Qanunvericilik › Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 33-5

Maddə 33-5. Satış və digər sahibkarlıq fəaliyyəti məqsədilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu, aksiz və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün öl

Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

33-5.1. Satış və digər sahibkarlıq fəaliyyəti məqsədilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu, aksiz və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına aşağıdakı dövlət rüsumu dərəcələri tətbiq edilir:

33-5.1.1. Bazar qiyməti 100 ABŞ dollarından çox olmayan və foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazlar – 15 manat.

33-5.1.2. Bu Qanunun 33-5.1.1-ci maddəsində nəzərdə tutulan cihazlar istisna olmaqla, digər mobil cihazlara görə dövlət rüsumunun dərəcələri:

33-5.1.2.1. bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda – 20 manat;

33-5.1.2.2. bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda – 30 manat;

33-5.1.2.3. bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda – 40 manat;

33-5.1.2.4. bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda – 50 manat;

33-5.1.2.5. bazar qiyməti 701 ABŞ dollarından 1000 ABŞ dollarına qədər olduqda – 70 manat;

33-5.1.2.6. bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda – 100 manat.

33-5.1.3. Qeydiyyat üçün müraciət olunan tarixə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəsmi internet saytında marka və modeli, habelə bazar qiyməti yerləşdirilməyən mobil cihazlar – 15 manat;

33-5.1.4. Təqvim ili ərzində 1 (bir) ədəddən artıq istənilən mobil cihazın hər biri üçün – 100 manat.

33-5.2. Bu Qanunun 33-5.1-ci maddəsində nəzərdə tutulan bazar qiyməti mobil cihazların qeydiyyatına görə dövlət rüsumunun ödənilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yeni (istifadə olunmamış) mobil cihazların (yararlılıq vəziyyətindən asılı olmayaraq) marka və modelinə uyğun müəyyən edilən, onun beynəlxalq elektron informasiya sistemində nəzərdə tutulan dəyəridir.

33-5.3. Bu Qanunun 33-5.1-ci maddəsində nəzərdə tutulan bazar qiymətləri və həmin qiymətlər müəyyən edilərkən istinad olunan onlayn beynəlxalq elektron informasiya sistemi barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəsmi internet saytında yerləşdirilir.

33-5.4. Bu Qanunun 33-5.1.4-cü maddəsində nəzərdə tutulmuş halda bu Qanunun 33-5.1.1 – 33-5.1.3-cü maddələri tətbiq edilmir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver