Dövlət sirrini əks etdirən normativ hüquqi aktların yayılması və qüvvəyə minməsi qaydası haqqında Əsasnamənin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
"Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinin müddəalarının icra edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. "Dövlət sirrini əks etdirən normativ hüquqi aktların yayılması və qüvvəyə minməsi qaydası haqqında" Əsasnamə təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində bu Fərmandan irəli gələn məsələləri həll etsin.
3. Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyaya tapşırılsın ki, öz səlahiyyətləri daxilində bu Fərmandan irəli gələn məsələləri həll etsin.
4. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.