Qanunvericilik › Dövlət sirri haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 6

Maddə 6. Məlumatların dövlət sirrinə aid edilməsinin və məxfiləşdirilməsinin prinsipləri

Dövlət sirri haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

6.1. Məlumatların dövlət sirrinə aid edilməsi və onların məxfiləşdirilməsi - dövlət sirri təşkil edən məlumatların yayılmasına və onların daşıyıcıları ilə tanış olmağa buraxılmağa bu Qanunla nəzərdə tutulmuş qaydada məhdudiyyətlərin qoyulmasıdır.

6.2. Məlumatların dövlət sirrinə aid edilməsi və onların məxfiləşdirilməsi qanunilik, əsaslılıq və vaxtında həyata keçirilməsi prinsipləri ilə tənzimlənir.

6.3. Məlumatların dövlət sirrinə aid edilməsinin və onların məxfiləşdirilməsinin qanuniliyi - dövlət sirrinə aid edilən və məxfiləşdirilən məlumatların bu Qanunun 5-ci və 7-ci maddələrinin müddəalarına və Azərbaycan Respublikasının dövlət sirri haqqında qanunvericiliyinə müvafiqliyidir.

6.4. Məlumatların dövlət sirrinə aid edilməsinin və onların məxfiləşdirilməsinin əsaslılığı - dövlətin, cəmiyyətin və vətəndaşların həyati maraqlarının balansı nəzərə alınmaqla, konkret məlumatın dövlət sirrinə aid edilməsinin və məxfiləşdirilməsinin mümkün iqtisadi, siyasi, hərbi və digər nəticələrinin ekspertlər tərəfindən qiymətləndirilməsi yolu ilə məqsədəuyğunluğunun müəyyənləşdirilməsidir.

6.5. Məlumatların vaxtında dövlət sirrinə aid edilməsi və onların məxfiləşdirilməsi - bu məlumatların yayılmasına və onların daşıyıcıları ilə tanış olmağa buraxılmağa qabaqcadan və ya onların əldə edildiyi (hazırlandığı) andan məhdudiyyət qoyulmasıdır.

6.6. Məlumatların dövlət sirrinə aid edilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver