Qanunvericilik › Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 7

Maddə 7. Sığortaolunanlara dair məlumatların təqdim olunması və qeydə alınması

Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

7.1. Sığortaçı bu Qanunun 5.2.2 – 5.2.19-cu maddələrində nəzərdə tutulan məlumatları sığortaolunanın fərdi şəxsi hesabında aşağıdakı qaydada qeydə alır:

7.1.1. bu Qanunun 5.2.2 – 5.2.9-cu maddələrində nəzərdə tutulan məlumatları və həmin məlumatlarda dəyişiklikləri bu Qanunun 4.3-cü maddəsi nəzərə alınmaqla “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsində nəzərdə tutulmuş qaydada;

7.1.2. bu Qanunun 5.2.10-cu maddəsində nəzərdə tutulmuş sosial sığorta stajı ilə bağlı məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemindən, əmək şəraitinə görə güzəştli staj müddəti ilə bağlı məlumatları isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemindən əldə edilmiş məlumatlar əsasında;

7.1.3. bu Qanunun 5.2.11-ci, 5.2.12-ci və 5.2.13-cü maddələrində nəzərdə tutulmuş məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminin məlumatları əsasında;

7.1.4. bu Qanunun 5.2.14-cü maddəsində nəzərdə tutulmuş məlumatları sığortaolunana əmək pensiyası təyin edilərkən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 5.3-cü maddəsində nəzərdə tutulmuş qaydada həmin müddətləri təsdiq edən sənədlər əsasında;

7.1.5. bu Qanunun 5.2.15 – 5.2.18-ci maddələrində nəzərdə tutulmuş məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemindən əldə edilən məlumatlar əsasında;

7.1.6. bu Qanunun 5.2.19-cu maddəsində nəzərdə tutulmuş məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemindən əldə edilmiş məlumatlar əsasında.

III fəsil

Sığortaolunanın, sığortaedənin və sığortaçının hüquq və vəzifələri

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver