15.1. Bu Qanunun 3.12-ci və 15.3-cü maddələrinin tələbləri nəzərə alınmaqla, satınalma yalnız portal vasitəsilə həyata keçirilir.
15.2. Təchizatçıların uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi prosedurunun keçirilməsi və ya təkliflərin cəlb edilməsi barədə elanlar portalda yerləşdirilir.
15.3. Məxfi məlumatlarla əlaqəli satınalmalar və bu satınalmalarla bağlı prosedurlar kağız daşıyıcılarında həyata keçirilir.
15.4. Bu Qanunda başqa hal nəzərdə tutulmamışdırsa satınalmalarla bağlı bütün prosedurlar, o cümlədən dəvətlərin və bildirişlərin göndərilməsi portal vasitəsilə həyata keçirilir.
15.5. Portal haqqında əsasnamə və elektron satınalmanın keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.
15.6. Bu Qanunun 3.9-cu, 14.2.7-ci, 18-ci, 36.3-cü və 38.11-ci maddələrinə əsasən portalda yerləşdirilən məlumatlar, habelə bu Qanunun 15.2-ci, 24.2-ci, 26.1-ci və 45.4-cü maddələrinə əsasən dərc edilən elanlar bütün şəxslər üçün açıqdır.
15.7. Bu Qanunun 3.2.8-ci maddəsində nəzərdə tutulan kommersiya hüquqi şəxsləri azı bu Qanunun 14.2.7-ci, 18-ci, 38.11-ci, 15.2-ci, 24.2-ci və 26.1-ci maddələrində müəyyən edilən məlumatları və elanları özlərinin rəsmi internet səhifəsində yerləşdirməlidirlər.