aşağıdakı sənədlərlə birlikdə Nazirliyə təqdim edir:
3.2.1. müvafiq müşayiət məktubu;
3.2.2. bu Qaydanın 2.3.1-ci yarımbəndinə uyğun olaraq tapşırıq olduğu halda, milli poçt operatorunun DPÖN-lərin nominal dəyəri, tirajı, onların nəşredilmə üsulları, tarixi və dövriyyəyə buraxılması proseduru barədə əsaslandırma, habelə həmin DPÖN-lərin eskizləri barədə təklifləri və aidiyyəti dövlət orqanı ilə qeyd edilənlərin razılaşdırılması barədə müvafiq sənəd və (və ya) məlumatı;
3.2.3. bu Qaydanın 2.3.2-ci yarımbəndinə uyğun olaraq müraciət olduğu halda, DPÖN-lərin nominal dəyəri, tirajı, onların nəşredilmə üsulları, tarixi və dövriyyəyə buraxılması qaydası barədə müraciətə əlavə olunan sənədlər və məlumatlar, habelə həmin DPÖN-lərin eskizləri barədə təklifləri və aidiyyəti beynəlxalq təşkilatların müraciətləri, tövsiyə və məlumatları;
3.2.4. bu Qaydanın 2.3.3-cü və 2.3.4-cü yarımbəndlərinə uyğun olaraq müraciət olduğu halda, DPÖN-lərin nominal dəyəri, tirajı, onların nəşredilmə üsulları, tarixi və dövriyyəyə buraxılması qaydası barədə müraciətə əlavə olunan sənədlər və məlumatlar, o cümlədən milli poçt operatoru ilə tərəflər arasında, bu Qaydanın əlavəsində nəzərdə tutulan formaya uyğun olaraq, müqavilənin bağlanılmasına müraciət edənin razılığı, o cümlədən müqaviləyə əlavə olunan DPÖN-ün eskizləri barədə təklifləri;
3.2.5. bu Qaydanın 2.2.5-ci yarımbəndinə uyğun olaraq, növbəti il üçün dövriyyədən çıxarılması nəzərdə tutulan DPÖN-lər, onların dövriyyədən çıxarılma əsası və proseduru barədə əsaslandırma.
3.3. Nazirlik təqdim olunan Plan layihəsini cari ilin dekabr ayının 5-dək təsdiq edir.
3.4. Aşağıdakı hallarda Nazirlik Plan layihəsinin təsdiq olunmasından imtina edir:
3.4.1.Plan layihəsində bu Qaydanın 2.2-ci və 2.3-cü bəndlərinə uyğun olaraq, müvafiq əsas olmadan DPÖN-lər barədə fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulduqda;
3.4.2. bu Qaydanın 3.2-ci bəndində nəzərdə tutulan sənədlər Plan layihəsinə əlavə edilmədikdə.
3.5. Milli poçt operatoru bu Qaydanın 3.4-cü bəndində nəzərdə tutulan halları 5 (beş) iş günü müddətində aradan qaldırmalı və təkmilləşdirilmiş Plan layihəsini təsdiq edilməsi üçün yenidən Nazirliyə təqdim etməlidir.
4.1.Bu Qaydanın 3-cü hissəsinə uyğun olaraq, təsdiq edilən Planda nəzərdə tutulmayan tədbirlər yalnız Plana dəyişikliklər təsdiq edildikdən sonra həyata keçirilə bilər.
4.2.Nazirliyin təsdiq etdiyi Planda dəyişikliklər milli poçt operatorunun müraciəti əsasında edilir. Milli poçt operatoru Planda dəyişikliklərin edilməsi məqsədi ilə Nazirliyə müraciəti zamanı aşağıdakı sənədləri və məlumatları təqdim etməlidir:
4.2.1. müvafiq müşayiət məktubu;
4.2.2. təsdiq edilmiş Planda dəyişikliklər layihəsi;
4.2.3. bu Qaydanın 2.2-ci, 2.3-cü və 3.2-ci bəndlərində nəzərdə tutulan müvafiq sənəd və məlumatları.
4.3. Nazirlik bu Qaydanın 4.2-ci bəndində nəzərdə tutulan sənədlərə və məlumatlara 5 (beş) iş günü müddətində baxaraq Planda dəyişiklikləri təsdiq edir. Planda dəyişikliklərin təsdiq edilməsindən imtina bu Qaydanın 3.4-cü və 3.5-ci bəndlərinə uyğun həyata keçirilir.
5.1. DPÖN-lər Nazirliyin təsdiq etdiyi Plana əsasən milli poçt operatoru tərəfindən hazırlanır.
5.2. DPÖN-lərin hazırlanması zamanı aşağıdakılar nəzərə alınır:
5.2.1. bu Qaydanın 2.3.1-ci yarımbəndinə uyğun olaraq, müvafiq tapşırıqlar və bu Qaydanın 3.2.2-ci yarımbəndində göstərilən sənəd və məlumatlar;
5.2.2. bu Qaydanın 2.3.2-ci yarımbəndinə uyğun olaraq, beynəlxalq təşkilatların müraciətləri, məlumatları (tövsiyələri) və bu Qaydanın 3.2.3-cü yarımbəndində göstərilən sənəd və məlumatlar;
5.2.3. bu Qaydanın 2.3.3-cü və 2.3.4-cü yarımbəndlərinə uyğun olaraq, müraciətlər və bu Qaydanın 3.2.4-cü yarımbəndində göstərilən sənəd və məlumatlar.
5.3. DPÖN-lər aşağıdakı hallarda milli poçt operatorunun tərtib etdiyi eskizlər əsasında hazırlanır:
5.3.1. bu Qaydanın 2.3.1-ci yarımbəndinə uyğun olaraq, DPÖN-ün eskizinin hazırlanmasını AZCON milli poçt operatoruna həvalə etdikdə;
5.3.2. DPÖN-ün eskizinin hazırlanması barədə müraciət edən tərəfin sifarişi olduqda.
5.4. Mövzulara müvafiq olaraq, milli poçt operatoru DPÖN-ün eskizinin hazırlanmasına rəssamlar və dizaynerlər cəlb edə bilər.
5.5. Milli poçt operatoru DPÖN-ləri bu Qaydanın 2.3.1-ci yarımbəndində nəzərdə tutulan halda aidiyyəti dövlət orqanı ilə razılaşdırmaqla, bu Qaydanın 2.3.2-ci yarımbəndində nəzərdə tutulan halda isə aidiyyəti beynəlxalq təşkilatların təklifləri (tövsiyələri) nəzərə alınmaqla hazırlayır.
5.6. Milli poçt operatoru DPÖN-ləri bu Qaydanın 2.3.3-cü və 2.3.4-cü yarımbəndlərində nəzərdə tutulan hüquq subyektləri ilə müqavilə bağladıqdan və həmin subyektlər tərəfindən müqavilə üzrə ödənişlər həyata keçirildikdən sonra hazırlayır.
6.1. DPÖN-lərin nominal dəyəri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rəyi nəzərə alınmaqla, Nazirlik tərəfindən müəyyən edilmiş tariflərə uyğun olaraq müəyyən edilir.
6.2. Bu Qaydanın 6.1-ci bəndinə uyğun olaraq, milli poçt operatoru DPÖN-lərin nominal dəyəri barədə bu Qaydanın 2.3.1-ci yarımbəndində nəzərdə tutulan halda aidiyyəti dövlət orqanını, bu Qaydanın 2.3.2-ci-2.3.4-cü yarımbəndlərində nəzərdə tutulan hallarda isə, müvafiq olaraq, müraciət edən subyektləri məlumatlandırır.
6.3. DPÖN-lərin nominal dəyəri, bu Qaydanın 3-cü hissəsinə müvafiq olaraq, Planın təsdiq edilməsi ilə təsdiq edilir.
7.1. DPÖN-lərin tirajı aşağıdakı qaydada müəyyən edilir:
7.1.1. bu Qaydanın 2.3.1-ci və 2.3.2-ci yarımbəndlərinə uyğun olaraq, müvafiq dövlət orqanlarını və ya beynəlxalq təşkilatları məlumatlandırmaqla;
7.1.2. bu Qaydanın 2.3.3-cü və 2.3.4-cü yarımbəndlərinə uyğun olaraq, müraciət edən subyektlərlə müqavilə bağlamaqla.
7.2. DPÖN-lərin tirajı, bu Qaydanın 3-cü hissəsinə müvafiq olaraq, Planın təsdiq edilməsi ilə təsdiq edilir.
8.1. DPÖN-lər bu Qaydanın 3-cü hissəsinə əsasən Planın təsdiq edilməsindən sonra nəşr edilir.
8.2. Bu Qaydanın 2.3.3-cü və 2.3.4-cü yarımbəndlərində nəzərdə tutulan hallarda, həmin Qaydanın 3-cü hissəsinə əsasən Planın təsdiq edilməsi ilə yanaşı, müraciət edən hüquq subyektləri ilə müqavilə bağlanıldıqdan sonra DPÖN-lər nəşr edilir.
8.3. DPÖN bu hissənin tələblərinə uyğun olaraq milli poçt operatoru tərəfindən nəşr edilir.
9.1. Bu Qaydanın 3-cü hissəsinə əsasən təsdiq edilən Plana uyğun olaraq, milli poçt operatoru DPÖN-ün dövriyyəyə buraxılması barədə nəşr edilmiş 3 (üç) nüsxə əlavə edilməklə Nazirliyə müraciət edir.
9.2. Nazirlik müraciətə 5 (beş) iş günü müddətində baxaraq, “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qaydanın tələblərinin yerinə yetirildiyini təsbit etdikdən sonra, bu Qaydanın 9.1-ci bəndinə əsasən təqdim edilmiş DPÖN-ün dövriyyəyə buraxılması barədə Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri müvafiq əmr qəbul edir.
9.3. Nazirlik “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qaydanın tələblərinin yerinə yetirilmədiyini təsbit etdikdə, müvafiq əsaslandırmaları milli poçt operatoruna təqdim edir. Milli poçt operatoru müvafiq düzəlişləri etdikdən sonra, bu Qaydanın 9.2-ci bəndinə uyğun olaraq, müvafiq əmr qəbul edilir.
9.4. DPÖN-lər, bu Qaydanın 6-cı hissəsinə əsasən müəyyən edilən nominal dəyərə uyğun olaraq dövriyyəyə buraxılır.
9.5. DPÖN-lər yalnız bu Qaydanın tələblərinə uyğun olaraq dövriyyəyə buraxıldıqdan sonra istifadə edilə bilər.
10.1. DPÖN-lər milli poçt operatorunun müraciəti ilə bu Qaydanın 3-cü hissəsinə uyğun olaraq, təsdiq edilən Plan əsasında dövriyyədən çıxarılır.
10.2. Milli poçt operatoru DPÖN-lərin dövriyyədən çıxarılması məqsədi ilə aşağıdakı hallarda Nazirliyə müraciət edir:
10.2.1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rəyi nəzərə alınmaqla, Nazirlik tərəfindən müəyyən edilmiş tariflərə uyğun olaraq, DPÖN-ün nominal dəyərinin yenidən qiymətləndirilməsi aparıldıqda;
10.2.2. DPÖN-lər yararsız vəziyyətə düşdükdə.
10.3. DPÖN-lərin dövriyyədən çıxarılması milli poçt operatorunun təklifləri ilə Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müvafiq əmri əsasında “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
11.1. Bu Qaydanın 3.2.4-cü yarımbəndinə uyğun olaraq, fiziki və hüquqi şəxslərin Nazirliyə və ya milli poçt operatoruna edilən müraciətləri üzrə icraat “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əlverişli inzibati akt qəbul edilərkən, həmin Qanunun 81.3-cü maddəsinə və bu Qaydanın tələblərinə uyğun olaraq, aktda inzibati aktın icrası ilə bağlı şəxsin hansı hərəkətləri etməli olduğu dəqiq müəyyənləşdirilməlidir.
11.2. Nazirlik Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 3.0.53-cü yarımbəndinə əsasən dövlət poçt ödənişi nişanlarının hazırlanmasına, nominal dəyərinin və tirajının təsdiq edilməsinə, onların çapına, dövriyyəyə buraxılmasına və dövriyyədən çıxarılmasına nəzarəti həyata keçirir.
Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının 2022-ci il “20” sentyabr tarixli KQ-11/22 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət poçt ödənişi nişanlarının hazırlanması, nominal dəyərinin və tirajının təsdiq edilməsi, onların nəşri, dövriyyəyə buraxılması və dövriyyədən çıxarılması Qaydası”na əlavə
Bu müqavilə “Dövlət poçt ödənişi nişanlarının hazırlanması, nominal dəyərinin və tirajının təsdiq edilməsi, onların nəşri, dövriyyəyə buraxılması və dövriyyədən çıxarılması Qaydası”na uyğun olaraq tərtib olunmuşdur.
Bir tərəfdən bundan sonra “İcraçı” adlandırılacaq “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti, İdarə Heyətinin sədri ________ şəxsində, digər tərəfdən isə bundan sonra “Sifarişçi” adlandırılacaq “________” (dövlət orqanının adı və onun səlahiyyətli şəxsinin tam adı, o cümlədən fiziki şəxsin tam adı və hüquqi şəxsin isə tam adı ilə birgə təmsil edən səlahiyyətli şəxsinin tam adı) şəxsində (bundan sonra ayrı-ayrılıqda “Tərəf”, birlikdə isə “Tərəflər” adlandırılacaq) aşağıdakılar barəsində razılığa gəldilər:
1.1. İcraçı Sifarişçinin sifarişi əsasında bu müqavilə və onun ayrılmaz tərkib hissəsi olan Müqavilənin Xüsusi Şərtlərində göstərilən qaydada müqaviləyə əlavə edilmiş eskiz layihəsinə uyğun olaraq dövlət poçt ödənişi nişanlarını hazırlamağı (bundan sonra “Məhsul”) və Sifarişçinin mülkiyyətinə verməyi, Sifarişçi isə İcraçıya Məhsulların dəyərini ödəməyi öhdəsinə götürür. Sifarişçinin müraciəti əsasında eskiz layihəsinin hazırlanması İcraçı tərəfindən həyata keçirilə bilər və bu xidmətin dəyəri Müqavilənin Xüsusi Şərtləri ilə razılaşdırılır.
1.2. İcraçı tərəfindən dövlət poçt ödənişi nişanları və ya eskiz layihəsi yalnız ödənişlər Sifarişçi tərəfindən bu Müqavilənin 6-cı hissəsinə uyğun qaydada həyata keçirildikdən sonra hazırlanır.
1.3. Tərəflər arasında Məhsulun hazırlanması bu Müqavilənin Xüsusi Şərtlərinin imzalanması və möhürlənməsi ilə razılaşdırılır. Xüsusi şərtlər qüvvəyə mindikdən sonra Tərəflər arasında Məhsulların hazırlanmasına dair tam razılaşmanı təşkil edir və bütün əvvəlki müzakirələri, layihələri, sənədləşmələri, razılaşmaları əvəz edir və onlara nisbətən üstün hüquqi qüvvəyə malikdirlər.
1.4. Məhsulların nəşr edilməsi üsulları, nominal dəyəri, dövrülüyü, digər şərtlər və qaydaları, həmçinin, müqavilənin dəyərinə dair razılaşmalar bu Müqavilənin əlavəsi olan Müqavilənin Xüsusi Şərtlərində öz əksini tapır.
1.5. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş rəsmi məzənnəyə əsasən Azərbaycan manatının dəyəri ABŞ dolları və ya Avroya münasibətdə 5%-dən çox azalmışsa və ya artmışsa, İcraçı birtərəfli qaydada məzənnə dəyişikliyi nəticəsində yaranan fərq məbləğində yeni qiymət dəyişikliklərini tətbiq edə və verilmiş sifarişin faktiki dəyəri onun ilkin dəyərindən çox olarsa, yaranan fərqi Sifarişçidən tələb edə bilər.
2.1. İcraçı “Dövlət poçt ödənişi nişanlarının hazırlanması, nominal dəyərinin və tirajının təsdiq edilməsi, onların nəşri, dövriyyəyə buraxılması və dövriyyədən çıxarılması Qaydası”na (bundan sonra “Qayda”) əsasən Məhsulların dövriyyəyə buraxılması Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müvafiq əmri əsasında həyata keçirilir.
2.2. Bu Müqavilə üzrə əldə edilmiş məhsullardan yalnız Qaydaya uyğun olaraq, bu Müqavilənin əlavəsi olan Müqavilənin Xüsusi Şərtləri ilə razılaşdırılmış nominal dəyərdə dövriyyəyə buraxıldıqdan sonra istifadə edilə bilər.
3.1. Bu Müqavilənin qüvvədə olma müddəti bu Müqavilənin əlavəsi olan Müqavilənin Xüsusi Şərtlərində razılaşdırılır.
3.2. Müqavilənin qüvvədə olma müddətinin başa çatmasına ən azı 30 (otuz) təqvim günü qalmış tərəflərdən hər hansı biri Müqaviləyə xitam verilməsi barədə digər tərəfi xəbərdar etməzsə, Müqavilə tərəflər arasında eyni müddətə və eyni şərtlərlə uzadılmış hesab edilir.
3.3. Tərəflərdən hər hansı biri Müqavilə şərtlərini pozduğu üçün digər tərəfin tələbi (təşəbbüsü) ilə və ya məhkəmənin Müqavilənin etibarsız hesab olunması barədə qanuni qüvvəyə minmiş qərarı olduqda qarşı tərəfə yazılı bildiriş göndərilməklə Müqaviləyə xitam oluna bilər.
3.4. Xitam оlunmа səbəbindən аsılı оlmаyаrаq, Müqаvilə hər hаnsı tərəfin təşəbbüsü ilə pоzulursа, tərəflər Müqavilə qüvvədə olduğu müddət ərzində üzərlərinə götürdükləri bütün öhdəlikləri tam icra etməyə bоrcludurlar.
3.5. Müqavilənin hər hansı formada xitam olunmasının tərəflər arasındakı Müqavilə üzrə əldə edilmiş kommersiya sirri barədə məlumatların qorunmasına dair öhdəliklərə heç bir təsiri yoxdur, məsuliyyətdən azad etmir və öhdəliklər yerinə yetirilməlidir.
4.1. Sifarişçinin aşağıdakı öhdəlikləri vardır:
4.1.1. İcraçıya ödənilməli olan istənilən ödənişlər, vergi və məcburi tutulmalar, cərimələr və hər hansı zərərin əvəzinin qarşılıqlı razılaşdırılmış qaydada və vaxtda ödənilməsini təmin etmək;
4.1.2. İcraçı tərəfindən Məhsulların hazırlanması zamanı ortaya çıxan Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilik aktlarında nəzərdə tutulan ödənişlərin ödənilməsini təmin etmək;
4.1.3. Məhsulu qəbul etdikdən sonra onun itirilməsi, məhv olması, oğurlanması, tam və ya qismən zədələnməsi və Sifarişçinin özündən asılı olan səbəblərə görə keyfiyyətini itirməsi ilə bağlı bütün riskləri daşımaq;
4.1.4. Bu Müqavilədə nəzərdə tutulduğundan daha yuxarı keyfiyyətdə və ya artıq sayda Məhsullar İcraçı tərəfindən səhvən (yanlışlıqla) ona təhvil verilərsə, əvvəlcədən razılaşdırılmış Məhsulların dəyəri ilə təhvil verilmiş Məhsulların İcraçı tərəfindən təyin olunan dəyəri arasındakı fərqi 5 (beş) gün ərzində İcraçıya ödəmək. Bu mümkün olmadığı halda isə Məhsulları istifadə etmədən 7 (yeddi) gün ərzində İcraçıya geri qaytarmaq;
4.1.5. Bu müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri tam və ya lazımınca yerinə yetirmədiyi təqdirdə İcraçı üçün əlavə xərclər yarandıqda, İcraçıya dəymiş zərəri tam həcmdə ödəmək;
4.1.6. Bu Müqavilə və qanunvericiliklə nəzərdə tutulmuş digər öhdəliklər.
4.2. Sifarişçinin aşağıdakı hüquqları vardır:
4.2.1. Məhsulların keyfiyyətli və vaxtında təhvil verilməsini İcraçıdan tələb etmək;
4.2.2. Məhsulların keyfiyyətinə aid tələblər İcraçı tərəfindən əhəmiyyətli dərəcədə pozulduqda lazımi keyfiyyəti olmayan Məhsulun uyğun Məhsul ilə əvəz olunmasını İcraçıdan tələb etmək;
4.2.3. Bu Müqavilə və qanunvericiliklə verilmiş digər hüquqlar.
5.1. İcraçının aşağıdakı öhdəlikləri vardır:
5.1.1. Məhsulları vaxtında və keyfiyyətlə təhvil verməyə çalışmaq və buna görə cavabdehlik daşımaq;
5.1.2. Məhsullar Sifarişçiyə təhvil verilənədək baş vermiş hər hansı bir nəzərə alınmamış hal baş versə, dərhal Sifarişçiyə bu barədə məlumat vermək;
5.1.3. Məhsul Sifarişçiyə təhvil verilənədək onun itirilməsi, oğurlanması, məhv olması, tam və ya qismən zədələnməsi və bu kimi digər riskləri daşımaq;
5.1.4. Məhsulların təhvil-təslimi zamanı aşkar olunmuş nöqsan və uyğunsuzluqları tərəflərin iştirakı ilə tərtib və təsdiq olunmuş Aktla müəyyən olunmuş qaydada və müddətdə aradan qaldırmaq və keyfiyyətsiz Məhsulları dəyişdirmək.
5.2. İcraçının aşağıdakı hüquqları vardır:
5.2.1. Müqavilədən və qanundan irəli gələn vəzifələrin icrasını Sifarişçidən tələb etmək;
5.2.2. İcraçının işgüzar nüfuzuna zərər vuran hallar olduqda Müqaviləyə xitam vermək;
5.2.3. Ödənilməli olan istənilən ödənişlər, vergi və məcburi tutulmalar, cərimələr və hər hansı zərərin əvəzinin müəyyən edilmiş vaxtda və qaydada ödənilməsini Sifarişçidən tələb etmək;
5.2.4. Bu Müqavilə və (və ya) onun xüsusi şərtləri ilə müəyyən olunmuş müddətdə və qaydada ödənişlərin həyata keçirilməsini Sifarişçidən tələb etmək;
5.2.5. Sifarişçi eskiz layihəsinin hazırlanmasına dair müraciət etdikdə mövzulara müvafiq olaraq eskizin hazırlanmasına rəssamlar və dizaynerlər cəlb etmək;
5.2.6. Bu Müqavilə və qanunvericiliklə verilmiş digər hüquqlar.
6.1. Əgər Müqavilənin Xüsusi Şərtlərində ayrı qayda nəzərdə tutulmayıbsa, Sifarişçi tərəfindən ödəniləcək cəmi məbləğin 100%-i (dövlət orqanlarına (qurumlarına) münasibətdə məbləğin 30%-i) əvvəlcədən ödəniş (avans) şəklində, müqavilə və/və ya onun xüsusi şərtləri imzalandıqdan sonra _____ gün ərzində köçürmə yolu ilə İcraçının hesabına ödənilməlidir. Müqavilənin Xüsusi Şərtlərində ayrı qayda nəzərdə tutulduğu halda, xüsusi şərtlərin müvafiq maddəsi daha üstün qüvvəyə malikdir.
6.2. Bu Müqavilənin 6.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində İcraçıya əvvəlcədən ödənişin (avans) gecikdirilməsi halında, həmin müddət bitdikdən sonra cəmi məbləğin 100%-i (dövlət orqanlarına (qurumlarına) münasibətdə məbləğin 30 %-i) ödənilənədək Sifarişçi İcraçıya hər gecikdirilən gün üçün cəmi məbləğin 0,5%-i miqdarında cərimə ödəməlidir.
6.3. Bu Müqavilənin 6.2-ci maddəsində qeyd olunandan əlavə, Sifarişçi tərəfindən hər hansı başqa ödənişin gecikdirilməsi halında, gecikdirilmiş hər gün üçün Sifarişçi tərəfindən İcraçıya ödəniləcək məbləğin 0,5%-i miqdarında cərimə tətbiq ediləcəkdir.
6.4. İcraçıya ödənilməli olan istənilən ödənişlərin, cərimələrin və hər hansı zərərin əvəzinin ödənişi tərəfləri bu Müqavilə üzrə öhdəliklərin icrasından azad etmir.
6.5. Sifarişçi tərəfindən sifariş verildikdən və (və ya) müqavilə bağlandıqdan sonra, Məhsul İcraçı tərəfindən Sifarişçiyə təhvil verilməsi üçün hazır hala gətirilmiş, lakin Sifarişçi tərəfindən Məhsulların alınmasından imtina olunmuşdursa, Sifarişçi istənilən halda Məhsulların ümumi dəyərini, ümumi dəyərə 0,5 faizlə hesablanmış cərimələri və Məhsulları razılaşdırılmış müddətdə almaması nəticəsində İcraçıya vurduğu zərəri İcraçının yazılı bildirişi əsasında 15 (on beş) gün müddətində ona ödəməyi öhdəsinə götürür. Qeyd olunan məbləğlər Sifarişçi tərəfindən ödənildikdən sonra Müqavilənin Xüsusi Şərtlərində razılaşdırılmış müddətə Sifarişçinin Məhsulları təhvil almaq hüququ yaranır.
7.1. Məhsullar İcraçı tərəfindən qablaşdırılır və Sifarişçi tərəfindən bu Müqavilənin 5-ci maddəsində göstərilən qaydada ödənişlər edildikdən sonra bir qayda olaraq İcraçının anbarında __ (__) iş günü müddətinə təhvil verilir. Müqavilənin Xüsusi Şərtlərində ayrı qayda nəzərdə tutulduğu halda, xüsusi şərtlərin müvafiq maddəsi daha üstün qüvvəyə malikdir.
8.1. Tərəflər qarşısıalınmaz qüvvənin təsiri nəticəsində Müqavilə üzrə üzərinə düşən öhdəliklərin tamamilə və ya qismən icra edilməməsi üçün məsuliyyətdən azad olunurlar, bu şərtlə ki, həmin qarşısıalınmaz qüvvə Müqavilə imzalandıqdan sonra əmələ gələn fövqəladə halların təsiri səbəbindən yaransın, aidiyyəti olan tərəf bunu əvvəlcədən görmək və ya qarşısını almaq imkanına malik olmasın və qarşı tərəfi bu barədə yazılı surətdə gecikmədən xəbərdar etsin.
8.2. Əgər hər hansı tərəflərdən biri Müqavilənin 8.1-ci maddəsində nəzərdə tutulmuş xəbərdar etmə vəzifəsini yerinə yetirməzsə, bununla qarşı tərəfə vurduğu zərərlərin əvəzini ödəməlidir.
9.1. Bu müqavilənin şərtlərinin pozulmasında təqsirli olan tərəf öz hərəkəti və ya hərəkətsizliyi ilə digər tərəfə vurduğu zərərin əvəzini ödəməlidir.
9.2. Sifarişçinin hərəkətləri və ya hərəkətsizliyi nəticəsində İcraçıya zərər dəydiyi sübuta yetirilərsə, buna görə Sifarişçi tam məsuliyyət daşıyır və əldən çıxmış fayda da nəzərə alınmaqla dəymiş zərərin dəyərini qarşılıqlı tələb qoymadan İcraçıya ödəməlidir.
10.1. Tərəflərin bir-birinə olan bildirişləri, xəbərdarlıqları və s. sənədləri bu Müqavilənin 15-ci maddəsində göstərilən ünvana bildirişli sifarişlə göndərilməlidir.
10.2. Hüquqi və ya poçt ünvanında dəyişiklik olan tərəf digər tərəfi bu barədə dərhal xəbərdar etməlidir.
11.1. Müqavilənin müddəalarının şərhi Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq aparılır. Müqavilənin icrası ilə əlaqədar tətbiq olunan əlavə hüquqi normalar və sənədlər Müqavilənin Xüsusi Şərtlərində göstərilməlidir.
11.2. Tərəflər müqavilənin icrası ilə əlaqədar Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının 2022-ci il “___” ________ tarixli ______ nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət poçt ödənişi nişanlarının hazırlanması, nominal dəyərinin və tirajının təsdiq edilməsi, onların nəşri, dövriyyəyə buraxılması və dövriyyədən çıxarılması Qaydası”nın, həmçinin əqli mülkiyyət haqqında Azərbaycan Respublikası qanunvericiliyinin (“Patent haqqında”, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında”, digər qanunların və əlaqədar normativ hüquqi aktların) tələblərinə riayət etməlidirlər.
12.1. Tərəflər müqavilə üzrə öz öhdəliklərini qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində qarşı Tərəfə dəyən zərər üçün məsuliyyət daşıyır. Tərəflərin məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi Azərbaycan Respublikasının Mülki qanunvericiliyinə uyğun olaraq müəyyən edilir.
12.2. Bu müqavilə üzrə öhdəliklərin icra edilməməsi və ya lazımi qaydada icra edilməməsinə görə digər məsuliyyət məsələləri qanunvericiliyə uyğun olaraq müəyyən edilir.
12.3. Məhsulların yüklənməsi, daşınması, çatdırılması və boşaldılması zamanı nəqliyyat vasitəsi və onun yardımçı texniki qurğularının nasazlığı səbəbindən, habelə nəqliyyat vasitəsinin sürücüsünün qəsdən və ya ehtiyatsızlıqdan yol verdiyi pozuntulara görə yaranan qəza nəticəsində məhsullara, ətrafdakı insanlara və ya istənilən digər obyektə dəymiş hər hansı zərərə görə Sifarişçi şəxsən məsuliyyət daşıyır və dəymiş zərərin əvəzini ilk tələbdə ödəyir.
13.1. Tərəflər arasında yaranan, bu müqavilə ilə əlaqəli bütün mübahisə və anlaşılmazlıqlar danışıqlar yolu ilə həll olunmalıdır. Bu mümkün olmadıqda, bütün mübahisə və iddialar Azərbaycan Respublikasının qanunvericiliyinə və Аzərbаycаn Rеspublikаsının tərəfdаr çıхdığı bеynəlхаlq müqаvilələrin şərtlərinə müvafiq olaraq məhkəmə qaydasında həll olunur.
14.1. Tərəflər, digər tərəfin qabaqcadan verilmiş razılığı olmadan bu Müqavilə əsasında əldə olunmuş məlumatları elan edə bilməz, üçüncü tərəfə verə bilməz və şəxsi məqsədləri üçün istifadə edə bilməz.
14.2. Müqavilənin şərtlərində hər hansı dəyişiklik və müqaviləyə əlavələr, yalnız tərəflərin qarşılıqlı razılığı ilə mümkündür. Bu dəyişiklik və əlavələr yazılı şəkildə tərtib olunduqdan və tərəflər onları imzaladıqdan sonra qüvvəyə minir və bu Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilirlər.
14.3. Tərəflər arasında bu müqavilə ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.
14.4. Bu Müqavilə Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan iki nüsxədə tərtib olunur və hər iki tərəfdə bir nüsxə qalır. Zərurət olduqda, Müqavilə beynəlxalq ticarətdə geniş istifadə olunan dillərin birinə tərcümə oluna bilər.
14.5. Bu Müqavilədə iştirak edən Tərəflərdən heç biri digər tərəfin yazılı razılığı olmadan Müqavilə üzrə öz hüquqlarını və öhdəliklərini üçüncü Tərəfə ötürmək hüququna malik deyil.
14.6. Bu Müqavilə imzalandığı və möhürlə təsdiqləndiyi gündən etibarən Müqaviləyə aid olan bütün əvvəlki razılaşmalar və yazışmalar öz qüvvəsini itirmiş hesab olunur.
Ünvan: Bakı ş., Ü.Hacıbəyli küç. 72
Bankın adı: “Azərpoçt” MMC
Bankın VÖEN-i: 9900037711
M/H: AZ76NABZ01350100000000094944
İdarə Heyətinin sədri
________________________
_______________________
“Dövlət poçt ödənişi nişanlarının satınalınmasına dair Müqavilənin Ümumi Şərtləri”nə əlavə
Müqavilənin aşağıda göstərilən Xüsusi Şərtləri (MXŞ) Müqavilənin Ümumi Şərtlərində (MÜŞ) qeyd olunan müddəaları tamamlayır. Bu göstəricilər ilə yuxarıda göstərilən müddəalar arasında ziddiyyətlər yaranarsa, Müqavilənin Xüsusi Şərtlərində göstərilənlər daha üstün qüvvəyə malikdir.
1. Sifarişçi aşağıda razılaşdırılmış Müqavilənin dəyərini tam məbləğdə öncədən ödəməyi, İcraçı isə Müqavilə dəyəri Sifarişçi tərəfindən ödənildikdən sonra razılaşdırılmış nominal dəyərdə, tirajda və qiymətdə malları ____(___) gün müddətinə Sifarişçiyə təhvil verməyi öhdəsinə götürür.
2. MÜŞ 1.1. Sifarişçi eskiz layihəsinin hazırlanmasına dair İcraçının çəkdiyi xərcləri ödəməyi öhdəsinə götürür.
3. MÜŞ 3.1. Bu Müqavilə imzalandığı tarixdən qüvvəyə minir və __.__.2022-ci il tarixinədək (və ya __ (__) il müddətinə) qüvvədə qalır.
4. MÜŞ 6.1. Sifarişçi tərəfindən Müqavilə dəyərinin 100%-i əvvəlcədən ödəniş (avans) şəklində, Müqavilənin Xüsusi Şərtləri imzalandıqdan sonra _____(___) gün ərzində köçürmə yolu ilə İcraçının hesabına ödənilməlidir.
5. MÜŞ 7.1. Məhsullar İcraçı tərəfindən qablaşdırılır və Sifarişçi tərəfindən bu Müqavilənin MÜŞ-nin 6-ci maddəsində göstərilən qaydada ödənişlər edildikdən sonra __ (__) iş günü müddətində İcraçının _____ ünvanında yerləşən anbarında Sifarişçiyə təhvil verilir.
“İcraçı” “Azərpoçt” MMC
İdarə Heyətinin sədri
________________________
________________________
“Dövlət poçt ödənişi nişanlarının satınalınmasına dair Müqavilənin Ümumi Şərtləri”nə əlavə
Biz aşağıda imza edənlər, bu aktı ondan ötəri tərtib edirik ki, ________ tarixli ______ nömrəli Müqavilənin Xüsusi Şərtlərində nəzərdə tutulmuş aşağıda göstərilən nominal dəyərdə, tirajda və qiymətdə məhsullar İcraçı tərəfindən Sifarişçiyə _________ tarixində _______ ünvanda təhvil verilmişdir.
1. Təhvil verilmiş məhsullar:
2. Bu akt tərəflərin imza və möhürü ilə təsdiq edildiyi andan məhsullar İcraçının mülkiyyətinə keçir və Sifarişçi tərəfindən təhvil alınmış məhsullara dəymiş istənilən zərərə görə İcraçı məsuliyyət daşımır.
3. Sifarişçi bu Aktı imzalamaqla təhvil aldığı məhsulların yararlı, qüsursuz və razılaşdırılmış keyfiyyətdə olduğunu bəyan edir.
“İcraçı” “Azərpoçt” MMC
İdarə Heyətinin sədri
________________________
________________________
1. 12 yanvar 2024-cü il tarixli 3-27/3-7-2/2024 nömrəli Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202401127372, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 yanvar 2024-cü il)
2. 10 sentyabr 2025-ci il tarixli 3-27/3-7-11/2025 nömrəli Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202509103711, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 17 sentyabr 2025-ci il)