4.1. Fərdi uçot sığortaçı tərəfindən elektron qaydada aparılır.
4.2. Fərdi uçot sahəsində elektron xidmətlər (sığortaolunanın və sığortaedənin uçota alınması, sığortaolunana fərdi şəxsi hesabı barədə məlumatların təqdim olunmasıvə s.) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.
4.3. Qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınmaqla kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının və işçilərinin, əməliyyat-axtarış fəaliyyəti subyektlərinin işçilərinin və “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan digər işçilərin və şəxslərin fərdi uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada aparılır.
4.4. Bu Qanunun 4.1-ci maddəsi əmək pensiyası və digər sosial sığorta ödəmələrinin verilməsi üçün bu Qanunun 5.2.10 – 5.2.12-ci və 5.2.14-cü maddələrində qeyd olunan məlumatların sığortaedən və sığortaolunan tərəfindən yazılı sənəd formasında sığortaçıya təqdim edilməsini istisna etmir.