Azərbaycan Respublikası Prezidentinin 22 noyabr 1998-ci il tarixli 26 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Beynəlxalq (regional) və dövlətlərarası standartların, normaların, qaydaların və tövsiyələrin Azərbaycan Respublikası ərazisində tanınması və tətbiq edilməsi Qaydaları”nın 2, 3, 6 və 7-ci bəndlərini və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 31 avqust tarixli 155 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında” Əsasnamənin 8.12 və 8.45-ci bəndlərini rəhbər tutaraq qərara alınır
1. Beynəlxalq, Avropa və Rusiya Federasiyasının milli standartları əsasında hazırlanmış aşağıdakı dövlət standartları təsdiq edilsin.
1.9. AZS 844-2015 (ГОСТ Р 52844-2007) “Alkoqolsuz tonuslandırıcı içkilər. Ümumi texniki şərtlər” (9 nömrəli əlavə).
1.10. AZS 845-2015 (ГОСТ Р 52845-2007) “Az alkoqollu tonuslandırıcı içkilər. Ümumi texniki şərtlər” (10 nömrəli əlavə).
1.11. AZS 846-2015 (EN 494:2012) “Profillənmiş fibrosement lövhələr və fitinqlər-Məhsulun spesifikasiyası və sınaq metodları” (11 nömrəli əlavə).
1.12. AZS 847-2015 (EN 12467: 2012) “Düz fibrosement lövhələr-Məhsulun spesifikasiyası və sınaq metodları” (12 nömrəli əlavə).
2. Qanunvericilik və hüquq ekspertizası şöbəsinə (R.Vəliyev) tapşırılsın ki, bu Qərarın 1-ci bəndi ilə təsdiq edilmiş dövlət standartının Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gündən gec olmayaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.
3. Texniki tənzimləmə və standartlaşdırma şöbəsinə (N. Tağıyev) tapşırılsın ki, bu Qərarın 1-ci bəndi ilə təsdiq edilmiş dövlət standartının qeydiyyata alınmasını təmin etsin.
4. Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutuna (S.Abdullayev) tapşırılsın ki, bu Qərarın 1-ci bəndi ilə təsdiq edilmiş dövlət standartının texniki tənzimləmə və standartlaşdırma üzrə texniki normativ hüquqi aktların dövlət fonduna daxil edilməsini təmin etsin.
5. Ümumi şöbəyə (X.Həsənovaya) tapşırılsın ki, aidiyyəti struktur bölmələrini bu Qərarla tanış etsin.
6. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Azərbaycan Respublikası Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsinin
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Kollegiyasının 01 sentyabr 2015-ci il tarixli 150111500005 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
1. “Qida məhsullarının standartlaşdırılması üzrə” Texniki Komitə (TK 07) tərəfindən işlənib hazırlanıb və təqdim edilib.
2. Bu standart ГОСТ P 52844-2007 “Hапитки безалкогольные тонизирующие. Oбщие технические условия” Rusiya Federasiyasının milli standartının autentik tərcüməsi əsasında hazırlanıb.
3. İlk dəfə tətbiq edilir.
4. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2020-ci il, dövrü yoxlama müddəti 5 ildir.
____________________________________________________________________________
ALKOQOLSUZ TONUSLANDIRICI İÇKİLƏR.
ÜMUMİ TEXNİKİ ŞƏRTLƏR.
Hапитки безалкогольные тонизирующие.
Oбщие технические условия”
ALCOHOL–FREE TONİC BEVERAGES.
GENERAL SPECİFİCATİONS.
____________________________________________________________________________
Bu standart xüsusi təyinatlı - tonuslandırıcı, eyni zamanda energetik alkoqolsuz içkilərə (digər cümlələrdə sadəcə alkoqolsuz tonuslandırıcı içkilər) şamil olunur.
Bu standart çay, kofe və çay və kofe ekstrakt əsaslı digər alkoqolsuz içkilərə şamil edilmir.
Məhsulun təhlükəsizliyini təmin edən tələblər 5.1.5 - 5.1.9, məhsulun keyfiyyətinə olan tələblər 5.1.2, 5.1.3, markalanmasına olan tələblər isə 5.4-də göstərilmişdir.
Bu standartın hazırlanmasında aşağıdakı standartlardan istifadə edilmişdir:
ГОСТ P 51074-2003. Qida məhsulları. İstehlakçı üçün məlumat. Ümumi tələblər.
ГОСТ P 51153-98. Qazlı alkoqolsuz içkilər və çörək xammalından hazırlanan içkilər. Karbon 4 oksidin təyini üsulları.
ГОСТ P 51301-99. Qida məhsulları və ərzaq xammalları. Toksiki elementlərin (kadmium, qurğuşun, mis, sink) inversion-voltamperometrik üsulla təyini.
ГОСТ P 51474-99. Qablaşdırma. Yüklərlə davranış qaydalarını göstərən markalanma.
ГОСТ P 51766-2001. Xammal və qida məhsulları. Arsenin atom-absorbsiya üsulu ilə təyini üsulları.
ГОСТ P 52409- 2005. Alkoqolsuz və az alkoqollu məhsulların istehsalı. Terminlər və təriflər.
ГОСТ 8.579-2002. Ölçmələrin vəhdətini təmin edən dövlət sistemi. Məhsulun istehsalı, qablaşdırması, satışı və ixracı zamanı istənilən növ qablaşdırmada miqdara olan tələblər.
ГОСТ 6687.0-86. Alkoqolsuz sənaye məhsulları. Qəbul qaydaları və nümunə götürmə üsulları.
ГОСТ 6687.2-90. Alkoqolsuz sənaye məhsulları. Quru maddələrin təyini üsulları.
ГОСТ 6687.4-86. Alkoqolsuz içkilər, kvas, şərbətlər. Turşuluğun təyini üsulları.
ГОСТ 6687.5-86. Alkoqolsuz sənaye məhsulları. Məhsulun həcminin və orqanoleptik göstəricilərinin təyini.
ГОСТ 6687.7-88. Alkoqolsuz içkilər və kvas. Spirtin təyini üsulları.
ГОСТ 14192-96. Yüklərin markalanması.
ГОСТ15846-2002. Uzaq Şimal və ona bərabər olan bölgələrə göndərilən məhsullar. Qablaşdırma, markalanma, daşınma və saxlanma.
ГОСТ 23285-78. Qida məhsulları üçün nəqliyyat bağlamaları və şüşə taralar. Texniki şərtlər.
ГОСТ 24597-81 Tara-ədəd yüklərin bağlamaları. Əsas parametrlər və ölçülər.
ГОСТ 26927-86. Xammal və qida məhsulları. Civənin təyini üsulları.
ГОСТ 26929-94. Xammal və qida məhsulları. Nümunənin hazırlanması. Toksiki elementlərin təyini üçün minerallaşdırma.
ГОСТ 26930-86. Xammal və qida məhsulları. Arsenin təyini üsulları.
ГОСТ 26932-86. Xammal və qida məhsulları. Qurğuşunun təyini üsulları.
ГОСТ 26933-86. Xammal və qida məhsulları. Kadmiumun təyini üsulları.
ГОСТ 28038-89. Meyvə və tərəvəzlərin emal məhsulları. Patulin təyini üsulları.
ГОСТ 30059-93. Alkoqolsuz içkilər. Aspartam, kofein, saxarin və natrium benzoatın təyini üsulları.
ГОСТ 30178-96. Xammal və qida məhsulları. Atom absorbsiya üsulu ilə toksiki elementlərin təyini üsulları.
ГОСТ 30519-97 / ГОСТ P 50480-93. Qida məhsulları. Salmonella cinsindən olan bakteriyaların təyini üsulları.
ГОСТ 30538-97. Qida məhsulları. Atom-emission üsulu ilə toksiki elementlərin təyini üsulları.
ГОСТ 30712-2001. Alkoqolsuz sənaye məhsulları. Mikrobioloji analiz üsulları.
Qeyd. Bu standartdan istifadə edən zaman istinad olunan standartların keçərliliyini ümumi istifadə informasiya sistemində - texniki tənzimləmə və metrologiya üzrə Federal agentliyin rəsmi saytında və ya hər il cari ilin 1 yanvar tarixində nəşr olunan informasiya toplusu “Milli” standartlar”da, və cari ilin hər ay dərc olunan müvafiq informasiya toplularında yoxlamaq tövsiyyə olunur. Əgər istinad edilən standart əvəz edilmişdirsə (dəyişilmişdirsə), bu standartdan istifadə zamanı əvəzlənmiş standartdan istifadə etmək lazımdır. Əgər istinad edilən standart əvəz edilmədən ləğv edilmişdirsə, bu zaman istinad olunan standartın aidiyyatı maddəsi tətbiq olunur.
Bu standartda ГОСТ P 52409-un terminlərindən, həmçinin, aşağıda göstərilmiş termin və təriflərdən istifadə edilmişdir:
3.1. Alkoqolsuz tonuslandırıcı içkilər: tərkibində insan orqanizmində tonuslandırıcı effekti təmin edəcək miqdarda kofein və ya digər tonuslandırıcı komponentlər olan xüsusi təyinatlı alkoqolsuz içkilərdir.
3.2. Alkoqolsuz energetik içkilər: quru maddələrin kütlə payı 10%-dən az olmayan alkoqolsuz tonuslandırıcı içkilər.
3.3. Tonuslandırıcı komponentlər: insan orqanizminə tonuslandırıcı təsir göstərən xüsusi kimyəvi maddələr.
3.4. Tonuslandırıcı inqridientlər: tonuslandırıcı komponentlərə malik sadə və ya mürəkkəb tərkibli alkoqolsuz tonuslandırıcı içkilərin əsas hissəsi.
4.1. Xarici görünüşünə görə alkoqolsuz içkilər ayrılır:
4.2. Alkoqolsuz tonuslandırıcı içkilər karbon 4 oksidin doyma səviyyəsinə görə iki tipə bölünür:
4.3. Alkoqolsuz tonuslandırıcı içkilər emal üsuluna görə aşağıdakı növlərə ayrılır:
- pasterizəedilməmiş;
- konservantlı içkilər;
- konservantsız içkilər;
- soyuq doldurulmuş içkilər;
- isti doldurulmuş içkilər;
- aseptik doldurulmuş içkilər;
5.1. Xarakteristikalar.
5.1.1. Alkoqolsuz tonuslandırıcı içkilər bu standartın tələblərinə uyğun olaraq, sanitariya norma və qaydaları nəzərə alınmaqla müəyyən olunmuş qaydada təsdiq edilmiş texnoloji təlimat və resepturalar üzrə hazırlanır.
5.1.2. Xarici görünüşünə görə alkoqolsuz tonuslandırıcı içkilər cədvəl 1-də göstərilmiş tələblərə cavab verməlidir:
İçkilərin xarakteristikası
Çöküntüsüz və kənar əlavələrsiz şəffaf maye. Istifadə edilən xammalın xüsusiyyətlərindən asılı olaraq azacıq bulanıqlığa yol verilir.
Məhsula xas olmayan kənar əlavələrsiz, istifadə edilən xammalın xüsusiyyətlərindən asılı olaraq çöküntülərin və asılqanların olmasına yol verilir.
5.1.3. Alkoqolsuz tonuslandırıcı içkilər fiziki-kimyəvi göstəricilərinə görə cədvəl 2-də göstərilmiş tələblərə cavab verməlidir.
Qazlı içkilərdə karbon 4 oksidin kütlə payı, %, ən azı
Kofeinin miqdarı,mq/ sm
Quru maddələrin kütlə payı,%, ən azı
(energetik içkilər üçün)
5.1.4. Alkoqolsuz tonuslandırıcı içkilərin orqanoleptik, fiziki-kimyəvi göstəriciləri, qida dəyərləri və saxlanma müddəti istifadə edilən xammalın xüsusiyyətləri, istehsal texnologiyası və doldurulma şərtlərinə əsaslanaraq konkret adda məhsul üçün tərtib edilmiş resepturada müəyyənləşdirilir.
5.1.5. Alkoqolsuz tonuslandırıcı içkilərin tərkibindəki toksiki elementlərin, radionuklidlərin, mikotoksinlərin miqdarı ölkədə qüvvədə olan normativ hüquqi aktları əsasında müəyyən olunmuş hüdudu keçməməlidir.
5.1.6. Alkoqolsuz tonsuslandırıcı içkilərin mikrobioloji göstəriciləri ölkədə qüvvədə olan normativ hüquqi aktları əsasında müəyyən olunmuş normaya uyğun olmalıdır.
5.1.7. Alkoqolsuz tonuslandırıcı içkilərin tərkibindəki qida əlavələrinin miqdarı ölkədə qüvvədə olan normativ hüquqlu aktı əsasında müəyyən olunmuş normaya uyğun olmalıdır.
5.1.8. Alkoqolsuz tonuslandırıcı içkilərin tərkibində tonuslandırıcı komponentlərin sayı ikidən çox olmamalıdır.
5.1.9. Alkoqolsuz tonuslandırıcı içkilərin bir qablaşdırma vahidindəki tonuslandırıcı komponentlərin (kofein istisna) və digər bioloji aktiv maddələrin miqdarı təyin olunmuş sutkalıq normanın 50%-dən yüksək olmamalıdır.
Bir qablaşdırma vahidi üçün vitamin və vitaminəbənzər maddələrin, mineral maddələrin, energetik mübadilə stimulyatoru və substratlarının miqdarı sutkalıq istifadə normasından yüksək olmamalıdır.
5.2. Xammal və materiallara olan tələblər
5.2.1. Alkoqolsuz tonuslandırıcı içkilərin hazırlanması üçün istifadə edilən xammal və köməkçi materiallar ölkədə qüvvədə olan normativ hüquqi aktlarının tələblərinə cavab verməlidir.
5.2.2. Tonuslandırıcı inqredient kimi tonuslandırıcı komponentlərin mənbəyi hesab olunan ( kofein, ginqozidlər, eleuterozidlər sxizandrina və s) kofein və / və ya bitki ekstraktı ( quaran, mate, jenşen, cır limon, eleuterokokk) istifadə edilə bilər.
5.2.3. Alkoqolsuz tonuslandırıcı içkilərin istehsalında asan həzm olunan karbohidratlar, mineral maddələr, vitaminlər və vitaminəbənzər maddələr, energetik mübadilənin stimulyator və substratları istifadə edilə bilər.
5.3.1. Alkoqolsuz tonuslandırıcı içkilər istehlak tarasına doldurulur, hermetik bağlanılır və nəqliyyat tarasına yığılır.
5.3.2. İstehlak tarası və bağlama vasitələri verilmiş məhsulla əlaqə zamanı onun keyfiyyətini və təhlükəsizliyini təmin edən materiallardan hazırlanmalıdır.
5.3.3. Qablaşdırma vahidində məhsulun həcmi yol verilən kənarlaşmalar hesablanmaqla məhsulun markalanmasında göstərilən nominal miqdara uyğun olmalıdır.
Məhsulun bir qablaşdırma vahidinin nominal miqdarından yol verilən mənfi kənara çıxmaların həddi – ГОСТ 8.579 üzrə
Məhsulun nominal miqdarından yüksəkliyini xarakterizə edən buraxılabilən müsbət kənarlaşmaya olan tələblər müəyyən olunmuş qayda təsdiq edilmiş resepturalarda müəyyənləşdirilir.
5.3.4. Yükləmə zamanı məhsulla qablaşdırma forması – ГОСТ 24597
5.3.5. Uzaq Şərqə göndərilən qablaşdırılmış məhsullar və ona bərabər yerlərə - ГОСТ 15846
5.4.1. İstehlak tarasının markalanması aşağıdakılar qeyd olunmaqla ГОСТ P 51074 üzrə aparılır:
- “18 yaşınadək olan, yaşlı, hipertonik xəstəliklərdən, ürək fəaliyyətinin pozuntusundan, sinir oyanıqlığından, yuxusuzluqdan əziyyət çəkən şəxslərin, hamilə və süd verən qadınların istifadə etməsi tövsiyə olunmur” yazısı göstərilməlidir;
- Tonuslandırıcı komponentlərin miqdarı ( içkinin 100 sm-da mq);
- Bioloji aktiv əlavələrin olması ilə əlaqədar olaraq sutkalıq (qablaşdırma vahidi ilə) məhdud istehlak haqqında məsləhət və maksimum sutkalıq istifadə haqqında məlumat [3];
5.4.2. Məhsulun markalanmasında səlahiyyətli orqan tərəfindən müəyyən olunmuş qaydada təsdiq olunmuş qərar olmadan, içkinin və ya onun hər hansı komponentinin insan orqanizminə təsiri ilə bağlı şərh verilməsinə yol verilmir.
5.4.3. Nəqliyyat markalanması ГОСТ 14192 və ГОСТ P 51474 tələblərinə uyğun aparılır.
6.1. Qəbul qaydaları ГОСТ 6687.0 üzrə həyata keçirilir.
6.2. Alkoqolsuz tonuslandırıcı içkilərdə qida əlavələrinin, bioloji aktiv maddələrin, toksiki elementlərin, radionuklidlərin, mikotoksinlərin miqdarının və mikrobioloji göstəricilərin ardıcıllığı və dövriliyinə nəzarət istehsalçı tərəfindən istehsal nəzarət planlarında müəyyənləşdirilir.
7.1. Nümunənin götürülməsi üsulları - ГОСТ 6687.0 üzrə.
7.2. Orqanoleptik göstəricilərin təyini ГОСТ 6687.5 üzrə.
7.3. Karbon 4 oksidin kütlə payı ГОСТ P 51153.
7.4. Quru maddələrin kütlə payı ГОСТ 6687.2 üzrə.
7.5. Kofeinin kütlə konsentrasiyasını təyini - ГОСТ 30059 üzrə [6].
7.6. Toksiki elementlərin təyini - ГОСТ 26927, ГОСТ 26930, ГОСТ 26923, ГОСТ 26933, ГОСТ 30178, ГОСТ 30538, ГОСТ P 51301, ГОСТ P 51766 üzrə, [4], [5],
7.7 Nümunələrin mineralizasiyaya hazırlanması ГОСТ 26929 üzrə.
7.8. Mikrobioloji göstəricilərin təyini ГОСТ 30712, ГОСТ 30519, [6].
7.9. Radionuklidlərin miqdarının təyini - [7], [8], [9]üzrə
7.10 Mikrobioloji göstəricilərin təyini – ГОСТ 30712, ГОСТ 30519 üzrə.
7.11 Konservantların təyini – ГОСТ 300059, [6].
7.12 Mikotokinlərin miqdarının təyini – ГОСТ 28038 üzrə, [10].
7.13 Doldurma səviyyəsi – ГОСТ 6687.5 üzrə
8.1. Alkoqolsuz tonuslandırıcı içkilər bütün növ nəqliyyat vasitələri ilə, müvafiq nəqliyyat növü üçün qüvvədə olan yükdaşıma qaydalarına uyğun olaraq daşınır.
Yükl yerlərinin paketlənməsi ГОСТ 23285 üzrə aparılır.
8.2. Alkoqolsuz tonuslandırıcı içkilər 0°C - 35°C temperaturda daşınmalı və saxlanmalıdır.
8.3. Məhsulun saxlanma müddəti istehsalçı tərəfindən konkret adda məhsul üçün tərtib edilmiş resepturada müəyyən edilir.
( mq/100 kub. sm içkidə)
Energetik mübadilənin substrat və stimulyatorları
Vitamin və vitaminəbənzər maddələr:
Genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından məhsullarının istehsalında istifadə olunması qadağandır.”
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Kollegiyasının 01 sentyabr 2015-ci il tarixli 150111500005 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
1. “Qida məhsullarının standartlaşdırılması üzrə” Texniki Komitə (TK 07) tərəfindən işlənib hazırlanıb və təqdim edilib.
2. Bu standart ГОСТ P 52845-2007 “Напитки слабоалкогольные тонизирующие.Общие технические условия” Rusiya Federasiyasının milli standartının autentik tərcüməsi əsasında hazırlanıb.
3. İlk dəfə tətbiq edilir.
4. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2020-ci il, dövrü yoxlama müddəti 5 ildir.
____________________________________________________________________________
AZ ALKOQOLLU TONUSLANDIRICI İÇKİLƏR.
ÜMUMİ TEXNİKİ ŞƏRTLƏR.
Напитки слабоалкогольные тонизирующие.
Общие технические условия.
TONİC DRİNKS WITH LOW QUANTITY OF ALCOHOL.
GENERAL SPECİFİCATİONS
____________________________________________________________________________
Bu standart qıcqırma məhsullarından başqa xüsusi təyinatlı - tonuslandırıcı, eyni zamanda energetik az alkoqollu içkilərə (digər cümlələrdə sadəcə az alkoqollu tonuslandırıcı içkilər) şamil olunur.
Məhsulun təhlükəsizliyini təmin edən tələblər 5.1.5 - 5.1.8, məhsulun keyfiyyətinə olan tələblər 5.1.2, 5.1.3, markalanmasına olan tələblər isə 5.4-də göstərilmişdir.
Bu standartın hazırlanmasında aşağıdakı standartlardan istifadə edilmişdir:
ГОСТ P 51074-2003. Qida məhsulları. İstehlakçı üçün məlumat. Ümumi tələblər.
ГОСТ P 51153-98. Qazlı az alkoqollu tonuslandırıcı içkilər və çörək xammalından hazırlanan içkilər.
ГОСТ P 51301-99. Qida məhsulları və ərzaq xammalları. Toksiki elementlərin (kadmium, qurğuşun, mis, sink) inversion-voltamperometrik üsulla müəyyənləşdirilməsi.
ГОСТ P 51474-99. Qablaşdırma. Yüklərlə davranış qaydalarını göstərən markalanma.
ГОСТ P 51653-2000. Alkoqollu məhsullar və onların istehsalı üçün xammallar. Etil spirtinin təyini üsulları.
ГОСТ P 51756-2001. Asan açılan qapaqlı alüminium bankalar. Texniki şərtlər.
ГОСТ P 51766-2001. Xammal və qida məhsulları. Arsenin atom-absorbsiya üsulu ilə təyini üsulları.
ГОСТ P 51823-2001. Alkoqollu məhsul və onun istehsalı üçün xammallar. Kadmium, qurğuşun, sink, mis, arsen, dəmir və ümumi kükürd dioksidin miqdarının inversion –voltoampermetrik üsulla təyini.
ГОСТ P 52409-2005. Alkoqolsuz və az alkoqollu məhsulların istehsalı. Terminlər və təriflər.
ГОСТ 8.579-2002. Ölçmələrin vəhdətini təmin edən dövlət sistemi. Məhsulun istehsalı, qablaşdırması, satışı və ixracı zamanı istənilən növ qablaşdırmada miqdara olan tələblər.
ГОСТ 6687.0-86.Alkoqolsuz sənaye məhsulları. Qəbul qaydaları və nümunə götürmə üsulları.
ГОСТ 6687.2-90. Alkoqolsuz sənaye məhsulları. Quru maddələrin təyini üsulları.
ГОСТ 6687.4-86. Az alkoqollu tonuslandırıcı içkilər, kvas, şərbətlər. Turşuluğun təyini üsulları.
ГОСТ 6687.5-86. Alkoqolsuz sənaye məhsulları. Məhsulun həcminin və orqanoleptik göstəricilərinin təyini.
ГОСТ 8756.9-78. Meyvə və tərəvəzlərin emal məhsulları. Meyvə və giləmeyvə şirələrində və ekstraktlarında çöküntünün təyini.
ГОСТ 10117.1-2001. Qida mayeləri üçün şüşə qablar. Ümumi texniki şərtlər
ГОСТ 10117.2-2001. Qida mayeləri üçün şüşə qablar. Növ, parametr və əsas ölçüləri.
ГОСТ 13192-73. Şərab, şərab materialları və konyaklar. Şəkərin təyini üsulları.
ГОСТ 14192-96. Yüklərin markalanması.
ГОСТ15846-2002. Uzaq Şimal və ona bərabər olan bölgələrə göndərilən məhsullar. Qablaşdırma, markalanma, daşınma və saxlanma.
ГОСТ 23285-78 Qida məhsulları üçün nəqliyyat bağlamaları və şüşə taralar. Texniki şərtlər.
ГОСТ 24597-81. Tara-ədəd yüklərin bağlamaları. Əsas ölçü və parametrlər.
ГОСТ 26927-86 Xammal və qida məhsulları. Civənin təyini.
ГОСТ 26929-94 Xammal və qida məhsulları. Nümunələrin hazırlanması. Toksiki elementlərin təyini üçün minerallaşdırma.
ГОСТ 26930-86 Xammal və qida məhsulları. Arsenin təyini üsulları.
ГОСТ 26932-86 Xammal və qida məhsulları. Qurğuşunun təyini üsulları.
ГОСТ 26933-86 Xammal və qida məhsulları. Kadmiumun təyini üsulları.
ГОСТ 30059-93 Az alkoqollu tonuslandırıcı içkilər. Aspartam, kofein, saxarin və natrium benzoatın təyini üsulları.
ГОСТ 30178-96 Xammal və qida məhsulları. Atom absorbsiya üsulu ilə toksiki elementlərin təyini üsulları.
ГОСТ 30538-97 Xammal və qida məhsulları. Atom emission üsulu ilə toksiki elementlərin təyini üsulları.
Qeyd. Bu standartdan istifadə edən zaman istinad olunan standartların keçərliliyini ümumi istifadə informasiya sistemində - texniki tənzimləmə və metrologiya üzrə Federal agentliyin rəsmi saytında və ya hər il cari ilin 1 yanvar tarixində nəşr olunan informasiya toplusu “Milli” standartlar”da, və cari ilin hər ay dərc olunan müvafiq informasiya toplularında tövsiyə olunur. Əgər istinad edilən standart əvəz edilmişdirsə (dəyişilmişdirsə), bu standartdan istifadə zamanı əvəzlənmiş standartdan istifadə etmək lazımdır. Əgər istinad edilən standart əvəz edilmədən ləğv edilmişdirsə, bu zaman istinad olunan standartın aidiyyatı maddəsi tətbiq olunur.
Bu standartda ГОСТ P 52409-ni terminlərindən və aşağıdakı terminlərdən istifadə edilib:
3.1. Az alkoqollu tonuslandırıcı içkilər: insan orqanizmində tonuslandırıcı effekti təmin edən kifayət miqdarda tərkibində kofein və / və ya digər tonuslandırıcı komponentlər olan xüsusi təyinatlı az alkoqollu içkilər.
3.2. Az alkoqollu energetik içkilər: Şəkərin kütlə payı ən azı 10% olan zəif alkoqollu tonuslandırıcı içkilər.
3.3. Tonuslandırıcı komponentlər: insan orqanizminə tonuslandırıcı təsir göstərən xüsusi kimyəvi maddələr.
3.4. Tonuslandırıcı inqredientlər: tonuslandırıcı komponentlər malik sadə və ya mürəkkəb tərkibli az alkoqollu tonuslandırıcı içkilərin əsas hissələri.
4.1. Xarici görünüşünə görə az alkoqollu tonuslandırıcı içkilər iki hissəyə ayrılır:
4.2. Az alkoqollu tonuslandırıcı içkilər karbon 4 oksidin doyma səviyyəsinə görə iki tipə bölünür:
4.3. Az alkoqollu tonuslandırıcı içkilər emal üsulundan asılı olaraq aşağıdakı hissələrə ayrılır:
- pasterizəedilməmiş;
- konservantlı içkilər;
- konservantsız içkilər;
- soyuq doldurulmuş içkilər;
- isti doldurulmuş içkilər;
- aseptik doldurulmuş içkilər;
5.1. Xarakteristikalar
5.1.1. Az alkoqollu tonuslandırıcı içkilər bu standartın tələblərinə uyğun olaraq, sanitariya norma və qaydaları nəzərə alınmaqla müəyyən olunmuş qaydada təsdiq edilmiş texnoloji təlimat və resepturalar üzrə hazırlanır.
5.1.2. Xarici görünüşünə görə az alkoqollu tonuslandırıcı içkilər cədvəl 1-də göstərilmiş tələblərə cavab verməlidir:
5.1.3. Az alkoqollu tonuslandırıcı içkilər fiziki-kimyəvi göstəricilərinə görə cədvəl 2-də göstərilmiş tələblərə cavab verməlidir.
Etil spirtinin həcm payı, %
Qazlaşdırılmış içkilərdə karbon dioksidin kütlə payı, %, ən azı
Şəkərin kütlə payı, %, ən azı (energetik içkilər üçün)
5.1.4. Az alkoqollu tonuslandırıcı içkilərin orqanoleptik, fiziki kimyəvi göstəriciləri, qida dəyərləri və saxlanma müddəti istifadə edilən xammalın xüsusiyyətləri, istehsal texnologiyası və doldurulma şəraitinə əsaslanaraq konkret adda məhsul üçün tərtib edilmiş resepturada müəyyən edilməlidir.
5.1.5. Az alkoqollu tonuslandırıcı içkilərin tərkibindəki toksiki elementlərin və radionuklidlərin miqdarı ölkədə qüvvədə olan normativ hüquqi aktları əsasında müəyyən olunmuş hüdudu keçməməlidir.
5.1.6. Az alkoqollu tonuslandırıcı içkilərin tərkibindəki qida əlavələrinin miqdarı ölkədə qüvvədə olan normativ hüquqi aktları əsasında müəyyən olunmuş normaya uyğun olmalıdır.
5.1.7. Az alkoqollu tonuslandırıcı içkilərin tərkibində tonuslandırıcı komponentlərin sayı birdən çox olmamalıdır.
5.1.8. Az alkoqollu tonuslandırıcı içkilərin bir qablaşdırma vahidindəki tonuslandırıcı komponentlərin (kofein istisna) və digər bioloji aktiv maddələrin miqdarı təyin olunmuş sutkalıq normanın 50%-dən yüksək olmamalıdır.
5.1.9. Bir qablaşdırma vahidi üçün vitamin və vitaminəbənzər maddələrin, mineral maddələrin, energetik mübadilən stimulyatoru və substratlarının miqdarı sutkalıq istifadə normasından yüksək olmamalıdır.
5.2. Xammal və materiallara olan tələblər
5.2.1. Az alkoqollu tonuslandırıcı içkilərin hazırlanması üçün istifadə edilən xammal və köməkçi materiallar ölkədə qüvvədə olan normativ hüquqi aktlarının tələblərinə cavab verməlidir.
5.2.2. Az alkoqollu tonuslandırıcı içkilərin istehsalında süni şirinləşdiricilərdən və ortofosfat turşusundan istifadəyə yol verilmir.
5.2.3. Tonuslandırıcı inqridient kimi tonuslandırıcı komponentlərin mənbəyi hesab olunan (kofein, ginqozidlər, eleuterozidlər, sxizandrina) kofein və / və ya bitki ekstraktları (quarana, mate, jenşen, cır limon, eleuterokokk) istifadə edilə bilər.
5.2.4. Az alkoqollu tonuslandırıcı içkilərin istehsalında vitaminlər və vitaminəbənzər maddələr, mineral maddələr, energetik mübadilə stimulyator və substratları istifadə edilə bilər.
5.3.1. Az alkoqollu tonuslandırıcı içkilər şüşə butulkalara ГОСТ 10117.1, ГОСТ 10117.2 üzrə, metal bankalara ГОСТ P 51756 üzrə və verilmiş məhsulla əlaqə zamanı onun keyfiyyətini və təhlükəsizliyini təmin edən materiallardan hazırlanmış digər istehlak tarasına doldurulur (polimer və onların kombinəedilmiş materialları).
5.3.2. İstehlak tarası və bağlama vasitələri verilmiş məhsulla əlaqə zamanı onun keyfiyyətini və qida təhlükəsizliyini təmin edən materiallardan hazırlanmalıdır.
5.3.3. Qablaşdırma vahidində məhsulun həcmi yol verilən kənarlaşmalar hesablanmaqla məhsulun markalanmasında göstərilən nominal miqdara uyğun olmalıdır.
Məhsulun bir qablaşdırma vahidinin nominal miqdarından yol verilən mənfi kənara çıxmaların həddi – ГОСТ 8.579 üzrə
Məhsulun nominal həcmindən yüksəkliyini xarakterizə edən buraxılabilən müsbət kənarlaşmaya olan tələblər müəyyən olunmuş qaydad təsdiq edilmiş resepturalarda müəyyənləşdirilir.
5.3.4. Məhsul paketlərinin yük yerlərinə bərkidilməsi – ГОСТ 24597 üzrə.
5.3.5. Uzaq Şimal və ona bərabər yerlərə göndərilən qablaşdırılmış məhsullar - ГОСТ 15846 üzrə
5.4.1. İstehlak tarasının markalanması aşağıdakılar qeyd olunmaqla ГОСТ P 51074 üzrə aparılır:
- Tonuslandırıcı, energetik içkilər üçün “Uşaqlara və 18 yaşınadək yeniyetmələrə, hamilə və süd verən qadınlara, yaşlılara, habelə yüksək sinir həssaslığından və yuxusuzluqdan, ürək fəaliyyətinin pozuntusundan, hipertonik xəstəlikdən, mərkəzi sinir sitemi, böyrək, qaraciyər və digər həzm orqanları xəstəliklərindən əziyyət çəkən şəxslərə alkoqoldan istifadə tövsiyə olunmur” yazısı göstərilməlidir.
- İnsan orqanizminə alkoqollu məhsullardan çox istifadənin ziyanları haqqında xəbardarlıq yazısı
- Tonuslandırıcı komponentlərin miqdarı ( içkinin 100 sm-da mq)
- Bioloji aktiv əlavələrin olması ilə əlaqədar olaraq sutkalıq (qablaşdırma vahidi ilə) məhdud istehlak haqqında məsləhət və maksimum sutkalıq istifadə haqqında məlumat;
5.4.2. Məhsulun markalanmasında səlahiyyətli orqan tərəfindən müəyyən olunmuş qaydada təsdiq olunmuş qərar olmadan, içkinin və ya onun hər hansı komponentinin insan orqanizminə təsiri ilə bağlı şərh verilməsinə yol verilmir.
5.4.3. Nəqliyyat markalanması ГОСТ 14192 və ГОСТ P 51474 tələblərinə uyğun aparılır.
6.1. Qəbul qaydaları ГОСТ 6687.0 üzrə həyata keçirilir.
6.2. Az alkoqollu tonuslandırıcı içkilərdə bioloji aktiv maddələrin, toksiki elementlərin, radionuklidlərin, mikotoksinlərin miqdarının və mikrobioloji göstəricilərin ardıcıllığı və dövriliyinə nəzarət istehsalçı tərəfindən istehsal nəzarət planlarında müəyyənləşdirilir.
7.1. Nümunənin götürülməsi - ГОСТ 6687.0 üzrə
7.2. Orqanoleptik göstəricilərin təyini ГОСТ 6687.5 üzrə
7.3. Etil spirtinin həcm payının təyini – ГОСТ P 51653 üzrə
7.4. Karbon 4 oksidin kütlə payı ГОСТ P 51153 üzrə
7.5 Quru maddələrin kütlə payının təyini – ГОСТ 6687.2 üzrə nümunə içkidə saxarozanın tam inversiyasından sonra qazlı içkidən etil spirtinin və karbon 4 oksidin çıxarılması.
7.6 Turşuluğun təyini – ГОСТ 6687.4 üzrə
7.7 Çöküntünün kütlə payının təyini – ГОСТ 8756.9 üzrə
7.8 Kofeinin kütlə payının təyini – ГОСТ 30059 üzrə
7.9 Toksiki elementlərin təyini ГОСТ 26927, ГОСТ 26930, ГОСТ 26923, ГОСТ 26933, ГОСТ 30178, ГОСТ 30538, ГОСТ P 51301, ГОСТ P 51766 üzrə.
7.10 Mineralizasiya üçün nümunələrin hazırlanması – ГОСТ 26929 -
7.11 Bioloji aktiv maddələrin miqdarının təyini –ölkədə qüvvədə olan normativ hüquqi akt üzrə.
7.12 Radionuklidlərin təyini – ölkədə qüvvədə olan normativ hüquqi akt üzrə.
7.13 Konservantların miqdarının təyini – ГОСТ 30059 üzrə.
7.14 Doldurma səviyyəsi – ГОСТ 6687.5 üzrə
7.15 Şəkərlərin təyini – ГОСТ 13192 üzrə
7.16 Vitaminlərin miqdarının təyini - ölkədə qüvvədə olan normativ hüquqi akt üzrə.
8.1 Az alkoqollu tonuslandırıcı içkilər bütün növ nəqliyyat vasitələri ilə, müfaviq nəqliyyat növü üçün qüvvədə olan yükdaşıma qaydalarına uyğun olaraq daşınır.
Yük yerlərinin zamanı paketlənməsi ГОСТ 23285 üzrə aparılır.
8.2. Az alkoqollu tonuslandırıcı içkilər 0°C - 25°C temperaturda daşınmalı və saxlanmalıdır.
8.3. Məhsulun saxlanma müddəti istehsalçı tərəfindən konkret adda məhsul üçün tərtib edilmiş resepturada müəyyən edilir.
Miqdarı (100 mq/sm- də)
Genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından məhsullarının istehsalında istifadə olunması qadağandır.”
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 01 sentyabr 2015-ci il tarixli 150111500005 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
1. Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu tərəfindən işlənib hazırlanıb və təqdim edilib.
2. Bu standart EN 494:2012 “Fibre-cement profiled sheets and fittings. Product specification and test methods” Avropa standartının autentik tərcüməsi əsasında hazırlanıb.
3. İlk dəfə tətbiq edilir.
4. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2020-ci il, dövrü yoxlama müddəti 5 ildir.
___________________________________________________________________________
Profillənmiş fibrosement lövhələr və fitinqlər.
Məhsulun spesifikasiyası və sınaq metodları
Fibre-cement profiled sheets and fittings.
Product specification and test methods
___________________________________________________________________________
Bu standart texniki tələbləri nəzərdə tutur və aşağıda verilən məqsədlər üçün istifadə olunan profillənmiş fibrosement lövhələr və fibrosement fitinqlər üzrə nəzarət və sınaq metodlarını, eləcə də qəbul şərtlərini müəyyən edir:
- Daxili divarların üzlənməsi;
- Bayır divarların və tavanların işlənməsi.
Bu standartın məqsədilə, profillənmiş fibrosement lövhələr qofrun hündürlüyü və mexaniki xüsusiyyətlərinə görə təsnif olunurlar.
Bu standartın 5.1.1 bəndində müəyyən olunduğu kimi müxtəlif növ liflərlə bərkidilmiş, zavod tərəfindən üzlənmiş və ya üzlənməmiş fibrosement lövhələrdən bəhs edir.
Bu standart işlər, dizayn tələbləri, quraşdırma texnikası, vurulmuş lövhələrin küləyə və ya yağışa davamlılığı üzrə hesablamaları daxil etmir.
QEYD: Bu tələblərdən bəziləri razılaşdırıldıqdan sonra xüsusi istifadə üçün olan əyri lövhələrə tətbiq oluna bilər.
Bu standartda aşağıdakı sənədlərə qismən və ya bütünlükdə istinad olunur və aşağıda sadalanan sənədlər bu standartın tətbiq edilməsində vacib əhəmiyyət daşıyır. Tarixi göstərilən istinadlar üçün yalnız nəşr qeydi verilir. Tarixsiz istinadlar üçün istinad edilən sənədin ən son nəşri (dəyişikliklər daxil olmaqla) nəzərdə tutulur.
EN 197-1, Sement-1-ci Hissə: Tərkibi, xüsusiyyətlər və bütün sementlər üçün uyğunluq kriteriyası;
CEN/TS 1187 Damın xarici yanğınların təsirinə qarşı davamlılığı üzrə sınaq metodları;
EN 13501-1, Tikinti məhsullarının və tikinti elementlərinin yanğın təhlükəsizliyi üzrə təsnifatı— 1-ci Hissə: yanğına qarşı sınaqlara reaksiya nəticələrindən əldə olunan məlumata əsaslanan təsnifat;
EN 13501-5, Tikinti məhsulları və tikinti elementlərinin yanğın təhlükəsizliyi üzrə təsnifatı — 5-ci Hissə: yanğına qarşı sınaqlara reaksiya nəticələrindən əldə olunan məlumata əsaslanan təsnifat;
EN 13823, Tikinti məhsulları üçün yanğına qarşı reaksiya sınaqları — Tikinti məhsulları, döşəmə örtükləri istisna olmaqla, tək yanan maddə ilə termal hücumun təsirinə məruz qalan tikinti məhsulları;
EN 15057, Profillənmiş fibrosement lövhələr – təsirə müqavimətə dair sınaq metodu;
EN ISO 1716, Məhsulların yanğın təhlükəsizliyi sınaqlarına reaksiyası -Ümumi yanma istiliyinin müəyyən olunması (istilik ekvivalenti) (ISO 1716);
ISO 2602, Sınaqların nəticələrinin statistik şərhi-Orta göstəricinin hesablanması- etibarlılıq intervalı;
ISO 2859-1, Əsas əlamətlər vasitəsilə nümunə götürülməsi prosedurları-1-ci Hissə: partiyalar üzrə yoxlama zamanı qəbul edilə bilən keyfiyyət limiti (AQL) ilə təyin olunan nümunə sxemləri;
ISO 3951-1, Dəyişən göstəricilər vasitəsilə yoxlama üçün nümunə prosedurları-1-ci Hissə: tək keyfiyyət xarakteristikası və qəbul edilə bilən tək keyfiyyət limitinin partiya-partiya yoxlanması məqsədilə, qəbul edilə bilən keyfiyyət limiti (AQL) ilə göstərilən nümunə planları üçün spesifikasiya.
Bu standartı məqsədləri üçün, aşağıdakı terminlər və təriflər tətbiq ediləcəkdir.
3.1 Profillənmiş lövhə
A.1-A.7 şəkillərdə göstərildiyi kimi korruqasiya olunmuş (qofrlanmış) komponent.
Daxil edilməli olan Qeyd 1: Qofrlar a dalğası və h hündürlüyü ilə təyin olunur.
Fibrosement lövhələrin spesifikasiyaya uyğun olub-olmamasını müəyyən etmək məqsədilə ardıcıl istehsal prosesindən və ya məhsul partiyasından götürülmüş bir qrup lövhənin sınağı.
Daxil edilməli olan Qeyd 1: Sınaq metodları və spesifikasya üzrə limit göstəricilər bu sənəddə əksini tapır. Nümunələrin götürülməsi səviyyələri və qəbul kriteriyası 6.3.2 bəndində verilir.
Məhsulun bu standartın tələblərinə uyğunluğu və ya yeni məhsulun təsdiqlənməsi və/və ya məhsulun tərkibində və/və ya istehsal metodunda fundamental dəyişiklik edildikdə, əvvəlki təcrübə əsasında əvvəlcədən proqnozlaşdırıla bilməyən təsirlərin müəyyən olunması məqsədilə keçirilən sınaq.
Daxil edilməli olan Qeyd 1: Bu sınaq hazır məhsul üzərində aparılır, lakin hər istehsal seriyası üçün tələb edilmir.
3.4 Qəbul edilə bilən keyfiyyət səviyyəsi (AQL)
Nümunələrin götürüldüyü planda qəbul edilmək üçün müəyyən olunmuş nisbətən yuxarı dərəcəyə uyğun gələn keyfiyyət səviyyəsi.
Daxil edilməli olan Qeyd 1: nümunələrin yoxlanılması prosesində orta göstərici kimi götürülən qüsurlu məhsulların maksimal faizi (və ya məhsulun hər 100 ədədinə olan qüsurlu məhsulların maksimal miqdarı).
Daxil edilməli olan Qeyd 2: AQL (Qəbul edilə bilən keyfiyyət limiti) göstəricisi 4% olan nümunə sxemi bildirir ki, qüsurlu məhsulların 4% təşkil etdiyi partiyanın qəbul olunmaq ehtimalı yüksəkdir.
3.5 Satışa hazır məhsul
Bərkimə və müvafiq olduqda, boyama işləri daxil olmaqla, istehsalın bütün prosesləri tamamlandıqdan sonra istehsalçının məhsulu təchiz etməsi.
0,9 m və ya ondan az olan lövhə
0,9 m-dən çox olan lövhə
Məhsulun üst tərəfi adətən havanın təsirlərinə məruz qalır.
NT üzlük materialları tipli fibrosement lövhələr və fitinqlər qeyri-azbest texnologiyadan istifadə edilərək hazırlanmışdır.
3.11 Laboratoriya şəraiti
Laboratoriya şəraiti (23 ± 5) °C temperaturu və (50 ± 20) % nisbi rütubətdən ibarətdir.
a 1. Qofr dalğası (millimetrlə)
2. Reqressiya xəttinin əmsallarından biri (Əlavə C)
b 1. Həm qırılma, həm də əyilmə sınağı zamanı nümunənin dayaqlara parallel ölçüsü (millimetrlə)
2. Reqressiya xəttinin əmsallarından biri (Əlavə C)
d lövhənin şərti sıxlığı (q/m)
e lövhənin qalınlığı (millimetrlə)
f qırılma sınağında 20% və 70% arası xüsusi qüvvə tətbiq etməklə, deformasiyanın artırılması (millimetrlə)
F qırılma və ya əyilmə sınağında qırılma qüvvəsi (nyutonla)
Fs qırılma sınağında enin hər metrinə düşən qırılma qüvvəsi (nyutonla)
h qofrların hündürlüyü (millimetrlə)
hod enən qofrun kənarının hündürlüyü (millimetrlə)
hom yüksələn qofrun kənar hündürlüyü (millimetrlə)
l lövhənin uzunluğu (millimetrlə)
ls qırılma sınağında və ya əyilmə sınağında dayaqlar arasında təmiz məsafə və ya dayaqların mərkəzi arasında məsafə (millimetrlə)
L1 qırılma qüvvəsi və ya əyilmə anının artıq hesablanmış orta göstəricisi (95% etibarlılıq səviyyəsində)
L2 qırılma qüvvəsi və ya əyilmə anının aşağı hesablanmış orta göstəricisi (95% etibarlılıq səviyyəsində)
m quruduqdan sonra nümunənin kütləsi (qramla)
M Əyilmə sınağında qırılma baş verdikdə uzunluğun hər metrinə düşən əyilmə (nyutonla)
RL L2 göstəricisinin L1 göstəricisinə nisbəti
s1 orta X1 göstəricisi olan nümunələr üçün standart kənara çıxma
s2 orta X2 göstəricisi olan nümunələr üçün standart kənara çıxma
V sınaq nümunəsinin kub santimetrlə həcmi
xo quru şəkildə sınaq zamanı əldə olunmuş faktiki nəticə
w lövhənin eni (millimetrlə)
X1 nümunələrin (ilk partiya) növ sınağı üçün göstərdiyi nəticələrin (qırılma qüvvəsi və ya əyilmə anı) orta göstəricisi
X2 nümunələrin (ilk partiya) növ sınağından sonra göstərdiyi nəticələrin (qırılma qüvvəsi və ya əyilmə anı) orta göstəricisi
xstd quru şəkildə sınaq metodu üzrə spesifikasiya kimi istifadə olunacaq minimal göstərici. Bu göstərici hazırkı sənəddə yaş sınaq metodu üçün nəzərdə tutulmuş ystd göstəricisindən 97,5% etibarlılıq səviyyəsində hesablanır.
yo nümunənin quru şəkildə sınaqdan keçirilməsi zamanı alınan nəticə; bu nəticə nümunənin yaş şəkildə sınaq edilməsindən gözlənilən nəticədən 97.5% daha az etibarlılıq səviyyəsindədir.
ystd yaş şəkildə sınaq üçün nəzərdə tutulan minimum göstərici.
5.1.1 Məhsulun tərkibi
Profillənmiş fibrosement lövhələr və fitinqlər liflərlə bərkidilmiş sement və ya digər puzolanik materiallardan ibarətdir. Sement 197-1 standartına və ya razılaşdırılmış texniki spesifikasiyaya uyğun olmalıdır.
Bu standart germetik olmayan (NT) profillənmiş fibrosement lövhələr və fitinqləri əhatə edir.
Bərkidici liflər aşağıdakı bir və ya bir neçə formada ola bilər:
- qarışıq paylanmış diskret elementlər;
- liflər və ya lentlər;
- hörgülər və ya torlar.
Məhsulun tərkibinə uyğun gələn vasitələr, filler və piqmentlər əlavə oluna bilər.
5.1.2 Görünüş və rəng
Lövhələr təbii rəngində saxlanıla və ya onların tərkibinə boyayıcı maddələr əlavə oluna bilər; onların səthinə həmçinin yapışqan rəngli və ya rəngsiz üzlük çəkilə bilər.
Lövhələrin hazırkı sənəddə verilən xüsusiyyətlərinə təsir etməyən səth dəyişikliklərinə yol verilir.
Məhsulun səthi və/və ya səth örtüyü yerdən, yerləşmədən, damın hündürlüyü və müddətdən asılı olaraq dəyişən hava şəraitinin təsirlərinə məruz qalacaq. Hazırkı sənəddə əksini tapmış minimal mexaniki və fiziki xüsusiyyətləri və lövhənin davamlı element funksiyasını azaltmır.
Kənarlar düz və təmiz olmalıdır.
Lövhələr 45 dərəcə bucaq altında kəsilmiş ola və ya əvvəlcədən kəsilmiş künc(lər)ə malik ola və /və ya birləşdirilmək üçün əvvəlcədən deşilmiş ola bilər.
Fitinqlər ümumi görünüşə və birlikdə istifadə olunacaqları lövhələrə uyğun gələn rəng və formaya malik olmalıdırlar. Onlara bərkidilmək üçün lazım olan deşiklər qoyulmalıdır.
5.2 Ölçülər və yol verilə bilən artıq-əskikliklər
İstehsalçı nominal ölçüləri müəyyən edir.
QEYD: Təyinat və məlumat üçün bax: Maddə 5.7
Fitinqlər istehsalçının müəyyən etdiyi nominal ölçü və formalara malik olmalı və lövhələrin müvafiq qofrlu hissəsinə uyğun gəlməlidir.
5.2.2 Lövhənin hündürlük ilə təsnifatı
Lövhələr Cədvəl 1-ə əsasən qofrların nominal hündürlüyündən asılı olaraq beş kateqoriya üzrə qruplaşdırıla bilər (nümunə olaraq bax: Şəkil A1-A7).
Lövhələrin qalınlığı:
- ya Şəkil A.8a-da göstərildiyi kimi profilin eni boyunca təxminən sabit olmalı və ya
- Şəkil A.8b-də təsvir olunduğu kimi, mütəmadi olaraq qofrların yuxarısından və aşağısından yanlara doğru dəyişməlidir.
7.2.1.3 maddəsi əsasında ölçüldükdə, hər bir kateqoriya üzrə minimum individual qalınlıq Cədvəl 2-də müəyyən olunur.
Minimum individual qalınlıq
QEYD: A kateqoriyasına daxil edilmiş xüsusi Z sinfinin minimum individual qalınlığı 3,5 mm-dir.
5.2.4 Nominal ölçülərdən yol verilə bilən artıq-əskiklik
5.2.4.1 Profillənmiş lövhələr
7.2 bəndinə əsasən ölçüldükdə, yol verilə bilən ölçü dəyişmələri aşağıdakı kimi olacaq:
a) a qofr dalğası üzrə:
75 mm < a ≤ 180 mm ± 2,0 mm
180 mm < a ≤ 260 mm ± 2,5 mm
b) h hündürlüyü üzrə:
15 mm ≤ h ≤ 45 mm ± 2,0 mm
45 mm ≤ h ≤ 150 mm ± 3,0 mm
c) l uzunluğu üzrə: ± 10 mm;
d) w eni üzrə: -5 mm;
e) e nominal qalınlığı üzrə:
7.2.1.3 bəndi üzrə ölçülən orta qalınlıq ± 10 % daxilində olmalıdır və nominal ± 0,6 mm qalınlıqdan çox olmamalıdır.
f) lövhənin düzbucaqlılığına görə:
düzbucaqlılıqdan kənara çıxma ≤ 6,0 mm.
g) kənarların hündürlüyünə görə:
Bu artıq-əskiklikk yalnız bir tərəfdə yüksələn kənarı və digər tərəfdə enən kənarı olan lövhələrə tətbiq olunur və quraşdırma texnikasına əsasən germetikliyi və/və ya geometrik uyğunluğu təmin etmək məqsədilə tələb edilir.
İstehsalçı öz quraşdırma standartlarında və ya qaydalarında verilən artıq-əskiklik dərəcələrindən istifadə edir, bu cür dərəcələr olmadıqda isə, onları öz təlimatında müəyyən edir.
7.2 bəndi əsasında ölçüldükdə nominal ölçülər üzrə yol verilə bilən artıq-əskiklik aşağıdakı kimi olacaq:
Uzunluq və en üzrə ± 10 mm;
Orta qalınlıq üzrə ± 1 mm.
5.3 Profillənmiş fibrosement lövhələr üçün fiziki tələblər və xüsusiyyətlər
Satışa hazır məhsullar üçün praktik olduğu vaxtlarda mexaniki və material xüsusiyyətləri müəyyən olunur. Nəticələr üzlənmiş və ya üzlənməmiş məhsullar üzrə qruplaşdırılır.
QEYD: Statistik şərh üçün bax maddə 6.3.
İstehsalçının ədəbiyyatında lövhələrin şərti sıxlığı müəyyən olunur. 7.3.1 bəndinin şərtlərinə əsasən sınaqdan keçirildikdə, lövhə istehsalçı tərəfindən müəyyən olunan şərti sıxlığa bərabər və ya daha çox sıxlığa malik olacaq.
5.3.3 Mexaniki xüsusiyyətlər
5.3.3.1 Qırılma qüvvəsi
Hər bir kateqoriya üzrə minimum qırılma qüvvəsindən asılı olaraq 0,9 m-dən artıq uzunluqlu lövhələr üçün iki sinif mövcuddur.
7.3.2.1 bəndi əsasında sınaqdan keçirildikdə, lövhələr dayaqlar arası 1.1 m-lik məsafə üçün ən azı Cədvəl 3-də verilən göstəricilərə bərabər qırılma qüvvəsinə malik olacaqlar.
Cədvəl 3 Minimal qırılma qüvvəsi
QEYD: A kateqoriyasında minimal qırılma qüvvəsi 750 N/m olan xüsusi 3-cü sinif vardır.
7.3.2.1 bəndi əsasında sınaqdan keçirildikdə, öz sinifləri üçün 20% və 70% arası minimum qırılma qüvvəsi tətbiq etməklə ölçüldüyü zaman, 0,90 m-dən artıq uzunluğa malik lövhələrin deformasiya artımı aşağıdakı göstəricini keçməməlidir:
f deformasiyanın artması, millimetrlə;
ls dayaqlar arası təmiz məsafə, millimetrlə;
h qofrun nominal hündürlüyü, millimetrlə.
7.3.2.2 bəndi əsasında sınaqdan keçirildikdə, lövhələrin qırılmasında hər uzunluğa düşən minimal əyilmə anı Cədvəl 4-də müəyyən edilir.
Cədvəl 4. Minimal əyilmə anı
Qırılma zamanı uzunluğun hər metrinə düşən minimum əyilmə anı
QEYD: A kateqoriyasında minimal əyilmə anı 20 Nm/m olan xüsusi Z sinfi vardır
5.3.3.4 Zərbəyə davamlılıq
Tələb olunduğu hallarda, zərbəyə davamlılıq EN 15057 standartı əsasında müəyyən edilir.
5.3.4 Sukeçirməməzlik
7.3.3 bəndi üzrə sınaqdan keçirildikdə, lövhələrin alt tərəfində yaş izlər yarana bilər, lakin heç bir halda orada su damcıları əmələ gələ bilməz.
5.4 Davamlılıq tələbləri
Mexaniki və material xüsusiyyətləri adətən satışa hazır məhsullar üçün müəyyən olunur. Nəticələr üzlənmiş və ya üzlənməmiş matreiallar üçün müəyyən oluna bilər. 5.4.2 və 5.4.3 bəndlərində nəzərdə tutulan sınaqlarda üzlük materialın rolu məhsulun qiymətləndirilməsi zamanı nəzərə alınmır.
5.4.2.1 Donma-ərimə — Profillənmiş fibrosement lövhələr
7.4.1 bəndi əsasında sınaqdan keçirildikdə, 100 donma-ərimə dövründən sonra fibrosement lövhənin 7.4.1.4 bəndində müəyyən edilmiş RL əmsalı 0,70-dən az olmayacaq.
5.4.2.2 Donma-ərimə — Fibrosement fitinqlər
7.4.3 bəndi əsasında sınaqdan keçirildikdə, hər hansı görünən dəyişiklik istifadəyə əhəmiyyətli dərəcədə təsir göstərməyəcək.
5.4.3 Bərk istiyə-yağışa davamlılıq
7.4.2 bəndi əsasında sınaqdan keçirildikdə, 50 isti-yağış dövründən sonra fibrosement lövhələrdə hər hansı görünən çatlar, delaminasiya və ya digər qüsurlar onların istifadə edilmə qabiliyyətinə təsir edəcək dərəcədə olmur.
(a) Sukeçirməməzlik 5.3.4 bəndinə əsasən qiymətləndirilir.
(b) Deformasiya və əyilmə vizual olaraq qiymətləndirilir.
7.3.4 bəndi əsasında sınaqdan keçirildikdə, 56 gün ərzində temperaturu 60°C təşkil edən suya salınmadan sonra fibrosement lövhənin 7.3.4.4 bəndində müəyyən edilmiş RL əmsalı 0,70-dən az olmayacaq.
7.3.5 bəndi əsasında sınaqdan keçirildikdə, 50 islanma-quruma dövründən sonra, fibrosement lövhənin 7.3.5.4 bəndində müəyyən edilmiş RL əmsalı 0,70-dən az olmayacaq.
QEYD: RL= > 0,7 göstəricisi islanma/quruma, isti su və donma/ərimə üçün olan sınaqlar zamanı müəyyən edilən hiqrotermik qüvvələrin ciddiliyini nəzərə alır. Təcrübələr göstərir ki, bu tələbə cavab verən məhsullar nəzərdə tutulan istifadə şərtlərinə uyğundurlar.
5.5 Xüsusiyyətlərin qısa xülasəsi və təsnifat
5.5.1 Xüsusiyyətlərin qısa xülasəsi
Aşağıdakı 5-ci Cədvəl uzun və qısa lövhələrin qəbul edilmə xüsusiyyətləri arasındakı fərqi nümayiş etdirir.
Cədvəl 5. Qəbul xarakteristikası
Qırılma qüvvəsi (N/m)
Qırılma zamanı əyilmə anı (Nm/m)
Qırılma zamanı əyilmə anı
1400 2500 4 250 7 000 12 500
1250 2000 3500 5 500 8 500
QEYD: A kateqoriyasında minimal individual qalınlığı 3,5 mm, minimal qırılma qüvvəsi 750 N/m və minimal əyilmə anı 20 Nm/m olan xüsusi 3Z Sinfi vardır.
5.5.2.1 Uzun lövhələr (uzunluq > 0,9 m)
Aşağıdakı kriteriyaya əsasən iki növ uzun lövhələr təsnif oluna bilər: Qofr kateqoriyasının nominal hündürlüyü: A, B, C, D, E Qırılma qüvvəsi sinfi: 1, 2, 3
Əyilmə anı sinfi: X, Y, Z
Nümunə 1 B 2Y 25 mm və 45 mm arası qofr hündürlüyünü, minimum 2000 N/m qırılma qüvvəsini, minimum 40 Nm/m əyilmə anını ifadə edir.
Nümunə 2 C 1X 40 mm və 80 mm arası qofr hündürlüyünü, minimum 4250 N/m qırılma qüvvəsini və minimum 55 Nm/m əyilmə anını ifadə edir.
5.5.2.2 Qısa lövhələr (uzunluq ≤ 0,9 m)
Qısa lövhələr A, B, C və D kateqoriyalarında nominal qofr hündürlüyünə görə təsniflənir.
5.6 Yanğın və təhlükəsizlik
5.6.1 Kənar yanğının təsiri
Tənzimləyici tələblər şərtilə, lövhələrin kənar yanğının təsirinə göstərdiyi reaksiya 7.5.1 bəndi əsasında bəyan edilir.
5.6.2 Yanğına reaksiya
Tənzimləyici tələblər şərtilə, lövhələrin və ya fitinqlərin yanğına reaksiyası 7.5.2 bəndi əsasında bəyan edilir.
5.6.3 Təhlükəli maddələrin buraxılması
Materiallar müvafiq Avropa Standartının material üzrə müəyyən etdiyi və ya üzv dövlətin milli qaydalarında yol verilən maksimal dərəcədən artıq təhlükəli maddə buraxmamalıdır (bax: ZA.1 və ZA.3 qeydləri).
5.7 Məhsul haqqında məlumat
Fibrosement lövhənin təyinatı ən azı aşağıdakılardan ibarət olmalıdır:
- Məhsulun növü (bax: 5.1.1);
İstehsalçı məhsul haqqında təlimata aşağıdakıları daxil edir:
a) Lövhənin yuxarıdakı qaydada təsviri;
d) Aşağıdakılar üçün nominal göstəriciclər:
2) Qofrun hündürlüyü;
4) Tətbiq oluna bildiyi yerlərdə kənarların hündürlüyü;
e) Minimal şərti sıxlıq;
f) Saxlanılma və quraşdırmaya dair müvafiq məlumat.
Məhsulların bu sənədin tələblərinə cavab verib-verməməsi aşağıdakılar vasitəsilə müəyyən edilir: ilkin növ sınağı və istehsalçı tərəfindən istehsala nəzarət.
6.2 İlkin növ sınaqları
Növ sınaqları məhsul istehsal olunan kimi aparılır. Əgər eyni tərkibdən eyni nominal qalınlıqlı və eyni istehsal metodu ilə bir neçə formatda və ya ölçüdə məhsullar istehsal olunursa, növ sınaqları hər bir nominal qalınlığın bir ölçüsü üzrə aparılmalıdır.
6-cı Cədvəldə verilən bütün xüsusiyyətlər üzrə ilkin növ sınağı keçirilir. Xarici yanğın təsirlərinə “Qənaətbəxş” hesab edilmiş məhsulların və A1 sinfinin məhsullarının yanğına reaksiyası sınaqdan keçirilmir.
Mexaniki xarakteristika adətən sıxılan üst səthdə sınaqdan keçirilir. Əgər əhəmiyyətli fərqlərin ola biləcəyinin ehtimal edildiyi və ya dizayn məqsədləri üçün gərək olduğu təqdirdə, üst səth və alt səthin sınaqları arasında əlaqənin müəyyənləşdirilməsi tələb olunarsa, qüvvə alt səthə tətbiq edilir. Alt səthin sınaqdan keçirilməsinin nəticələri təsnifat üçün uyğun deyil.
İlkin növ sınağı bu sənədin tələblərinə əməl edilib-edilməməsini müəyyənləşdirmək üçün aparılır. Bu sənədin müddəaları əsasında əvvəllər aparılmış sınaqlar (eyni məhsul, eyni xarakteristika, sınaq metodu, nümunə götürülməsi proseduru, uyğunluğun təsdiqlənməsi və s.) nəzərə alına bilər. Bundan başqa, ilkin növ sınağı yeni məhsulun və ya məhsulun tərkibi və ya istehsal metodunda edilmiş əhəmiyyətli dəyişikliyin təsdiqlənməsi məqsədilə həyata keçirilə bilər ki, bu cür dəyişikliyin səbəb olacağı təsirlər əvvəlki təcrübə əsasında qabaqcadan proqnozlaşdırıla bilməz.
Bütün növ sınaqlarının nəticələri istehsalçı tərəfindən qeydə alınmalı və sınağın aid olduğu məhsulların istehsaldan çıxarılmasından sonra ən azı beş il müddətində saxlanılmalıdır.
Fibrosement lövhənin dizaynı, xammal və ya komponentlərin təchizatçısı və ya istehsal prosesi dəyişdirildikdə, müvafiq xarakteristikanın müəyyən edilməsi məqsədilə bu cür növ sınaqları həyata keçirilməlidir.
Cədvəl 6 - Lövhələrin və fitinqlərin sayı və uyğunluq kiteriyası
6.3 İstehsal prosesinə nəzarət
İstehsalçı bazara çıxarılan məhsulların müəyyən edilmiş göstəricilərə uyğun olub-olmamasını təmin etmək üçün İstehsal prosesinə nəzarət sistemi yaradır, rəsmiləşdirir və tətbiq edir. İPN sistemi prosedurlar, müntəzəm yoxlamalar, sınaqlar və/və ya qiymətləndirmələrdən, nəzarət prosesinin nəticələrindən, daxil olan materiallar və ya komponentlərdən, istehsal prosesi və məhsuldan ibarətdir.
EN İSO 9001 standartına uyğun Keyfiyyəti İdarəetmə Sistemi yaratmış və bu standartın tələblərinə uyğunlaşdırmış istehsalçı yuxarıda qeyd olunan tələblərə cavab verən istehsalçı hesab edilir.
Yoxlamaların, sınaqların və ya qiymətləndirmələrin nəticələri tədbir görüldüyü anda qeydə alınmalıdır.
6.3.2 Qəbul sınaqları
Qəbul sınaqları üzrə spesifikasiyalar təhvil verilmiş məhsula tətbiq olunur, lakin istehsal prosesinin ilkin mərhələlərində aparıla bilər.
Davamlı istehsalın sınağı zamanı
- lövhənin üzlənməsinə qədər,
- və Cədvəl 8-in şərtlərindən başqa şərtlər
əsasında götürülən nümunələr qəbulediləndir, bir şərtlə ki, Cədvəl 3-də əksini tapmış tələblərə cavab verildiyi statistik olaraq müəyyən edilmiş olsun (bax Əlavə C).
Qəbul sınaqları həmçinin lövhə və ya fitinq seriyasının standarta cavab verdiyini təsdiq etmək üçün istifadə oluna bilər, məsələn, növ sınaqları ilə birlikdə və ya yoxlama üçün.
Sınaq zamanı aşağıdakılar ölçülür:
- ölçülər – uzunluq, en və qalınlıq (7.2.1 bəndində müəyyən olunan metodlar);
- şərti sıxlıq (7.3.1 bəndində nəzərdə tutulan metod, yalnız lövhələr üçün);
- mexaniki xarakteristika - əyilmə anı (7.3.2 bəndində nəzərdə tutulan metod, yalnız lövhələr üçün).
İSO 2859-1 və İSO 3951-1 standartlarının 4% qəbuledilən keyfiyyət dərəcəsi və S3 yoxlama səviyyəsi imkan verir ki, iri partiyalarda məhsulun təxminən 95%-i tələblərə cavab versin.
Cədvəl 7 - Minimum nümunə sxemləri
Kənarın hündürlüyü (tətbiq oluna bilən yerlərdə)
Əsas əlamət üzrə yoxlama
iki dəfə nümunə götürülməsi yolu ilə yoxlama
Qəbul edilə bilən keyfiyyət səviyyəsi 4%
Dəyişən göstərici vasitəsilə yoxlama; s və ya σ metodu
Qəbul edilə bilən keyfiyyət səviyyəsi 4%
Fibrosement lövhələr üçün olan eyni ölçülər
Bütün çəkən, ölçən və sınaq avadanlığı kalibrlənməlidir və sənədləşdirilmiş prosedurlar, tezliklər və meyarlara uyğun müntəzəm yoxlamadan keçirilməlidir.
6.3.5 Məhsulun sınaqdan keçirilməsi və qiymətləndirmə
İstehsalçı bütün xarakteristikanın bəyan edilmiş göstəricilərinə əməl olunduğunu təmin etmək üçün prosedurlar müəyyən edir.
6.3.6 Uyğun olmayan məhsullar
Yararsız məhsullar ayrılır və rəsmiləşdirilmiş prosedurlar əsasında idarə edilir.
6.4 Hazır məhsul yükünün yoxlanılması
Bu standartın tələblərinə hazır məhsuldan ibarət yükün yoxlanılması daxil deyil, lakin müştəri tərəfindən yoxlamanın aparılmasının tələb edildiyi xüsusi hallarda bu cür yoxlama B Əlavəsi, İSO2859-1 və İSO 3951-1 tələbləri əsasında keçirilə bilər.
Standartın bu hissəsi həm qəbul, həm də ilkin növ sınağının təfərrüatlarını əks etdirir.
7.2.1 Lövhələr üçün ölçü sınaqları
7.2.1.1 Qofr dalğasının və qofr hündürlüyünün ölçülməsi
7.2.1.1.1 Nümunənin hazırlanması
Nümunə olaraq üzlənməmiş hazır məhsul nümunəsi götürülür.
7.2.1.1.2 Ölçmə vasitələri
Lövhələrin ölçülərinə uyğun ölçülərə malik düz səth.
Konusvari ucluqları və lövhənin qofrlarının yanlarına toxunmaq üçün kifayət qədər geniş diametri olan 200 mm uzunluqıu silindrşəkilli polad çubuqlar.
Ölçmə dəqiqliyi 0,1 mm olan yarımkürə başlıqlı mikrometr.
Ölçmə dəqiqıiyi 0,5 mm olan dəqiq metal xətkeş.
7.2.1.1.3.1 a Qofr dalğasının ölçülməsi
Lövhələri səthin üzərinə düz və düzbucaqlı formasında elə yerləşdirin ki, hər bir qofrun aşağısı səthlə əlaqədə olsun (bax Şəkil A.14).
Lövhənin qırağında silindrşəkilli çubuqları qofrların aşağılarında elə düzün ki, konusvari ucluqlar azca lövhədən kənara çıxmış olsun (bax Şəkil A.9-A.12).
Ardıcıl konusvari ucluqlar arasındakı məsafəni xətkeşlə təqribən 0,5 mm dəqiqliklə ölçün.
Eyni dəqiqliyə malik hər hansı başqa bir metoddan istifadə oluna bilər.
7.2.1.1.3.2 Qofrun h hündürlüyünün ölçülməsi
Lövhələri səthin üzərinə düz və düzbucaqlı formasında elə yerləşdirin ki, hər bir qofrun aşağısı səthlə əlaqədə olsun (bax Şəkil A.14).
Üç bütöv qofr seçin və ya əgər qofrların sayı üçdən azdırsa, bütün bütöv qofrları seçin və hər seçilmiş qofr üzrə mikrometrlə ölçmə dəqiqliyi təqribən 0,1 mm olmaqla, ardıcıl məsafədə üç ölçü götürün (bax Şəkil A.13).
Eyni dəqiqliyə malik hər hansı başqa bir metoddan istifadə oluna bilər.
7.2.1.1.4 Nəticələrin ifadə edilməsi və şərhi
7.2.1.1.4.1 a Qofr dalğası
Qofr dalğasının hər ölçülməsi 5.2.4.1 a) bəndinin şərtlərinə uyğun olmalıdır.
7.2.1.1.4.2 h Qofr hündürlüyü
Hər bir qofr üzrə ölçmələrin orta nəticəsi 5.2.4.1 b) spesifikasiyasına uyğun gəlməlidir.
7.2.1.2 Uzunluğun və enin ölçülməsi
7.2.1.2.1 Nümunənin hazırlanması
Nümunə satışa hazır bütöv lövhə olmalıdır.
7.2.1.2.2 Ölçmə vasitələri
Lövhələrin ölçülərinə uyğun ölçülərə malik düz səth.
Millimetrlə dərəcələnmiş xətkeş.
İki dördbucaqlı kronpərgar bloklar.
Lövhələri səthin üzərinə düz və düzbucaqlı formasında elə yerləşdirin ki, hər bir qofrun aşağı hissəsi səthə toxunsun (bax Şəkil A.14).
Uzunluğu ölçmək üçün biri ortada, digərləri lövhənin hər tərəfindən təqribən 50 mm olmaqla, üç ölçü götürün.
0,9 m-dən uzun olan lövhələri ölçmək üçün biri ortada, digərləri hər tərəfdən təqribən 50 mm və ya künclərin 45 dərəcəli bucaq altında kəsişməməsi üçün daha içəridən olmaqla, üç ölçü götürün. Nominal uzunluğu 0,9 m-ə bərabər və ya daha qısa olan lövhələr üçün hər tərəfdən təqribən 50 mm olmaqla iki ölçü götürün.
7.2.1.2.4 Nəticələrin ifadə edilməsi və şərhi
Hər ölçünü millimeter dəqiqliyi ilə oxuyun. 5.2.4.1 c) və 5.2.4.1 d) spesifikasiyasına uyğun olaraq uzunluğun və enin riyazi orta göstəricisini hesablayın.
7.2.1.3 Qalınlığın ölçülməsi
7.2.1.3.1 Nümunənin hazırlanması
Nümunə satışa hazır bütöv lövhə olmalıdır.
7.2.1.3.2 Ölçmə vasitələri
7.2.1.3.2.1 Radiusu 2 mm, uzunluğu 10 mm və ölçmə dəqiqliyi 0,05 mm olan yarımkürə təbəqələrdən ibarət mikrometr (bax Şəkil A.15).
Hər bir lövhənin kənarından təqribən 15 mm içəriyə olmaqla 0.1 mm dəqiqliklə aşağıdakı qaydada altı ölçü götürün:
Şəkil A.8-də göstərilən növdən olan lövhələr üçün Şəkil A.13-də təsvir olunduğu qaydada qofrun üç aşağı və üç yuxarı hissəsində ölçü götürün;
Şəkil A.8 b-də göstərilən növ lövhələr üçün Şəkil A.13b-də təsvir olunduğu qaydada qofrların üç baş hissəsində və üç yan tərəfində ölçü götürün.
7.2.1.3.4 Nəticələrin ifadə edilməsi və şərhi
Hər bir ölçülmə Cədvəl 2-də (bax 5.2.3) müəyyən olunan müvafiq minimal qalınlığa uyğun olmalıdır və altı ölçülmədən əldə olunan orta göstərici 5.2.4 e) spesifikasiyasına uyğun gəlməlidir.
7.2.1.4 Düzbucaqlılıqdan kənara çıxmanın ölçülməsi
7.2.1.4.1 Nümunənin hazırlanması
Nümunə olaraq satışa hazır bütöv lövhə götürülür.
7.2.1.4.2 Ölçmə vasitələri
Lövhənin ölçülərinə uyğun ölçülərə malik düz səth.
Ölçmə dəqiqliyi 0.5 mm olan metal xətkeş.
Kənarların qofrlara nisbətən düzbucaqlılığını yoxlamaq üçün, ölçmə dəqiqliyi 1 mm olan, iki qofrlu kənarı və iki düz kənarı olan dördbucaq çərçivə və ya hər hansı digər vasitə.
Düzbucaqlılıqdan kənara çıxma Şəkil A.16-da göstərildiyi qaydada ölçülür.
7.2.1.4.4 Şərhlərin ifadə edilməsi və şərhi
Düzbucaqlılıqdan kənara çıxma 5.2.4 f) bəndinə uyğun olmalıdır.
7.2.1.5 Kənarların hündürlüyünün ölçülməsi
7.2.1.5.1 Nümunənin hazırlanması
Nümunə olaraq satışa hazır bütöv məhsul götürülür.
7.2.1.5.2 Ölçmə vasitələri
Lövhənin ölçülərinə uyğun ölçülərə malik düz səth.
Yüksələn qofrun hündürlüyünün ölçülməsi vasitəsi (hom).
Enən qofrun hündürlüyünün ölçülməsi vasitəsi (hod).
Ölçmə dəqiqliyi 1 mm olan vasitə ilə hər iki kənarın hündürlüyünün ölçülməsi (bax Şəkil A.17).
7.2.1.5.4 Nəticələrin ifadə edilməsi və şərhi
Lövhənin kənarı üzrə istənilən nöqtədə (45 dərəcəli bucaq altında kəsişən künclər istisna olmaqla) 5.2.4 g) bəndinə uyğun olmalıdır.
7.2.2 Fitinqlər üçün ölçü testləri
Sınaq üçün götürülən nümunə bütöv fitinq olmalıdır. Ölçmə vasitələri lövhələrin ölçülməsi üçün olan eyni vasitələrdir.
7.2.2.2 Uzunluğun və enin ölçülməsi
Hər bir ölçü üçün iki ölçmə aparın (hər bir tərəfdə bir ölçmə). Hər bir ölçünü millimetr dəqiqliyi ilə götürün.
Hər bir ölçü üçün 5.2.4.2 a) bəndinə uyğun olan orta göstəricini hesablayın.
7.2.2.3 Qalınlığın ölçülməsi
Ölçülmə aşağıdakı qaydada aparılmalıdır:
Kənardan təqribən 15 mm olmaqla, qofrlanmış hissələrin üç yuxarı hissəsində və üç aşağı hissəsində; kənardan təqribən 15 mm olmaqla yastı hissənin müəyyən iki nöqtəsində.
Qofrlanmış hissədə aparılan altı ölçmənin orta göstəricisini hesablayın və düz hissədə aparılmış iki ölçmənin orta göstəricisini hesablayın. Bu iki göstərici 5.2.4.2 b) bəndinə uyğun gəlməlidir.
7.3 Fiziki xüsusiyyət və xarakteristika
7.3.1.1 Nümunənin hazırlanması
Nümunə üçün lövhənin ölçüsü ən azı 40 mm olan və eni bütöv bir qofrdan ibarət hissə kəsilir.
7.3.1.2 Ölçmə vasitələri
Nümunələrin hamısının yerləşdirildiyi, 100 °C-dən 105 °C-dək temperaturun saxlanıla bildiyi ventilyasiyalı soba.
Ölçmə dəqiqliyi 0,1% olan və suya salınmış və salınmamış nümunələr üçün nəzərdə tutulmuş balans.
Nümunəni suya salmaqla və ya eyni dəqiqliyə malik başqa metodla onun V həcmini təyin edin. Suya salınmazdan əvvəl test edilən nümunə əvvəlcə isladılmalıdır.
Nümunəni 24 saat ərzində 100 °C-dən 105 °C-dək temperaturda saxlanılan sobada qurutduqdan sonra, onun m kütləsini təyin edin.
7.3.1.4 Nəticələrin ifadə edilməsi və şərhi
Şərti d sıxlığı aşağıdakı düstürla tapılır:
d lövhənin hər kub santimetrə olan şərti sıxlığı (qramla);
m kütlənin quruduqdan sonra qramla olan kütləsi;
V sınaq edilən nümunənin kub santimetrlə olan həcmi.
Nəticə 5.3.2 bəndinə uyğun gəlməlidir.
7.3.2 Mexaniki xarakteristika
7.3.2.1 Qırılma qüvvəsi və deformasiya
7.3.2.1.1 Nümunənin hazırlanması
Sınaqdan keçirilən nümunə ya bütöv lövhə ya da minimal uzunluğu 1.20 m olan perpendikulyar kəsilmiş lövhə olmalıdır.
Keyfiyyətə nəzarət məqsədilə keçirilən quru sınaq istisna olmaqla, sınaq nümunələrin yaş şəkildə hazırlanmasından sonra aparıla bilər.
Nümunələr Cədvəl 8 əsasında hazırlana bilər.
Cədvəl 8. Nümunənin hazırlanması
Yaş şəkildə aparılan qəbul sınağı
Quru şəkildə aparılan qəbul sınağı
7 gün ± 1 gün uyğun laboratoriya şəraitində
Əyilmə sınağına qədər 7 gün ± 1 gün uyğun laboratoriya səraitində, 24 saat suya daldırılmaqla.
7.3.2.1.2 Ölçmə vasitələri
7.3.2.1.2.1 Qüvvəni tətbiq edərkən sabit deformasiya dərəcəsi nümayiş etdirən (bu cihazı tətbiq etmək mümkün olmadıqda, sabit qüvvə dərəcəsi qəbul oluna bilər) və ölçmə dəqiqliyi və təkrarlanma dərəcəsi 3% və ya daha az olan Əyilmə anını ölçən cihaz (bax Şəkil A.18):
Eyni üfüqi müstəvidə yerləşdirilmiş və nümunənin enindən daha uzun olan iki paralel dayaq (biri bərkidilmiş). Hər bir dayağın üst tərəfi düz olmalı və eni 50 mm təşkil etməlidir. Dayaqların arasında təmiz məsafə 1,10 m olmalıdır.
Dayaqlarla eyni uzunluqda olan, möhkəm bərkidilmiş, eni 230 mm təşkil edən və dayaqlara parallel və eyni məsafəli (ekvidistant) olan yük balansiri. Bu, mexanizmə çevik birləşmə ilə bağlanacaq.
Qalınlığa təqribən 10 mm olan fetr və ya yumşaq materialdan üç ədəd lent.
Qofrun hündürlüyü 80 mm-dən çox olan lövhələr üçün dayaqlar arasındakı məsafə qofrun hündürlüyündən 15 dəfə çox olmaqla artırılmalıdır.
1,20 m-dən qısa olan lövhələr üçün dayaqlar arasındakı məsafə minimum 700 mm-dək azaldılmalı və ya qofrun hündürlüyündən 12 dəfə çox olmalıdır (hansının daha böyük olmasından asılı olaraq) və yük balansirinin eni bu məsafə ilə nisbətdə 1,10 m-dək azaldılmalıdır.
Nümunəni qofrlarla düz bucaq altında kəsişən dayaqların üzərinə qoyun və fetrdən və ya yumşaq materialdan olan lentlərin yerini dəyişməklə mərkəzə tətbiq olunmuş qüvvəni yastı balansirlə bərabər paylayın.
Sinfi müəyyən edən qüvvənin 20% və 70%-i arasında qüvvə tətbiq etdikdə, mm ilə təyin edilən deformasiyanı ölçün.
Tətbiq edilən qüvvənin həddi elə olmalıdır ki, qırılma qüvvəsinin tətbiq olunmasından sonra 10 s və 45 s arasında baş versin.
F qırılma qüvvəsini qeydə alın.
7.3.2.1.4 Nəticələrin ifadə edilməsi və şərhi
b eninə aid edilən qırılma qüvvəsi aşağıdakı düsturla tapılır:
Ls məsafəsi 1100 mm götürüldükdə, 5.3.3.1 maddəsində Cədvəl 3 ilə müqayisədə qırılma qüvvəsi aşağıdakı kimi müəyyən olunur:
Fs qırılma sınağında enin hər metrinə düşən qırılma qüvvəsi (nyutonla);
F qırılma sınağında enin hər metrinə olan qırılma qüvvəsi (nyutonla);
b qırılma sınağında nümunənin dayaqlara parallel olan ölçüsü (millimetrlə);
ls dayaqlar arasında təmiz məsafə (millimetrlə).
Yaş şəkildə sınaqdan keçirilmiş nümunələr üçün sınağın nəticələri qırılma qüvvəsi ilə əlaqədar Cədvəl 3-də (bax maddə 5.3.3.1) verilmiş spesifikasiyaya və deformasiya ilə əlaqədar 5.3.3.2 maddəsində verilmiş spesifikasiyaya uyğun olmalıdır.
Quru şəkildə sınaq edilmiş nümunələr üçün:
C Əlavəsində verilmiş metoddan istifadə edərək müvafiq yo qiymətini hesablayın, bu halda yo qiyməti Cədvəl 3-də (bax 5.3.3.1) verilmiş spesifikasiyaya uyğun olmalıdır və ya
C Əlavəsində verilmiş metoddan istifadə edərək xstd spesifikasiyaları üçün düzəliş edilmiş müvafiq variant hesablayın, bu halda quru halda aparılmış sınaq nəticələri düzəliş edilmiş qiymətə uyğun olmalıdır.
7.3.2.2.1 Nümunənin hazırlanması
Sınaq üçün nümunə uzunluğu ən azı 0,3 m olan bütöv lövhədən kəsilməlidir və mümkünsə kənar qofrlar olmamalıdır.
Şəkil A.8a-da göstərildiyi kimi sabit qalınlığa malik nümunələr mərkəzdə qofr tacına və hər iki tərəfdə bir tam qofr dalğasına, üstəgəl dayaq daşıyıcılarının üzərində yerləşdirilmiş, hər tərəfdən qofr dalğasının maksimum yarisina qədər çatan örtüyə malik olmalıdır (bax Şəkil A.19). Əgər nümunənin eni buna imkan vermirsə, onda nümunənin enini mərkəzi tacın hər tərəfindən qofr dalğasının yarısına qədər azaldın (bax Şəkil A.20).
Belə tövsiyə edilir ki, Şəkil A.8b-də göstərildiyi kimi dəyişkən qalınlığa malik fibrosement lövhələrin mərkəz nöqtəsində qofr dibi və hər iki tərəfdə bir yarım qofr dalğası, üstəgəl dayaq daşıyıcılarının üzərində qofr dalğasının maksimum yarısına qədər çatan örtük lövhə olsun (bax Şəkil A.21).
Sınaq nümunələrin yaş şəkildə hazırlanmasından sonra aparılmalıdır, lakin keyfiyyətə nəzarət məqsədilə keçirilən quru sınaq Cədvəl 4-də nəzərdə tutulan yaş sınaq tələblərinə əməl olunmasının statistik olaraq müəyyən edilməsi şərtilə aparıla bilər (bax Əlavə C).
Nümunələr Cədvəl 8 əsasında hazırlanmalıdır.
7.3.2.2.2 Ölçmə vasitələri
7.3.2.2.2.1 Əyilmə anını ölçən cihaz nümunənin sabit deformasiya həddini təyin edir (bu cihazdan istifadənin mümkün olmadığı halda, sabit qüvvə dərəcəsinin tətbiqi qəbul edilə bilər) və ölçmə dəqiqliyi 3%-ə bərabər və ya daha az olmaqla, aşağıdakılardan ibarətdir:
Eyni üfüqi səthdə qoyulmuş və nümunənin enindən uzun olmayan iki parallel dayaq (biri bərkidilir). Hər bir dayağın üzü yuvarlaqlaşdırılır (3 mm radiusdan 25 mm-dək).
Ya Şəkil A.19a, A.19b və A.20-də göstərilən lövhələrdə olduğu kimi, yük rıçağı, ya da Şəkil A.21-də göstərilən lövhələrin eninə uyğun enə malik, lakin nümunədən daha uzun, dayaqlara parallel olan və onlardan bərabər məsafədə yerləşdirilən sərt balansir.
Nümunənin uzunluğundan daha uzun və yük rıçağı və ya sərt balansirdən daha enli olan, təqribən 10 mm qalınlıqlı fetr və ya yumşaq materialdan hazırlanmış lent.
Nümunələri dayaqların üzərində yerləşdirin (lövhənin üst tərəfi sıxılmaqla) və fetr və ya yumşaq materialdan olan lentlərin vəziyyətini dəyişdirdikdən sonra (bax Şəkillər A.19-A.21), yük rıçağı və ya sərt balansirdən istifadə edərək qofrun yuxarısında orta hissəyə yük qoyun.
Yükün tətbiq edilməsindən sonra qırılmaya səbəb olan qüvvə həddi 10 s və 30 s arasında olacaq.
F qırılma qüvvəsini qeyd edin.
7.3.2.2.4 Nəticələrin ifadə edilməsi və şərhi
Qırılma zamanı əyilmə anı aşağıdakı düsturla tapılır:
- Sabit qalınlığa malik lövhələr üçün (bax Şəkil A.8.a):
- Dəyişkən qalınlığı olan lövhələr üçün (bax Şəkil A.8 b):
M əyilmə sınağında uzunluğun hər metrinə düşən əyilmə həddi (Nyuton metrlə)
F qırılma zamanı qüvvə (nyutonla)
ls dayaqlar arasında təmiz məsafə (millimetrlə)
b nümunənin uzunluğu (millimetrlə)
Yaş halda sınaqdan keçirilən nümunələr üçün sınağın nəticələri 5.3.3.3 bəndinin şərtlərinə uyğun gəlməlidir.
Quru halda sınaq edilən nümunələr üçün
- C Əlavəsində verilən metoddan istifadə edərək müvafiq yo yaş qiyməti hesablanır, bu zaman yo göstəricisi Cədvəl 4-də (bax 5.3.3.3) əksini tapan spesifikasiyaya uyğun gəlməlidir;
- C Əlavəsində verilən metoddan istifadə edərək xstd spesifikasiyası üçün düzəliş olunmuş müvafiq qiymət hesablanır, bu zaman quru halda aparılmış sınağın nəticələri düzəliş olunmuş qiymətə uyğun gəlməlidir.
7.3.3 Sukeçirməməzlik
7.3.3.1 Nümunələrin hazırlanması
Sınaq uzunluğu minimum 1,20 m olan satışa hazır üç bütöv və ya kəsilmiş lövhələr üzərində aparılır. Lövhələr uyğun laboratoriya şəraitində 7 gün saxlanılır.
7.3.3.2 Ölçmə vasitələri
7.3.3.2.1 Şəkil A.22-də göstərilən qaydada yığımış Çərçivə
Çərçivənin eni lövhələrin profilindən asılıdır və mümkün qədər 0,5 m-dən çox olmalıdır. Çərçivənin uzunluğu 0.5 m və 1 m arasında olmalıdır.
Lövhənin üst tərəfində çərçivəni bərkidin.
Çərçivəni qofrların üzərindən təqribən 60 mm səviyyəsinədək su ilə doldurun.
24 saat keçdikdən sonra lövhənin alt tərəfini yoxlayın.
7.3.3.4 Nəticələrin ifadə edilməsi və şərhi
Vizual qiymətləndirmənin nəticəsi 5.3.4. bəndinə uyğun gəlməlidir.
7.3.4.1 Nümunələrin hazırlanması
7.3.4.1.1 Uzun lövhələr
Bunun üçün iyirmi nümunə tələb olunur. Nümunələr tam lövhənin uzunluğu boyunca iki bütöv qofr olmaqla kəsilməlidir və ya lövhənin kifayət qədər enli olmadığı təqdirdə, bir bütöv qofr olmaqla kəsilməlidir.
Nümunələr qofrun hündürlüyündən 12 dəfə çox olan boş sahə yaratmaqla perpendikulyar kəsilir.
Nümunələr Şəkil A.23-də göstərildiyi qaydada uzununa kəsilir.
Vizual qiymətləndirmənin nəticəsi 5.3.4 bəndinə uyğun olmalıdır.
7.3.4.1 Nümunələrin hazırlanması
7.3.4.1.1 Uzun lövhələr
Bunun üçün iyirmi nümunə tələb olunur. Nümunələr bütöv lövhənin uzunluğu boyunca iki bütöv qofr olmaqla kəsilməlidir və ya lövhənin kifayət qədər enli olmadığı təqdirdə, bir bütöv qofr olmaqla kəsilməlidir.
Nümunələr qofrun hündürlüyündən 12 dəfə çox olan boş sahə yaratmaqla perpendikulyar kəsilir.
Nümunələr Şəkil A.23-də göstərildiyi qaydada uzununa kəsilir.
7.3.4.1.2 Qısa lövhələr
7.3.2.2.1 bəndində təsvir olunduğu kimi əyilmə anı üçün iyirmi nümunə tələb olunur və hazırlanır.
(60 ± 2) °C temperaturunda su vannası.
7.3.2.1.2 bəndində nəzərdə tutulduğu kimi uzun lövhələr və 7.3.2.2.2 bəndində nəzərdə tutulduğu kimi qısa lövhələr üçün Əyilmə anını ölçən cihaz.
Nümunələri on-on olmaqla bölüşdürün.
Uzun lövhələrin qırılma sınağının aparılması və ya nümunələri hazırlama proseduru daxil olmaqla, qısa lövhələrin 7.3.2.2. bəndində təsvir olunduğu qaydada əyilmə anı sınağı üçün on nümunədən ibarət birinci partiya təqdim edilir (nümunənin eninin iki dəfə ölçülməsinin orta w qiymətinin təyini) (bax Cədvəl 8).
Eyni zamanda nümunələrin ikinci partiyası eyni tərkibli məhsulun isladıldığı 60°C temperaturlu suya salınır və (56 ± 2 gün) ərzində (60 ± 2)°C dərəcəsində saxlanılır. İslatma üçün istifadə olunan məhsul parçaları islatma prosesinin tam olması üçün kifayət ölçüyə qədər sındırılmalı və kifayət miqdarda olmalıdır.
(56 ± 2) gündən sonra, uzun lövhələrin qırılma sınağının aparılması və ya nümunələri hazırlama proseduru daxil olmaqla, qısa lövhələrin 7.3.2.2 bəndində təsvir olunduğu qaydada əyilmə anı sınağı üçün on nümunədən ibarət birinci partiya təqdim edilir (nümunənin eninin iki dəfə ölçülməsinin orta w qiymətinin təyini) (bax Cədvəl 8).
7.3.4.4 Nəticələrin ifadə edilməsi və şərhi
Hər iki partiya üçün orta qırılma qüvvəsini və ya əyilmə anını və əldə olunmuş nəticələrdən standart kənara çıxmaları hesablayın.
Gəlin X1 və s1 göstəricilərini nümunələrin isti suya salınmasından sonra sınaqdan keçirilən birinci partiyanın orta və standart kənara çıxma göstəricisi kimi və X2 və s2 ikinci partiyanın orta və standart kənara çıxma göstəricisi kimi qəbul edək.
Hesablayın (ISO 2602):
- L2 = X2 - (0,58 x s2) 95% etibarlılıq səviyyəsində isti suya salındıqdan sonra orta qırılma qüvvəsinin və ya əyilmə anının aşağı hesablanması (ikinci partiya);
- L1 = X1 + (0,58 x s1) 95% etibarlılıq səviyyəsində isti suya salındıqdan sonra orta qırııma qüvvəsi və ya əyilmə anının yuxarı hesablanması (birinci partiya).
RL əmsalını da hesablayın:
Nəticə 5.4.4 bəndinin tələblərinə uyğun olmalıdır.
7.3.5.1 Nümunələrin hazırlanması
7.3.5.1.1 Uzun lövhələr
Sınaq üçün iyirmi nümunə tələb olunur. Nümunələr iki bütöv qofr olmaqla, ortadan uzununa kəsilir və ya qofrun kifayət qədər enli olmadığı halda, bir tam qofr götürülür.
Nümunələr qofrun hündürlüyündən 12 dəfə çox olan boş sahənin olmasına imkan vermək üçün perpendikulyar kəsilir.
Nümunələr Şəkil A.23-də göstərildiyi qaydada uzununa kəsilir.
7.3.5.1.2 Qısa lövhələr
7.3.2.2.1 bəndində təsvir olunduğu kimi, əyilmə sınağının aparılması üçün iyirmi ədəd nümunə tələb edilir.
7.3.5.2 Ölçmə vasitələri
Nümunələrlə dolu vəziyyətdə (60 ±5)C temperatura çata bilən və nisbi rütubəyliliyi < 20% olan Ventilyasiyalı soba.
Uyğun temperaturda su ilə doldurulmuş Vanna (> 5°C).
7.3.2.1.1 (uzun lövhələr) və 7.3.2.2.2 (qısa lövhələr) bəndində müəyyən edildiyi kimi, Əyilmə anını ölçən cihaz.
Nümunələri təsadüfi qaydada hər biri on nümunədən ibarət iki partiyaya bölün.
Birinci on nümunənin 7.3.2.1 bəndində nəzərdə tutulan qırılma sınağını (nümunənin eninin iki dəfə ölçülməsindən sonra w orta qiyməti götürülür) və qısa lövhələr üçün 7.3.2.2 bəndində nəzərdə tutulan əyilmə sınağını, həmçinin nümunələrin hazırlanması prosedurunu həyata keçirin (bax Cədvəl 8).
Eyni zamanda, ikinci partiyanı 18 saat uyğun temperaturda suya salma və (60±5)C temperaturda ventilyasiya olunan və nisbi rütubəti 6 saat üçün 20 %-dən aşağı olan sobada qurudulmadan ibarət 50 islatma-qurutma dövrünə qəbul edin. 20% rütubətlilik 6 saatlıq qurutma dövrü ərzində ən azı 3 saata əldə olunmalıdır.
Əgər tələb olunarsa, dövrlər arasında 72 saatlıq interval qoyulması mümkündür. Bu interval ərzində nümunələr suya salınmış vəziyyətdə saxlanılmalıdır.
50 dövrün bitməsindən sonra uzun lövhələr üçün 7.3.2.1 bəndində nəzərdə tutulan qırılma sınağını (nümunənin eninin iki dəfə ölçülməsindən sonra w orta qiyməti götürülür) və qısa lövhələr üçün 7.3.2.2 bəndində nəzərdə tutulan əyilmə anı sınağını, həmçinin nümunələrin hazırlanması prosedurunu həyata keçirin (bax Cədvəl 8).
7.3.5.4 Nəticələrin ifadə edilməsi və şərhi
Hər iki lot üçün orta qırılma və ya əyilmə göstəricisini və əldə olunmuş nəticələrdən standart kənara çıxmanı hesablayın.
İslatma-qurutma dövrlərindən sonra, X1 və s1 birinci lotdan əldə olunan nəticələrin orta göstəricisi və standart kənara çıxma kimi və X2 və s2 ikinci lotdan əldə olunan nəticələrin orta göstəricisi kimi götürək.
Hesablayaq (İSO 2602):
- L2 = X2 – (0,58 x S2) islatma-qurutma dövrləri tamamlandıqdan sonra orta qırılma qüvvəsinin və ya əyilmə anının 95% etibarlılıq səviyyəsində orta göstəricisi (ikinci partiya);
- L1 = X1 – (0,58 x S1) islatma-qurutma dövrləri tamamlandıqdan sonra orta qırılma qüvvəsinin və ya əyilmə anının 95% etibarlılıq səviyyəsində orta göstəricisi (birinci partiya).
Eyni qaydada, RL əmsalını hesablayın:
Nəticə 5.4.5 bəndinə uyğun olmalıdır.
7.4 İqlim təsirləri ilə əlaqədar testlər
7.4.1.1 Nümunələrin hazırlanması
7.4.1.1.1 Uzun lövhələr
Sınaq üçün iyirmi nümunə tələb olunur. Nümunələr bütöv lövhənin ortasından uzununa iki tam qofr olmaqla, və ya əgər lövhə kifayət qədər enli deyilsə, bir tam qofrla kəsilir.
Nümunələr dayaqlar arası məsafənin qofrun hündürlüyündən 12 dəfə çox olmasına imkan verən qaydada perpendikulyar olaraq kəsilir.
Nümunələr Şəkil A.23-də göstərildiyi qaydada uzununa kəsilir.
7.4.1.1.2 Qısa lövhələr
7.3.2.2.1 bəndində təsvir olunduğu qaydada əyilmə anı sınağının aparılması üçün iyirmi nümunə tələb edilir.
7.4.1.2 Ölçmə vasitələri
Məcburi hava sirkulyasiyası olan və nümunələrlə dolu vəziyyətdə müəyyən edilmiş dondurma şəraitinə qədər tənzimlənə bilən Dondurucu.
7.3.2.1.2 bəndində təsvir olunduğu qaydada uzun panellər və 7.3.2.2.2 bəndində göstərildiyi kimi qısa panellər üçün olan Əyilmə anını təyin edən cihaz.
7.4.1.2.3 Su ilə doldurulmuş və (20 ± 4) °C temperaturunda saxlanılan Su vannası.
Nümunələri təsadüfi qaydada olmaqla 10 nümunədən ibarət iki partiyaya bölün.
Birinci on nümunənin 7.3.2.1 bəndində nəzərdə tutulan qırılma sınağını (nümunənin eninin iki dəfə ölçülməsindən sonra w orta qiyməti götürülür) və qısa lövhələr üçün 7.3.2.2 bəndində nəzərdə tutulan əyilmə anı sınağını, həmçinin nümunələrin hazırlanması prosedurunu həyata keçirin (bax Cədvəl 8).
Eyni zamanda, ikinci partiya nümunələrini uyğun temperaturda (> 5C) 48 saat ərzində suya salın.
Sonra nümunələrin ikinci partiyasını aşağıdakı 100 donma-ərimə dövrünə cəlb edin:
1-2 saat ərzində (-20 ± 4) °C-yə çatan temperaturda soyudun (dondurun) və bu temperaturu əlavə 1 saat ərzində saxlayın;
1-2 saat ərzində (20 ± 4) °C-yə çatan temperaturda su vannasında isidin (əridin) və bu temperaturda əlavə 1 saat ərzində saxlayın.
Soyutma və isitmə (dondurma və əritmə) dövrləri arasında nümunələri elə yerləşdirin ki, aralarında hava sərbəst sirkulyasiya etsin (dondurucuda və ya su vannasında olan hava).
Hər donma-ərimə dövrü 4 saatdan 6 saatadək çəkir, lakin dövrlər arasında maksimum 72 saat interval qoyulmalıdır, bu müddətdə nümunələr 20C temperaturlu suda saxlanılmalıdır.
Donma-ərimə dövrlərinə nəzarət avtomatik və ya manual olmalıdır. Davamlı avtomatik dövrləşdirməyə üstünlük verilir. Manual nəzarət üçün hər dövr tamamlandıqda qeydiyyat aparın.
Birinci on nümunənin 7.3.2.1 bəndində nəzərdə tutulan qırılma sınağını (nümunənin eninin iki dəfə ölçülməsindən sonra w orta qiyməti götürülür) və qısa lövhələr üçün 7.3.2.2 bəndində nəzərdə tutulan əyilmə sınağını, həmçinin nümunələrin hazırlanması prosedurunu həyata keçirin (bax Cədvəl 8).
7.4.1.4 Nəticələrin ifadə edilməsi və şərhi
Hər iki lot üçün orta qırılma qüvvəsi və ya əyilmə anı göstəricisini və əldə olunmuş nəticələrdən standart kənara çıxmanı hesablayın.
Donma-ərimə dövrlərindən sonra, X1 və s1 birinci lotdan əldə olunan nəticələrin orta göstəricisi və standart kənara çıxma kimi və X2 və s2 ikinci lotdan əldə olunan nəticələrin orta göstəricisi kimi götürək.
Hesablayaq (İSO 2602):
- L2 = X2 – (0,58 x S2) donma-ərimə dövrləri tamamlandıqdan sonra qırılma sınağının və ya əyilmə anının 95% etibarlılıq səviyyəsində orta göstəricisi (ikinci partiya);
- L1 = X1 – (0,58 x S1) donma-ərimə dövrləri tamamlandıqdan sonra qırılma sınağının və ya əyilmə anının 95% etibarlılıq səviyyəsində orta göstəricisi (birinci partiya).
Eyni qaydada, RL əmsalını hesablayın:
Nəticə 5.4.2 bəndinə uyğun olmalıdır.
7.4.2 Bərk isti-yağış
7.4.2.1 Nümunələrin hazırlanması
Nümunələr aşağıdan və yuxarıdan minimum ½ ölçülü lövhələrlə/lentlərlə örtülmüş tam ölçülü minimum bir ədəd nümunədən ibarət olmalıdır. 0.9 m-ə bərabər və ya daha az uzunluqlu lövhələr üçün on iki nümunə və ya daha uzun panellər üçün doqquz nümunə tələb olunur.
7.4.2.2 Ölçmə vasitələri
Ən azı bir tam ölçülü lövhəni götürməyə qabil olan ölçülərə malik, bağlayan lentlərdən ibarət, (25±5) temperaturda mailləndirilmiş və ventilyasiya olunan sahədə yerləşdirilmiş Çərçivə.
Sınaqdan keçirilən elementlərin səthində müəyyən olunmuş temperaturu saxlamağa qadir Qızdırıcı cihaz.
Qızdırıcı cihaz sınaq qurğusunun maksimum temperaturun gözlənildiyi mərkəz yerində, başqa sözlə, qızdırıcı cihazın aşağısına ən yaxın məsafədə yerləşdirilmiş temperatur sensoru tərəfindən tənzimlənən gücə malikdir.
Bu hissədəki temperatur (70 ± 5) °C dərəcəsində tənzimlənməli və qızdırıldıqdan sonra 15 dəqiqə ərzində əldə olunmalıdır.
İstənilən zaman sınaq qurğusunun tam uducu hissəsinin mərkəzdə olan temperaturu və künclərə yaxın hissələrdə olan temperaturu, eləcə də qızdırıcı qurğuların altında və qofrların yuxarı hissələrində ölçülmüş temperatur 15 °C-ni keçməməlidir.
7.4.2.2.3 Uyğun temperaturda (> 5 °C) olan suyu təmin edən təqribən 2,5 l/(m.min) hasilata malik Su çiləyici aparat.
QEYD: Bu sınaq üçün 1 mm qalınlığa malik, matt qara boya ilə örtülmüş alüminimum lövhə tam uducu səth (absorber) kimi istifadə olunur, ölçmə cihazı isə alüminium lövhənin üzərinə bərkidilmiş termoelement və ya digər oxşar cihazdır.
Laboratoriya atmosferinde 7 gün ərzində tarazlığa nail olmaqla nümunələri hazırlayın.
Tam ölçülü lövhələrin sayı çərçivənin ölçüsündən asılıdır, lakin ən azı bir ədəd olmalıdır.
Hər bir fibrosement lövhəni dörd kənarında örtük lövhə olmaqla yerləşdirin. Çərçivənin kənarlarındakı örtüklər lövhələrin lentləri ilə bərkidilir.
Nümunələri qaydalara uyğun olaraq çərçivəyə bərkidin və ya əgər qaydalar mövcud deyilsə, onda istehsalçının təlimatlarına uyğun hərəkət edin. İstehsalçının lövhələr üçün məqsədəuyğun hesab etdiyi bir quraşdırma sistemi seçilməlidir.
Cədvəl 9-da göstərildiyi qaydada lövhələrin üst səthini fasiləsiz qaydada 50 dövrədək sınaqdan keçirin.
Cədvəl 9 - Bərk isti-yağış dövrü
50 dövrdən sonra, lövhələri aşağıdakı cəhətlər üzrə yoxlayın:
- çatlama (uzununa, perpendikulyar və bərkitmə nöqtələrində);
- digər görünən qüsurlar.
7.4.2.4 Nəticələrin ifadə edilməsi və şərhi
Vizual qiymətləndirmənin nəticələri 5.4.3 bəndinə uyğun gəlməlidir.
7.4.3 Fitinqlər üçün donma-ərimə sınağı
Nümunələr tam fitinqlərdən kəsilməli və ən azı 200 mm x 200 mm olmalıdır.
Ölçmə vasitələri lövhələr üçün olan ölçmə vasitələri ilə eynidir.
Lövhələrdə olduğu kimi, müxtəlif fitinqlərdən kəsilmiş beş nümunə eyni donma-ərimə dövrünə təqdim olunur.
100 dövr bitdikdən sonra, gözəyarı fitinqlərdə çatlar, delaminasiya və ya digər qüsurların olub-olmamasını yoxlayın və müşahidələrinizi qeydə alın. Bu nəticələr 5.4.2 bəndinə uyğun gəlməlidir.
7.5 Yanğına qarşı reaksiyanın yoxlanılması
7.5.1 Kənar yanğının təsirinə qarşı reaksiyanın yoxlanılması
7.5.1.1 “Qənaətbəxş hesab edilir” siyahısına əsasən kənar yanğının təsiri ilə bağlı tələblərə cavab verən lövhələr
Bu Avropa standartı ilə əhatə olunan lövhələr kənar yanğının təsirinə reaksiya ilə əlaqədar “sınaq aparılmadan qənaətbəxş hesab edilən” lövhələrdir, bir şərtlə ki, bu lövhələr Komissiyanın 2000/553/EC qərarında əksini tapan təriflərə uyğun olsun.
QEYD: Üzv dövlətlər 2000/553/EC qərarında nəzərdə tutulandan əlavə özlərinin milli “qənaətbəxş hesab edilir” siyahılarına malik ola bilərlər.
7.5.1.2 Digər lövhələr
“Sınaq aparılmadan qənaətbəxş hesab edilən məhsullar” siyahısında verilən təsvirə uyğun gəlməyən lövhələr EN 13501-5 standartı əsasında sınaqdan keçirilir və təsniflənir. Sınaq edilməli olan lövhələr CEN/TS 1187 standartında əksini tapmış ümumi müddəaya əlavə olaraq, istehsalçının spesifikasiyaları əsasında nəzərdə tutulan istifadəyə uyğun quraşdırılmalıdır.
7.5.2 Yanğına qarşı reaksiya sınağı
7.5.2.1 Sınaq aparılmasına ehtiyac olmadan məhsulların yanğına reaksiyası ilə bağlı A1 sinfinin tələblərinə cavab verən lövhələr və fitinqlər
Hansının daha üstün üstün olmasından asılı olaraq, həcmi və ya kütləsi etibarilə tərkibində 1% və ya daha az orqanik maddələr olan lövhələr və fitinqlər sınaq aparılmadan AB-nin 96/603/EC qərarının müddəalarına əsasən yanğına qarşı reaksiya ilə bağlı A1 sinfinin tələblərinə cavab verən sayılır.
7.5.2.2 Digər lövhələr və fitinqlər
7.5.2.1 bəndində nəzərdə tutulmayan lövhələr və fitinqlər EN 13501-1 standartı əsasında sınaqdan keçirilir və təsnif olunur. Sınaqdan keçiriləcək lövhələr sınaq metodu ilə tələb edildiyi təqdirdə, sınaq metodunun ümumi müddəalarına əlavə olaraq istehsalçının spesifikasiyasına uyğun nəzərdə tutulan istifadə qaydasında quraşdırılmalıdır.
7.5.2.2.2 EN 13823 standartı üzrə quraşdırma və vurulma müddəaları
7.5.2.2.2.1 Məhsulun istismar xüsusiyyətlərinin müəyyən edilməsi
Standart quraşdırma və vurulma qaydaları əsasında istismar olunan hazır məhsul hissə-hissə vurulan dam örtükləri, daxili və xarici divarlar üçün üzlüklər və xarici tavan üzlükləri kimi istifadə olunan profillənmiş fibrosement lövhələr və fitinqlərdir. Bu məqsədlər üçün tətbiq olunduqda, məhsulun yanğından uzaq tutulan tərəfi adətən hava ilə təmasda olur və arxadakı boşluq termal izolyasiya ilə doldurula və ya doldurulmaya bilər.
7.5.2.2.2.2 Sınaq üçün nümunə
Sınaq montaj üçün istifadə olunan məhsullar standart uzunluq, en və qalınlığa malik profillənmiş fibrosement lövhələrdir. Onlar sınaq montajın ölçülərinə uyğunlaşdırılmaq üçün nəzərdə tutulmuş ölçüdə kəsilirlər. Nümunələr məhsulun hazır şəkildə bazara təqdim olunduğu bütün üzlük və/və ya örtük materialları ilə birlikdə nümayiş etdirilir.
7.5.2.2.2.3 Sınaq montaj
7.5.2.2.2.3.1 Ölçülər
Sınaq montaj hər birinin hündürlüyü 1.5 m olan iki taxta çərçivəli konstruksiyadan ibarət künc stenddən ibarətdir ki, burada fibrosement lövhələr vurulur. Bir çərçivə uzun tərəfi (1,0 m), digəri qısa tərəfi (0.5 m) formalaşdırır. Əlavə məlumat üçün bax Şəkillər 1-5.
Ölçülər millimetrlə verilir; artıq-əskiklik dərəcəsi 2 % (başqa cür nəzərdə tutulmamışsa).
1. Ağac material (50±1) mm x (50±1) mm
I, II, III, IV vurulma qaydası
a profilin qofr dalğası
1 tac hissəyə vurulmuş bolt
3 aşağı birləşmə (üfüqi)
4 yan birləşmə (şaquli)
Ölçülər millimetrlə verilir; artıq-əskiklik dərəcəsi 2 % (başqa cür nəzərdə tutulmamışsa)
Ağac hissə (50 ± 1) mm x (50 ± 1) mm Profilin qofr dalğası
Bolt və ya mismar Taca vurulmuş bolt
Aşağı birləşmə (üfüqi)
Şəkil 3 — Ağac çərçivə-qısa tərəf Şəkil 4 — Məhsulun vurulduğu qısa tərəf
1. Hər iki çərçivəni birləşdirmək üçün metal kronşteyn və ya profil
4. İzolyasiya – mineral yun
7.5.2.2.2.3.2 Tikinti və termal izolyasiyanın dəstəklənməsi
Həm uzun, həm də qısa tərəfləri olan çərçivələr ağacdan hazırlanıb, çərçivələr üçün kifayət qədər etibarlılığın təmin edilməsi məqsədilə, şaquli və üfüqi hissələr üçün (50 ± 1) mm × (50 ± 1) mm və ya daha geniş standart ölçülərə malikdirlər. Onlar boltla və ya mismarla bərkidilir. Sınaq stendinə vurulduqda onlar elə yerləşdirilirlər ki, sınaq stendinin yapışdırıcı kartonu və çərçivə arasında ən azı 80 mm-lik yer qalsın. Profillənmiş fibrosement lövhələrin vurulduğu çərçivə sərbəst şəkildə dayanır. Sınaq stendinin yapışdırıcı kartonu və dayaq çərçivəsinin arxası arasında ən azı 80 mm-lik məsafə EN 13501-1 standartına əsasən nominal qalınlığı (70 ± 20) kg/m³ və sinfi A2-s1, d0 olmaqla mineral yun izolyasiyası ilə doldurulur. Bu konfiqurasiya 7.5.2.2.2.1 bəndində təsvir olunduğu qaydada məhsulun istismarı üçün nümunədir.
7.5.2.2.2.3.3 Bərkidici vasitələr
Profillənmiş fibrosement lövhələr özü deşikaçan və özü kəsən metal vintlər vasitəsilə dayaq çərçivəyə vurulur. Yuyucular və etilenpropilendien kauçuk (EPDM) və ya germetik bitumdan istifadə olunur.
Bir qayda olaraq vintlər qofrun yuxarısında (tacında) və məhsulların bərkidildiyi uzun və qısa hissələrin təsvir edildiyi müvafiq şəkillərdə göstərilən yerlərdə vurulur (bax Şəkillər 1-5).
7.5.2.2.2.3.4 Məhsulun yerləşdirilməsi
Bütün hallarda sınaq vertikal vəziyyətdə aparlmalıdır. Hər iki üzü eyni səthə malik məhsulların yalnız bir tərəfi sınaqdan keçirilir. Üzləri fərqlənən məhsulların hər iki tərəfi və ya yanğına qarşı ən mənfi reaksiya göstərən tərəfi sınaqdan keçirilir. Yanğına qarşı ən pis reaksiya verən tərəf adətən hər müzrə ən yüksək orqanik tərkibə və ən tünd rəngə malik tərəfdir. Ən yüksək orqanik tərkibə malik tərəf EN İSO 1716 standartına əsasən müxtəlif layların kompozisiyasından və ya onların istilik yaradan qabiliyyətini müəyyən etməklə əldə olunur.
Hər iki tərəfin sınaqdan keçirilməsindən sonra, məhsulun təsnifatı üçün ən mənfi nəticə göstərən tərəf əsas götürüləcəkdir və ya hər iki tərəfin təsnifatı ayrıca elan olunacaqdır. Əgər yalnız bir tərəf sınaqdan keçirilərsə, məhsulun təsnifatı üçün həmin tərəfin təsnifatı istifadə edilir.
7.5.2.2.2.3.5 Profilin istiqaməti
Məhsul dayaq çərçivəyə elə vurulmalıdır ki, onun uzununa olan istiqaməti vertikal vəziyyətdə olsun.
7.5.2.2.2.3.6 Birləşmələr
Yan birləşmə bir qayda olaraq profilin növü və sınaqdan keçirilməli olan xüsusi profilin dalğalarının ölçüləri üçündür. Aşağı birləşmə 140 mm olmalıdır. Sınaq həm yan, həm də aşağı birləşmədə əlavə germetik material istifadə olunmadan həyata keçirilə bilər.
Alt lövhələrin yuxarı kənarı montajın aşağısından (500 ± 10) mm məsafədə olmalıdır. Buna görə də (140 ± 10) mm-lik üfüqi aşağı birləşmənin mərkəzi absis oxu montajın aşağısından (430 ± 15) mm məsafədədir. Aşağı birləşmə həm uzun, həm də qısa hissədə tikilməlidir.
Yan birləşmə uzun hissədə tikilir. Yan birləşmə profilin növü və sınaq olunan məhsulun yan birləşməsinin xüsusi dizaynından asılı olaraq montajın küncündən bir məsafədə yerləşir. İstənilən halda küncə ən yaxın olan lövhə bir yarım qofr eninə malik olmalı və iki qofrdan artıq olmamalıdır.
Lövhələrin çərçivənin hər iki hissəsində yerləşdirilmə qaydası aşağıdakı kimidir:
Lövhələrin üzü mümkün qədər U-şəkilli kanalın arxa tərəfinə sıx yerləşdirilməklə, aşağı küncdən başlayan aşağı sıra;
Küncdən başlayan üst sıra.
Şaquli aşağı birləşmənin və vertikal yan birləşmənin kəsişməsində lövhələr 45 dərəcəli bucaq altında əydirilirlər.
Lövhənin profili onun sıx şəkildə küncə birləşdirilməsinə imkan vermirsə, lövhə sıx birləşmənin yaradılması üçün uyğunlaşdırılmalıdır.
7.5.2.2.2.4 Sınaqların sayı
Təsnifat üçün üç etibarlı sınağın keçirilməsi tələb olunur. Eksperimental stendlər üçün məhsullar standart istehsal lotlarından götürülür. Normal artıq-əskiklik həddləri tətbiq edilir.
QEYD: bu, ümumi qalınlıq və üzlük materialları və ya örtük qatlarının qalınlığı üzrə nümunələrdir.
7.5.2.2.2.5 Əldə olunmuş təsnifatın tətbiq edilmə sahəsi
Təsnifat normal istehsal artıq-əskiklikləri nəzərə alınmaqla, eyni məhsulun üç montajının sınaqdan keçirilməsinin nəticələrinə əsasən yaradılır. Buna görə də təsnifat sınaq üçün istifadə olunan və normal istehsal artıq-əskiklikləri ilə müəyyən olunan səviyyə daxilində eyni qarışıq formuluna, eyni növ profilə, eyni qalınlığa, eyni sıxlığa və ya sınaq üçün istifadə olunan üzlənmə qalınlığına malik profillənmiş fibrosement lövhələrə tətbiq edilir.
Təsnifat həmçinin aşağıdakı profillənmiş fibrosement lövhələrə də tətbiq olunur:
- Müxtəlif növ profillərə malik, eyni və ya daha çox hündürlüyü olan, müxtəlif uzunluqlu və enlikli, lakin ən azı əsas lövhənin qarışıq tərkibi eyni olan fibrosement lövhələr;
- Kənar dalğaları müxtəlif formalara malik və müxtəlif yan birləşmələri olan fibrosement lövhələr, bir şərtlə ki, yan birləşmələrin uzunluğu (şaquli ölçülmüş) sınaq üçün istifadə olunandan kiçik olmasın;
- müxtəlif cür aşağı birləşmələri olan fibrosement lövhələr;
- sınaq üçün istifadə olunan qalınlığa bərabər və ya daha çox olan qalınlığı olan fibrosement lövhələr;
- 5.3.2 bəndinə əsasən, sınaq zamanı istifadə edilən ± 0,15 g/cm³ civarında müəyyən olunmuş sıxlığa malik fibrosement lövhələr;
- Şaquli divarların, tavanların üzlənməsində və dam örtüklərində 5°-65° arası qofr hündürlüyü olan fibrosement lövhələr;
- Rəngsiz və ya müxtəlif rəngli profillərə malik fibrosement lövhələr, bir şərtlə ki, sınaq 7.5.2.2.2.3.4 və 7.5.2.2.2.4 bəndlərində qeyd olunduğu kimi ən pis halı nəzərə alaraq həyata keçirilsin;
- Taxta konstruksiyaya (ən pis halda) və ya EN 13 501-1 standartı əsasında strukturlara, məsələn, metal strukturlara vurulmuş fibrosement lövhələr;
- Lövhələrin arxasında istilik izolyasiya material olmayan və ya EN 13501-1 standartına əsasən A2-s1, d0 sinifli izolyasiya materiallarına malik profillər;
- Yan və aşağı birləşmədə istənilən növ germetik materiala malik lövhələr.
Fibrosement fitinqlər adətən yastı deyil və EN 13823 standartında nəzərdə tutulan qaydalar əsasında tək bir alışan element sınağı ilə sınaqdan keçirilə bilməz. Bununla belə, bu məhsullar birlikdə istifadə olunduqları fibrosement məhsullar kimi eyni tərkibə və eyni rəngə malik olduqlarından, onlar profillənmiş fibrosement lövhələrin aid olduğu eyni sinfə aid edilirlər.
Fibrosement lövhələrin və fitinqlərin qablaşdırılması ən azı aşağıdakı məlumatı əks etdirməlidir:
İstehsalçı haqqında məlumat;
Ölçüsü və/və ya adı (yalnız fibrosement lövhələr üçün);
Sinif (yalnız fibrosement lövhələr üçün);
Hər partiyada fibrosement lövhələrin minimum 15%-i həmişə ən azı a), d), e) və f) bəndləri üzrə məlumatı əks etdirməlidir və fitinqlərin minimum 50%-i a), e) və f) bəndləri üzrə məlumatı əks etdirməlidir.
QEYD: ZA.3 bu bənddəki eyni tələbləri əhatə etdikdə, bu bəndin tələblərinə riayət olunmalıdır.
R1 qofr tacının radiusu
R2 qofr dibinin radiusu
Şəkil A.1 — Profilin hündürlüyü ilə təsnifləndirməyə nümunələr
e1 lövhənin qalınlığı
e2 lövhənin qalınlığı
A dərəcələnmiş metal xətkeş
C silindrşəkilli çubuq
C Silindrşəkilli çubuq
Şəkil A.6 – Sabit qalınlığa malik profillənmiş lövhələrin qofrlarının hündürlüyünün və qalınlığının ölçülməsi
Ölçülər (millimetrlərlə)
Lövhənin w1, w2, w3 eni
Lövhənin l1, l2, l3 uzunluğu
Ölçülər (millimetrlə)
Şəkil A.9 – Qalınlığın ölçülməsi üçün yarımsilindrşəkilli təbəqə
A düzbucaqlilıqdan çıxma
hom yüksələn qofrun hündürlüyü
hod enən qofrun hündürlüyü
Ölçülər (millimetrlə)
A fetr və ya yumşaq materialdan olan lent
B fetr və ya yumşaq materialdan olan lentlər
A 10 mm-lik fetr lent və ya incə lay
B ½ maksimal qofr dalğası
ls dayaqlar arasında təmiz məsafə
b sınaqdan keçirilən nümunənin uzunluğu
Şəkil A.13 — Əyilmə anının təyin olunması üçün vasitələr
A 10 mm-lik fetr lent və ya incə örtük lövhə
B maks. ½ qofr dalğası
ls dayaqlar arasında təmiz məsafə
b sınaqdan keçirilən nümunənin uzunluğu
Şəkil A.14 — Əyilmə anını təyin etmək üçün ölçmə vasitələri
B 10 mm-lik fetr lent və ya incə təbəqə
C maks. ½ qofr dalğası
ls dayaqlar arasında təmiz məsafə
b sınaqdan keçirilənnümunənin uzunluğu
Şəkil A.15 — Əyilmə sınağının aparılması üçün vasitələr
Ölçülər (millimetrlə)
Şəkil A.16 – Sukeçirməməzlik sınağının aparılmasına hazırlıq
B Qofr dibinin absis oxu
Şəkil A.17 – İsti su, islanma-quruma və donma-ərimə sınaqları üçün nümunələrin uzununa kəsilməsi
A hər metrə düşən qüvvə (nyutonla)
B Xüsusi qüvvə, C kateqoriyası, Sinif 1
C C kateqoriyası, Sinif 1 lövhələrinə nümunə
D deformasiya (millimetrlə)
Şəkil A. 18 – Qırılma sınağı zamanı deformasiyanın olçülməsi
Xüsusi olaraq razılaşdırılmadıqda, lakin tenderlər və/və ya sifarişlər üzrə tələb olunduqda, bu standartın sınaq proqramı əsasında yük partiyasında (partiyalarında) təhvil-təslim sınağı üçün nümunələr götürülür. Buna görə də, sınaq proqramı Cədvəl 6-da verilən xarakteristikanı əhatə edir.
Nümunələrin götürülməsi bəndinin tətbiq olunması ilə əlaqədar təfərrüatlar müəyyən edilməlidir.
Nümunələrin seçilməsi prosedurunun razılaşdırılmasından sonra, nümunələr hər iki tərəfin iştirakı ilə, alıcıya çatdırılacaq mal partiyalarından götürülür. Əgər yoxlama partiyası (partiyaları) hələ formalaşmamışsa, istehsalçı alıcıya yoxlama partiyası (partiyalarının) seçilə və nişanlana biləcəyi məhsul ehtiyat(lar)ını təqdim etməlidir. Əgər başqa cür razılaşdırılmamışsa, yoxlama partiyalarının maksimum və minimum miqdarı aşağıdakı kimidir:
Uzunluğu < 1,5 m olan lövhələr: 8 000 və 400 lövhələr
Uzunluğu > 1,5 m olan lövhələr: 3 000 və 200 lövhələr
Fitinqlər: 400 və 200 fitinqlər
Sınaqlar istehsalçının laboratoriyası və ya qarşılıqlı razılaşma əsasında seçilmiş müstəqil laboratoriya tərəfindən aparılır. Mübahisə hallarının yarandığı halda, sınaqlar hər iki tərəfin iştirakı ilə keçirilir.
Dağıdıcı olmayan sınaqların keçirildiyi və nümunələrin yoxlanılmasının nəticəsinin hazırkı sənədin tələblərinə cavab vermədiyi təqdirdə, yükün hər vahidi üçün sınaqların keçirilməsi tələb olunur. Əgər başqa cür razılaşdırılmamışsa, bir-bir yoxlanma zamanı tələblərə cavab verməyən məhsullar çıxarıla bilər.
Nümunə olaraq ən azı iyirmi lövhə götürülür. Onları ya 7.3.2.1 bəndində təsvir edilən qırılma sınağı və ya 7.3.2.2 bəndində təsvir olunan əyilmə sınağı üçün cüt-cüt olmaqla kəsin.
Cütün hər iki nümunəsi tək bir lövhədən kəsilməli və hər birinə eyni nömrə verilməlidir.
7.3.2.1 bəndinin tələbləri əsasında qırılma qüvvəsini müəyyən etmək üçün bir qrup nümunəni quru şəkildə, 7.3.2.2 bəndinin tələbləri əsasında əyilmə anını müəyyən etmək üçün bir qrup nümunəni yaş şəkildə sınaqdan keçirin.
C.2. metodu ilə nəticələri tutuşdurmaqla onlar arasındakı korrelyasiyanı 97.5% düzlüklə müəyyən edin.
Əgər əhəmiyyətli dərəcədə korrelyasiya yoxdursa, quru sınaq üsulundan istifadə edilə bilməz. Əgər korrelyasiya müsbətdirsə, aşağıdakıları yerinə yetirin:
a) C.3 bəndində təsvir olunan metoddan istifadə edərək reqressiya xəttini müəyyən edin;
b) aşağıdakılardan birini müəyyənləşdirin:
C.4. bəndində nəzərdə tutulan metoddan istifadə edərək hər bir nümunə üzrə əldə edilmiş quru sınaq göstəricisindən yaş test göstəricisini müəyyən edin;
C.5. bəndində təsvir olunan metoddan istifadə edərək bu sənəddə əksini tapmış müvafiq yaş sınaq göstəricisinə uyğun olaraq quru sınaq üçün spesifikasiya kimi istifadə ediləcək minimum göstəricini müəyyən edin.
C.2 Yaş və quru nümunələrin sınağının nəticələri arasında əlaqənin müəyyən olunması
Aşağıdakı düsturla yaş və quru sınaq göstəriciləri arasında korrelyasiya əmsalını hesablayın:
n tutuşdurulmuş nümunələrin sayı;
xi quru şəkildə sınaqdan keçirilmiş nümunənin individual dəyəri;
yi yaş şəkildə sınaqdan keçirilmiş nümunənin individual dəyəri;
i= 1 üçün xi qiymətlərinin orta göstəricisidir;
i= 1 üçün yi qiymətlərinin orta göstəricisidir;
Aşağıdakı düsturdan t qiymətini hesablayın:
t qiymətini f0,025/n-2 Styudent əmsalı ilə müqayisə edin.
Əgər t > t0,025/n-2, onda yaş və quru sınaq nəticələri arasında nəzərəçarpan əlaqə var və reqressiya xətti düzdür. Keyfiyyətə nəzarət məqsədi ilə nümunələr quru halda sınaqdan keçirilə bilərlər:
n = 20 olduqda, t0,025/n-2 = 2,101;
n > 20 olduqda, Styudent cədvəllərinə istinad edin.
C.3 Reqressiya xəttinin müəyyən olunması
Reqressiya xəttinin formulu aşağıdakı kimidir:
Aşağıda formulun a və b qiymətlərini hesablayın:
Reqressiya xəttinin bir hissəsi Şəkil C.1.-də göstərilmişdir.
C.4 Yaş sınaq göstəricisinin quru şəkildə sınaqdan əldə olunan nəticədən müəyyən olunması
Aşağıdakı formuldan standart kənara çıxmanı hesablayın (həmçinin standart hesablama səhvi adlanır):
x 0 quru sınaq göstəricisindən istifadə edərək yaş sınaq üçün göstəricini hesablayın:
xo quru halda sınaq zamanı əldə olunmuş nəticə;
yo yaş halda aparılan sınaqdan gözlənilən nəticədən 97,5% az etibarlılıq səviyyəsində hesablanan x0 göstəricisindən hesablanmış qiymətdir.
n = 20 olduqda, onda t0,025/n-2 = 2,101;
n üçün > 20 Styudent cədvəllərinə istinad edin.
Mütəmadi qaydada aparılan keyfiyyətə nəzarət məqsədilə, sınağın individual yo göstəriciləri hər dəfə hesablana bilər və ya C.6 düsturunda x0 üçün göstəricilərin uyğun diapazonunu əvəzləməklə, x0, x0 qrafikini müəyyən etmək olar ki, (bax Şəkil C.1) gələcək göstəricilər buradan oxuna bilsin.
C.5 Bu sənəddə nümunələrin yaş halda sınağı üçün müəyyən edilmiş minimum ystd göstəricisinə müvafiq olaraq quru halda sınaq üçün müəyyən edilmiş xstd göstəricisinin təyin olunması
Düsturda (C6) x0 üçün göstəricilərin uyğun diapazonunu əvəzləməklə, y0, x0 üçün koordinatları müəyyən edin (C.6). ystd göstəricisinə müvafiq olaraq, sxemdən xstd göstəricisini təyin edin (bax Şəkil C.1), burada
ystd yaş sınaq üçün standartda müəyyən olunan minimal göstərici;
xstd ystd göstəricisindən 95% etibarlılıq səviyyəsində hesablanmalı olan minimal quru sınaq göstəricisi.
A yaş şəkildə aparılan sınağın nəticələri
D quru şəkildə aparılan sınağın nəticələri
Şəkil C.1 — Az etibarlılıq səviyyəsində yaş/quru göstəricilər üçün reqressiya xətti
ZA.1 Əhatə dairəsi və müvafiq xarakteristika
Bu Avropa standartı Avropa Komissiyası və Avropa Azad Ticarət Assosiasiyası tərəfindən CEN-ə verilmiş M/121 “Daxili və xarici divarlar və tavan örtükləri” və M/122 “Dam örtükləri, yuxarı işıqlandırma lampaları, dam pəncərələri və yardımçı məhsullar” mandatları əsasında hazırlanmışdır.
Bu Avropa standartının bəndləri AB Tikinti Materialları Direktivi (89/106) əsasında verilən mandatların tələblərinə cavab verir.
Bu bəndlərə əməl edilməsi hazırkı Avropa standartının əhatə etdiyi profillənmiş fibrosement lövhələrin və fitinqlərin nəzərdə tutulan istifadə tələblərinə cavab verməsi hesab olunur.
DİQQƏT — məhsulların nəzərdə tutulan istifadə şərtlərinə uyğunluğuna təsir etməyən digər tələblər və digər AB direktivləri bu standartın əhatə dairəsinə daxil olan tikinti məhsuluna tətbiq oluna bilər.
QEYD 1: Bu standartda əksini tapmış təhlükəli maddələrlə əlaqədar xüsusi şərtlərə əlavə olaraq, standartın əhatə etdiyi məhsullara tətbiq oluna bilən digər tələblər də ola bilər (məsələn, Avropa qanunvericiliyi və milli hüquq, qaydalar və inzibati müddəalar). AB-nin Tikinti Məhsulları Direktivinin şərtlərinə cavab vermək məqsədilə, tətbiq oluna bildikdə, bu tələblərə də əməl edilməlidir.
QEYD 2: Təhlükəli maddələr haqqında Avropa və milli qanunların müddəalarından təşkil olunmuş məlumat bazası AVROPA üzrə Tikinti materialları internet saytında verilir (bu link vasitəsilə daxil olun:
Bu Əlavə ZA 1.1 və ZA 1.2 Cədvəllərində göstərilən istifadə üçün nəzərdə tutulmuş profillənmiş fibrosement lövhələr və fitinqlərə CE uyğunluq nişanının vurulması şərtlərini müəyyən edir.
Bu Əlavə mandatla əhatə olunan məsələ ilə əlaqədar Avropa standartının 1-ci Maddəsinin müvafiq hissəsi kimi eyni əhatə dairəsinə malikdir və ZA1-ZA 1.2 Cədvəllərində öz əksini tapır.
Tikinti materialı: Profillənmiş fibrosement lövhələr və fitinqlər
Nəzərdə tutulan istifadə (1): Binalar üçün hissə-hissə vurulan dam örtükləri
Kənar yanğına qarşı davamlılıq
Yanğına qarşı reaksiya
Təhlükəli maddələrin buraxılması
İsti suya qarşı davamlılıq
İslanma/qurumaya qarşı davamlılıq
Donma/əriməyə qarşı davamlılıq
Bərk isti-yağışa qarşı davamlılıq
Tikinti materialı: Profillənmiş fibrosement lövhələr və fitinqlər
Nəzərdə tutulan istifadə (2): Daxili və xarici divarlar və tavan örtükləri
Yanğına qarşı reaksiya
Təhlükəli maddələrin buraxılması
Qırılmaya qarşı davamlılğı (yalnız asma tavanlarda istifadəsi nəzərdə tutulmuş lövhələr üçün)
İsti suya qarşı davamlılıq
İslanma/qurumaya qarşı davamlılıq
Donma/əriməyə qarşı davamlılıq
Bərk istiyə-yağışa qarşı davamlılıq
Müəyyən xarakteristika üzrə tələblər məhsulun nəzərdə tutulan istifadəsi üçün xarakteristikaya dair tənzimləyici tələblərin olmadığı Üzv dövlətlərdə tətbiq edilmir. Bu təqdirdə, öz məhsullarını həmin Üzv dövlətlərin bazarlarına çıxaran istehsalçıların bu xarakteristika ilə əlaqədar xüsusiyyətləri müəyyən etmələri və ya bəyan etmələri tələb olunmur və CE (Avropa Standartlarına uyğunluq) nişanı ilə müşayiət olunan məlumatda (bax ZA.3) “Nəticələr müəyyən edilməmişdir” (NPD) variantı tətbiq oluna bilər. Texniki xarakteristikanın minimum səviyyədə olduğu halda NPD variantı istifadə olunmaya bilər.
ZA.2 Profillənmiş fibrosement lövhələrin və fitinqlərin standartlara cavab verməsini təsdiqləmək üçün prosedur
ZA.2.1 Standartlara uyğunluğun təsdiqlənməsi sistemləri
Aşağıda qeyd olunan cədvəllərdə əksini tapmış profillənmiş fibrosement lövhə və fitinqlərin nəzərdə tutulan istifadə və müvafiq səviyyə və ya siniflər üzrə standartlara uyğunluğunun təsdiqlənməsi sistemləri ZA.2 Cədvəlində verilir:
- Avropa Komissiyasının 2001/01/08 tarixli 2001/596/EC qərarı ilə düzəliş olunmuş (bax 1998-10-15 tarixli OJEU L278) və dəyişiklik edilmiş (bax 2001-08-02 tarixli OJEU L209) 1998-06-22 tarixli 98/436/EC Qərarına (bax 1998-07-10 tarixli OJEU L194) əsaslanan və “Dam örtükləri, dam işıqları, dam pəncərələri və yardımçı məhsullar” adlı M122 mandatının III Əlavəsində verilən ZA.1.1 Cədvəlləri;
- Avropa Komissiyasının 2001/01/08 tarixli 2001/596/EC qərarı ilə düzəliş olunmuş (bax 1998-10-15 tarixli OJEU L278) və dəyişiklik edilmiş (bax 2001-08-02 tarixli OJEU L209) 1998-06-30 tarixli 98/437/EC Qərarına (bax 1998-07-10 tarixli OJEU L194) əsaslanan və “Daxili və xarici divar və tavan örtükləri” adlı M121 mandatının III Əlavəsində verilən ZA.1.2 Cədvəlləri.
Yanğın təhlükəsizliyi qaydalarına əsasən damın örtüklənməsi üçün
Kənar yanğının təsirinə qarşı reaksiyaya əsasən damın örtüklənməsi üçün
Təhlükəli maddələrin buraxılması qaydalarına əsasən damın örtüklənməsi
Bütün digər istifadə üçün damın örtüklənməsi
Yanğından mühafizə qaydalarına əsasən daxili və ya xarici divar və ya tavan örtükləri
Təhlükəli maddələrin buraxılması qaydalarına əsasən daxili və xarici divar və tavanların örtüklənməsi
Mandatda nəzərdə tutulan bütün digər istifadə növləri üçün daxili və xarici divarlar və tavanların örtüklənməsi
QEYD 1 Sistem 1: Bax Direktiv 89/106/EEC (CPD) Əlavə III.2. (i) nümunələrin audit yoxlaması aparılmadan.
QEYD 2 Sistem 3: Bax Direktiv 89/106/EEC (CPD) Əlavə III.2. (ii), ikinci imkan.
QEYD 3 Sistem 4: Bax Direktiv 89/106/EEC (CPD) Əlavə III.2. (ii), üçüncü imkan.
*İstehsal prosesində aydın müəyyən olunmuş mərhələnin yanğına qarşı reaksiya təsnifatının yaxşılaşdırılması ilə nəticələnən məhsullar/materiallar (məsələn, antipirenlərin əlavə edilməsi və ya orqanik materialın azaldılması).
** Aşağıdakı qeydin əhatə etmədiyi məhsullar/materiallar (*).
*** Yanğına qarşı reaksiyasının sınaqdan keçirilməsinə ehtiyac olmayan məhsullar/materiallar (məsələn, Komissiyanın 96/603/EC qərarına əsasən A1 sinfi məhsulları/materialları).
QEYD: Kənar yanğının təsirinə qarşı reaksiyanın yoxlanılması üçün, FROOF sinfi məhsulları NPD kimi müəyyən olunur.
ZA.1.1 və ZA 1.2 Cədvəllərində verilən profillənmiş fibrosement lövhələr və fitinqlərin uyğunluğunun təsdiqlənməsi Avropa Standartının burada əksini tapmış müddəalarının tətbiqindən irəli gələn ZA.3.1-ZA.3.3 Cədvəllərində sadalanan uyğunluq prosedurlarının qiymətləndiirlməsi əsasında aparılır.
Bax ZA.2 Cədvəlinin (*) izahı.
ZA.2.2 AB-nin Uyğunluq bəyannaməsi
(Sistem 1 məhsulları ilə əlaqədar): Bu əlavənin şərtlərinə uyğunluq əldə olunduqda, sertifikatlaşdırma orqanı uyğunluq sertifikatını (yəni, AB standartlarına uyğunluq sertifikatı) tərtib edir, bu sertifikat əsasında istehsalçı CE nişanını vura bilər. Sertifikat aşağıdakıları göstərir:
- Sertifikatlaşdırma orqanının adı, ünvanı və identifikasiya nömrəsi;
- İstehsalçının və ya onun Avropa İqtisadi Zonasında səlahiyyətli nümayəndəsinin adı və ünvanı və istehsal yeri;
QEYD 1: Əgər CE nişanı üçün məsuliyyəti öz üzərinə götürərsə, istehsalçı həmçinin məhsulun AİZ bazarına çıxarılması üçün cavabdeh olan şəxs də ola bilər.
- Məhsulun təsviri (növü, identifikasiya nömrəsi, istifadəsi və s.);
- Məhsulun uyğun olduğu müddəalar (yəni, bu Avropa Standartının ZA Əlavəsi);
- Bu məhsulun istifadəsinə tətbiq oluna bilən xüsusi şərtlər (məsələn, müəyyən şəraitdə istifadəyə dair müddəalar);
- Sertifikatın nömrəsi;
- Sertifikatın qüvvədə olma şərtləri, tətbiq oluna bilən yerlərdə;
- Sertifikatı imzalamaq səlahiyyəti olan şəxsin adı, vəzifəsi.
(Sistem 3 məhsulları üçün): Bu Əlavənin şərtlərinə riayət edildikdə, Avropa İqtisadi Zonasında təsis edilmiş istehsalçı və ya onun agenti istehsalçıya CE nişanını vurmaq hüququ verən uyğunluq bəyannaməsi (AB Uyğunluq Bəyannaməsi) hazırlayır. Bu bəyannamə aşağıdakıları əks etdirir:
- İstehsalçının və ya onun Avropa İqtisadi Zonasında təsis edilmiş nümayəndəsinin adı və ünvanı və istehsal yeri;
QEYD 2: CE nişanı üçün məsuliyyəti öz üzərinə götürərsə, İstehsalçı həmçinin məhsulu AİZ bazarına çıxarmaq üçün məsuliyyət daşıyan şəxs ola bilər.
- Məhsulun təsviri (növü, identifikasiya, istifadəsi və s.) və CE nişanına dair məlumatın surəti;
QEYD 3: Bəyannamə üçün tələb olunan məlumatın CE nişanı haqqında məlumata artıq daxil edilmiş olduğu təqdirdə, bu məlumatın təkrar verilməsi tələb olunmur.
- Məhsulun uyğunluğunu tənzimləyən müddəalar (yəni, bu Avropa Standartının ZA Əlavəsi);
- Məhsulun istifadəsi ilə əlaqədar tətbiq olunan xüsusi şərtlər (məsələn, xüsusi hallarda istifadə şərtləri);
- Sınağın keçirilməsi üçün seçilmiş məkan (zərbəyə davamlılığın yoxlanılması zamanı);
- Seçilmiş laboratoriyanın (laboratoriyaların) adı və ünvanı;
- İstehsalçı və ya onun səlahiyyətli nümayəndəsinin adından deklarasiyanı imzalamaq hüququ verilmiş şəxsin adı və vəzifəsi;
(Sistem 4 məhsulları üçün): Bu Əlavənin şərtlərinə riayət edildikdə, Avropa İqtisadi Zonasında təsis edilmiş istehsalçı və ya onun agenti istehsalçıya CE nişanını vurmaq hüququ verən uyğunluq bəyannaməsi (AB Uyğunluq Bəyannaməsi) hazırlayır. Bu bəyannamə aşağıdakıları əks etdirir:
- İstehsalçının və ya onun Avropa İqtisadi Zonasında təsis edilmiş nümayəndəsinin adı və ünvanı və istehsal yeri;
QEYD 4: CE nişanı üçün məsuliyyəti öz üzərinə götürərsə, İstehsalçı həmçinin məhsulu AİZ bazarına çıxarmaq üçün məsuliyyət daşıyan şəxs ola bilər.
- Məhsulun təsviri (növü, identifikasiya, istifadəsi və s.) və CE nişanına dair məlumatın surəti;
QEYD 5: Bəyannamə üçün tələb olunan məlumatın CE nişanı haqqında məlumata artıq daxil edilmiş olduğu təqdirdə, bu məlumatın təkrar verilməsi tələb olunmur.
- Məhsulun uyğunluğunu tənzimləyən müddəalar (yəni, bu Avropa Standartının ZA Əlavəsi);
- Məhsulun istifadəsi ilə əlaqədar tətbiq olunan xüsusi şərtlər (məsələn, xüsusi hallarda istifadə şərtləri);
- Sınağın keçirilməsi üçün seçilmiş məkan (zərbəyə davamlılığın yoxlanılması zamanı);
- Qeyd edilmiş laboratoriyanın (laboratoriyaların) adı və ünvanı;
- İstehsalçı və ya onun səlahiyyətli nümayəndəsinin adından deklarasiyanı imzalamaq hüququ verilmiş şəxsin adı və vəzifəsi;
Yuxarıda qeyd olunan bəyannamə məhsulun istifadə ediləcəyi Üzv dövlətlərin dilində və ya dillərində təqdim edilir.
1 iyul 2013-cü il tarixindən etibarən istifadəçi 9 mart 2011-ci il tarixli (AB) N 305/2011 Əsasnamə ilə tələb olunan bəyannaməni təqdim etməlidir.
İstehsalçı və ya onun Avropa İqtisadi Zonasında təsis edilmiş səlahiyyətli nümayəndəsi CE nişanının vurulması üçün cavabdehdir. CE nişanını əks etdirən simvol 93/68/EEC Direktivi əsasında olmalı və müşayiətedici kommersiya sənədlərində (məs., çatdırılma qeydi) göstərilməlidir. CE nişanı simvolu aşağıdakı məlumatlarla müşayiət olunur:
- İstehsalçının adı və ya identifikasiya nişanı və qeydiyyatdan keçmiş ünvanı;
- Nişanın vurulduğu ilin son iki rəqəmi;
- Bu Avropa Standartına istinad (EN 494);
- Məhsulun təsviri: adı, materialı və nəzərdə tutulan istifadəsi;
- NT (bax maddə 5.1.1);
- Ölçü (məsələn, qofr hündürlüyü), texniki sinif: mexaniki davamlılığı olan kateqoriya və siniflər, məs., C1X;
- Zərbəyə davamlılıq (yalnız dam örtüyü kimi istifadə edilmək üçün nəzərdə tutulmuş): nəticə müəyyən edilməmişdir (NPD);
- Yanğına qarşı reaksiya:
- Kənar yanğının təsirinə qarşı reaksiya.
“Nəticə müəyyən edilməmişdir” (NPD) variantı xarakteristikanın ən minimum həddə olduğu səviyyə ilə şərtlənir.
Şəkil ZA. 1 dam örtüyü materialı və ya daxili divar örtüyü kimi istifadə olunması nəzərdə tutulan lövhə üçün ticarət sənədlərində verilməli olan məlumata nümunəni təsvir edir.
İstehsalçının adı və ya identifikasiya nişanı və qeydiyyatdan keçmiş ünvanı
Nişanın qoyulduğu ilin son iki rəqəmi
Qofr hündürlüyü 40 mm-dən 80 mm-dək
Zərbəyə davamlılıq - Pass
Yanğına qarşı reaksiya – A 1 (test aparılmadan)
Kənar yanğına qarşı reaksiya – BROOF (qənaətbəxş hesab edilir)
Təhlükəli maddələr – Təsir müəyyən edilməmişdir (NPD)
Şəkil ZA.1 – CE nişanı haqqında məlumata nümunələr
Yuxarıda göstərilən təhlükəli maddələrlə əlaqədar hər hansı məlumata əlavə olaraq, komponent həmçinin tələb olunduğu zaman və tələb olunduğu müvafiq formada təhlükəli maddələr haqqında qanunların siyahısından ibarət sənədlə və həmin qanunvericiliklə tələb olunan məlumatla müşayiət olunur.
QEYD 1: Milli ixtisarların edilmədiyi Avropa qanunvericiliyinə istinad tələb olunmur.
QEYD 2: CE nişanının vurulması onu bildirir ki, əgər məhsul birdən artıq direktivlə tənzimlənirsə, onda o, tətbiq oluna bilən bütün direktivlərə cavab verir.
Azərbaycan Respublikası Standartlaş-dırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 01 sentyabr 2015-ci il tarixli 150111500005 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
1. Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu tərəfindən işlənib hazırlanıb və təqdim edilib.
2. Bu standart EN 12467:2012 “Fibre-cement flat sheets. Product specification and test methods” Avropa standartının autentik tərcüməsi əsasında hazırlanıb.
3. İlk dəfə tətbiq edilir.
4. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2020-ci il, dövrü yoxlama müddəti 5 ildir.
______________________________________________________________________________
Düz fibrosement lövhələr.
Məhsulun spesifikasiyası və sınaq metodları
Fibre-cement flat sheets.
Product specification and test methods
______________________________________________________________________________
Bu standart texniki tələbləri nəzərdə tutur və aşağıda verilən məqsədlər üçün istifadə olunan düz fibrosement lövhələr, nazik plitələr və plankalar (burada sonradan lövhələr adlandırılacaq) üzrə nəzarət və sınaq metodlarını, eləcə də qəbul şərtlərini müəyyən edir:
- Daxili divarların və tavanların üzlənməsi;
- Bayır divarların və tavanların üzlənməsi.
Bu standart ilə əhatə olunan məhsullar başqa məqsədlər üçün istifadə oluna bilərlər, bir şərtlə ki, onlar müvafiq istismar standartına cavab versinlər, məsələn, alt hidroizolyasiya qatı.
Bu standartın 5.1.1 bəndində müəyyən olunduğu kimi müxtəlif növ liflərlə bərkidilmiş lövhələrdən bəhs edir.
Bu standart yanğından müdafiə məqsədi daşıyan lövhələri əhatə etmir.
Bu standart işlər, dizayn tələbləri, quraşdırma texnikası, vurulmuş lövhələrin küləyə və ya yağışa davamlılığı üzrə hesablamaları daxil etmir.
Bu standartda aşağıdakı sənədlərə qismən və ya bütünlükdə istinad olunur və aşağıda sadalanan sənədlər bu standartın tətbiq edilməsində vacib əhəmiyyət daşıyır. Tarixi göstərilən istinadlar üçün yalnız nəşr qeydi verilir. Tarixsiz istinadlar üçün istinad edilən sənədin ən son nəşri (dəyişikliklər daxil olmaqla) nəzərdə tutulur.
EN 197-1, Sement — 1-ci Hissə: Tərkibi, xüsusiyyətlər və bütün sementlər üçün uyğunluq kriteriyası;
EN 13501-1, Tikinti məhsullarının və tikinti elementlərinin yanğın təhlükəsizliyi üzrə təsnifatı— 1-ci Hissə: yanğına qarşı sınaqlara reaksiya nəticələrindən əldə olunan məlumata əsaslanan təsnifat;
EN 13823, Tikinti məhsulları üçün yanğına qarşı reaksiya sınaqları — Tikinti məhsulları, döşəmə örtükləri istisna olmaqla, tək yanan maddə ilə termal hücumun təsirinə məruz qalan tikinti məhsulları;
EN ISO 1716, Məhsulların yanğın təhlükəsizliyi sınaqlarına reaksiyası — ümumi yanma istiliyinin müəyyən olunması (istilik ekvivalenti) (ISO 1716);
EN İSO 12572, Tikinti materialları və məhsullarının hiqrotermik xüsusiyyətləri - Buxar keçiriciliyi xüsusiyyətlərinin müəyyən olunması (İSO 12572);
ISO 2602, Sınaqların nəticələrinin statistik şərhi — Orta göstəricinin hesablanması — etibarlılıq intervalı;
ISO 2859-1, Əsas əlamətlər vasitəsilə nümunə götürülməsi prosedurları — 1-ci Hissə: partiyalar üzrə yoxlama zamanı qəbul edilə bilən keyfiyyət limiti (AQL) ilə təyin olunan nümunə sxemləri;
ISO 3951-1, Dəyişən göstəricilər vasitəsilə yoxlama üçün nümunə prosedurları — 1-ci Hissə: tək keyfiyyət xarakteristikası və qəbul edilə bilən tək keyfiyyət limitinin partiya-partiya yoxlanması məqsədilə, qəbul edilə bilən keyfiyyət limiti (AQL) ilə göstərilən nümunə planları üçün spesifikasiya.
Bu standartın məqsədləri üçün, aşağıdakı terminlər və təriflər tətbiq ediləcəkdir.
Fibrosement lövhələrin spesifikasiyaya uyğun olub-olmamasını müəyyən etmək məqsədilə ardıcıl istehsal prosesindən və ya məhsul partiyasından götürülmüş bir qrup lövhənin sınağı.
Daxil edilməli olan Qeyd 1: Sınaq metodları və spesifikasya üzrə limit göstəricilər bu sənəddə əksini tapır. Nümunələrin götürülməsi səviyyələri və qəbul kriteriyası 6.3.2 bəndində verilir.
Məhsulun bu sənədin tələblərinə uyğunluğu və ya yeni məhsulun təsdiqlənməsi və/və ya məhsulun tərkibində və/və ya istehsal metodunda fundamental dəyişiklik edildikdə, əvvəlki təcrübə əsasında əvvəlcədən proqnozlaşdırıla bilməyən təsirlərin müəyyən olunması məqsədilə keçirilən sınaq.
Daxil edilməli olan Qeyd 1: Bu sınaq hazır məhsul üzərində aparılır, lakin hər istehsal seriyası üçün tələb edilmir.
3.3 Qəbul edilə bilən keyfiyyət səviyyəsi (AQL)
Nümunələrin götürüldüyü planda qəbul edilmək üçün müəyyən olunmuş nisbətən yuxarı dərəcəyə uyğun gələn keyfiyyət səviyyəsi.
Daxil edilməli olan Qeyd 1: nümunələrin yoxlanılması prosesində orta göstərici kimi götürülən qüsurlu məhsulların maksimal faizi (və ya məhsulun hər 100 ədədinə olan qüsurlu məhsulların maksimal miqdarı).
Daxil edilməli olan Qeyd 2: AQL (Qəbul edilə bilən keyfiyyət limiti) göstəricisi 4% olan nümunə sxemi bildirir ki, qüsurlu məhsulların 4% təşkil etdiyi partiyanın qəbul olunmaq ehtimalı yüksəkdir.
Həcmin hesablanması üçün nümunənin xarici ölçülərinə əsaslanan sıxlıq.
Daxil edilməli olan Qeyd 1: Bu, material və məsamələrin orta sıxlıq göstəricisidir.
3.5 Satışa hazır məhsul
Bərkimə və müvafiq olduqda, boyama işləri daxil olmaqla, istehsalın bütün prosesləri tamamlandıqdan sonra istehsalçının məhsulu təchiz etməsi.
Məhsulun üst tərəfi adətən havanın təsirlərinə məruz qalır.
3.8 Teksturasiya edilmiş lövhələr
Satışa təqdim edilməzdən əvvəl üst səthlərinə relyef təsvirin tətbiq edildiyi lövhələr.
NT üzlük materialları tipli düz fibrosement lövhələr qeyri-azbest texnologiyadan istifadə edilərək hazırlanmışdır.
3.10 Laboratoriya şəraiti
Laboratoriya şəraiti (23 ± 5) °C temperaturu və (50 ± 20) % nisbi rütubətdən ibarətdir.
a Lövhənin nominal uzunluğu və eni
b 1. Nümunənin sınaq qurğusunun dayaqlarına paralel ölçülən uzunluğu və eni (millimetrlə)
2. Reqressiya xəttinin əmsallarından biri (Əlavə B)
d lövhənin şərti sıxlığı (q/m)
e lövhənin qalınlığı (millimetrlə)
F qırılma qüvvəsi (nyutonla)
l lövhənin uzunluğu (millimetrlə)
ls əyilmə sınağında dayaqlar arasında təmiz məsafə və ya dayaqların mərkəzi arasında məsafə (millimetrlə)
m quruduqdan sonra nümunənin kütləsi (qramla)
n cüt nümunələrin sayı
MOE Elastiklik modulu (qiqa paskal və ya meqa paskal ilə)
MOR qırılma modulu (meqa paskal ilə)
MOR fi növ sınağının aparılmasından sonra itəsirə məruz qalmış nümunənin qırılma modulu
MOR fci növ sınağının aparılmasından sonra itəsirə məruz qalmamış nümunənin qırılma modulu
MRi Təsirə məruz qalmış və qalmamış i nümunə cütünün qırılma modulunun individual əmsalı
R Təsirə məruz qalmış və qalmamış nümunələrin qırılma modulunun orta əmsalı
RL Təsirə məruz qalmış və qalmamış nümunələrin qırılma modulu əmsallarının orta dərəcəsinin 95% etibarlılıq səviyyəsində aşağı qiyməti
s Müvafiq hesablama zamanı standart kənara çıxma
µ Buxar keçiriciliyi göstərici
V Nümunənin həcmi (kub santimetrlə)
w Nümunənin eni (millimetrlə)
X1 quru şəkildə sınaqdan keçirilmiş i nümunəsinin individual dəyəri
xstd quru şəkildə sınaq metodu üzrə spesifikasiya kimi istifadə olunacaq minimal göstərici. Bu göstərici hazırkı sənəddə yaş sınaq metodu üçün nəzərdə tutulmuş ystd göstəricisindən 97,5% etibarlılıq səviyyəsində hesablanır.
ystd yaş şəkildə sınaq üçün nəzərdə tutulan minimum göstərici (bax: B.5).
x0 quru şəkildə sınağın faktiki nəticəsi (bax: B.4).
i= 1 üçün xi qiymətlərinin orta göstəricisi
yi yaş şəkildə sınaqdan keçirilmiş nümunənin individual dəyəri
yo nümunənin quru şəkildə sınaqdan keçirilməsi zamanı alınan nəticə; bu nəticə nümunənin yaş şəkildə sınaq edilməsindən gözlənilən nəticədən 97.5% daha az etibarlılıq səviyyəsindədir.
i= 1 üçün yi qiymətlərinin orta göstəricisi.
5.1.1 Məhsulun tərkibi
Lövhələr əsasən liflərlə bərkidilmiş sement və ya silisium və əhəng materialın kimyəvi reaksiyasından alınmış kalsium silikatdan ibarətdir. Sement 197-1 standartına və ya istifadə olunacaq ölkə üzrə müvafiq texniki spesifikasiyaya uyğun olmalıdır.
Bu Avropa standartı germetik olmayan (NT) düz fibrosement lövhələri əhatə edir. Bərkidici liflər aşağıdakı bir və ya bir neçə formada ola bilər:
- qarışıq paylanmış diskret elementlər;
- liflər və ya lentlər;
- hörgülər və ya torlar.
Məhsulun tərkibinə uyğun gələn vasitələr, filler və piqmentlər əlavə oluna bilər.
5.1.2 Görünüş və rəng
Lövhələrin təsirə məruz qalan hissəsi teksturasiya edilmiş və ya edilməmiş ola bilər. Lövhələr boyana və ya təbii rəngində saxlanıla bilər; onların səthinə həmçinin yapışqan rəngli və ya rəngsiz üzlük çəkilə bilər. Lövhələrin hazırkı sənəddə verilən xüsusiyyətlərinə təsir etməyən səth dəyişikliklərinə yol verilir.
Lövhələr vurulmaq üçün nəzərdə tutulan deşiklərlə və/və ya ölçüyə uyğun kəsilmiş halda təchiz oluna bilər.
Bu sənədin əhatə etdiyi lövhələr aşağıdakılardır:
- Atmosfer təsirlərinə qarşı dayanıqlılığa görə dörd kateqoriya (bax 5.2.2-5.2.5);
- Əyilmə gücünə əsasən beş sinif (bax 5.4.3);
- Quraşdırılma metodu üzrə iki ölçü qrupu (bax 5.2.6);
- Ölçülərdən yol verilən artıq-əskikliklər əsasında iki səviyyə (bax 5.3.4).
Hər kateqoriya üzrə növ sınaqları Cədvəl 7-də verilir.
Bərk isti, yüksək rütubət və sərt şaxtanın təsirinə məruz qalması nəzərdə tutulan lövhələr.
Bərk isti, yüksək rütubət və ara-sıra şaxtanın təsirinə məruz qalması nəzərdə tutulan lövhələr. məsələn, bu lövhələr sərt atmosfer şəraitindən ya qorunur, ya da belə təsirlərə məruz qalmır.
Daxili istifadə üçün nəzərdə tutulan lövhələr, bu lövhələr şaxtadan savayı bərk isti və rütubətin də təsirinə məruz qala bilərlər.
Möhkəm hidroizolyasiya qatı qismində istifadə olunacaq lövhələr.
5.2.6.1 Kiçik ölçülü lövhələr
Vurulma metodunun şaquli şəkildə birləşmədən ibarət olduğu lövhələr. Bu cür vurulma üçün ölçülər adətən belədir ki, belə lövhələrin sahəsi < 0,4 m və uzunluq/en ≤3.
5.2.6.2 Böyük ölçülü lövhələr
Kiçik ölçülü lövhələr üçün göstəricilərə uyğun gəlməyən lövhələr. Böyük lövhələr “kiçik ölçülü lövhələr” kimi elan oluna bilər, bir şərtlə ki, kiçik ölçülü lövhələrin ölçülərindən yol verilə bilən artıq-əskikliklər tətbiq edilsin və istehsalçının təlimatında müəyyən edilmiş olsun.
5.3 Ölçülər və yol verilə bilən artıq-əskikliklər
Uzunluq, en, düzlük və kənarların kvadratşəkilli olması üçün yol verilə bilən artıq-əskiklik dərəcələri iki səviyyədə müəyyən olunur. Lövhələr bu dörd kateqoriya üzrə artıq-əskiklik dərəcələri üçün eyni səviyyənin tələblərinə cavab verməlidir.
5.3.2 Nominal en və uzunluq
İstehsalçı lövhələrin nominal uzunluğunu və enini müəyyən edir.
QEYD: Lövhələr adətən 3000 mm-dək olan nominal uzunluğa və 1250 mm-dək nominal enə malikdir. Daha uzun və daha enli lövhələr təchiz oluna bilər.
İstehsalçı lövhələrin nominal qalınlığını müəyyən edə bilər.
Teksturasiya olunmamış lövhələr üçün nominal qalınlıq orta qalınlığa istinad edir. Teksturasiya olunmuş lövhələr üçün maksimal qalınlıq əsas götürülür.
Qeyd 1: Teksturasiya olunmuş lövhələrin nominal qalınlığı mexaniki xüsusiyyətlərin hesablanmasında istifadə edilə bilməz.
Lövhələrin qalınlığı bir qayda olaraq 3-30 mm arasında dəyişir.
Qeyd 2: Daha qalın lövhələr təchiz oluna bilər.
5.3.4 Nominal ölçülərdən yol verilə bilən artıq-əskiklik
5.3.4.1 Uzunluq və en ölçülərindən yol verilən kənara çıxmalar
Lövhələrin uzunluğu və eni üzrə yol verilən artıq-əskiklik dərəcələri Cədvəl 1-də əksini tapır:
Cədvəl 1 – Göstərici və səviyyə nəzərə alınmaqla, nominal ölçülər üzrə yol verilə bilən artıq-əskiklik
1000 mm < a ≤ 1600 mm
a nominal en və ya uzunluqdur.
Bu artıq-əskikliklər çox böyük ölçülü lövhələrə tətbiq edilmir.
Ölçmə metodu 7.2.3.1 bəndində verilir.
5.3.4.2 Qalınlıq üzrə yol verilən artıq-əskikliklər
Teksturasiya olunmamış lövhələr üçün artıq-əskiklik dərəcələri Cədvəl 2-də verilir.
Cədvəl 2 – Teksturasiya edilməmiş lövhələr üçün qalınlıqdan yol verilə bilən kənara çıxma dərəcələri
Teksturasiya edilməmiş lövhələr uçun, bir lövhənin qalınlıq dərəcələri arasında maksimal fərq maksimum ölçülmüş rəqəmin 10%-ni keçməməlidir.
Teksturasiya edilmiş lövhələr üçün artıq-əskiklik dərəcələri Cədvəl 3-də verilir.
Teksturasiya edilmiş lövhələr uçun, bir lövhənin səkkiz dəfə ölçülmüş qalınlıq dərəcələri arasında maksimal fərq maksimum ölçülmüş rəqəmin 15%-ni keçməməlidir.
Ölçmə metodu 7.2.3.2 bəndində verilir.
5.3.5 Lövhənin formasına görə artıq-əskikliklər
5.3.5.1 Kənarların düzlüyü
Artıq-əskiklik dərəcələri yalnız böyük ölçülü lövhələrə tətbiq edilir.
Kənarların düzlüyü üzrə artıq-əskiklik dərəcələri müvafiq ölçüləri (uzunluq və ya en) olan lövhənin uzunluğunun faizi kimi müəyyən olunur və müvafiq səviyyə üçün aşağıdakı Cədvəl 4-də verilən qaydada olmalıdır.
Ölçmə metodu 7.2.3.3 bəndində verilir. Bu artıq-əskiklik dərəcələri böyük ölçülü lövhələrə tətbiq edilmir.
5.3.5.2 Kənarların kvadrat şəklində olması
Lövhələrin kvadratşəkilli olması üzrə artıq-əskiklik dərəcələri müvafiq səviyyə üzrə aşağıdakı Cədvəl 5-də verilir.
Ölçmə metodu 7.2.3.4 bəndində verilir.
Artıq-əskiklik dərəcələri böyük ölçülü lövhələrə tətbiq olunmur.
5.4 Fiziki tələblər və xüsusiyyətlər
Satışa hazır məhsullar üçün praktik olduğu vaxtlarda mexaniki və material xüsusiyyətləri müəyyən olunur. Nəticələr üzlənmiş və ya üzlənməmiş məhsullar üzrə qruplaşdırılır.
QEYD: Statistik şərh üçün bax Əlavə B.
İstehsalçı hər kateqoriya və hər sinifdən olan lövhələr üzrə minimal şərti sıxlığı müəyyən edir. 7.3.1 bəndinin şərtlərinə əsasən sınaqdan keçirildikdə, lövhənin şərti sıxlığı bu dərəcədən aşağı olmamalıdır.
5.4.3 Nəmin yayılması
İstehsalçı lövhənin 30%-90% nisbi rütubətin təsirinə məruz qaldıqda lövhədə nəmin xətti istiqamətdə yayılmasının ölçülmüş faiz dərəcəsini müəyyən edir. Müəyyən edilmiş dərəcə C Əlavəsində verilən metoddan istifadə edərək 7.3.7 bəndi əsasında ölçülür.
5.4.4 Mexaniki xüsusiyyətlər – Qırılma modulu (MOR) – Elastiklik modulu (MOE)
7.3.2 bəndi əsasında sınaqdan keçirildikdə, lövhələrin meqa paskal ilə ifadə olunan minimal qırılma modulu Cədvəl 6-da əksini tapır. MOR nümunələrin hər iki istiqamətdə sınaqdan keçirilməsindən əldə olunan nəticələrin orta əmsalıdır.
QEYD: Müxtəlif xüsusiyyətlərə malik, məsələn, üzlənmiş lövhələr. Cədvəl 6 şərti MOR əmsalına istinad edir.
A və B Kateqoriyalarından olan lövhələrin əyilmə gücü yaş şəkildə müəyyən olunur (bax Cədvəl 10).
C və D Kateqoriyalarından olan lövhələrin əyilmə gücü uyğun laboratoriya şəraitində müəyyən olunur (bax Cədvəl 10).
İstehsalçı mexaniki gücün xarakterik dəyərini müəyyən etməlidir. Lövhələrin əyilmə gücünün xarakterik dəyəri laboratoriya şəraitində aparılmış sınaqların nəticələrindən əldə olunan statistik məlumata əsaslanır. Sınağın nəticələrinin statistik şərhi EN 1990:2002, Ümumavropa Tikinti Məcəlləsi – struktur dizaynın əsasları, Cədvəl D.1, Vx, naməlum) təsvir edilən prosedura əsaslanır.
Əgər istehsal prosesinə nəzarət zamanı MOR əmsalı və satışa hazır məhsulların MOR əmsalı arasında korrelyasiya müəyyən olunmuşsa (bax Əlavə B), onda Vx, məlum qiymətinin k-dəyərindən istifadə edilə bilər. Daha zəif istiqamətdə sınaqdan keçirilmiş lövhələrin minimal qırılma modulu hər iki istiqamət üzrə keçirilən sınağın orta nəticəsi üzrə Cədvəl 6-da verilən göstəricinin 70%-dən az olmamalıdır. Bu tələb teksturasiya edilmiş lövhələrə aid deyil.
Lövhələrin Qiqa və ya Meqa paskallarla olçülən elastiklik modulu laboratoriya şəraitində aparılmış sınağın nəticələrinə əsasən müəyyən edilir. MOE əmsalı standart kənara çıxmalar nəzərə alınmaqla, hər iki istiqamətdə aparılan sınağın nəticələrinin orta göstəricisidir.
İstehsalçı öz mülahizəsinə əsasən məlumat məqsədləri üçün MOE əmsalını müəyyən edir.
Cədvəl 6. Minimal qırılma modulu
İstehsalçılar məhsul üçün minimal MOR əmsalını müəyyən etdikdə, bu, qəbul edilə bilən 4% keyfiyyət səviyyəsi (AQL) təşkil etməlidir.
QEYD: Teksturasiya edilmiş lövhələr üçün MOR mexaniki xüsusiyyətlərin hesablanması məqsədilə tətbiq oluna bilməz.
5.4.5 A, B və D kateqoriyaları üçün su keçirməməzlik
7.3.3 bəndi əsasında sınaqdan keçirildikdə, lövhənin alt üzündə nəm izləri əmələ gələ bilər, lakin heç bir halda orada su damcıları yarana bilməz.
5.4.6 D kateqoriyası üçün buxar keciriciliyi
Möhkəm hidroizolyasiya layı kimi istifadə olunan düz lövhələr üçün µ buxar keçiriciliyi göstəricisi 7.3.4 bəndi əsasında müəyyən edilir və istehsalçının təlimatında əz əksini tapır.
Sınaq yolu ilə müəyyən olunan µ göstəricisi istehsalçının müəyyən etmiş olduğu göstəricidən yüksək olmamalıdır.
5.5 Davamlılıq tələbləri
Mexaniki və material xüsusiyyətləri adətən satışa hazır məhsullar üçün müəyyən olunur. Nəticələr üzlənmiş və ya üzlənməmiş matreiallar üçün müəyyən oluna bilər. Üzlük materialın rolu məhsulun qiymətləndirilməsi zamanı nəzərə alınmır.
5.5.2 A, B və D kateqoriyaları üçün donma-ərimə
7.4.1 bəndinin şərtləri əsasında sınaqdan keçirildikdə, A kateqoriyası üzrə 100 donma-ərimə dövründən və B və D kateqoriyaları üzrə 25 donma-ərimə dövründən sonra, 7.4.1.4 bəndində nəzərdə tutulan RL əmsalı 0,75 dərəcəsindən az olmamalıdır.
5.5.3 Bərk istiyə-yağışa davamlılıq
7.4.2 bəndi əsasında sınaqdan keçirildikdə, A kateqoriyası üzrə 50 isti-yağış dövründən və B kateqoriyası üzrə 25 isti-yağış dövründən sonra, fibrosement lövhələrdə hər hansı görünən çatlar, delaminasiya, deformasiya, əyilmə və ya digər qüsurlar onların istifadə qabiliyyətinə təsir edəcək dərəcədə olmur.
(c) Sukeçirməməzlik 5.4.4 bəndinə əsasən sınaqdan keçirilir.
(d) Deformasiya və əyilmə vizual olaraq qiymətləndirilir.
5.5.4 A, B, C və D kateqoriyaları üçün isti su
7.3.5 bəndi əsasında sınaqdan keçirildikdə, 56 gün ərzində temperaturu 60°C təşkil edən suya salınmadan sonra fibrosement lövhənin 7.3.5.4 bəndində müəyyən edilmiş RL əmsalı 0,75-dən az olmayacaq.
5.4.5 A, B, C və D kateqoriyaları üçün islanma-quruma
7.3.6 bəndi əsasında sınaqdan keçirildikdə, A kateqoriyası üzrə 50 islanma-quruma və B, C və D kateqoriyaları üzrə 25 islanma-quruma dövründən sonra, fibrosement lövhənin 7.3.6.4 bəndində müəyyən edilmiş RL əmsalı 0,75-dən az olmayacaq.
5.6 Yanğın və təhlükəsizlik
5.6.1 Yanğına reaksiya
Tənzimləyici tələblər şərtilə, lövhələrin yanğına reaksiyası 7.5 bəndi əsasında bəyan edilir.
5.6.2 Təhlükəli maddələrin buraxılması
Məhsulların tərkibində istifadə olunan materiallar müvafiq Avropa Standartının material üzrə müəyyən etdiyi və ya üzv dövlətin milli qaydalarında yol verilən maksimal dərəcədən artıq təhlükəli maddə buraxmamalıdır.
QEYD: bax ZA.1 və ZA.3 bəndlərində Qeydlər.
5.7 Məhsul haqqında məlumat
İstehsalçı məhsul haqqında aşağıdakı məlumatı verməlidir:
a) Məhsulun təyinatı:
1) Məhsulun növü: NT (bax: 5.1.1);
5) Artıq-əskiklik səviyyəsi.
b) Nominal göstəricilər:
c) Minimal şərti sıxlıq;
d) İstismar və quraşdırılma
Məhsulların bu sənədin tələblərinə cavab verib-verməməsi aşağıdakılar vasitəsilə müəyyən edilir:
- ilkin növ sınağı və
- istehsalçı tərəfindən istehsala nəzarət.
6.2 İlkin növ sınaqları
Növ sınaqları hazır məhsul üzərində aparılır. Əgər eyni tərkibdən eyni nominal qalınlıqlı və eyni istehsal metodu ilə bir neçə formatda və ya ölçüdə məhsullar istehsal olunursa, növ sınaqları minimal və maksimal qalınlıq üzrə aparılmalıdır.
8-ci Cədvəldə verilən bütün xüsusiyyətlər üzrə ilkin növ sınağı keçirilir. Xarici yanğın təsirlərinə “Qənaətbəxş” hesab edilmiş məhsulların və A1 sinfinin məhsullarının yanğına reaksiyası sınaqdan keçirilmir. Hər kateqoriya üzrə müvafiq növ sınaqları Cədvəl 7-də əksini tapır.
Cədvəl 7. – Hər kateqoriya üzrə növ sınaqları
Təhlükəli maddələrin buraxılması
n.a. – tətbiq edilmir
Mexaniki xarakteristika adətən sıxılan üst səthdə sınaqdan keçirilir. Əgər əhəmiyyətli fərqlərin ola biləcəyinin ehtimal edildiyi və ya dizayn məqsədləri üçün gərək olduğu təqdirdə, üst səth və alt səthin sınaqları arasında əlaqənin müəyyənləşdirilməsi tələb olunarsa, qüvvə alt səthə tətbiq edilir. Alt səthin sınaqdan keçirilməsinin nəticələri təsnifat üçün uyğun deyil.
İlkin növ sınağı bu sənədin tələblərinə əməl edilib-edilməməsini müəyyənləşdirmək üçün aparılır. Bu sənədin müddəaları əsasında əvvəllər aparılmış sınaqlar (eyni məhsul, eyni xarakteristika, sınaq metodu, nümunə götürülməsi proseduru, uyğunluğun təsdiqlənməsi və s.) nəzərə alına bilər. Bundan başqa, ilkin növ sınağı yeni məhsulun və ya məhsulun tərkibi və ya istehsal metodunda edilmiş əhəmiyyətli dəyişikliyin təsdiqlənməsi məqsədilə həyata keçirilə bilər ki, bu cür dəyişikliyin səbəb olacağı təsirlər əvvəlki təcrübə əsasında qabaqcadan proqnozlaşdırıla bilməz.
Bütün növ sınaqlarının nəticələri istehsalçı tərəfindən qeydə alınmalı və sınağın aid olduğu məhsulların istehsaldan çıxarılmasından sonra ən azı beş il müddətində saxlanılmalıdır. Fibrosement lövhənin dizaynı, xammal və ya komponentlərin təchizatçısı və ya istehsal prosesi dəyişdirildikdə, müvafiq xarakteristikanın müəyyən edilməsi məqsədilə bu cür növ sınaqları həyata keçirilməlidir.
Cədvəl 8 — Lövhələrin sayı və uyğunluq kiteriyası
6.3 İstehsal prosesinə nəzarət
İstehsalçı bazara çıxarılan məhsulların müəyyən edilmiş göstəricilərə uyğun olub-olmamasını təmin etmək üçün İstehsal prosesinə nəzarət sistemi yaradır, rəsmiləşdirir və tətbiq edir. İPN sistemi prosedurlar, müntəzəm yoxlamalar, sınaqlar və/və ya qiymətləndirmələrdən, nəzarət prosesinin nəticələrindən, daxil olan materiallar və ya komponentlərdən, istehsal prosesi və məhsuldan ibarətdir.
EN İSO 9001 standartına uyğun Keyfiyyəti İdarəetmə Sistemi yaratmış və bu standartın tələblərinə uyğunlaşdırmış istehsalçı yuxarıda qeyd olunan tələblərə cavab verən istehsalçı hesab edilir.
Yoxlamaların, sınaqların və ya qiymətləndirmələrin nəticələri tədbir görüldüyü anda qeydə alınmalıdır.
6.3.2 Qəbul sınaqları
Qəbul sınaqları üzrə spesifikasiyalar təhvil verilmiş məhsula tətbiq olunur, lakin istehsal prosesinin ilkin mərhələlərində aparıla bilər.
Davamlı istehsalın sınağı zamanı
- lövhənin üzlənməsinə qədər və/və ya
- Cədvəl 10-un şərtlərindən başqa şərtlər
əsasında götürülən nümunələr qəbulediləndir, bir şərtlə ki, Cədvəl 8-də əksini tapmış tələblərə cavab verildiyi statistik olaraq müəyyən edilmiş olsun (bax Əlavə B).
Qəbul sınaqları həmçinin lövhə partiyasının standarta cavab verdiyini təsdiq etmək üçün istifadə oluna bilər, məsələn, növ sınaqları ilə birlikdə və ya yoxlama üçün.
Sınaq zamanı aşağıdakılar ölçülür:
- ölçülər – uzunluq, en və qalınlıq (7.2.3 bəndində müəyyən olunan metodlar);
- şərti sıxlıq (7.3.1 bəndində nəzərdə tutulan metod);
- mexaniki xarakteristika - əyilmə gücü (7.3.2 bəndində nəzərdə tutulan metod).
Cədvəl 9-da əksini tapmış xüsusiyyətlər üçün hər spesifikasiya limiti 4% qəbuledilən keyfiyyət dərəcəsi tələbinə cavab verməlidir.
Cədvəl 9 — Minimum nümunə sxemləri
Kənarın hündürlüyü (tətbiq oluna bilən yerlərdə)
Kənarların düzbucaqlılığı
Əsas əlamət üzrə yoxlama
iki dəfə nümunə götürülməsi yolu ilə yoxlama
Qəbul edilə bilən keyfiyyət səviyyəsi 4%
Dəyişən göstərici vasitəsilə yoxlama; s və ya σ metodu
Qəbul edilə bilən keyfiyyət səviyyəsi 4%
Bütün çəkən, ölçən və sınaq avadanlığı kalibrlənməlidir və sənədləşdirilmiş prosedurlar, tezliklər və meyarlara uyğun müntəzəm yoxlamadan keçirilməlidir.
6.3.4 Xam materiallar və komponentlər
Tələblərə uyğunluğu təmin etmək məqsədilə, bütün daxil olan xammal və komponentlər üzrə spesifikasiyalar sənədləşdirilməlidir.
6.3.5 Məhsulun sınaqdan keçirilməsi və qiymətləndirmə
İstehsalçı bütün xarakteristikanın bəyan edilmiş göstəricilərinə əməl olunduğunu təmin etmək üçün prosedurlar müəyyən edir.
6.3.6 Uyğun olmayan məhsullar
Yararsız məhsullar ayrılır və rəsmiləşdirilmiş prosedurlar əsasında idarə edilir.
6.4 Hazır məhsul yükünün yoxlanılması
Bu sənədin tələblərinə hazır məhsuldan ibarət yükün yoxlanılması daxil deyil, lakin müştəri tərəfindən yoxlamanın aparılmasının tələb edildiyi xüsusi hallarda bu cür yoxlama A Əlavəsi, İSO2859-1 və İSO 3951-1 tələbləri əsasında keçirilə bilər.
Standartın bu hissəsi həm qəbul, həm də ilkin növ sınağının təfərrüatlarını əks etdirir.
7.2 Ölçü və geometrik sınaqlar
7.2.1 Nümunənin hazırlanması
Nümunə olaraq üzlənməmiş hazır məhsul nümunəsi götürülür.
7.2.1.2 Kiçik ölçülü lövhələr
Beş ədəd təsadüfi götürülmüş lövhə sınaqdan keçirilir.
7.2.1.3 Böyük ölçülü lövhələr
Bir lövhə sınaqdan keçirilir.
7.2.2.1 Lövhələrin ölçülərinə uyğun ölçülərə və standart keyfiyyətə malik hamar, düz, sərt yoxlama səthi.
Yoxlama səthin bitişik kənarları boyunca düz bucaq altında iki metal xətkeş qoyulur. Hər bir metal xətkeşin düzlüyü ən azı 0,3 mm/m olmalıdır və sağ küncün ölçmə dəqiqliyi ən azı 0.1% (uzunluğun hər metrindən 1 mm kənara çıxma dərəcəsindən də az) və ya 0,001 rad. olmalıdır.
Alternativ qaydada hər istiqamətdə ən azı 1000 mm olan portativ düzbucaqlıdan istifadə oluna bilər. Künclər və düzlük üçün eyni tələblər tətbiq olunur.
7.2.2.2 Ölçmə dəqiqıiyi 0,5 mm olan uyğun qısa metal xətkeş.
7.2.2.3 Ölçmə dəqiqliyi 1 mm olan uyğun metal lent
7.2.2.4 Ölçmə dəqiqliyi ən azı 0,1 mm olan, diametri 10 mm və 15 mm arasında olan, düz paralel metal qısqaclara malik mikrometr.
7.2.3.1 Uzunluğun və enin ölçülməsi
Gözlə görünən qüsur hesab edilə bilən lokal deformasiya olan hissədə ölçü götürülməməlidir. Kələ-kötür yerləri hamarlayın.
1 mm dəqiqliklə ölçü götürün.
7.2.3.1.2 Kiçik ölçülü lövhələr
Hər bir lövhə üzrə iki ölçü götürün, başqa sözlə, hər iki tərəfdən təqribən 50 mm olmaqla.
7.2.3.1.3 Böyük ölçülü lövhələr
Hər bir ölçü üçün üç dəfə ölçmə aparın, başqa sözlə, bir ölçünü ortada və digərini hər iki tərəfdən 50 mm olmaqla götürün.
7.2.3.2 Qalınlığın ölçülməsi
7.2.3.2.1 Teksturasiya olunmamış lövhələr
a) Siferblat göstəricisi olan ölçü cihazı vasitəsilə 0,1 mm dəqiqliklə üç ölçü götürün.
İndividual nəticələri qeyd edin. Ekstremal göstəricilərin riyazi orta dərəcəsini və onlar arasındakı fərqi hesablayın. 5.3.4.2 bəndində verilən artıq-əskiklik dərəcələrini nəzərə alaraq nəticələri qiymətləndirin.
1) Kiçik ölçülü lövhələr:
Hər bir lövhə üzərində lövhənin iki yaxın tərəfindən ortada, lövhənin kənarından təqribən 20 mm olmaqla iki ölçü götürün.
2) Böyük ölçülü lövhələr:
Şəkil 1-də təsvir olunduğu qaydada, lövhənin bir kənarında lövhənin eni boyunca üç ölçü götürün.
Ölçülər millimetr ilə verilir.
Şəkil 1 – Böyük ölçülü teksturasiya olunmamış lövhələrin qalınlığının ölçülməsi.
7.2.3.2.2 Teksturasiya olunmuş lövhələr
a) Siferblat göstəricisi olan ölçü cihazı vasitəsilə 0,1 mm dəqiqliklə ölçü götürün.
İndividual nəticələri qeyd edin. Ekstremal göstəricilərin riyazi orta dərəcəsini və onlar arasındakı fərqi hesablayın. 5.3.4.2 bəndində verilən artıq-əskiklik dərəcələrini nəzərə alaraq nəticələri qiymətləndirin.
Bu metodla əldə olunmuş qalınlıq MOR əmsalının və qalınlığın hesablanması üçün istifadə edilmir.
1) Kiçik ölçülü lövhələr:
Hər bir lövhə üzərində lövhənin dörd tərəfindən ortada, lövhənin kənarından təqribən 20 mm və 50 mm olmaqla maksimum qalınlığı ölçün.
2) Böyük ölçülü lövhələr:
Şəkil 2-də təsvir olunduğu qaydada, lövhənin kənarından 20 mm və 50 mm olmaqla, lövhənin səkkiz nöqtəsində maksimal qalınlığı ölçün.
b) MOR əmsalının və qalınlığın ölçülməsi:
1) Qabardılmış lövhələr və nazik ≤0,5 mm-lik layla üzlənmiş lövhələrin qalınlığını ölçmək üçün, nümunələrin qalınlığını aşağıdakı düstur vasitəsilə hesablayın:
e nümunənin millimetrlə verilən qalınlığı;
V mayenin kub santimetrlə verilən həcmi;
l millimetrlə verilən uzunluq;
w millimetrlə verilən en.
QEYD: Teksturasiya olunmuş məhsulların orta qalınlığını müəyyən etmək üçün alternativ ölçü metodlarından istifadə etmək olar, bir şərtlə ki, bu metodlar qalınlıq göstəricisini suyun yerdəyişməsi ilə həcmin ölçülməsi zamanı əldə edilmiş göstəricidən ± 2% civarında olmaqla ölçülməsinə imkan versin.
2) Qalın layla (> 0,5 mm) örtülmüş lövhələr 7.2.3.2.1 bəndi əsasında üzlük olmadan ölçülür.
Ölçülər millimetr ilə verilir.
Şəkil 2 – Böyük ölçülü lövhələrin qalınlığının ölçülməsi.
7.2.3. Kənarların düzlüyünün ölçülməsi
Böyük ölçülü lövhələr üçün, nümunənin bütün dörd tərəfində lövhənin kənarı və panelin bir küncündən digər küncünə çəkilmiş ip və ya məftil arasında ən böyük məsafəni ölçün. Ölçülər ölçmə dəqiqliyi 0,5 mm olan polad xətkeşlə aparılır.
7.2.3.4 Düzbucaq formasından kənara çıxmanın ölçülməsi
Lövhələri düzbucaq formanın qolları arasında elə yerləşdirin ki, bir tərəf böyük qolun tam uzunluğuna qarşı, digər tərəf isə kiçik qolla ən azı bir nöqtədə təmasda olsun.
7.2.4 Nəticələrin ifadə edilməsi və şərhi
Uzunluq və en: Hər bir göstərici 5.3.4 bəndində göstərilən artıq-əskiklik dərəcəsinə uyğun olmalıdır.
Qalınlıq: Ölçülərin orta dərəcəsi istehsalçının müəyyən etdiyi minimum göstərcidən az olmamalı və 5.3.4.2 bəndində göstərilən artıq-əskiklik dərəcəsinə uyğun gəlməlidir.
Kənarların düzlüyü: Hər bir nəticə nəzərdə tutulan səviyyəyə müvafiq olaraq 5.3.5.1 bəndində verilən artıq-əskiklik dərəcəsindən artıq olmamalıdır.
Kənarların düzbucaqlılığı: Hər bir nəticə nəzərdə tutulan səviyyəyə müvafiq olaraq 5.3.5.2 bəndində verilən artıq-əskiklik dərəcəsindən artıq olmamalıdır.
7.3 Fiziki xüsusiyyət və xarakteristika
7.3.1.1 Nümunənin hazırlanması
Nümunə əyilmə sınağı üçün istifadə olunan fibrosement lövhədən bir parça olmalıdır.
7.3.1.2 Ölçü alətləri
7.3.1.2.1 Nümunələrin hamısının yerləşdirildiyi, 100 °C-dən 105 °C-dək temperaturun saxlanıla bildiyi ventilyasiyalı soba.
7.3.1.2.2 Ölçmə dəqiqliyi 0,1% olan və suya salınmış və salınmamış nümunələr üçün nəzərdə tutulmuş balans.
Nümunəni suya salmaqla və ya eyni dəqiqliyə malik başqa metodla onun V həcmini təyin edin. Suya salınmazdan əvvəl test edilən nümunə əvvəlcə isladılmalıdır.
Nümunəni 24 saat ərzində 100 °C-dən 105 °C-dək temperaturda saxlanılan sobada qurutduqdan sonra, onun m kütləsini təyin edin.
7.3.1.4 Nəticələrin ifadə edilməsi və şərhi
Şərti d sıxlığı aşağıdakı düstürla tapılır:
d lövhənin hər kub santimetrə olan şərti sıxlığı (qram ilə);
m kütlənin quruduqdan sonra qramla olan kütləsi;
V sınaq edilən nümunənin kub santimetrlə olan həcmi.
Nəticə 5.4.2 bəndinə uyğun gəlməlidir.
7.3.2 Mexaniki xarakteristika – Əyilmə gücü – Elastiklik modulu (Əyilmə modulu)
7.3.2.1 Nümunələrin hazırlanması
7.3.2.1.1 Nümunələrin forması, ölçüləri və sınaq diapazonu
Nümunələrin və sınaq diapazonunun ölçüləri aşağıdakı kimidir:
a) Diapazon əmsalı/qalınlıq 15-dən çox və ya ona bərabərdir;
b) Diapazon əmsalı/qırılma zamanı deformasiya 20-dən çox və ya ona bərabərdir;
c) Nümunələrin uzunluğu diapazondan böyükdür və ya diapazon üstəgəl 40 mm-ə bərabərdir;
d) Nümunələrin eni nümunələrin nominal qalınlığından çox və ya nominal qalınlıqdan beş dəfə çox olan göstəriciyə bərabərdir.
Nümunələr ya kvadrat, ya da düzbucaqlı olmalıdır.
Məqsədəuyğun diapazon 200 mm-dir.
Ölçülərin və diapazonun a)-d) bəndlərinin şərtlərinə cavab vermədiyi halda, ölçülər və diapazon bu şərtlərə uyğunlaşdırılmalıdır.
Nümunələrin və sınaq diapazonunun ölçüləri üstünlük verilən göstəricilərdən dəyişə bilər, bir şərtlə ki, a)-d) bəndlərinin şərtlərinə riayət olunsun.
7.3.2.1.2 Nümunələrin kəsilməsi
7.3.2.1.2.1 Kiçik ölçülü lövhələr
Beş təsadüfi seçilmiş lövhə götürülür. 250 mm x 250 mm ölçüsündən kiçik olan lövhələr üçün bütöv nümunələr götürülür; daha böyük lövhələr üçün hər lövhədən 250 mm x 250 mm sınaq nümunəsi kəsilir.
7.3.2.1.2.2 Böyük ölçülü lövhələr
Nümunələr lövhənin eyni hissəsindən kəsilir. Mümkün sxem Şəkil 3-də verilir (200 mm-lik məsafə daxildir). Nümunələrin kəsilməsi üzrə digər sxemlərdən istifadə oluna bilər, bir şərtlə ki, bərabər sayda nümunələr perpendikulyar qaydada və istehsal olunduğu istiqamətə paralel olmaqla kəsilsin.
Ölçülər millimetrlə verilir.
Kvadratşəkilli nümunələr Düzbucaqlı nümunələr
Şəkil 3. Böyük ölçülü lövhələrdən nümunələrin kəsilməsi.
7.3.2.1.3 Nümunələrin hazırlanması
Nümunələr Cədvəl 10 əsasında hazırlanır.
Cədvəl 10. Nümunələrin hazırlanması
Qəbul sınağı (yaş halda)
A və B kateqoriyaları
Qalınlığın ölçülməsi üçün suda 24 saat saxlanılma ≤ 20 mm
Qalınlığın ölçülməsi üçün suda 48 saat saxlanılma ≤ 20 mm
C və D kateqoriyaları
Laboratoriya mühitində 7-14 gün arası saxlanılma.
A, B və C kateqoriyaları
Əyilmə sınağına qədər:
Laboratoriya mühitində 7-14 gün arası saxlanılma
Sonra qalınlığı <=20 mm olan lövhələrin 24 saat suda saxlanılması və ya qalınlığı >20 mm olan lövhələrin 48 saat suda saxlanılması
Nümunələr sudan çıxarıldıqdan sonra dərhal sınaqdan keçirilməlidirlər.
Laboratoriya mühitində 7-14 gün arası saxlanılma.
7.3.2.2 Ölçü alətləri
7.3.2.2.1 Qüvvəni tətbiq edərkən sabit deformasiya dərəcəsi nümayiş etdirən (bu cihazı tətbiq etmək mümkün olmadıqda, sabit qüvvə dərəcəsi qəbul oluna bilər) və ölçmə dəqiqliyi və təkrarlanma dərəcəsi 3% və ya daha az olan Əyilməni ölçən cihaz:
7.3.2.2.1.1 Biri bərkidilmiş, digəri isə nümunəyə uyğun yerləşdirilə bilmək üçün sərbəst hərəkət etdirilə bilən iki paralel üfüqi dayaq. Hər bir dayağın üst tərəfi 3-25 mm arası radiusa malik olmalıdır. Dayaqların arasında ls məsafəsi 7.3.2.1.1 bəndinə uyğun olmalıdır (Şəkil 4).
7.3.2.2.1.2 Dayaqlarla eyni radiusa malik olan, onlara parallel və eyni məsafəli (ekvidistant) olan yük balansiri.
Yük balansiri mexanizmə çevik birləşmə ilə bağlanacaq.
Dayaqların və yük balansirinin uzunluğu ən azı nümunənin eninə bərabər olacaq.
7.3.2.2.2 Diametri 10-15 mm təşkil edən sıxıcılara malik və ölçmə dəqiqliyi 0,1 mm olan düz paralel metal mikrometr.
ls sınaq cihazının dayaqlarının mərkəzləri arasında diapazon
Şəkil 4 – Əyilmə sınağı cihazı
Sınaq üçün götürülmüş nümunə parçasını alt tərəfi ilə dayaqların üzərinə yerləşdirin. Nümunəni elə yerləşdirin ki, qırılma 10 s və 30 s arasında baş versin. Sabit deformasiya həddinə üstünlük verilir. Bu qurğu olmadıqda, sabit qüvvə həddinin tətbiqi mümkündür.
Teksturizasiya olunmamış nümunələr üçün, qalınlığı iki nöqtədə ölçün, ya qırılmaya qədər, ya da Şəkil 5-də göstərildiyi kimi qırılmadan sonra lövhənin qırılmış kənarı boyunca.
Kvadratşəkilli nümunələr Düzbucaqlı nümunələr
Şəkil 5 – Nümunələrin qalınlığının ölçülməsi
Kvadrat nümunələr üçün qırılmış parçaları təkrar toplayın.
Toplanmış parçaları ikinci dəfə əyilmə sınağından keçirin. Şəkil 5-də göstərildiyi kimi, nazik lövhələr üçün, nümunə parçalarının qalınlığını ölçün.
Düzbucaqlı nümunələr istifadə edildikdə, iki istiqamətdə tətbiq olunan qüvvə hər nümunənin sınaqdan keçirilməsi yolu ilə əldə olunur (bax Şəkil 5).
7.3.2.4 Nəticələrin ifadə edilməsi və şərhi
Hər qırılma istiqaməti üçün MOR qırılma modulu meqa paskal ilə, aşağıdakı düsturla tapılır:
F qırılma qüvvəsi (nyutonla);
ls dayaqların absis oxları arasında təmiz məsafə (millimetrlə);
b nümunənin eni, millimetrlə;
e qalınlıq, millimetrlə.
Teksturasiya edilməmiş lövhələr üçün, bu, hər iki qırılma istiqaməti üzrə iki ölçünün orta göstəricisidir.
Üzü teksturasiya olunmuş lövhələr üçün MOR əmsalı suyun çıxarılması metodu ilə ölçülən həcmdən hesablanır.
Lövhələrin qırılma modulu minimum on göstəricinin (hər istiqamət üzrə beş) hesablanmış orta riyazi göstəricisidir. 5.4.3 bəndində nəzərdə tutulan spesifikasiyalara uyğun olaraq nəticələri qiymətləndirin.
7.3.2.4.2 MOE elastiklik modulu
Aşağıdakı düstur vasitəsilə hər bir nümunə və hər qırılma istiqaməti üçün MOE elastiklik modulunu hesablayın (qiqa və ya meqa paskal ilə):
E elastiklik modulu, GPa və ya MPa ilə;
F2 və F1 proporsionallıq limitindən kənar olmaqla, parçanın xətti hissəsi daxilində iki nöqtədən götürülən qırılma qüvvəsi;
ls dayaqların absis oxları arasında məsafə, millimetrlə;
b sınaq nümunənin eni, millimetrlə;
e qalınlıq, millimetrlə;
f2 və f1 seçilmiş qüvvəyə müvafiq qırılmalar, millimetrlə.
Lövhələrin elastiklik modulu minimum on qiymətin (hər istiqamət üzrə beş) riyazi orta göstəricisidir.
7.3.3 Sukeçirməməzlik
7.3.3.1 Nümunələrin hazırlanması
Üç lövhənin hərəsindən bir ədəd olmaqla üç nümunə kəsilir. Daha böyük ölçülü lövhələr üçün digər növ sınaqları üçün istifadə olunan nümunələr və ya başqa lövhələr götürülə bilər.
Nümunələrin ölçüləri kiçik ölçülü nümunələrin faktiki ölçüsünə əsasən seçilir. Böyük lövhələr üçün minimum 600 x 500 mm təşkil edir, ölçüləri 600 mm x mümkün maksimum en olan dar lövhələr istisnadır.
7.3.3.2 Ölçü alətləri
7.3.3.2.1 Nümunənin yuxarısında bərkidiləcək Çərçivə.
Çərçivənin kiçik ölçülü lövhələr üçün ölçüləri lövhələrin uzunluğu və enindən 50 mm az olmalıdır. Böyük ölçülü lövhələr üçün çərçivənin ölçüsü minimum 550 mm x 450 mm olmalıdır. Eyni uzunluqlu dar çərçivə dar lövhələr üçün istifadə edilir.
7.3.3.3 Nümunənin hazırlanması
Nümunə uyğun laboratoriya mühitində ən azı yeddi gün ərzində saxlanılmalıdır.
Lövhənin üst tərəfində yuxarıda çərçivəni bərkidin və lövhənin üzərindən təqribən 20 mm səviyyəsinədək su ilə doldurun. Nümunələri laboratoriya mühitində elə yerləşdirin ki, sınaq zamanı lövhələri çevirmədən alt tərəfinə baxmaq mümkün olsun. Sınağın müddəti 24 saat olmalıdır.
7.3.3.5 Nəticələrin ifadə edilməsi və şərhi
24 saat keçdikdən sonra lövhənin alt tərəfini yoxlayın və əmin olun ki, nəticə 5.3.4. bəndinə uyğun gəlir.
7.3.4 Buxar keçiriciliyi
µ buxar keçiriciliyi EN İSO 12 572 standartının C bəndinə əsasən müəyyən edilməlidir. Nəticələri 5.4.5 bəndi əsasında müqayisə edin.
7.3.5.1 Nümunələrin hazırlanması
İstehsalçının satışa təqdim edəcəyi on lövhəni nümunə olaraq götürün. 7.3.2 bəndində nəzərdə tutulan əyilmə sınağını aparmaq üçün on ədəd cüt nümunə kəsin.
Hər bir nümunə cütü Şəkil 6-da təsvir olunduğu qaydada alət istiqamətində kəsilir və nəticələrin sonradan müqayisə edilməsi məqsədilə eyni cür nömrələnir.
Ölçülər millimetrlə verilir.
Şəkil 6 – Yanaşı kəsilmə
7.3.5.2.1 (60 ± 2) °C temperaturuna qədər nəzarət edilən su vannası.
7.3.5.2.2 7.3.2.2 bəndində təsvir olunduğu qaydada Əyilmə gücünü ölçən cihaz.
Nümunələri on-on olmaqla bölüşdürün.
7.3.2.3 bəndində təsvir olunduğu qaydada əyilmə sınağının aparılması üçün on nümunədən ibarət birinci partiya təqdim edilir (bax Cədvəl 10).
Eyni zamanda nümunələrin ikinci partiyası eyni tərkibli məhsulun isladıldığı 60°C temperaturlu suya salınır və (56 ± 2 gün) ərzində (60 ± 2)°C dərəcəsində saxlanılır.
(56 ± 2) gündən sonra nümunələri Cədvəl 10-da təsvir olunduğu qaydada hazırlayın və 7.3.2 bəndinə əsasən əyilmə sınağını aparın.
7.3.5.4 Nəticələrin ifadə edilməsi və şərhi
Hər iki i partiyası (i = 1-dən 10-dək nümunə) üçün individual MRi əmsalını hesablayın.
MORfi isti su sınağından sonra i nümunəsinin qırılma modulu;
MORfi i nümunəsinin qırılma modulu (birinci partiyadan).
MRi əmsalının orta R və standart s kənara çıxma dərəcəsini hesablayın.
95 % etibarlılıq səviyyəsində (İSO 2602) əmsalların orta dərəcəsinin RL aşağı qiymətini hesablayın.
Nəticələri 5.5.4 bəndində müəyyən olunan spesifikasiyalara uyğun gəlməlidir.
7.3.6.1 Nümunələrin hazırlanması
7.3.5.1.1 Uzun lövhələr
Sınaq üçün on nümunə tələb olunur. 7.3.2 bəndi üzrə əyilmə sınağının aparılması üçün nümunələri cüt-cüt kəsin.
Nümunələr Şəkil 6-da təsvir olunduğu qaydada bir lövhədən yanaşı olmaqla kəsilir və nəticələrin sonradan müqayisə edilməsi məqsədilə eyni cür nömrələnir.
7.3.6.2 Ölçü alətləri
7.3.6.2.1 Nümunələrlə dolu vəziyyətdə (60 ±5)C temperatura çata bilən və nisbi rütubəyliliyi < 20% olan Ventilyasiyalı soba.
7.3.6.2.2 Temperaturu 5C-dən çox olan su ilə doldurulmuş Vanna.
7.3.6.2.3 7.3.2.2 bəndində müəyyən olunduğu kimi, Əyilmə gücünü ölçən avadanlıq.
Nümunələri hər biri on nümunədən ibarət iki partiyaya bölün.
Nümunələri Cədvəl 10-da təsvir olunduğu qaydada hazırladıqdan sonra, ilk partiyanın 7.3.2 bəndi əsasında əyilmə sınağını həyata keçirin.
Eyni zamanda, ikinci partiyanı Cədvəl 7 əsasında müvafiq sayda islanma-quruma dövrünə cəlb edin:
- 18 saat uyğun temperaturda (5C-dən çox) suya salma; və
- (60±5)C temperaturda ventilyasiya olunan və nisbi rütubəti 6 saat üçün 20 %-dən aşağı olan sobada qurudulma. 20% rütubətlilik 6 saatlıq qurutma dövrü ərzində ən azı 3 saata əldə olunmalıdır.
Əgər tələb olunarsa, dövrlər arasında 72 saatlıq interval qoyulması mümkündür. Bu interval ərzində nümunələr suya salınmış vəziyyətdə saxlanılmalıdır.
Tələb olunan dövrün bitməsindən sonra lövhələri laboratoriya şəraitində yeddi gün ərzində saxlayın.
Bu müddətin sonunda nümunələri Cədvəl 10 əsasında hazırlayın və 7.3.2 bəndinin şərtləri üzrə əyilmə sınağını həyata keçirin.
7.3.6.4 Nəticələrin ifadə edilməsi və şərhi
Hər iki i partiyası (i = 1-dən 10-dək nümunə) üçün individual MRi əmsalını hesablayın.
MORfi islanma-quruma dövründən sonra i nümunəsinin qırılma modulu;
MORfi i nümunəsinin qırılma modulu (birinci partiyadan).
MRi əmsalının orta R və standart s kənara çıxma dərəcəsini hesablayın.
95 % etibarlılıq səviyyəsində (İSO 2602) əmsalların orta dərəcəsinin RL aşağı qiymətini hesablayın.
Nəticələr 5.5.5 bəndində müəyyən olunan spesifikasiyalara uyğun gəlməlidir.
7.3.7 Nəmin yayılması sınağı
Nəmin yayılması sınaq proseduru və C Əlavəsində verilən avadanlıqdan istifadə edilməklə, (23±2)C temperaturunda müəyyən olunur.
7.3.7.2 Nümunələrin sayı
İki nümunə sınaqdan keçirilir. Nümunələrdən biri lövhənin uzununa parallel olmaqla, digəri eyni lövhənin uzunluğuna düz bucaqlarda kəsilir.
7.3.7.3 Nümunələrin ölçüləri
Sınaq üçün istifadə olunan nümunələrin eni ən azı 75 mm və uzunu 300 mm olmalıdır.
7.3.3.4 Nümunələrin hazırlanması
Nümunələri (23 ± 2)C temperaturda və (30 ± 2) % nisbi rütubət şəraitində elə saxlayın ki, 24 saat ərzində baş verən çəki itkisi və ya çəki artımı nümunənin öz çəkisinin 0,1%-dən artıq olmasın.
7.4 İqlim təsirlərinə davamlılıq üzrə sınaqlar
7.4.1.1 Nümunələrin hazırlanması
Sınaq üçün on lövhə tələb olunur. Əyilmə sınağının aparılması üçün nümunələr cüt-cüt kəsilir (bax 7.3.2).
Nümunələr Şəkil 6-da təsvir olunduğu qaydada bütöv lövhədən kəsilir və nəticələrin sonradan müqayisə edilməsi üçün eyni cür nömrələnir.
7.4.1.2 Ölçü alətləri
7.4.1.2.1 Məcburi hava sirkulyasiyası, havanın temperaturuna nzəarət funksiyası olan və nümunələrlə dolu vəziyyətdə 1-2 saat ərzində 7.4.1.3 bəndində müəyyən edilmiş temperatura qədər çata bilən Dondurucu qurğu.
7.4.1.2.2 Su ilə doldurulmuş və (20 ± 4) °C temperaturunda saxlanılan Su vannası.
7.4.1.2.3 7.3.2.2 bəndində təsvir olunduğu qaydada Əyilmə sınağını aparan cihaz.
Nümunələri 10 nümunədən ibarət iki partiyaya bölün.
Birinci on nümunənin 7.3.2 bəndində nəzərdə tutulan əyilmə sınağını, həmçinin nümunələrin hazırlanması prosedurunu həyata keçirin (bax Cədvəl 10).
Eyni zamanda, ikinci partiya nümunələrini uyğun temperaturda (> 5C) 48 saat ərzində suya salın.
Sonra nümunələrin ikinci partiyasını aşağıda verilən müvafiq sayda donma-ərimə dövrünə cəlb edin (Cədvəl 7):
- 1-2 saat ərzində (-20 ± 4) °C-yə çatan temperaturda soyudun (dondurun) və bu temperaturu əlavə 1 saat ərzində saxlayın;
- 1-2 saat ərzində (20 ± 4) °C-yə çatan temperaturda su vannasında isidin (əridin) və bu temperaturda əlavə 1 saat ərzində saxlayın.
Soyutma və isitmə (dondurma və əritmə) dövrləri arasında nümunələri elə yerləşdirin ki, aralarında hava sərbəst sirkulyasiya etsin (dondurucuda və ya su vannasında olan hava).
Hər donma-ərimə dövrü 4 saatdan 6 saatadək çəkir, lakin dövrlər arasında maksimum 72 saat interval qoyulmalıdır, bu müddətdə nümunələr 20C temperaturlu suda saxlanılmalıdır.
Donma-ərimə dövrlərinə nəzarət avtomatik və ya manual olmalıdır. Davamlı avtomatik dövrləşdirməyə üstünlük verilir. Manual nəzarət üçün hər dövr tamamlandıqda qeydiyyat aparın.
Tələb olunan sayda donma-ərimə dövründən sonra, nümunələrin 7.3.2 bəndində nəzərdə əyilmə sınağını, həmçinin nümunələrin hazırlanması prosedurunu həyata keçirin (bax Cədvəl 10).
7.4.1.4 Nəticələrin ifadə edilməsi və şərhi
Hər iki i partiyası (i = 1-dən 10-dək nümunə) üçün individual MRi əmsalını hesablayın.
MORfi donma-ərimə dövründən sonra i nümunəsinin qırılma modulu (ikinci partiya);
MORfi i nümunəsinin qırılma modulu (birinci partiya).
MRi əmsalının orta R və standart s kənara çıxma dərəcəsini hesablayın.
95 % etibarlılıq səviyyəsində (İSO 2602) əmsalların orta dərəcəsinin RL aşağı qiymətini hesablayın.
Nəticələr 5.5.2 bəndində müəyyən olunan spesifikasiyalara uyğun gəlməlidir.
7.4.2 Bərk isti-yağış
Bu sınaq metodu dövr dəyişmələrinin təsiri altında düz lövhələrdə nəmin yayılmasını müəyyən edir.
7.4.2.2 Nümunələrin hazırlanması
Sınaq üçün istifadə olunacaq lövhələr təsadüfi qaydada seçilir. Tələb olunan lövhələrin sayı müəyyən edilmiş vurulma tələblərindən və ya sınaqdan keçirilən lövhələrin ölçüsündən asılıdır (uyğun olduqda, maksimum ölçülü lövhələr), bax 7.4.2.4.
7.4.2.3 Ölçü alətləri
7.4.2.3.1 Xüsusi material və məkan ilə təchiz edilmiş, lövhələrin şaquli vəziyyətdə yerləşdirildiyi Çərçivə sistemi.
7.4.2.3.2 Lövhələrin üst səthində tam islanmanı təmin edən 1 l/(m.min) hasilata malik Su çiləyici aparat.
7.4.2.3.3 Sınaqdan keçirilən elementlərin səthində müəyyən olunmuş temperaturu saxlamağa qadir Qızdırıcı cihaz.
Qızdırıcı cihaz sınaq qurğusunun maksimum temperaturun gözlənildiyi mərkəz yerində, başqa sözlə, qızdırıcı cihazın aşağısına ən yaxın məsafədə yerləşdirilmiş temperatur sensoru tərəfindən tənzimlənən gücə malikdir.
Bu hissədəki temperatur (60 ± 5) °C dərəcəsində tənzimlənməli və qızdırıldıqdan sonra 15 dəqiqə ərzində əldə olunmalıdır.
İstənilən zaman sınaq qurğusunun tam uducu hissəsinin mərkəzdə olan temperatur və künclərə yaxın hissələrdə olan temperatur arasında fərq 15 °C-ni keçməməlidir.
7.4.2.3.4 Sınaq prosedurunda müəyyən edildiyi kimi sınaq şərtlərini dəyişməyə imkan verən Nəzarət sistemi.
Lövhələr üçün ən sərt hesab olunan bir vurulma sistemi seçilir.
İstehsalçının tövsiyələri əsasında sınaq çərçivə yığılır. Çərçivənin strukturu mərkəz hissədə ən azı bir birləşməyə malikdir. Çərçivənin perimetri standart ölçüdə lövhələrin vurulmasına imkan verir.
Çərçivənin faktiki ölçüləri minimum 3,5 mvə maksimum 12 molmaqla müəyyən edilir və çərçivə:
a) Nümunələrin şaquli vəziyyətdə vurulmasına imkan verir; və
b) ən azı iki nümunənin aşağıdakı qaydada vurulmasına imkan verir:
1) hər lövhə üzrə 1,8 m-dən artıq sahə - iki lövhə;
2) hər lövhə üzrə 1,8 m-dən artıq olmayan sahə - ən azı 3.5 m-liksahəni doldurmaq üçün kifayət sayda lövhə.
QEYD: əgər nümunələrin birgə sahəsi 12 m-lik sahəni keçirsə, lövhələrin uzunluğu azaldılmalıdır.
İstehsalçının təlimatına və aşağıdakılara əsasən nümunələri sınaq çərçivəyə bərkidin:
- kənarların bərkidilmə məsafəsi: müəyyən edilmiş minimum məsafə;
- birləşmələr arasında məsafə: müəyyən edilmiş maksimum məsafə;
- bütün sukeçirməyən və digər əlavələr: müəyyən edilmiş normal hədd;
- hər iki istiqamətdə birləşmələri daxil edir.
Yığılmış çərçivəni Cədvəl 11 əsasında sınaqdan keçirin:
Cədvəl 11 — Bərk isti-yağış dövrü
7.4.2.4 Nəticələrin ifadə edilməsi və şərhi
Vizual qiymətləndirmənin nəticələri 5.5.3 bəndinə uyğun gəlməlidir.
7.5 Yanğına qarşı reaksiyanın yoxlanılması
7.5.1 Sınaq aparılmasına ehtiyac olmadan məhsulların yanğına reaksiyası ilə bağlı A1 sinfinin tələblərinə cavab verən lövhələr
Hansının daha üstün üstün olmasından asılı olaraq, həcmi və ya kütləsi etibarilə tərkibində 1% və ya daha az orqanik maddələr olan lövhələr sınaq aparılmadan AB-nin 96/603/EC qərarının müddəalarına əsasən yanğına qarşı reaksiya ilə bağlı A1 sinfinin tələblərinə cavab verən sayılır.
7.5.1 bəndində nəzərdə tutulmayan lövhələr EN 13501-1 standartı əsasında sınaqdan keçirilir və təsnif olunur. Sınaqdan keçiriləcək lövhələr sınaq metodu ilə tələb edildiyi təqdirdə, sınaq metodunun ümumi müddəalarına əlavə olaraq istehsalçının spesifikasiyasına uyğun nəzərdə tutulan istifadə qaydasında quraşdırılmalıdır.
7.5.2.2 EN 13823 standartı üzrə quraşdırma və vurulma müddəaları
7.5.2.2.1 Məhsulun istismar xüsusiyyətlərinin müəyyən edilməsi
Standart quraşdırma və vurulma qaydaları əsasında istismar olunan hazır məhsul daxili və xarici divarlar və tavan üzlükləri kimi istifadə olunan düz fibrosement lövhələrdir. Bu qaydada tətbiq olunduqda, düz lövhələr ağac və ya metal alt struktura bərkidilir. Bu məqsədlər üçün tətbiq olunduqda, məhsulun yanğından uzaq tutulan tərəfi adətən hava ilə təmasda olur və arxadakı boşluq termal izolyasiya ilə doldurula və ya doldurulmaya bilər. Vurulma və bərkidilmə şərtləri EN 13823 standartına əsaslanır.
7.5.2.2.2 Sınaq üçün nümunə
Sınaq montaj üçün istifadə olunan məhsullar standart uzunluq, en və qalınlığa malik düz fibrosement lövhələrdir. Onlar sınaq montajın ölçülərinə uyğunlaşdırılmaq üçün nəzərdə tutulmuş ölçüdə kəsilirlər. Nümunələr məhsulun hazır şəkildə bazara təqdim olunduğu bütün üzlük və/və ya örtük materialları ilə birlikdə nümayiş etdirilir.
7.5.2.2.3 Sınaq montaj
Sınaq montaj hər birinin hündürlüyü 1.5 m olan iki taxta çərçivəli konstruksiyadan ibarət künc stenddən ibarətdir ki, burada fibrosement lövhələr vurulur. Bir çərçivə uzun tərəfi (1,0 m), digəri qısa tərəfi (0.5 m) formalaşdırır. Əlavə məlumat üçün bax Şəkillər 7, 8, 9, 10 və 11.
Ölçülər millimetrlə verilir: Mətndə başqa cür nəzərdə tutulmamışsa, artıq-əskiklik həddi - 2%
Ölçülər millimetrlə verilir: Mətndə başqa cür nəzərdə tutulmamışsa, artıq-əskiklik həddi - 2%
Şəkil 8. Fibrosement lövhələr üçün ağac çərçivə - uzun tərəf
Ölçülər millimetrlə verilir: Mətndə başqa cür nəzərdə tutulmamışsa, artıq-əskiklik həddi - 2%
Ölçülər millimetrlə verilir: Mətndə başqa cür nəzərdə tutulmamışsa, artıq-əskiklik həddi - 2%
Şəkil 10 – Fibrosement lövhələr və birləşmələr üçün vurulma qaydaları – qısa tərəf
Ölçülər millimetrlə verilir: mətndə başqa cür nəzərdə tutulmayibsa, artıq-əskiklik həddi - 2%
2. Izolyasiya (50 mm) – mineral yun
Şəkil 11 – Künc stendi
7.5.2.2.3.2 Konstruksiya və termal izolyasiya
Həm uzun, həm də qısa tərəfləri olan çərçivələr ağacdan hazırlanıb, çərçivələr üçün kifayət qədər etibarlılığın təmin edilməsi məqsədilə, şaquli və üfüqi hissələr üçün (40 ± 1) mm × (40 ± 1) mm və ya daha geniş standart ölçülərə malikdirlər. Onlar boltla və ya mismarla bərkidilir. Bu konstruksiya fibrosement lövhə və termal izolyasiya arasında ventilyasiya üçün yer (40 ± 1) qalmasına imkan verir. Fibrosement lövhələrin vurulduğu çərçivə sərbəst şəkildə dayanır.
7.5.2.2.3.3 Bərkidici vasitələr
Geniş hissədə montajın aşağısından (500 ± 10) mm məsafədə üfüqi birləşmə və küncdə (200 ± 10) mm məsafədə şaquli birləşmə vardır. Bu birləşmələr praktikada olduğu kimi quraşdırılmalıdır. Onların açılma eni yol verilən maksimal en əsasında (8 ± 1) olmalıdır.
Düz fibrosement lövhələr praktikada istifadə edildikləri kimi, vintlə bərkidilirlər.
7.5.2.2.3.4 Məhsulun yerləşdirilməsi
Bütün hallarda sınaq vertikal vəziyyətdə aparlmalıdır. Hər iki üzü eyni səthə malik məhsulların yalnız bir tərəfi sınaqdan keçirilir. Üzləri fərqlənən məhsulların hər iki tərəfi və ya yanğına qarşı ən mənfi reaksiya göstərən tərəfi sınaqdan keçirilir. Yanğına qarşı ən pis reaksiya verən tərəf adətən hər müzrə ən yüksək orqanik tərkibə və ən tünd rəngə malik tərəfdir. Ən yüksək orqanik tərkibə malik tərəf EN İSO 1716 standartına əsasən müxtəlif layların kompozisiyasından və ya onların istilik yaradan qabiliyyətini müəyyən etməklə əldə olunur.
Hər iki tərəfin sınaqdan keçirilməsindən sonra, məhsulun təsnifatı üçün ən mənfi nəticə göstərən tərəf əsas götürüləcəkdir və ya hər iki tərəfin təsnifatı ayrıca elan olunacaqdır. Əgər yalnız bir tərəf sınaqdan keçirilərsə, məhsulun təsnifatı üçün həmin tərəfin təsnifatı istifadə edilir.
7.5.2.2.3.5 Məhsulun istiqaməti
Məhsul dayaq çərçivəyə elə vurulmalıdır ki, onun uzununa olan istiqaməti vertikal vəziyyətdə olsun.
7.5.2.2.4 Sınaqların sayı
Təsnifat üçün üç etibarlı sınağın keçirilməsi tələb olunur. Eksperimental stendlər üçün məhsullar standart istehsal lotlarından götürülür. Normal artıq-əskiklik həddləri tətbiq edilir.
QEYD: bu, ümumi qalınlıq və üzlük materialları və ya örtük qatlarının qalınlığı üzrə nümunələrdir.
7.5.2.2.5 Əldə olunmuş təsnifatın tətbiq edilmə sahəsi
Təsnifat normal istehsal artıq-əskiklikləri nəzərə alınmaqla, eyni məhsulun üç montajının sınaqdan keçirilməsinin nəticələrinə əsasən yaradılır. Buna görə də təsnifat sınaq üçün istifadə olunan və normal istehsal artıq-əskiklikləri ilə müəyyən olunan səviyyə daxilində eyni qarışıq formuluna, eyni qalınlığa, eyni sıxlığa və ya sınaq üçün istifadə olunan üzlənmə qalınlığına malik düz fibrosement lövhələrə tətbiq edilir.
Təsnifat həmçinin aşağıdakı profillənmiş fibrosement lövhələrə də tətbiq olunur:
- eyni növlü, lakin müxtəlif uzunluqlu və enlikli fibrosement lövhələr;
- sınaq üçün istifadə olunan qalınlığa bərabər və ya daha çox olan qalınlığı olan fibrosement lövhələr;
- fərqli səthə malik (hamar və ya qabarıq) lövhələr;
- 5.4.2 bəndinə əsasən, sınaq zamanı istifadə edilən ± 0,15 g/cm³ civarında müəyyən olunmuş sıxlığa malik fibrosement lövhələr;
- Birləşmə yeri sınaq üçün istifadə olunana bərabər və ya daha kiçik olan fibrosement lövhələr;
- Metal (alüminiumdan başqa) dırnaq və ya pərçimlər kimi digər mexaniki vasitələrlə bərkidilən lövhələr;
- Müxtəlif (enli və ya dar) üfüqi və ya şaquli mərkəzlərdə bərkidilən lövhələr;
- Metal strukturlara vurulmuş fibrosement lövhələr;
- Lövhələrin arxasında istilik izolyasiya material olmayan və ya EN 13501-1 standartına əsasən A2-s1, d0 sinifli izolyasiya materiallarına malik profillər;
- Rəngsiz və ya müxtəlif rəngli malik fibrosement lövhələr, bir şərtlə ki, sınaq 7.5.2.2.3.4 və 7.5.2.2.4 bəndlərində qeyd olunduğu kimi ən pis halı nəzərə alaraq həyata keçirilsin;
EDPM kauçuk bağdan istifadə edildikdə, nəticə oxşar və ya daha yüksək yanğın təsnifatı olan digər birləşdirici material üçün etibarlıdır.
Fibrosement lövhələrin qablaşdırması ən azı aşağıdakı məlumatı əks etdirməlidir:
a) İstehsalçı haqqında məlumat;
b) Bu Avropa standartının nömrəsi (EN 12467);
c) Ölçüsü və/və ya adı;
f) Artıq-əskiklik dərəcəsi;
Hər partiyada fibrosement lövhələrin minimum 50%-i həmişə ən azı a), d), e), g) və h) bəndləri üzrə məlumatı əks etdirməlidir. Daha kiçik ölçülü lövhələr üçün hər 5 m üzrə bir nişanlama olmalıdır.
Dekorativ məqsədlər üçün istifadə olunması nzəərdə tutulan lövhələrin nişanlanması istehsalçı və alıcı arasında razılaşmaya əsasən azaldıla bilər.
QEYD: ZA.3 bu bənddəki eyni tələbləri əhatə etdikdə, bu bəndin tələblərinə riayət olunmalıdır.
Xüsusi olaraq razılaşdırılmadıqda, lakin tenderlər və/və ya sifarişlər üzrə tələb olunduqda, bu standartın sınaq proqramı əsasında yük partiyasında (partiyalarında) təhvil-təslim sınağı üçün nümunələr götürülür. Buna görə də, sınaq proqramı Cədvəl 8-də verilən xarakteristikanı əhatə edir.
Nümunələrin götürülməsi bəndinin tətbiq olunması ilə əlaqədar təfərrüatlar müəyyən edilməlidir.
Nümunələrin seçilməsi prosedurunun razılaşdırılmasından sonra, nümunələr hər iki tərəfin iştirakı ilə, alıcıya çatdırılacaq mal partiyalarından götürülür. Əgər yoxlama partiyası (partiyaları) hələ formalaşmamışsa, istehsalçı alıcıya yoxlama partiyası (partiyalarının) seçilə və nişanlana biləcəyi məhsul ehtiyat(lar)ını təqdim etməlidir. Əgər başqa cür razılaşdırılmamışsa, yoxlama partiyalarının maksimum və minimum miqdarı 8000 və 4000 düz fibrosement lövhə təşkil etməlidir.
Sınaqlar istehsalçının laboratoriyası və ya qarşılıqlı razılaşma əsasında seçilmiş müstəqil laboratoriya tərəfindən aparılır. Mübahisə hallarının yarandığı halda, sınaqlar hər iki tərəfin iştirakı ilə keçirilir.
Dağıdıcı olmayan sınaqların keçirildiyi və nümunələrin yoxlanılmasının nəticəsinin hazırkı sənədin tələblərinə cavab vermədiyi təqdirdə, yükün hər vahidi üçün sınaqların keçirilməsi tələb olunur. Əgər başqa cür razılaşdırılmamışsa, bir-bir yoxlanma zamanı tələblərə cavab verməyən məhsullar çıxarıla bilər.
Nümunə olaraq ən azı iyirmi lövhə götürülür. Onları ya 7.3.2 bəndində təsvir edilən əyilmə sınağı üçün cüt-cüt olmaqla kəsin.
Cütün hər iki nümunəsi tək bir lövhədən kəsilməli və hər birinə eyni nömrə verilməlidir.
7.3.2 bəndinin tələbləri əsasında əyilmə qüvvəsini müəyyən etmək üçün bir qrup nümunəni quru şəkildə, bir qrup nümunəni isə yaş şəkildə sınaqdan keçirin.
B.2. metodu ilə nəticələri tutuşdurmaqla onlar arasındakı korrelyasiyanı 97.5% düzlüklə müəyyən edin.
Əgər əhəmiyyətli dərəcədə korrelyasiya yoxdursa, quru sınaq üsulundan istifadə edilə bilməz. Əgər korrelyasiya müsbətdirsə, aşağıdakıları yerinə yetirin:
a) B.3 bəndində təsvir olunan metoddan istifadə edərək reqressiya xəttini müəyyən edin;
b) aşağıdakılardan birini müəyyənləşdirin:
B.4. bəndində nəzərdə tutulan metoddan istifadə edərək hər bir nümunə üzrə əldə edilmiş quru sınaq göstəricisindən yaş test göstəricisini müəyyən edin;
B.5. bəndində təsvir olunan metoddan istifadə edərək bu sənəddə əksini tapmış müvafiq yaş sınaq göstəricisinə uyğun olaraq quru sınaq üçün spesifikasiya kimi istifadə ediləcək minimum göstəricini müəyyən edin.
B.2 Yaş və quru nümunələrin sınağının nəticələri arasında əlaqənin müəyyən olunması
Aşağıdakı düsturla yaş və quru sınaq göstəriciləri arasında korrelyasiya əmsalını hesablayın:
n cüt nümunələrin sayı;
xi quru şəkildə sınaqdan keçirilmiş inümunənin individual dəyəri;
yi yaş şəkildə sınaqdan keçirilmiş i nümunənin individual dəyəri;
i= 1 üçün xi qiymətlərinin orta göstəricisidir;
i= 1 üçün yi qiymətlərinin orta göstəricisidir;
Aşağıdakı düsturdan t qiymətini hesablayın:
t qiymətini f0,025/n-2 Styudent əmsalı ilə müqayisə edin.
Əgər t > t 0,025/n-2, onda yaş və quru sınaq nəticələri arasında nəzərəçarpan əlaqə var və reqressiya xətti düzdür. Keyfiyyətə nəzarət məqsədi ilə nümunələr quru halda sınaqdan keçirilə bilərlər:
n = 20 olduqda, t0,025/n-2 = 2,101;
n > 20 olduqda, Styudent cədvəllərinə istinad edin.
B.3 Reqressiya xəttinin müəyyən olunması
Reqressiya xəttinin formulu aşağıdakı kimidir:
Aşağıda formulun a və b qiymətlərini hesablayın:
Reqressiya xəttinin bir hissəsi Şəkil B.1.-də göstərilmişdir.
B.4 Yaş sınaq göstəricisinin quru şəkildə sınaqdan əldə olunan nəticədən müəyyən olunması
Aşağıdakı formuldan standart kənara çıxmanı hesablayın (həmçinin standart hesablama səhvi adlanır):
x 0 quru sınaq göstəricisindən istifadə edərək yaş sınaq üçün göstəricini hesablayın:
xo quru halda sınaq zamanı əldə olunmuş nəticə;
yo yaş halda aparılan sınaqdan gözlənilən nəticədən 97,5% az etibarlılıq səviyyəsində hesablanan x0 göstəricisindən hesablanmış qiymətdir.
n = 20 olduqda, onda t0,025/n-2 = 2,101;
n üçün > 20 Styudent cədvəllərinə istinad edin.
Mütəmadi qaydada aparılan keyfiyyətə nəzarət məqsədilə, sınağın individual yo göstəriciləri hər dəfə hesablana bilər və ya B.6 düsturunda x0 üçün göstəricilərin uyğun diapazonunu əvəzləməklə, x0, x0 qrafikini müəyyən etmək olar ki, (bax Şəkil B.1) gələcək göstəricilər buradan oxuna bilsin.
B.5 Bu sənəddə nümunələrin yaş halda sınağı üçün müəyyən edilmiş minimum ystd göstəricisinə müvafiq olaraq quru halda sınaq üçün müəyyən edilmiş xstd göstəricisinin təyin olunması
Düsturda (B.6) x0 üçün göstəricilərin uyğun diapazonunu əvəzləməklə, y0, x0 üçün koordinatları müəyyən edin (B.6). ystd göstəricisinə müvafiq olaraq, sxemdən xstd göstəricisini təyin edin (bax Şəkil B.1), burada
ystd yaş sınaq üçün standartda müəyyən olunan minimal göstərici;
xstd ystd göstəricisindən 95% etibarlılıq səviyyəsində hesablanmalı olan minimal quru sınaq göstəricisi.
A yaş şəkildə aparılan sınağın nəticələri
D quru şəkildə aparılan sınağın nəticələri
Şəkil B.1 — Az etibarlılıq səviyyəsində yaş/quru göstəricilər üçün reqressiya xətti
Bu əlavə fibrosement lövhələrdə nəmin yayılması xüsusiyyətlərini müəyyən etmək üçün tələb olunan ölçü alətləri və sınaq prosedurunun təfərrüatları haqqında məlumat verir.
Müəyyən edilmiş temperaturda və nisbi rütubətdə hazırlanmış nümunələrin uzunluğu sabit çəki vəziyyəti əldə olunduqda ölçülür. Sonra lövhələr ikinci sabit çəki vəziyyəti əldə olunanadək yeksək nisbi rütubətin təsirinə məruz qalırlar. Uzunluqda əmələ gələn fərq ölçülür.
Ölçü alətlərinə aşağıdakılar daxildir:
C.3.1 Ventilyasiya olunan və nümunələrlə dolu vəziyyətdə ya (30 ± 2) %, ya da (90 ± 5) % nisbi rütubət şəraitində (23 ± 2)C temperaturunu saxlamaq qabiliyyəti olan Kondisiyalaşdırma kamerası.
Kondisiyalaşdırma kamerasındakı rütubət qeydə alınmalıdır.
C.3.2 Nümunə kütləsinin 0,1%-inə qədər dəqiqliyə malik Balans.
C.3.3 0,02 mm ölçmə dəqiqliyi ilə nümunələrin uzunluğunu ölçən Metal ölçü aləti.
C.4 Nümunənin hazırlanması
Nümunələrin standartın ölçü tələblərinə (bax 7.3.7.3) cavab verməsi üçün hazırlayın və sınağa qədər kondisiyalaşdırın (bax 7.3.7.4).
a) Nümunələri kondisiyalaşdırma kamerasından çıxarın və dərhal uzunluqları və çəkilərini ölçərək nəticələri qeyd edin.
b) Kondisiyalaşdırma kamerasında nümunələri əvəzləyin və temperaturu (23 ± 2)C-də saxlamaqla rütubəti (90 ±5)%-dək yüksəldin.
c) Nümunələr sabit vəziyyətə gəldikdə (yəni, 24 saat ərzində nümunənin çəki itkisi və ya çəkisinə əlavə nümunənin çəkisinin 0,1%-ni keçməsin), nümunələrin çəkisini təkrar ölçün və dərhal uzunluqlarını ölçün. Bu nəticələri qeydə alın.
C.6 Nəticələrin hesablanması
Rütubətin faizlə ifadə edilmiş xətti istiqamətdə yayılması (Lm) C.1 düsturundan hesablanır:
L90 90% nisbi rütubətdə ölçülən nümunənin uzunluğu;
L30 30% nisbi rütubətdə ölçülən nümunənin uzunluğu.
C.7 Sınaq haqqında hesabat
Sınaq haqqında hesabata aşağıdakı məlumat daxil edilir:
a) Avropa Standartına istinad;
b) Nümunənin götürüldüyü nümunə qrupunun tam identifikasiyası üçün tələb olunan bütün təfərrüatlar;
c) Nümunələrin ölçüləri;
d) Sınaq avadanlığının təfərrüatları;
e) Sınaq temperature və nümunənin kondisiyalaşdırılması;
f) Sınaqların nəticələri;
g) Nəmin yayılmasının faizlə hesablanmış dərəcəsi;
ZA.1 Əhatə dairəsi və müvafiq xarakteristika
Bu Avropa standartı Avropa Komissiyası və Avropa Azad Ticarət Assosiasiyası tərəfindən CEN-ə verilmiş M/121 “Daxili və xarici divarlar və tavan örtükləri” mandatı əsasında hazırlanmışdır.
Bu Avropa standartının bəndləri AB Tikinti Materialları Direktivi (89/106) əsasında verilən mandatların tələblərinə cavab verir.
Bu bəndlərə əməl edilməsi hazırkı Avropa standartının əhatə etdiyi profillənmiş fibrosement lövhələrin və fitinqlərin nəzərdə tutulan istifadə tələblərinə cavab verməsi hesab olunur.
DİQQƏT — məhsulların nəzərdə tutulan istifadə şərtlərinə uyğunluğuna təsir etməyən digər tələblər və digər AB direktivləri bu standartın əhatə dairəsinə daxil olan tikinti məhsuluna tətbiq oluna bilər.
QEYD 1: Bu standartda əksini tapmış təhlükəli maddələrlə əlaqədar xüsusi şərtlərə əlavə olaraq, standartın əhatə etdiyi məhsullara tətbiq oluna bilən digər tələblər də ola bilər (məsələn, Avropa qanunvericiliyi və milli hüquq, qaydalar və inzibati müddəalar). AB-nin Tikinti Məhsulları Direktivinin şərtlərinə cavab vermək məqsədilə, tətbiq oluna bildikdə, bu tələblərə də əməl edilməlidir.
QEYD 2: Təhlükəli maddələr haqqında Avropa və milli qanunların müddəalarından təşkil olunmuş məlumat bazası AVROPA üzrə Tikinti materialları internet saytında verilir (bu link vasitəsilə daxil olun: http://ec.europa.eu/enterprise/construction/cpd-ds/).
Bu Əlavə ZA 1.1 və ZA 1.2 Cədvəllərində göstərilən istifadə üçün nəzərdə tutulmuş düz fibrosement lövhələrə CE uyğunluq nişanının vurulması şərtlərini müəyyən edir.
Bu Əlavə mandatla əhatə olunan məsələ ilə əlaqədar Avropa standartının 1-ci Maddəsinin müvafiq hissəsi kimi eyni əhatə dairəsinə malikdir və ZA1-ZA 1.2 Cədvəllərində öz əksini tapır.
Tikinti materialı: Düz fibrosement lövhələr
Nəzərdə tutulan istifadə (1): Daxili divarlar və tavanlar
Yanğına qarşı reaksiya
Təhlükəli maddələrin buraxılması
İsti suya qarşı davamlılıq
İslanma/qurumaya qarşı davamlılıq
Tikinti materialı: Düz fibrosement lövhələr
Nəzərdə tutulan istifadə (2): Xarici divarlar və tavan örtükləri
Yanğına qarşı reaksiya
Təhlükəli maddələrin buraxılması
İsti suya qarşı davamlılıq
İslanma/qurumaya qarşı davamlılıq
Donma/əriməyə qarşı davamlılıq
Bərk istiyə-yağışa qarşı davamlılıq
Müəyyən xarakteristika üzrə tələblər məhsulun nəzərdə tutulan istifadəsi üçün xarakteristikaya dair tənzimləyici tələblərin olmadığı Üzv dövlətlərdə tətbiq edilmir. Bu təqdirdə, öz məhsullarını həmin Üzv dövlətlərin bazarlarına çıxaran istehsalçıların bu xarakteristika ilə əlaqədar xüsusiyyətləri müəyyən etmələri və ya bəyan etmələri tələb olunmur və CE (Avropa Standartlarına uyğunluq) nişanı ilə müşayiət olunan məlumatda (bax ZA.3) “Nəticələr müəyyən edilməmişdir” (NPD) variantı tətbiq oluna bilər. Texniki xarakteristikanın minimum səviyyədə olduğu halda NPD variantı istifadə olunmaya bilər.
ZA.2 Düz fibrosement lövhələrin standartlara cavab verməsini təsdiqləmək üçün prosedur
ZA.2.1 Standartlara uyğunluğun təsdiqlənməsi sistemləri
Aşağıda qeyd olunan cədvəllərdə əksini tapmış düz fibrosement lövhələrin nəzərdə tutulan istifadə və müvafiq səviyyə və ya siniflər üzrə standartlara uyğunluğunun təsdiqlənməsi sistemləri ZA.2 Cədvəlində verilir:
- Avropa Komissiyasının 2001/01/08 tarixli 2001/596/EC qərarı ilə düzəliş olunmuş (bax 1998-10-15 tarixli OJEU L278) və dəyişiklik edilmiş (bax 2001-08-02 tarixli OJEU L209) 1998-06-30 tarixli 98/437/EC Qərarına (bax 1998-07-10 tarixli OJEU L194) əsaslanan və “Daxili və xarici divar və tavan örtükləri” adlı M121 mandatının III Əlavəsində verilən ZA.1.2 Cədvəlləri.
Cədvəl ZA.2 – Uyğunluq sistemlərinin təsdiqlənməsi
Yanğın təhlükəsizliyi qaydalarına əsasən daxili və xarici divarların və ya tavanların üzlənməsi üçün
Təhlükəli maddələrin buraxılması qaydalarına əsasən divarların və ya tavanların daxildən və xaricdən örtüklənməsi
Mandatda nəzərdə tutulan bütün digər istifadə növləri üçün daxili və xarici divarlar və tavanların örtüklənməsi
*İstehsal prosesində aydın müəyyən olunmuş mərhələnin yanğına qarşı reaksiya təsnifatının yaxşılaşdırılması ilə nəticələnən məhsullar/materiallar (məsələn, antipirenlərin əlavə edilməsi və ya orqanik materialın azaldılması).
** Aşağıdakı qeydin əhatə etmədiyi məhsullar/materiallar (*).
*** Yanğına qarşı reaksiyasının sınaqdan keçirilməsinə ehtiyac olmayan məhsullar/materiallar (məsələn, Komissiyanın 96/603/EC qərarına əsasən A1 sinfi məhsulları/materialları).
QEYD 1 Sistem 1: Bax Direktiv 89/106/EEC (CPD) Əlavə III.2. (i) nümunələrin audit yoxlaması aparılmadan.
QEYD 2 Sistem 3: Bax Direktiv 89/106/EEC (CPD) Əlavə III.2. (ii), ikinci imkan.
QEYD 3 Sistem 4: Bax Direktiv 89/106/EEC (CPD) Əlavə III.2. (ii), üçüncü imkan.
ZA.1.1 və ZA 1.2 Cədvəllərində verilən düz fibrosement lövhələrin uyğunluğunun təsdiqlənməsi Avropa Standartının burada əksini tapmış müddəalarının tətbiqindən irəli gələn ZA.3.1-ZA.3.3 Cədvəllərində sadalanan uyğunluq prosedurlarının qiymətləndirilməsi əsasında aparılır.
İstehsalçı tərəfindən aparılan ilkin növ sınağı
Bax ZA.2 Cədvəlinin (*) izahı.
ZA.2.2 AB-nin Uyğunluq bəyannaməsi
(Sistem 1 məhsulları ilə əlaqədar): Bu əlavənin şərtlərinə uyğunluq əldə olunduqda, sertifikatlaşdırma orqanı uyğunluq sertifikatını (yəni, AB standartlarına uyğunluq sertifikatı) tərtib edir, bu sertifikat əsasında istehsalçı CE nişanını vura bilər. Sertifikat aşağıdakıları göstərir:
- Sertifikatlaşdırma orqanının adı, ünvanı və identifikasiya nömrəsi;
- İstehsalçının və ya onun Avropa İqtisadi Zonasında səlahiyyətli nümayəndəsinin adı və ünvanı və istehsal yeri;
QEYD 1: Əgər CE nişanı üçün məsuliyyəti öz üzərinə götürərsə, istehsalçı həmçinin məhsulun AİZ bazarına çıxarılması üçün cavabdeh olan şəxs də ola bilər.
- Məhsulun təsviri (növü, identifikasiya nömrəsi, istifadəsi və s.);
- Məhsulun uyğun olduğu müddəalar (yəni, bu Avropa Standartının ZA Əlavəsi);
- Bu məhsulun istifadəsinə tətbiq oluna bilən xüsusi şərtlər (məsələn, müəyyən şəraitdə istifadəyə dair müddəalar);
- Sertifikatın nömrəsi;
- Sertifikatın qüvvədə olma şərtləri, tətbiq oluna bilən yerlərdə;
- Sertifikatı imzalamaq səlahiyyəti olan şəxsin adı, vəzifəsi.
(Sistem 3 məhsulları üçün): Bu Əlavənin şərtlərinə riayət edildikdə, Avropa İqtisadi Zonasında təsis edilmiş istehsalçı və ya onun agenti istehsalçıya CE nişanını vurmaq hüququ verən uyğunluq bəyannaməsi (AB Uyğunluq Bəyannaməsi) hazırlayır. Bu bəyannamə aşağıdakıları əks etdirir:
- İstehsalçının və ya onun Avropa İqtisadi Zonasında təsis edilmiş nümayəndəsinin adı və ünvanı və istehsal yeri;
QEYD 2: CE nişanı üçün məsuliyyəti öz üzərinə götürərsə, İstehsalçı həmçinin məhsulu AİZ bazarına çıxarmaq üçün məsuliyyət daşıyan şəxs ola bilər.
- Məhsulun təsviri (növü, identifikasiya, istifadəsi və s.) və CE nişanına dair məlumatın surəti;
QEYD 3: Bəyannamə üçün tələb olunan məlumatın CE nişanı haqqında məlumata artıq daxil edilmiş olduğu təqdirdə, bu məlumatın təkrar verilməsi tələb olunmur.
- Məhsulun uyğunluğunu tənzimləyən müddəalar (yəni, bu Avropa Standartının ZA Əlavəsi);
- Məhsulun istifadəsi ilə əlaqədar tətbiq olunan xüsusi şərtlər (məsələn, xüsusi hallarda istifadə şərtləri);
- Seçilmiş laboratoriyanın (laboratoriyaların) adı və ünvanı;
- İstehsalçı və ya onun səlahiyyətli nümayəndəsinin adından deklarasiyanı imzalamaq hüququ verilmiş şəxsin adı və vəzifəsi;
(Sistem 4 məhsulları üçün): Bu Əlavənin şərtlərinə riayət edildikdə, Avropa İqtisadi Zonasında təsis edilmiş istehsalçı və ya onun agenti istehsalçıya CE nişanını vurmaq hüququ verən uyğunluq bəyannaməsi (AB Uyğunluq Bəyannaməsi) hazırlayır. Bu bəyannamə aşağıdakıları əks etdirir:
- İstehsalçının və ya onun Avropa İqtisadi Zonasında təsis edilmiş nümayəndəsinin adı və ünvanı və istehsal yeri;
QEYD 4: CE nişanı üçün məsuliyyəti öz üzərinə götürərsə, İstehsalçı həmçinin məhsulu AİZ bazarına çıxarmaq üçün məsuliyyət daşıyan şəxs ola bilər.
- Məhsulun təsviri (növü, identifikasiya, istifadəsi və s.) və CE nişanına dair məlumatın surəti;
QEYD 5: Bəyannamə üçün tələb olunan məlumatın CE nişanı haqqında məlumata artıq daxil edilmiş olduğu təqdirdə, bu məlumatın təkrar verilməsi tələb olunmur.
- Məhsulun uyğunluğunu tənzimləyən müddəalar (yəni, bu Avropa Standartının ZA Əlavəsi);
- Məhsulun istifadəsi ilə əlaqədar tətbiq olunan xüsusi şərtlər (məsələn, xüsusi hallarda istifadə şərtləri);
- İstehsalçı və ya onun səlahiyyətli nümayəndəsinin adından deklarasiyanı imzalamaq hüququ verilmiş şəxsin adı və vəzifəsi;
Yuxarıda qeyd olunan bəyannamə məhsulun istifadə ediləcəyi Üzv dövlətlərin dilində və ya dillərində təqdim edilir.
1 iyul 2013-cü il tarixindən etibarən istifadəçi 9 mart 2011-ci il tarixli (AB) N 305/2011 Əsasnamə ilə tələb olunan bəyannaməni təqdim etməlidir.
İstehsalçı və ya onun Avropa İqtisadi Zonasında təsis edilmiş səlahiyyətli nümayəndəsi CE nişanının vurulması üçün cavabdehdir. CE nişanını əks etdirən simvol 93/68/EEC Direktivi əsasında olmalı və müşayiətedici kommersiya sənədlərində (məs., çatdırılma qeydi) göstərilməlidir. CE nişanı simvolu aşağıdakı məlumatlarla müşayiət olunur:
- İstehsalçının adı və ya identifikasiya nişanı və qeydiyyatdan keçmiş ünvanı;
- Nişanın vurulduğu ilin son iki rəqəmi;
- Bu Avropa Standartına istinad (EN 12467);
- Məhsulun təsviri: adı, materialı və nəzərdə tutulan istifadəsi;
- Ölçü (məsələn, en, uzunluq və ya qalınlıq), texniki sinif 1,2,3,4 və ya 5 və kateqoriya;
- Yanğın sinfinə (uyğun olduqda) və ya F sinfinə qarşı reaksiya.
“Nəticə müəyyən edilməmişdir” (NPD) variantı xarakteristikanın ən minimum həddə olduğu səviyyə ilə şərtlənir.
Şəkil ZA. 1 dam örtüyü materialı və ya daxili divar örtüyü kimi istifadə olunması nəzərdə tutulan lövhə üçün ticarət sənədlərində verilməli olan məlumata nümunəni təsvir edir.
İstehsalçının adı və ya identifikasiya nişanı və qeydiyyatdan keçmiş ünvanı
Nişanın qoyulduğu ilin son iki rəqəmi
En 600 mm, qalınlıq 6 mm
Sinif 1, Kateqoriya A
Yanğına qarşı reaksiya – A 1
Təhlükəli maddələr – Təsir müəyyən edilməmişdir (NPD)
Şəkil ZA.1 – CE nişanı haqqında məlumata nümunələr
Yuxarıda göstərilən təhlükəli maddələrlə əlaqədar hər hansı məlumata əlavə olaraq, komponent həmçinin tələb olunduğu zaman və tələb olunduğu müvafiq formada təhlükəli maddələr haqqında qanunların siyahısından ibarət sənədlə və həmin qanunvericiliklə tələb olunan məlumatla müşayiət olunur.
QEYD 1: Milli ixtisarların edilmədiyi Avropa qanunvericiliyinə istinad tələb olunmur.
QEYD 2: CE nişanının vurulması onu bildirir ki, əgər məhsul birdən artıq direktivlə tənzimlənirsə, onda o, tətbiq oluna bilən bütün direktivlərə cavab verir.
3 noyabr 2015-ci il tarixli 150116500011 nömrəli Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Kollegiyasının Qərarı
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI