Qanunvericilik › Dövlət sirri təşkil edən məlumatlarla işləməyi istisna edən xəstəliklərin Siyahısının təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 17.10.2002) › Tam mətn

Dövlət sirri təşkil edən məlumatlarla işləməyi istisna edən xəstəliklərin Siyahısının təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 17.10.2002)

Dövlət sirri təşkil edən məlumatlarla işləməyi istisna edən xəstəliklərin Siyahısının təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 17.10.2002) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Dövlət sirri təşkil edən məlumatlarla işləməyi istisna edən xəstəliklərin Siyahısının təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

"Dövlət sirri haqqında" Azərbaycan Respublikası Qanununun 23.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Dövlət sirri təşkil edən məlumatlarla işləməyi istisna edən xəstəliklərin Siyahısı" təsdiq edilsin.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 17 oktyabr 2002-ci il

1. Üzvi, o cümlədən simptomatik psixi pozuntular.

2. Şizofreniya, şizotip və sayıqlamalar.

3. Əhval-ruhiyyənin (affektiv) pozuntuları.

4. Təşviş, qorxu (fobiyalar).

5. Digər təşvişli pozuntular.

6. Obsessiv – kompulsiv pozuntular.

7. Dissosiativ (konversion) pozuntular.

8. Doğuşdan sonrakı psixoz.

9. Yetkin yaşlarda kamil şəxsiyyət və davranış pozuntuları.

11. Psixoloji inkişafın pozuntuları.

12. Adәtәn uşaq və yeniyetmə yaşlarında başlayan davranış və emosiya pozuntuları.

13. Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları.

14. Opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları.

15. Kannabinoidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları.

16. Sedativ və yuxugətirici maddələrin qəbulu nəticəsində psixi və davranış pozuntuları.

17. Kokain qəbulu nəticəsində psixi və davranış pozuntuları.

18. Kofein daxil olmaqla digər stimulyatorların qəbulu nəticəsində psixi və davranış pozuntuları.

19. Hallüsinogenlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları.

20. Tütündən istifadə nəticəsində psixi və davranış pozuntuları.

21. Uçucu həlledicilərin qəbulu nəticəsində psixi və davranış pozuntuları.

22. Narkotiklərdən və digər psixoaktiv maddələrdən birlikdə istifadə nəticəsində psixi və davranış pozuntuları.

3 fevral 2005-ci il tarixli 19 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 2, maddə 122)

20 oktyabr 2015-ci il tarixli 331 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 oktyabr 2015-ci il, № 230, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 10, maddə 1244)

6 sentyabr 2024-cü il tarixli 404 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 sentyabr 2024-cü il, “Azərbaycan” qəzeti, 11 sentyabr 2024-cü il, № 197, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 9, maddə 1067)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver