“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 8 avqust tarixli 1008 nömrəli Fərmanının 1.1.7-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 11 iyul 2017-ci il
1. Bu Qaydalar “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.5-ci maddəsinə əsasən hazırlanmışdır və dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısını və sənədlərin qəbulu qaydalarını müəyyən edir.
2. Müsabiqənin test imtahanının nəticələri haqqında məlumat Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin (bundan sonra – Mərkəz) rəsmi internet saytında verilir. Test imtahanından keçmiş namizəd imtahanın nəticələri elan edildiyi gündən 10 (on) iş günü müddətində Mərkəzin rəsmi internet saytında bu Qaydaların əlavəsində göstərilmiş dövlət qulluğu üzrə müraciət formasını (bundan sonra – Forma) doldurur. Namizədin Forma vasitəsilə təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin skan edilmiş surətləri həmin Formaya əlavə edilir:
2.1. ali təhsil haqqında sənədin surəti;
2.2. ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemindən əmək müqavilələrinə dair çıxarış, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda, eləcə də 2014-cü il iyulun 1-dək xitam verilmiş əmək müqavilələrinə münasibətdə isə əmək kitabçasının surəti.
3. Formaya daxil edilmiş məlumatların və sənədlərin düzgünlüyü dövlət orqanları tərəfindən aparılan aşağıdakı elektron informasiya ehtiyatları əsasında yoxlanılır:
3.1. “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi;
3.2. “Tələbə-məzun” dövlət elektron məlumat sistemi;
3.2-1. “Şagird-məzun” dövlət elektron məlumat sistemi;
3.3. Dövlət qulluqçularının reyestri;
3.5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemi;
3.6. Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi;
3.7. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Vahid elektron informasiya sistemi.
4. Bu Qaydaların 3-cü hissəsinə uyğun olaraq Formaya daxil edilmiş məlumatların və sənədlərin düzgünlüyünün yoxlanılması mümkün olmadığı halda, Mərkəzin tələbi əsasında namizəd bu Qaydaların 2-ci hissəsində nəzərdə tutulan sənədlərin müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədi ilə həmin sənədlərin əsillərini 5 (beş) iş günü müddətində Mərkəzə təqdim etməlidir.
Qeyd. Skan edilmiş sənədlər tam, ardıcıl, oxunaqlı və aydın olmalıdır.
5. Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə müsahibə elan edildikdə, namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən “Dövlət qulluğu sertifikatı”na (bundan sonra – sertifikat) uyğun olaraq həmin müsahibədə iştirak edə bilər.
6. Müsahibədə iştirakla bağlı müraciət etmək istəyən namizəd Forma vasitəsilə Mərkəzin rəsmi internet saytına daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda, bu Qaydaların 2-ci və 3-cü hissələrində nəzərdə tutulmuş qaydada Mərkəzin rəsmi internet saytında müvafiq düzəlişləri edir, həmin məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq edir və müsahibə elanı verildiyi gündən 30 (otuz) gün müddətində həmin müsahibədə iştirak üçün Mərkəzin rəsmi internet saytı vasitəsilə müvafiq dövlət orqanına elektron müraciət edir.
7. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və Azərbaycan Respublikası 2017-ci il 21 iyun tarixli 1480 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası”nın 2.5-ci bəndinə uyğun olaraq müəyyən edilən vakant vəzifələrinin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
8. Müsahibədə iştirak etmək üçün müraciət etmiş namizədin Forma vasitəsilə Mərkəzin rəsmi internet saytına daxil etdiyi məlumatların və sənədlərin tamlığı, aktuallığı və namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu Mərkəz tərəfindən yoxlanılır və təsdiq edildikdən sonra namizəd müsahibədə iştirak etmək üçün qeydə alınır.
9. Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə Mərkəzin rəsmi internet saytı vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
10. Mərkəz müvafiq dövlət qulluğu vəzifəsi üzrə müsahibədə iştirakla bağlı qeydiyyatdan keçmiş namizədin müraciətinin və müraciətə əlavə edilmiş aşağıdakı sənədlərin (elektron şəxsi işini) bu Qaydaların 6-cı hissəsi ilə müəyyən edilmiş müddət başa çatdığı gündən 3 (üç) iş günü ərzində Mərkəzin rəsmi internet saytı vasitəsilə vakant vəzifənin aid olduğu dövlət orqanına təqdim olunmasını təmin edir:
10.1. vakant vəzifə göstərilməklə, müsahibədə iştirak üçün müraciət;
10.2. şəxsiyyəti təsdiq edən sənədin surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;
10.3. kadrlar uçotunun şəxsi vərəqəsi;
10.4. təhsil haqqında sənədin surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;
10.5. ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemindən əmək müqavilələrinə dair çıxarış, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda, eləcə də 2014-cü il iyulun 1-dək xitam verilmiş əmək müqavilələrinə münasibətdə isə əmək kitabçasının surəti;
10.6. müvafiq dövlət qulluğu vəzifəsi üzrə malik olduğu sertifikat barədə Mərkəzin informasiya ehtiyatlarından çıxarış.
11. Namizəd bu Qaydaların 7-ci hissəsi ilə müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatların verilməsi aşkar edildikdə, namizədin test imtahanında və (və ya) müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul olunur və 3 (üç) iş günü müddətində Mərkəzin rəsmi internet saytı vasitəsilə namizədə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.
12. Namizədin nəticələri etibarsız hesab edildiyi halda, onun müsabiqədə iştirak etməsi ilə bağlı etdiyi ödənişlər geri qaytarılmır.
13. Müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər bu barədə qərar qəbul edildikdən sonra 5 (beş) iş günü müddətində vakant dövlət qulluğu vəzifəsinə təyin edilmək üçün Mərkəz tərəfindən dövlət orqanının rəhbərinə təqdim olunur.
14. Dövlət orqanı Mərkəz tərəfindən təqdim olunmuş namizədlərin dövlət qulluğuna qəbul edilməsinin mümkün olub-olmamasını Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 568 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanında dövlət qulluğuna qəbul edilmək üçün müraciət etmiş şəxsin dövlət qulluğuna qəbul edilməsinin mümkün olub-olmamasının qabaqcadan yoxlanılması Qaydaları”na uyğun olaraq yoxlayır.
“Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”na
1. Vətəndaş haqqında məlumat:
1.3. doğulduğu tarix (gün, ay, il)
1.4. doğulduğu yer (ölkə, şəhər (rayon), kənd)
1.5. soyadını, adını və ya atasının adını dəyişdirmişsə, nə vaxt və hansı səbəbə görə__________________________
2. Vətəndaşın şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumat:
2.1. şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi ___________________
2.2. şəxsiyyət vəsiqəsinin verildiyi tarix (gün, ay, il)_________________
2.3. şəxsiyyət vəsiqəsini verən orqanın adı _______________________
2.4. fərdi identifikasiya nömrəsi (FİN) ____________
3. Vətəndaşla əlaqə vasitələri haqqında məlumat:
3.1. qeydiyyatda olduğu ünvan (şəhər, rayon, kənd və küçə göstərilməklə)
3.2. faktiki yaşadığı ünvan (vətəndaş qeydiyyatda olduğu ünvanda yaşamırsa)
3.3. elektron poçt ünvanı
3.4. mobil telefonu (operatorun kodu göstərilməklə)
3.5. ev telefonu (şəhər (rayon) kodu göstərilməklə)
3.6. iş telefonu (şəhər (rayon) kodu göstərilməklə)
4. Vətəndaşın dövlət qulluğuna qəbul edilməsinin mümkün olub-olmaması haqqında məlumat:
4.1. fəaliyyət qabiliyyətinə malik olmamağınız və ya məhdud fəaliyyət qabiliyyətinə malik olmağınız məhkəmənin qərarı ilə təsdiq edilmişdirmi?
4.2. ödənilməmiş və ya götürülməmiş məhkumluğunuz varmı?
4.3. barənizdə tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı varmı?
4.4. bilavasitə tabeliyində və ya nəzarəti altında qulluq keçəcəyiniz vəzifəli şəxslə yaxın qohumluq və ya qudalıq (ər
arvadlar, onların valideynləri, qardaşları, bacıları, övladları) əlaqəniz varmı?
4.5. dövlət qulluqçususunuzsa, son bir il ərzində barənizdə intizam tənbehi tətbiq edilmişdirmi?
5. Vətəndaşın hərbi mükəlləfiyyəti barədə məlumat:
5.1. hərbi mükəlləfiyyətlisinizmi?
6. Vətəndaşın əmək fəaliyyəti haqqında məlumat:
6.1. əmək fəaliyyəti:
indiyədək işləməmişəm
6.2. əmək kitabçasının (olduğu halda) nömrəsi
6.3. əmək kitabçasının
(olduğu halda) açılması tarixi
6.4. vətəndaşın əmək fəaliyyətinə başladığı tarixdən etibarən (hərbi xidmət və əvəzçilik üzrə iş də daxil olmaqla) gördüyü işlər
iddia etdiyiniz struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri
vəzifə təlimatında vəzifə üzrə müəyyən edilmiş müvafiq ali təhsil
istiqaməti üzrə iş stajınız
7. Vətəndaşın təhsili haqqında məlumat:
7.1. ali təhsilin səviyyəsi:
7.1.1. bitirdiyiniz təhsil müəssisəsinin adı, daxil olduğunuz və bitirdiyiniz il
7.1.2. diplom üzrə ixtisasın şifri və adı
7.1.3. diplomun seriyası və nömrəsi
7.1.4. diplomun verildiyi tarix (gün, ay, il)
7.1.5. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasına dair şəhadətnamənin nömrəsi
7.1.6. verildiyi tarix (gün, ay, il)
7.2. ali təhsilin səviyyəsi:
7.2.1. bitirdiyiniz təhsil müəssisəsinin adı, daxil olduğunuz və bitirdiyiniz il
_________________________________________________________________
7.2.2. diplom üzrə ixtisasın şifri və adı
_________________________________________________________________
7.2.3. diplomun seriyası və nömrəsi
7.2.4. diplomun verildiyi tarix (gün, ay, il)
7.2.5. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasına dair şəhadətnamənin nömrəsi______________
7.2.6. verildiyi tarix (gün, ay, il)
7.3. ali təhsilin səviyyəsi:
7.3.1. bitirdiyiniz təhsil müəssisəsinin adı, daxil olduğunuz və bitirdiyiniz il
______________________________________________________________
7.3.2. diplom üzrə ixtisasın şifri və adı
________________________________________________________________
7.3.3. diplomun seriyası və nömrəsi
7.3.4. diplomun verildiyi tarix (gün, ay, il)
7.3.5. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasına dair şəhadətnamənin nömrəsi
7.3.6. verildiyi tarix (gün, ay, il)
8. Vətəndaşın əlavə təhsili (ixtisasartırma, təkmilləşdirmə və s. kurslarda iştirakı) haqqında məlumat:
8.1. bitirdiyiniz təhsil müəssisəsinin adı, daxil olduğunuz və bitirdiyiniz il _________________________________________________________
____________________________________________________________________________________________________________________________
8.2. təhsil proqramının adı (istiqaməti) ________________________________________________________________________________________
8.3. diplomun (və ya digər sənədin) seriyası və nömrəsi _________________________________________________________________________
8.4. diplomun (və ya digər sənədin) verildiyi tarix (gün, ay, il) ____________________________________________________________________
9. Vətəndaşın elmi dərəcələri və elmi adları haqqında məlumat:
9.1. elmi dərəcə (elmi ad) 9.2. verildiyi tarix (gün, ay, il)
___________________________________________________ _____________________________________________________
9.3. kim tərəfindən verilib 9.4. diplomun nömrəsi və verilmə tarixi (gün, ay, il)
___________________________________________________ _____________________________________________________
10. Vətəndaşın xarici dil və kompüter bilikləri:
10.1. xarici dil və həmin dili bilmə səviyyəsi:
10.2. kompüter bilikləri:
__________________________________________________________________________________________________________
__________________________________________________________________________________________________________
11. Vətəndaşın dövlət qulluğunda ixtisas dərəcəsi, diplomatik və ya digər xüsusi rütbələri və verilmə tarixi:
___________________________________________________________________________________________________________
12. Vətəndaşın dövlət təltifləri:
12.1. dövlət təltifi ____________________________________________________________________________________________________
12.2. təltifolunma tarixi ________________________________________________________________________________________________
13. Vətəndaşın konfrans, seminar və digər tədbirlərdə iştirakı:
____________________________________________________________________________________________________________ ____________________________________________________________________________________________________________ ____________________________________________________________________________________________________________ ____________________________________________________________________________________________________________ ______________________________________________________________________
15. Vətəndaşın cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi haqqında məlumat:
15.1. cinayət məsuliyyətinə cəlb edilmisinizmi? bəli □ xeyr □
15.2. cinayət məsuliyyətinə cəlb edilmisinizsə, nə vaxt və hansı əmələ görə __________________________________________________________________
16. Vətəndaşın ailə vəziyyəti və yaxın qohumları haqqında məlumatlar:
ailə vəziyyəti __________________________________________________________________________________________________________
yaxın qohumlarınız (atanız, ananız, qardaşlarınız, bacılarınız, arvadınız* (əriniz), uşaqlarınız, qayınatanız, qayınananız, qayınlarınız, baldızlarınız) haqqında məlumat:
* arvad ərinin soyadını daşıyırsa, onun əvvəlki soyadı da qeyd edilməlidir.
17. Vətəndaşın iddia etdiyi vakant vəzifə haqqında məlumat:
17.1. müsahibənin elan edildiyi tarix (gün, ay, il)
17.2. vəzifənin kodu _________________________
17.4. tabe təşkilat və ya struktur bölmə
______________________________________________________________________________________________
_______________________________________________________________________________________________________________________________
_______________________________________________________________________________________________________________________________
Müraciətdə göstərilən məlumatların doğruluğunu təsdiq edirəm
müraciətin doldurulduğu tarix (gün, ay, il)
Müraciətin təqdim edildiyi tarix
Müraciəti qəbul edən şəxsin adı və soyadı
Müraciətin doldurulması ilə bağlı qeydlər:
1. Bu Formanın 6.1-ci bəndində göstərilən qrafalardan biri doldurulmalıdır. Bu bənddə “hazırda işləmirəm” və ya “işləyirəm” qrafası seçildiyi halda, müvafiq olaraq 6.2-ci, 6.3-cü və 6.4-cü bəndlər də doldurulur.
2. 6.5-ci bənd və 17-ci hissə namizəd müsahibədə iştirakla bağlı müraciət etmək istədiyi halda doldurulur və iddia edilən vəzifənin tutulması şərtlərində staja dair tələblər müəyyən edildiyi halda 6.5-ci bəndin müvafiq abzasları doldurulur.
3. 7-ci hissə doldurularkən, bakalavriat, magistratura və doktorantura təhsil səviyyələrinin ardıcıllığı gözlənilməlidir. Əsas (baza ali) tibb təhsili və 5 illik ali təhsil almış məzunlar, rezidenturanı, ordinaturanı, aspiranturanı və s. bitirmişlər “Digər” qrafasını seçməlidirlər. “Digər” qrafası seçildiyi halda, “Diplom üzrə ixtisasın şifri və adı” yarımbəndi doldurularkən, vətəndaşın təhsil səviyyəsi də qeyd edilməlidir. Məsələn: HS190101-müalicə işi, əsas (baza ali) tibb təhsili.
5. Qanunvericiliyə uyğun olaraq bilərəkdən yanlış məlumatlar vermiş namizədlər müsabiqədən kənarlaşdırılırlar.
6. 10-cu bənd aşağıdakı qrafa nəzərə alınmaqla doldurulur:
· gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir;
· özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi
sualları cavablandıra bilir;
· yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilir
· gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri (şəxsi və ailə üzvləri ilə bağlı olan əsas
məlumatlar, alış-veriş, yaşayış yeri, iş və s.) başa düşür;
· ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir;
· özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
· iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür;
· müvafiq dildən istifadə edilən ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir;
· şəxsi maraq dairəsi və ya oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir;
· müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və
planları haqqında qısa arayış verə bilir
· ixtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli mürəkkəb
mətnlərin əsas məğzini başa düşür;
· əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir;
· müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya, aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi
cəhətləri haqqında fikir bildirə bilir
· müxtəlif mövzularda genişhəcmli və mürəkkəb mətnləri başa düşür;
· lüğətdən istifadə etmədən öz fikirlərini sərbəst və birbaşa ifadə edə bilir;
· sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir;
· mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
· dinlədiyi və ya oxuduğu hər şeyi praktiki olaraq asan şəkildə başa düşür;
· müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı
təqdimat formasında hazırlaya bilir;
· özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
Qeyd. Elektron daşıyıcı vasitəsilə göndərilən müraciətin “Müraciətdə göstərilən məlumatların doldurulduğunu təsdiq edirəm” bölməsində yalnız göstərilən məlumatların doğruluğunun təsdiqi üçün müvafiq düymə və müraciətin doldurulduğu tarix əks olunur və müraciəti qeydə alan vəzifəli şəxs tərəfindən doldurulan hissə nəzərdə tutulmur.
1. 17 oktyabr 2017-ci il tarixli 444 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 oktyabr 2017-ci il, № 230, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №10, maddə 1906)
2. 27 noyabr 2017-ci il tarixli 515 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 noyabr 2017-ci il, № 263, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №11, maddə 2177)
3. 8 noyabr 2018-ci il tarixli 482 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 noyabr 2018-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2432)
4. 13 dekabr 2018-ci il tarixli 534 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 dekabr 2018-ci il, № 282, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2730)
5. 25 dekabr 2019-cu il tarixli 499 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 27 dekabr 2019-cu il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, № 12, maddə 2080)
6. 30 dekabr 2019-cu il tarixli 519 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 dekabr 2019-cu il, № 293, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 2099)
7. 19 mart 2021-ci il tarixli 75 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 aprel 2021-ci il, № 65, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 294)
8. 25 noyabr 2021-ci il tarixli 367 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 noyabr 2021-ci il, № 258, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1289)
9. 1 avqust 2023-cü il tarixli 256 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 2 avqust 2023-cü il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 8, II kitab, maddə 1240)
10. 24 fevral 2025-ci il tarixli 45 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 fevral 2025-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 2, maddə 206)
11. 12 may 2025-ci il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 13 may 2025-ci il, “Xalq” qəzeti, 16 may 2025-ci il, № 100, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 5, maddə 507)
12. 24 noyabr 2025-ci il tarixli 342 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 noyabr 2025-ci il, “Azərbaycan” qəzeti, 27 noyabr 2025-ci il, № 251, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 11, maddə 1093)