20.1. Etik davranış qaydalarına əməl olunmasına nəzarəti dövlət orqanının rəhbəri xidməti qaydada, yuxarı orqan tabeçilik əsasında həyata keçirir.
20.1-1. Dövlət orqanlarında etik davranış qaydalarının tətbiqi, bu sahədə maarifləndirmə və mübahisələrin həlli məsələlərinə məsul olan etik davranış üzrə müvəkkil təyin edilir.
20.2. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum etik davranış qaydalarına əməl olunmasına nəzarəti nizamnaməsinə uyğun olaraq həyata keçirir.