Qanunvericilik › “Dövlət sirrinə aid edilən məlumatların Siyahısı”nın təsdiq edilməsi haqqında (Prezidentin fərmanı, 03.06.2005) › Tam mətn

“Dövlət sirrinə aid edilən məlumatların Siyahısı”nın təsdiq edilməsi haqqında (Prezidentin fərmanı, 03.06.2005)

“Dövlət sirrinə aid edilən məlumatların Siyahısı”nın təsdiq edilməsi haqqında (Prezidentin fərmanı, 03.06.2005) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədilə qərara alıram:

1. “Dövlət sirrinə aid edilən məlumatların Siyahısı” təsdiq edilsin (əlavə olunur).

2. “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 23 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 11, maddə 665; 1999-cu il, № 2, maddə 66, № 8, maddə 182; 2001-ci il, № 12, maddə 755; 2003-cü il, № 10, maddələr 546, 571, 585; 2004-cü il, № 1, maddə 19; Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 193 nömrəli və 19 aprel tarixli 224 nömrəli Fərmanları) 1-ci bəndinin üçüncü abzası və həmin Fərmanla təsdiq edilmiş “Dövlət sirrinə aid edilən məlumatların Siyahısı” qüvvədən düşmüş hesab edilsin.

3. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 iyun 2005-ci il

1. Dövlət sirrinə aid edilən məlumatların Siyahısı (bundan sonra – Siyahı) “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tərtib edilmişdir. Siyahı ilə dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olub, dövlət tərəfindən mühafizə olunan və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlumatlar, habelə həmin məlumatlar barədə sərəncam vermək səlahiyyətlərinə malik olan dövlət hakimiyyəti orqanları müəyyən edilir.

Siyahıda göstərilən dövlət hakimiyyəti orqanlarından hər biri qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində sahə, idarə və ya proqram mənsubiyyətli məlumatlar barədə, habelə digər məlumat mülkiyyətçilərinin təqdim etdikləri uyğun məlumatlar barədə sərəncam vermək səlahiyyətlərinə malikdirlər.

2. Siyahıda aşağıdakı anlayışlardan və akronimlərdən istifadə edilir:

“rejimli obyektlər” – fəaliyyətləri üçün əlavə təhlükəsizlik tədbirləri müəyyən edilmiş hərbi və xüsusi obyektlər, hərbi hissələr, müəssisə, idarə və təşkilatlar;

“hərbi obyektlər” – qoşunların döyüş mövqeləri, idarəetmə məntəqələri, poliqonları, rabitə qovşaqları, radiotexniki sistemləri, bazaları, anbarları və hərbi təyinatlı digər qurğuları;

“xüsusi obyektlər” – müharibə dövründə dövləti və Azərbaycan Respublikasının Silahlı Qüvvələrini idarəetmə məntəqələri, habelə Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanlarının fəaliyyətini təmin edən digər obyektlər;

“müəssisə və təşkilatlar” – mülkiyyət növündən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun yaradılan hüquqi şəxslər, habelə onların filial və nümayəndəlikləri;

“qoşunlar” – Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış digər silahlı birləşmələr;

“silah” – düşmən canlı qüvvəsini, texnikasını, qurğularım və digər obyektlərini məhv etmək üçün nəzərdə tutulmuş vasitələr, onların tərkib hissələri və dəstləşdirici məmulatları;

“hərbi texnika” – qoşunların fəaliyyətinin döyüş, texniki və arxa təminatı üçün nəzərdə tutulmuş texniki vasitələr, habelə bu vasitələrə nəzarət etmək və onların sınağı üçün nəzərdə tutulan avadanlıqlar və cihazlar, onların tərkib hissələri və dəstləşdirici məmulatları;

“mühafizə olunan şəxslər” – dövlət tərəfindən mühafizə edilməli şəxslər;

“qorunan və strateji obyektlər” – dövlət hakimiyyəti orqanlarının yerləşdiyi binalar, tikililər və qurğular, həmin binalara, tikililərə və qurğulara bitişik olan, mühafizə olunan şəxslərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə qorunmalı olan ərazilər və akvatoriyalar, habelə Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin və Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin sərəncamında olan binalar, tikililər, qurğular, onlara bitişik olan ərazilər və akvatoriyalar;

DTX – Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti;

MN – Azərbaycan Respublikasının Müdafiə Nazirliyi;

DİN – Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi;

DMX - Azərbaycan Respublikasının Dövlət Mühafizə Xidməti;

DSX – Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti;

SHXÇDX – Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti;

XKX – Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti;

XRİTDX – Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti;

SOMDA – Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi.

