Qanunvericilik › Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 17

Maddə 17. Satınalma mərhələləri

Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

17.1. Satınalma aşağıdakı mərhələlərdən ibarətdir:

17.1.1. satınalma planının hazırlanması və ehtimal olunan qiymətin müəyyənləşdirilməsi;

17.1.2. satınalma komissiyasının formalaşdırılması;

17.1.3. təchizatçıların uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi proseduru keçirildikdə, uyğunluğa dair sənədlər toplusunun hazırlanması və bununla bağlı elan verilməsi (dəvət göndərilməsi);

17.1.4. şərtlər toplusunun hazırlanması;

17.1.5. təkliflərin cəlb edilməsi barədə elan verilməsi (dəvət göndərilməsi);

17.1.6. təkliflərin qəbulu və açılması;

17.1.7. təkliflərin qiymətləndirilməsi;

17.1.8. satınalmanın nəticələri haqqında yekun protokolun hazırlanması və təsdiq olunması məqsədilə nəzarət orqanına təqdim edilməsi;

17.1.9. çərçivə sazişi tətbiq edildikdə, çərçivə sazişinin bağlanması;

17.1.10. təklifin akseptinə dair bildirişin və imzalanması üçün satınalma müqaviləsinin təchizatçıya təqdim edilməsi;

17.1.11. təchizatçı tərəfindən satınalma müqaviləsinin imzalanması, satınalan təşkilata bu Qanuna əsasən tələb olunan icra təminatının və (və ya) avans təminatının (bu Qanunun 49.4-2-ci maddəsinə əsasən qeyri-rezident hüquqi və ya fiziki şəxslərin icra və (və ya) avans təminatını təqdim etmək öhdəliyindən azad edildiyi hallar istisna olmaqla) təqdim edilməsi;

17.1.12. satınalan təşkilat tərəfindən satınalma müqaviləsinin imzalanması və satınalma müqaviləsinin qüvvəyə minməsi;

17.1.13. satınalmaya dair hesabatın hazırlanması.

17.2. Bu Qanunun 6.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, satınalan təşkilat satınalmanın təşkilinə köməklik göstərilməsi üçün müstəqil ekspertləri və mütəxəssisləri cəlb edə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver