18.11. İxtiranın, faydalı modelin, sənaye nümunəsinin qeydiyyatı, patentin verilməsi və dərc olunması ilə bağlı:
18.11.1. ixtira üçün – 20 manat;
18.11.2. faydalı model üçün – 15 manat;
18.11.3. sənaye nümunəsi üçün – 15 manat;
18.11.4. patentə məxsus təsvirin düsturla birlikdə 30-dan artıq hər səhifəsi üçün – 1 manat.
18.11-1. Patentin dublikatının və patentə görə hüquqların qismən başqa şəxsə keçməsinə dair patentin verilməsi üçün – 10 manat.
18.11-2. Verilmiş patentlərə dəyişiklik edilməsi üçün – 7 manat.
18.11-3. İxtira, faydalı model, sənaye nümunəsi ilə bağlı hüquqların verilməsi barədə müqavilələrin qeydiyyata alınması üçün:
18.11-3.1. bir ədəd ixtira, bir ədəd faydalı model və bir ədəd sənaye nümunəsinə dair iddia sənədi üzrə, ayrılıqda hər biri üçün – 15 manat;
18.11-3.2. bir ədəd ixtira patenti, bir ədəd faydalı model patenti və bir ədəd sənaye nümunəsi patenti üzrə, ayrılıqda hər biri üçün – 25 manat;
18.11-3.3. ixtira, faydalı model, sənaye nümunəsinə görə bir neçə iddia sənədi üçün (birdən artıq hər iddia sənədi üçün) – 10 manat;
18.11-3.4. ixtira, faydalı model və sənaye nümunəsinin bir neçə patenti üçün (birdən artıq hər patent üçün) – 10 manat.
18.11-4. Qeydə alınması, məlumatın dərci və şəhadətnamənin verilməsi üçün:
18.11-4.1. əmtəə nişanı üçün – 45 manat;
18.11-4.2. coğrafi göstərici üçün – 30 manat;
18.11-4.3. kollektiv nişan üçün – 60 manat.
18.11-5. Reyestrdə və şəhadətnamədə qeydiyyatla bağlı məlumatlarda dəyişikliklər edilməsi üçün – 25 manat.
18.11-6. Əmtəə nişanı və coğrafi göstəriciyə dair şəhadətnamələrin dublikatının və əmtəə nişanına hüquqların qismən başqa şəxsə keçməsinə dair şəhadətnamənin verilməsi üçün – 10 manat.
18.11-7. Əmtəə nişanına dair hüquqların verilməsi barədə müqavilələrin qeydiyyatı üçün:
18.11-7.1. iddia sənədi üzrə bir ədəd əmtəə nişanı üçün – 35 manat;
18.11-7.2. iddia sənədləri üzrə bir neçə əmtəə nişanı üçün (birdən artıq hər əmtəə nişanı üçün) – 20 manat;
18.11-7.3. qeydə alınmış bir ədəd əmtəə nişanı üçün – 60 manat;
18.11-7.4. qeydə alınmış bir neçə əmtəə nişanları üçün (birdən artıq hər əmtəə nişanı üçün) – 50 manat.
18.11-8. Patent müvəkkillərinə şəhadətnamə verilməsi üçün – 10 manat.”.
18.11-9. Apellyasiya şurasına etirazla müraciət edilməsi:
18.11-9.1. ixtira, faydalı model və sənaye nümunəsinə patentin verilməsindən imtina qərarına qarşı – 10 manat;
18.11-9.2. ixtira, faydalı model və sənaye nümunəsi barəsində dərc olunmuş iddia sənədinə qarşı – 6 manat;
18.11-9.3. ixtira, faydalı model və sənaye nümunəsinə patentin verilməsinə qarşı – 40 manat.
18.12. Ötürülmüş müddətlərin bərpası:
18.12.1. patent verilməsindən imtina qərarı barəsində iddiaçı tərəfindən apellyasiya şurasına etirazla müraciət edilməsi üçün - 30 manat;
18.12.2. dərc olunmuş iddia sənədi üzrə daxil olan etirazla bağlı iddiaçının apellyasiya şurasına cavab verilməsi üçün - 40 manat.
18.33. Ötürülmüş müddətin bərpası ilə bağlı, iddia sənədi barədə ekspertizanın qərarı ilə razı olmadıqda apellyasiya şurasına etiraz verilməsi üçün – 30 manat.
18.34. Apellyasiya şurasına etirazın verilməsi:
18.34.1. əmtəə nişanına dair iddia sənədinə baxılma barədə ilkin ekspertizanın rədd qərarına qarşı - 30 manat;
18.34.2. coğrafi göstəriciyə dair iddia sənədinə baxılma barədə ilkin ekspertizanın rədd qərarına qarşı – 30 manat;
18.34.3. əmtəə nişanına dair iddia sənədi barəsində ekspertizanın qərarına qarşı - 80 manat;
18.34.4. coğrafi göstəriciyə dair iddia sənədi barəsində ekspertizanın qərarına qarşı - 50 manat;
18.34.5. qeydə alınmış əmtəə nişanına qarşı - 100 manat;
18.34.6. qeydə alınmış coğrafi göstəriciyə qarşı – 70 manat.
18.34-1. Əmtəə nişanının geniş tanınmasına dair Apellyasiya şurasına ərizənin verilməsi üçün - 200 manat.
18.34-2. Geniş tanınmış əmtəə nişanına qarşı verilmiş etirazla bağlı Apellyasiya şurasına müraciət üçün - 160 manat.
18.34-3. Apellyasiya şurasına etirazın baxılma müddətinin altı aydan çox olmayan müddətə uzadılması üçün - 80 manat.
18.48. Attestasiya komissiyasının qərarına görə Apellyasiya şurasına etiraz vermək üçün - 35 manat.
18.55. Odlu ov və ya idman silahının saxlanması, təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamənin verilməsinə görə:
18.55.1. ilkin qeydiyyata görə - 20 manat;
18.55.2. təkrar qeydiyyata görə - 10 manat.
18.55-1. Ovçuluq biletinin verilməsinə görə - 25 manat.
18.55-2. Balıqovlama biletinin verilməsinə görə - 25 manat.
18.56. Xidməti silahın əldə edilməsinə icazənin verilməsinə görə:
18.56.1. ilkin qeydiyyata görə - 20 manat;
18.56.2. təkrar qeydiyyata görə - 10 manat.
18.58. Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə:
18.58.1. on iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda:
18.58.1.1. 3 ayadək - 700 manat;
18.58.1.2. 6 ayadək - 900 manat;
18.58.1.3. 1 ilədək - 1400 manat;
18.58.1.4. 1 il 6 ayadək - 1600 manat;
18.58.1.5. 2 ilədək – 1800 manat.
18.58.2. on beş iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda:
18.58.2.1. 3 ayadək - 500 manat;
18.58.2.2. 6 ayadək - 700 manat;
18.58.2.3. 1 ilədək - 1200 manat;
18.58.2.4. 1 il 6 ayadək - 1400 manat;
18.58.2.5. 2 ilədək – 1600 manat.
18.58.3. iyirmi iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda:
18.58.3.1. 3 ayadək - 350 manat;
18.58.3.2. 6 ayadək - 600 manat;
18.58.3.3. 1 ilədək - 1000 manat;
18.58.3.4. 1 il 6 ayadək - 1200 manat;
18.58.3.5. 2 ilədək – 1400 manat.
18.58-1. Bu Qanunun 18.58.1-ci, 18.58.2-ci və 18.58.3-cü maddələrində nəzərdə tutulan müddətlər Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 3.0.10-1-ci maddəsində nəzərdə tutulan yüksəkixtisaslı miqrantın ərinə (arvadına) və 23 yaşına çatmamış övladlarına, habelə 2023-cü il yanvarın 1-dən 5 (beş) il müddətinə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə beş iş günü azaldılmaqla tətbiq edilir.
18.60. Seleksiya nailiyyətləri sahəsində:
18.60.1. seleksiya nailiyyətinə sifarişin verilməsi və onun ilkin ekspertizası üçün - 20 manat;
18.60.2. sifarişçinin təşəbbüsü ilə seleksiya nailiyyətinin sifariş sənədlərində əlavələr, dəqiqləşmələr və düzəlişlər üçün - 10 manat;
18.60.3. sifarişçinin təşəbbüsü ilə seleksiya nailiyyətlərinin adının dəyişdirilməsi üçün - 50 manat;
18.60.4. seleksiya nailiyyətinə güzəştlə patent hüququnun başqasına verilməsi üçün - 50 manat;
18.60.5. sortun yeniliyinə görə ekspertizası üçün – 20 manat;
18.60.6. seleksiya nailiyyətlərinin yeniliyinə görə iddia edildikdə - 20 manat;
18.60.7. seleksiya nailiyyətlərinin fərqliliyinin, oxşarlığının və sabitliyinin sınaqdan keçirilməsinə görə - 120 manat;
18.60.8. patentin verilməsi və seleksiya nailiyyətlərinin Dövlət reyestrində qeydiyyatdan keçirilməsinə görə - 70 manat;
18.60.9. müəlliflik şəhadətnaməsi verilməsi üçün - 70 manat;
18.60.10. patentin sürətinin verilməsinə görə - 50 manat;
18.60.11. patentin saxta olmasına aid ərizə daxil olduqda - 25 manat;
18.60.12. seleksiya nailiyyətinə açıq lisenziyanın verilməsinə görə - 25 manat;
18.60.13. seleksiya nailiyyətinə açıq lisenziyanın fəaliyyətinin dayandırılması haqda sifariş edildikdə - 25 manat;
18.60.14. seleksiya nailiyyətinə məcburi lisenziyanın verilməsinə təqdim edilən ərizə üçün - 25 manat;
18.60.15. seleksiya nailiyyətinə məcburi lisenziyanın verilməsinə görə - 25 manat;
18.60.16. seleksiya nailiyyətinə məcburi lisenziyanın fəaliyyət müddətinin uzadılmasına görə - 50 manat.
18.61. İl ərzində seleksiya nailiyyəti patentinin qüvvədə saxlanmasına görə bitki qrupları üzrə:
18.61.1. dənli, dənli-paxlalılar, qarğıdalı, pambıq, tütün, şəkər çuğunduru, kartof, pomidor, badımcan, bibər, kələm üçün və s. üçün - 20 manat, hər artan il üçün 10 manat artırılmaqla;
18.61.2. bəzək bitkiləri, meşə bitkiləri üçün - 15 manat, hər artan il üçün 10 manat artırılmaqla;
18.61.3. digər bitkilər üçün - 20 manat, hər artan il üçün 10 manat artırılmaqla.
18.62. Adlar verilən şərabçılıq məhsullarına görə:
18.62.1. ekspertiza üçün - 50 manat;
18.62-1. Müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində:
18.62-1.1. əsərin, əlaqəli hüquqlar obyektinin qeydiyyatı üçün - 30 manat;
18.62-1.2. əsərin, əlaqəli hüquqlar obyektindən istifadə ilə bağlı hüquqların (əmlak hüquqlarının) tam və ya qismən verilməsi haqqında müqavilənin qeydiyyatı üçün - 30 manat.
18.63. İnteqral sxem topologiyası sahəsində:
18.63.1. topologiyanın qeydiyyatı - 30 manat;
18.63.2. topologiyaya əmlak hüquqlarının vərəsəlik üzrə keçməsinin qeydiyyatı üçün - 30 manat;
18.63.3. topologiyaya əmlak hüquqlarının tam və ya qismən verilməsi haqqında müqavilələrin qeydiyyatı üçün - 30 manat.
18.64. Məlumat topluları sahəsində:
18.64.1. müəlliflik hüququ və ya xüsusi qorunma hüquqi ilə qorunan məlumat toplusunun rəsmi qeydiyyatı üçün - 40 manat;
18.64.2. müəlliflik hüququ və ya xüsusi qorunma hüququ ilə qorunan məlumat toplusuna hüquqların tam və ya qismən verilməsi haqqında müqavilənin rəsmi qeydiyyatı üçün - 40 manat.
18.65. Nəqliyyat vasitələrinə və onların idarə edilməsi ilə bağlı hüquqi və fiziki şəxslərə xidmətlərin göstərilməsi:
18.65.1. Nəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə:
18.65.1.1. avtonəqliyyat vasitələri üçün - 30 manat;
18.65.1.2. motonəqliyyat vasitələri, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, habelə mopedlər üçün - 15 manat;
18.65.2. Nəqliyyat vasitələrinin texniki uçot göstəricilərinə dəyişikliklər edilməsi zamanı və ya nəqliyyat vasitəsi alıcısının tələbi ilə nəqliyyat vasitələrinə texniki baxış keçirilməsi üçün:
18.65.2.1. avtonəqliyyat vasitələri üçün - 30 manat;
18.65.2.2. motonəqliyyat vasitələri, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, habelə mopedlər üçün - 15 manat;
18.65.3. Nəqliyyat vasitələrinin qeydiyyatına ( daimi və müvəqqəti uçota alınmasına, nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi haqqında müqavilələr əsasında həmin nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanlarında dövlət qeydiyyatına) görə:
18.65.3.1. minik avtomobillərinin yaxın qohumlara (ər-arvad, uşaqlar, valideynlər, övladlığa götürənlər və övladlığa götürülənlər, babalar, nənələr, nəvələr, doğma və ögey qardaşlar və bacılar) bağışlanması halları ilə əlaqədar, habelə bu Qanunun 18.65.3-1-ci maddəsində nəzərdə tutulmayan digər hallarda avtonəqliyyat vasitələri üçün -20 manat;
18.65.3.2. motonəqliyyat vasitələri, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, habelə mopedlər üçün - 10 manat;
18.65.3-1. Yaxın qohumlara (ər-arvad, uşaqlar, valideynlər, övladlığa götürənlər və övladlığa götürülənlər, babalar, nənələr, nəvələr, doğma və ögey qardaşlar və bacılar) bağışlanması halları istisna olmaqla, fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələr və hərracın nəticələri haqqında protokol əsasında həmin minik avtomobillərinin müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmasına görə:
18.65.3-1.1. 2000 kubsantimetrədək olduqda
mühərrikin həcminin hər kubsantimetrinə görə – 0,05 manat
18.65.3-1.2. 3000 kubsantimetrədək olduqda
100 manat + mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,1 manat
18.65.3-1.3. 4000 kubsantimetrədək olduqda
200 manat + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,2 manat
18.65.3-1.4. 5000 kubsantimetrədək olduqda
400 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,3 manat
18.65.3-1.5. 5000 kubsantimetrdən çox olduqda
1500 manat
18.65.4. Sürücülük vəsiqəsinin verilməsi üçün imtahanların qəbuluna görə:
18.65.4.1. avto-moto nəqliyyat vasitələrinin, o cümlədən mopedlərin, habelə tramvay və trolleybusların idarə olunmasının sürücülük vəsiqəsi üçün - 40 manat;
18.65.4.1-1. avto-moto nəqliyyat vasitələrinin, o cümlədən mopedlərin, habelə tramvay və trolleybusların idarə olunmasının sürücülük vəsiqəsinin alınması üçün imtahanların təkrar qəbuluna görə - 20 manat.
18.65.4.2. digər sürücülük vəsiqəsi, o cümlədən traktorçu maşinist vəsiqəsi üçün -10 manat
18.65.5. Sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi:
18.65.5.1. avto-moto nəqliyyat vasitələri, o cümlədən mopedlər üçün - 30 manat;
18.65.5.1-1. beynəlxalq sürücülük vəsiqəsinin verilməsi və dəyişdirilməsi üçün – 12 manat;
18.65.5.2. traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, onların qoşqu və yarımqoşquları üçün - 10 manat.
18.65.6. Dövlət qeydiyyat nişanlarının verilməsinə görə:
18.65.6.1. avtonəqliyyat vasitələri üçün verilən dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə:
001, 002, 003, 004, 005, 006, 007, 008, 009
100, 200, 300, 400, 500, 600, 700, 800, 900
111, 222, 333, 444, 555, 666, 777, 888, 999
18.65.6.2. bu Qanunun 18.65.6.1-ci maddəsinin cədvəl hissəsində göstərilmiş rəqəm və ya hərflərin kombinasiyası istisna olmaqla, avtonəqliyyat vasitələri üçün digər dövlət qeydiyyat nişanlarının verilməsinə, habelə cədvəl hissəsində göstərilmiş rəqəm və ya hərflərin kombinasiyası da daxil olmaqla, dövlət qeydiyyat nişanının təkrar verilməsinə görə - 30 manat.
18.65.6.3. motonəqliyyat vasitələri, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, onların qoşqu və yarımqoşquları, habelə mopedləri üçün dövlət qeydiyyat nişanlarının verilməsinə görə - 15 manat.
18.65.7. Qeydiyyat şəhadətnaməsinin verilməsi:
18.65.7.1. avto-moto nəqliyyat vasitələri, o cümlədən mopedlər üçün - 30 manat;
18.65.7.2. traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, onların qoşqu və yarımqoşquları üçün - 10 manat.
18.65.8. Yol şəbəkəsinin müəyyən hissələrinə yük daşıyan nəqliyyat vasitələrinin və avtobusların buraxılması barədə xüsusi buraxılış vəsiqələrinin verilməsi - 15 manat;
18.65.9. Avtomobil yollarının ayırma zolağında inşa olunan obyektlərdə təhlükəsiz hərəkət sxemlərinin hazırlanması və razılaşdırılması - 15 manat;
18.65.10. Avtomobil yollarının vahid dövlət reyestrindən çıxarış verilməsi üçün - 15 manat.
18.66. baytarlıq şəhadətnaməsinin, sertifikatının, pasportunun və baytarlıq preparatlarının qeydiyyat şəhadətnaməsinin verilməsi üçün:
18.66.1. baytarlıq şəhadətnaməsinin verilməsi (bir sənəd) – 10 manat;
18.66.2. baytarlıq sertifikatının verilməsi (bir sənəd) – 25 manat;
18.66.4. baytarlıq pasportunun verilməsi (bir sənəd) – 20 manat;
18.66.5. baytarlıq preparatlarının qeydiyyat şəhadətnaməsinin verilməsi (bir preparat) – 120 manat.
18.66-1. Qida təhlükəsizliyi sahəsində:
18.66-1.1. ixrac edilən qida və yem məhsullarına sağlamlıq sertifikatının verilməsi - 25 manat;
18.66-1.2. Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunmuş qida və yem məhsulu, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlara idxal sağlamlıq aktının verilməsi – 25 manat;
18.66-1.3. qida obyektlərinin “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 24.5-ci maddəsinə əsasən təsdiq olunması ilə bağlı Qida Təhlükəsizliyi Reyestrindən çıxarışın verilməsi – 150 manat.
18.66-2. Heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına cavab verməsini təsdiq edən ekspertiza aktının verilməsi və ya ətin, heyvan və quş cəmdəklərinin və digər məhsulların üzərinə nişanın qoyulması (1 müayinə üçün):
18.66-2.1. qaramal və ya digər iri heyvanların əti (1 cəmdək) – 5 manat;
18.66-2.2. qoyun və donuz əti (1 cəmdək), donuz piyi (1 partiya) – 4 manat;
18.66-2.3. diri quş və quş əti (1 baş və ya 1 cəmdək) – 0,02 manat;
18.66-2.4. hazır ət məhsulları (hər biri 1 partiya) – 5 manat;
18.66-2.5. içalat, dil, baş, dırnaq (1 partiya) – 3 manat;
18.66-2.6. balıq (diri, dondurulmuş və ya hisə verilmiş) – 1 partiya – 3,50 manat;
18.66-2.7. yumurta (topdansatış – 1 partiya (1000 ədəddən artıq) – 2,50 manat;
18.66-2.8. yumurta (pərakəndə satış – 1 partiya (1000 ədədə qədər) – 1,30 manat;
18.66-2.9. süd və süd məhsulları, mum, vərəmum (hər biri 1 partiya) – 2,60 manat;
18.66-2.10. arı balı (1 partiya) – 4,50 manat.
18.66-3. tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinə tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestrindən çıxarışın verilməsi – 150 manat.
18.67. Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət qeydiyyatı haqqında şəhadətnamənin və bitki və bitkiçilik məhsullarının ixracına (təkrar ixracına) fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatının verilməsi üçün:
18.67.1. Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət qeydiyyatı haqqında şəhadətnamənin verilməsi (bir sənəd) – 100 manat;
18.67.3. Fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatlarının verilməsi üçün:
18.67.3.1. Bir poçt göndərişinə (dəst) – 2 manat
18.67.3.2. Növündən asılı olmayaraq bir nəqliyyat vasitəsinə (dəst) – 10 manat:
18.68. Alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətə xüsusi icazənin verilməsi – 100 manat.
18.69. Akvakultura təsərrüfatlarının qeydiyyat şəhadətnaməsinin verilməsinə görə – 70 manat.
18.70. Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi – 50 manat.
18.71. Dövlət ekoloji ekspertizasının rəyinin verilməsi – 50 manat.
18.72. Yerin təki sahəsində faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikmək və istismar etmək məqsədilə dağ-mədən ayırması statusunun verilməsi – 50 manat.
18.73. Geoloji öyrənilmə məqsədilə ayrılan yerin təki sahələrinə geoloji ayırma statusunun verilməsi – 50 manat.
18.74. Səlahiyyətli iqtisadi operator statusunun verilməsi haqqında qərarın qəbul edilməsi – 100 manat.
18.74-1. Rüsumsuz ticarət mağazasının yaradılmasına icazənin verilməsi – 100 manat.
18.75. İdman mərc oyunlarının həyata keçirilməsi məqsədilə hüquqi şəxsin akkreditasiyası haqqında qərarın verilməsi – 2000 manat.
18.76. 200 kilovatdan yuxarı elektrik qurğularının istismara buraxılış aktının verilməsi – 50 manat.
18.76-1. Su elektrik stansiyaları və bio kütlədən alınan qaz və ya digər yanacaq növü vasitəsilə elektrik və istilik enerjisi istehsal edən elektrik stansiyalarında elektrik enerjisinin istehsalı üzrə 500 kilovatdan, digər hallar üzrə isə 150 kilovatdan çox elektrik enerjisinin istehsalına icazənin verilməsi – 150 manat.
18.76-2. Elektrik enerjisinin ötürülməsinə icazənin verilməsi – 150 manat.
18.76-3. Elektrik enerjisinin paylanmasına icazənin verilməsi – 150 manat.
18.76-4. Elektrik enerjisinin ixrac və idxal edilməsinə icazənin verilməsi – 150 manat.
18.77. İnvestisiya təşviqi sənədinin verilməsi – 70 manat.
18.77-1. Sənaye parkının, sənaye məhəlləsinin və aqroparkın rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsi – 70 manat.
18.77-2. Texnologiyalar parkının qeydiyyat şəhadətnaməsinin verilməsi – 70 manat.
18.77-3. Texnoloji biznes inkubatorunun qeydiyyat şəhadətnaməsinin verilməsi – 70 manat.
18.78. Mədəni sərvətlərin ixracına mədəni sərvətin mühafizə şəhadətnaməsinin verilməsi – 20 manat.
18.79. “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazənin verilməsi – 100 manat.
18.80. İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi – 100 manat.
18.81. Qazın istehsalına və təbii qazın emalına icazənin verilməsi – 200 manat.
18.82. Qazın nəqli üçün icazənin verilməsi – 150 manat.
18.83. Qazın paylanmasına icazənin verilməsi – 50 manat.
18.84. Yeraltı qaz anbarlarının işlənməsi, tikilməsi və istismarına icazənin verilməsi – 150 manat.
18.85. Sənaye qaz qurğusunun istismarına icazənin verilməsi – 100 manat.
18.86. Neft və qaz yataqlarının kəşfiyyatına icazənin verilməsi –150 manat.
18.87. Neft və qaz yataqlarının işlənməsinə və hasilatına icazənin verilməsi – 150 manat.
18.88. Neft və neft məhsullarının boru kəmərləri vasitəsilə nəqlinə icazənin verilməsi – 150 manat.
18.89. Toxumçuluq sahəsində fəaliyyət göstərən toxum əməliyyatçılarının qeydiyyatına və toxumlara sortluq və səpin keyfiyyətlərini təsdiq edən sertifikatların verilməsinə görə:
18.89.1. seleksiya və toxumçuluq sahəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemindən çıxarışın verilməsi – 50 manat;
18.89.2. seleksiya və toxumçuluq sahəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemindən çıxarışın dublikatının verilməsi – 10 manat;
18.89.3. toxumlara sortluq və səpin keyfiyyətlərini təsdiq edən sertifikatların verilməsi (bir sənəd) – 25 manat.