Qanunvericilik › “Dövlət sirri təşkil edən məlumatlardan istifadə edilməsi, informasiyanı mühafizə vasitələrinin yaradılması, habelə dövlət sirrinin mühafizəsi üzrə tədbirlər görülməsi və (və ya) xidmətlər göstərilməsi ilə bağlı işlərin icrasına buraxılması üçün icazənin alınması məqsədilə müəssisə, idarə və təşkilatların xüsusi ekspertizasının keçirilməsi ilə bağlı xərclərin ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə (Dövlət Təhlükəsizliyi Xidməti, 24.11.2016) › Tam mətn

“Dövlət sirri təşkil edən məlumatlardan istifadə edilməsi, informasiyanı mühafizə vasitələrinin yaradılması, habelə dövlət sirrinin mühafizəsi üzrə tədbirlər görülməsi və (və ya) xidmətlər göstərilməsi ilə bağlı işlərin icrasına buraxılması üçün icazənin alınması məqsədilə müəssisə, idarə və təşkilatların xüsusi ekspertizasının keçirilməsi ilə bağlı xərclərin ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə (Dövlət Təhlükəsizliyi Xidməti, 24.11.2016)

“Dövlət sirri təşkil edən məlumatlardan istifadə edilməsi, informasiyanı mühafizə vasitələrinin yaradılması, habelə dövlət sirrinin mühafizəsi üzrə tədbirlər görülməsi və (və ya) xidmətlər göstərilməsi ilə bağlı işlərin icrasına buraxılması üçün icazənin alınması məqsədilə müəssisə, idarə və təşkilatların xüsusi ekspertizasının keçirilməsi ilə bağlı xərclərin ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə (Dövlət Təhlükəsizliyi Xidməti, 24.11.2016) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT TƏHLÜKƏSİZLİYİ XİDMƏTİNİN QƏRARI

“Dövlət sirri təşkil edən məlumatlardan istifadə edilməsi, informasiyanı mühafizə vasitələrinin yaradılması, habelə dövlət sirrinin mühafizəsi üzrə tədbirlər görülməsi və (və ya) xidmətlər göstərilməsi ilə bağlı işlərin icrasına buraxılması üçün icazənin alınması məqsədilə müəssisə, idarə və təşkilatların xüsusi ekspertizasının keçirilməsi ilə bağlı xərclərin ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2016-cı il tarixli 724 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti haqqında Əsasnamə”nin müvafiq bəndlərinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 15 mart tarixli 40 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət sirri təşkil edən məlumatlardan istifadə edilməsi, informasiyanı mühafizə vasitələrinin yaradılması, habelə dövlət sirrinin mühafizəsi üzrə tədbirlər görülməsi və ( və ya) xidmətlər göstərilməsi ilə bağlı işlərin icrasına müəssisə, idarə və təşkilatların buraxılması üçün icazənin alınması Qaydası”nın 2-ci və 8-ci bəndlərinin müddəalarına müvafiq olaraq, dövlət sirri təşkil edən məlumatlardan istifadə edilməsi, informasiyanı mühafizə vasitələrinin yaradılması, habelə dövlət sirrinin mühafizəsi üzrə tədbirlər görülməsi və (və ya) xidmətlər göstərilməsi ilə bağlı işlərin icrasına buraxılması üçün icazənin alınması məqsədilə müəssisə, idarə və təşkilatların xüsusi ekspertizasının keçirilməsi ilə bağlı xərclərin ödənilməsi məsələlərinin tənzimlənməsi məqsədilə, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 20.3-cü maddəsini rəhbər tutaraq,

1. “Dövlət sirri təşkil edən məlumatlardan istifadə edilməsi, informasiyanı mühafizə vasitələrinin yaradılması, habelə dövlət sirrinin mühafizəsi üzrə tədbirlər görülməsi və (və ya) xidmətlər göstərilməsi ilə bağlı işlərin icrasına buraxılması üçün icazənin alınması məqsədilə müəssisə, idarə və təşkilatların xüsusi ekspertizasının keçirilməsi ilə bağlı xərclərin ödənilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Hüquqi təminat idarəsi: bu Qərarın qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunması təmin edilsin.

3. “Dövlət sirri təşkil edən məlumatlardan istifadə edilməsi, informasiyanı mühafizə vasitələrinin yaradılması, habelə dövlət sirrinin mühafizəsi üzrə tədbirlər görülməsi və (və ya) xidmətlər göstərilməsi ilə bağlı işlərin icrasına buraxılması üçün icazənin alınması məqsədilə müəssisə, idarə və təşkilatların xüsusi ekspertizasının keçirilməsi ilə bağlı xərclərin ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının keçmiş Milli Təhlükəsizlik Nazirliyinin 10 sentyabr 2014-cü il tarixli Q/27 nömrəli Qərarı ləğv edilsin.

general-leytenant Mədət Quliyev

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin 24 noyabr 2016-cı il tarixli Q/115 nömrəli qərarı ilə təsdiq edilmişdir.

1.1. Bu Qayda “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununa, “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2004-cü il tarixli 139 nömrəli Fərmanının 1.11-ci bəndinin tələblərindən irəli gələrək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 15 mart tarixli 40 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət sirri təşkil edən məlumatlardan istifadə edilməsi, informasiyanı mühafizə vasitələrinin yaradılması, habelə dövlət sirrinin mühafizəsi üzrə tədbirlər görülməsi və (və ya) xidmətlər göstərilməsi ilə bağlı işlərin icrasına müəssisə, idarə və təşkilatların buraxılması üçün icazənin alınması Qaydası”nın 8-ci bəndinin müddəalarına əsasən hazırlanmış və dövlət sirri təşkil edən məlumatlardan istifadə edilməsi, informasiyanı mühafizə vasitələrinin yaradılması, habelə dövlət sirrinin mühafizəsi üzrə tədbirlər görülməsi və (və ya) xidmətlər göstərilməsi ilə bağlı işlərin icrasına buraxılması üçün icazənin alınması məqsədilə müəssisə, idarə və təşkilatların xüsusi ekspertizasının (bundan sonra - xüsusi ekspertiza) keçirilməsi ilə bağlı xərclərin ödənilməsi və ödənilən vəsaitlərin uçotunun aparılması qaydalarını müəyyən edir.

1.2. Bu Qaydada istifadə olunan əsas anlayışlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 15 mart tarixli 40 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət sirri təşkil edən məlumatlardan istifadə edilməsi, informasiyanı mühafizə vasitələrinin yaradılması, habelə dövlət sirrinin mühafizəsi üzrə tədbirlər görülməsi və (və ya) xidmətlər göstərilməsi ilə bağlı işlərin icrasına müəssisə, idarə və təşkilatların buraxılması üçün icazənin alınması Qaydası” ilə nəzərdə tutulmuş mənaları ifadə edir.

2.1. Xüsusi Ekspertizanın keçirilməsi ilə bağlı xərclərin ödənilməsi Ərizəçi ilə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (bundan sonra - DTX) arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq həyata keçirilir.

2.2. Dövlət sirri təşkil edən məlumatlardan istifadə edilməsi, informasiyanı mühafizə vasitələrinin yaradılması, habelə dövlət sirrinin mühafizəsi üzrə tədbirlər görülməsi və (və ya) xidmətlər göstərilməsi ilə bağlı işlərin icrasına buraxılması üçün icazənin alınması məqsədilə Ərizəçi DTX-yə müvafiq ərizə ilə müraciət edir.

2.3. Xüsusi Ekspertizanın keçirilməsi üçün Ekspert Komissiyası (budan sonra – Komissiya) tərəfindən Xüsusi Ekspertizanın keçirilməsi planı hazırlanır və Komissiyasının sədri tərəfindən təsdiq edilir.

2.4. Xüsusi Ekspertizanın keçirilməsi ilə bağlı DTX-nin Komissiyanın iş cədvəlinə əsasən görülən işlərin smetası tərtib olunaraq təsdiq edilir.

2.5. Xüsusi Ekspertizanın keçirilməsi üzrə görülməli olan işlərin smetası təsdiq edildikdən sonra DTX ilə Ərizəçi arasında müqavilə bağlanır. Xüsusi Ekspertizanın keçirilməsi ilə bağlı bütün xərclər Ərizəçinin hesabına ödənilir.

2.6. Komissiya tərəfindən müvafiq işlər yerinə yetirildikdən sonra (icazənin verilib-verilməməsindən asılı olmayaraq) Ərizəçi tərəfindən müqavilə ilə nəzərdə tutulmuş qaydada vəsaitin DTX-nin müvafiq xəzinə hesabına ödənilməsi təmin edilir.

3.1. Xüsusi Ekspertizanın keçirilməsi fəaliyyəti ilə bağlı DTX-yə daxil olmuş vəsaitlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 10 mart tarixli 16 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitləri haqqında Əsasnamə”yə müvafiq olaraq büdcədənkənar vəsaitlərdir və həmin daxilolmaların uçotu büdcədənkənar vəsaitlərin uçotu qaydasında aparılır.

3.2. Xüsusi Ekspertizanın keçirilməsi fəaliyyəti ilə bağlı DTX-yə daxilolmalar “DTX-nin büdcədənkənar vəsaitlər üzrə gəlir və xərclər smetasında DTX-nin aidiyyəti struktur bölməsinin təklifləri əsasında müvafiq qaydada nəzərə alınır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver