32.1. Dövlət hakimiyyəti orqanlarında, yerli özünüidarə orqanlarında, müəssisə, idarə və təşkilatlarda dövlət sirrinin mühafizəsinin təmin olunmasına idarələrarası nəzarəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
32.2. Bu Qanunla müəyyən olunmuş qaydada dövlət sirrinə aid edilən məlumatlar barəsində sərəncam vermək səlahiyyətinə malik dövlət hakimiyyəti orqanları tabeliklərində olan müəssisə, idarə və təşkilatlarda dövlət sirrinin mühafizəsinin təmin olunmasına idarə nəzarətini həyata keçirir.
32.3. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının aparatlarında və Azərbaycan Respublikası Milli Məclisinin Aparatında dövlət sirrinin mühafizəsinin təmin olunmasına nəzarət onların rəhbərləri tərəfindən təşkil edilir.
32.4. Məhkəmə və prokurorluq orqanlarında, habelə müvafiq icra hakimiyyəti orqanında dövlət sirrinin mühafizəsinin təmin olunmasına nəzarət bu orqanların rəhbərləri tərəfindən təşkil edilir.
32.5. İdarələrarası nəzarətin həyata keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.