1. Qoşunlardan istifadənin strateji planlanın, əməliyyat planlarını, döyüşü idarəetməyə dair sənədləri, qoşunların müxtəlif dərəcəli döyüş hazırlığı vəziyyətinə gətirilməsi üzrə sənədləri, onların strateji və əməliyyat planlan üzrə düzülməsini, quruculuq planlarını, döyüş hazırlığını, hərbi-siyasi və (və ya) əməliyyat şəraitini, əməliyyat (döyüş) hazırlığı vəziyyətini, fəaliyyətinin təminatlığını, səfərbərlik hazırlığını, dövlət ehtiyatlarının yaradılmasını və istifadəsini, qoşunları idarəetmə sistemlərinin tərkibini və (və ya) vəziyyətini, qoşunların səfərbərlik üzrə düzülməsini, səfərbərlik üzrə düzülməsini idarəetmə sistemini (və ya) onların şəxsi heyətlə, silah, hərbi texnika və başqa maddi vasitələrlə, maliyyə vəsaiti ilə, habelə hərbi daştmalarla təmin olunma imkanlarını, Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərinə müvafiq olaraq açıq bildirilməli olmayan qoşunların dislokasiyasını, həqiqi adını, təşkilati strukturunu, şəxsi heyətinin sayını, döyüş tərkibini və ya miqdarını açıqlayan məlumatlar

MN, DTX, XKX, DİN, DSX, SHXÇDX, DMX, XRİTDX, SOMDA, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (bundan sonra – İqtisadiyyat Nazirliyi), Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (bundan sonra – Fövqəladə Hallar Nazirliyi), Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi (bundan sonra – Dövlət Ehtiyatları Agentliyi)

2. Silah və hərbi texnikanın inkişafının istiqamətlərini, uzunmüddətli proqnozlarını və ya planlarını, silah və hərbi texnika nümunələrinin yaradılması və ya modernləşdirilməsi üzrə aparılan məqsədli proqramların, elmi tədqiqat, təcrübi-konstruktor işlərinin məzmununu və ya yerinə yetirilməsinin nəticələrini, onların taktiki-texniki xarakteristikalarmı, silah və hərbi texnikanın konstruksiyasını, istehsal texnologiyasını, döyüş, fiziki və kimyəvi xüsusiyyətlərini, tətbiqi və ya istismar qaydalarını açıqlayan məlumatlar

MN, DTX, XKX, DİN, DSX, DMX, XRİTDX, SOMDA, Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (bundan sonra - Milli Elmlər Akademiyası), Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi (bundan sonra - Elm və Təhsil Nazirliyi), Fövqəladə Hallar Nazirliyi

3. Bakterial və ya tibbi mühafizə vasitələrinin tədarükünə dair plan və ya faktiki göstəriciləri açıqlayan məlumatlar

MN, DTX, XKX, DİN, DSX, DMX, XRİTDX, SOMDA, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi (bundan sonra - Səhiyyə Nazirliyi), Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi (bundan sonra - Ekologiya və Təbii Sərvətlər Nazirliyi), Fövqəladə Hallar Nazirliyi

4. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrindəki öhdəliklərinin şamil edilmədiyi rejimli obyektlərin dislokasiyası, təyinatı, hazırlığı və ya mühafizə olunma dərəcəsi, tikintisi və istismarı, göstərilən obyektlərin tikintisi üçün torpaq sahələrinin, yerin təkinin və ya akvatoriyaların ayrılması, həmçinin bu obyektlərin yaradılması ilə əlaqədar planlaşdırılan və ya aparılan axtarış, layihə və s. işlər haqqqında məlumatlar

DTX, XKX, MN, DİN, DSX, DMX, XRİTDX, SOMDA, İqtisadiyyat Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Azərbaycan Respublikasının, Fövqəladə Hallar Nazirliyi

5. Dövlətin müdafiə qabiliyyəti və təhlükəsizliyinin təmin olunması mənafeyi naminə Azərbaycan Respublikası rabitə sisteminin qarşılıqlı əlaqələndirilmiş şəbəkəsinin istifadəsini və ya inkişafının perspektivlərini, hərbi və ya xüsusi təyinatlı radioelektron vasitələr üçün radiotezlikli zolaqların ayrılmasını və istifadə edilməsini, qoşunların bütün növ rabitə, radiolokasiya, radiotexniki təminatının təşkilini və ya fəaliyyətini açıqlayan məlumatlar

DTX, XKX, MN, DİN, DSX, DMX, XRİTDX, SOMDA, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (bundan sonra - Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi)

6. Beynəlxalq müqavilələrin predmeti olmayan mühüm müdafiə və ya iqtisadi əhəmiyyətli topoqrafiya, geodeziya və ya kartoqrafiya fəaliyyətinin nəticələrini açıqlayan məlumatlar

MN, DSX, İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (bundan sonra - Dövlət Neft Şirkəti), Azərbaycan Respublikasının Energetika Nazirliyi (bundan sonra - Energetika Nazirliyi), Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Dövlət sirrinə aid edilən məlumatlar barədə sərəncam vermək səlahiyyətinə malik olan Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları

7. Xarici-siyasi, xarici-iqtisadi, elmi-texniki əlaqə məsələləri üzrə dövlətin strategiyasını və taktikasını açıqlayan məlumatlar, əgər onların vaxtından əvvəl yayılması Azərbaycan Respublikasının mənafeyinə ziyan vura bilərsə

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (bundan sonra - Xarici İşlər Nazirliyi), İqtisadiyyat Nazirliyi, MN, DSX, Elm və Təhsil Nazirliyi, Milli Elmlər Akademiyası, Müdafiə Sənayesi Nazirliyi

8. Bir və ya bir neçə xarici dövlətə və beynəlxalq təşkilata aid siyasi, hərbi, elmi-texniki və ya iqtisadi məsələlərə dair etibarlılıq əsasında əldə edilmiş məlumatlar, əgər onların yayılması həmin məlumatların mənbəyinin müəyyən edilməsinə səbəb ola bilərsə

Xarici İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, DTX, XKX, MN, DSX, SHXÇDX, Elm və Təhsil Nazirliyi, Milli Elmlər Akademiyası, Müdafiə Sənayesi Nazirliyi, Dövlət Neft Şirkəti, Energetika Nazirliyi

9. Beynəlxalq münasibətlərdə vahid prinsipial mövqe işləyib hazırlamaq barədə Azərbaycan Respublikasının nümayəndələri ilə digər dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri arasında danışıqlar haqqında məlumatlar, əgər danışıq iştirakçılarının fikrinə görə, həmin məlumatların yayılması tərəflərdən heç olmasa biri üçün diplomatik fəaliyyətinin həyata keçirilməsində çətinlik yaranmasına səbəb ola bilərsə

Xarici İşlər Nazirliyi, DTX, XKX, MN, DSX, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi (bundan sonra - Ədliyyə Nazirliyi)

10. Beynəlxalq müqavilələrin bağlanması, icrası və ləğv olunması, onların məzmunu haqqında məlumatlar, əgər həmin məlumatların vaxtından əvvəl açıqlanması Azərbaycan Respublikasının müdafiə qabiliyyətinə, təhlükəsizliyinə, siyasi və ya iqtisadi mənafelərinə ziyan vura bilərsə

Xarici İşlər Nazirliyi, DTX, XKX, İqtisadiyyat Nazirliyi, MN, DSX, DMX, XRİTDX, SOMDA, Ədliyyə Nazirliyi

11. Azərbaycan Respublikasının digər dövlətlərlə və beynəlxalq təşkilatlarla hərbi, elmi-texniki və başqa sahələrdə əməkdaşlığı, silah və hərbi texnikanın idxalı və ixracı, onların təmiri və istismarı haqqında, həmçinin silahların, hərbi texnikanın, hərbi və hərbi sənaye obyektlərinin yaradılmasında göstərilən və ya alman texniki yardım haqqında məlumatlar, əgər həmin məlumatların vaxtından əvvəl açıqlanması tərəflərdən heç olmasa biri üçün diplomatik fəaliyyətinin həyata keçirilməsində çətinlik yaranmasına səbəb ola bilərsə

Xarici İşlər Nazirliyi, MN, Müdafiə Sənayesi Nazirliyi, DSX, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi (bundan sonra - Dövlət Gömrük Komitəsi), DİN, İqtisadiyyat Nazirliyi

12. Azərbaycan Respublikası iqtisadiyyatının müharibə dövründə sabit fəaliyyət göstərməyə hazırlığını müəyyən edən göstəricilər haqqın-da məlumatlar

DTX, XKX, MN, İqtisadiyyat Nazirliyi, DİN, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra – Maliyyə Nazirliyi), Elm və Təhsil Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Energetika Nazirliyi, Dövlət Neft Şirkəti, Fövqəladə Hallar Nazirliyi,

13. Azərbaycan Respublikası infrastrukturundan onun müdafiə qabiliyyəti və təhlükəsizliyinin təmin olunması mənafeyi naminə istifadə haqqında məlumatlar

MN, DTX, XKX, DİN, DSX, SHXÇDX, DMX, XRİTDX, SOMDA, İqtisadiyyat Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi

14. İqtisadiyyatın müxtəlif sahələrində prinsipcə yeni məmulatların, texnoloji proseslərin yaradılmasında istifadə oluna biləcək elm və texnika sahəsində en yeni nailiyyətlərin mahiyyətini açıqlayan, habelə silah və hərbi texnikanın, onların döyüş səmərəliliyinin yüksəldilməsi imkanlarının keyfiyyətcə yeni səviyyəsini müəyyən edən məlumatlar, əgər həmin məlumatların yayılması dövlətin mənafeyinə ziyan vura bilərsə

DTX, XKX, MN, İqtisadiyyat Nazirliyi, DSX, Elm və Təhsil Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Əqli Mülkiyyət Agentliyi, Milli Elmlər Akademiyası, DİN, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra – Agentlik)

15. Dövlətin müdafiə və təhlükəsizlik mənafeyi naminə aparılan elmi tədqiqat, təcrübə-konstruktor və ya layihə işlərinin məzmununu və (və ya) təmayülünü, həmin işlər üzrə xərcləri açıqlayan məlumatlar

İqtisadiyyat Nazirliyi, DTX, XKX, MN, DSX, Maliyyə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Elm və Təhsil Nazirliyi, Milli Elmlər Akademiyası, Energetika Nazirliyi

16. Silahların, hərbi texnikanın, xüsusi obyektlərin yaradılması üzrə aparılan elmi tədqiqat, təcrübə-konstruktor işlərinə, habelə rejimli obyektlərin layihələndirilməsinə, tikintisinə və ya yenidən qurulmasına, silah və hərbi texnikanın yaradılmasına, istehsalına və ya təmirinə ayrılmış təxsisatları və ya faktiki xərcləri açıqlayan məlumatlar

MN, DTX, XKX, DMX, XRİTDX, SOMDA, DSX, DİN, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Elm və Təhsil Nazirliyi, Milli Elmlər Akademiyası, Fövqəladə Hallar Nazirliyi

17. Dövlət müdafiə sifarişi planlarını (tapşırıqlarını), silah, hərbi texnika və digər hərbi məhsulların buraxılmasını və göndərilməsini (pul və ya natura ifadəsində), istehsal həcmini, onların buraxılışının istehsal gücünü açıqlayan məlumatlar. Müəssisələr (istehsalçı) tərəfindən silah, hərbi texnika və digər hərbi məhsulların işlənib hazırlanması, istehsalı (istehsalının dislokasiyası), ixracı, satışı, habelə onların istehsalının, ixracının, satışının təşkili barədə, eləcə də həmin müəssisələrin (istehsalçının) qeyd olunanlarla bağlı kooperasiya üzrə əlaqələri və onların maliyyə hesabatları haqqında məlumatlar

MN, DTX, XKX, DMX, XRİTDX, SOMDA, DSX, İqtisadiyyat Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Elm və Təhsil Nazirliyi, Milli Elmlər Akademiyası, Fövqəladə Hallar Nazirliyi

18. Silah və hərbi texnikanın metroloji təminat vəziyyətini, onların keyfiyyətcə yeni səviyyəsini müəyyənləşdirən hərbi etalonların və ya metroloji təminat vasitələrinin texniki və ya metroloji xüsusiyyətlərini, silah və hərbi texnika sahəsində standartlaşdırmanın əsas istiqamətlərini və ya inkişaf proqramlarını, habelə standartların məzmununu açıqlayan məlumatlar

MN, Müdafiə Sənayesi Nazirliyi, Agentlik

19. Azərbaycan Respublikası iqtisadiyyatının səfərbərlik planının struktur təşkilini və ya göstəricilərini, habelə mərkəzi icra hakimiyyəti orqanlarının və ya ayrı-ayrı təşkilatların səfərbərliyə hazırlıq vəziyyətini, dövlət ehtiyatlarının dislokasiyasını, faktiki miqdarını, onlardan istifadəni, sənayenin səfərbərlik hazırlığı sahəsində aparılan elmi tədqiqat işlərinin planlarını, məzmununu və ya nəticələrini açıqlayan məlumatlar

İqtisadiyyat Nazirliyi, MN, DSX, SHXÇDX, Elm və Təhsil Nazirliyi, Milli Elmlər Akademiyası və aidiyyəti olan orqanlar, Fövqəladə Hallar Nazirliyi, Dövlət Ehtiyatları Agentliyi

20. Silah və hərbi texnikanın istehsalı və təmiri, ümumi tətbiq təyinatlı məhsulların, strateji növlü xammal və materialların istehsalı üzrə səfərbərlik gücləri, həmin güclərin yaradılması və (və ya) inkişafı (saxlanılması), silah, hərbi texnika və səfərbərlik planına daxil edilən əsas növ ümumi tətbiq təyinatlı məhsullara dair sənədlərin sığorta fondlarının vəziyyəti və saxlama yerləri haqqında məlumatlar

MN, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Müdafiə Sənaye Fövqəladə Hallar Nazirliyi si Nazirliyi,

21. Yanacağın strateji növlərinin müdafiə və təhlükəsizlik məqsədləri üçün göndərilməsinin və ehtiyatlarının həcmlərini açıqlayan məlumatlar

MN, DTX, XKX, İqtisadiyyat Nazirliyi, Energetika Nazirliyi, Dövlət Neft Şirkəti

22. Kənd təsərrüfatı məhsullarının strateji növlərinin müdafiə və təhlükəsizlik məqsədləri üçün buraxılışının və ya göndərilməsinin həcmlərini açıqlayan məlumatlar

MN, DTX, XKX, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi

23. Nəqliyyat şəbəkəsinin və nəqliyyat vasitələrinin hərbi məqsədlər üçün hazırlığını, vəziyyətini, təchizatını, habelə hərbi yükdaşımaların təşkilini və həcmini, silah və hərbi texnikanın nəql olunması marşrutlarını, yollarda hərəkətin təhlükəsizliyinin və ya yüklərin qorunmasının təmin edilməsi üzrə rabitə və ya idarəetmə sistemlərinin təşkilini və (və ya) fəaliyyətini, habelə bu məqsəd üçün görülən xüsusi tədbirləri, yükdaşımaların təmin olunması üzrə yolların (dəmiryolların) imkanlarını və (və ya) səfərbərlik ehtiyatlarını, qoşunların yükləmə və ya boşaltma məntəqələrinin dislokasiyasını, ixtisaslaşmasını, güclərini və (və ya) buraxılış qabiliyyətini, həmin məntəqələrə ərzaq, tibbi-sanitar xidmətinin göstərilməsi barədə göstəriciləri açıqlayan məlumatlar

MN, DTX, XKX, DİN, DMX, XRİTDX, SOMDA, DSX, SHXÇDX, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadiyyat Nazirliyi, Səhiyyə Nazirliyi

24. Nəqliyyat vasitələri, o cümlədən nəqliyyatın ayrı-ayrı növləri üzrə səfərbərlik tələbatını və (və ya) təminatını açıqlayan məlumatlar

DTX, XKX, MN, DSX, SHXÇDX, DİN, İqtisadiyyat Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Səhiyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi

25. Bütövlükdə Azərbaycan Respublikası üzrə mülki müdafiə qüvvələrinin və ya vasitələrinin vəziyyəti, əhalinin təhlükəsizliyinin təmin olunma dərəcəsi, ölkənin müdafiə maraqlan üçün istifadə oluna bilən dağ-mədən yerləri, təbii qoruqlar, metropoliten və ya digər qurğular, habelə iri şəhərlərin su təchizatı sxemləri və (və ya) su kəmərlərinin əsas qurğularının və ya onları qidalandıran qurğuların yerləşdiyi yer haqqında məlumatlar

DTX, XKX, DMX, XRİTDX, SOMDA, MN, İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi

26. Bütövlükdə Azərbaycan Respublikası və ya beynəlxalq müqavilələrin predmeti olmayan ayrı-ayrı iri yataqlar üzrə faydalı qazıntıların strateji növlərinin (, tantal, niobium, berillium, litium, ittrium qrupuna daxil olan nadir metallar, uran, torium, xüsusi təmiz kvars xammalı) yerin təkindəki sənaye ehtiyatlan haqqında məlumatlar

İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, D, Energetika Nazirliyi, Fövqəladə Hallar Nazirliyi

27. Xarici borclara dair ümumiləşdirilmiş göstəricilər istisna olmaqla Azərbaycan Respublikasının xarici dövlətlərlə nizama salınmamış haqq-hesablarını və ya müharibə dövründə bütövlükdə Azərbaycan Respublikasının xarici ölkələrlə ödəmə balansım açıqlayan məlumatlar

Xarici İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Mərkəzi Bank

28. Maliyyə və (və ya) pul-kredit fəaliyyəti haqqında məlumatlar, əgər həmin məlumatların vaxtından əvvəl yayılması dövlətin təhlükəsizliyinə ziyan vura bilərsə

29. Rəsmi dərc edilənə qədər pul banknotlarının yeni nümunələri və ya sikkələrin layihələri (yubiley və xatirə sikkələri istisna olmaqla), Azərbaycan Respublikası Milli Bankının banknotlarının saxtalaşdırmadan qorunmasını təmin edən üsullar haqqında məlumatlar

Mərkəzi Bank, Maliyyə Nazirliyi, DTX, XKX, DİN

30. Silah və hərbi texnikanın yaradılması, istehsalı və (və ya) istismarı zamanı yaranan fiziki-kimyəvi hadisələri (sahələri), onların mühafizə olunan parametrlərini açıqlayan məlumatlar

DTX, XKX, MN, DİN, DSX, İqtisadiyyat Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Fövqəladə Hallar Nazirliyi

31. Dövlət sirrinin mühafizəsinin təşkilini və ya faktiki vəziyyətini açıqlayan məlumatlar

Dövlət sirinə aid edilən məlumatlar barədə sərəncam vermək səlahiyyətinə malik olan dövlət hakimiyyəti orqanları

32. Dövlət sirri təşkil edən məlumatların mühafizəsi, informasiyanın icazəsiz müdaxilədən, xarici kəşfiyyatlardan və texniki kanallarla sızmadan mühafizəsi üzrə planlaşdırılan və (və ya) həyata keçirilən tədbirlərin üsul və vasitələrini açıqlayan məlumatlar, habelə bu fəaliyyətin maliyyələşdirilməsi haqqında məlumatlar, əgər onlar sadalanan məlumatlan açıqlayırsa. Şifrlənmiş, o cümlədən kodlaşdırılmış və məxfiləşdirilmiş rabitə sistemləri haqqında, şifrlər, şifrlərin işlənilməsi və hazırlanması, onlarla təminat, şifrləmə və xüsusi mühafizə vasitələri haqqında, xüsusi təyinatlı informasiya-təhlil sistemləri haqqında məlumatlar

DTX, XKX, MN, DMX, XRİTDX, DSX, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi

33. Mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin təhlükəsizliyinin təmin olunmasının təşkilini, qüvvələrini, vasitələrini və üsullarını açıqlayan məlumatlar, habelə həmin şəxslərin və obyektlərin təhlükəsizliyinin təmin olunması üçün maliyyələşdirməyə dair göstəricilər, əgər onlar yuxanda göstərilən məlumatlan açıqlaya bilərsə

DMX, XRİTDX, SOMDA, DTX, XKX, Maliyyə Nazirliyi

34. Kəşfiyyat, əks-kəşfiyyat və ya əməliyyat-axtarış fəaliyyətinin təşkilini, mənbələrini, qüvvələrini, planlarını, vasitələrini, üsullarını, vəziyyətini və ya nəticələrini açıqlayan məlumatlar, habelə həmin fəaliyyət növlərinin maliyyələşdirilməsinə dair göstəricilər, əgər onlar yuxanda göstərilən məlumatlan açıqlaya bilərsə. Kəşfiyyat, əks-kəşfiyyat, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlarla konfedensial əsaslarla əməkdaşlıq edən və ya etmiş şəxslər haqqında məlumatlar. Əməliyyat-səfərbərlik işinin vəziyyətini, nəticələrini, habelə tədbirlərini açıqlayan məlumatlar

DTX, XKX, MN, DSX, DİN, DMX, XRİTDX, Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Prokurorluğu (bundan sonra – Respublika Prokurorluğu), Dövlət Gömrük Komitəsi, Maliyyə Nazirliyi

35. Konkret şəxslərin kəşfiyyat, əks-kəşfiyyat, mütəşəkkil cinayətkarlıqla mübarizə və ya əməliyyat-axtarış bölmələrinin kadr heyətinə mənsubluğunu, habelə həmin orqanların əməliyyat-axtarış və əməliyyat-texniki tədbirlərini, dövləti cinayətlərlə bağlı cinayət işləri üzrə aparılan istintaqın qüvvələrini, vasitələrini və üsullarını açıqlayan məlumatlar

DTX, XKX, MN, DMX, XRİTDX, DİN, DSX, Dövlət Gömrük Komitəsi, İqtisadiyyat Nazirliyi, Ədliyyə Nazirliyi, Respublika Prokurorluğu

36. Rabitə vasitələrinin radioelektron kəşfiyyatı orqanlarının fəaliyyətinin qüvvələrini, planlarını, vasitələrini, üsullarını, vəziyyətini və ya fəaliyyətinin nəticələrini açıqlayan məlumatlar, habelə həmin orqanların fəaliyyətinin maliyyələşdirilməsinə dair göstəricilər, əgər onlar yuxanda göstərilən məlumatları açıqlaya bilərsə

DTX, XKX, MN, DMX, XRİTDX, DSX, Maliyyə Nazirliyi

37. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti orqanlarının fəaliyyətinin əsas istiqamətlərinin məzmununu, təşkilini və ya nəticələrini, Azərbaycan Respublikası dövlət sərhədlərinin mühafizəsinin quruluşunu açıqlayan məlumatlar

38. Ümumiləşdirilmiş göstəricilər istisna olmaqla, dövlət büdcəsinin Azərbaycan Respublikası müdafiəsinin, təhlükəsizliyinin, hüquq mühafizə fəaliyyətinin təmin olunması ilə bağlı məxaricini, icra hakimiyyəti orqanlarının smetalarındakı ayrı-ayrı maddələr üzrə pul vəsaitinin qoşunların saxlanılması üçün xərclənməsini açıqlayan məlumatlar

MN, DTX, XKX, DİN, DMX, XRİTDX, SOMDA, DSX, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi

39. Dövlətin təhlükəsizlik mənafeyi naminə kadrların hazırlanması və yerləşdirilməsi üzrə tədbirləri açıqlayan məlumatlar

DTX, XKX, MN, DSX, SHXÇDX, DMX, XRİTDX, SOMDA

1. 29 noyabr 2006-cı il tarixli 486 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 948)

2. 11 noyabr 2008-ci il tarixli 13 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 19 noyabr 2008-ci il, № 259, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 969)

3. 14 aprel 2009-cu il tarixli 81 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 19 aprel 2008-ci il, № 83, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 04, maddə 226)

4. 30 oktyabr 2009-cu il tarixli 172 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 1 noyabr 2009-cu il, № 244, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 785)

5. 10 fevral 2010-cu il tarixli 216 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 11 fevral 2010-cu il, № 32, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 2, maddə 80)

6. 19 dekabr 2012-ci il tarixli 768 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti 21 dekabr 2012-ci, № 285, “Azərbaycan” qəzeti 22 dekabr 2012-ci, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1242)

7. 3 may 2013-cü il tarixli 873 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti 4 may 2013-cü, № 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 05, maddə 494)

8. 27 dekabr 2013-cü il tarixli 71 nömrəli Azərbaycan Respublikasının Fərmanı (“Respublika” qəzeti, 28 dekabr 2013-cü il, № 287, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1538)

9. 10 fevral 2014-cü il tarixli 105 nömrəli Azərbaycan Respublikasının Fərmanı (“Respublika” qəzeti, 12 fevral 2014-cü il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 2, maddə 112)

10. 27 iyun 2014-cü il tarixli 194 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 29 iyun 2014-cü il, № 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №6, maddə 644)

11. 2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027)

12. 15 fevral 2016-cı il tarixli 787 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 21 fevral 2016-cı il, № 40; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 251)

13. 16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384)

14. 8 may 2017-ci il tarixli 1371 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 14 may 2017-ci il, № 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 775)

15. 7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521)

16. 19 sentyabr 2018-ci il tarixli 277 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9, maddə 1840)

17. 10 fevral 2022-ci il tarixli 1595 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 11 fevral 2022-ci il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 2, maddə 106)

18. 31 may 2022-ci il tarixli 1703 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 2 iyun 2022-ci il, № 114, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 471)

19. 2 avqust 2022-ci il tarixli 1785 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 2 avqust 2022-ci il, “Xalq” qəzeti 4 avqust 2022-ci il, № 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 845)

20. 28 dekabr 2022-ci il tarixli 1927 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 dekabr 2022-ci il, “Azərbaycan” qəzeti, 29 dekabr 2022-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1437)

21. 29 dekabr 2023-cü il tarixli 2440 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 29 dekabr 2023-cü il, “Xalq” qəzeti, 30 dekabr 2023-cü il, № 287, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 12, I kitab, maddə 1701)

22. 2 fevral 2024-cü il tarixli 2464 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 2 fevral 2024-cü il, “Azərbaycan” qəzeti, 4 fevral 2024-cü il, № 24, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 2, maddə 145)

23. 14 mart 2024-cü il tarixli 22 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 14 mart 2024-cü il, “Xalq” qəzeti, 15 mart 2024-cü il, № 58, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 262)

24. 31 iyul 2024-cü il tarixli 167 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 31 iyul 2024-cü il, “Xalq” qəzeti, 1 avqust 2024-cü il, № 161, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, №7, maddə 826)

25. 23 yanvar 2025-ci il tarixli 290 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 23 yanvar 2025-ci il, “Xalq” qəzeti, 24 yanvar 2025-ci il, № 15, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 1, maddə 30)

26. 4 iyun 2025-ci il tarixli 403 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 4 iyun 2025-ci il, “Xalq” qəzeti, 5 iyun 2025-ci il, № 116, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 6, maddə 541)

27. 6 noyabr 2025-ci il tarixli 520 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 6 noyabr 2025-ci il, “Xalq” qəzeti, 7 noyabr 2025-ci il, № 238, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 11, maddə 1018)

28. 23 fevral 2026-cı il tarixli 604 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 2, maddə 123)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver