Qanunvericilik › Dövlət standartlarının təsdiq edilməsi haqqında (Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, 10.07.2015) › Tam mətn

Dövlət standartlarının təsdiq edilməsi haqqında (Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, 10.07.2015)

Dövlət standartlarının təsdiq edilməsi haqqında (Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, 10.07.2015) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

AZƏRBAYCAN RESPUBLİKASI STANDARTLAŞDIRMA, METROLOGİYA VƏ PATENT ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN KOLLEGİYA QƏRARI

Azərbaycan Respublikası Prezidentinin 22 noyabr 1998-ci il tarixli 26 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Beynəlxalq (regional) və dövlətlərarası standartların, normaların, qaydaların və tövsiyələrin Azərbaycan Respublikası ərazisində tanınması və tətbiq edilməsi Qaydaları”nın 2, 3, 6 və 7-ci bəndlərini və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 31 avqust tarixli 155 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 8.12 və 8.45-ci bəndləri rəhbər tutularaq qərara alınır:

1. Beynəlxalq standartlar əsasında hazırlanmış aşağıdakı dövlət standartları təsdiq edilsin.

1.1. AZS 807-2015 (ISO5666-1999) “Suyun keyfiyyəti. Civənin təyini” (1 nömrəli əlavə).

1.2 AZS 808-9-2015 (ISO 6107-9-1997) “Suyun Keyfiyyəti – Lüğət Hissə 9. Əlifba sırası üzrə siyahı və mövzuların cədvəli” (2 nömrəli əlavə).

1.3 AZS 809-1-2015 (ISO 8689-1:2000) “Suyun keyfiyyəti – Çayların bioloji təsnifatı. Hissə 1: Bentik (suyun dibindəki) makroonurğasızların tədqiqi əsasında alınan bioloji keyfiyyət məlumatının təfsiri üzrə təlimat” (3 nömrəli əlavə).

1.4 AZS 809-2-2015 (ISO 8689-2:2000) “Suyun Keyfiyyəti - Çayların Bioloji Təsnifatı Hissə II:Bentik makroonurğasızlar sinfi üzrə aparılan tədqiqatlardan götürülmüş bioloji keyfiyyət haqqında məlumatın təqdimatına dair rəhbər sənəd” (4 nömrəli əlavə).

1.5 AZS 832-2015 (ISO 14015-2001) “Ətraf mühitin idarə edilməsi. İstehsal sahələrinin və təşkilatların ekoloji qiymətləndirilməsi. Prinsiplər və struktur sxem” (5 nömrəli əlavə).

1.6 AZS 833-1-2015 (ISO 10304-1:2007) “Suyun keyfiyyəti - İonların maye xromatoqrafiya üsulu ilə həll olmuş anionların təyini. Hissə I: Bromid, xlorid, flüorid, nitrat, nitrit, fosfat və sulfatın təyinatı” (6 nömrəli əlavə).

1.7 AZS 834-5-2015 (ISO 10381-5-2005) “Torpağın keyfiyyəti - Nümunə götürmə. Hissə 5: Torpağın çirklənməsi ilə əlaqədar olaraq şəhər və sənaye sahələrinin tədqiqatına dair prosedurlar haqqında təlimat” (7 nömrəli əlavə).

1.8 AZS 834-6-2015 (ISO 10381-6-2009) “Torpağın keyfiyyəti - Nümunə götürmə.Hissə 6 - Laboratoriyada mikrobioloji proseslərin, biokütlənin və müxtəlifliyin təhlili məqsədi ilə aerob şəraitdə torpaq nümunələrinin yığılması, işlənməsi və saxlanılması üzrə tövsiyələr” (8 nömrəli əlavə).

1.9 AZS 835-2015 (ISO 14001-2004) “Ətraf mühitin idarəetmə sistemləri.İstifadə üçün təlimata dair tələblər. Prinsiplər və struktur” (9 nömrəli əlavə).

1.10 AZS 836-2015 (ISO 14004-2004) “Ətraf mühitin idarəetmə sistemləri. Prinsiplər, sistemlər və fəaliyyət üsullarına dair ümumi təlimat qaydaları” (10 nömrəli əlavə).

2. Qanunvericilik və hüquq ekspertizası şöbəsinə (R.Vəliyev) tapşırılsın ki, bu Qərarın 1-ci bəndi ilə təsdiq edilmiş dövlət standartlarının Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gündən gec olmayaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.

3. Texniki tənzimləmə və standartlaşdırma şöbəsinə (N. Tağıyev) tapşırılsın ki, bu Qərarın 1-ci bəndi ilə təsdiq edilmiş dövlət standartlarının qeydiyyata alınmasını təmin etsin.

4. Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutuna (S.Abdullayev) tapşırılsın ki, bu Qərarın 1-ci bəndi ilə təsdiq edilmiş dövlət standartlarının texniki tənzimləmə və standartlaşdırma üzrə texniki normativ hüquqi aktların dövlət fonduna daxil edilməsini təmin etsin.

5. Ümumi şöbəyə (X.Həsənovaya) tapşırılsın ki, aidiyyəti struktur bölmələrini bu Qərarla tanış etsin.

6. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

Azərbaycan Respublikası Standartlaşdırma,

Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Kollegiyasının “________________” 2015-ci il tarixli _________________ nömrəli Qərarı ilə təsdiq edilmişdir.

1. Ekologiya üzrə Texniki Komitə tərəfindən (TK-09) İŞLƏNİB-HAZIRLANIB, MÜZAKİRƏ EDİLİB (20 may 2015-ci il) və TƏQDİM EDİLİB.

2. Bu standart ISO 5666-1999 “Water quality - Determination of mercury”beynəlxalq standartının autentik tərcüməsidir.

3. İlk dəfə tətbiq edilir.

4. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2020-ci il, dövrü yoxlama müddəti 5 ildir.

Civənin təyini AZS 807-2015

Determination of mercury

Standart civənin suda, məsələn yeraltı, səth və çirkab sularında təyini üçün iki metod təklif edir.

Bənd 4-də təsvir edilən metodda qalay (ıı)- xlorid reduksiyaedici maddə kimi istifadə olunur. Bənd 5-də verilən metodda natrium- tetrahidroboratdan reduksiyaedici maddə kimi istifadə edilir. Metodun seçimi mövcud avadanlıq və matrisdən (Bax. bənd 3) asılıdır. Hər iki metod civənin 0,1mq/l-dən 10 mg/l-ə qədər qatılıqda təyin edilməsi üçün uyğundur. Əgər su nümunəsi durulaşdırılarsa daha yüksək qatılıqlar təyin edilə bilər.

Aşağıdakı normativ sənədlər özlərində elə müddəaları ehtiva edir ki, onlar bu standartın müddəalarından ibarətdir. Müddətli istinadlar üçün bu nəşrlərdən hər hansı birinə növbəti düzəlişlər və yaxud onların dəyişiklik edilmiş variantı tətbiq olunmur. Bununla belə, bu standarta əsasən, razılaşma bağlamış tərəflər aşağıda göstərilmiş normativ sənədlərin ən son redaktə olunmuş variantını tətbiq etmə imkanlarını araşdırmağa təşviq edilir. Müddətsiz istinadlar üçün istinad olunmuş normativ sənədin sonuncu nəşri tətbiq olunur. IEC və ISO üzvləri hazırda qüvvədə olan Beynəlxalq Standartların reyestrini saxlayır.

ISO 5667–1:1980 Water quality - Sampling - Part 1: Guidance on the design of sampling programmes. (Suyun keyfiyyəti. Hissə I: Nümunə proqramlarının tərtibinə dair Təlimat)

ISO 5667–2:1991 Water quality - Sampling - Part 2: Guidance on sampling techniques.(Suyun keyfiyyəti. Hissə II: Nümunə götürmə üsullarına dair Təlimat)

ISO 5667 – 3:1994 Water quality — Sampling — Part 3: Guidance on the preservation and handling of samples (Suyun keyfiyyəti. Hissə III: Nümunələrin saxlanması və onlarla davranış üzrə Təlimat)

Civə ilə əlaqədar reaksiya qablarının divarlarında mübadilə reaksiyalarının, yəni adsorbsiya (bərk və ya məsaməli cisimlərin səthi ilə qaz yaxud mayelərin udulması) və desorbsiyanın (adsorbentlərin səthindən maddələrin ayrılması) əmələ gəlməsi riski var (Bax. 4.4).

Civə buxarı müxtəlif plastiklərdən diffuziya edə (ətrafa yayıla) bilər; bu amil sınaq materialının seçimində nəzərə alınmalıdır. Şüşə və yaxud xüsusi plastik borular, məsələn, perfluoro (etilen-propilen) (FEP) borulardan istifadə edilə bilər. Silikon borular məqsədəuyğun deyil.

Uçucu üzvi maddələr ultrabənövşəyi sahələrə hopa bilər və civə ilə səhv salına bilər. Bunlar daha çox hallarda məhlulun tamamilə qırmızı rəng almasına qədər kalium- permanqanat əlavə edilmək və 10 dəqiqəlik müddət ərzində təsirsiz qazla havalandırmaqla civə birləşmələrinin azaldılmasından öncə kənarlaşdırılır. Tez-tez qeyri-səciyyəvi hopma vasitəsilə bu cür qarışma həm də baza (ilkin) kompensasiya sistemində istifadə edilməklə aradan qaldırıla bilər.

Bütün məhlullar civə buxarının azaldılması və çıxarılmasından öncə eyni temperatura (<25 °C) gətirilməlidir. Küvet (balaca vanna) divarlarında suyun kondensasiyasının qarşısını almaq üçün küveti, misal üçün infraqırmızı lampa ilə qızdırmaq olar.

Məhlulda başqa elementlərin mövcudluğu səbəbindən baş verən qarışmalar reduksiyaedici maddə seçimindən asılıdır. Cədvəl 1-də sadalanmış element birləşmələri bunlardan artıq olan həddən aşağı dərəcəli nəticələrə səbəb ola bilər.

Əgər reduksiyaedici maddə kimi natrium- tetrahidroborat əvəzinə qalay (ıı)- xloriddən istifadə edilərsə, ağır metalların havada az qarışması baş verər. Axın sistemlərindən istifadə etdikdə ağır metallar səbəbindən qarışma effektləri Cədvəl 1-də göstəriləndən az ola bilər.

Cədvəl 1. Analiz edilən nümunədə (matrisdə) bir sıra mane olan elementlərin qatılıqları. mq/l

5 mol/l HCl +0,2 q/l Fe (ııı)

Qalay (ıı)- xlorid aparatın elə çox çirklənməsinə səbəb olur ki, əgər bundan sonra natrium-tetrahidroboratdan istifadə olunarsa, analiz xətaları çox yüksək olur. Buna görə də reduksiya qalay (ıı)-xlorid və natrium-tetrahidroboratla ayrı-ayrı sistemlərdə paralel şəkildə aparılmalıdır.

XƏBƏRDARLIQ – Civə və civə birləşmələri çox zəhərlidir (toksiki). Tərkibində civə olan və yaxud ola biləcək nümunələrlə və məhlullarla müstəsna ehtiyatlı davranmaq tələb olunur.

Bir və ya ikivalentli civə qalay (ıı) xlorid vasitəsilə turşu mühitində element formasına qədər reduksiya edilir. Elementşəkilli civə daha sonra məhluldan təsirsiz qaz və yaxud civəsiz hava ilə çıxardılır və atomar qaz formasında küvetə ötürülür. Atom absorbsiya spektrometr cihazında 253.7 nm dalğa uzunluğunda atomar civənin udma qabiliyyəti ölçülür və qatılığı kalibrlənmə əyrisi vasitəsi ilə müəyyən edilir.

4.2. Analizə mane olan amillər.

Qeyd: Həmçinin 3-cü bəndə baxın.

> 0,1 mq/l qatılıqlı yodit civə ilə kompleks əmələ gətirir, bu da analizə mane olur. Bu halda natrium tetrahidroborat reduksiyaedici ilə (Bax bənd 5) kimi başqa metod zəruridir.

Qalay (ıı)-xlorid məhlulunun oksidləşmə-reduksiya potensialın yüksək olmadığı üçün civə-sulfid kimi qeyri-üzvi civə birləşmələri və üzvi civə birləşmələri parçalanma aparmadan tam reduksiya edə bilmir.

Analiz üçün “əlahiddə təmiz”, “analiz üçün təmiz” kateqoriyalı reaktivlər və tam civədən azad edilmiş suyun istifadəsi mütləqdir. Suyun və reaktivlərin tərkibindəki civənin qatılığı təyin olunabilən ən az qatılıqdan belə dəfələrlə az olmalıdır.

4.3.2 Azot turşusu, p(HNO3)=1,40 q/ml

4.3.3 Sulfat turşusu, p(H2SO4)=1,84 q/ml

4.3.4 Hidrogen-xlorid turşusu, p(HCl)=1,16 q/ml

4.3.5 Kalium-permanqanat məhlulu

50 qram kalium-permanqanatı (KMnO4) 1000 ml suda həll edin.

4.3.6 Stabilləşdirci məhlul

5 qram kalium-bixromatı K2Cr2O7 500 ml azot turşusunda (Bax. bənd 4.3.2) həll edin və su ilə 1000 ml-ə qədər durulaşdırın.

XƏBƏRDARLIQ – Kalium-bixromat zəhərlidir. Bərk maddə və yaxud onun məhlulları ilə ehtiyatlı davranmaq tələb olunur.

4.3.7 Kalium-tiosulfat məhlulu

40 qram kalium tiosulfatı K2S2O8 1000 ml suda həll edin.

4.3.8 Hidroksilammonium-xlorid məhlulu

10 qram hidroksilammonium-xloridi NH4OCl 100 ml suda həll edin.

4.3.9 Qalay (ıı)-xlorid məhlulu

5 qram qalay (ıı) xlorid dihidratı SnCl22H2O 30 ml hidrogenxlorid turşusunda (Bax. 4.3.4) həll edin; 100 ml-ə qədər su ilə durulaşdırın. Axın sistemlərində az qatılıqlı məhlulundan, misal üçün 100 ml-də 0,5 q istifadə edin. Bu məhlula su əlavə etməklə artıq konsentrasiya olunmuş qarışıqdan gündəlik təzə qarışıq hazırlayın. İSO 8689-un bu hissəsinin məqsədləri üçün İSO 5667, İSO 7828, İSO 8265 və İSO 9391 və aşağıdakılarda verilən termin və anlayışlar tətbiq olunur.

Əgər blank nümunəsi üçün yüksək nəticə əldə edilirsə, civə qalıqlarını çıxarmaq üçün 30 dəqiqə ərzində məhlulun ortasından azot keçirin.

4.3.10 Əsas civə məhlulu I, c(Hq)=100mq/l

108,0 mq civə (ıı) oksidini, HgO 10 ml sabitləşdirici məhlulda (4.3.6) həll edin, 1000 ml-ə qədər su ilə durulaşdırın.

Bu məhlulun 1 ml-i 0,1 mq civəyə müvafiqdir.

I əsas məhlulun satışda mövcud olan civə standartından hazırlanması mümkündür. Bu məhlul ən azı bir il üçün sabitdir.

4.3.11 Əsas civə məhlulu II, c(Hg)= 1 mq/l

10 ml sabitləşdirici məhlulu (4.3.6) 10 ml əsas məhlula (4.3.10) əlavə edin və 1000 ml-ə qədər su ilə durulaşdırın. Bu məhlulun 1 ml-i 1 mq civəyə müvafiqdir.

Bu məhlul təxminən bir həftəlik stabilliyini qoruyur.

4.3.12 Civənin standart məhlulu (1), c(Hg) = 100 mq/l

10 ml stabil məhlulu (4.3.6) 100 ml əsas məhlula (4.3.11) əlavə edin və 1000 ml-ə qədər su ilə durulaşdırın. Bu məhlulun 1 ml-i 100 nq civəyə uyğun gəlir.

Bu məhlulu istifadə ediləcəyi gün hazırlayın.

4.3.13 Civənin standart məhlulu (2) p (Hg) = 50 mq/l

10 ml stabil məhlulu (4.3.6) 50 ml əsas məhlula (4.3.11) əlavə edin və 1000 ml-ə qədər su ilə durulaşdırın. Bu məhlulun 1 ml-i 50 nq civəyə uyğun gəlir.

Bu məhlulu istifadə ediləcəyi gün hazırlayın.

4.3.14 Civənin kalibrlənmə məhlulları

Kalibrlənmə məhlullarını analiz edilən nümunə məhlullarının həcmi və gözlənilən civə qatılıqları üzrə hazırlayın:

0,5 mq/l-dən 5 mq/l-ə qədər qatılıq üzrə misal üçün, aşağıdakı məhlullar hazırlanır:

- 6 ədəd 100 ml həcmli kolbalara müvafiq olaraq 1 ml, 2 ml, 4 ml, 6 ml, 8 ml və 10 ml standart civə məhlulu (2) (4.3.13) tökülür.

- Hər bir 100 ml həcmli kolbaya 1 ml stabil məhlul (4.3.6) əlavə edin.

- Ölçü xəttinə qədər su ilə doldurun və yaxşıca qarışdırın.

Bu kalibrləmə məhlullarının tərkibində müvafiq olaraq 0,5 mq/l, 1 mq/l, 3 mq/l, 4 mq/l və 5 mq/l civə vardır. Məhlullar bilavasitə ölçmələrdən öncə hazırlanır. Kalibrlənmə iki paralel məhlullar seriyası ilə də icra oluna bilər.

4.3.15 Reaktiv sınaq məhlulu

1000 ml suya 10 ml sabitləşdirici məhlul (4.3.6) əlavə etməklə ölçmə məhlulunun həcminə uyğun gələn həcmdə sınaq məhlulu hazırlayın. (4.6) nümunəsi üçün eyni olan parçalanma prosedurundan istifadə edin. Hər bir təhlil qrupuna reaktiv blankı daxil edin.

4.3.16 Şüşə qabları yaxalamaq üçün məhlul.

Təxminən 500 ml suya 150 ml azot turşusu əlavə edin və 1000 ml-ə qədər su ilə durulaşdırın.

İstifadədən öncə bütün şüşə qablar yaxşıca durulaşdırılmış azot turşusu (4.3.16) ilə yuyulmalı və bir neçə dəfə su ilə yaxalanmalıdır (4.3.1).

4.4.2 Monitorinq sistemi ilə atom absorbsiya spektometri

Cihazın sistem qurğusu göstərişə müvafiq sazlanmalıdır.

4.4.3 Civənin təyini üçün şüalanma mənbəyi kimi içi boş katod və ya elektrodsuz elektrik boşaldıcı lampa.

4.4.4 Civənin təyini üçün köməkçi avadanlıq (Şəkil 1-ə baxın):

- Daxili diametri təxminən 2 sm, uzunluğu ən azı 15 sm olan, (AAS-Atom Absorbsiya Spekrtofotometriya cihazından asılı olaraq), kvars pəncərəli, borosilikat şüşə və yaxud kvars küvetdən ibarət olan absorbsiya xanası;

- Hava dövriyyə nasosu (misal üçün membran nasos, peristaltik nasos), 1 l/dəq-dən 2 l/dəq-ə qədər gücündə, plastik birləşdirici borularla (bağlı sistem) və yaxud təzyiqi azaldan klapanlı təsirsiz qaz silindri (açıq sistem) ilə;

- Plastik (Bax. bənd 3) borucuqla birlikdə su sərfini ölçən (açıq sistem). Açıq sistem civənin yüksək qatılıqlar üçün daha əlverişlidir;

- Diaqramda göstərildiyi kimi 100 ml, 250 ml və yaxud 1000 ml yastıdibli şüşədən ibarət olan reaksiya qabı, kipləşdirilmiş şüşə tıxac, 1-ci dərəcə məsaməli şüşə lehmə ilə birlikdə butulka yuyan əlavə;

- Ölçü modulu üçün isitmə mənbəyi, suyun kondensasiyasının qarşısını almaq üçün yetərlidir.

Ölçü modulunun temperaturu təhlil boyunca eyni olmalıdır.

Bağlı sistemin nümunəsi Şəkildə 1-də göstərilmişdir.

1. Absorbsiya xanası, diametr 2 sm; uzunluğu 15 sm

2. Hava sirkulyasiya nasosu 1l/dəq-dən 2 l/dəq-ə qədər tutumlu

3. Kipləşdirilmiş şüşə tıxac

4. Şüşədən ibarət reaksiya qabı: 100 ml, 250 ml, yaxud 1000 ml tutumlu

1. Nasos və borucuqlar üçün plastik materialın seçiminə diqqət yetirilməlidir (3-cü bəndə baxın)

2. Davamlı axın və yaxud axın inyeksiya sistemi alternativ kimi mümkündür. İstehsalçı tərəfindən verilmiş göstərişlərə əməl olunmalıdır.

4.4.5 100 ml, 200 ml və 1000 ml həcmli şüşə qablar.

4.4.6 1 ml, 5 ml və 10 ml-lik pipetlər (damcıtökənlər)

Qeyd: Pipetlərdənsə, dozatordan istifadə etmək əlverişlidir, bundan sonra xırda çirkləndiricilərin əmələ gəlmə riski əhəmiyyətli dərəcədə azaldılır.

4.5 Nümunə götürmə və nümunələrin ilkin emalı

Nümunə götürməyi ISO 5667-1, ISO 5667-2 və ISO 5667-3-ə müvafiq olaraq yerinə yetirin.

Tərkibində borosilikat şüşə, kvars, polisunfon (PSU) və yaxud ftorlaşdırılmış etilen-propilen polimerizat (FEP) olan nümunə qablarından istifadə edin.

Nümunə qabının tərkibində civə olmadığına və hopma nəticəsində civənin itməsinə səbəb olmadığına əmin olun.

Məsələn, qabın divarlarında hopma (adsorbsiya) səbəbindən itkiləri məhdudlaşdırmaq üçün 10 ml sabitləşdirici məhlul (4.3.6) əlavə edin və nümunə ilə 1000 ml-ə qədər doldurun.

Nümunənin 1 pH-a malik olmasını və dixromatın normadan artıq olduğunu göstərən sarı-narıncı rəngdə olduğunu yoxlayın.

Əgər zəruridirsə, əlavə sabitləşdirici məhlul əlavə edin və hesablamalarda müvafiq həcmdə düzəltmə faktoru daxil edin.

4.6 Kalium permanqanat/kalium peroksodisulfatdan istifadə etməklə qaynatma metodu

Aşağıdakı kimi nəm kimyəvi parçalanma prosedurunu həyata keçirin. Alternativ olaraq, əlavə A, B və yaxud C-də göstərilmiş parçalanma metodlarının birindən istifadə edin, lakin həmin metodun səmərəli olmasını nəm parçalanma metodu ilə müqayisədə ekvivalent olduğunu yoxlayın.

- 100 ml sabitləşdirilmiş (4.5-ə baxın) su nümunəsini və yaxud müvafiq həcmdə (maksimum 1000 ml) nümunəni 4.5-də sadalanan materillardan birindən düzəldilmiş şüşəyə boşaldın.

- Diqqətlə 15 ml kalium permanqanat məhlulu (4.3.5), 1 ml azot turşusu (4.3.2) və 1 ml kükürd turşusu (4.3.3) əlavə edin.

- Hər bir əlavədən sonra qarışığı yaxşıca çalxalayın.

- Məhlulun 15 dəqiqə qalmasına imkan verin, sonra 10 ml kalium-peroksodisulfat məhlulu (4.3.7) əlavə edin.

- Ağzı çox kip bağlanmamış şüşəni istilik blokuna və yaxud su vannasına yerləşdirin və 95 °C-də 2 saat qaynadın.

- Qaynama müddətində kalium-permanqanatın normadan artıq olduğuna əmin olun. Əgər zəruridirsə, əlavə olunmuş kalium permanqanatın miqdarını artırın və yaxud daha kiçik nümunədən başlayın.

- Məhlulu otaq temperaturuna qədər soyudun.

- Əgər müxtəlif nümunə həcmləri və müvafiq olaraq müxtəlif reaktiv həcmlərindən istifadə olunmuşdursa, qaynamanı spesifik həcmə qədər durulaşdırın.

- Qaynadılmış məhlulu mümkün qədər tez analiz edin.

- Su nümunəsi əvəzinə əlavə edilmiş sabitləşdirici məhlula (4.3.6) uyğun gələn həcmdə sudan (4.3.1) istifadə etməklə reaktiv sınaq məhlulunu da eyni üsulla hazırlayın.

Qeyd: Permanqanat sınaq problemləri yarada bilər. Bu halda permanqanat cəmləşməsi azaldılmalıdır, bu şərtlə ki, üzvi maddənin tərkibi aşağı olsun, yaxud digər qaynatma metodundan istifadə olunmalıdır (Əlavə A, B və ya C-yə baxın).

Ölçmə proseduruna başlamazdan əvvəl alət (4.4.2) parametrlərini istehsalçının göstərişlərinə uyğun düzəldin və hopma xanasını tənzimləyin.

Əgər qaynama məhlulu 4.6-dakı göstərişlərə uyğun hazırlanmışdırsa, ölçmədən əvvəl bütöv qaynama məhluluna 5 ml (və ya əgər tələb olunursa, daha çox) hidroksilammonium məhlulu əlavə edin. 5 ml hidroksilammonium-xlorid adətən normadan artıq oksidləşən reaktivləri azaltmağa və çökmüş manqan-dioksidini həll etmək üçün kifayətdir. Əgər məhlul 30 dəqiqədən sonra aydınlaşmasa, hidroksilammonium-xloridin digər əlavəsini artırın.

Əgər təhlil üçün tam qalıqsız bölünən nümunə götürülürsə, nümunə məhlulunu spesifik həcmə qədər, misal üçün 200 ml doldurun.

Ölçmə məhlulunu (qaynama məhlulunu və yaxud durulaşma hissəsini) reaksiya qabına boşaldın və analiz aparatına qoşun.

Hər bir 100 ml ölçmə məhluluna 2 ml qalay (ıı) xlorid məhlulu əlavə edin.

Əgər azaldıcı reaktiv mexaniki olaraq əlavə edilmişdirsə, reaksiya qabını qalay (ıı) xlorid məhlulu əlavə olunmasından dərhal sonra analiz aparatına qoşun.

Ölçmə məhlulunun daha böyük həcmi üçün (1000 ml-ə qədər) azaldıcı reaktivin həcmini maksimum 5 ml həcmdə artırın.

Hava sirkulyasiyalı nasoslu qapalı sistemdə sabit hopmaya nail olana qədər havanı 1l/dəq-dən və 2 l/dəq-ə qədər səviyyədə reaksiya qabı və hopma xanasından keçirin.

Açıq sistemdə ölçmə məhlulunu civəsiz sıxılmış hava və yaxud təsirsiz qazla təmizləyin və ən yüksək hündürlüyü, yaxud daha yaxşısı, ən yüksək sahəni ölçün.

Axın sürətini istehsalçının göstərişlərinə müvafiq olaraq tənzimləyin və onu ölçmə boyunca saxlayın.

Kalibrləmə (4.3.14) və reaktiv sınaq məhlullarını (4.3.15) su nümunəsi ilə eyni üsulla ölçün.

4.7.2 Standart kalibrləmə metodundan istifadə etməklə analiz

Kalibrləmə əyrisini aşağıdakı kimi hazırlayın.

a) Civə kalibrləmə məhlulunu bənd 4.3.14-də təsvir edilən şəkildə hazırlayın.

b) Kalibrləmənin hopmasını və reaktiv sınaq məhlullarını bənd 4.7.1-də göstərildiyi kimi ölçün.

c) Əldə edilmiş nəticələrdən alınan xətlə kalibrləmə xəttindən bərabərlik düzəldin.

4.7.3 Kalibrləmənin standart əlavə metodundan istifadə etməklə təhlil

Standart əlavə metodundan istifadə məhlul effektləri səbəbindən səhvləri sığortalaya bilər, bu şərtlə ki heç bir əlavə səhvlər baş vermir və durulaşdırılmış ölçmə məhlullarının hopmaları xətti işçi səviyyədə dayanır, yəni nəticələr kalibrləmə əyrisinin xətti bölgəsindədir. Əlavə edilmiş civə birləşməsinin nümunənin həcminə və gözlənilən civə tərkibinə uyğun gəldiyini təmin edin. Nümunə kimi, 50 ml-lik nümunə həcmi və 1 mq/l-lik civə birləşməsi üçün aşağıdakı kimi hərəkət edin:

a) Dörd 100 ml-lik şüşə qabların hər birinin içərisinə 50 ml ölçmə məhlulu qoyun (4.7.1).

b) Şüşə qabların üçünə müvafiq olaraq 0,5 ml, 1,0 ml və yaxud 1,5 ml standart civə məhlulu (1) (4.3.12) əlavə edin. Yüksək hədlər 1 mq/l, 2 mq/l və 3 mq/l civəyə uyğun gəlir.

c) Bütün dörd şüşə qablardakı civə birləşmələrini 4.7.1-dəki göstərişlərə müvafiq olaraq ölçün.

d) Sınaq məhlulu ilə (4.3.15) eynilə su nümunəsi üçün istifadə edilmiş prosedurdan istifadə edin.

4.8.1 Kalbrləmə əyrisindən istifadə etməklə hesablama

Aşağıdakı formuladan istifadə etməklə civənin sıxlığını hesablayın:

P civənin nümunədəki sıxlığı, mkq/litr;

A su nümunəsinin hopması və yaxud inteqrasiyalı hopma;

As sınaq məhlulunun hopması və yaxud inteqrasiyalı hopma;

b kalibrləmə əyrisinin və həssaslıq ölçməsinin maililiyi, mkq/litr;

Vp Ölçmə məhlulunu hazırlamaq üçün istifadə edilmiş nümunənin həcmi, ml;

VM Ölçmə məhlulunun həcmidir, ml.

4.8.2 Standart əlavə metodu ilə hesablama

Durulaşdırılmış ölçmə məhlullarının (4.7.3) ölçülmüş hopmalarından istifadə etməklə kalibrləmə əyrisi hazırlayın. İstinad məhlulları nümunəni standart məhlullarla durulaşdırmaqla düzəldilmişdir və tərkibində civə sıxlığının mərhələli artmaları vardır.

Kalibrləmə əyrisinin hopma A=0 olduğunda ekstrapolyasiyası vasitəsilə nümunə məhlulunun sıxlığını əldə edin. Eynilə də sınaq məhlulunun civə sıxlığını təyin edin və nümunə üçün əldə edilmiş nəticədən çıxardın. Alternativ olaraq, qiymətləndirməni xətti reqressiya vasitəsilə aparın.

Hesablamada istənilən əlavə durulaşdırma addımları üçün vəziyyəti tarazlaşdırın.

4.9 Nəticələrin ifadəsi

Nəticələr barəsində litrdə mikroqramlarla və onların ətrafında ən yaxın 0,1 mq/l-ə uyğun məlumat verin.

NÜMUNƏLƏR Civə (Hg) 0,7 mq/l

Hesabat bu Beynəlxalq Standarta istinad etməli və aşağıdakı təfsilatlardan ibarət olmalıdır:

a) su nümunəsinin təyinatı;

b) Bənd 4.9-da qeyd olunduğu kimi nəticə;

c) nümunənin ilkin emalı və qaynatma metodu;

d) bu metoddan bütün kənara çıxmalar və nəticəyə təsir göstərə bilən bütün halların təfsilatları.

Bir və ya ikivalentli civə natrium-tetrahidroborat vasitəsilə turşu mühitində element formasına qədər azaldılır. Elementşəkilli civə daha sonra məhluldan təsirsiz qaz axınının köməyi ilə çıxardılır və buraxılmış hidrogenlə birlikdə atomar qaz formasında küvetə qoyulur. Hopma əmsalı loqarifmi atomar hopma spektrometrinin radiasiya şüalanmasında 253,7 nm dalğa uzunluğunda ölçülür. Sıxlıqlar kalibrləmə əyrisindən istifadə etməklə hesablanır.

Qeyd: Həmçinin, bax bən 3.

Ölçmə məhlulunda >1 mq/l nikel və >0,1 mq/l gümüş sıxlıqları civənin təyinatına maneçilik törədir. 1:1 nisbətində durulaşdırılmış hidroxlorid turşusu və dəmir (ııı) məhlulunun mövcud olduğu təqdirdə 500 mq/l-ə qədər nikel və 10 mq/l-ə qədər gümüş heç bir qarışıqlığa səbəb olmur.

Bənd 4.3-də sadalanmış reaktivlərə əlavə olaraq, qalay (ıı)-xlorid məhlulundan başqa aşağıdakı məhlullar tələb olunur:

5.3.1 Natrium-tetrahidroborat məhlulu

3 qram natrium-tetrahidroboratı NaBH4 və 1 qram natrium-hidroksidi NaOH az miqdarda suda həll edin.

100 ml-ə qədər su ilə durulaşdırın və kağız filtrdən keçirin.

Məhlul yalnız bir neçə günlüyə sabitdir.

Axın sistemlərində aşağı sıxlıqlar istifadə oluna bilər, misal üçün 100 ml suda 0,02 qram natrium tetrahidroborat və 0,03 qram natrium hidroksid.

Bu məhlulu istifadə edilən gün hazırlayın.

5.3.2 Dəmir bufer məhlulu

14 qram dəmir (ııı)-nitrat nonahidratı Fe(NO)3x9H2O suda həll edin və 100 ml-ə qədər su ilə durulaşdırın.

Məhlulları gündəlik hazırlayın.

5.4.1 Çıxarma qurğusu

Bu proses böyük həcmdə hidrogen əmələ gətirir. Buna görə də əmələ gəlmiş hidrogeni kənarlaşdırmaq üçün cihaz vacibdir.

5.4.2 Müvafiq monitorinq sistemi ilə birlikdə atom absorbsiya (hopma) spekrtometri (AAS). Sistemi göstəricilərə müvafiq olaraq sazlayın.

5.4.3 Civənin təyinatı üçün radiasiya mənbəyi, misal üçün içi boş katod və yaxud elektrodsuz boşaltma lampası

Aşağıdakılardan ibarət olan civə aksesuarları (Şəkil 1-ə baxın):

- Daxili diametri təxminən 2 sm, uzunluğu ən azı 15 sm olan, (AAS-Atom Absorbsiya Spektofotometriya alətindən asılı olaraq), kvars pəncərəli, borosilikat şüşə və yaxud kvars küvetdən ibarət olan absorbsiya (hopma) xanası;

- Təzyiq azaldan klapanlı təsirsiz qaz silindri (misal üçün, azot və yaxud arqon);

- Plastik borucuqla birlikdə suölçən;

- Misal üçün, 100 ml və yaxud 250 ml-lik ikiboğazlı yastıdibli şüşədən ibarət olan reaksiya qabı, 29/32 kipləşdirilmiş şüşə tıxac, butulka yuyan əlavə və qaz tətbiq etmək üçün borucuq ilə birlikdə;

- Ölçü modulu üçün isitmə mənbəyi, suyun kondensasiyasının qarşısını almaq üçün yetərlidir.

Ölçü xanasının temperaturu təhlil boyunca eyni olmalıdır.

Açıq sistemin nümunəsi Şəkil 1- də göstərilmişdir.

1. Nasos və borucuqlar üçün plastik materialın seçiminə diqqət yetirilməlidir (3-cü bəndə baxın).

2. Davamlı axın və yaxud axın inyeksiya sistemi alternativ kimi mümkündür. İstehsalçı tərəfindən verilmiş göstərişlərə əməl olunmalıdır.

1. Hopma xanası, diametri 2 sm; uzunluğu 15 sm

5. Reaksiya qabı, iki boğazlı, yastıdibli şüşə, 100 ml və ya 200 ml

5.5 Nümunəgötürmə və nümunənin ilkin emalı

Bənd 4.5-də prosedura əməl edin.

Bənd 4.6-dakı prosedurlara riayət edin.

5.7.1 Hazırlıq mərhələləri

a) Ölçmə proseduruna başlamazdan öncə alət (Bax. bənd 5.4.1) parametrlərini istehsalçının göstərişlərinə uyğun düzəldin və hopma xanasını tənzimləyin.

b) Əgər qaynama məhlulu bənd 4.6-dakı göstərişlərə uyğun hazırlanmışdırsa, ölçmədən dərhal əvvəl bütöv qaynama məhluluna 5 ml (və ya əgər tələb olunursa, daha çox) hidroksilammonium-xlorid məhlulu (4.3.8) əlavə edin. 5 ml hidroksilammonium-xlorid adətən, normadan artıq oksidləşən reaktivləri azaltmağa və çökmüş manqan- dioksidi həll etmək üçün kifayətdir. Əgər məhlul 30 dəqiqədən sonra aydınlaşmasa, hidroksilammonium-xloridin digər əlavəsini artırın.

c) Əgər təhlil üçün tam qalıqsız bölünən nümunə götürülürsə, nümunə məhlulunu spesifik həcmə qədər, misal üçün 200 ml-ə qədər doldurun.

d) Reaksiya şüşəsindəki hər 10 ml ölçmə məhluluna 0,5 ml natrium-xlorid duzu (4.3.4) əlavə edin.

e) Ölçmə məhlulunu (qaynama məhlulunu və yaxud durulaşmış hissəciyi) reaksiya qabına boşaldın və analiz aparatına yerləşdirin.

f) Hər bir 10 ml ölçmə məhluluna 2 ml natrium-tetrahidroborat məhlulu (5.3.1) əlavə edin.

50 ml-lik ölçmə məhlulu üçün 7,5 ml natrium-tetrahidroborat məhlulu əlavə edin.

g) Təsirsiz qazın axını ilə civəni hopma xanasına ötürün. Axın sürətini istehsalçının göstərişlərinə müvafiq olaraq tənzimləyin və onu ölçmə boyunca saxlayın.

h) Əgər nümunə məhlulunun nikel və yaxud gümüş tərkibi yüksəkdirsə (Cədvəl 1-ə baxın), 25 ml ölçmə məhlulu əlavə etməzdən öncə 25 ml natrium xlorid turşusunu (4.3.4) və 0,5 ml dəmir bufer məhlulunu (5.3.2) reaksiya qabına yerləşdirin. Əgər kiçik ölçmə hissəciklərindən istifadə edilirsə, bu məhlulları 25 ml-ə qədər su ilə doldurun.

i) Kalibrləmə (4.3.14) və sınaq məhlullarını (4.3.15) su nümunəsi ilə eyni üsulla ölçün.

5.7.2 Standart kalibrləmə metodundan istifadə etməklə analiz

Bənd 4.7.2-dəki prosedura əməl edin.

5.7.3 Kalibrləmənin standart əlavə metodundan istifadə etməklə təhlil

Bənd 4.7.3-dəki prosedura əməl edin.

Bənd 4.8-dəki prosedura riayət edin.

5.9 Nəticələrin ifadəsi

Bənd 4.9-dakı prosedura riayət edin.

Bənd 4.10-dakı prosedura əməl edin.

1996-cı ilin yanvarında Almaniyada aparılmış laboratoriyalarası sınaq Cədvəl 2-də verilmiş qiymətlərlə nəticələnmişdir:

Cədvəl 2 – Dəqiqləşdirmə məlumatı

Bütün laboratoriyalar

Qalay (ıı) xloridlə azaldılma

Natrium-tetrahidroboratla azaldılma

Nümunə C: çirkab suyu;

L laboratoriyaların nömrəsi;

NAP tullantıların faizi;

sR təkrar əmələ gəlmənin standart kənara çıxması;

VCR təkrar əmələ gəlmənin dəyişmə əmsalı;

sr təkrar olunmanın standart kənara çıxması;

VCr təkrar olunmanın dəyişmə əmsalı.

A.1.1 Temparaturu tənzimlənən ultasəs vannası, ən azı 240 Volt/l güc sıxlıqlı və qaynama qablarının ölçüsünə və sayına müvafiq.

A.1.2 Ultrasəs qaynama üçün yivli qapaqlı borosilikat şüşə və yaxud plastik (misal üçün, polisulfon) qaynama qabları

4.5-də təsvir olunduğu kimi sabitləşdirilmiş 100 ml, yaxud daha kiçik həcmli su nümunəsini qaynama qabına boşaldın;

Diqqətlə 1 ml kalium permanqanat məhlulu (4.3.5), 1 ml azot turşusu (4.3.2), 1 ml kükürd turşusu (4.3.3) və 2 ml kalium-peroksodisulfat (4.3.7) əlavə edin;

Hər bir əlavədən sonra yaxşıca çalxalayın;

Qaynama qabının ağzını möhkəm bağlayın və onu 30 dəqiqə müddətində 50°C-də ultrasəs vannasına yerləşdirin;

Məhlulu otaq temperaturuna qədər soyudun;

Əgər müxtəlif nümunə həcmləri və müvafiq olaraq müxtəlif maddə həcmlərindən istifadə olunmuşdursa, qaynamanı spesifik həcmə qədər durulaşdırın;

Qaynadılmış məhlulları mümkün qədər tez analiz edin.

Su nümunəsi əvəzinə əlavə edilmiş sabitləşdirici məhlulla (4.3.6) uyğun gələn həcmdə sudan (4.3.1) istifadə etməklə sınaq məhlulunu da eyni üsulla hazırlayın və analiz edin.

B.1.1 Rəngsiz pireks şüşədən düzəldilmiş, polipropilen yivli qapaqları və yaxud uyğun gələn qapaqları olan 100 ml-lik qaynama butulkaları. Butulkalar və qapaq 120°C temperatura və 200 kPa təzyiqə davam gətirməlidir.

B.1.2 Qaynama butulkalarına uyğunlaşa bilən avtoklav

Avtoklavın temperatur və təzyiqə davamlılığı ən azı qaynama butulkalarına müvafiq olmalıdır. Avtoklavın buxar buraxmaq üçün ucluğu, temperatur tənzimləmələrinə uyğunlaşa bilən klapanı və təzyiqölçən cihazı olmalıdır. Avtoklava, həmçinin, quraşdırılma tənzimləyici-qızdırıcı cihaz və yaxud qızdırıcı boşqab lazımdır.

Bənd 4.5-də təsvir olunduğu kimi sabitləşdirilmiş 40 ml su nümunəsini qaynama qabına boşaldın.

10 ml azot turşusu (4.3.2) əlavə edin.

Şüşənin ağzını möhkəm bağlayın və onu avtoklava yerləşdirin.

İstehsalçının göstərişlərinə müvafiq olaraq 30 dəqiqə müddətində 120 °C temperatura qədər qızdırın.

Otaq temperaturuna qədər soyudun, həll olmamış maddənin çökməsinə imkan verin və təhlil üçün aydın mayedən istifadə edin. Qaynamadan sonra nümunənin 0,45 mm membran filtrindən və yaxud sentrifuqadan (bərk hissəciklərin mərkəzdənqaçma qüvvəsinin təsiri ilə toplanması) keçirilməsi zəruri ola bilər.

Əgər müxtəlif nümunə həcmləri və müvafiq olaraq müxtəlif reaktiv həcmlərindən istifadə olunmuşdursa, qaynamanı spesifik həcmə qədər durulaşdırın.

Qaynadılmış məhlulu mümkün qədər tez analiz edin.

Su nümunəsi əvəzinə əlavə edilmiş sabitləşdirici məhlulla (4.3.6) uyğun gələn həcmdə sudan (4.3.1) istifadə etməklə sınaq məhlulunu da eyni üsulla hazırlayın.

C.1.1 Natrium-xlorid turşusu, p(HCl)=1,19 q/ml

C.2.1 Mikrodalğalı soba (enerjini nümunələrə bərabər paylamaq üçün proqramlaşdırıla bilən gücə malik)

Qeyd: Mikrodalğalı soba korroziyaya qarşı davamlı olmalı və yaxşı havalandırılmalıdır ki, istənilən turşu buxarları qaz tutan boruda toplansın. Bütün elektronik cihazlar sistemin təhlükəsiz fəaliyyəti ilə əlaqədar korroziyaya qarşı mühafizə olunmalıdır.

C.2.2 Plastik qablar, 100 ml tutumlu, cəmi həcmi təxminən 140 ml, politetrafluoroetan (PTFE) və yaxud pelfluroalkoksidən (PFA) düzəldilmiş, təxminən 1000 kPa təzyiqə davamlı hava klapanı ilə təchiz olunmuşdur.

Qeyd: İstehsalçının göstərişlərinə ciddi şəkildə əməl olunmalıdır.

Bənd 4.5-də təsvir olunduğu kimi sabitləşdirilmiş 50 ml su nümunəsini qaynama qabına boşaldın;

8 ml azot turşusu (4.3.2) və 24 ml natrium-xlorid duzu (C.1) əlavə edin.

Fırladın və ən azı 5 dəqiqə dayanmağa imkan verin;

Şüşə qabın ağzını möhkəm bağlayın və onu mikrodalğalı sobaya yerləşdirin;

Sobanı C.4-də müəyyənləşdirilmiş tənzimləmə proseduruna uyğun qızdırın;

Qabı mikrodalğalı sobadan götürün və onu otaq temperaturuna qədər soyudun. Həddən artıq təzyiqi aradan götürmək üçün havalandırın (ventilyasiyalı şkaf).

Əgər müxtəlif nümunə həcmləri və müvafiq olaraq müxtəlif reagent həcmlərindən istifadə olunmuşdursa, qaynamanı spesifik həcmə qədər durulaşdırın.

Qaynadılmış məhlulu mümkün qədər tez analiz edin.

Su nümunəsi əvəzinə əlavə edilmiş sabitləşdirici məhlula (4.3.6) uyğun gələn həcmdə sudan (4.3.1) istifadə etməklə sınaq məhlulunu da eyni üsulla hazırlayın.

C.4 Mikrodalğalı sobanın tənzimlənməsi

Mikrodalğalı sobanın tənzimlənməsi onun istifadəsindən əvvəl vacib mərhələdir. Bu prosedur sobanın müəyyən tənzimlənməsinin faktiki olaraq təchiz edilmiş enerjiyə (effektiv gücə) necə uyğun gəldiyini göstərməlidir.

Mikrodalğalı soba müəyyən dövrlərdən bir tənzimlənməlidir. Mikrodalğalı sobanın necə tənzimlənməsi istehsalçı tərəfindən quraşdırılmış elektron sistemdən asılıdır. Əgər soba üzrə xətti münasibət təchiz edilmiş enerji və tənzimləmə şkalası arasında dayanırsa, kalibrləmə iki tənzimləmədə (misal üçün, 40% və 100% enerji) həyata keçirilə bilər. Bununla belə, xətti tənzimləmə aparılması tövsiyə olunur.

Əgər tənzimləmə şkalası təchiz edilmiş enerjinin birbaşa funksiyası deyilsə, daha çox tənzimləmələrdə uyğunlaşdırma tələb olunur. İstehsalçının göstərişlərinə riayət edilməlidir.

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Kollegiyasının “________________” 2015-ci il tarixli _________________ nömrəli Qərarı ilə təsdiq edilmişdir.

1. Ekologiya üzrə Texniki Komitə tərəfindən (TK-09) İŞLƏNİB-HAZIRLANIB, MÜZAKİRƏ EDİLİB (20 may 2015-ci il) və TƏQDİM EDİLİB.

2. Bu standart ISO 6107-9:1997 “Water quality -Vocabulary - Part 9: Alphabetical list and subject index” beynəlxalq standartının autentik tərcüməsidir.

3. İlk dəfə tətbiq edilir.

4. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2020-ci il, dövrü yoxlama müddəti 5 ildir.

Suyun Keyfiyyəti – Lüğət

Hissə 9. Əlifba sırası üzrə siyahı

Water quality -Vocabulary

Part 9: Alphabetical list and subject index

Bu standart lüğətdə mövcud olan bütün terminlərə dair əlifba ardıcılılığı ilə siyahıdan və mövzular cədvəlindən ibarətdir. Bu 1-dən 8-dək olan hissələrdəki terminlərin və izahların tez və düzgün tapıla bilməsindən və eləcə də aşağıda göstərilən hissələrdən ibarət lüğətdəki terminlərin və izahların müəyyənləşdirilməsindən ötrü istifadə edilə bilər:

ü İSO6107-1:1996(Üçüncü Nəşr)

ü İSO6107-2:1997(Üçüncü Nəşr)

ü İSO6107-3:1993(İkinci Nəşr)

ü İSO6107-4:1993(İkinci Nəşr)

ü İSO6107-5:1996(İkinci Nəşr)

ü İSO6107-6:1996 (İkinci Nəşr)

ü İSO6107-7:1997(İkinci Nəşr)

ü İSO6107-8:1993(İlk Nəşr)

activated carbon treatment

aktivləşdirilmiş kömür təmizlənməsi

activated sludge treatment

aktivləşdirilmiş lilin təmizlənilməsi

aerobic sludge digestion

lilin aerob parçalanması

agregation aggressive water

birləşmiş (cod) gur sular

havanın təmizlənilməsi

alkalinin/qələvinin codluğu

alkalinin/qələvinin qələvəliliyi

alternating double filtration (adf)

dəyişkən ikiqat süzülmə

courant inverse ammonia stripping

ammoniumun əks təsiri

anaerobic sludge digestion

lilin anaerob yolla parçalanması

anionic surface active agent

yüksək anion qatılığı

antaqonizm (ziddiyyət)

avtomatik nümunə götürmə

avtotrof bakteriyalar

bacteriological sample

bakteriofaqlar(bakterial)

balanslaşdırılma çəni

biochemical oxidation

biokimyəvi oksidləşmə

biochemical oxygen demand(BOD)

oksigenin biokimyəvi tələbatı (OBT)

bioloji parçalanma imkanları

break-point chlorination

mərhələli(breyk-point) xlorlaşdırma

break-point chlorination

mərhələli (breyk-point) xlorlaşdırma

carcinogenic substance

cationic surface active agent

centrifugation/centrifuging

sentrifuqa vasitəsilə tərkib hissələrinə ayırma

tullantı suların atıldığı quyu

tullantı suların atıldığı hovuz

chemical oxygen demand (COD)

oksigenə kimyəvi tələbatOKT)

chemical oxygen demand (COD)

oksigenə kimyəvi tələbat (OKT)

bağlı butulkada nümunə götürmək

kolonyaların (bakteriyaların) cəmi

combined sewerage system

birləşdirilmiş kanalizasiya sistemi

konservləşdirmə ( reaktivlərlə qarışdırma)

conservative substance

contact stabilization

davamlı nümunə götürmə

tutub saxlama müddəti

detrit ( toxumalarin çürüməsi nəticəsində hasil olan maddə)

həll/həzm olunmuş lil

fərqli nümunə götürmə üsulu

dissolved organic carbon(DOC)

həllolmuş üzvi karbon (hük)

həll olmuş bərk maddə

distillə (mayeləri qaynadaraq əsas tərkib hissələrinə ayirmaqla təmizləmə, saflaşdirma)

dynamic toxicity test

zəhərliliyin dinamik testi

axıdılan suların təmizlənməsi

electrical conductivity

elektrik keçiriciliyi

durultmaq, lili sudan çıxartmaq

endogenous respiration

enterik (bağirsaq) viruslari

escherichia coli(e.coli)

bağırsaq bakteriyaları (eşerixa koli)

coğr. estuari (dənizə tökülən çayin qıfvari enli mənsəbi)

eukariot bakteriyalar

exogenous respiration

genişləndirilmiş havalandırma

facultative anaerobes

fakültativ anaeroblar

faecal coliform organisms

nəcisli koliform orqanizmlər

nəcisli streptokoklar

filtrasiya üçün yaranan təzyiq

filterability/filtrability

flotasiya, üzmə qabiliyyəti

flokulyasiya (koaqulyasiyanin növü)

flow-through toxicity test

dənizə axıdılmış çirkab su

su yığılan yer / suların qovuşduğu, toplandığı yer

gram-negative bacteria

qram-mənfi bakteriayalar

gram-positive bacteria

qram –müsbət bakteriayalar

mənbədəki bərk maddələr

su üzərində (butulkada və s) sudan azad olan qat

heat treatment(ofsludge)

(lilin) istiliklə təmizlənmə

heterotrophic bacteria

heterotrof bakteriyalar

industrial waste water

inftltration (into sewer)

infiltrasiya (kanalizasiyaya)

infiltration (into the ground)

infiltrasiya (yeraltı sulara)

nəzarət altında təhlilin aparılması

yerində təhlilin aparılması

ion-exchange material

izokinetik nümunə götürülməsi

coğr. laqun (dənizdən ayrılmış kiçik göl).

laqun (kanalizasiyadan əmələ gəlmiş)

laqun (lildən əmələ gəlmiş)

torpağın təmizlənilməsi

lethal concentration(lc50)

letal konsentrasiya (qatılıq) (L50)

lüminessent bakteriyalar

mesophilic microorganisms

mezofil mikroorqanizmlər

termobar (suyun orta tempraturdakı qatı)

methyl red end-point alkalinity

metil qırmızı hədd (maksimal) qələviliyi

mikronutrient (qidalandırıcı mikroelement)

mixed bed (ion exchange)

qarışıq yataq (ion mübadiləsi)

lilin və ya çirkab suların qarışığı

mixed liquor suspended solids(mlss)

lil və ya çirkab su qarışığının bərk hissəcikləri

mixed media filtration

qarışıq media filtrasiyası

most probable number (mpn)

ən çox ehtimal olan rəqəm (əer)

nitrogen cycle bacteria

azot dövriyyəsi bakteriyaları

non-alkaline hardness

qeyri-qələvili codluq

non-biological degradation

qeyri-bioloji parçalanma

non-ionic surface active agent

qeyri-ion səthi aktiv təbəqəsi

nöqtəvi olmayan mənbə

nutriyentlərin kənarlaşdırılması

oxidation reduction potential(orp)

oksidləşmə reduksiya potensialı

oxygen saturation value

oksigenlə doyma həddi

keçiricilik qabiliyyəti

phenolphthalein end-point alkalinity

fenolftaleinin maksimal qələviliyi

photoautotrophic bacteria

fotoavtotrof bakteriyalar

physico-chemical treatment

fiziki-kimyəvi təmizləmə

piezometric ground water level

piyezometrik yeraltı su səviyyəsi

canlı mikroorqanizmlərin miqdarı

porşenli axın sistemi

point source pollution

polychlorinated biphenyls (pcb)

polixlorlanmış bifenillər

polynuclear aromatic hydrocarbons (pah)

çoxnüvəli aromatik karbohidrogenlər

preliminary treatment (of sewage)

ilkin təmizləmə (kanalizasiya)

primary treatment (of sewage)

əsas təmizlənmə (kanalizasiya)

proportional sampling

bərabər həcmdə nümunə götürmə

protista (təkhüceyrəli)

protistlər(təkhüceyrəli)

protozoa (təkhüceyrəli)

psychrophilic microorganisms

psixrofil mikroorqanizmlər

qualitative repeatability

keyfiyyət baxımından təkrarlama

qualitative reproducibility

keyfiyyət baxımından çoxalma (təkrarlanma)

quantitative repeatability

kəmiyyət baxımından təkrarlama

quantitative reproducibility

kəmiyyət baxımından çoxalma (təkrarlanma)

radioactive (radiochemical) tracer

radioaktiv (radiokimyəvi) məhlul

rapid sand filtration

sürətli qum filtrasiyası

təmizlənməmiş çirkab suları

readily biodegradable substances

asanlıqla bioparçalanmaya məruz qala bilən maddələr

recalcitrant substance

regeneration (ion exchange)

regenerasiya (ion mübadiləsi)

returned activated sludge

qayıdan aktivləşdirilmiş lil

salmonella(zəhərləyici bakteriya)

salmonid (balıq növü)

nümunənin stabilləşməsi

nümunə götürülən şəbəkə

nümunə götürmə nöqtəsi

təmizləyici orqanizmlər

semi-statictoxicity test

yarım-statik zəhərlilik testi

separate sewerage system

ayrıca kanalizasiya sistemi

həll edilə bilən bərk hissəciklər

kanalizasiya suyunun çökdürülməsi

çirkab sularindan əmələ gələn göbələk

batmaq, çökmək (suda)

zəif qum filtrasiyasi

lilin havalandırılması

lilin qurudulma yatağı

lilin presləndirilməsi

lilin qatılaşdırılması/bərkidilməsi

sludge volume index (svi)

birdəfəlik (bir cəhdə əldə edilmiş) nümunə

sodium absorption ratio (sar)

natrium absorbsiya əmsalı

yerində götürülmüş nümunə

klima, suyun havaya sıçradılması

statik zəhərlilik testi

fasilələrlə havalandırma

sterilizasiya, mikrobsuzlaşdırma

leysan sularının axıdılması sistemi

leysan sularının axıdılması üçün çən

storm water detention pond

leysan sularının yaratdığı gölməçə

leysan suları üçün çən

stratifikasiya (təbəqələşmə)

sulfite-reducing clostridia

sulfit miqdarını azaldan klostridiya

kükürdlü bakteriyalar

maksimal xlorlaşdırma

həddən artıq yüklənmə

səth sularının hopduğu quyu

konusvari havalandırma

üçüncü sinif üzrə təmizlənmə

theoretical oxygen demand (of water)

(suyun) nəzəri cəhətdən oksigenə olan tələbatı

thermophilic conditioning

thermophilic digestion

thermophilic microorganisms

termofil mikroorqanizmlər

thermotolerant coliform organisms

termotolerant koliform orqanizmlər

tidal limit (of a river)

məcradan kənara axan yüksək su

total available chlorine

total inorganic carbon

ümumi qeyri-üzvi karbon

total oxidized nitrogen

ümumi oksidləşmiş azot

total residual chlorine

toxicity test with intermittent renewal

dövrü olaraq yenilənən zəhərlilik testi

toxicity test without renewal

sabit zəhərlilik testi

trace element (analytical)

mikroelementlər (heyvan və bitki orqanizmlərində çox kiçik dozalarda olan kimyəvi elementlər) - analitik

trace element (essential)

mikroelementlər - zəruri

təmizlənmiş kanalizasiya (çirkab) suları

təmizlənmiş tullantı suları

ultimate biodegradation

ultimate oxygen demand

yekun oksigen tələbatı

uçucu/daimi olmayan yağ turşuları

water quality criteria

suyun keyfiyyət indeksi

water quality standard

suyun keyfiyyət standartı

yeraltı suyun səviyyəsi

zooloji ploynka (təbəqə)

dənizə və s. axıdılan su

epilimnion (durğun sularda işığın nüfuz edə biləcəyi, oksigenlə zəngin olan üst bölgə)

haloklin (su hövzələrində duzluluğun kəskin dəyişildiyi bölgə)

hipolimnion (durğun sularda işığın çox zəif nüfuz etdiyi ən alt təbəqə)

water quality criteria

suyun keyfiyyəti üzrə meyarlar

water quality standard

suyun keyfiyyət standartı

əlaqəli (relikt) sular

infiltration (into the ground)

piezometric groundwater level

yeraltı suların piyezometrik səviyyəsi

sodium absorption ratio

natrium absorbsiya əmsalı

yeraltı suların səviyyəsi

dəniz səviyyəsindən aşağı zona

tidal limit (of a river)

susaxlayan təbəqə (məhdudlaşdırılmış)

susaxlayan təbəqə (məhdudlaşdırılmamış)

compartimentalization

batmaq, çökmək (suya)

activated carbon treatment

aktiv karbonun təmizlənilməsi

havanın təmizlənilməsi

sahilyanı su saxlama sahəsi

şəffaflaşdırmaq, durultmaq

drinking water; potable water

filtrin işə salınması/tətbiqi

mixed media filtration

“qarışıq mühit” filtrasiyası

qidalandırıcıların xaric edilməsi

ozonization; ozonation

rapid sand filtration

sürətli qum filtrasiyası

yenidən havalandırma (reaerasiya)

zəif qum filtrasiyası

qaynadılan (qazandakı) su

industrial waste water

combined sewerage system

birləşdirilmiş kanalizasiya sistemi

evlərdən axan çirkab suları

tullantı sularının gətirdiyi çirklənmə

evlərdən və s. axıdılan su

infiltration (into a sewer)

infiltrasiya (kanalizasiya)

point source pollution

nöqtəvi çirklənmə mənbəyi

təmizlənməmiş çirkab sular

retention period; detention time

ikinci dərəcəli təmizlənmə

separate(d) sewerage system

fərdi kanalizasiya sistemi

kanalizasiyaya axıdılan çirkab suları

leysan sularının axıdılması sistemi

storm sewage tank (storm water tank)

leysan sular üçün çən

storm water; storm water runoff

storm water detention pond

leysan yağışları yığılan gölməçə

üçüncü dərəcəli təmizləmə

təmizlənmiş kanalizasiya

təmizlənmiş çirkab suları

axıdılan çirkab suları

4.2 mechanical treatment

4.2. mexaniki təmizləmə

sedimentasiya (çökmə) hovuzu

ümumi bərk hissəciklər

preliminary treatment (of sewage)

ilkin təmizləmə (kanalizasiya)

primary treatment (of sewage)

əsas təmizləmə (kanalizasiya)

çökdürülmüş tullantı suları

4.3 biological filtration

4.3. bioloji filtrasiya

alternating double filtration

dəyişkən rejimli ikiqat filtrasiya

mikrobları təmizləyən orqanizmlər

zooloji plyonka (təbəqə)

4.2 mechanical treatment

4.3 biological filtration

4.4 active sludge installation

5.2 groups and species

6.3 groups and species

7.4 oxygen and oxygen consumption

7.5 physico-chemical terms

7.6 colloid chemistry

7.7 acid and base consumption

7.9 surface active substances, detergents

7.10 groups of substances

indeks üzrə kateqoriyalar

4.2 mexaniki təmizləmə

4.3 bioloji filtrasiya

4.4 aktiv lil qurğusu

4.5 digər təmizləyicilər

4.6 lilin götürülməsi

5.2 qruplar və növlər

6.2 bioloji testlər (reaksiyalar)

6.3 qruplar və növlər

7.4 oksigen və oksigen istehlakı

7.5 fiziki-kimyəvi terminlər

7.7 turşu və əsas istehlak

7.9 səthi aktiv maddələr, yuyucu

4.4 active sludge installation

4.4 aktiv lilin düzəldilməsi

activated sludge treatment

aktiv lilin təmizlənilməsi

contact stabilization

genişləndirilmiş havalandırma

ölçülmüş bərk hissəciklər

returned activated sludge

stepped aeration; tapered aeration

mərhələli havalandırma

mərhələli qidalandırma

4.5 digər təmizləmələr

tullantı suları üçün quyu

torpağın təmizlənməsi

çirkab sularının təmizlənməsi (duruldulması) üçün gölməçə (qurğu)

4.6 lilin əmələ gətirilməsi

aerobic sludge digestion

lilin aerobik yolla parçalanması

anaerobic sludge digestion

lilin anaerobik yolla parçalanması

centrifugation; centrifuging

dewatering (of sludge)

(lili) suyun verilməsi

saprofaq (bataqlıqların və göllərin dibində heyvan və bitki çürüntülərindən əmələ gələn lilli çöküntü)

filterability; filtrability

filtrlənmə potensialı

termal konservləşdirmə

yığılmış lil (xammal)

lilin konservləşdirilməsi

lilin qurudulması üçün yataq

lilin qatılaşdırılması

thermophilic conditioning

termofil konservləşdirmə

thermophilic digestion

volatile (fatty) acids

bacteriological sample

gram-negative bacteria

gram-positive bacteria

Qram-müsbət bakteriya

ən çox ehtimal olunan rəqəm

pasterizasiya (mikrobların inkişafının qarşısını almaq üçün onları müəyyən dərəcəyə qədər qızdırmaqla zərərsizləşdirmək üsulu)

həyat qabiliyyətli bakteriya

aerobic organisms (aerobes)

aerob orqanizmlər (aeroblar)

anaerobic organisms (anaerobes)

anaerob orqanizmlər (anaeroblar)

chemolithotrophic bacteria

xemolitotrof bakteriya

bakteriofaqlar (bakteriyaları əridib məhv edən maddə)

escherichia Coli (E. Coli)

facultative anaerobes

fakültativ anaeroblar

specific bacteriophages

spesifik bakteriofaqlar

heterotrophic bacteria

heterotrof bakteriyalar

nitrogen cycle bacteria

obliqatlaşdırılmış aeroblar

obliqatlaşdırılmış anaeroblar

photoautotrophic bacteria

fotoavtotrof bakteriyalar

kanazlizasiyanın yaratdığı göbələklər

sulfite reducing clostridia

sulfat reduksiyaedici klostridiya

thermophilic microorganisms

termofil mikroorqanizmlər

endogenous respiration

exogenous respiration

ilkin/əsas məhsuldarlıq

readily biodegradable substances

asanlıqla parçalana bilən hissəciklər

ultimate biodegradation

dynamic toxicity test

semi-static toxicity test

yarım static toksiki test

toxicity test with intermittent renewal

fasiləli yenilənən toksiki test

toxicity test without renewal

fasiləli yenilənməyən toksiki test

6.3 groups and species

6.3. qruplar və növlər

cyanobacteria (blue-green algae)

sianobakteriya (göy-yaşıl yosunlar)

mesophlic microorganisms

mezofil mikroorqanizmlər

psychrophilic microorganisms

psixrofil mikroorqanizmlər

dissolved organic carbon. doc

həll olmuş üzvi karbon

sərbəst karbon dioksidi

ümumi karbon dioksidi

total inorganic carbon

ümumi qeyri-üzvi karbon

suyun tərkibindən ammoniumun çıxarılması

total oxidized nitrogen

ümumi oksidləşmiş azot

7.4 oxygen and oxygen consumption

biochemical oxidation

biokimyəvi oksidləşmə

biochemical oxygen demand,

biokimyəvi oksigen tələbatı

chemical oxygen demand,

kimyəvi oksigen tələbatı

7.5 physico-chemical terms

ion-exchange material

ion mübadiləsi materialı

mixed bed (ion exchange)

qarışdırma yatağı (ion mübadiləsi)

oxidation reduction potential;

oksidləşmə-reduksiya potensiali

regeneration (ion exchange)

regenerasiya (ion mübadiləsi)

specific conductance;

electrical conductivity

elektrik keçiriciliyi

7.6 colloid chemistry

agglomeration coagulation

aqlomerasiya koaqulyasiyası

colloidal suspension dialysis

kolloidal suspensiya dializi

aid flocculation polyelectrolytes reverse

tərsinə polielektrolit

osmosis ultrafiltration

ultrafiltrasion osmos

7.7 acid and base consumption hardness aggressivity

7.7 turşu və əsas tələbati aqressivliyi

alkaline (temporary) hardness

qələvi (müvəqqəti) sərtliyi

genişlənəbilən indeks

methyl red end-point alkalinity

metil qırmızi maksimal qələvilik

non-alkaline (permanent) hardness

qeyri-qələvilik (daimi) sərtliyi

phenolphthalein end-point alkalinity

fenolftaleinin maksimal qələviliyi

həll oluna bilən bərk hissəciklər

həssas bərk hissəciklər

asılı bərk hissəciklər

ümumi bərk hissəciklər

7.9 surface active substances, detergents

7.9 səthdəki fəal maddələr, detergentlər

anionic surface active agent

anionik səthi aktiv maddə

cationic surface active agent

kationik səthi aktiv maddə

non-ionic surface active agent

qeyri-ionik səthi aktiv maddə

7.10 groups of substances

7.10 qruplar və növlər

polychlorinated biphenyls

polixlorlaşdırılmış bifenillər

polynuclear aromatic hydrocarbons

çoxnüvəli aromatik hidrokarbonlar

non-biological degradation

qeyri-bioloji deqradasiya

physico-chemical treatment

fiziki-kimyəvi təmizləmə

ilkin/əsas deqradasiya

radiokimyəvi göstərici

recalcitrant substance

trace element (analytical)

mikroelementlər(analitik)

trace element (essential)

qualitative repeatability

keyfiyyət baxımlı təkrarlama

qualitative reproducibility

keyfiyyət baxımlı artım

quantitative repeatability

kəmiyyət baxımlı təkrarlama

quantitative reproducibility

kəmiyyət baxımlı artım

avtomatik nümunə götürmə

mürəkkəb nümunə götürmə

davamlı nümunə götürmə

ayrıca nümunə götürmə

çömçə ilə nümunəgötürmə

bir dəfə nümunəgötürmək

nöqtədən nümunəgötürmə (lokal)

izokinetik nümunəgötürmə

proportional sampling

proporsional nümunəgötürmə

nümunə götürülən xətt

nümunə götürülən şəbəkə

nümunə götürülən nöqtə

nümunə götürülən sahə

qayçılı nümunə götürən

test aparılma mərhələsi

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Kollegiyasının “________________” 2015-ci il tarixli _________________ nömrəli Qərarı ilə təsdiq edilmişdir.

1. Ekologiya üzrə Texniki Komitə tərəfindən (TK-09) İŞLƏNİB-HAZIRLANIB, MÜZAKİRƏ EDİLİB (20 may 2015-ci il) və TƏQDİM EDİLİB.

2. Bu standart” ISO 8689-1:2000 “Water quality — Biological classification of rivers - Part 1: Guidance on the interpretation of biological quality data from surveys of benthic macroinvertebrates” beynəlxalq standartının autentik tərcüməsidir.

3. İlk dəfə tətbiq edilir.

4. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2020-ci il, dövrü yoxlama müddəti 5 ildir.

Çayların bioloji təsnifatı

Hissə 1: Bentik (suyun dibindəki) makroonurğasızların

tədqiqi əsasında alınan bioloji keyfiyyət

məlumatının təfsiri üzrə təlimat

Biological classification of rivers

Part 1: Guidance on the interpretation of biological

quality data from surveys of benthic

ISO 8689-un bu hissəsi bentik makroonurğasızların tədqiqinə əsasən axar çaylar üzrə bioloji keyfiyyət məlumatının təfsiri üçün təlimat verir. Qəbul edilir ki, ekoloji vəziyyətin tam qiymətləndirilməsi üçün digər bioloji keyfiyyət elementləri də qiymətləndirilməlidir.

Qeyd: Əlavə A bentik makroonurğasızlardan istifadə etməklə axar suların bioloji keyfiyyət təsnifatının artıq mövcud olduğu hal üçün müxtəlif təsnifat sistemlərinin necə müqayisə edilməsinə dair təlimat təqdim edir.

Bu standartda aşağıdakı normativ sənədlərə istinad olunub. Tarixi göstərilmiş istinadlar üçün yalnız göstərilən nəşr tətbiq olunur. Tarixi göstərilməmiş istinadlar üçün isə istinad olunan sənədin ən son nəşri (hər hansı bir dəyişiklik də daxil olmaqla) tətbiq olunur.

ISO 5667-3 Water quality — Sampling — Part 3: Guidance on the preservation and handling of samples (Suyun keyfiyyəti – Nümunə götürmə.Hissə 3: Su nümunələrinin saxlanması və idarəçiliyi üzrə Təlimat)

ISO 7828 Water quality — Methods of biological sampling — Guidance on handnet sampling of aquatic benthic macro-invertebrates (Suyun keyfiyyəti – Bioloji nümunə götürmə metodları – Su bentik makroonurğasızlarından əl toru ilə nümunə götürülməsinə dair Təlimat)

ISO 8265 Water quality — Design and use of quantitative samplers for benthic macro-invertebrates on stony substrata in shallow freshwaters (Suyun keyfiyyəti – dayaz şirin suların daşlı substratlarındakı makroonurğasızlar üçün kəmiyyətcə nümunə götürənlərin tərtibatı və istifadəsi)

ISO 9391 Water quality — Sampling in deep waters for macro-invertebrates — Guidance on the use of colonization, qualitative and quantitative samplers (Suyun keyfiyyəti – Dərin sularda makroonurğasızlar üçün nümunə götürülməsi – Məskunlaşma, keyfiyyət və kəmiyyət üzrə nümunə götürülməsinə dair Təlimat)

Bu standartda ISO 5667, ISO 7828, ISO 8265, ISO 9391 standartları üzrə, həmçinin müvafiq təriflə aşağıdakı termindən istifadə olunmuşdur:

Hər zaman və yaxud illik hidroloji tsikl ərzində bəzi vaxtlarda axar suya malik səthi su hövzəsi.

3.2. Gözlənilən təbii məskunlaşma

Yalnız təbii təzyiqin (misal üçün, daşqın) baş verdiyi və insan fəaliyyəti nəticəsində təsirin olmadığı və yaxud təbii məskunlaşmanı mühüm dərəcədə dəyişdirmək üçün yetərsiz olduğu zaman sahədə mövcud olan məskunlaşma.

Axar sulardakı bentik makroonurğasız məskənlərinin tədqiqindən alınan məlumatdan istifadə etməklə stres faktorunu qiymətləndirmək üçün sahədən alınan məlumatlar (müşahidə edilən məlumat) istinad məlumat toplusu ilə müqayisə edilməlidir. İstinad məlumatı - stres faktorunun aşkarlanmadığı, insan fəaliyyətinin təsirinin olmadığı və yaxud əhəmiyyətsiz hesab edildiyi təbii məskunlaşma sahəsini təmsil edir. Sahələrin təsnifatı müşahidə olunmuş məlumat və ya istinad məlumatı arasındakı bərabərsizliyə əsaslanır.

4.2. Müşahidə olunan məlumat

Müşahidə olunan məlumat toplusu ISO 7828, ISO 8265 və ISO 9391-də təsvir edilən standart nümunə götürmə metodlarından istifadə etməklə makroonurğasızların toplanmasına əsaslanmalıdır.

4.3. İstinad məlumatı

İstinad məlumatının aşağıdakı üsullardan biri və yaxud onların birləşməsi əsasında nəzərdən keçirilməsi tövsiyə olunur:

a) Sahə üçün onun təbii şəraitində tarixi qeydlər mövcuddursa, bunlardan istifadə edilməlidir (misal üçün. AMOEBA sistemi).

b) Oxşar stresssiz sahələr tədqiq edilərkən, araşdırma altında olan sahələrdə məskunlaşmanı ehtimal etmək üçün bunlardan alınan məlumatdan istifadə olunmalıdır. Proqnoz sistemi eyni hövzədə və yaxud müqayisə olunacaq regionda stressiz sahələrlə birbaşa müqayisə ola bilər. Daha mürəkkəb proqnozlar insan fəaliyyəti nəticəsində stresin olmadığı və yaxud əhəmiyyətsiz hesab edildiyi sahələrin milli məlumat bazalarına və onunla əlaqədar kompüter proqramlarına əsaslana bilər (məsələn, Çay Onurğasızlarının Proqnozu və Təsnifatı Sistemi ).

c) Prosedur avadanlıqla təchiz edildikdə, yoxlandıqda və stres səviyyəsinə müvafiq olan indeks dəyəri hesablandıqda, bu artıq istinad məlumat toplusunu və yaxud istinad şərtləri konsepsiyasını nəzərə alır və bundan istifadə edilməlidir (misal üçün İndice biologique global normalise, Saprobien, Leitbild, Peeters et al.).

İstinad şərtləri idarəçilik məqsədi kimi münasib ola bilməz, bu halda onlar təsnifatda yalnız müqayisə məqsədilə işlədilməlidir.

4.4. Növlər/göstəricilər.

Ayrıca stresin növünü ölçmək və stresini qiymətləndirmək üçün məxsusi olaraq tərtib olunmuş bioloji indeks və yaxud göstəricidən istifadə olunmalıdır. Bentik makroonurğasız məskənlərindən istifadə zamanı üzvi çirklənmə ən geniş qiymətləndirilmiş üsulu stress faktoru olmuşdur və bu stresi qiymətləndirmək üçün bir çox göstəricilər və növlər aşkar edilmişdir. Bir çox ölkələrdə digər stres faktorlarının, məsələn, cari sürət, substrata dəyişiklikləri və evtrofikasiyanı qiymətləndirmək üçün makroonurğasız əsaslı növlərdən istifadə artmaqdadır.

Ayrıca bir stres faktoru üçün milli indeks və yaxud göstərici mövcud olmadıqda, aşağıdakı üsuldan istifadə etməklə aşkar edilməsi tövsiyə olunur: milli ekspertlər qrupu hər bir növə onun stres faktoruna dözümlülüyünü əks etdirən dəyər verir; dəyər həmçinin, növün zənginliyini və onun indikator kimi uyğunluğunu nəzərə alır (aşağıda qeydlərə baxın). Sonra isə sahədə aşkar edilmiş növün dözümlülüyündən istifadə edərək sahə indeksi alınır və hər bir növ üzrə ümumi göstəricisi və yaxud orta göstərici kimi ifadə oluna bilər. Birinci mərhələdə ailə səviyyəsində təyinatdan istifadə olunması tövsiyə edilir; əgər daha çox fərqləndirmə tələb olunarsa, nəsil və yaxud növ səviyyəsində yüksək icazə verilməsi zəruridir.

1. İcma Müqayisə İndeksindən istifadə etməklə müşahidə olunan və istinad məlumatının təsnifat siyahılarını birbaşa müqayisə etmək mümkündür. Əgər iki məlumat toplusunda heç bir mühüm fərq yoxdursa, hər hansı bir insan fəaliyyəti nəticəsində təsir göstərilmir. İki məlumat toplusunda bərabərsizliklər stress faktoru baş verdiyində göstərə bilər. Stressin növü spesifik göstəricilərdən (misal üçün, üzvi çirklənmə indeksi, turşulaşma indeksi, və s.) istifadə etməklə araşdırıla bilər. Çatışmayan növün ekoloji tələblərinə dair biliklər də mümkün stressləri göstərə bilər. Çatışmayan növün nömrəsi stressin ciddilik dərəcəsini göstərə bilər.

2. Moog, Valley və Havkes göstərmişdir ki, kifayət qədər bioloji və ekoloji məlumat mövcud olduqda dözümlülük dəyərləri obyektiv şəkildə alına bilər. Peeters və Gardeniers göstərmişlər ki, makroonurğasızlar üçün məskunlaşma tələbləri logistik reqressiya (daha ilkin inkişaf mərhələlərinə qayıtmaq) prosedurlarının köməyi ilə geniş məlumat bazalarından əldə edilə bilər.

4.5 Təsnifat/Qruplaşdırma

Təsnifat müşahidə olunan məlumatı istinad məlumatı ilə müqayisə etməklə hazırlana bilər. İndeksdən istifadə edildikdə müşahidə olunan məlumat və istinad məlumatı üçün ayrıca indekslər və yaxud göstəricilər hesablanmalıdır. Sonra isə müşahidə olunan və istinad indeksləri və yaxud göstəriciləri arasındakı fərq hesablanmalıdır. Təsnifat sistemi müşahidə olunan və istinad məlumatları arasında olan uyğunsuzluğa əsaslanmalıdır; hesab olunur ki, uyğunsuzluq stresin dərəcəsini göstərir və müşahidə olunan məlumatın istinad məlumatına nisbəti kimi ifadə oluna bilər.

Müvafiq milli təsnifat mövcud olmadıqda, təsnifatın Cədvəl 1-də göstərildiyi kimi stresin artan dərəcələri ilə ifadə olunan beş qrupla tərtib olunması tövsiyə edilir.

Müşahidə olunan məskunlaşma insan fəaliyyəti nəticəsində stresin olmadığı və yaxud əhmiyyətsiz (narahat etməyən, pozmayan) hesab edildiyi şəraitə tam və yaxud demək olar ki, tam uyğun gəlir.

İstinad edilən məskunlaşma ilə müqayisədə müşahidə olunan bu məskunlaşmada bəzi xırda dəyişikliklər vardır.

Müşahidə olunan məskunlaşmanın tərkibi istinad edilən məskunlaşmadan orta dərəcədə fərqlənir. İstinad edilən məskunlaşmanın əsas növ qrupları yoxdur.

Müşahidə olunan məskunlaşmanın tərkibi istinad edilən məskunlaşmadan əhəmiyyətli dərəcədə fərqlənir. İstinad edilən məskunlaşmanın əksər növ qrupları yoxdur.

Müşahidə olunan məskunlaşma istinad məskunlaşma ilə müqayisədə ciddi şəkildə pisləşmişdir. Yalnız ekstremal dərəcədə pozulmuş şəraitdə yaşamaq qabiliyyəti olan növ qrupları vardır.

Hər bir makroonurğasızın, məsələn, ekstremal zəhərliliyə görə aşkar edilmədiyi sahələrin qeydiyyatı aparılmalıdır.

Təsnifatın ən üst qrupu, “yüksək bentik makroonurğasız bioloji keyfiyyət” mühüm təbii və insan fəaliyyəti nəticəsində stresin olmadığı və ya əhəmiyyətsiz sayıldığı sahələrin şəraitini göstərir. Qalan siniflər insan fəaliyyəti ilə əlaqədar streslərin artan səviyyələrini göstərir. Ən üst qrup məskunlaşmaların təbii dəyişkənliyinin yerləşməsi üçün kifayət qədər geniş olmalıdır. Təbii əmələ gələn dəyişkənliyin proqnozu istinad sahələrinin müşahidəsi və ya proqnoz üsullarından istifadə edilməklə aparılmalıdır. Təsnifatın digər dərəcələri insan fəaliyyəti ilə əlaqədar artan stresi göstərən dörd hissəyə bölünməlidir.

Qeyd: Təbii dəyişkənlik təsnifatın ən geniş dərəcəsi olan birinci qrupla nəticələnirsə, qalan qruplara bölünmə əsaslandırılmır, çünki belə yarımbölünmənin insan fəaliyyətinə əsaslanan stresi əks etdirdiyi hesab olunmur.

A.1 Ümumi mülahizələr

Müqayisə çalışması hər dəfə müqayisə tələb olunduqda müxtəlif metodlardan istifadə etməklə nümunə götürmək və təhlil etməyə ehtiyac olmadan fərqli təsnifatlar arasında çevrilməyə imkan verir. Müqayisə təsnifatlar arasında deyil, indekslər və ya göstəricilər arasında aparılmalıdır. İndekslərin/göstəricilərin müqayisəsi yalnız məlumatın kifayət qədər nümunə sahələrində təsdiqləndiyi zaman keçərlidir. Əgər reqressiya üsullarından istifadə etməklə indekslər arasında münasibət qurulursa, təsnifatların aralıq olaraq bir-birinə keçməsi mümkündür.

Qeyd: İndekslər eyni üsulla çalışa bilər, lakin mövcud təsnifatlar müxtəlif fəlsəfələrdən istifadə etməklə hazırlana bilər. Əgər təsnifatlar indeks səviyyəsi əvəzinə qrup səviyyəsində müqayisə olunursa, qrupları müəyyən etməyin müxtəlif yolları anormallığa gətirib çıxara bilər. Oxşar problemlər müxtəlif istinad şəraitlərindən istifadə edən təsnifatların müqayisəsi zamanı da yarana bilər.

Yalnız insan fəaliyyəti ilə əlaqədar təzyiqlərin eyni aspektini qiymətləndirməyə cəhd göstərən indekslər bir-biri ilə müqayisə olunmalıdır. Misal üçün, Saprobien (çürümə yaradan mikroblar), BMVP – Növ üzrə Orta Göstərici (NOG) və İBGN üzvi çirklənməni aşkar edə bilər və buna görə də müqayisə üçün münasibdir.

İndekslərin müqayisəsi nəzərdən keçirilən hər bir təsnifatın tam miqyası boyunca tərtib edilmiş və təsnifat qruplarının müəyyən olunduğu məlumatdan istifadə etməklə aparılmalıdır. Mümkün olduqca, müqayisə olunan bütün siniflərdən/keyfiyyətlərdən, bütün sistemlərdən alınan məlumatdan müqayisə məqsədilə istifadə olunmalıdır.

İkidən artıq indeks və ya göstərici müqayisə edildikdə, hər birinin vahid indeks və ya göstərici (baza indeks/göstərici) ilə müqayisə olunması tövsiyə edilir; bütün mümkün müqayisələrin matrisini tərtib etmək məsləhət deyil. Əlavə olaraq tövsiyə olunur ki, baza göstəricisi ən az nümunə götürməyi və analitik səhvi tələb edən bir göstərici olsun.

Müqayisə olunan indekslərə uyğun gələn bütün nümunə metodlarından istifadə etməklə, hər bir sahədən nümunə götürülərək müqayisələr aparılmalıdır. Nümunələrin ilin eyni vaxtında və eyni növ canlılardan götürülməsi vacibdir, əks halda mövsümi dəyişikliklər və mikrocanlı dəyişiklikləri məlumat topluları arasında fərqlərin dərəcəsini artıracaqdır. Nümunə götürməyin vaxtında (mövsüm üzrə) və məskənlər (novlar, gölməçələr və s.) üzrə təbəqələşməsi fərqliliyi azaldır və bununla da statistik gücü artırır.

A.2 Statistik mülahizələr

Sahələr (müşahidə olunmuş və gözlənilən dəyərlər) və yaxud illər (eyni sahə üçün vaxt silsilələri) arasında indeks və yaxud göstərici üçün fərq aşkar edilməsə, II növ (beta) xəta mümkünlüyünü təyin etmək vacibdir. Sadə yol budur ki, əgər fərq mövcuddursa, sınağın statistik gücü (I beta xətası) xətanı tapmaq üçün kifayət qədər böyükdür.

Biomonitorinq tədqiqatlarında çoxlu biotik indekslər seçildikdə və istifadə olunduqda ehtiyat tədbirlərindən istifadə edilməlidir. Çirklənmə səciyyəli indikatorlar məskən keyfiyyətinin inkişafını aşkar etmək üçün çox faydalı ola bilər, çünki ailənin tək növü (məsələn, BMVP ) və yaxud pH intervalı (məsələn, turşuluq göstəricisi ) mövcud kimi qeyd olunduqda indeks və ya göstərici dəyişəcəkdir. Bununla belə, bu sadələşdirilmiş yanaşmada özünəməxsus xüsusiyyət aşkar olunmadan baş verəcək dəyişiklik ehtimalıdır (beta xətası). Məsələn, əgər məskənin deqradasiyasını müşahidə etmək üçün kateqorik göstərici yanaşmasından istifadə olunarsa, makroonurğasız növlərinin biomüxtəlifliyində sahə üzrə səciyyəvi göstərici dəyişmələrindən öncə dəyişiklik baş verə bilər (siqnal təsiri ). Müşahidə olunmuş istinad əmsallarını hesablamaq üçün RİVPACS və BMVP göstəricilərindən istifadə edilməsi göstərmişdir ki, statistik əhəmiyyət sınaqları sahələr arasında və yaxud verilmiş sahədə zaman keçdikcə baş verən fərqləri nümayiş etdirməklə keçirilə bilər.

Statistik sınaqlarla əlaqədar: bir çox biotik indekslərə parametrik sınaqları tətbiq edərkən diqqətli olmaq lazımdır. Bir alternativ yanaşma sınaqların getdikcə daha çox ümumişlək olan təsadüfi seçim prosedurlarından istifadə etməklə keçirilməsidir.

[1] Nyuman P.J. Səth su keyfiyyətinin təsnifatı. AB üzv ölkələrində istifadə olunan sxemlərin icmalı. Haynemann, Oksford, 1988.

[2] Rozenberq D.M. və Reş V.H. Şirin suların biomonitorinqi və makroonurğasızlar. Çapman və Hall, London, 1993.

[3] Metkalfe J.L. Makroonurğasız məskənlərə əsaslanmaqla axar suların bioloji su keyfiyyətinin qiymətləndirilməsi: Avropada tarix və cari vəziyyət. Ekoloji Çirklənmə, 60, səhifə 101-139, 1989.

[4] Brittain J.E. və Saitveit S.J. Su axınlarının monitorinqində makroonurğasızlardan istifadə. Vann 1-84, səhifə 116-122, 1984 (Norveç dilində).

[5] De pau N., Getti P.F., Manzini P. Və Spaqqiari R. Axar sular üçün bioloji qiymətləndirmə metodları. Çay Suyunun Keyfiyyəti, Ekoloji Qiymətləndirmə və Nəzarət, 1992.

[6] ON M 6232 Richtlinien für die ökologiche Untersuchung und Bewertung von Fliessgewassern, 2sprachige Fassung (Suların ekoloji tədqiqi və qiymətləndirilməsi üzrə Təlimat, ikidilli nəşr).

[7] Bundesministerium für Land und Forstwirtshaft, Fauna aquatica austriaca, Katalog zur autokölogischen Einstufung aquatischer Organismen Österreichs; Moog O. Univ. für Bodenkultur, Abt, Hydrobiol., Fischerewirtschaft und Aquakultur, 1995

[8] Su Keyfiyyətini Qiymətləndirən Ekoloji Agentlik, Biologiya üzrə Ümumi Keyfiyyət Qiymətlndirməsi sxemi. Ekoloji Agentlik, Bristol, Böyük Britaniya, 1997.

[9] Knoben R.A.E., Roos C. və Van Oirşot M.C.M. Su axınları üzrə bioloji qiymətləndirmə metodları. Üçüncü cild, UN/ECE Monitorinq və Qiymətləndirmə üzrə xüsusi qrup 3-cü Cild. RİZA, Leylstad, 1995

[10]UN/ECE Monitorinq və qiymətləndirmə üzrə xüsusi komissiya. Su keyfiyyətinin monitorinqi və transsərhəd çayların qiymətləndirilməsi üzrə Təlimat. RİZA, Leylstad, 1996

[11] Reijnen R., Harms V.B., Foppen R.P.B., de Visser R. və Volfert H.P. Çay reabilitasiya ssenarilərində ekoloji şəbəkələr. Aşağı Reyn üçün nümunə araşdırması, Reyn-Ekonet Raportu nömrə 58, RİZA, Leylstad, 1995

[12] Rayt J.F., Furse M.T. və Armitac P.D. Axan sularda ekoloji təzyiqi təyin etmək üçün makroonurğasızlardan istifadə. Dəniz və şirin su sistemlərində su keyfiyyəti və təzyiq indirkatorları: təşkilatın əlaqələndirici səviyyələrində. Sutklif D.V. (redaktor). Şirin suyun Bioloji Assosiasiyası, səhifə 15-34, 1994.

[13] Çay Suyunun Keyfiyyəti: 1980-ci ilin tədqiqatı və gələcəyə baxış. Milli Su Şurası, London, 1981.

[14] Agences de l’eau, Ministere de l’Environnement, Consel Superieur de la Peche. Indice biologique global normalise (IBGN) – NF T 90-350 – cahier technique. Gay Environnement, 1995

[15] DIN 38410 Teil 2, Deutsche Einheitsverfahren zur Wasser -, Abwasser und Schlammuntersucung: Bilogisch-ökologische Gewasseruntersuchung. Bestimmung des Saprobienindex (M2), 1991.

[16] Peeters E.T.H.M., Gardeniers J.J.P. və Tolkamp H.H. Niderlandda səth sularının ekoloji vəziyətini qiymətləndirmək üçün yeni metod. 1-ci Hissə: Axan sular. Verh. İnternat. Verein. Limnol., 25, səhifə 1914-1916, 1994.

[17] Conson R.K. Şirin su biomonitorinqində indikator konsepsiyası. Chrinomids (genlərdən ekosistemlərə qədər). Cranston P. (redaktor). CSİRO, Kanberra, səhifə 11-26, 1995.

[18] Hellavel J.M. Şirin suların çirklənməsinin bioloji indikatorları və ekoloji idarəçilik. Elsevier, London və Nyu-York, 1988.

[19] Metkalfe-Smis J.L. Çayların su keyfiyyətinin bioloji qiymətləndirilməsi: Makroonurğasız məskənlərindən istifadə. Çay Bələdçisi: hidroloji və ekoloji prinsiplər. 2-ci Cild, Kalou P. və Petts G.E. (redaktorlar), Blakvell, Oksford, 1994.

[20] Valley V.J. və Havkes H.A. İngiltərə və uelsin 1990-cı il üzrə Çay Keyfiyyətinin Tədqiqi məlumatından istifadə etməklə Bioloji Monitorinq İşçi Partiya göstəricilərinin kompüter əsaslı təkrar qiymətləndirilməsi. Su Tədqiqatı, 30, səhifə 2086-2094, 1996.

[21] Peeters E.T.H.M. və Gardeniers J.J.P. Logistik reqressiya iki ümumi qammaridin məskunlaşma tələblərini təyin etmək üçün vasitə kimi. Şirin Su Biologiyası, 39, səhifə 605-615, 1998

[22] Sokal R.R. və Rolf F.J. Biometriya, bioloji tədqiqatda prinsiplər və statistika təcrübələri. 3-cü redaktədə, V.H. Freemann, Nyu-York, 1995.

[23] Milli Çay Qurumları Bioloji qiymətləndirmə metodları: Bioloji məlumatın keyfiyyətinə nəzarət etmək. Milli Çay Qurumları, Bristol, Böyük Britaniya, 1995.

[24] Conson R. Şəxsi radioəlaqə.

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Kollegiyasının “________________” 2015-ci il tarixli _________________ nömrəli Qərarı ilə təsdiq edilmişdir.

1. Ekologiya üzrə Texniki Komitə tərəfindən (TK-09) İŞLƏNİB-HAZIRLANIB, MÜZAKİRƏ EDİLİB (20 may 2015-ci il) və TƏQDİM EDİLİB.

2. Bu standart ISO 8689-2:2000 “Water quality - Biological classification of rivers - Part 2: Guidance on the presentation of biological quality data from surveys of benthic macroinvertebrates” beynəlxalq standartının autentik tərcüməsidir.

3. İlk dəfə tətbiq edilir.

4. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2020-ci il, dövrü yoxlama müddəti 5 ildir.

Suyun Keyfiyyəti - Çayların Bioloji Təsnifatı

Hissə II: Bentik makroonurğasızlar sinfi

üzrə aparılan tədqiqatlardan götürülmüş

bioloji keyfiyyət haqqında məlumatın

təqdimatına dair rəhbər sənəd

Water quality - Biological classification of rivers

Part II: Guidance on the presentation of

biological quality data from surveys

of benthic macroinvertebrates

Bu standartda Bentik makroonurğasızlar sinfi üzrə aparılan tədqiqatlar əsasında axar sulara dair bioloji keyfiyyət məlumatlarının təqdimatına dair rəhbər sənədi verilmişdir. Bu rəhbər sənəd nümunələrin götürülməsi üçün standart metodlardan və ISO 8689-1-də verilən təsnifat prosedurlarından istifadə etməklə tədqiqatların nəticələrinə aid edilə bilər. Qeyd etmək lazımdır ki, ekoloji statusun tam qiymətləndirilməsi üçün bioloji keyfiyyətə dair digər elementlər də qiymətləndirilməlidir.

Qeyd: Bentik makroonurğasızların tədqiqi üzrə aparılan analizlərdə istifadə edilən müxtəlif indekslərin müqayisəli izahı İSO 8689-1-də verilmişdir.

ISO 5667-3 Water quality -Sampling -Part 3: Guidance on the preservation and handling of samples. (Suyun keyfiyyəti – Nümunə götürmə. Hissə 3: Su nümunələrinin saxlanması və idarəçiliyi üzrə Təlimat)

ISO 7828 Water quality — Methods of biological sampling — Guidance on handnet sampling of aquatic benthic macro-invertebrates. (Suyun keyfiyyəti- Bioloji nümunə götürmə metodları – Su bentik makroonurğasızlarından əl toru ilə nümunə götürülməsinə dair Təlimat)

ISO 8265 Water quality - Methods of biological sampling -Guidance on the design and use of quantitative samplers for benthic macro-invertebrates on stony substrata in shallow waters (Suyun keyfiyyəti – dayaz şirin suların daşlı substratlarındakı makroonurğasızlar üçün kəmiyyətcə nümunə götürülmənin tərtibatı və istifadəsi)

ISO 9391 Water quality -Sampling in deep waters for macro-invertebrates -Guidance on the use of colonization, qualitative and quantitative samplers (Suyun keyfiyyəti – Dərin sularda makroonurğasızlar üçün nümunə götürülməsi – Məskunlaşma, keyfiyyət və kəmiyyət üzrə nümunə götürülməsinə dair Təlimat)

ISO 8689-1 Water quality — Biological classification of rivers — Part 1: Guidance on the interpretation of biological quality data from surveys of benthic macroinvertebrates.( Suyun keyfiyyəti. Çayların bioloji təsnifatı Hissə 1: Bentik (su dibindəki) makroonurğasızların tədqiqi əsasında alınan bioloji keyfiyyət məlumatının təfsiri üzrə təlimat ).

Bu standartda ISO 5667, ISO 7828, ISO 8265, ISO 9391 standartları üzrə, həmçinin müvafiq təriflə aşağıdakı termindən istifadə olunmuşdur:

3.1 Çayın əsas axını (axın formalaşan zonaya məxsus hissə)

Çay hövzəsinin axarlarının uzunluğunun formalaşması fiziki, kimyəvi və hidroloji cəhətlərinə görə müəyyənləşir.Bu da su obyektdə nəticə etibarıyla çayın axın istiqaməti ilə axına qarşı istiqamətdə fərqlilik yaradır.

Qeyd: Çay axarlarının tökülmə nöqtəsində ( sərhədində) axın xarakterindən aslı olaraq prinsipial fərq olur.

3.2 Representativ nümunə götürülmə sahəsi

Çayın əsas hissəsində suyun bioloji keyfiyyətini tam şəkildə təsvir edə bilən nümunə götürülmə sahəsi.

Axar sulardakı bentik makroonurğasızlar sinfi üzrə aparılan tədqiqatlarla bağlı bioloji keyfiyyətlər haqqında məlumatların təqdimatı tədqiqat aparılan su mənbələrində müxtəlif bioloji keyfiyyətlərin yayıldığı ərazilərin ayrı-ayrı rənglərlə ifadə edildiyi kodlaşdırılmış xəritə əsasında aparılır.

Bentik makroonurğasızlar sinfinə dair nümunələr İSO 5667-3, İSO 7828, İSO 8265 və İSO 9391-ə uyğun olaraq götürülür.

Heyvanların çeşidlənməsi və müəyyənləşdirilməsi onların səciyyələndirilməsində istifadə edilmiş indekslərə uyğun olaraq təyin edilən prosedurlara əsaslanmalıdır.

7 TƏQDİMAT VƏ TƏDQİQAT PROSEDURU

Su obyektləri təqdim edilərkən, eyni bioloji keyfiyyətə malik hissələrə bölüşdürülməlidir.

Səciyyələndirmə İSO 8689-1-də verilən rəhbər sənədə uyğun olaraq aparılmalıdır.

Su obyektlərinin hər birinin adı xəritədə aydın şəkildə qeyd edilməlidir. Axın istiqamətinin təsviri ilə yanaşı, hər bir çayın əsas hissəsində (axım formalaşan zonaya məxsus hissə) nümunə götürülən sahələrin yerləşməsi də xəritədə təsvir edilməlidir. Xəritədə göstərilən rənglər və siniflərin təsviri cədvəl 1-də göstərilən qaydada olmalıdır.

7.4 İndikator orqanizmləri mövcud olmayan tədqiqat sahələri

Bentik makroonurğasızlar sinfinin xəritədə olmadığını göstərmək üçün “qara” rəngdən istifadə edilə bilər.

7.5 Haqqında məlumat göstərilməyən çay dirsəkləri

Tədqiqat aparılan bütün əsas çay axını hissələri (axım formalaşan zonaya məxsus hissə) haqqında məlumatların təqdim edilə bilməsi və eləcə də bütün tədqiqat sahəsinin göstərilməsi üçün tədqiqat aparılmayan çay dirsəkləri də xəritədə təsvir edilməlidir. Bu dirsəklər xəritədə qara rənglə göstərilməlidirlər.

İSO 8689-un bu hissəsinə uyğun olaraq xəritə üçün verilən nümunə 1-ci sxemdə göstərilib.

Sxem 1 — Bentik tədqiqatlar əsasında Avon çayı və onun qollarındakı suyun bioloji keyfiyyətinin təsvir edildiyi rənglərlə kodlaşdırılmış xəritə

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Kollegiyasının “________________” 2015-ci il tarixli _________________ nömrəli Qərarı ilə təsdiq edilmişdir.

1. Ekologiya üzrə Texniki Komitə tərəfindən (TK-09) İŞLƏNİB-HAZIRLANIB, MÜZAKİRƏ EDİLİB (20 may 2015-ci il) və TƏQDİM EDİLİB.

2. Bu standart ISO 14015:2001 “Environmental management -environmental assessment of sites and organizations” beynəlxalq standartının autentik tərcüməsidir.

3. İlk dəfə tətbiq edilir.

4. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2020-ci il, dövrü yoxlama müddəti 5 ildir.

Ətraf mühitin idarə edilməsi

İstehsal sahələrinin və təşkilatların

ekoloji qiymətləndirilməsi

Prinsiplər və struktur sxemi

Environmental Management

Environmental assessment of sites

Principles and framework

Ekoloji aspektlərin və ekoloji nəticələrin identifikasiyası prosesində İSTEQ-nin (İstehsal Sahələrinin və Təşkilatın Ekoloji Qiymətləndirilməsi) aparılması üzrə rəhbəredici sənədi müəyyənləşdirir və biznes üçün onların nəticələrinin təyin edilməsini təmin edir.

Qiymətləndirmədə tərəflərin (müştəri, qiymətləndirməni aparan şəxs və qiymətləndirmə üzrə nümayəndə) vəzifə və öhdəlikləri, eləcə də qiymətləndirmə prosesi (planlaşdırma, məlumat toplanılması, qiymətləndirmə və hesabat) beynəlxalq standartlarda öz əksini tapmışdır. İSTEQ-nin təşkil edilməsi prosesi Cədvəl 1-də göstərilmişdir.

Lakin aşağıda göstərilənlər kimi ekoloji qiymətləndirmə üzrə digər məsələlər haqqında təlimatlar beynəlxalq standartlarda verilməmişdir:

· ilkin ekoloji dəyərləndirmə;

· ətraf mühitə təsirin qiymətləndirilməsi;

· ətraf mühit üzrə fəaliyyətlərin qiymətləndirilməsi.

Müdaxiləedici araşdırmalar və sahənin düzəldilməsi, eləcə də onları həyata keçirmək üçün qərarlar bu standartın hüdudlarından kənardadır.

Bu standartdan sertifikatlaşdırma və yaxud qeydiyyat məqsədləri üçün və ya ətraf mühitin idarəçiliyi sisteminin tələblərinin müəyyənləşdirilməsi üçün səciyyələndirmə standartı kimi istifadə edilməsi nəzərdə tutulmur.

Bu standartdan istifadə digər standartların və qanunvericiliyin müştərinin və yaxud vergi ödəyicisinin öhdəliyi kimi başa düşülmür.

Qeyd: Beynəlxalq standartlardakı mövzuların sıra bəndləri (başlıqları) sxemdə mötərizədə qeyd olunmuşdur. Qırıq-qırıq xətlər onu göstərir ki, qiymətləndirilən tərəfin beynəlxalq standartlarda göstərildiyi şəkildə (3.2-yə baxın) İSTEQ-ə cəlb edilməsi elə də vacib deyil.

Bu standartda aşağıdakı terminlərdən və onların müvafiq təriflərindən istifadə edilir:

Qiymətləndirməsi aparılmış sahə və təşkilat

Qiymətləndirmə prosesini aparan şəxs

2.3 Görülən işlərin nəticələri

Ətraf mühit üzrə müəyyənləşdirilmiş və qiymətləndirilməsi aparılmış məsələlərin faktiki və ya potensial təsirləri. Məsələn, maddi və ya digər, müsbət və ya mənfi, keyfiyyət və ya kəmiyyət baxımından və s.

Qiymətləndirməni aparan təşkilat

Məsələn, sahənin sahibi olan tərəf, qiymətləndirməni aparan tərəf və ya hansısa digər tərəf.

Təşkilatın fəaliyyət göstərdiyi hava, su, torpaq, təbii ehtiyatlar, flora, fauna, insanlar və onların qarşılıqlı əlaqəsi olan sahələr.

Təşkilatın ətraf mühitlə əlaqəsi ola biləcək fəaliyyətləri, məhsulu və ya xidmətləri.

2.7 İSTEQ sahələrin və təşkilatların ekoloji qiymətləndirməsi

Ekoloji aspektlərin və məsələlərin obyektiv şəkildə müəyyənləşdirilməsi, eyni zamanda sahələrin və qurğuların indiki və ya keçmiş zamanda görülmüş və gələcəkdə görüləsi fəaliyyətlərin nəticəsinin müəyyənləşdirilməsi

Təşkilatın fəaliyyətləri, məhsulları və ya göstərdiyi xidmətlərin ətraf mühit üçün müsbət və ya mənfi, tam və ya natamam şəkildə hansısa dəyişikliklərə səbəb olması.

2.9 Ekoloji məsələlər

Tələb edilən kriteriyaya uyğun gəlməyən və nəticəsi olaraq qiymətləndirilən tərəfin və ya müştərinin cəmiyyətdəki imicinə və ya maddi baxımdan hansısa təsirə yol aça biləcək ekoloji aspektlərlə bağlı məsələlər.

2.10 Ətraf mühit üzrə idarəetmə sistemi

Ümumi idarəetmə sisteminin ekoloji məsələlər üzrə siyasətin hazırlanılması, icrası və ya qorunub saxlanması üçün təşkilati struktur, planlaşdırma fəaliyyətləri, öhdəliklər və s. daxil olduğu bölmə.

2.11 İntiusiv araşdırmalar

Müxtəlif cihazlar vasitəsilə nümunələrin götürülməsi və onların testlərinin aparılması.

Özünü idarə edə bilən korporativ və ya olmayan, ictimai və ya özəl şirkət, korporasiya, firma, müəssisə, qurum və ya idarə və eləcə də onların hansısa bölməsi və ya müştərək tərəfi.

2.13 Qiymətləndirilən tərəfin nümayəndəsi

Qiymətləndirilən tərəfi təmsil edən nümayəndə.

Coğrafi mövqeyi (sərhədləri) təyin edilmiş və aidiyyəti təşkilatın öz fəaliyyətlərini icra edə biləcəyi ərazi.

2.15 Təsdiq (tələblərə düzgün cavab verilməsi)

Qiymətləndirməni aparan tərəfin təhvil verilən məlumatların qiymətləndirmə prosesinin tələblərinə düz cavab verə bildiyini, dəqiq və etibarlı olduğunu təsdiq etdiyi proses.

Müştərinin vəzifə və öhdəliklərinə aşağıdakılar daxildir:

· qiymətləndirmə prosesi üçün tələblərin müəyyənləşdirilməsi;

· qiymətləndirmə prosesinin məqsədlərinin təyin edilməsi;

· özü və ya qiymətləndirən tərəflə birgə qiymətləndirmə prosesi üçün lazımi kriteriyaların təyin edilməsi;

· qiymətləndirən tərəfin seçilməsi;

· qiymətləndirən şəxs üçün təlimatların təchiz edilməsi;

· qiymətləndirmə prosesinin hansı hissələrinin qiymətləndirən şəxs və hansı hissələrininsə müştərinin özü tərəfindən aparılacağının müəyyənləşdirilməsi;

· prioritetlərin qiymətləndirilməsi sahələrinin müəyyənləşdirilməsi;

· işin düzgün və ədalətli yerinə yetirilməsi məqsədilə hərtərəfli əməkdaşlığa nail olmaqdan ötrü qiymətləndirən tərəfin nümayəndəsi ilə sıx əlaqə saxlamaq;

· qiymətləndirmə planın təsdiq edilməsi;

· qiymətləndirmənin həyata keçirilə bilməsinə imkan yaratmaq üçün aidiyyəti qurumun cəlb edilməsi və mənbələrin təşkil edilməsi;

· qiymətləndirməni apara bilməsindən ötrü lazım olan məlumatların qiymətləndirən şəxs üçün təmin edilməsi;

· qiymətləndirmə prosesinin nəticələrinin əldə edilməsi və onların tərəflərə paylanılmasının təşkil edilməsi;

Müştəri qiymətləndirmənin nəticələrini 3-cü tərəfə açıqlamadan öncə bu haqda qiymətləndirən tərəfin nümayəndəsini məlumatlandırıb-məlumatlandırmayacağı ilə bağlı qərar verməlidir.

Qeyd: müştəri, qiymətləndirən şəxs və qiymətləndirilən tərəfin nümayəndəsinin fəaliyyət istiqamətləri bir olmalıdır.

3.2 Qiymətləndirilən tərəfin nümayəndəsi

· qiymətləndirilən tərəfin nümayəndəsinin vəzifə və öhdəlikləri aşağıdakılardır:

· qiymətləndirmə prosesinin tələblərinə cavab verə bilən aidiyyəti məlumatların və sənədlərin təkmilləşdirilməsinə imkan yaratmaq;

· qiymətləndirmə prosesi haqqında aidiyyəti şəxslərin məlumatlandırılması;

· müsahibələrin götürülməsi üçün personalın təyin edilməsi;

· qiymətləndirmə prosesində lazım gələrsə köməklik göstərəcək heyətin təyin edilməsi.

3.3 Qiymətləndirən tərəf

Auditorlardan fərqli olaraq qiymətləndirən tərəfin vəzifə və öhdəlikləri bir qədər fərqlidir:

· qiymətləndirmə prosesi üçün tələblərin və kriteriyaların müəyyənləşdirilməsində lazım gəldikdə müştəriyə köməklik göstərmək;

· hesabatın verilməsinə dair metod və formaların hansı qaydada olması ilə bağlı müştəri ilə razılığa gəlmək;

· qiymətləndirmə planının hazırlanılması və müştəri tərəfindən təsdiq edilməsinə nail olmaq;

· sənədlərin hazırlanılması və saxlanılmasına cavabdehlik;

· hər bir şəxsin və tərəflərin qiymətləndirmə prosesinin tələblərinə və öz vəzifə və öhdəliklərinə tam və düzgün qaydada cavab verə bilməsinin təmin edilməsi, qiymətləndirmə prosesini icra edən heyətin təşkili;

· qiymətləndirmə prosesini icra edən heyətin müştəri tərəfindən təsdiq edilməsinə nail olmaq;

· ilkin məlumatların təkmilləşdirilməsi;

· qiymətləndirmə prosesini icra edən heyətin üzvlərinin hər birinin ayrı-ayrılıqda qiymətləndirmə prosesində üzərinə düşən vəzifə və öhdəliklərinin təyin edilməsi;

· qiymətləndirmə prosesinə dair məlumatların toplanılması və etibarlılığının yoxlanılması;

· ətraf mühit üzrə məsələlərin müəyyənləşdirilməsi və təhlil edilməsi;

· müştəri tərəfindən tələb edildikdə görülən işlərin nəticələrinin aşkar edilməsi;

· lazım gəldikdə müştəri üçün hesabatın hazırlanılması və çatdırılması.

Qiymətləndirən şəxsin təcrübə və potensialına dair sənədlər Beynəlxalq Standartlarda göstərilmir. Baxmayaraq ki, həmin şəxsin ekoloji qiymətləndirməni apara bilməsi üçün aşağıdakı tələblərə cavab verməsi vacibdir:

· ali təhsilinin olması;

· bu sahədə keçirilən təlimlərdə iştirak etmək;

· bu sahədə iş təcrübəsi.

həmçinin aşağıda göstərilən məsələlər haqqında bilgi və təcrübənin olması:

· aidiyyəti qanunlar və nizamnamələr, həmçinin rəsmi sənədlər;

· ətraf mühitlə bağlı elm və texnologiyalar;

· iqtisadi və bu sahəyə aid bilgi;

· görüləcək işlərin texniki və ekoloji aspektləri;

· qurğularla davranmaq qaydası;

· qiymətləndirmə prosesinin aparılması qaydaları.

Qiymətləndirmə prosesi dedikdə qiymətləndirmənin planlaşdırılması, məlumatların toplanılması və etibralılığının yoxlanılması, məlumatların dəyərləndirilməsi və qiymətləndirmə ilə bağlı hesabatın hazırlanılması nəzərdə tutulur.

Əgər müştəri tərəfindən tələb edilərsə, bu sahədə olan biznes imkanları da prosesə daxil edilə bilər.

Qiymətləndirmənin aparılacağı ilə bağlı razılıq əldə edildikdən sonra onun planlaşdırılması aparılır. Planlaşdırmaya qiymətləndirmənin məqsədləri, məzmunu və kriteriyalarının müəyyənləşdirilməsi və razılaşdırılması və eyni zamanda qiymətləndirmə üzrə planın hazırlanması daxildir.

4.2.2 Qiymətləndirmə prosesinin məqsədi

Müştəri tərəfindən təyin edilən məqsədlər qiymətləndirmədə öz əksini tapmalıdır. İSTEQ-nin məqsədlərinə aşağıdakılar daxildir:

· sahə və/ya təşkilatla bağlı ekoloji aspektlər və ekoloji məslələrə dair məlumatların müəyyənləşdirilməsi, toplanılması və dəyərləndirilməsi

· sahə və/ya təşkilatla bağlı ekoloji məsələlərin biznes aspektlərinin müəyyənləşdirilməsi.

4.2.3 Qiymətləndirmənin məzmunu

Qiymətləndirmənin məzmunu dedikdə qiymətləndirmənin hədləri və məqsədi nəzərdə tutulur.

Biznes imkanlarının müəyyənləşdirilməsi müştərinin istəyi əsasında işin ümumi məzmununa daxil edilə və yaxud edilməyə bilər.

· qiymətləndiriləcək ekoloji aspektlər üzrə kateqoriyalar;

· digər tərəfi və təşkilatı da maraqlandıra biləcək ekoloji təsirlər;

· qiymətləndirilən sahənin fiziki hədləri (məsələn, sahə, sahənin hissəsi);

· mövcud bitişik və qonşu sahələr;

· müqavilə bağlayan tərəflərin, təchizatçıların, təşkilatların, fərdlərin və s. cəlb edilməsindən ötrü fəaliyyətlərin aparılması əlaqələrin qurulması kimi təşkilati məsələlər;

· əhatə edən vaxt müddəti (məs, keçmiş, indiki və/ya gələcək)

qiymətləndirilən tərəfin və/ya müştərinin apardığı fəaliyyətlər (məs, cari fəaliyyətlər, dəyişikliklərin aparılması planı, genişləndirmə, sökmə, istismardan çıxarma, əşyalarının təmiri və s.);

· kriteriyaların təkmiləşdirilməsi üzrə (baxın: 4.2.4);

Ümumi məzmun qiymətləndirməyə daxil edilə biləcək hansısa aidiyyəti sahələr və təşkilatların fəaliyyətlərinin müəyyənləşdirilmək və/ya məhdudlaşdırılmaq imkanı vardır. Müştəri öz mülahizəsində qiymətləndirmə başlandıqdan sonra ümumi məzmunda düzəlişlər edə bilər. İstənilən dəyişiklik qeydə alınmalı və aidiyyəti tərəflərə ötürülməlidir.

Qiymətləndirmə zamanı müştəri prioritet diqqət cəlb edən elementləri aşkar edə bilər. Prioritetlər qiymətləndirmənin planlaşdırılması aparılarkən möcud məlumatlar əsasında səciyyəvi olaraq təyin edilirlər. Lakin prioritetlərin müəyyənləşdirilməsi bu heç də qiymətləndirən şəxs üçün cavabdehlik daşıdığı bütün ümumi məzmunun qiymətləndirilməsini aparmaqdan boyun qaçırması imkanı yaratmır.

4.2.4 Qiymətləndirmə meyarları

Qiymətləndiriləcək toplanılmış məlumatlara zidd olaraq meyarlarn müəyyənləşdirilməlidirlər. Meyarlara aşağıdakılar da daxil olmaqla, lakin onlarla məhdudlaşdırılmadan bunlar aid edilə bilər:

· mövcud tətbiq olunan və dəqiq proqnozlaşdırıla bilən hüquqi tələblər (məs, icazələr, buraxılışlar, ekoloji qanunlar və nizamnamələr və nizamlayıcı siyasətlər);

· müştərinin müəyyənləşdirdiyi digər ekoloji tələblər (məs, təşkilati siyasətlər və prosedurlar, ətraf mühit üzrə spesifik şərtlər, idarəçilik təcrübəsi, sistemlər və işin icrası üzrə tələblər, praktika üçün peşəkar kodlar);

· maraq göstərən üçüncü tərəfin tələbləri, iddiaları və ya potensial iddialar (məs, sığorta şirkətləri, maliyyə təşkilatları);

· texnoloji mülahizələr.

4.2.5 Qiymətləndirmə planı

Qiymətləndirmə planına lazım gəldikdə aşağıdakılar daxil edilməlidir:

· sifarişçinin, qiymətləndirilən tərəfin nümayəndəsinin və qiymətləndirən tərəfin təyin edilməsi;

· qiymətləndirmənin məqsədi və ümumi məzmunu;

· qiymətləndirmə kriteriyaları;

· prioritetlərin qiymətləndirlməsi sahələri;

· vəzifə və öhdəliklər;

· qiymətləndirmə aparılan dil və aidiyyəti hesabatlar;

· tarixlərin və müddətin göstərildiyi qiymətləndirmə cədvəli;

· resurs tələbatı (məs, insan, maddi, texnoloji);

· istifadə ediləcək qiymətləndirmə prosedurları;

· istifadə ediləcək istinad sənədlərinin icmalı, siyahı və protokollar və digər işçi sənədləri;

· hesabatvermə tələbləri;

· məxfilik tələbləri.

Qiymətləndirməyə daxil edilə biləcək mümkün məhdudiyyətlərin bir qismi qiymətləndirmə planında müəyyənləşdirilə bilər. Mümkün məhdudiyyətlər dedikdə aşağıdakılar nəzərdə tutulur:

· qiymətləndirmə vaxtı;

· qiymətləndirmə üçün mövcud resurslar;

· lazımi yerlərə giriş imkanı;

· personal ilə ünsiyyət və/ya aidiyyəti sənədlərin əldə edilə bilməsi imkanları.

Müştəri qiymətləndirmə planını nəzərdən keçirməli və təsdiq etməlidir. Lazım gələrsə qiymətləndirilən tərəfin nümayəndəsi də planla tanış ola bilər.

4.3 Məlumatın toplanması və yoxlanılması

Qiymətləndirmə mövcud sənədləri və arxivləri (sahəyə səfər ərəfəsində və/ya öncə) nəzərdən keçirilməklə, fəaliyyətlərin və fiziki şərtlərin müşahidəsini aparmaqla ekoloji aspektlərə dair toplanılmış məlumatların etibarlılığına əsaslanır.

Ekoloji aspektlərə dair məlumatların toplanılması prosesi işin məqsədinə, ümumi məzmununa və qiymətləndirmə planına uyğun aparılmalıdır. Qiymətləndirən şəxs məlumatları toplayarkən onların səmərəli, aidiyyəti və dəqiq olmasına əmin olmalıdır. Toplanılan məlumat yalnız toplanma zamanı tətbiq edilə bilər, çünki şərtlərdə hansısa dəyişiklik edilərsə məlumatın etibarlılığına da öz təsirini göstərə bilər.

Qiymətləndirən yetərli informasiyanın elə toplanmasına səy göstərməlidir ki, fərdi faktlar və az əhəmiyyətli faktların birləşmələri - hansıların ki, hər ikisi istənilən yekun mülahizəyə təsir göstərə bilər - nəzərə alınsın.

Qiymətləndirmə üçün tələb edilən məlumatların növlərinə dair nümunələr praktiki köməkçi qutuda göstərilmişdir.

· fiziki xüsusiyyətləri (məs, hidrogeologiya);

qiymətləndirilən tərəf, bitişik və yaxınlıqdakı sahələr:

· torpaqdan istifadə;

· qurğular, proseslər və əməliyyatlar;

· sahənin həssaslığı;

· xammal, məhsullar (eləcə də təhlükəli materiallar);

· materialların saxlanılması və təkmilləşdirilməsi;

· havanın, suyun və torpağın çirkləndirilməsi;

· tullantıların bir yerə yığılması, nəzarət edilməsi və atılması;

· leysan və daşqın suları;

· ictimaiyətin sağlamlığı və təhlükəsizliyi;

· qanuni, təşkilati və digər tələblər, onların pozulması və riayət edilməməsi;

· xarici tərəflərlə əlaqələr.

Hər bir sahə və ya qurğu üçün yalnız yuxarıda qeyd olunan tələblər deyil, digər tələblər də tətbiq edilə bilər.

4.3.2 Mövcud sənədlərin yoxlanılması

Lazımsız xərclər etmədən sahə və/ya təşkilat haqqında bilgilərin tam öyrənilə bilməsindən ötrü qiymətləndirən şəxs sənədləri və qeydləri toplamalı və onları diqqətlə nəzərdən keçirməlidir. Sənədlərə və qeydlərə dair uyğun nümunələr Praktiki Köməkçi Qutusu №2-də göstərilmişdir.

Hər hansı spesifik faktı təsdiqləmək üçün çoxsaylı informasiya mənbələri nəzərdən keçirilməlidir. İnformasiya qiymətləndiriləndən və yaxud istənilən digər mənbədən əldə edilə bilər. Qiymətləndirilən əsassız yerə tələb olunan informasiyanı saxlayaıb verməyə bilməz. Əgər belə hal baş verərsə, o nəzərdən keçirilmənin məhdudlaşdırılması kimi qeyd olunmalıdır. Bu icmala dair digər məhdudlaşdırmalara vaxt, xərc və məxfilik aid edilə bilər.

Qiymətləndirən informasiyanın toplanması prosesinə dəstək məqsədilə işçi sənədləri saxlamalıdır. İnformasiyanın toplanması və nəzərdən keçirilməsi zamanı qiymətləndirənin informasiyanın növünü, mənbəyini, keyfiyyətini və etibarlılığını qeyd etməsi vacibdir. Bu informasiyanın 4.3.5-də təsvir edildiyi kimi daha səmərəli təsdiqlənməsinə imkan yaradacaqdır.

· Xəritələr, planlar və şəkillər

· Geoloji/hidrogeoloji arxivlər

· Qeydlərin ötürülməsi və yoxlanılması

· Təhlükəsizliyə dair məlumat vərəqələri

· Monitorinq prosedurları və nəticələri

· Prosesə aid sənədlər

· Qeydlərin saxlanılması

· Rəsmi qeydiyyatlar/qeydlər (məsələn, poliqonlar, çirklənmiş sahələr)

· Fövqəladə hallar və digər cavab tədbirləri üzrə planlar

· Sağlamlıq, Təhlükəsizlik və Ətraf mühit (STƏM) üzrə treninqlərə dair qeydlər

· Qəzalarla bağlı qeydlər

· Buraxılışlar/lisenziyalar/bildirişlər

· Təşkilatçılıq üzrə qrafiklər (tapşırıqlar və öhdəliklər)

· Auditlər və digər hesabatlar (qayda pozuntuları və özbaşınalıqlar)

· Qurğui siyasət, planlar və idarəetmə sistemləri

· Təchizatçılar və digər xarici tərəflərlə olan razılıqlar

· Treninqlərə dair qeydlər

· Hökumət agentlikləri

· Kommersiya ilə bağlı nəşrlər

· Sənaye prosessual məcəllələri

· Təcili yardım xidmətləri

· Ətraf mühit, sağlamlıq və təhlükəsizlik şöbəsi

· Tədqiqat və inkişaf

· Aktivlərin idarə edilməsi

· Qurğuların idarə edilməsi

· Maliyyə və mühasibat uçotu şöbəsi

· Ictimaiyyətlə əlaqələr şöbəsi

· İnsan resursları departmanı/kadrlar şöbəsi

4.3.3 Müşahidə fəaliyyətləri və fiziki şərtlər

Qiymətləndirən sahənin və yaxud təşkilatın keçmiş fəaliyyətlər və hazırkı əməliyyatlara görə fiziki şəraitinə dair informasiyanı müşahidə etməli və qeyd aparmalıdır. Müşahidə edilə bilən sahədaxili və sahədən kənar elementlərə dair nümunələr 3 №li Praktiki Yardım Qutusunda verilmişdir.

Müşahidələr sahə daxilində və sahədən kənarda aşkar edilmiş tarixi qeydlər və arxivlərin tədqiqindən alınan informasiya da daxil olmaqla nəzərdən keçirilmiş sənədlərdən tapılan informasiyanı nəzərə ala bilər. Müşahidələr təbii hisslərdən istifadə etməklə təyin oluna bilənlərlə məhdudlaşmalıdır. Qiymətləndirən harda mümkündürsə, qiymətləndirmə planına müvafiq olaraq fotoşəkilli və/və ya yazılı qeydlərlə olan müşahidələri dəstəkləməlidir.

Qiymətləndirən sahənin fiziki hüdudlarını və istənilən əlaqədar əməliyyatların həddini qiymətləndirmə həcmi və planına müvafiq olaraq təsdiq etməlidir. Qiymətləndirən sahə və yaxud təşkilatın qiymətləndirilməli olan hər hansı hissəsinə giriş imkanı əldə edə bilmədikdə, bu məhdudlaşdırılma qiymətləndirmə hesabatında qeyd olunmalıdır.

Qiymətləndirən sahəyə səfər/təftişlər üzrə bütün qüvvədə olan təhlükəsizlik tələblərinə əməl etməlidir.

· Tullantıların idarə olunması

· Materialların və məhsulların təkmilləşdirilməsi

· Proses üzrə aparılan əməliyyatlar

· Çirkab sularının idarə edilməsi

· Havanın çirkləndirilməsinə nəzarət

· Suyun çirkləndirilməsi

· Sahələrin istifadə edilməsi

· Çirkab sularının təmizlənilməsi üçün qurğular və kanalizasiya sistemləri

· İsidici və soyuducu sistemlər

· Boru kəmərləri və ventilyasıyalar

· Suların saxlanılması, drenaj sistemi və su durulducu çənlər

· Su saxlama konteynerləri/çənlər

· Kommunal xidmətlərin təchizatı

· Səs, çəki, silkələnmə və/ya istilik

· Səth suları və sahənin lanşaftı

· Sahənin ətrafındakı və yaxınlıqdakı sahələr və qurğular

· Torpaq və yeraltı suların vəziyyəti

· Ləkələnmiş və ya rəngini itirmiş səthlər

· Təsirə məruz qalan flora və fauna

· Tikintilər, qurğular və avadanlıqlar

· Materialların saxlanması

· Təhlükəli materiallar, məhsullar və maddələr

· Yanğın və təcili yardım üçün nəzarət avadanlıqları

Müsahibə mövcud sənədlərin və qeydlərin araşdırılmasından və fiziki şərtlərin və fəaliyyətlərin müşahidə olunmasından alınmış informasiyanın təsdiqlənməsi və yaxud əldə edilməsi üçün informasiyanın toplanması vasitəsidir.

4.3.4.2 Müsahibəçilər

Müştərinin və yaxud qiymətləndirilənin nümayəndəsinin təsdiqi ilə qiymətləndirilən fəaliyyətlər və proseslər üzrə məsul olan və yaxud onlara cəlb edilmiş qiymətləndirilənin işçiləri müsahibə edilə bilər. Əgər mümkündürsə, müsahibələr həmçinin sahə və ya təşkilatın daxilində və yaxud ondan kənarda olan fərdlərlə də aparıla bilər, harda ki onların məlumatı qiymətləndirmə üçün dəyərli ola bilər. Müxtəlif müsahib kateqoriyalarına dair nümunələr 4 №li Praktiki Yardım Qutusunda sadalanmışdır.

· Ətraf mühit üzrə mütəxəssislər

· Fəaliyyətlərin aparılması üzrə cavabdeh heyət

· Sabiq və təqaüdə çıxmış işçilər

· Ətraf mühitin mühafizəsi üzrə tənzimləyici agentliklər

· Yanğına cavabdeh qurumlar

· Təcili yardım xidmətləri

· Bələdiyyə qurumları

· Sahəyə qonşu olan obyektlər

· Hüquqi məsləhətçiləri

· Daxili təhlükəsizlik və sağlamlıq üzrə personal

· Müqavilə imzalayan tərəflər

· Satınalma məsələləri üzrə personal

Digər suallar arasında müsahiblərdən harda münasibdirsə, bunlar da soruşula bilər:

· öz işlərinin təbiətini və onun indi və keçmişdə yerinə yetirilməsi üsulu;

· sahədə istifadə, şərtlər və tarix barəsində informasiya məqsədilə ekoloji təsirə malik olmuş, hazırda malik olan və malik ola bilən hallara ayrıca istinad etməklə.

4.3.4.4 Məhdudlaşdırılmalar

Müsahib cavabları vermək üçün hər-hansı öhdəlik altında olmamalıdır və məhdud bilik əsasında tam cavablar verməyi bacarmaya bilər. Qiymətləndirənlər öz nəticələrini buna müvafiq olaraq hazırlamalıdırlar.

Qiymətləndirən müsahibdən alınmış informasiyadakı çatışmazlığın dil və yaxud idiomatik bacarıqlar daxil olmaqla ünsiyyət çatışmazlığından yaranmadığını yoxlamalıdır.

4.3.4.5 Yekun mülahizələr

İstənilən müsahibədən alınmış nəticələr cəmləşdirilməlidir. Formalaşmış istənilən mülahizə mümkün olduğu yerdə təsdiqlənməlidir.

4.3.5 İnformasiyanın təsdiqi

İnformasiya toplandıqdan sonra o, qiymətləndirmə məqsədlərinə cavab vermək məqsədilə dəqiqlik, etibarlılıq, yetərlilik və uyğunluq üzrə təsdiqlənməlidir.

İstənilən informasiya məhduddiyyətlərinin qiymətləndirilməsinə dair nəticələr müəyyən edilməli və bu barədə müştəriyə mümkün qədər tez məlumat verilməlidir.

Əgər dəyərli informasiya qiymətləndirmənin həcmindən kənarda toplanmışdırsa, lakin qiymətləndirmə məqsədlərinə cavab verməyə töfhə verə bilərsə, onu müştəriyə çatdırmaq lazımdır.

Keçərli informasiyanın olmadığı halda İSTEQ qiymətləndiricisindən mövcud ekoloji informasiyanın qiymətləndirilməsində və yekun mülahizənin formalaşdırılmasında peşəkar dəyərləndirilmə aparılması tələb oluna bilər. Bununla belə, hər zaman mülahizələri təsdiqlənmiş informasiyaya əsaslandırmaq daha yaxşı olardı.

Ekoloji aspektlər haqqında təsdiqlənmiş informasiya qiymətləndirmə prosesinə öz töhfəsini verir. Bu proses Şəkil 2-də göstərildiyi kimi ekoloji məsələləri müəyyənləşdirməklə və biznes nəticələrini təyin etməklə iki mərhələdən ibarətdir. Müştərinin seçimi əsasında bu iki mərhələni müxtəlif tərəflər həyata keçirə bilər, xüsusən də müştəri biznes nəticələrini təyin etmək üçün digər növ ekspertiza (məsələn, texniki, hüquqi və yaxud maliyyə) tələb edə bilər.

Qeyd: Mötərizələrdəki rəqəmlər bu standartdakı yarımbəndlərə istinad edir. Qırıq-qırıq xətlər göstərir ki, biznes nəticələrinin təyinatı bu standartda təsvir edildiyi kimi SETQ-nin hissələri olması zəruri deyil.

4.4.2 Ekoloji məsələləri müəyən etmək

Ekoloji məsələləri müəyyən etmək üçün, ekoloji aspektlərə dair təsdiqlənmiş informasiya seçilmiş kriteriya ilə müqayisə olunur. Təsdiqlənmiş informasiyanın seçilmiş kriteriyadan kənara çıxdığı və aşağıdakılarla nəticələnə bildiyi halda ekoloji məsələ təyin edilir:

· təşkilatın məsuliyyətləri və ya səmərələri;

· qiymətləndirilənin və yaxud müştərinin ictimai imicinə təsir, yaxud

Biznes perspektivi baxımından az münasib ola bilən məsələlər ekoloji baxımdan münasib ola bilər və yaxud əksinə. Bu mərhələnin nəticələri müştəriyə uyğun gələn müəyyənləşdirilmiş ekoloji məsələlərdir.

4.4.3 Biznes nəticələrinin müəyyənləşdirmək

Biznes nəticələrinin təyinatı yalnız o qiymətləndirmənin məqsədləri və həcminə daxil edilmişdirsə aparılır.

Biznes nəticələri müəyyən edilmiş və qiymətləndirilmiş ekoloji məsələlərin faktiki və ya potensial təsirləridir (maliyyə və ya digər; müsbət, yaxud mənfi; keyfiyyət və ya kəmiyyət).

Bu qiymətləndirmə adətən SETQ məqsədləri ilə əlaqədar ekoloji məsələlərin nəticələrinə dair dəyərləndirmə aparmağı gostərir. Bu mərhələdə biznes nəticələrinə diqqət yetirməklə əlaqədar xərclər hesablanır və qiymətləndirənin və/və yaxud müştərinin ictimai imicinə təsirlər müəyyən edilir və qiymətləndirilir.

Qiymətləndirməni apararkən aşağıdakılar nəzərə alına bilər:

· azaldılma tədbirlərinin, yaxud ekoloji ziyanı düzəltmək, ondan qaçınmaq və ya qarşısını almaq tədbirlərinin faktiki və ya potensial nəticələri;

· hazırkı və potensial gələcək məsuliyyətlər (dövlət və özəl), misal üçün, qanunvericilik və ya digər müvafiq tələblərdə cari və proqnozlaşdırıla bilən dəyişikliklərə uyğunsuzluğun nəticəsi kimi;

· qiymətləndirilənin və/və yaxud müştərinin ictimai imicinə ziyan,yaxud

· müştəri və ya qiymətləndirilənin korporativ siyasəti və ya digər müştəti tərəfindən təyin edilmiş tələblərə uyğunsuzluq;

· bu cür tədbirlər görməyin ehtimal olunan xərcləri;

· texnoloji inkişaflar; və

· xərclərin qarşılanmalı olduğu vaxt müddəti (məsələn məcburetmə tədbirləri və ya eyni qanunvericiliyin qəbulu ehtimalı ilə əlaqədar).

Yekun mülahizələrin yetərsiz informasiya səbəbindən məhdudlaşdırıldığı zaman bunlar vurğulanmalı və istənilən mövqe müvafiq olaraq müəyyən edilməlidir.

Qiymətləndirmə prosesinin bu hissəsinin nəticəsi əgər mümkünsə kəmiyyətlə göstərilən biznes nəticələrinin siyahısıdır.

5.1 Hesabatın məzmunu

Qiymətləndirən hesabatın mətninə görə məsuliyyət daşıyır və informasiyanı müştəriyə faktların mühümlüyünü anlamaqda yardım göstərmək məqsədilə tərtib edilmiş üsulla təqdim etməlidir. Bunu etmək üçün qiymətləndirmə faktını mövqedən fərqləndirməli və istənilən faktla əlaqədar nisbi uyğunsuzluğu göstərməlidir.

Müştəriyə aşağıda göstərilən məlumatların hesabatı verilməlidir:

· qiymətləndirilən sahələrin və/ya qurğuların müəyyənləşdirilməsi;

· qiymətləndirən tərəfin adı və hesabatın müəllifi;

· qiymətləndirmə üzrə məqsədlər, ümumi məzmun və meyarlar;

· qiymətləndirmənin tarixi və müddəti;

· mövcud məlumatlara dair hər hansısa məhdudiyyətlər və qiymətləndirmədə onun nəticələri;

· qiymətləndirmə vaxtı toplanılan məlumatların icmalı və qiymətləndirmənin nəticələri;

Müştəri və qiymətləndirən şəxs arasındakı razılığın tələbləri üzrə aşağıdakı məlumatlar tətbiq edilə bilər:

· qiymətləndirilən tərəfi təmsil edən nümayəndənin adı;

· qiymətləndirməni icra edən heyətin üzvlərinin təyin edilməsi;

· qiymətləndirmə cədvəli;

· istifadə edilən qiymətləndirmə prosedurlarının icmalı;

· istinad sənədlərinini, siyahıların və protokolların və həmçinin digər işçi sənədlərinin icmalı;

· qiymətləndirmə üzrə metodlar;

· qiymətləndirən tərəfin apardığı dəyərləndirmənin nəticələri;

· məxfilik tələbləri;

İSTEQ hesabatının içindəkilərə dair nümunə 5 № Praktiki Yardım Qutusunda verilmişdir.

Əgər həcmdə müəyyən edilmişdirsə, hesabatda olan faktları dəstəkləmək və qiymətləndirmənin ya daha sonrakı tarixdə və yaxud digr tərəfdən dəstəklənməsi üçün istinadlar və aparıcı informasiya daxil olmaqla hesabat yetərli sənədləşdirmə təmin etməlidir. Qiymətləndirən yetərsiz informasiya səbəbindən məhdudiyyətlərin mövcud olduğu istənilən mövqeyi təsnif etməlidir.

Müştəri prioritetləri və yaxud protokollar yalnız şifahi hesabatın təqdim olunmasını tələb edə bilər. Əksinə olduqda hesabat yazılı formada olmalıdır.

· qiymətləndirilən sahələr və qurğular

· qiymətləndirilən tərəfin nümayəndəsinin adı

· qiymətləndirən şəxsin adı

· qiymətləndirmənin vaxtı və müddəti

c) Məqsədlər və ümumi məzmun

· müştərinin talimatları

· sahənin və təşkilatın hüdudları

d) Qiymətləndirmə üzrə meyarlar

e) Qiymətləndirmə prosesi

· ətraf mühit məsələləri

5.3 Hesabatın çatdırılması

Hesabatların müştəri üçün çox vacib əhəmiyyəti vardır. Hesabatlar ötürülərkən qiymətləndirən tərəf və ya təhvil alan hansısa tərəf tərəfindən məxfiliyin qorunmasına riayət edilməlidir. Müştəri tərəfindən hesabatlar tələb edildikdə onun bir nüsxəsi də qiymətləndirilən tərəfə veriləcəkdir.

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Kollegiyasının “________________” 2015-ci il tarixli _________________ nömrəli Qərarı ilə təsdiq edilmişdir.

1. Ekologiya üzrə Texniki Komitə tərəfindən (TK-09) İŞLƏNİB-HAZIRLANIB, MÜZAKİRƏ EDİLİB (20 may 2015-ci il) və TƏQDİM EDİLİB.

2. Bu standart ISO 10304-1:2007 “Water quality -Determination of dissolved anions by liquid chromatography of ions Part 1: Determination of bromide, chloride, fluoride, nitrate, nitrite, phosphate and sulfate” beynəlxalq standartının autentik tərcüməsidir.

3. İlk dəfə tətbiq edilir.

4. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2020-ci il, dövrü yoxlama müddəti 5 ildir.

Suyun keyfiyyəti - İonların maye xromatoqrafiya

üsulu ilə həll olmuş anionların təyini

Hissə I: Bromid, xlorid, flüorid, nitrat,

nitrit, fosfat və sulfatın təyinatı

Definition of dissolved anions by liquid

chromatography method of ions

First part: Determinations of bromide,

chloride, fluoride, nitrate, nitride, phosphate, sulfate.

Bu standart suda, misal üçün: içməli suda, qrunt sularında, səth sularında, çirkab sularında, sızıntılarda və dəniz suyunda ionların maye xromatoqrafiya üsulu ilə həll olmuş bromid, xlorid, fluorid, nitrat, nitrit, ortofosfat və sulfat anionlarının təyini üçün metodu müəyyənləşdirir.

Tətbiqin aşağı həddi bromid və nitrit üçün ≥ 0,05 mq/l və xlorid, fluorid, nitrat, ortofosfat və sulfat üçün ≥ 0,1 mq/l təşkil edir. Tətbiqin aşağı həddi hesablanmış matrisdən və qarşılıqlı təsirlərdən asılıdır.

Əgər nümunənin müvafiq ilkin emalı (məsələn, mikroelementlərin təhlili üzrə şərtlər, ilkin konsentrasiya üsulları) tətbiq olunarsa və/və ya ultrabənövşəyi (UV) detektordan (bromid, nitrat və nitrit üçün) istifadə edilirsə, işçi səviyyə aşağı cəmləşmələrə kimi (misal üçün: ≥ 0,01 mq/l) genişləndirilə bilər.

Bu standartda aşağıdakı normativ sənədlərə istinad olunub. Tarixi göstərilmiş istinadlar üçün yalnız göstərilən nəşr tətbiq olunur. Tarixi göstərilməmiş istinadlar üçün isə istinad olunan sənədin ən son nəşri (hər hansı bir dəyişiklik də daxil olmaqla) tətbiq olunur.

ISO 3696 Water for analytical laboratory use- Specification and test methods (Analitik laboratoriya istifadəsi üçün su – Spesifikasiya və sınaq metodları)

ISO 5667-3 Water quality - Sampling -Part 3: Guidance on the preservation and handling of water samples (Suyun keyfiyyəti – Nümunə götürmə. Hissə III: Su nümunələrinin saxlanması və idarə edilməsi üzrə Təlimat)

ISO 8466-1 Water quality - Calibration and evaluation of analytical methods and estimation of performance characteristics - Part 1: Statistical evaluation of the linear calibration function (Suyun keyfiyyəti – Analitik metodların ölçülməsi və qiymətləndirilməsi və fəaliyyət xüsusiyyətlərinin hesablanması –Hissə I: Xətti kalibrləmə funksiyasının statistik qiymətləndirilməsi)

ISO 8466-2Water quality- Calibration and evaluation of analytical methods and estimation of performance characteristics - Part 2: Calibration strategy for non-linear second-order calibration functions (Suyun keyfiyyəti - Analitik metodların ölçülməsi və qiymətləndirilməsi və fəaliyyət xüsusiyyətlərinin hesablanması – Hissə II: Qeyri-xətti ikinci dərəcəli kalibrləmə funksiyaları üzrə kalibrləmə strategiyası)

Mono və ya dikarbon turşuları kimi alifatik turşular anionların ayrılmasına mane ola bilər.

3.2 Sulfit avtomatik oksidləşmə səbəbindən sulfat üçün müsbət qarışıqlıq təşkil edə bilər. Bu halda nümunə PH 10-a uyğunlaşdırıla bilər və əgər lazımdırsa, sulfiti sabitləşdirmək üçün formaldehid məhlulu əlavə edilir.

Sözügedən ainonlarla mümkün qarışma ehtimalı olan metalların mövcudluğu (misal üçün alkalin yer metalları, keçid metalları, ağır metallar) yoxlanmalıdır və xüsusi kation mübadilə filtrlərinin (məsələn, H-forma və yaxud Na-forma) köməkliyi ilə aradan qaldırıla bilər.

Qeyd: Nümunə matrisindən asılı olaraq H-formalı kation mübadilə filtrlərindən istifadə fluorid və nitritin itkisinə səbəb ola bilər.

Bərk hissəciklərin (Bax. bənd 7), zəruri olarsa sulfit və metal ionlarının kənarlaşdırılması üçün nümunə ilkin emal olunur. Anionlar (bromid, xlorid, fluorid, nitrat, nitrit, ortofosfat və sulfat) maye xromatoqrafiyası üsulu ilə, səyyar faza kimi anion mübadilə kömürü və izokratik və yaxud meylli yuma üçün zəif və mono və ikiəsaslı turşuların duz məhlullarını (məsələn, karbonat, hidrokarbonat, qələvi hidroksid) tətbiq etməklə ayrılır. Təyinat keçiricilik detektoru (KD) istifadə etməklə aparılır.

Keçiricilik detektorlarından istifadə edərkən yuyucuların kifayət qədər aşağı keçiricilik göstərməsi vacibdir. Bu səbəbdən, KD-lər adətən, yuyucunun keçiriciliyini azaldan ötürücü qurğu ilə birləşdirilir (kation filtri) və nümunə növlərini onların müvafiq turşularına keçirir.

Qeyd: Bu təhlili aparmaq üçün Ultrabənövşəyi (UV) detektor tələb olunmur, lakin əgər yüksək həssaslıq tələb olunarsa və/və yaxud Keçiricilik Detektoruna matris qarışığı olduğu təqdirdə bromid, nitrat və ya nitrit üçün istifadə oluna bilər. Əgər istifadə edilərsə, bromid, nitrat və nitrit l=200 nm-dən l=215 nm-ə qədər ölçülə bilər.

Həlledicilik, R-i yoxlayın ki, onun tələb olunan ayrılma şərtlərinə uyğun gəlməsi təmin edilsin (6.2.). Ultrabənövşəyi (UV) detektor keçiricilik detektoru (KD) ilə birlikdə istifadə oluna bilər. Ultrabənövşəyi (UV) detektor hopmanı birbaşa ölçür.

Kalibrləmə ISO 8466-1 və yaxud ISO 8466-2 (8.2)-də müəyyən edildiyi kimi aparılır. Xüsusi hallarda genişləndirilmiş iş dərəcələri (misal üçün 2 cəmləşmə onilliyi) tətbiq oluna bilər.

Kalibrləmə funksiyasının etibarlılığını yoxlamaq üçün nəzarət təcrübələri zəruridir. Təkrar təyinatlar zəruri ola bilər. Matris qarışıqlarının gözləndiyi zaman standart əlavə metodundan istifadə tələb oluna bilər.

Yalnız qəbul edilmiş analiz dərəcəsi olan reagentlərdən istifadə edin. Başqa cür qeyd olunmadığı təqdirdə reagentləri nominal kütlənin ± 1%-i dəqiqliyi ilə ölçün. 5.2-dən 5.5-ə qədər sadalanmış reagentlər yuyucuların hazırlanması üçün göstərici nümunələr ola bilər (5.10).

5.1. Su, ISO 3696-da müəyyən edilən 1-ci dərəcəyə uyğun gələn.

5.2. Natrium-hidrokarbonat, NaHCO3

5.3. Natrium-karbonat, Na2CO3

5.4. Natrium-hidroksid, NaOH.

5.5. Kalium-hidroksid, KOH.

5.6. Bromid, xlorid, fluorid, nitrat, nitrit, ortofosfat və sulfat ailəsinin standart məhlulları, r=1000 mq/litr, hər birinə

Adekvat və tələb olunan spesifikasiyalı tək anion və qarışıq anion ailəsi məhlulları kommersiya baxımından mümkündür. Bu məhlulların bir neçə ay boyunca sabit qalması hesab olunur.

Əsas məhlulların alternativ hazırlanması üçün Cədvəl 1-ə baxın. Duzları müvafiq emaldan sonra uyğun şəkildə həll edin.

Cədvəl 1 – Əsas məhlullar üçün maddi hissə və ilkin emal

İstifadə olunacaq duz

Ən azı aşağıdakı müddətə qurutmaqla (105± 5) °C-də

Adekvat və tələb olunan spesifikasiyalı alternativ duzlardan istifadə edilə bilər.

5.7 Bromid, xlorid, fluorid, nitrat, nitrit, ortofosfat və sulfatın standart məhlulları

Gözlənilən birləşmələrdən asılı olaraq, əsas standart məhluldan bromid, xlorid, fluorid, nitrat, nitrit, ortofosfat və sulfatın tək və qarışıq standart məhlullarını hazırlayın (5.6). Standart məhlulları polietilen butulkalarda saxlayın.

5.7.2. Bromid, xlorid, fluorid, nitrat, nitrit, ortofosfat və sulfatın qarışıq standart məhlulu üzrə nümunə, r=10 mq/litr, hər birinə

100 ml həcmə malik şüşə kolbaya hər bir əsas standart məhluldan (5.6) 1,0 ml damızdırın və su ilə durulaşdırıb həcmə çatdırın (5.1).

Əgər məhlullar polietilen butulkalarda qaranlıqda 2°C- 8°C temperaturda saxlansa, 1 həftə sabit qalır.

5.8 Bromid, xlorid, fluorid, nitrat, nitrit, ortofosfat və sulfatın yoxlama məhlulları

Nümunədə gözlənilən birləşmələrdən asılı olaraq, misal üçün, ehtimal olunan iş sahəsi boyunca mümkün qədər bərabər paylanmış 5-dən 1-a qədər yoxlama məhlulu hazırlamaq üçün standart məhluldan istifadə edin.

Misal üçün, 0,05 mq/l-dən 0,5 mq/l dərəcəyə uyğun gələn kimi edin:

20 ml həcmlik kolbalara aşağıdakı həcmləri damızdırın: 100 ml, 200 ml, 300 ml, 400 ml, 500 ml, 600 ml, 700 ml, 800 ml, 900 ml və yaxud 1000 ml standart məhlul və su ilə durulaşdırıb həcmə çatdırın (5.1).

Bu yoxlanma məhlullarındakı anionların birləşmələri müvafiq olaraq belədir: 0,05 mq/l, 0,1 mq/l, 0,15 mq/l, 0,2 mq/l, 0,25 mq/l, 0,3 mq/l, 0,35 mq/l, 0,4 mq/l 0,45 mq/l və yaxud 0,5 mq/l.

Yoxlama məhlullarını istifadə günündə hazırlayın.

Müəyyən həcmli (məsələn, 100 ml) şüşə kolbanı su ilə doldurun (5.1).

Yuyucunun hazırlanması üçün istifadə edilən bütün suyu qazsızlaşdırın. Bakteriya və yaxud yosunların böyüməsini azaltmaq üçün yuyucuları təzəcə, 3 gündən sonra hazırlayın.

Yuyucunun seçimi sütun və detektordan (misal üçün, UV yoxsa keçiricilik) asılıdır, sütun təchizatçısından məsləhət alın. Ayırıcı sütun və yuyucunun seçilmiş birləşməsi bənd 6.2-dəki həlletmə tələblərinə cavab verməlidir.

Bənd 5.10.3-dəki yuyucunun tərkibinə dair misal yalnız Keçirici Detektorlu (KD) ötürmə üsuluna istinad edir. Buna baxmayaraq, ötürücüsüz Keçirici Detektor (KD) üsulu (eləcə də UV təyinatı) bu metoda daxil edilir.

Ümumi yuyucular üçün reaktivlərin seçimi barədə bənd 5.2-dən 5.5.-ə qədər məlumat verilir.

Qeyd: birləşmələrdən yuyucu hazırlanmasının uğurlu alındığı sübut olunmuşdur.

5.10.2 Natrium karbonat/Natrium-hidrokarbonat qatılığı

Yuyucu birləşməsinin hazırlanması üçün:

1000 ml həcmli şüşə kolbaya 28.6 qram natrium-karbonat (5.3) və 8.4 qram natrium- hidrokarbonat qoyun.

Suda həll edin (5.1) və su ilə durulaşdırıb həcmə çatdırın.

Məhlulun tərkibində 0,27 mol/l natrium-karbonat və 0,1 mol/l natrium- hidrokarbonat (5.2) vardır.

Bu məhlul əgər şüşə və yaxud polietilen butulkalarda 2°C-8°C temperaturda saxlansa, bir neçə ay sabit qalır.

5.10.3 Natrium-karbonat/natrium hidrokarbonat məhlulu

Bu standarta müvafiq olaraq anionların təyinatı üçün aşağıdakı yuyucular tətbiq oluna bilər:

20 ml-lik cəmləşməni (5.10.2) 2000 ml həcmli şüşə kolbaya damla-damla əlavə edin və su ilə durulaşdırıb həcmə çatdırın (5.1).

Məhlulun tərkibində 0, 0027 mol/l natrium-karbonat və 0, 001 mol/l natrium- hidrokarbonat vardır.

Adi laboratoriya avadanlığı və əlavə olaraq:

6.1 İon xromatoqrafiyası sistemi - aşağıdakı komponentlərdən ibarətdir (1-ci Sxemə baxın).

6.1.1 Yuyucu rezervuarı və qazsızlaşdırma bölməsi.

6.1.2 Yüksək Təzyiqli Maye Xromatoqrafiya (YTMX) nasosu.

6.1.3 Nümunə çiləmə sistemi, müvafiq həcmli (misal üçün, 0,02 ml) nümunə ilgəyi və yaxud avtonümunə cihazı daxil olmaqla.

6.1.4 Müəyyən edilmiş ayırıcılıq fəaliyyəti ilə birlikdə ayırıcı sütun (6.2).

6.1.5 Keçiricilik detektoru (KD)

6.1.6 Ultrabənövşəyi detektor (UD), misal üçün dalğa uzunluğu dərəcəsi boyunca işləyən spektrofotometr: 190 nm-dən 400 nm-ə qədər, işlədilir. Seçim əsasında KD-la birlikdə işlədilir, yaxud əgər yalnız bromid, nitrat və ya nitrit təyin edilməlidirsə, o zaman alternativ kimi.

6.1.7 Qeydiyyat cihazı (məsələn, məlumatın əldə edilməsi və qiymətləndirilməsi üçün proqram təminatlı kompüter)

6.1.8 İlkin sütunlar, əgər lazımdırsa (bax bənd 3.3 və bənd 8.3-ə qeyd edin)

6.2 Ayırıcı sütun üçün keyfiyyət tələbləri

Nümunələrin xromatoqramlarında və standart məhlullarda (Şəkil 2-yə baxın) baxılan anionlar və onun ən yüksək həddi arasındakı ən yüksək həllolma, R 1.3-dən aşağı düşməməlidir [Tənlik (1) və Şəkil 3-ə baxın].

Ayrılma şərtləri elə olmalıdır ki, anionların qarışığa nüfuzetmə faizi mümkün qədər aşağı olsun.

X saxlanma zamanı tR, dəqiqə

Y keçiricilik, mS sm-1

Maksimum hədd İon qatılıq, mq/l

Şərtlər qatılıq, mq/l

İlkin sütun İon ötürücüsü

Yuyucu 2,7 mmol/l NA2CO3+1,0 mmol/NaHCO3

Yuyucu axım dərəcəsi 1,2 ml/dəqiqə

a Yuyulma ardıcıllığı və saxlanma vaxtları, tR, sütun və yuyucunun tərkibindən asılı olaraq fərqlənə bilər

X saxlanma zamanı tR, dəqiqə

Tənlikdən (1) istifadə edərək maksimum həllolmanı hesablayın:

R1 ilk maksimum həddin saxlanma vaxtı, saniyə ilə;

R2 ikinci maksimum həddin saxlanma vaxtı, saniyə ilə;

W1 ilk maksimum həddin vaxt bucağında maksimum eni, saniyə ilə;

W2 ikinci maksimum həddin vaxt bucağında maksimum eni, saniyə ilə;

Qeyd: Əsas maksimum enliliklər, W1 və W2 Qaus maksimumu üzərində düzbucaqlı üçbucaqları qurmaqla əldə edilir.

Nümunə götürmək üçün təmiz politen qablardan istifadə edin. Nümunələri ISO 5667-3-də müəyyən edildiyi kimi stabilləşdirin.

1. Bakterial fəaliyyətlər və anionların müəyyən bir maddə üzərində hopması onların şəklini dəyişməsinə səbəb ola bilər (misal üçün, nitrat, nitrit, ortofosfat). Nümunə götürən zaman 0,45 mm süzgəc mərhələsi bakteriya və ya ayrıca maddələri aradan götürə bilər.

Nümunələrin daşınması üçün qaranlıqda 2°C-8°C temperaturda saxlanmalıdır.

2. pH göstəricilərinin dəyişməsi analiz zamanı nümunənin çökməsinə səbəb ola bilər. Çökmənin qarşısını almaq üçün nümunə pH-ı çiləmədən öncə yuyucunun pH-na uyğunlaşdırılır.

Lazım olarsa hansısa bərk maddələri ayırmaq üçün analizi istifadə etməzdən öncə membran filtrinin (məsamə ölçüsü 0,45 mm olan) köməkliyi ilə nümunəni süzgəcdən keçirin.

Nümunənin membrandan mümkün çirklənməsinin qarşısnı alın (məsələn, membranı kiçik həcmdə nümunə ilə yaxalayın və filtratın birinci hissəsini boşaldın).

Kalibrləmə məhlullarını (5.8) və blank məhlullarını (5.9) nümunə məhlulları ilə eyni şəkildə emal edin.

İon xromatoqraf sistemini (6.1) cihazın istehsalçı göstərişlərinə müvafiq şəkildə tənzimləyin. Yumanı həyata keçirin və stabil balansa kimi gözləyin.

8.2-də göstərildiyi qaydada kalibrləmə həyata keçirin. Nümunələri, kalbirləmə (5.8) və blank məhlullarını (5.9) 8.3-də təsvir edilən kimi ölçün.

Qeyd: Aşağı cəmləşmələr bu metodla müəyyən edilə bilər, lakin bu qabiliyyət laboratoriyanın ekoloji şəraiti və avadnlıqla məhdudlaşacaqdır. Həmçinin, istifadə olunan suyun keyfiyyəti və reaktivlər analitik nəticələrin dəqiqliyinə təsir göstərəcəkdir. Aşağı hədd tətbiqetmələrə müvəffəq olmaq üçün ilkin birləşmə üsullarından istifadə oluna bilər.

Analitik sistem ilk dəfə və ondan sonrakı intervalla dəyərləndirilirsə, ölçmə üçün kalibrləmə funksiyası (məsələn, ISO 8466-1 və yaxud ISO 8466-2-də müəyyən edildiyi kimi) qurun. Nümunə uyğun gəlir.

5.8 və 7-ci bənddə təsvir edilən kimi kalibrləmə məhlulları hazırlayın. Kalibrləmə məhlulları ilə doldurun (5.8 və 7-ci bəndə baxın).

Saxlanma vaxtını kalibr məhlullarının saxlanma vaxtı ilə müqayisə edərək müəyyən anionlar üzrə maksimum həddi müəyyənləşdirin (5.8). Saxlanma müddətlərinin fərqi doza daxilində ±10%-i keçməməlidir. Reqressiya xəttini hesablamaq üçün əldə olunmuş məlumatdan istifadə edin.

Ümumiyyətlə, kalibrləmə metodu yalnız ISO 8466-1 və yaxud ISO 8466-2-də müəyyən edildiyi kimi tək birləşmə onilliyini əhatə edən kalibrləmə strategiyası ilə məhdudlaşmır. Bir birləşmə onilliyindən daha böyük müddət üçün kalibrləmə aparıldıqda ISO 8466-1 və yaxud ISO 8466-2-də müəyyən edilənlərlə müqayisədə dəqiqliyin itməsi baş verə bilər.

Müəyyən edilmiş kalibrləmə funksiyasını tənzimləyin, əgər zəruridirsə (misal üçün, müxtəlif anion birləşmələrinin standart məhlullarını işçi səviyyənin aşağı və yuxarı üçlüyündə ölçün).

Klibrləmə funksiyasını təyin etdikdən sonra nümunəni (7-ci Bəndə baxın) xromatoqrama doldurun və maksimumları yuxarıda təsvir edilən şəkildə ölçün (8.2).

1. Bərk hissəciklər və üzvi maddələr (mineral yağlar, yuyucu tozlar və humin turşuları kimi) ayırıcı sütunun istifadə müddətini qısaldır. Onlar qeyri-polyar mərhələ vasitəsilə filtr tətbiq etməklə kənarlaşdırıla bilər (misal üçün, kartric).

2. Ümumiyyətlə, iki müxtəlif növlü ilkin sütunlardan istifadə edilə bilər: analitik ayırıcı sütun kimi eyni və yaxud oxşar rezin material tərkibli olanlar və qeyri-funksional rezinlə örtülmüş olanlar.

Əgər analiz zamanı aşkar edilmiş maddənin qatılıq kalibrləmə dərəcəsini keçirsə, nümunəni durulaşdırın və yaxud daha yüksək işçi səviyyə üçün ayrıca kalibrləmə funksiyası təyin edin və onu təkrar analiz edin.

Əgər analiz zamanı aşkr edilmiş maddənin qatılıq kalibrləmə dərəcəsindən azdırsa, daha aşağı işçi səviyyə üçün ayrıca kalibrləmə funksiyası təyin edin və əgər lazımdırsa onu təkrar analiz edin.

Əgər matris qarışıqları gözləniləndirsə, nəticələri təsdiqləmək üçün standart əlavə metodundan istifadə edin (durulaşdırılmış nümunə üçün saxlanma vaxtını ilkin nümunə üçün saxlanma vaxtı ilə müqayisə etməklə maksimum həddi yoxlayın).

Təmiz məhlulu da (5.9) nümunə ilə eyni şəkildə ölçün.

İstifadə edilmiş kalibrləmə funksiyasına müvafiq olaraq maksimum ərazilər və yaxud maksimum hündürlüklərdən istifadə etməklə məhluldakı anionların ümumi qatılığını, p litrdə mikroqramlarla, yaxud litrdə milliqramlarla hesablayın.

Bütün durulaşdırma mərhələlərini nəzərə alın.

Nəticələr barədə maksimum iki mühüm rəqəm əsasında məlumat verin.

Nitrat (NO3) 0,64 mq/l

Nitrat, nitrit və ortofosfatın nəticələri, həmçinin, NO3-N, NO2-N və PO4-P kimi ifadə edilə bilər.

Cədvəl 2 Çevirmə əmsalı

Aşağıdakılar üçün nəticələri vurun

Sınaq hesabatı ən azı aşağıdakı informasiyanı özündə ehtiva etməlidir:

a) ISO 10304-ün bu hissəsinə müvafiq;

b) Su nümunəsinin təyinatı;

c) Nəticələrin 10-cu bəndə müvafiq olaraq açıqlanması;

d) Əgər uyğundursa, nümunənin ilkin emalının təsviri;

e) Bu metoddan hər hansı kənara çıxma və nəticələrə təsir göstərə biləcək vəziyyət barədə məlumat

Laboratoriyalararası sınaqlar Avstriya, Belçika, Fransa, Almaniya, İtaliya, Niderland və Birləşmiş Krallıqdakı laboratoriyalar tərəfindən keçirilmişdir. İstifadə olunan cihazların və digər analitik şərtlərin müxtəlifliyi metodda müəyyən edilmiş keyfiyyət parametrlərinə uyğun gəlmişdir.

Nümunə matrisinin təsviri üçün Cədvəl A.1-ə baxın.

ISO 5725-2-yə müvafiq olan fəaliyyət məlumatı Cədvəl A.2-dən A.8-ə qədər verilmişdir.

Prosedurun fərqlənmə əmsalları, Cvxo (ISO 8466-1-ə analoji olan müəyyən edilmiş kalibrləmə funksiyalarından əldə edilmişdir). Cədvəl A.9-da sadalanmışdır. Məlumat yuxarıda qeyd olunan laboratoriyalararası sınaqlarda iştirak edən laboratoriyalardan alınmışdır.

Cədvəl A.1- Nümunə matrisinin təsviri (M)

Səth suyu (Reyn çayı)

Təmizlənmiş sənaye çirkabı (COD, O: 770 mq/l)

Təmizlənmiş sənaye çirkabı (COD, O: 90 mq/l)

Təmizlənmiş sənaye çirkabı (COD, O: 70 mq/l)

Məişət çirkabı (COD, O: 300 mq/l; DOC, C: 47 mq/l)

Təmizlənmiş məişət çirkabı (durulaşdırılmış M 9 nümunəsi)

Təmizlənmiş məişət çirkabı (COD, O: 60 mq/l; DOC, C: 13 mq/l)

Təmizlənmiş məişət çirkabı (durulaşdırılmış M 11 nümunəsi)

Təmizlənmiş sənaye çirkabı (COD, O: 400 mq/l; Cl: 3500 mq/l)

Təmizlənmiş sənaye çirkabı (durulaşdırılmış M 13 nümunəsi)

Sintetik çirkab, qlükoza ilə qarışdırılmışdır (DOC; C:165 mq/l)

Sintetik standart məhlul

Təmizlənmiş məişət çirkabı (COD, O: 550 mq/l; elektrik keçiriciliyi, 1 100 mS/sm )

Sintetik standart məhlul

Yüksək üzvi yüklü çay suyu (Reyn çayı)

Çay suyu (durulaşdırılmış M 20 nümunəsi )

Yüksək üzvi və qeyri-üzvi yüklü zibilxana sızıntısı

Bataqlıq suyu. İC metoduna (həmçinin digər metodlara, misal üçün fotometriya) müvafiq olaraq təyinat humin turşusunun yüksək miqdarına görə mümkün olmamışdır.

COD: Oksigenin kimyəvi tələbatı (OKT)

DOC: Həll olmuş üzvi karbon (HÜK)

Cədvəl A.2 – Bromid üçün fəaliyyət məlumatı

l bir səviyyə üzrə ayrıca analitik əhəmiyyətsiz tullantıların miqdarıdır

n tullantıların aradan qaldırılmasından sonra laboratoriyaların sayıdır

o təkrar təyinatdan ayrıca dəyərlərin faizidir

xref qəbul olunmuş istinad dəyəridir

sR bərpa olunan standart fərqlilikdir

CVR təkrar əmələ gəlmənin dəyişmə əmsalıdır

Sr təkrarlanmadan standart kənara çıxmadır

CVr təkrarlanmanın dəyişmə əmsalıdır

Cədvəl A.3 – Xlorid üçün fəaliyyət məlumatı

Işarələrin izahı– Cədvəl A.2-yə baxın

Cədvəl A.4 – Fluorid üçün fəaliyyət məlumatı

Cədvəl A.5 – Nitrat üçün fəaliyyət məlumatı

Zibilxananın sızıntı suyu

Simvolların anlayışı – Cədvəl A.2-yə baxın

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Kollegiyasının “________________” 2015-ci il tarixli _________________ nömrəli Qərarı ilə təsdiq edilmişdir.

1. Ekologiya üzrə Texniki Komitə tərəfindən (TK-09) İŞLƏNİB-HAZIRLANIB, MÜZAKİRƏ EDİLİB (20 may 2015-ci il) və TƏQDİM EDİLİB.

2. Bu standart ISO 10381-5-2005 “Soil quality – Sampling – Part 5: Guidance on the procedure for the investigation of urban and industrial sites with regard to soil contamination”beynəlxalq standartının autentik tərcüməsidir.

3. İlk dəfə tətbiq edilir.

4. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2020-ci il, dövrü yoxlama müddəti 5 ildir.

AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT STANDARTI

Torpağın keyfiyyəti - Nümunə götürmə.

Hissə 5: Torpağın çirklənməsi ilə

əlaqədar olaraq şəhər və sənaye

sahələrinin tədqiqatına dair

prosedurlar haqqında təlimat

Soil quality – Sampling.

Part 5: Guidance on the procedure for the

investigation of urban and industrial

sites with regard to soil contamination

Bu standartda torpaq çirklənməsinin mövcud olduğunun və ya torpaq çirklənməsinin mövcudluğuna dair şübhə olan zaman şəhər və sənayə sahələrinin tədqiqinə aid olan prosedurlar haqqında təlimatlar verilir.

Ərazinin çirklənmə statusunu müəyyən etməyə ehtiyac olduqda və ya digər məqsədlər üçün torpağın keyfiyyətini müəyyən etmə zamanı bu, uyğundur.

Bu standartda risklərin qiymətləndirilməsi və ya əlavə tədbirləri planlarının (misal üçün, ən yaxşı formada nail olmaq üçün tədbir və ya təkliflər tələb edilən zaman) hazırlanması üçün lazım olan məlumatın toplanmasına dair təlimatlar daxildir. Lakin, o, yalnız ümumilikdə tələb olunan məlumata dair təlimat verir. O, səciyyəvi tədbir metodlarının əlavə məlumata ehtiyac olduğunu vurğulayır.

Bu standart torpaq çirklənməsinin gözlənilmədiyi sahələrə də tətbiq edilir, lakin torpağın keyfiyyəti müəyyən edilməlidir (misal üçün, hər hansı çirklənmənin olmamasına əmin olmaq).

Bu sənəddə nəzərə alınan hər bir sahənin şəhər və ya sənaye sahələri kimi müəyyən edilməsinə baxmayaraq BST AZS 10381-in bu hissəsində qeyd olunan təlimatlar çirklənmənin dərəcəsi və həcminin müəyyən edilməli olduğu sahəlrə bərabər şəkildə tətbiq edilir.

1. Çirklənmə insan müdaxiləsini nəticəsi kimi müəyyən edilir, lakin tədqiqat üçün təsvir edilən metodlar həmçinin potensial olaraq zərərli maddələri təbii şəkildə yüksək olduğu yerlərə də tətbiq edilir.

2. Torpaqdan nümunə götürmə üçün müxtəlif məqsədlərin sayı BST 10381-in bu hissəsində qeyd olunan istinadlar ilə birlikdə Əlavə A-da sadalanır.

3. Riskin qiymətləndirilməsinə dair məlumatın ümumi hissəsinə və BST 10381-in bu hissəsini tətbiq etməklə çarə tədbirlərinə dair planların hazırlanmasına baxmayaraq, bu sənəd ərazinin tədqiqatı, (misal üçün riskin qiymətləndirilməsi və tədbirlərə dair tələblər üzrə qərarlar) ilə müşayət olunan qərar və fəaliyyətlər üzrə təlimatlar vermir.

4. BST AZS 10381 –in bu hissəsi torpağın tədqiqi ilə məşğuldur. Köhnə şəhər və sənayə sahələrini müəyyən etmək vacibdir, orada binalar, sökülməsini və ya bərpa olunmasını gözləyən sənaye qurğuları ola bilər. Dağıdılmamışdan qabaq bu binaların tədqiq etməynən işçilərin təhlükəsizliyini risk altına qoya və ya çirklənmənin ərazidə yayılmasına səbəb ola bilər. Tərk edilmiş binaların və ya tərk edilmiş bünövrələrin tədqiqi BST AZS 10381-in bu hissəsinin əhatə dairəsindən kənardır.

5. Bir çox hallarda torpaq, qrunt suları və torpaq qazının çirklənməsi ilə səth suları arasında yaxın əlaqə olur.

Bu standartda aşağıdakı normativ sənədlərə istinad olunub. Tarixi göstərilmiş istinadlar üçün yalnız göstərilən nəşr tətbiq olunur. Tarixi göstərilməmiş istinadlar üçün isə istinad olunan sənədin ən son nəşri (hər hansı bir dəyişiklik də daxil olmaqla) tətbiq olunur.

ISO 11074 Soil quality. Vocabulary (Torpağın keyfiyyəti — Lüğət)

Bu standartda BST 11074 –də göstərilmiş termindən və onların müvafiq təriflərindən istifadə olunmuşdur:

Bu təlimat torpağın tədqiqində nəzərə alına bilən müxtəlif mərhələ və fazalar üçün çərçivəni verə bilər. Çirklənmə statusunun nəticədə müəyyən edilməsi riskin qiymətləndirilməsini müəyyən edər müvafiq tədbirlərin seçilməsi və tətbiqini asanlaşdıra bilər. Səciyyəvi məqsədlər üçün məlumat və tələblərə dair təlimatlar BST 15175, BST 15176, BST 15799, və BST 15800-ü daxil etməklə bir sıra Beynəlxalq Standartlarda qeyd edilir.

4.2 Məqsədlərin izahı

Tədqiqatın səbəbi və məqsədlər geniş şəkildə dəyişə bilər, lakin ümumilikdə aşağıdakılardır:

- ərazidən istifadə etməklə, və yenidən inkişaf olan zaman sahənin istifadəçilərinə dəyən riskləri müəyyən etmək və qiymətləndirmək;

- yanaşı əraziləri, səth və qrunt sularını, ekosistem və ictimai sağlamlığı nəzərə almaqla ətraf mühitdə təqdim olunan riskləri müəyyən etmək və qiymətləndirmək;

- ərazinin tədqiqi, yenidən hazırlanması, texniki xidmətlərə cəlb olunan işçilərə dəyən risklərin müəyyən edilməsi və qiymətləndirilməsi;

- inşaat materiallarına dəyən əks təsirlərin müəyyən edilməsi və qiymətləndirilməsi.

Risklərin vacibliyinə və onlarla münasibətdə hər hansı fəaliyyət formasının lazım olub olmadığı barədə qərar qəbul etmək.

Tədqiqatın əsas məqsədlərindən sonra bir sıra əlavə məqsədlər yarana bilər. Buraya aşağıdakılar daxil edilə bilər:

a) məruz qalmış qəbul edənləri dərhal qorumaq üçün hər hansı fəaliyyətin tələb olunub olunmamasını müəyyən etmək;

b) bir və ya bir neçə aktual və ya potensial riskə məruz qala bilən zaman tərkib hissələrini müəyyən etmək;

c) indi və ya gələcəkdə risk altında ola bilən reseptorları müəyyən etmək (misal üçün, insanlar, ekosistemlər, qrunt suları);

d) səciyyəvi reseptorların çirkləndiricilərə məruz qala biləcəyi yolları müəyyən etmək;

e) riskin qiymətləndirilməsi zamanı istifadə olunacaq məlumatlarla təmin etmək;

f) qoruyucu və bərpa tədbirlərinin hazırlanmasına yardım etmək üçün məlumat vermək;

g) təhlükəsiz və müvafiq münasibəti təmin etmək üçün çirkləndirilmiş materialların xarakterizə olunmasına imkan vermək;

h) tədbirlərə nail olmasına dair istinad məlumatının təmin edilməsi;

i) torpağın davamlı istifadəsinin torpağın keyfiyyətinə dəyən təsirə dair qərarların qəbul edilməsinə imkan yaratmaq;

j) ətraf mühitin öhdəliklərinin riskinin və əmlakın dəyərinə edilən təsirin qiymətləndirilməsinə dair məlumatın təmin edilməsi.

Bu ümumiləşdirilmiş məqsədlər tədqiqatın məqsədindən asılı olaraq səciyyəvi tələblər ilə formullaşdırıla bilər.

MİSAL: Yeni yaşayış yerlərinin inşaası üçün ərazi ayrılmamışdan qabaq tədqiqi aşağıdakı məqsədlərə uyğun ola bilər:

- ərazini tarixini və çirkləndiricilərin mövcudluğunun müəyyən etmək;

- ərazinin hüdudları daxilində çirkləndiricilərin təbiətini, həcmini və yayılmasınını (gözlənilən) müəyyən etmək;

- səth və qrunt sularını daxil etməklə ərazinin hüdudlarından kənarda olan çirkləndiricilərin miqrasiyası üçün potensialı müəyyən etmək (bu potensial hüquqi öhdəliklərin olmasını göstərə bilər).

- ictimai sağlamlığa və mühitə dəyən zərərlərin təhlükəsizliyini müəyyən etmək;

- təklif edilmiş inkişaf (insan və ətraf mühitə dəyən risklər) və lazım olan tədbirlər ilə ziddiyyətləri müəyyən etmək və smetaların hazırlanması ilə əlaqədar olaraq məlumatların toplanması

- tədbirlər üçün nəticələr, tövsiyyələr və büdcə ilə birlikdə tam hesabatın hazırlanmasını asanlaşdırmaq üçün məlumatın toplanması.

Çirklənmiş ərazinin həcminin müəyyən edilməsi və xüsusilə də çirkləndirmənin səbəb ola biləcəyi mühit, insan risklərinin qiymətləndirilməsi mürəkkəb ola bilər. Bu mürəkəblik ilə əlaqədar olaraq potensial riskləri,yolları və reseptorları xarakterizə etmək üçün lazım olan qədər məlumat əldə etmək məqsədilə çirkləndirilmiş torpaqların müəyyən edilməsi, saylarının müəyyənləşməsi və qiymətləndirilməsi prosesi tədqiqatın müxtəlif mərhələləri ilə birlikdə təkrarən baş verən proses olmalıdır. Məqsədlərə hərbir mərhələdə yenidən baxılmalı və növbəti tədqiqata aid olan tələblər hazırlanmalı.

Əsas fazalar aşağıdakılardır

- ilkin tədqiqat (bax 5.2),

- sınaq üçün olan tədqiqat (bax 5.3, 7 və 8), və

- əsas sahənin tədqiqi (bax 5.4, 7 və 9).

Bu fazalar arasındakı əlaqə 1-ci şəkildə qeyd edilib.

Tədbirlərin seçilməsi üsullarının və ya inşaat işləri üçün tədbirlərin hazırlanmasına dair lazım olan məlumatı təmin etmək məqsədilə əlavə tədqiqatlar tələb edilə bilər.

Bu tədqiqatların tamamlanmasından sonra nəticələrin göstərildiyi hesabat hazırlanmalıdır.

Tədqiqatın strategiyası (ilkin, sınaq üçün olan və ya əsas sahə) məqsədlər ilə müəyyən ediləcək. Misal üçün, satış, çirklənmənin mövcud olub olmamasını müəyyən etmə və ya yenidən hazırlama üçün ərazinin tədqiqatının müxtəlif tələbləri nümunənin yerlərinə və təhlil edilmiş nümunələrin sayına və tədqiqatın xərcinə təsir edəcək.

Tədqiqatın hər hansı fazasına və ya mərhələsinə başlamamışdan qabaq məlumatın növü, kəmiyyət və keyfiyyət (misal üçün, analitik keyfiyyət) göstəriciləri və toplanmalı olan digər məlumatları müəyyən etmək lazımdır. Bu məlumatın keyfiyyətinin məqsədlərinin bir hissəsi tədqiqatın əsası üzərində olan qərarların təbiətindən və bu qərarlarda tələb olunan məxfilikdən asılı olacaq. Başlanğıcda məlumatın keyfiyyətinin məqsədlərini müəyyən etməyə müvəffəq olmaya toplanmış məlumat etibarlı riskin qiymətləndirilməsi üçün müvafiq və ya kafi olmayan və ya ərazi üçün hazırlanmış “konseptual modelə” dair çoxlu sayda qeyri əminliklər buraxılan zaman əhəmiyyətli dərəcədə ayrılan məbləğin boşuna xərclənməsinə gətirib çıxarda bilər (konseptual modelin izahatı üçün 6.5-ə bax).

Strategiyaya dair qərar qəbul edən zaman ərazidə təhlilin və ölçmə texnikalarının tətbiqi və istifadəsinə fikir verilməlidir. AZS 10381-in bu hissəsi bu mövzular üzrə səciyyəvi təlimatları təmin etmir.

5.2 İlkin tədqiqatın tətbiq sahəsi

İlkin tədqiqat nəzəri tədqiqatdan və ərazi ilə tanışlıqdan (nəzarət, sahənin yoxlanması) ibarətdir. Yerli torpaq xüsusiyyətləri, geologiya, torpaqşünaslıq, hidrogeologiya və ətraf mühitə dair verilənlər barədə olan məlumat ilə birlikdə ərazinin indiki və keçmiş istifadəsinə dair məlumat əldə etmək üçün tarixi qeydlərdən və digər mənbələrdən istifadə etməklə icra edilir.

Bu ilkin tədqiqatlardan çirklənmənin mümkünlüyü azaldıla bilər və fərziyələr çirklənmənin təbiəti, yeri və paylanması ilə əlaqədar olaraq yarana bilər.

Bu fərziyələr ərazinin hazırlanmalı olan ümumi konseptual modelinin bir hissəsini təşkil edir və yalnız çirklənmə aspektlərini deyil, həmçinin geologiya, torpaqşünaslıq, hidrogeologiya, geotexniki xüsusiyyətlər və ətraf mühitə dair verilənləri də əhatə edir. Ərazinin cari və planlaşdırılmış istifadəsi həmçinin konseptual modelin vacib aspektlərindəndir.

İlkin tədqiqat aşağıdakılara dair kifayət qədər məlumatı təmin etməlidir:

- aktual və ya potensial insan və reseptorlara dəyəcək potensial risklərə dair ilkin nəticə üçün və gələcək fəaliyyətə ehtiyyac olub-olmadığını müəyyən etmək.

Tələb olunan məlumatın həcmi və növü tədqiqatın məqsədlərindən asılı olacaq.

Tələb olunan işin həcmi ərazinin yaşı, tarixi istifadənin mürəkkəbliyi və geologiyanın mürəkkəbliyi və s.-ə uyğun olaraq dəyişəcək.

Yadda saxlamaq lazımdır ki, ərazidə çirklənmə ilkin olaraq gözlənilənə nisbətən daha mürəkkəb ola bilər (misal üçün, cari istifadə ilə) və ərazinin tarixinə dair müvafiq məlumat ilkin tədqiqatda əldə edilməlidir.

5.3 Sınaq məqsədli tədqiqatın tətbiq sahəsi

Sınaq məqsədli tədqiqata uyğun olan yerdə torpaqdan, qrunt sularından, səth sularından və torpaq qazından nümunə götürməni və müvafiq analizləri və ya toplanmış nümunələrin sınaqdan keçirilməsini daxil etməklə ərazidə aparılan tədqiqatlar daxildir. İlkin tədiqatdan olan fərziyələrin doğru olub olmamasını və harada uyğun olmasını müəyyən etmək, konseptual modelin digər aspektlərini sınaqdan keçirtmək məqsədilə əldə edilmiş məlumat daha sonra qiymətləndirilir. Ona görə bu, kəmiyyətdən çox keyfiyyət baxımlı tədqiqatdır və tipik olaraq bir neçə nümunələr təhlil ediləcək.

Bəzi hallarda fərziyə düzgün qeyd edilən zaman heç bir əlavə tədqiqata ehtiyyac duyulmur.

Lakin sınaq məqsədli tədqiqatın nəticəsi olaraq (misal üçün çirklənmə nümunəsinin daha mürəkkəb olması) və ya çirkləndirmə konsentrasiyalarının gözləniləndən daha yüksək olmasından aydın olur və artıq təhlükə yarada bilər. Bu vəziyyətdə əldə edilmiş məlumat kifayət qədər inamlı qərar qəbul etmək üçün uyğun olmaz və tam riskin qiymətləndirilməsinin aparılmasına imkan verməz, qoruyucu və ya bərpa tədbirlərinin müəyyən edilməsi və müvafiq ardıcıllıqla və tədqiqatın növbəti mərhələlərindən sonra qoruyucu və bərpaedici tədbirləri seçmək, hazırlamaq və tətbiq etmək məqsədilə kifayət qədər məlumat yaratmaq üçün ərazinin əsas tədqiqatını yenidən icra etmək lazım gələr.

5.4 Əsas sahənin tədqiqinin tətbiq sahəsi

Əsas sahənin tədqiqi çirkləndiricilərin miqdarı və ərazidə yayılmasını, onların mobil və stabil hissəcikləri və ətraf mühitə yayılmasını müəyyən etməyə xidmət edir. Buraya çirkləndiricinin gələcəkdə yenidən yaranmasının mümkünlüyü də daxildir.

O, çirkləndiricilərin insanlar və ya digər potensial reseptorları məruz qoyduğu rikslərin tam qiymətləndirilməsinə imkan vermək və həmçiin xərclərin ilkin qiymətləndirilməsi ilə birlikdə müvafiq çirkləndrici və ya bərpa tədbirlərinin müəyyən edilməsinə (bəzən) imkan vermək üçün lazım olan məlumatı əldə etmək məqsədilə torpaqdan, qrunt sularından, səth sularından və torpaq qazından olan nümunələrin toplanması və təhlil edilməsini tələb edir. Nümunələrin təhlili modelin hesablanması və nümunə götürmədən tədqiqat texnikaları tərəfindən dəstəklənə bilər. Qoruyucu və ya bərpaedici işlərin təfsilatlı planı tədqiqatın növbəti mərhələlərini tələb edə bilər.

Əsas sahənin tədqiqindən (və ya onun hər hansı səciyyəvi mərhələsindən) tələb olunan məlumatın miqdarı və təbiəti sahənin təbiətindən və tədqiqatın məqsədindən asılı olaraq dəyişəcək. Sahədə hansı tədbirlərin görülməsinə dair qərarların ardıcıllığı sahədən sahəyə dəyişəcək. Əlavə olaraq, tələb olunan məlumatın miqdarı və keyfiyyəti həmçinin qərar vermə proseslərinin tələblərinə müvafiq olaraq dəyişəcək (misal üçün, risklərin qiymətləndirilməsi, bərpaedici tədbirlərə olan ehtiyac və növü ilə əlaqədar olan qərarlar və s). Qərar vermə prosesinə daxil edilmiş bütün tərəflər məlumatın hədəfə alınmış məqsəd üçün qənaətbəxş olmasını təmin etmək üçün tam məlumatlandırılmalıdır.

Hər hansı riskin qiymətləndirilməsini daxil etməklə yaranmış məlumatın şərhini tamamladıqdan sonra qoryucu və ya bərpaedici tədbirlərin hansının tələb olunduğunu müəyyən etmək və uyğun olan tədbirlərin növlərini ümumiləşdirmək mümkün olmalıdır.

İlkin tədqiqat müvafiq məlumatın əldə edilməsi, onun dəqiqliyi, etibarlılığına, tədqiqatın məqsədlərinə dair şübhəli, məlumatın olmamasını və uyğunluğu nəzərə almağa xidmət edir.

İlkin tədqiqat aşağıdakılardan ibarətdir:

- ərazinin tarixçəsi və sahənin digər müvafiq aspektləri barədə məlumatın toplandığı və kritik şəkildə baxıldığı nəzəri tədqiqat;

- Sahə ilə tanışlıq (sahəyə nəzarət, baxış);

- ərazinin konseptual modelinin hazırlanması, xüsusilə də

1) çirkləndiricinin mümkün olan növü və miqdarı barədə fərziyə,

2) miqrasiya yolları (əraziyə giriş və çıxış), ərazidə müvəqqəti yayılma,

3) hidrogeoloji səthə yaxın ərazinin digər aspektlərinə dair fərziyələr;

- növbəti tədqiqatlara olan ehtiyaclar və əhatə dairələri ilə əlaqədar olaraq nəticələrin hazırlanması;

- insan və ya ətraf mühiti (misal üçün, hasar, əlavə depozitlərin çıxarılması) qorumaq üçün ehtiyat tədbirlərə olan ehtiyacın müəyyən edilməsi.

İlkin tədqiqatın məqsədləri əhatə dairəsinin (misal üçün, tədqiq edilmiş məlumatın mənbəyi) uyğun olduğunu təmin etmək üçün tədqiqata başlamamışdan qabaq müəyyən edilməlidir.

Bir çox hallarda insan və digər reseptorlara dəyən potensial risklərin ilkin qiymətləndirilməsi mümkün olmalıdır.

Toplanmış məlumat aşağıdakılara imkan verməlidir:

a) çirkləndiricinin gələcəkdə yayılmasının və ya yeni yolların (misal üçün, buruqlar və sınaq quyuları) yaradılmasının risklərini minimuma endirmək üçün tədqiqatın müvafiq mərhələ və ya fazalarının hazırlanması;

b) tədqiqat zamanı işin müvafiq təhlükəsizlik üsullarının qəbul edilməsi (bax AZS 10381-3).

İlkin tədqiqat zamanı toplanmalı olan minimum məlumat 6.2 və 6.3-də verili və məlumatın necə əldə ediləcəyi prosedurlar 6.4-də verilib. İlkin tədqiqatın nəticələrinə dair təlimat 6.6-da verilib.

6.2 Keçmiş və ya gələcək istifadəyə dair məlumat

Şəhər ərazilərinin sürətlə artması keşmişdə kənd olan sahələrin unudulması və mövcud torpaqların istifadəsinin dəyişilməsi ilə nəticələnmişdir. Onun üçün də şəhər ərazilərindən əvvəl çirklənmə tez-tez baş vermiş, tarixi sənaye proseslərinin bəzilərinin nəticəsində və şəhər sənaye sahələri üçün toplanmalı olan məlumat oxşardır.

Ərazinin tarixi və müasir istifadəsi üçün toplanmış məlumat mümkün qədər aşağıdakılara dair məlumatı təmin etməlidir (məqsədlər daxilində razılığa gəlinmiş məhdudiyyətlərə məruz qalaraq):

- ərazidə və onun yaxınlığında baş vermiş hər hansı dəyişiklik, tikinti və ya digər fəaliyyətlər;

- keçmişdə baş vermiş hər hansı fəaliyyətlər və (kimyəvi tərkiblərinin təsviri) sənaye, inşaat və ya ərazidə baş verən digər fəaliyyətlər ilə əlaqədar olaraq istifadə edilən hər hansı material;

- yerini göstərilməklə (mümkün qədər dəqiq) torpağın çirklənməsi üçün potensial səbəb olmuş (istehsal prosesləri, saxlama vasitələri, materialların daşınması vasitələri, həmçinin yeraltı daşınma) sənaye və digər fəaliyyətlər;

- kabellər, keçiricilər, yumşaq landşaft sahələri və ağır landşaft sahələri, tökmə torpaq sahələri və ucluqlu material sahələri, axan emal, gil ilə davranma, səthin drenajı, kimyəvi saxlama, yeraltı çənlər, tullantı materialları, inşaat tullantıları və s. dair detallar;

- tədqiqat altında olan sahəyə təsir edəcək yanaşı olan torpağın istifadəsinə (hazırkı və ya hədəfə alınmış) dair məlumat.

Bir ərazidə olan oxşar sahələrə dair məlumatdan müqayisə üçün istifadə edilməlidir.

6.3 Geologiya, torpaqşünaslıq, hidrologiya və hidrogeologiyaya dair məlumat

Ərazinin geologiyası və torpaqşünaslığa və mümkün qədər hidroloji və hidrogeologiya vəziyyətinə dair məlumat toplanmalıdır. Bu məlumatın toplanmalı olduğu miqyas və tələb olunan detalın dərəcəsi yalnız subyektiv formada müəyyən edilə bilər, lakin tədqiqatın müəyyən edilmiş məqsədlərinə uyğun olmalıdır.

Toplanmış məlumatlara aşağıdakılar daxil edilməlidir:

- gözlənilən torpaq profili (təbii və antropogen);

- torpağın təbiəti və layın dərinliyi;

- qrunt suyunun dərinliyi və mövsümü dəyişmə;

- yerli və regional miqyasda qrunt sularının şaquli və üfüqi axın istiqaməti və zamanla dəyişmə (əgər mümkündürsə) (Su keçirtməyən qatın mövcudluğu xüsusilə əhəmiyyətli ola bilər);

- drenaj nümunələri və səth sularının axını, hətta əgər onlar hal-hazırda dolmuşdursa və qrunt sularının davamlılığı;

- Qrunt suları bulaqlarının, quyuların və digər çıxış nöqtələrinin və hər hansı qrunt suyu, qrunt qazına nəzarət qurğularının mövcudluğu;

- misal üçün, tikinti işləri ilə əlaqədar olaraq ərazidə və onun ətrafında qazılmış quyular, digər (geotexniki) tədqiqat formaları kimi əvvəlki torpaq tədqiqatlarının və kimyəvi tədqiqatların nəticələri;

- yerli torpaq quruluşu və ya profili ilə əlaqədar olaraq çirkləndiricinin xüsusiyyətləri (misal üçün, torpaqda olan çürüntü çirkləndiricili üzvü tərkib hissələri tərəfindən udula bilər).

6.4.1 Məlumatın əldə edilməsi vasitələri

6.2 və 6.3-də qeyd edilən məlumat aşağıdakı formada əldə edilməlidir:

- yaxşı keyfiyyətə dair detallı xəritələrdən istinad əsasları üçün istifadə edilməlidir, misal üçün, 1:25 000 miqyasda regional xəritələr, qidalandırma xətlərinin təmin edilməsinin qeyd olunduğu 1:2 000 –dən 1:2 500-ə kimi miqyasda yerli xəritələr, tarixi xəritələr, torpaq xəritələri, hidrogeoloji xəritələr.

- ərazinin geologiyası, torpaqşünaslığı, hidrogeologiyası və hidrologiyası ilə əlaqədar olaraq xəritə və məlumat bazalarının təhlili;

- Peyk vasitəsilə çəkilən şəkillərin (ağ və qara, rəngli və infraqırmızı) yoxlanılması;

- arxivlərin, sahibkar və istifadəçilərin cari və əvvəlki lisenziyalarının, əvvəlki inkişaf planlarının, baxılan ərazi ilə yanaşı olan ərazilər ilə əlaqədar olaraq torpaq qeydiyyatı idarələrindən əldə edilən məlumatların (misal üçün, bələdiyyədən, əyalətlərdən) təhlili;

- ərazinin əvvəlki istifadəçilərini və aktiv fəaliyyətləri müəyyən etmək üçün ticarət və küçə direktorluqlarının təhlili;

- buraxılmağa dair razılıqları daxil etməklə ətraf mühit, əməliyyat icazələrini və ərazinin cari istifadəsinə dair səlahiyyətli orqanlar ilə məsləhətləşmə;

- mümkün və uyğun olan zaman müsahibələr cari və əvvəlki sahibkarlar, işçilər, cari və əvvəlki qonşular, qonşuluqda olan bisnes və mühit qrupları, qrunt suyunu tədqiq edən şirkətlər, su şirkətləri, suyun keyfiyyətinə nəzarət edənlər və s. ilə aparılmalıdır (məlumat müstəqil mənbə tərəfindən təsdiq olunanadək bu məzmunlu hadisənin dəqiqliyi ilə ehtiyatla davranılmalıdır);

- əraziyə dair müşahidələr aparmaq üçün əraziyə baş çəkmə (sahə ilə tanışlıq). Bu, mövcud tarixi məlumat və digər müvafiq məlumatlar əldə edilib baxıldıqdan sonra icra edilməlidir.

6.4.2 Sahəyə baş çəkmə zamanı müşahidələr

Əraziyə baş çəkmənin nəticəsi topoqrafiya, səthin drenajı və hər hansı “anormal” vəziyyəti daxil etməklə çirklənmənin potensial səbəbi (yayılması) ilə əlaqədar olan nəticələri birlikdə mövcud ərazinin vəziyyətinə dair hesabat olmalıdır. Şəkilli qeyd sahəni tam və tədqiqata aid olan xüsusiyyətlərini qeyd etməklə təsvir edilməlidir.

Sahəyə baş çəkməyə praktik istifadə də olan sahənin ardıcıl tədqiqi üçün olan strategiyanı hazırlamaqla da yardım olunacaq və sahə üçün səciyyəvi olan xüsusiyyətlər nəzərə alınır. Sahəyə baş çəkmə zamanı mümkün sayda müşahidələr qeyd edilməlidir.

Əraziyə baş çəkmə zamanı edilən tipik müşahidələr aşağıdakılardır:

- cari istifadə və sahənin vəziyyəti;

- sahəyə giriş, ərazidə hərəkətin asanlığı və səciyyəvi yerlərdə (misal üçün binalar və ya digər quruluşlar) nümunə götürməyə qadağa qoyan şərtlər;

- ərazinin hüdudlarının vəziyyəti və ətraf torpaqlardan istifadə;

- həssas tikililər və yayılmanın yaxınlılığı;

- sahənin potensial riksləri (misal üçün. yüksəklikdən keçən elektrik naqilləri, boşluqlar);

- təhlükəli materiallar;

- sahənin səviyyəsində dəyişikliyə dair sübut (artma və azalmalar);

- çirklənmənin göstəriciləri (misal üçün, bitkinin yetişməməsi);

- sahəyə daxil olan və ya çıxan çirklənmənin vizual sübutu və iyin mövcudluğu;

- hər hansı səth sularının vəziyyəti;

- su çıxma nöqtələrinin sübutu;

- hər hansı qrunt sularının və ya torpaq qazına nəzarət quyularının mövcudluğu.

Sahə ilə tanış olan zaman təhlükəsizlik çox vacibdir və bunu icra edənlər mümkün fiziki risklər və həmçinin çirklənmə və ya bioloji risklər barədə xəbərdar olmalıdır. Misal üçün, köhnə binalar struktur cəhətdən etibarlı olmaya bilər və yalnız mütəxəssisdən məsləhət aldıqdan sonra daxil olunmalıdır (təhlükəsizliyə dair daha çox məlumat üçün AZS 10381-3-ə baxın).

6.5 Konseptual modelin hazırlanması

6.5.1 Ümumi konseptual model

Konseptual model əraziyə aid məlumatları birləşdirməklə (misal üçün, çirkləndirmə, geologiya, torpaqşünaslıq) və mümkün olan yerdə cari və potensial reseptorlara çirklənmənin indi və gələcəkdə təsir edə biləcəyi yolları göstərməkdir.

Konseptual modelin vacib aspekti çirklənmə ilə əlaqədar olan fərziyələrin yaradılmasıdır.

Konseptual modelin yaradılması sahənin və onun insanları və digər reseptorları məruz qoya biləcəyi risklərin daha yaxşı başa düşülməsinə və həmçinin tədqiqatın növbəti mərhələlərinin hazırlanmasına yardım edə bilər. O, həmçinin tədbirlərə necə nail ola biləcəyinə və digər işlərin icra edilməsinə də yardım edir.

6.5.2 Çirklənmə ilə əlaqəli olan fərziyələrin yaranması

İlkin tədqiqatın nəticələrinə əsaslanaraq fərziyələr mümkün olan təbii dəyişiklik və sahədə gözlənilən çirkləndirici maddələrin yayılması ilə əlaqədar olaraq yaradılmalıdır.

Müvafiq fərziyələrə gəldikdə, müxtəlif fərziyələrin tətbiq olunduğu sahənin ayrı-ayrı zonalarını müəyyən etməyə tez-tez ehtiyac olacaq. Bu, normal olaraq böyük sahələr üçün vacib olacaq, lakin daha kiçik sahələr üçün də mümkündür.

Fərdi maddələr ilə əlaqədar olan fərziyələr elə hazırlanmalıdır ki, (6.5.4-ə bax) sonra konseptual model ilə birləşə bilsin və bu zaman mövcud olan bütün məlumatlar nəzərə alinmalı və məlumat zonanın çirklənmə ilə əlaqədar olan ümumi senarisinə çevrilməlidir. Fərdi zonalar üçün konseptual modellər bir bütöv sahə üçün olan konseptual modellə birləşə bilər. Bütün sahə boyu tədqiqatın növbəti mərhələsində istifadə edilməli olan nümunəgötürmə strategyasını hazırlamaq üçün konseptual modeldən istifadə edilir.

Lakin, nümunəgötürmə strategiyasına dair qərar qəbul etməmişdən qabaq mövcud olan məlumatdan hər bir zona üçün (və tam sahə üçün) ilk öncə sahənin və ya zonanın çirklənməsini gözləməli və ya gözləməməli olduğunu müəyyən etmək vacibdir, yəni zona (və ya sahə) “ola bilsin ki, çirklənməmiş” və ya “ola bilsin ki, çirklənmiş” kimi xarakterizə etmək lazımdır.

6.5.3 “Ola bilsin ki, çirklənməmiş” sahə və ya ərazi fərziyəsi

Əgər ilkin tədqiqatın nəticələrinə əsaslansaq, sahədə çirkləndirici fəaliyyətlərin icra edildiyinə dair şübhə etmək üçün heç bir əsas yoxdur və çirkləndirici hissəciklərin sahəyə daxil olmasının mümkünlüyünü göstərən məlumat yoxdur, yaradılmış fərziyə sahənin “ola bilsin ki, çirklənməmiş” kimi təsnifləşdirilməsi olacaq.

Sahənin çirklənməmiş olmasını qəti şəkildə göstərən sübut təqdim etmək çox çətindir. Bunun üçün də tez-tez ilkin tədqiqat tamamlandıqdan sonra sınaq üçün tədqiqat aparmağa ehtiyac olacaq. Bu sınaq məqsədli tədqiqatda 8-ci maddədə qeyd olunan təlimatlara riayət edilməlidir.

Ərazinin çirkləndirilməmiş olub-olmamasına dair sual aşağıdaılardan asılı olacaq:

- potensial olaraq çirkləndirici maddələrin səviyyəsi;

- daxil edilmiş çirklənmə yolları;

- adətən qarşılanan komponentlərin konsentrasiya səviyyəsi;

- milli və ya regional qanunvericilikdə bu komponentlər üçün qoyulmuş hədəf səviyyələri.

Qeyd: Şəhər və sənaye sahələri üçün tez tez atmosfer çöküntüləri ilə əlaqədar olaraq antropogen çirklənmə xasdır.

Sınaq məqsədli tədqiqatın nəticələri “çirklənməmiş” fərziyəsi ilə razılaşa bilər, lakin bəzən çirklənmənin qaçılmaz sübutunu da təqdim edəcək. “Ola bilsin ki, çirklənməmiş sahənin” sınaq üçün olan tədqiqatında normal olaraq məhdud sayda nümunələrdə geniş miqyaslı çirkləndiricilər müəyyən ediləcək. Bu, aktual tədqiqatdan qabaq cəlb edilmiş tərəflər arasına tədqiqatın həcminə dair razılığın əldə edilməsini tələb edir. Hər şeydən sonra tədqiqatın həcmi gözlənilməz çirklənmənin aşkarlanması şansını müəyyən edir.

6.5.4 “Ola bilsin ki, çirklənmiş” sahə fərziyəsi

Əgər ilkin tədqiqata əsaslanaraq sahədə bir vaxtlar fəaliyyətlər nəticəsində çirklənmə baş verdiyini göstərməyə fakt olarsa, fərziyə sahə “ola bilsin ki, çirklənmiş” olacaq.

Bu zaman müxtəlif fərziyələr çirkləndiricinin gözlənilən növlərini, onun sahə boyu yayılmasını, mümkün olan yayılma yollarını torpağa səth sularına təsirini təfsilatlı şəkildə müəyyən etməlidir.

Fərziyə yaradan zaman aşağıdakı faktorlar nəzərə alınmalıdır:

- çirkləndiricilərin fiziki və kimyəvi tərkibi (əgər lazımdırsa, müxtəlif fərdi fərziyələr);

- mənbənnin təbiəti və çirkləndiricinin torpağa necə daxil olması (yayılma və ya ləkə şəklində);

- çirkləndiricilərin təbiətindən asılı olaraq gözlənilən miqrasiya proseslərinə əsaslanaraq (şaquli və üfüqi istiqamətlərdə) çirkləndiricinin torpaqda və ya qrunt sularında yerləşməsi;

- üstünlüyə malik olan yolların potensial mövcudluğu;

- çirkləndiricilərin fiziki xüsusiyyətləri və torpaq vasitəsilə ilə yayılmasının (biodeqradasiyanı daxil etməklə) mümkünlüyü və suda həll olma qabiliyyəti, gil və digər torpaq komponentləri ilə qarşılıqlı əlaqə;

- udulma və mürəkkəbləşmə prosesləri;

- çirkləndiricilərin torpağın üzvü maddələri ilə qarşılıqlı əlaqəsi;

- çirkləndiricilərin yayıldığı zonalarda çöküntülərin mümkünlüyü;

- üzvü tullantılardan alınan qazlar və uçucu maddələrin tərkib hissələri;

- torpaq quruluşu və stratifikasiya (misal üçün, yüksək dərəcədə qumlu torpaq, torf və ya yüksək dərəcədə keçiciliyi olmayan gil, sıxılmadan əmələ gəlmiş çatlaqlar, makroməsamələr və torpaqda bioloji fəaliyyətlər);

- çirkləndiricinin mövcud olduğu müddət;

- qrunt sularının dərinliyinin cədvəli.

Sahənin (zonaların) müxtəlif hissələrinə dair fərziyələr olan zaman ən yaxşı qiymətləndirmə təmin ediləcək və bu formada fərziyələrin yaradılması optimal tədqiqat strategiyasının hazırlanmasına imkan verəcək.

6.5.5 Çirkləndiricilərin məkanda yayılması ilə əlaqədar olan fərziyələr

6.5.5.1 Çirkləndiricinin məkanda yayılmasının növləri

Nümunə götürmə strategiyasının hazırlanması üçün çirkləndiricinin məkanda yayılmasının dörd əsas növü müəyyən edilə bilər:

- heç bir çirklənmə mövcud deyil və ya çirklənmə eynicinslidir;

- çirklənmə məlum çirklənmə mənbəyi ilə birlikdə eynicinsli paylanma ilə mövcuddur;

- çirklənmə naməlum yerin çirklənmə mənbəyi ilə birlikdə eynicinsli paylanma ilə mövcuddur;

- çirklənmə heç bir çirklənmə mənbəyi olmadan eynicinsli paylanma ilə mövcuddur.

6.5.5.2 Eynicinsli yayılmaya qarşı müxtəlifcinsli yayılma

Eynicinsli və ya müxtəlifcinsli sözlərinin izahı yalnız üfüqi fərdi laya uyğundur, daha kiçik şaquli istiqamətli yayılmada o, adətən müxtəlifcinsli kimi təsvir edilir. Çirkləndiricilərin təbiəti, torpağın təbiəti və çirkləndiricilərin mövcud olduğu vaxtın uzunluğu paylaşdırmanın növünə təsir edəcək.

MİSAL 1: Erkən mərhələlərdə çirkləndiricilər mənşəyinə müxtəlifcinsli çirkləndirici kimi baxılacaq, lakin yayılmanın müəyyən vaxtından sonra əsas sahəyə eynicinsli formada yayılmış çirkləndirici kimi baxıla bilər.

Yayılmanın təbiətinə aid olan fərziyələr çox vacibdir. Bu, növbəti nümunə götürmə strategiyasına da təsir edəcək.

Beləliklə, eynicinsli yayılma ehtimal edilən zaman:

- nümunə götürmə strategiyası nümunə yerləri arasında daha geniş məkanları qəbul edə bilər, çirklənmənin bütün yerlərdə oxşar olması gözlənilir (Bu nümunəgötürmə strategiyası əlbəttə ki, eyniləşdirən qaynar nöqtələri azaldacaq);

- əlavə olaraq, eynicinsli çirkləndirmə üçün mürəkkəb nümunələrin istifadəsi iqtisadi cəhətdən faydalı ola bilər, çünki analitik nəticələr daha geniş əraziləri təmsil edə bildiyindən təhlil üzrə xərclər azaldıla bilər (həmçinin bax 7.4.6).

Lakin əgər müxtəlifcinsli yayılma ehtimal olunarsa:

- nümunəgötürmə strategiyası nümunə götürmə yerləri arasındakı məsafələri müəyyən edəcək, bu da müəyyən edilməli olan çirkləndirici konsentrasiyalarda gözlənilən dəyişikliklərə imkan verəcək;

- həmçinin, müxtəlifcinsliliyin mənbənin çirkləndiricinin “məlum” yerlərinə tətbiq edilə bildiyi bəzi nümunə götürmələri daxil edə bilər.

Qeyd etmək lazımdır ki, çirklənmənin “eynicinsli” və ya “müxtəlifcinsli” kimi izahı çirklənməni tədqiq etmək üçün istifadə edilən miqyasdan asılıdır

MİSAL 2: 100 m x 100 m sahəni eynicinsli formalı çirkləndirmiş hesab edilən çirklənmə tədqiqat ərazinin limitlərini ötüb keçməyənədək eynicinsli kimi qəbul ediləcək. Lakin, 1000 m x 1000 m miqyasda torpağın keyfiyyətinə baxan zaman eyni çirklənmə “qaynar nöqtə” kimi müəyyən ediləcək və həmçinin müxtəlifcinsli hesab edilməlidir.

Eynicinsli və müxtəlifcinsli yalnız keyfiyyət anlayışlarıdır.

Təcrübədə çirkləndirici maddələrin yayılması yayılma nümunələrinin kombinasiyası olmalıdır və yayılmanın fərdi növlərini yerləşdirmək üçün nümunə götürmə planları hazırlanmalıdır. Məkanda paylaşdırmaya dair fərziyələr hər bir fərdi maddə (və ya maddələr qrupu) üçün qəbul edilməli olduğundan son nümunə götürmə planı sahədə mövcud olan müxtəlif çirkləndiricilər üçün tələb olunan müxtəlif nümunə götürmə nümunələrin nəzərə almalıdır.

6.6 İlkin tədqiqat və konseptual modelə dair hesabat vermə

İlkin tədqiqata dair hesabat vermə elə olmalıdır ki, konseptual modelin ilkin əmələ gəlməsi yolu və fərdi fərziyələr aydın şəkildə qəbul və müəyyən edilə bilən kimi olsun.

İlkin tədqiqatın hesabatı aşağıdakılardan ibarət olmalıdır:

a) geologiya, torpaqşünaslıq və hidrologiyaya dair detallar ilə birlikdə sahənin keçmiş və indiki istifadəsinə dair toplanmış məlumat;

1) 6.2 və 6.3 –də qeyd olunan bütün aspektlər müzakirə edilməli və məsləhətləşdirmiş bütün mənbələrin detalları təmin edilməlidir,

2) Əldə edilmiş məlumatda boşluqların və yoxlanışlarda məhdudiyətlərin olması barədə təlimatlar verilməlidir.

b) məlumat mənbəyinə necə daxil ola biləcəyinə dair qeyd və heç bir səciyyəvi məlumat əldə edilməmişdir;

c) aşağıdakılar ilə birlikdə əldə edilmiş sistemsiz hadisələrin qeydi;

1) müsahibə götürülmüş şəxsin adı və vəzifəsi,

2) müsahibənin tarixi,

3) müsahibə götürülən şəxsin sahə ilə əlaqəsi qeyd edilməlidir, bu məlumatın etibarlılığının qiymətləndirilməsi üçün faydalı ola bilər.

d) aşağıdakıları daxil etməklə konseptual modelin hazırlanmasının tam təsvirinin tam müzakirəsi;

1) yaradılmış fərziyələr,

2) çirklənmənin mövcud olması və ya olmaması (və təbiiliyin növü) ilə əlaqədar olan nəticələr,

3) məkanda yayılma və müxtəlif fərziyələrin yaradıldığı zonalara məhdudlaşmanın detalları.

e) “ola bilsin ki, çirklənməmiş” sahə olan halda bu nəticəni dəstəkləyən arqumentlər daxil edilməlidir;

f) “ola bilsin ki, çirklənmiş” sahə olan halda aşağıdakı elementlər uyğun olan yerdə müzakirə edilməlidir;

1) çirklənmə mənbələrinin forması və çirkləndiricilərin torpağa daxil olma amili,

2) mümkün olan çirkləndiricilərin siyahısı (və əgər uyğundursa, onların kimyəvi xüsusiyyəti),

3) gözlənilən məkanda yayılma - gözlənilən yayılma torpaqda, səthdə, qrunt suları və torpaq qazında çirkləndiricinin yerləşməsi.

g) növbəti ehtiyac və formaya dair nəticələr və tövsiyyələr- xüsusilə məqsədləri nəzərə almaqla müvafiq hesab edilən ərazinin tədqiqinə olan ehtiyyac.

Hesabatda formalaşdırılmış quruluşa riayət etməli (həmçinin bax 9.6) və aşağıdakıların daxil edilməsi təklif edilir:

- Tədqiqatın detalları (əmin olmaq əlavədə verilə bilən məlumat mənbələrini daxil etməklə);

- Sahənin detalları (toplanmış məlumatl və sahəyə baş çəkmənin nəticələrini daxil etməklə);

- müzakirə və fərziyənin yaranması;

- əlavələr (mümkün olan qədər sənəd üzrə sübutlara malik olmaq).

Bu maddə intruziv tədqiqatların bütün növlərinin hazırlanması üçün (misal üçün, sınaq məqsədli və əsas tədqiqatlar) uyğundur. Növbəti hissələrdə tədqiqatın səciyyəvi növlərinə aid olan təlimatı təmin edir.

Təlimatlar layihənin hazırlanması, torpaqdan nümunələrin götürülməsi, nümunələrin tərkib hissələrə ayrılması, analitik və test etmə strategiyalarını təmin edir.

7.2 Sahə işinin ümumi aspektləri

Çirkləndirilmiş sahələrdə sahə işinin tədqiqatçıların səhhətini əhəmiyyətli dərəcədə risk altına sala biləcəyini başa düşmək vacibdir. Mümkün olan risklər və həmin risklərə nəzarət etmək üçün ehtiyyat tədbirləri barədə daha çox məlumat üçün AZS 10381-3 istinad edilməlidir.

Nümunə götürmə nümunələrini, quyuları və sınaq üçün olan quyuları daxil etməklə nümunə götürmə üsullarını və nümunələrin saxlanılmasını daxil etməklə nümunə götürmə texnikalarının səciyyəvi aspeklərinə dair məlumat üçün AZS 10381-1 və AZS 10381-2-yə istinad edilməlidir. Qeyd etmək lazımdır ki, digər – qeyri intruziv tədqiqat texnikaları çirklənmənin məkanda yayılmasına yardım edə bilər.

Sahədə işin başlanğıcından kifayət qədər nümunənin götürülməsini təmin etmək məsləhətlidir. Götürülmüş bütün nümunələri təhlil etmək hər zaman lazım olmayacaq, lakin əlavə nümunə götürmək üçün sahəyə geri qayıtmaq bahalı (çox) ola bilər. Bu, xüsusilə də nümunələr torpaq profilinin əhəmiyyətli dərəcədə dərinliyindən götürülən zaman baş verə bilər. Lakin, uçucu və yarı-uçucu komponentlərin təhlili nümunə götürdükdən sonra mümkün qədər tez icra ediməlidir və həmin komponentlər üçün nümunələri sonrakı təhlillər üçün saxlamaq mümkün olmaya bilər.

Nümunə götürmək əvəzinə sahədə sınaq və təhlil aparma üsullarından istifadə etmək daha mənfəətli ola bilər.

Tədqiqat zamanı icra edilmiş strategiyanın optimal olmaması aydın olan zaman strategiya dərhal dəyişilməlidir (misal üçün, qrunt sularının cədvəli gözlənilən dərinlikdən əhəmiyyətli dərəcədə fərqlənir). Bəzi hallarda nizamlanmış strategiyalar əsasında əlavə nümunələr götürməli və ya proqnoz edilməmiş şərtləri nəzərə almaq olar. Lakin bu vəziyyət riayət edilməli olan original strategiyanın aydın sübutu deyil.

Torpaq layının təsvirləri, əgər bu əmələ gəlmə zamanı icra edilməmişdirsə, nümunə götürmə tamamlandıqdan dərhal sonra sahədən götürülməlidir. Nümunə götürmə yerlərinin eyniləşdirmə lövhələri və miqyas markerləri ilə birlikdə şəkillər çəkmək adətən torpaq layının təsviri üçün faydalı olur.

7.3 Ümumi dizayn aspektləri

Nümunələrin götürülməsi seçilmiş sahədə (intruziv) aparılan tədqiqatların hazırlanması və sahədə testlər aparılması (əgər varsa) ilkin tədqiqatın nəticələrinə və sınaq üçün olan tədqiqatın məqsədlərinə (maddə 8) və ya sahədə əsas tədqiqata (maddə 9) əsaslanmalıdır.

Layihənin hazırlanmasına nümunə götürmə yerlərinin təfsilatları, dərinlik, götürülməli olan nümunələrin sayı, növləri və nümunələrin götürülməli olduğu metodologiya daxil olacaq. Nümunə götürmə yerlərinin vəziyyətlərinin sahədə tədqiqata başlamamışdan qabaq müəyyən edilməsi vacibdir, həm də nümunə götürmə komandasına sahədə peşəkar fikirlər sürməyə, sahədə müşahidələr ilə birlikdə yerləri və nümunə götürmə yerlərini dəyişməyə icazə verilməlidir.

Qeyd olunan fərziyədə ilkin tədqiqatın sahədə əsas tədqiqatı daha təfsilatlı şəkildə hazırlamaq üçün yardım edəcəyi bəzi potensial çirklənmə yerləri qeyd oluna bilər.

MİSAL: Misal üçün, xlorlu həlledicilərin sıçramasının potensial həcminə dair ilkin məlumat yardım edə bilər.

Sahədə sınaq tədqiqatlarının hazırlanması məqsədlər tərəfindən tələb olunan lazımı məlumatı yaratmaq üçün hazırlanmalı olan sahədə əsas tədqiqatlara imkan vermək üçün lazım olan aspektləri nəzərə almaqla və məlumatı təmin etməklə proqnoz edilməyən vəziyyətlərin mümkünlüyünü minimuma endirə bilər.

Yuxarıda müzakirə edildiyi kimi müxtəlif fərziyələr sahənin müxtəlif sahələrinə tətbiq edilə bilər və beləliklə də müxtəlif nümunə götürmə strategiyaları tədqiqat prossesi daxilində tətbiq edilə bilər.

7.3.2 Sahə işlərinin hazırlanması

Sahə işlərini hazırlayanlar nümunə götürmə proqramının və onun icrası ilə əlaqədar olan praktiki aspektlərin hazırlanmasını nəzərə almalıdır. Buraya aşağıdakılar daxildir:

- nümunələrin yeri və sayı və nümunə götürmə üzrə nümunələr;

- nümunə götürmə metodu (quyular, sınaq quyuları və s. nümunə götürmə avadanlığı);

- götürülməli olan nümunələr (torpaq, dənələr, su, qaz);

- xüsusi nümunə götürmə tələbləri (uçucu komponentlər, saxlama üzrə tələblər);

- nümunə konteynerlərinə dair tələblər;

- sahədə və kənarda sınaq aparılmasına dair tələblər;

- icra edilməli olan təhlillər və laboratoriyada nümunənin toplanması, saxlanılması və daşınmasına dair səciyyəvi tələblər;

- tədqiqat zamanı sağlamlıq və təhlükəsizliyi təmin etmə prosedurları və ehtiyyat tədbirləri və tələb olunan qoruyucu avadanlıq;

- tədqiqat zamanı və tamamladıqda sonra çirklənmənin miqrasiyasının qarşısını almaq üçün tələb olunan qoruyucu tədbirlər;

- tədqiqatdan yarananlarla rəftara dair tələblər və sahədən materialın çıxarılması, misal üçün materialı zibilliyə atma ehtiyyacı;

- keyfiyyətin təmin edilməsinə dair tələblər;

- sahəyə (və lazım olan zaman yanaşı torpağa) girişə icazə;

- sahədə nümunənin toplanması üçün olan maneələrin yeri və təbiəti və bunu necə üstələmək olar;

- yer altı və yer üstü xidmətlərin (hər ikisini daxil etməklə) yeri və status;

- ofislər, dezinfeksiya yerləri və nümunə saxlanılan yer üçün müvafiq sahələri;

- sağlamlıq və təhlükəsizlik (AZS 10381-1, AZS 10381-2 və AZS 10381-3-ə istinad edilməlidir və burada tədqiqatçıların və mühitin sahənin tədqiqatı nəticəsində məruz qaldığı risklər detallı şəkildə təsvir edilir. Sahənin tədqiqi metodologiyasında lazımı ehtiyyat tərbirləri qeyd olunmalıdır);

- kommunikasiya və bədbəxt hadisə və fövqəladə hala dair planlar və xidmətlər üzrə kommunikasiya;

- ətraf mühiti qorumaya dair tədbirlər, missal üçün tozun təmizlənməsi və çirkləndiricinin yayılmasına nəzarət və qarşısının alınması;

- çirklənmiş qrunt suları, qazmalardan çıxanlar və tədqiqat zamanı istifadə edilən və çirklənmiş materialla rəftar.

7.3.2.2 İnteqrasiya edilmiş tədqiqatlar

Bəzən çirkləndirmə və geotexniki aspektlərı olan ehtiyyacları birləşdirən tədqiqatlardan fayda əldə edilir. Bu, sağlamlıq, təhlükəsizlik və geotexniki tədqiqatların hazırlanmasında mühitin qorunmasının nəzərə alınmasına olan ehtiyyac yaranan zaman yardım edə bilər.

Birləşdirilmiş tədqiqat aşağıdakılardan faydalanır:

- sadələşdirilmiş layihənin idarə edilməsi;

- avadanlıq və prosedurlardan ümumi istifadə;

- nəticədə yaranan qənaət məqsədilə sınaq üçün quyuların istifadəsi;

- hər iki tədqiqat üçün sağlamlıq və təhlükəsizliyə dair nəticələr;

- nəticədə alınan məlumatın birləşdirilməsinə icazə vermək.

Lakin inteqrasiya edilmiş tədqiqatın istifadəsi hər hansı tədqiqatın məqsədinə nail olmada güzəştə getmə ilə nəticələnməməlidir. Misal üçün, çirklənmə üçün nümunələrin yerləri geotexniki tələbləri yerləşdirmək üçün tərpədilməməlidir. Geotexniki nümunə götürmə üsulları kimyəvi təhlillərə görə nümunə götürmək üçün uyğun deyil. Əlavə olaraq, torpaq profillərinin qeydə alınmasına dair tələblər müxtəlif ola bilər.

7.4 Götürülmüş nümunələr və torpaqdan nümunə götürmə üçün yer

Nümunə götürmə strategiyası istifadə edilməli olan nümunələrin götürülməsi, olduğu dərinliyi və toplanmalı olan nümunələrin növ və ölçülərinin nəzərə alınmasını tələb edir. Götürülən nümunələrin yerinin nəzərə alınması AZS 10381-1-də verilib. Statistik fikirlər götürülən nümunələrə, xüsusilə də nümunə götürmə nöqtələri arasındakı məsafələrə tətbiq edilə bilər.

Nümunələrin yerləşməsi (sistematik) və ya nümunə götürməyə dair əmr əsasında, iki yanaşmanın birləşməsində istifadə edilə bilər.

Çirklənməni aşkarlamanın mümkünlüyü tədqiqatda olan sahənin səthindən asılı olmamalıdır. Başqa sözlərlə, əgər sahənin səthi artarsa, onda mümkün olan çirkləndiricini eyni mümkünlük ilə yerləşdirmək üçün və ya çirkləndiricinin yayılması fərziyəsindən asılı olaraq daha çox nümunələr tələb olunacaq. Tədqiqatın məqsədlərinə cavab vermək üçün çirkləndirici materialın ən kiçik həcmi nümunə götürmə planının yaradılmasından qabaq müəyyən edilməlidir. Xüsusilə də sınaq üçün tədqiqat “ola bilsin ki, çirklənməmiş” sahədə icra edilən zaman hansı miqyasda aşkar ediləcəyi müəyyən edilməlidir, və əgər heç bir çirklənmə aşkar edilməzsə, onda fərziyə doğru hesab edilməli və heç bir digər hərəkət icra edilməməlidir.

Hər bir potensial olaraq çirklənmiş zona üçün götürülməli olan nümunə yerlərinin sayı zonanın ölçüsünə, lakin zona daxilində məkan dəyişikliyinə dair təlimatın əldə edildiyi nümunələrin minimum sayına proporsional olmalıdır,

QEYD: Bu, ümumi şəkildə altı nümunəni tələb edəcək.

Çirkləndiriciin yayılmasının smetasının etibarlılığı əlbəttə ki, daha çox nümunə götürülən zaman artacaq.

Nümunə növünü seçən zaman yadda saxlamaq lazımdır ki, çirkləndirici qəti şəkildə müəyyən edilmiş sərhədlərdə nadir hallarda mövcud olur və konsentrasiyaların artırılması hətta ən yüksək konsentrasiya sahələrində nümunə götürülməditinə baxmayaraq çirklənmənin göstəricisi kimi istifadə edilər bilər.

Nümunə götürmə torları tipik olaraq əsas sahənin tədqiqatı üçün 30m-dərinlikdən 15 m dərinliyədək dəyişir. Nümunə götürmə torunun daha boyük sıxlığına daha çox müxtəlifcinsli çirkləndiricinin fərz olunduğu, misal üçün yerləşmiş ərazilərin 10 m mərkəzə doğru olmasının nəzərə alınması vacib olan keçmiş qaz işlərində müvafiq hesab edilə bilər. Riskin qiymətləndirilməsinin nəticəsi üçün tələb olunan məxfilik səviyyəsi torpağın keyfiyyətinə dair məlumatın tələb edildiyi yüksək sıxlıqlı nümunə götürmə toru da lazım ola bilər (misal üçün, yaşayış binasının inşaası üçün).

7.4.2 Qiymətləndirmə üçün nümunə götürmə

Nümunə götürmə yerləri çirkləndiricinin səciyyəvi mənbəyinin məlum olduğu və ya şübhələndiyi yerdə qiymətləndirmə üçün olan nümunə götürmə əsasında seçilə bilər və mövcudluq və ya həcmin təsdiqi tələb edilir. Alternativ olaraq çirkləndiricinin sahəsi sahənin sınaq üçün olan tədqiqatında aşkar edilə bilər və növbəti məhdudlaşdırma əsas sahənin tədqiqinin məqsədlərindən biri kimi tələb edilir.

Nümunə götürmə yerləri xüsusi əsasla (misal üçün, mənbələrin ümumi yaxınlığı) seçilə bilər, çirkləndiricilərin xüsusiyyətləri aşağıdakı fikirlərlə daha yaxşı uzlaşır. Nümunə götürmə yerləri sahənin digər sahələri üçün istifadə edilən adi nümunələr ilə əlaqəli ola bilər və ya xüsusi yerlərdə nümunə götürməyə alternativ kimi nümunə götürmə yerləri şübhələnən mənbədən və ya yüksək konsentrasiya nöqtəsindən olan radius boyu yerləşə bilər.

Məşəl hədəfə alınan zaman nümunə götürmə yerləri çirklənmənin yeri və təbiəti ilə əlaqədar olan fərziyələrə müvafiq olaraq seçilməlidir. Qiymətləndirmə üçün götürülmüş nümunə sahənin əsas tədqiqatında daha təfsilatlı tədqiqatları aparmamışdan qabaq şübhələri təsdiq etmək üçün vizual olaraq çirkləndirilmiş material və ya şübhəli çirklənmə üçün səciyyəvi ola yerlərlə rastlaşan zaman sahənin sınaq məqsədli tədqiqatı üçün xarakterikdir.

7.4.3 Mütəmadi olaraq nümunə götürmə

Sahədə aparılan tədqiqatlar (sınaq üçün və əsas) adətən mütəmadi nümunəyə müvafiq olaraq nümunə götürmə yerlərinin bütün sahə (və ya zona) boyu paylaşdırılmış olması üçün sistematik nümunə götürmədən istifadə etməklə icra edilməlidir.

Lakin, qeyri sistematik nümunə götürmə (xüsusi qiymətləndirmə məqsədli nümunə götürmələrdə) belə istifadə üçün yaxşı səbəb (misal üçün, yayılmanın potensial yollarını yoxlamaq vacib olan zaman) olan zaman və ya sistematik nümunə götürməni tamamlamaq üçün uyğun ola bilər.

Sistematik nümunə götürmənin seçilməsinə səbəb aşağıdakılardır:

a) sistematik nümunədə nümunə götürmə yerlərini sahədə təyin etmək üçün daha sadədir;

b) çirklənmə sahələrin müəyyən edilməsi və növbəti tədqiqatların hazırlanması sistematik nümunədən istifadə etməklə daha asandır.

İnterpolyasiyanın etibarlılığı adətən torpaq xüsusiyyətlərinin dəyişikliklərindən asılı olacaq. Daha yaxşı laylara ayrılmış çöküntülərdə konsentrasiya olan şaquli dəyişikliklər üfüqi dəyişikliklərə nisbətən daha çox ola bilər.

Əgər sahədə mütəmadi topoqrafik nümunələr mövcuddursa (misal üçün, mütəmadi fasilələrdə olan xəndəklər, qatarların sistematik dalğavari hərəkətləri və s.), götürülmüş nümunələr qarışıqlıq və ya sistematik səhv təqdim etmə yolu ilə topoqrafiyaya uyğun gəlməməlidir. Bu, nümunə götürmə torlarının əsasını və ya başlanğıc nöqtəsini ciddi şəkilə seçməklə və ya toru yerləşdirməklə diqqətli seçim lazım olan zaman yayınılmalıdır.

İstifadə edilən nümunə götürmə və nümunə yerlərinin sayı dəyişəcək və fərziyələrdən və tədqiqat fazasından asılı olacaq.

- Sınaq məqsədli olan tədqiqatda sahənin əsas tədqiqatına nisbətən daha az yerdən daha az nümunə götürüləcəkdir. Sahənin sınaq məqsədli tədqiqatı üçün nümunə götürmə yerləri fərziyələri təsdiq etmək və sahənin əsas tədqiqatında daha çox diqqətin tələb olunacağı sahələri müəyyən etməyi hədəfə almaqla seçilməlidir.

- Buna zidd olaraq, əsas sahənin tədqiqatı sahənin bütün hissələrinin çirklənmə statusuna dair təfsilatlı təsvir yaratmaq üçün təfsilatlı tədqiqat olacaq. Götürülmüş nümunələrin sayı və nümunə yerləri arasındakı məsafə çirklənmənin nəticədə alınan qiymətləndirilməsində və əlaqədar risklərin qiymətləndirilməsi və bərpaedici işlərə olan ehtiyyacda tələb olunan məqsəd və inam dərəcəsi ilə əlaqəli olmalıdır.

7.4.4 Qaynar nöqtələrin aşkar edilməsi

7.4.4.1 Qaynar nöqtələrin müəyyən edilməsi

Nümunə götürmənin “səmərəliliyi” tez-tez verilmiş ölçüdə olan “qaynar nöqtənin” müəyyən edilib edilməyəcəyinə inam şərtilə ifadə edilir. Lakin, qaynar nöqtələr anlayışı və izahına tədqiqatın hazırlıq mərhələsində və xüsusilə də sahənin əsas tədqiqatına hazırlanan zaman diqqətlə baxılmalıdır.

Qaynar nöqtə aşağıdakı kimi müəyyən edilə bilər

⎯ Başqa formada çirklənmiş ərazidə çirklənmə sahəsi;

⎯ Ümumilikdə çirklənmiş ərazidə daha çox çirklənmiş sahə.

7.4.4.2 Qaynar nöqtənin ölçüsü

Qaynar nöqtənin ölçüsü dəqiq müəyyən edilmiş parametr deyil, aşağıdakılardan asılıdır:

a) çirkləndirmə prossesinin mənbəyi və təbiəti (misal üçün,çirklənmənin gizli olan barabanları ilə əlaqədar olan qaynar nöqtə saxlama çənindən olan sızma ilə əlaqədar olaraq qaynar nöqtəni müəyyən etmək üçün olandan fərqli olan nümunə götürmə problemlərini təqdim edəcək);

b) səciyyəvi çirkləndiricinin hansı konsentrasiyasının tədqiqatın nəticələrini qiymətləndirən zaman diqqətəlayiq olduğunun müəyyən edilməsi.

Qaynar nöqtənin və ya müəyyən edilməli olan sahənin ölçüsü sahənin tədqiqatında və nəticələrin növbəti qiymətləndirilməsində aşkar edilməzsə, sağlamlığı qəbul edilməyən riskə atmayacaq maksimum sahənin konsentrasiyası ilə əlaqəli olacaq. Bu mənada, insan sağlamlığna dəyən riski qiymətləndirilməsi cəlb edilən zaman nəzərə alınmalı olan çirklənmə sahəsini yadda saxlamaq vacibdir.

MİSAL: Yaşayış qəsəbələri salınan zaman bu, çirklənmiş sahənin müəyyən edilməsini, kiçik bağın ölçüsünü və ya hətta kiçik bağın bir hissəsini də tələb edəcək. Bu yalnız 50 m2 ola bilər (və ya sadəcə 1 hektar sahənin 0.5%-i)

7.4.4.3 Qaynar nöqtələrin aşkar edilməsi, sahənin tədqiqinin hazırlanması və nümunə götürmə

Təcrübədə qaynar nöqtəni müəyyən etmənin mümkünlüyü sahənin sınaq üçün tədqiqatının və növbədə isə sahənin əsas tədqiqatının diqqətlə hazırlanması ilə təkmilləşdirilə bilər.

Nümunə götürmənin sıxlığı sahənin müxtəlif hissələrinə aid olan fərziyələrə müvafiq olaraq adətən çikllənmənin şübhələnilmədiyi sahədələrdə daha az intensivlikdə nümunə götürmə ilə çirklənmənin şübhələnildiyi sahələrə uyğun olacaq.

Qeyd: Bəzi şəraitdə sahənin səciyyəvi hissəsinin “çirklənməmiş” olmasına olan inamın yüksək dərəcəsi ilə nümayişdə daha çox maliyyə dəyərinə malik ola bilər. Bu, daha çox nümunə götürmə tələb edəcək.

Əgər məlum olan qaynar nöqtələrdə çirklənmənin baş verməsi gözlənilirsə, onda hər bir şübhə yeri tədqiq olmalıdır.

- Sınaq məqsədli tədqiqatda bir sınaq yeri qaynar nöqtənin fərz edilən mərkəzində yerləşməlidir. Sahədə müşahidə edilə bilən çirklənmə üçün bu bir nümunə kifayət edə bilər. Əgər çirkləndiricilər sahədə müşahidə edilmirsə və sınaq məqsədli olan tədqiqatda çirkləndiricinin həcminə dair bəzi məlumat artıq tələb edilərsə, onda digər dörd nümuə çirkləndiricinin gözlənilən perimetrində yerləşməlidir. Nümunələr hər bir yerdən və müvafiq dərinlikdən götürülməlidir. Əgər sınaq üçün olan tədqiqat zamanı qaynar nöqtələr tapılarsa (təsadüfən), bu qaynar nöqtələr eyni yanaşma ilə tədqiq edilməlidir.

- Sahənin əsas tədqiqatında əlavə nümunə yerlərinin sayı çirkləndiricinin əhatə dairəsindən və məhdudlaşdrmanı istənilən etibarından asılıdır.

7.4.5 Nümunə götürmənin dərinliyi və nümunə götürülməli olan lay

7.4.5.1 Dərinlikdən nümunə götürmək üçün nəzərə alınmalı olan faktorlar

Yuxarıda təsvir edilən nümunə götürmə strategiyaları yalnız bir müstəvidə tək çirkləndiriciyə tətbiq edilir. Müxtəlif çirkləndiricilərin yayılması dərinlik ilə dəyişə bilər, çünki onlar müxtəlif mənbələrə malikdir və hətta əgər eyni mənbədən olsa belə bu belədir, çünki onlar torpaqda fərqli formada hərəkət edir. Nəticədə, dərinlikdə nümunə götürmə üçün müvafiq strategiyalar hazırlanmalıdır.

Misal üçün, aşağıdakıları nəzərə almaq lazımdır:

- dərinlik boyu, xüsusilə də torpağın müvafiq qalınlığı olan və ya təbii çöküntülərdə böyük fərqlər olan zaman dəyişən fiziki və kimyəvi torpaq xüsusiyyətləri;

- torpaq profilinin hər hansı dərinliyində yerləşməli olan çirklənmə mənbələri (misal üçün, bərk şəkilli, yuyula bilən, qaz və buxar yaradan materiallar, sızma boruları);

- məruz qalma şərtində müvafiq dərinlik torpaq profilinin hər hansı qatında ola bilər (misal üçün, yenidənqurma layihələrində son əmələgəlmə qatı sahənin mövcud qatından daha aşağı ola bilər, torpaq qatında müəyyən qədər aşağı dərinlikdə torpaq ilə sahə xidmətləri arasında yaxın əlaqə ola bilər);

- şaquli yollar boyu qaz və mayelərin hərəkəti müvafiq dərinlikdə fiziki torpaq xüsusiyyətləri ilə müəyyən ediləcək;

- Sahənin istifadəsi.

Sahədə potensial olaraq çirklənmə müəyyən edilən zaman çirklənməsi gözlənilən torpaq laylarının üfüqi olanlarından nümunə götürülməlidir (nümunə götürmə fərziyəyə müvafiq olaraq şübhələnən ərazidə cəmləşəcək). Bəzi hallarda, sahədə dayaz yerdə keçilməz lay olan zaman nümunə götürülməli olan səciyyəvi dərinlikləri müəyyən etmək mümkün olacaq. Lakin, hər hansı intruziv tədqiqatdan qabaq çirklənmənin harada mövcud olmasına dair aydın fikrə malik olmaq çox çətindir.

Fərziyələri nəzərə alaraq torpaq profilinin 1.0 m-dən çox dərinliyi üçün nümayəndənin iştirakı ilə məhdud dərinlik silsiləsi (0.1 m-dən 0.5 m-ə kimi) üzrə fərdi nümunələr götürülməlidir. Onlar adətən səciyyəvi lay ilə məhdudlaşmalıdır. Qarşılanan və səciyyəvi marağa səbəb olan (misal üçün, görünüş) hər hansı layı təmsil etmək üçün nümunələr götürülməlidir. Nümunələr tək lay ilə məhdudlaşmayan zaman səbəblər tədqiqatın hesabatında qeyd olunmalıdır.

Bütün nümunə götürmə yerlərində nümunələr fərziyələrə müvafiq olaraq bütün maraqlı olan dərinliklərdən götürülməlidir. Sahənin tədqiqində gözlənilənə nisbətən daha böyük dərinlikdə çirklənmə qeyd olunan zaman nümunə götürmə uyğun və praktik olan daha böyük dərinlikdə icra edilməlidir.

Təbii laydan nümunə götürmək həmişə faydalıdır: əgər çirklənmişdirsə, onda bu risklərin qiymətləndirilməsi və hədəfə alınmış bərpa üzrə qərarlar qəbul etmək üçün lazım olan təbii kimyəvi vəziyyəti də göstərəcək.

7.4.5.2 Sahənin nəzərdə tutulmuş istifadəsi ilə əlaqədar olaraq nümunə götürmə dərinliyi

Nümunə götürmə dərinlikləri sahənin istifadəsinə dair niyyət barədə məlum olanları (yəni, risk altında ola bilən reseptorlar) və çirkləndiricilərin mühitə daxil olması üçün mümkün olan yolları əks etdirir.

MİSAL 1: Bir çox yaşayış yerlərinin inşaasında quraşdırma işlərini icra etmək və bünövrələr qoymaq üçün ən azı 1.5 m qazıntı tələb olunur. Tikişlərin qoyulması üçün daha dərin qazıntılar tələb oluna bilər.

MİSAL 2: Ticarət məqsədli tikintilərdə bünövrənin bir neçə mərtəbəsini qazmaq üçün əhəmiyyətli dərəcədə dərinlikdə olan qazıntılar tələb oluna bilər. Beləliklə, inşaat işləriin gücü bu dərinlikdə çirklənmiş materiallar ilə qarşılaşa bilər, bu dərinlikdən olan materiallar səthə gətirilə bilər və yayılır (əgər materiallara düzgün nəzarət olunmursa) çirklənmiş materiallar emal üçün sahədən çıxarılmalıdır.

QEYD: BST AZS 10381-8 sahənin bu növlərindən qazılmış torpaq topasının tədqiqinə dair təlimat verir.

Nümunə götürmə planında həmçinin səthin səviyyəsinin aşağı salınmalı olması da nəzərə alınmalıdır və bu da sahənin daha dərin laylarına nüfuz edəcəkdir.

Bir çox sahələrdə torpağın üst layı ilə alt layı arasında əlaqə aşkar ediləcək. Tez-tez torpağın alt qatında olan çirklənmə ilə qrunt sularının çirklənməsi arasında da əlaqə mövcud olacaq.

7.4.5.3 Qrunt suyu profili və sulu qatlar ilə əlaqədar olaraq nümunə götürmə

Tez-tez çirklənmə qrunt sularına elə yolla keçir ki, o. qrunt suyu profilində və üst laylarda toplanır. Bunun üçün də bu dərinlikdən nümunələr götürmək məqsədəuyğundur.

Lakin, bu çirkləndiricinin sıxlığından asılıdır. Xlorlu hidrokarbonlar kimi çirkləndiricilər (Sıx sulu olmayan Faza mayeləri) əks davranışı göstərir və sulu lay əsasında yüksək konsentrasiyalarda aşkarlana bilər.

7.4.6 Nümunənin miqdarı və mürəkkəb nümunələrin istifadəsi

7.4.6.1 Nümunənin miqdarı

Torpaq nümunələri üçün toplanmalı olan materialın miqdarına dair məlumat BST AZS 10381-1-də qeyd olunub.

7.4.6.2 Mürəkkəb nümunələrin istehsalı

İki və ya daha artıq genişlənməni birləşdirmək üçün sahədə mürəkkəb nümunələr yaradıla bilər. Alternativ olaraq fərdi nümunələr laboratoriyada birləşdirilər bilər.

Qeyd: Hər iki halda qabaqcadan yaxşı emalı (yəni, qarışdırma) analitik nümunə əldə etmək üçün vacibdir.

7.4.6.3 Mürəkkəb nümunələrin istifadəsi nə zaman nəzərə alına bilər

Tədqiqatın təbiətindən asılı olaraq müəyyən edilmiş nümunə götürmə strategiyası və tədqiqatın məqsədləri, mürəkkəb torpaq nümunələrinin istifadəsi nəzərə alınmalıdır. Bəzi hallarda mürəkkəb nümunələrin istifadəsi komponentlərin həll olunması, itkisi və çirklənməni aşkarlanmaması riski ilə nəticələnə bilər.

Lakin mürəkkəb nümunələr nümunələri təmsil edənləri artıra bilər və səciyyəvi sayda nəzərə alına bilər.

Mürəkkəb nümunələrin istifadəsi aşağıdakı hallarda nəzərə alına bilər:

- eynicinsli yayılma olan zaman;

- kiçik məsafədə müxtəlifcinsli yayılma olan zaman, lakin uzaq məsafədə yayılma eynicinslidir.

- komponentlər uçucu olmayan və ya yarı uçucu olan zaman.

Mürəkkəb nümunələrin istifadəsi qısa miqyasda tərkib hissələrini böyük dəyişilmə dərəcəsi olan zaman yardım edə bilər, lakin yayılmanın daha böyük miqyasında, misal üçün kül və ya şlak ilə qarışan zaman eynicinsli hesab edilir. Bu halda mürəkkəb nümunələr daha çox analitik nəticələr verə bilər.

7.4.6.4 Mürəkkəb nümunələr nə zaman uyğun olmaya bilər

Mürəkkəb nümunələr bütün hallarda uyğun deyil və çirkləndiricinin növü mürəkkəb nümunələr yaratmanın mümkünlük dərəcəsini müəyyən edəcək. Mürəkkəb nümunələr əhəmiyyətli dərəcədə uçucu tərkib hissələri olmadan hazırlana bilməz. Yarı-uçucu tərkib hissələri mövcud olan zaman mürəkkəb nümunələr laboratoriyada hazırlana bilər. Mürəkkəb nümunələrin qabaqcadan emalı nəticələrin əldə edilməsi üçün vacibdir.

Fərdi nümunələrin bir qisminin təhlil üçün “mürəkkəb nümunələrlə” birləşməsi ümumi çirklənmənin aşkar edilməsi şansını artıra biləcəyi zaman qarışdırma prossesinin qaynaq nöqtələrin konsentrasiyasını daha aşağı səviyədə durulaşdıracağı mümkündür və bu zaman sahənin çirklənməsi ilə əlaqədar olaraq yanlış təlimat verir. Buna icazə vermək üçün çirkləndiricinin mövcudluğuna dair verilən hər hansı qiymətə yenidən baxılmalıdır.

7.4.6.5 Hansı nümunələr birləşdirilməlidir

Nümunələr sahədə və ya laboratoriyada birləşdirilən zaman yalnız eyni torpaq qatında olan yanaşı nümunələr birləşdiriməlidir. Müxtəlif torpaq qatlarından olan nümunələri birləşdirmə məlumat itkisi ilə nəticələnəzək və yalnz bir birinə qonşu olan nümunələrin birləşməsi torpaq laylarının müstəvilərində olan konsentrasiyalarda hər hansı böyük miqyaslı dəyişilməni təmin edəcək.

7.5 Analitik və test etmə strateyaları

Torpaqdan, qrunt sularından, səth suyundan, çöküntülərdən və torpaq qazından götürülmüş nümunələr aşağıdakılar üçün yoxlanılmalıdır

- əvvəlki, tədqiqat mərhələsi və ya fazalarının (fərziyələrin) nəticələrinə əsaslanaraq gözlənilən maddələr.

- ümumi əhəmiyyətə malik olan maddələrin seçilməsi

7.5.2 Torpaq nümunələrinin təhlili

7.5.2.1 Təhlil edilməli olan komponentlərə dair qərar qəbul etməyə yanaşmalar

Təhlil edilməli olan komponentlərə dair qərar qəbul etməkdə iki fərqli yanaşma mövcuddur:

- komponent üçün səciyyəvi olan yanaşma;

- geniş spektrli yanaşma.

Tədqiqatın məqsədindən və artıq məlum olandan asılı olaraq sınaq üçün olan tədqiqat və ya sahənin əsas tədqiqatında hər iki yanaşmadan istifadə edilməlidir.

Komponent üçün səciyyəvi olan yanaşma çirkləndirici maddələr yaxşı məlum olan zaman məntiqi seçimdir və tədqiqat yalnız çirklənmiş torpağın həcmini müəyyən etməkdə hədəfə alınmalıdır.

Digər tərəfdən geniş spektrli yanaşma siz çirklənmiş torpağın potensial emalı barədə daha çox şey bilmək istəsəniz və ya əgər torpağın keyfiyyətinə dair ümumi məlumat əldə etmək istəsənir ən yaxşı seçim ola bilər.

7.5.2.2 Test etmə və təhlil üçün parametrlərin seçilməsi

Ağır metallar (Cd, Cr, Cu, Hg, Ni, Pb, Zn), arsen, mineral karbohiratlar, EOX və PAH kimi çirkləndiricilər faydalı olacaqdır, şəhər və sənaye məqsədli çirkləndiricilərin böyük silsiləsini əhatə edir. Bunun üçün də onlar “ola bilsin ki çirklənməmiş” sahə fərziyəsini sınaqdan keçirən zaman normal olaraq kifayətdir və həmçinin çirkləndiriciyə dair qeyri səciyyəvi şübhə üçün tövsiyə edilir. Regional nümunələr və milli tövsiyyələrə baxılmalıdır.

Üzvü materialın porsiyasının və xırda ölçülü hissəciklərin porsiyaların müəyyən edilməsinə sahədə tətbiq edilməli kimi qəbul edilmiş istinadın və ya sərhədin müəyyən edilməsi ilə əlaqədar olaraq vacib ola bilər (Buna misal üçün yerli fon dəyəri kimi baxıla bilər).

7.5.2.3 Ayrıca və ya mürəkkəb nümünələrdən istifadə

BST 11464 və BST 14507-ə müvafiq olaraq qabaqcadan emaldan sonra nümunələrin birləşdirilməsi (əgər yol veriləndirsə) laboratoriyada icra edilməlidir.

Misal üçün, orqanoleptik sübut əsasında aydın şəkildə fərqlənən nümunələr ümumilikdə digər nümunələr ilə qarışdırılamalıdır,lakin ayrıca olaraq təhlil edilməlidir. Mürəkkəb nümunələr normal olaraq müxəlif üfüqlərdən və ya torpaq profilində olan müxtəlif dərinliklərdən götürülən nümunələrdən yaradılmamalıdır. Lakin hər iki halda nümunə götürmə strategiyası konseptual modelə əsaslanaraq təhlilin ən uyğun strategiyasını müəyyən edəcək.

Əgər mürəkkəb nümunələrdən istifadə edilirsə, onda orginal nümunələr ayrıca olaraq saxlanılmalıdır. Bu, əgər lazım olarsa növbəti mərhələdə təkrar təhlil üçün istifadə edilə bilməni təmin edəcək (Əlbəttə ki, bu, zaman ərzin də dəyişən parametrlərə (misal üçün,uçucu) və ya nümunə ilə rəftar ilə əlaqədar olaraq (misal üçün, qabaqcadan emal) mümkün deyil).

7.5.2.4 Nümunələrin saxlanılması və daşınması

Saxama və daşınmaya dair təlimatlar BST AZS 10381-2-də verilib.

8.1.1 Sınaq məqsədli tədqiqatın əsası

Sınaq məqsədli tədqiqat ilkin tədqiqatı davam etdirir və sahənin çirklənməsi ilə əlaqədar olaraq hazırlanmış fərziyələrin düzgünlüyünün test etmək üçün və ya daha geniş mənada, sahə üçün hazırlanmış konseptual modelin düzgünlüyünü yoxlamaq üçün icra edilir.

Sınaq məqsədli olan tədqiqatın diqqətlə hazırlanması minimum resurs və vaxt daxilində fərziyənin düzgünlüyünü göstərmək qabiliyyəti ilə nəticələnməlidir.

Sınaq məqsədli tədqiqat adətən yalnız məhdud məlumat verəcək. Lakin səciyyəvi hal üçün məqsədlərdən asılı olaraq əldə edilmiş məlumat xüsusilə də aşağıdakılara nail olunan zaman qərar qəbul etmə üçün kafi ola bilər:

- ilkin tədqiqatın nəticələrinin yüksək keyfiyyəti;

- tədqiqatın müvafiq planlaşdırılması və icrası;

- nəticələrin etibarlılığı ilə əlaqədar olaraq yüksək olmayan tələblər.

Digər hallarda sınaq üçün olan tədqiqat sahənin əsas tədqiqatı ilə müşayət edilməlidir (bax, maddə 9).

8.1.2 Birləşdirilməli olan addımlar

Sınaq məqsədli tədqiqat növbəti addımları özündə birləşdirməlidir:

- tədqiqat straegiyasının hazırlanması;

- fərziyələrin etibarlılığını müəyyən etmək;

- mümkün olan növbəti tədqiqat üzrə tələblərin müəyyən edilməsi.

8.1.3 Strateiyanı hazırlayan zaman nəzərə alınmalı olan aspektlər

Sınaq məqsədli tədqiqat üçün strategiya hazırlayan zaman nəzərə alınmalı olan aspektlər aşağıdakılardır:

b) sahənin əsas tədqiqatının səmərəli hazırlanmasını asanlaşdırmaq üçün aydılaşdırmanı tələb edən çirklənmə və fərz edilən yayılma ilə əlaqədar olan qeyri əminliklər;

c) insan sağlamlığına və ya ətraf mühitə dəyən hər hansı risklər.

Bu aspektlər aşağıdakıları müəyyən edir:

- nümunə götürülməli olan vasitə (torpaq, səth, qrunt suları, torpaqda qaz);

- nümunə götürmənin dərinliyi və istifadə edilməli olan nümunə götürmə texnikaları;

- nümunə götürmə nümunələri;

- götürülməli olan nümunələrin sayı;

- mürəkkəb nümunələrin mümkün olan istifadəsi;

- təhlil edilməli olan nümunələrin sayı;

- müəyyən edilməli olan potensial çirkləndiricilər.

Sınaq məqsədli olan tədqiqat zamanı müvafiq olaraq sahənin əsas tədqiqatı ilə müqayisədə daha az nümunə yerləri tədqiq ediləcək. Lakin iqtisadiyyat üçün mümkün qədər nümunə yerlərinin seçilməsini və nəticədə yaranmış məlumatın toplanmasını təmin etmək vacibdir, bundan, sahənin əsas tədqiqatından yaranan növbəti qiymətləndirmədə də istifadə etmək olar.

Sınaq məqsədli olan tədqiqatda tədqiqat zamanı çirklənmənin bütün sübutlarından olan nümunələri götürmək, lakin seçilmiş nümunələri təhlil etmək məqsədəuyğun olacaq. Misal üçün, neft ilə çirklənmiş bütün nümunələrin təhlili bütün mərhələlərdə vacib olmaya bilər. Lakin visual qiymətləndirməni istifadə etməkdə bütün çirklənmələrin bu yolla müəyyən edilə bilməsi yadda saxlanmalıdır.

Nümunəgötürmə strategiyasını və toplanmalı və təhlil edilməli olan nümunələrin sayını daxil etməklə sınaq məqsədli tədqiqatın hazırlanmasında və fərziyəni test etmək üçün tədqiqatın icrasına nəzarət etməkdə çirklənmiş sahənin təcrübəli tədqiqatçısından istifadə etmək məqsədəuyğundur.

8.2 Nümunə götürmə strategiyası

İlkin tədqiqatın nəticələrinə və “ola bilsin ki, çirklənmiş” və ya ”ola bilsin ki, çirklənməmiş” strategiyaları arasında yaranmış fərziyələrə əsaslanaraq fərqlənmə icra edilə bilər.

Çirklənmənin qiymətləndirilməsi adətən müvafiq yolları nəzərə alaraq icra edilir. İqtisasi səbəblər üçün nümunə götürmənin məkanı və dərinliyi hətta sınaq məqsədli tədqiqatda elə seçilməlidir ki,

Çirkləndricilərin qiymətləndirilməsi adətən müvafiq yolları nəzərə almaqla icra edilir. İqtisadi səbəblərə görə hətta sınaq məqsədli olan tədqiqatda belə nümunə götürmənin yeri və dərinliyi elə seçilməlidir ki, növbəti tədqiqat mərhələlərində də riskin qiymətləndirilməsi üçün nəticələrdən istifadə edilə bilsin.

Milli qaydalara riayət edilməlidir.

Potensial torpaq çirkləndiricilərinin tədqiqi xüsusilə də aşağıdakılarda çirkləndiricinin mövcud ola biləcəyi digər matrisaların tədqiqi ilə əlaqədar olaraq icra edilməlidir:

⎯ qrunt suları (bax BST AZS 5667);

⎯ səth suları (bax BST AZS 5667);

⎯ torpaqda qaz (bax BST AZS 10381-7).

8.2.2 Nümunə götürmə yerləri

Sınaq məqsədli olan tədqiqatda iki əsas yanaşmadan, qiymətləndirmə üçün nümunə götürmə və sistematik nümunə götürmədən istifadə etmək olar (bax, 7.4).

Sınaq məqsədli tədqiqatlarda ümumi olan nümunə götürmə strateiyası qiymətləndirmə üçün nümunə götürmədir və lazım olan zaman müvafiq geniş məkan ilə sistematik nümunə götürmə ilə dəstəklənir.

Nümunə götürmənin yeri tədqiqatın məqsədlərindən və hər şeydən çox yaranmış fərziyələrdən asılıdır. Nümunə götürmə yeri üçün səciyyəvi tövsiyyələr verilə bilməz. Qeyd etmək lazımdır ki, nümunə yerinin sahəni ümumi ölçüsündən asılılığı bir çox hallarda yol verilən deyil. Nümunə götürmə yeri qabaqcadan müəyyən edilmiş ölçü ilə çirklənmiş sahənin tapılmasının arzu olunan mümkünlüyünə əsaslanaraq müəyyən edilməlidir. Belə çirklənmiş sahənin tapılmasının mümkünlüyü və həmçinin onun ölçüsünün müəyyən edilməsi siyasi qərardır. Bunun üçün də milli qaydalar nəzərə alınmalıdır.

Mənbənin çirklənməsinə (müxtəlif cinsli) dair sübut olan zaman qiymətləndirmə məqsədli nümunə götürmədən istifadə edilir. Sistematik nümunə götürmə ya eynicinsli formada çirklənmiş sahələr üçün ya da ola bilsin ki çirklənməmiş sahələr üçün istifadə edilir. Nöqtə şəklində çirklənməyə dair sübut olan zaman sahənin ümumi xüsusiyyətini əldə etmək üçün hər iki strategiya birləşdirilməlidir.

Ciddi çirklənməyə dair güclü sübut olan zaman növbədə gələn sahənin əsas tədqiqatının hazırlanmasını asanlaşdırmaq üçün sınaq məqsədli tədqiqatdan nümunə götürmə hazırlanmalıdır. Sınaq məqsədli tədqiqatı sahənin əsas tədqiqatının optimallaşdırılmasına yardım etməsinə qadir olan planlaşdırmaq faydalı olar.

8.2.3 Nümunə götürmənin dərinliyi

Nümunə götürmə növləri kimi nümunə götürmənin dərinliyi fərziyələrdən və tədqiqatın əhatə dairəsindən asılıdır (bax 7.4.5).

Milli qaydalar təlimatın dəyərlərinin tədqiqinə və tətbiqinə dair səciyyəvi məqsədlər ilə əlaqədar olaraq nümunə götürmənin müəyyən dərinliklərini müəyyən edə bilər.

8.2.4 Təhlil üçün torpaq nümunələrinin seçilməsi

Adətən təhlil ediləcəkdən daha çox nümunələrin götürülməsinə üstünlük verilir. Təmsiledici nümunələr və “şübhəli” nümunələrin sayı həmişə təhlil edilməlidir. Beləliklə, əgər müxtəlif yerlərdən olan eyni laydan götürülmüş nümunələr oxşar olarsa, onda yalnız təmsiledici say təhlilə təqdim edilməlidir.

Fərziyəni sınaqdan keçirtmək üçün kifayət qədər nümunələr təhlil edilməlidir. Çirkləndiricinin yayılmasının məhdudlaşdırıması sınaq məqsədli tədqiqatın məqsədi deyil.

8.2.5 Test etmə və təhlil üçün parametrlərin seçilməsi

“Ola bilsin ki çirklənməmiş” sahə fərziyəsini sınaqdan keçirmək üçün ağır metallar (Cd, Cr, Cu, Hg, Ni, Pb, Zn), arsen, mineral karbohiratlar, EOX və PAH kimi çirkləndiricilər faydalı olacaqdır. Regional nümunələr və milli tövsiyyələrə baxılmalıdır.

Qeyd: Oxşar yanaşma adətən çirkləndirici maddələrin məlum olmadığı şübhəli sahələr üçün ilkin tədqiqata uyğundur.

“Ola bilsin ki, çirklənmiş sahə” tədqiq edilən zaman tədqiqat gözlənilən maddələrlə məhdudlaşdırılmalıdır (ilkin tədqiqatın nəticələrinə əsaslanan fərziyələrə müvafiq olaraq). Lakin əlavə olaraq sahənin ümumi keyfiyyətinə dair məlumat əldə etmək üçün belə məhdud tədqiqat daha geniş formada müəyyən edilmiş tədqiqat ilə birləşdirilməlidir (həm çirkləndiricilərdə həm də nümunə götürmədə). Ümumilikdə, çirkləndiricilərin seçilməsi birbaşa olaraq tədqiqatın məqsədi və müəyyən edilmiş tövsiyələr ilə əlaqəlidir.

Əgər parametrlər qrupu üçün istinad edilən dəyəri ötüb keçilərsə (misal üçün, çıxardıla bilən üzvü halogenlər və ya fenol indeksi və ya mineral karbohidratlar üçün istinad qiyməti) onda fərdi çirkləndiricilərdə konsentrasiyaları müəyyən edərək növbəti faydalı məlumat əldə edilə bilər. Lakin heç də həmişə parametr qrupunun artan qiyməti çirkləndiricilərin də konsentrasiyasının artmasını göstərmir. Əlavə olaraq, səciyyəvi çirkləndiricilərin təhlili sınaq məqsədli olan tədqiqatın əlavə mərhələsinin yerinə sahənin əsas tədqiqatının bir hissəsi ola bilər.

8.3 Sınaq üçün olan tədqiqatın şərhi

8.3.1 İlkin tədqiqat zamanı yaranmış fərziyələrin test edilməsi

Sınaq üçün olan tədqiqat ilkin tədqiqat zamanı yaranmış fərziyələri test etmək üçün lazım olan məlumatı təmin edir. Test etmə prosedurları aşağıdakı fərziyələri irəli sürmək üçün lazım olan yolla icra edilir.

- mərhələ 1: Göstərilən çirklənmə sahədə mövcuddurmu?

- mərhələ 2: Aşkar edilmiş çirkləndiricilər gözlənilən çirklənməyə uyğundurmu?

- mərhələ 3: Çirkləndiricinin müəyyən edilmiş yeri gözlənilən yerə uyğundurmu?

- mərhələ 4: Məkanda yayılma gözlənilən məkanda yayılmaya uyğundurmu?

Bu test proseduru zaman sahənin çirklənmiş və ya çirklənməmiş olmasını müəyyən etmək üçün adətən kandar dəyərləri (adətən qanunvericilikdə və ya səlahiyyətli orqanların verdiyi təlimatlarda qeyd olunan) tətbiq etmək adidir. Əgər kandar qiymətlər mövcud deyilsə, onda yerli dəyərlərdən də həmçinin, uyğun olan yerdə kandar dəyərlər ilə birlikdə istifadə olunacaq.

8.3.2 Riskin qiymətləndirilməsi

Əgər sahə çirklənmiş olarsa, onda çirkləndiricinin ciddiliyini müəyyən etmək üçün riskin qiymətləndirilməsi vacib ola bilər. Əgər məlumatın kəmiyyət və keyfiyyəti çirkləndiricinin vəziyyətini diqqətlə qiymətləndirmək üçün uyğun olarsa, onda riskin qiymətləndirilməsi icra edilə bilər. Məqsədlər və mövcud məlumatdan asılı olaraq riskin qiymətləndirilməsinin mümkün olmasına baxmayaraq təfsilatlı şəkildə riskin qiymətləndirilməsinə yol vermək üçün kifayət qədər olmayan məlumatın sınaq məqsədli tədqiqat tərəfindən təmin edilməsi mümkün ola bilər.

8.3.3 Zona tərəfindən fərziyələrə baxma

Əgər ilkin tədqiqatın nəticələrinə əsaslanaraq sahə ayrı ayrı fərziyələr ilə bir sıra zonalara bölünmüşdürsə, onda hər bir fərziyə ayrıca olaraq test edilməlidir. Qarşılıqlı əlaqələrin mümkünlüyünü müəyyən etmək üçün bu müxtəlif zonalar ilə əlaqədar olan tədqiqatın nəticələrinə baxılmalıdır.

8.3.4 Torpağın keyfiyyətinə dair məlumatın əldə edilməsi

Torpağın keyfiyyətinə dair məlumat nümunə götürmə prossesi zamanı yaranmış torpağın təsvirlərindən əldə edilə bilər və fərziyələrin qiymətləndirilməsi zamanı bu qeyd edilmiş məlumat nəzərə alınmalıdır.

8.3.5 Tədqiqat strategiyasının uyğun olub olmamasını yoxlamaq

Fərziyələrin etibarlı olub olmamasına baxmayraq mövcud olan nəticələrin təbiəti ilə əlaqədar olaraq tədqiqat strategiyasının uyğun olub olmamasını müəyyən etmək üçün bütün hallarda yoxlanış icra edilməlidir.

8.3.6 Fərziyələrin yoxlanılması

“Ola bilsin ki çirklənməmiş sahə” fərziyəsi təhlil edilmiş madələrin bəzilərinin müvafiq kandar qiymətlərini ötüb keçən və ya yerli dəyərləri ötüb keçən zaman rədd edilməlidir. Bu halda yeni “ola bilsin ki, çirklənmiş” sahə fərziyəsi yaradılmalıdır.

Əgər təhlil edilmiş potensial çirkləndiricilərin heç biri test edilmiş nümunələrin hər hansındasa aşkar edilməmişdirsə, onda kandar qiymətindən konsentrasiyadan və ya müvafiq hesab edilən digər dəyərlərdən əhəmiyyətli dərəcədə yuxarıda olan konsentrasiyalarda sahə çirkləndirilməmiş kimi qeyd oluna bilər. Lakin yadda saxlamaq lazımdır ki, bu, etibarlılığı sınaq məqsədli tədqiqatın hazırlaması və intensivliyindən asılı olan müvafiq qiymətləndirmədir. Çirkləndiricinin olmamasının tam sübutu mümkün deyil.

Əgər tədqiqatda mürəkkəb nümunələrdən istifadə edilərsə, fərziyələri test edən zaman mümkün olan durulaşma təsirləri nəzərə alınmalıdır.

Əgər çirkləndirici müvafiq kandar qiymətinə müvafiq olandan artır olaraq aşkar edilərsə, onda belə bir nəticəyə gəlinməlidir ki, torpaq çirkləndiricisi mövcuddur və müvafiq fərziyələr qəbul edilməlidir.

Sınaq məqsədli tədqiqatın məhdud məqsədi ilə əlaqədar olaraq onun “ola bilsin ki çirklənmiş” sahənin çirklənməsinin məkanda yayılması ilə əlaqədar olan fərziyəni test etmə faydalılığı məhdudlaşır.

Buna baxmayaraq, mümkün olan zaman fərziyə qəbul edilməli və artan bilik ilə təkmilləşdirilməlidir.

8.3.7 Fərziyələrin düzəliş edilməli və ya rədd edilməli olmasını göstərən misallar

Aşağıdakı misallarda nə zaman fərziyəyə düzəliş etmək və ya rədd etmək lazım olduğunu göstərir:

a) Əgər çirkləndiricinin yeri məlum hesab edilərsə, müəyyən edilmiş çirklənmə sahəsindən nümunələr təhlil edilərsə, lakin kandar dəyərindən artıq olan çirkləndirici konsentrasiyası görünməzsə, onda gözlənilərn mənbələrin lokallaşmış və mövcud olmamasına dair nəticəyə gəlinməlidir.

b) Əgər çirklənmə naməlum olduğu və müxtəlif cinsli yayılma ilə birlikdə “ola bilsin ki çirklənmiş” sahə fərz edilərsə və sınaq məqsədli tədqiqatda çirklənməni yerləşdirmək üçün sistematik nümunə götürmə tam sahəyə tətbiq edilirsə, onda nümunələrin daha çox sayının qaydaya cavab vermədiyi gözlənilməlidir və bunun üçün də heç bir əhəmiyyətli çirklənmə qeyd olunmayacaq.

c) Əgər nümunələrin çoxlu sayında çirklənmə müşahidə edilərsə, bu, ya çirklənmənin qaynar nöqtələrinin gözləniləndən daha çox yayılmış olmasını, ya da çirklənmənin gözlənilən nisbətən daha çox eynicinsli formada yayılmasını göstərə bilər.

8.3.8 Əgər fərziyələr etibarlı deyilsə müxtəlif addımlar

Əgər fərziyələrin test edilməsinin nəticələri fərziyənin etibarlı olmamasını göstərirsə, onda bir sıra mümkün olan addımlar atıla bilər.

- sınaq üçün olan tədqiqatın dəqiq və qənaətbəxş həcmdə olub olmamasına fikir verilməlidir. Əgər tələb olunan məlumat əldə edilməyibsə və ya qənaətbəxs olmayan etibarla əldə edilibsə, onda icra edilmiş işlərə düzəliş etmək və ya növbəti tədqiqatları aparmaq lazım ola bilər.

- Orijinal fərziyəyə düzəliş edilib edilə bilməməsi və ya yeni fərziyənin hazırlanıb hazırlanmamasını müəyyən etmək üçün ilkin tədqiqat aparılmalıdır.

- Əgər yeni düzəliş edilmiş fərziyəyə sınaq məqsədli tədqiqatın nəticəsi ilə düzəliş edilə bilərsə, bunun əsasında sahənin mümkün olan əsas tədqiqatı planlaşdırılmalıdır.

- Əgər yenidüzəliş edilmiş fərziyəyə kifayət qədər düzəliş oluna bilməzsə, onda növbəti tədqiqat icra edilməlidir.

- Müzakirə original fərziyə ilə tədqiqatın nəticələri arasında şəffaflığa dair hesabata daxil edilməlidir.

Əlavə tədqiqatın sınaq məqsədli tədqiqatın bir hissəsi kimi diqqətəlayiq olub olmaması tədqiqatın məqsədlərindən asılı olacaq. Əgər, misal üçün, “ola bilsin ki, çirklənməmiş sahə” fərziyəsi rədd edilərsə, onda ilkin tədqiqata düzəliş edilib edilməməsi və ya növbəti sınaq məqsədli tədqiqatın aparılması barədə qərar qəbul edilməlidir.

8.4 Sınaq məqsədli tədqiqata dair hesabat vermə

Sınaq məqsədli tədqiqatın hesabatında qərar üçün uyğun olan məlumatın sənədləşdirilməsi və təqdimatı hədəfə alınır. Ümumilikdə aşağıdakılar daxil edilməlidir:

- sınaq məqsədli tədqiqatın məqsədləri;

- ilkin istintada edilən istinadı, sahənin konseptual modeli və etibarlılıq dərəcəsini daxil etməklə konseptual modelin bir hissəsi kimi hazırlanmış fərziyələri daxil etməklə tədqiqatın fonu;

- məlumat strategiyasının planlaşdırılması və təsdiqi;

- tədqiqat metodologiyası;

- nümunə götürmə texnikalarını daxil etməklə icra edilmiş işlərin təsviri;

- təklif edilmiş metodologiyadan olan hər hansı dəyişiklik ilə sahənin tədqiqatında olan hər hansı anormallığı birləşdirməklə sahədə aparılan müşahidələrin qeydi;

- təhlil üçün olan nümunə seçiminin təsdiqi və nümunənin saxlanılması, daşınması, qabaqcadan emalı və həmçinin performans və təhlillərin qiymətləndirilməsi ilə əlaqədar olaraq bütün müvafiq detalların sənədləşdirilməsi;

- dəyişikliyə dair məlumatın və səhvlərin məhdudiyyətini daxil etməklə analitik nəticələrin təsviri;

- tədqiqatın nəticələrinin qiymətləndiriməsi, müvafiq miqyasın seçilməsi və istifadə edilən dəyərlərə istinad;

- riskin qiymətləndirilməsi və müqayisəli dəyərlərin performansı;

- tədqiqatın nəticələrinin və fərziyələrin etibarlılığına aid olan nəticələrin müqayisəsi;

- sahənin çirklənmə statusuna dair nəticələr və riskin qiymətləndirilməsinə dair tövsiyyələr;

- növbəti tədqiqata dair tövsiyyələr.

Tədqiqatın məqsədlərindən asılı olaraq digər aspektlər əlavə edilməli ola bilər.

Bu hesabatda istifadə edilən formul qərar qəbul edənləri və tədqiqatı sifariş verənləri müvafiq baxış və qərar üçün uyğun əsasla təchiz etməlidir. Faktlar izahat və fərziyələrdən aydın şəkildə fərqlənməlidir. Növbəti ümumi tələb üçün BST AZS 10381-1-ə baxın.

8.5 Əsas sahənin tədqiqinə olan ehtiyyacın müəyyən edilməsi

Əgər tədqiqatın məqsədləri çirkləndiricilərin miqdarı və məkana yayılması, onların hərəkət edən və etməyən hissəcikləri, onların mümkün olan yayılması və həmçinin insanlar, heyvan və bitkilər tərəfindən çirkləndiricilərin mümkün olan udulması barədə daha təfsilatlı məlumatı tələb edərsə, onda əsas tədqiqat vacib olacaq. Bu, aşağıdakı hallarda baş verir:

- “ola bilsin ki, çirklənmiş” sahə fərziyəsi etibarlı hesab edilmiş və insan sağlamlığı və mühitə dəyən zərərə dair şübhə dəstəklənir.

- etirabın kifayət edən dərəcəsi barədə qərar qəbul etmək üçün ümumilikdə sahənin çirklənmə vəziyyəti barədə daha yüksək səviyyə tələb edilir.

- riskin qiymətləndirilməsinə və müəyyən edilmiş potensial risklərin idarə edilməsi seçimlərinin müəyyən edilməsinə imkan vermək.

Sahənin əsas tədqiqindən qabaq ilkin tədqiqat və sınaq məqsədli tədqiqat olmalıdır.

Nəticədə aşağıdakıları daxil etməklə sahənin əsas tədqiqatı hazırlanan zaman mövcud məlumatın əhəmiyyətli miqdarı mövcud olmalıdır:

- mövcud çirkləndiricilərin göstəricisi;

- çirklənmiş sahənin həcminin göstəricisi (üç ölçüdə);

- çirklənmənin yayılmasının göstəricisi (eynicinsli və ya müxtəlif cinsli);

- torpağın tərkibi və sahənin torpaqşünaslığına dair məlumat;

- hidrologiya və hidrogeologiyaya dair məlumat (yerli və ya son regional).

Toplanmış olan bütün məlumatlar sahənin əsas tədqiqatına başlamamışdan qabaq tamlıq və etibarlılıq ilə əlaqədar olaraq qiymətləndirilməlidir.

9.2 Məqsədlər və əhatə dairəsi

Sahənin əsas tədqiqatl iki əsas məqsədə malik olacaq:

a) çirklənmiş sahənin təbiəti və həcmini və çirklənmə dərəcəsini müəyyən etmək;

b) risklərin qiymətləndirilməsinə imkan vermək üçün müvafiq olan məlumatla təmin etmək.

9.2.2 Əhatə dairəsinin və məqsədlərin müəyyən edilməsində nəzərə alınmalı olan əsas aspektlər

Tədqiqatın əhatə dairəsinin və məqsədlərinin müəyyən edilməsində fikir verilməli olan beş əsas aspect:

- indiki və gələcək istifadə;

- hidroloji məlumat (səth və qrunt suları rejimi);

- geoloji məlumatlar və geotexniki xüsusiyyətlər;

- indiki və gələcək yollar və reseptorlar.

Çirklənmənin təbiəti, dərəcəsi və həcmi barədə təfsilatlı məlumatın əldə edilməsində və çirkləndiricinin üç ölçüdə təsvir edilə bilməsi və risklərin qiymətləndirilməsinin lazımı formada icra edilə bilməsi üçün kifayət qədər məlumatın təmin edilməsində sahənin əsas tədqiqatı hədəfə alınır.

9.2.3 Digər məqsədlər

Sahənin əsas tədqiqatı elə hazırlanmalıdır ki, aşağıdakıların daxil olduğu məqsədləri əhatə edə bilsin:

- insanlar və mühitə dəyən təhlükə və risklərin qiymətləndirilməsi;

- aşağıdakılara imkan vermək üçün məlumatın təmin edilməsi;

1) növbəti hazırlıq üçün maliyyə və texniki seçimlərin qiymətləndirilməsi,

2) Bərpaedici tədbirlərin seçilməsi və planlaşdırılması.

- ictimaiyyətin sağlamlıq və təhlükəsizliyini və sahədə olan heyətin təhlükəsiz iş təcrübəsini təmin etmək;

- uzun və qısa müddətli nəzarət üçün tələblərin qiymətləndirilməsi.

Sahənin əsas tədqiqatının aktual əhatə dairəsi yüksək dərəcədə sahə üçün səciyyəvi olacaq. Beləliklə, sahənin əsas tədqiqatının dəqiq tələblərini burada qoymaq mümkün deyil. Dəqiq məqsədlərin hansı olmasını və nümunə yerlərinin yayılması və toplanmalı və təhlil edilməli olan nümunələri aydın şəkildə müəyyən etmək üçün tədqiqatın hazırlanmasına böyük diqqət yetirilməlidir.

9.3 Tədqiqatın dizaynı

Sahənin əsas sahəsinin məqsədlərinin qarşılanması aşağıdakıları tələb edir:

- Sahədə çirklənmənin təbiəti və dərəcəsinin müəyyən edilməsi. Buraya çirklənmənin sahəyə və əhatə edən mühitə daxil olması və həmçinin çirkləndiricilərin müəyyən müddət ərzində hərəkəti daxildir. Qeyd etmək lazımdır ki, yayılma qrunt suları və torpaq qazı vasitəsilə baş verəcək və bunun üçün nümunə götürmə BST 5667 və BST AZS 10381-7-də qeyd olunub.

- çirkləndiricilərin insanlar, heyvanlar, bitki və mühiti məruz qoyduğu risklərin qiymətləndirilməsi.

- sahədə qeyri-təbii depozitlərin və yeraltı quruluşların müəyyən edilməsi (missl üçün, fiziki olaraq stabil olmayan material, yanar material (kömür depositləri), dərin bünövrələr, saxlama çənləri);

- potensial reseptorların və yolların müəyyən edilməsi, xarakterizə edilməsi və qiymətləndirilməsi;

- bərpa tədbirlərinə olan ehtiyyacı qiymətləndirmək məqsədilə olanları daxil etməklə kifayət qədər məlumatın təmin edilməsi;

- qısa və uzun müddətli nəzarət və texniki xidmətə olan ehtiyyacı müəyyən etmək.

- dərhal sağlamlıq və mühitin qorunmasının müəyyən edilməsi və planlaşdırılması.

Sahəni əsas tədqiqatının geniş tədqiqat ola biləcəyinə baxmayaraq, hələ də yalnız aktual torpaq həcminin kiçik hissəsindən nümunə götürüləcək və təhlil ediləcək. Sahədə çirkləndiricinin xüsusiyyətləri tədqiq edilmiş nümunələrdən qiymətləndirilir. Nəticədə alınan qeyri əminliklər nəzərə alınmalı və lazım olan zaman tədqiqatın hazırlanması ilə minimuma endirilməlidir. Digər tərəfdən bu, aşağıdakı mənanı verir: əgər çirklənmə status eyni dəqiqlik ilə qiymətləndirilə bilirsə, nümunə götürməyə və ya əlavə tədqiqata ehtiyyac yoxdur. Əgər fərziyə qabaqcadan tələb edilən iam dərəcəsi ilə etibarlı hesab edilərsə, onda o, yenidən müzakirə edilməməlidir.

Torpaq qazının (bax BST AZS 10381-7) və qrunt sularının (bax BST AZS 5667) tədqiqi torpağın çirkləməsi üçün sahənin əsas tədqiqini dəstəkləyə bilər. Lakin, qeyd etmək lazımdır ki, bu tədqiqatlardan olan nəticələrin torpaq çirklənməsinin mövcudluğu və ya dərəcəsinin birbaşa qiymətləndirilməsinə yol verməməsini qeyd etmək lazımdır.

Sahənin əsas tədqiqatının hazırlanmasında və xüsusilə də nümunə götürmə strategiyası və götürülməli və təhlil edilməli olan nümunələrin sayı ilə əlaqədar olaraq çirklənmiş sahənin təcrübəli tədqiqatçısından istifadə etmək məsləhətlidir.

Milli və yerli tələblərə cavab verilməlidir.

9.4 Nümunə götürmə strateiyası

Sahənin əsas tədqiqatının nəticəsi olaraq sahənin çirklənməsinin konseptual modeli tədqiqatın məqsədləri və qəbul edilməli olan qərar üçün kifayət qədər dəqiq olan nöqtəyədək təkmilləşdiriləcək. Bunun üçün də sahənin əsas tədqiqatında lazım olan nümunə götürməmələrin sayı məqsədlərdən və çirklənmənin mövcud növündən asılı olacaq. Əgər, misal üçün çirkləndiricilər torpağa daxil olma yolundan kənara çıxmışdırsa və yayılma yolu və proseslər məlumdursa, onda konseptual model kifayət qədər sürətlə təkmilləşdirilməlidir. Digər tərəfdən, çirkləndirici qeyri-mütəmadi formada çirklənmiş torpaq materialı ilə xarakterizə olunan zaman konseptual modelin dəqiqlik səviyyəsini əldə etmək üçün daha çox nümunə götürmək lazım olacaq.

9.4.2 Nümunə götürmə yerləri

Əvvəlki sınaq məqsədli tədqiqatın nümunə götürmə nümunəsi (üfüqi və şaquli) (Maddə 8), həmçinin sahənin əsas tədqiqatının mərhələləri nəzərə alınmalıdır (həmçinin bax 7.4).

Nümunə götürmənin sıxlığının gedişinin artırılması (ərazidə və ya profildə) əvvəlki mərhələləri nəzərə alaraq daha sıx nümunə ilə birlikdə başlamaya nisbətən daha effektiv ola bilər.

Nümunə götürmə məlumat və qeyri əminliklərə ən çox ehtiyyac olan yerlərdə gücləndirilməlidir.

9.4.3 Nümunə götürmənin dərinliyi

Əvvəlki sınaq məqsədli tədqiqat zamanı nümunə götrmənin dərinliyinə (bax Maddə 8) və həmçinin sahənin əsas tədqiqatının gedişinə baxılmalıdır (həmçinin bax 7.4.5).

9.4.4 Test etmə və təhlil üçün parametrlərin seçilməsi

Sınaq məqsədli tədqiqat xüsusilə maraqlı olan çirkləndiriciləri müəyyən etməlidir və beləliklə ümumilikdə sahənin əsas tədqiqatı zamanı əlavə çirkləndiricilər tədqiq edilməli olmur. Çirkləndiricilərin həcmini və hərəkətliliyinin sayını müəyyən etmək üçün əlavə olaraq misal üçün aşağıdakıları təhlil etmək lazım ola bilər:

- səciyyəvi çirkləndiricilər (qrup parametrləri əvvəlcədən təhlil edilir);

- çökmə məhsulları və kimyəvi reaksiyalar;

- çirkləndiricilərin əsas formaları.

Çirkləndiricilərin yayılmasını müəyyən etmək üçün yalnız seçilmiş çirkləndiriciləri qeyd etmək kafi ola bilər (ola bilsin ki, qrup parametrləri).

Əgər çirkləndiricilər arasında kifayət qədər əlaqə olarsa, onda onlardan birinin konsentrasiyası inamın kafi dərəcəsi ilə digərinin konsentrasiyasından hesablana bilər.

Əgər ölçülmüş tək dəyər sahənin əsas tədqiqatı zamanı sınaq məqsədli olan tədqiqata nisbətən daha az əhəmiyyətə malik olarsa, onda daha az dəqiqliyə malik olan və bununla da daha ucuz və ya daha sürətli müəyyən etmə metodundan istifadə etmək olar. Bu metodun nəticələri daha dəqiq təhlildən istifadə etməklə vaxtaşırı olaraq yoxlanılmalıdır.

9.5 Sahənin əsas tədqiqinin qiymətləndirilməsi

Sahənin əsas tədqiqinin nəticələrinin qiymətləndiriıməsi sınaq məqsədli olan tədqiqat üçün 8.4-də təsvir ediləndən çox da fərqlənmir (bax BST AZS 10381-1). Artan formada təfsilatlı şəkildə olan çirkləndiricinin konseptual modeli proqressiv biliyə əsaslanaraq ümumi çirklənmə vəziyyətinin qiymətləndirilməsi üçün əsasdır.

Çirkləndiricinin dəqiq məlumatına heç zaman, hətta daha sıx nümunə götürmə ilə praktiki cəhətdən nail oluna bilməz. Torpağın çirklənməsinin dərəcəsinin qiymətləndirilməsi nümunə götürmə yerləri arasındakı interpolyasiyanı cəlb edir. Bu qiymətləndirmənin inam dərəcəsi nümunə götürmənin sıxlığından, xüsusilə də çirkləndiricinin yayılmasının növündən və müxtəlif cinsliliyindən və interpolyasiya zamanı nəzərə alınan dərəcədən asılı olacaq.

Torpaq çirklənməsinin risklərin qiymətləndirilməsi üçün çirkləndiricilərin məkanda və müvəqqəti yayılması kifayət qədər məlum olmalıdır. Bu, tez tez arzuoluan etibarlılıq və real tədqiqat proqramları arasında kompromisi özündə birləşdirir. Nəticədə alınan qeyri əminliklər sənədləşdirilməli və mümkün qədər kəmiyyəti hesablamalıdır. Misal üçün rəqəmsal model hesablamalarından istifadə etməklə çirkləndiricinin fərziyələrinin yaxşılaşdırılması kifayət qədər məlumat toplanmış olan zaman qeyri əminlikləri minimuma endirə bilər.

Yadda saxlamaq lazımdır ki, çirkləndiricilərin aydın qaydalar olmadan yayılması üçü heç bir interpolyasiya icra edilə bilməz. Konsentrasiyada müşahidə edilən dəyişikliklərə və bu hallarda ölçülmüş dəyərlərin yayılması tezliyinə əsaslanaraq mümkün olan yayılma dəyərləndirilər bilər və müəyyən siniflərin baş verməsinin oxşar mümkünlüklərinin sahəsi fərqləndirilə bilər. Belə nəticələrin təqdim edilməsi, missal üçün, izokonsentrasiya nöqtələri aldadıcı ola bilər.

Çirkləndiricinin vəziyyətinin qiymətləndirilməsi zamanı statistik və ya geo-statistik metodların tətbiqi məhduddur. Bir çox hallarda, kifayət qədər məlumat mövcud deyil və müxtəlifcinsli torpaq tərkibi zamanı müşahidə edilən statistik metodların ən vacib olan tələblərinin biri etibarlı deyil.

Sahənin əsas tədqiqinə dair hesabat riskin son qiymətləndirilməsi üçün əsas yaradacaq. Sahənin əsas tədqiqatının hesabatında qeyd olunan məlumata əsaslanaraq bərpaedici tədbirlərin lazım olub olmamasına dair qərar qəbul ediləcək.

Hesabata ümumilikdə aşağıdakılar daxil edilməlidir:

- sahənin əsas tədqiqinin məqsədi;

- sahənin əsas tədqiqatına başlamamışdan qabaq sahəyə dair məlumatın vəziyyəti və fərziyələrin etibarlılığına dair bildirişi daxil etməklə ilkin tədqiqatın nəticələrindən istifadə etməklə yaranmış və sınaq məqsədli tədqiqat ilə yoxlanmış çirklənməyə dair fərziyələrin təqdimatı;

- strategiyanın planlaşdırılması və təsdiqi və tədqiqatın hazırlanması (lazım olan zama ardıcıl mərhələlər ilə);

- tədqiqat üçün istifadə edilən metodologiyaların təsviri;

- icra edilən işlərin və istifadə edilən nümunə götürmə texnikalarının təsviri;

- sahənin bütün müşahidələrinin nəticələrinin sənədləşdirilməsi (hər hansı fərqlənmələri və təklif edilən metodologiyanın praktiki tətbiqi zamanı pozulmaları daxil etməklə);

- nümunələrin saxlanılması, daşıması, qabaqcadan emalı və həmçinin performan və təhlillərin qiymətləndirilməsi ilə əlaqədar olaraq bütün müvafiq detalların təhlili və sənədləşdirilməsi üçün nümunələrin seçilməsinin təsdiqi;

- dəyişmə və səhvlərin hüdudunu daxil etməklə analitik nəticələrin təsviri;

- tədqiqatın nəticələrinin qiymətləndirilməsi, risklərin qiymətləndirilməsi zamanı istifadə edilmiş müvafiq miqyas və istinad qiymətlərinin seçilməsi və müqayisəli qiymətlərin performansı;

- son fərziyənin etibarlılığı və inam dərəcəsi ilə əlaqədar olan tədqiqat və bildirişlər zamanı fərziyələrin proqressiv təkmilləşdirməsinin təsviri;

- sahənin çirklənmə statusunun xülasə verilmiş təqdimatı və risklərin qiymətləndirilməsi;

- qeyri əminliklərə baxış və tədqiqatın məhdudiyyətləri;

- növbəti tədbirlərə dair tövsiyyələr.

Yerli vəziyyətdə və milli və ya regional qaydalardan asılı olaraq digər aspektlər əlavə edilməlidir.

Bu hesabatda istifadə edilən formul qərar qəbul edənləri və tədqiqatı sifariş verənləri müvafiq baxış və qərar üçün uyğun əsasla təzhiz etməlidir. Faktlar izahat və fərziyələrdən aydın şəkildə fərqlənməlidir. Ayrıca faktlar və izahedici hesabatlar (iki ayrı cild) faydalı olmalıdır, lakin ümumilikdə tövsiyə oluna bilməz. Nəticələrin qiymətləndirilməsi və izahı məlumat itkisinə yol verməmək üçün tədqiqatı planlayan və icra edən tədqiqatçını cəlb etməklə icra edilməlidir.

Tədqiqatın hesabatlarına dair növbəti tövsiyyələr üçün BST AZS 10381-1-ə baxın.

Cədvəl A.1 - Torpaqdan nümunə götürmənin məqsədlərinə dair misalları

Məkanda dəyişən şaquli

BST AZS 10381 hissəsinə istinad

5. Torpaq funksiyasının yaxşılaşdırılması

7. Riskin qiymətləndirilməsi

10. Torpaq materiallarının yenidən istifadə oluna bilməsi

– vacib deyil, +\- çox vacib deyil, + vacibdir;

– qidalandırıcı maddələrlər təchizat\pestisidlərin qalıqları, üzvü maddələr və izdə metallar;

- su cədvəlində nümunə götürmə.

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Kollegiyasının “________________” 2015-ci il tarixli _________________ nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Torpağın keyfiyyəti - Nümunə götürmə

Hissə 6 - Laboratoriyada mikrobioloji

proseslərin, biokütlənin və müxtəlifliyin

təhlili məqsədi ilə aerob şəraitdə

torpaq nümunələrinin yığılması,

işlənməsi və saxlanılması üzrə tövsiyələr

1. Ekologiya üzrə Texniki Komitə tərəfindən (TK-09) İŞLƏNİB-HAZIRLANIB, MÜZAKİRƏ EDİLİB (20 may 2015-ci il) və TƏQDİM EDİLİB.

2. Bu standart ISO 10381-6-2009 “Soil quality – Sampling – Part 6: Guidance on the collection, handling and Storage of soil under aerob conditions for the assessment of microbiological processes, biomass and diversity in the laboratory” beynəlxalq standartının autentik tərcüməsidir.

3. İlk dəfə tətbiq edilir.

4. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə, digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2020-ci il, dövri yoxlama müddəti 5 ildir.

AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT STANDARTI

Torpağın keyfiyyəti - Nümunə götürmə

Hissə 6 - Laboratoriyada mikrobioloji

proseslərin, biokütlənin və müxtəlifliyin

təhlili məqsədi ilə aerob şəraitdə

torpaq nümunələrinin yığılması,

işlənməsi və saxlanılması üzrə tövsiyələr

Soil quality - Sampling.

Part 6: Guidance on the collection,

handling and Storage of soil under

aerobic conditions for the assessment

of microbiological processes, biomass

and diversity in the laboratory

Bu standartda laboratoriyada aerob şəraitdə əlavə testlərin aparılması məqsədi ilə torpaq nümunələrinin yığılması, işlənməsi və saxlanılması ilə bağlı tövsiyələr əks olunmuşdur. Bu sənəd də əks olunan tövsiyələr anaeorob şəraitdə torpaq nümunələrinin işlənməsinə şamil olunmur.

Bu standart əsasən mülayim iqlim şəraitində mövcud olan torpaqlara aiddir. Kəskin iqlim şəraitində (məs., daimi donma, tropik torpaqlar) mövcud torpaqlardan yığılmış nümunələrin işlənməsi zamanı fərqli metodların tətbiqi tələb oluna bilər.

Bu standartda aşağıdakı terminlərdən və onların müvafiq təriflərindən istifadə olunmuşdur:

2.1 aerob: Molekulyar oksigenin sərbəst mövcud olduğu şərait

2.2 anaerob: Molekulyar oksigenin mövcud olmadığı şərait

2.3 quru kütlə daxilində suyun tərkibi: 105 °C temperaturda davamlı kütlə şəklinə salınan torpaqdan buxarlanan, torpağın quru kütləsinə bölünərək 100-ə vurulan suyun miqdarı [ISO 11465:1993, 3.2]

3.1 Nümunə götürüləcək ərazinin seçilməsi

Nümunələrin götürüldüyü ərazilərin yerləşdiyi sahələr aparılacaq təhlilin məqsədlərinə uyğun olaraq seçilməlidir.

Bu ərazilər müəyyənləşdirilməli və qeydiyyata alınmalıdır (məs., xəritədə asanlıqla seçilə bilən statik obyektlərə istinadən, yaxud təfsilatlı xəritədən və Coğrafi İnformasiya Sistemindən istifadə etməklə). Praktik baxımdan mümkün olduğu təqdirdə, bu məkanlar elə işarələnməlidir ki, onlardan müqayisəli testlər və ya təkrar nümunələrin əldə edilməsi üçün istifadə etmək mümkün olsun.

3.2 Sınaq ərazisinin xarakteristikası

Nümunələrin götürüləcəyi ərazinin seçimi konkret araşdırmanın məqsədindən asılıdır və bu halda sınaq ərazisi haqqında müvafiq biliklərə sahib olmaq hər zaman arzuolunandır. Ərazi dəqiq qeyd olunmalı və onun tarixi təsvir edilməlidir. Bitki örtüyü, nümunə götürüləcək sahənin morfoloji quruluşu (düzənlik, təpəliklər, sıldırım), kimyəvi və bioloji əlavələr və ya təsadüfi çirklənmələr qeyd edilməli və aktlaşdırılmalıdır.

3.3 Nümunə seçiminin şərtləri

Laboratoriya şəraitində aparılan araşdırmalar üçün tələb olunan torpaq nümunələri tərkibindəki su ilə birlikdə götürülməlidir ki, bu da onların süzgəcdən keçməsini asanlaşdırır. Təhlil başqa məqsədlə aparılmadığı təqdirdə, nümunə seçimi quraqlıq, donvurma və ya sel hadisələri zamanı və ya bu hadisələr uzun müddət (məs., 1 ay) baş verdikdən dərhal sonra aparılmamalıdır. Laboratoriya testləri sınaq ərazisinin monitorinqi məqsədi ilə aparılırsa, bu ərazidə mövcud olan şərait nəzərə alınmalıdır. Bəzən, məsələn, ammonium oksidləşməsinin təhlili zamanı torpaq nümunələri donmuş ola bilər.

3.4 Nümunə seçiminin metodları

Nümunə seçiminin metodları təhlilin məqsədlərindən asılıdır. Əgər aerob kənd təsərrüfatı nümunələri tələb olunursa, nümunələr faktiki şumlama dərinliyindən götürülməlidir. Torpağın bitki örtüyü, mamırlı ölü torpaq örtüyü, görünən bitki kökləri, iri bitki hissəcikləri və ya oduncaq qalıqları və ya gözlə görünən canlı orqanizmlər kənarlaşdırılmalıdır ki, üzvi karbonun torpağa təsiri azaldılmış olsun. Bitki kökləri və ya digər mənbələrdən gələn üzvi birləşmələr torpaq mikroflorasının fəaliyyətində və tərkibində gözlənilməz dəyişikliklərə səbəb ola bilər. Təbii torpaqların bir-birindən fərqli horizontları olduğu təqdirdə, nümunələr bu horizontlardan götürülməlidir.

3.5 Nümunələrin etiketlənməsi

Nümunələrin yerləşdirildiyi qablar dəqiq və aydın şəkildə etiketlənməli və hər bir nümunənin götürüldüyü əraziyə uyğun olaraq çeşidlənməlidir. Torpaqdan suyu absorbsiya edən və ya müəyyən maddələri (məs., həlledicilər və ya plastifikatorlar) torpağa buraxan qablardan istifadə edilməməlidir.

Nümunələr elə formada daşınmalıdır ki, torpağın tərkibindəki suyun strukturunda dəyişikliklər mümkün qədər az baş versin. Konteynerlər qaranlıq və təmiz havanın daxil ola biləcəyi şəraitdə saxlanılmalıdır və adətən, bu halda ağzı boş bağlanmış polietilen salafanlardan istifadə edilməsi məqsədəuyğundur. Kəskin ətraf mühit şəraitində daşınma və saxlanılmaya yol verilməməlidir. Torpaq mümkün qədər sərin saxlanmalıdır, lakin bu halda onun həddindən artıq qurumasına və ya sulanmasına imkan verilməməlidir. Torpaq nümunəsinin uzun müddət günəş şüalarının təsirinə məruz qalmasına da yol vermək olmaz, belə ki, bu, torpağın səthində yosunların əmələ gəlməsinə səbəb ola bilər. Fiziki təzyiq də mümkün qədər məhdudlaşdırılmalıdır.

DNT və ya RNT analizi üçün götürülmüş torpaq nümunələri quru buzdan istifadə etməklə dərhal sınaq ərazisində dondurulmalıdır. Laboratoriyaya daşınarkən RNT analizi üçün nəzərdə tutulmuş nümunələrin temperaturunun sabit saxlanması üçün quru buzdan istifadəni davam etdirmək lazımdır. Şərtlər quru buzdan istifadəni zəruri etmədiyi təqdirdə isə DNT analizi üçün nəzərdə tutulmuş nümunələri avtosoyuducuda (soyuducu şkafda) daşımaq olar.

3.7 Torpağın işlənməsi

Torpaq nümunəsi götürüldükdən dərhal sonra işlənməlidir. Torpağı 22 mm-lik süzgəcdən keçirməzdən öncə onu bitki qalıqları, canlı orqanizmlər və daşlardan təmizləmək gərəkdir. Torpağın belə bir süzgəcdən keçirilməsi hissəciklər arasında qaz mübadiləsini təmin etdiyindən torpağın aerob xüsusiyyətinin saxlanılması baxımından tövsiyə olunur. Bu yolla, həmçinin kiçik daş parçaları, canlı orqanizmlər və bitki qalıqlarını da kənarlaşdırmaq mümkündür. Bəzi üzvi materiallar, məsələn, torf bataqlıqları və ya torf 2 mm-lik süzgəcdən çətinliklə keçdiyindən onları nəm halda 5 mm-lik süzgəcdən keçirmək tövsiyə olunur. Burada mexaniki üsuldan istifadə edilməlidir və süzgəcdən keçən maddənin miqdarı işçidən asılı olur. Əgər torpaq hədsiz dərəcədə nəmdirsə və süzgəcdən keçirilməsi çətinlik törədirsə, onu hava buxarında ayrı-ayrı hissəciklər şəklində qurutmaq lazımdır. Torpaq kiçik hissəciklərə ayrılmalı və səthinin hədsiz dərəcədə qurumaması üçün tez-tez tərsinə çevrilməlidir. Bir qayda olaraq bunu normal mühit temperaturu şəraitində etmək lazımdır. Əgər torpağın qurudulmasına ehtiyac yaranarsa, onu süzgəcdən keçə biləcəyi şəklə salana qədər qurutmaq lazımdır. Adətən, torpağın qurudulması tövsiyə edilmir, baxmayaraq ki, təbii qurutma və nəmləndirmə səth torpaqlarındakı mikroblar üçün ənənəvi fizioloji gərginlikdir. Məlum olmuşdur ki, qurudulma və nəmləmə prosesləri C və N mikrob dinamikasında sonuncu təzyiqdən sonra bir ay davam edə bilən mühüm dəyişikliklərə gətirib çıxarda bilər. Qurudulmadan sonra nəmləndirmə respirasiya prosesində impulslara və müxtəlif bakteriyaların artımına səbəb olur. İşləndikdən sonra torpaq nümunəsini daha uzun müddətə saxlamağa ehtiyac varsa, 3.8-ci yarımbəndində qeyd olunan parametrlər nəzərə alınmalıdır.

3.8 Saxlama şəraiti və saxlamanın müddəti

Nümunələr qaranlıq və sərin yerdə (4 ± 2 °C) saxlanmalıdır. Bu məqsədlə ağzı boş bağlanmış plastik salafandan və ya buna bənzər bir qabdan istifadə edilməsi məqsədəuyğundur. Torpaq nümunəsinin miqdarı o qədər olmalıdır ki, saxlama qablarının dibində anaerob şərait əmələ gəlməsin. Stabil aerob şəraitin yaradılması üçün torpaq qablara yığılmadan öncə işlənməlidir (bax: 3.7). Torpaq nümunəsi qablarda saxlanılarkən onun hədsiz dərəcədə qurumasına və ya nəmlənməsinə yol verməmək lazımdır. Nümunələr bir-birinin üzərində saxlanılmamalıdır. Nümunə götürüldükdən dərhal sonra torpaq işlənməlidir. Nümunələrin daşınmasına minimal vaxt sərf olunmalıdır. Əgər nümunənin dərhal işlənməsi mümkün deyilsə və onun qablaşdırılmasına zərurət yaranmışdırsa, davamlı mikrob fəaliyyətini sübut edən dəlillər olmadığı təqdirdə, bu müddət 3 aydan artıq olmamalıdır. DNT analizi üçün nəzərdə tutulmuş torpaq nümunələri dərhal istifadə edilmədiyi təqdirdə, −20 °C temperaturda dondurulmalıdır. RNT analizi üçün nəzərdə tutulmuş nümunələr isə −80 °C temperaturda dondurulmalıdır.

Torpaq nümunələrinin daha artıq (3 aydan artıq) saxlanmasına ehtiyac yaranarsa, onların −20 °C, −80 °C və ya −180 °C temperaturda dondurulması məqsədəuyğundur, lakin bir qayda olaraq tövsiyə edilmir. Cədvəl 1-də müxtəlif məqsədlərlə torpaq nümunələrinin saxlanılması ilə bağlı nümunələr təsvir edilmişdir. Mülayim iqlim şəraitində toplanmış torpaq nümunələrindən məlum olur ki, −20 °C temperaturda 12 aya qədər saxlanma mikrobioloji fəaliyyətə (məs., ammonimun oksidləşməsi) maneəçilik törətmir. Bundan başqa, fosfolipid yağ turşusu (PLFA/PLEL) və DNT məqsədi ilə götürülmüş nümunələr −20 °C temperaturda bir – iki il saxlanıla bilər. RNT analizi üçün nəzərdə tutulmuş nümunələri −80 °C temperaturda eyni müddətə saxlamaq mümkündür. DNT, RNT və PLFA/PLEL analizləri üçün maye şok dondurulmanın aparılması tövsiyə olunur.

Adətən, çirkləndirici maddələrin torpaq mikroblarına və mikrobioloji proseslərə təsirini öyrənmək və ya il ərzində uzun müddətli aralıqlarla torpaqların tərkib strukturunu (PLFA, DNT, RNT) təhlil etmək üçün nümunələrin daha uzun müddət saxlanmasına ehtiyac yaranır. Bu halda analizlər (kimyəvi analiz, çirkləndirici maddələrin analizi) üçün tələb olunan vaxt asanlıqla 3 ayı keçə bilər. Mikrofloranın strukturunun təhlili üçün 4 °C temperaturda saxlanma tövsiyə olunmur.

Cədvəl 1 — Analizin dərhal aparılması mümkün olmadığı hallarda aerob mikrobioloji proseslərin təhlili üçün nümunələrin saxlanma şəraiti

– Substrat-əsaslı respirasiya metodu

– Fumigation-extraction method

Potensial ammonium oksidləşməsi

Torpağın mikrobioloji respirasiyası

Torpağın respirasiya diaqramları

Dehidrogenaza aktivliyi

simvollar: — = Saxlama mümkün deyil.

Torpaq nümunələri sonradan təkrar analiz edilə bilməsi məqsədi ilə saxlanmazdan öncə kiçik hissələrə ayrılmalıdır. Əks halda, nümunə götürüldükdən dərhal sonra PLFA nəm torpaqdan (< 2 mm) ayrılmalıdır. Çıxarılmış bu hissəciklər növbəti separasiya proseslərindən və GC/MS-lə analizdən öncə −20 °C temperaturda bir neçə ay saxlanıla bilər. Nümunələri −20 °C −80 °C temperaturda saxlanmazdan öncə onların maye azotla şok dondurulması tövsiyə olunur.

İşlənmiş torpaq nümunəsi laboratoriyada konkret sınaq üçün istifadə edilməzdən öncə onu ilkin olaraq inkubasiya etmək lazımdır ki, cücərmə baş versin və toxumlar kənarlaşdırılsın, beləliklə də, nümunənin götürülməsi və saxlanması şəraitində baş vermiş dəyişiklikdən başlayaraq inkubasiya şəraitinə qədər olan müddətdən sonra baş vermiş mikrob metobolizmində tarazlıq yenidən bərpa olunsun. İlkin inkubasiyanın şərtləri araşdırmanın məqsədlərindən asılı olur, lakin təhlilin şərtləri də mümkün qədər nəzərə alınmalıdır. İlkin inkubasiyanın müddəti isə araşdırmanın məqsədi, torpağın tərkibi və saxlama/ilkin inkubasiya şəraitindən asılıdır. Adətən, 2-28 günlük müddət məqsədəuyğun hesab edilir.

Nümunələr dondurulmuşdursa, onların buzunun əridilməsi prosesinə xüsusi diqqət yetirilməlidir. Mikrobioloji aktivliyin təhlili məqsədilə (məs., torpağın respirasiyası), ərimə müddəti 4 °C temperaturda bir həftədir və nümunələrin əlavə olaraq 20 °C temperaturda üç gün saxlanması tövsiyə olunur. Nümunələrin 20°C temperaturda 1 gün ərzində əridilməsi də mümkündür. DNT, RNT və PLFA/PLEL analizləri üçün nəzərdə tutulmuş nümunələrin deqradasiyasına yol verməmək üçün onların ərimə vaxtı mümkün qədər qısa olmalıdır.

Nümunələrin dondurulması onların su saxlama qabiliyyətinə təsir edə bilər. Bu səbəbdən bu nümunələrin su saxlama qabiliyyəti ərimədən sonra müəyyənləşdirilməlidir.

Məqsədlərdən asılı olaraq nümunələrin seçimi üzrə aktda əks olunan məlumatlar fərqli ola bilər, lakin bir qayda olaraq aktda aşağıdakı məlumatlar yer almalıdır:

a) ISO 10381-in bu hissəsinə istinad;

b) Sınaq ərazisinin yerləşdiyi məkan (başqa bir şəxsin hər hansı kömək olmadan bu ərazini asanlıqla tapa biləcəyi şəkildə);

c) Ərazinin xüsusiyyətləri və müvafiq detalları ilə bağlı ətraflı xarakteristika;

d) Ərazinin tarixi, öncəki istifadə, təsadüfi və ya bilərəkdən edilmiş kimyəvi və ya bioloji əlavələr;

e) Nümunələrin toplandığı tarix və vaxt;

f) Nümunələr götürülərkən və ya götürülməzdən öncə mövcud olan hava şəraiti, o cümlədən temperatur göstəricisi, yağıntının miqdarı, günəş şüalarının miqdarı, buludluluq və s;

g) nümunənin götürüldüyü ərazinin yerləşdiyi məkanın dəqiq təsviri;

h) nümunə götürülərkən istifadə olunmuş alətin növü;

i) süzgəcdən keçirilməzdən öncə nümunənin qurudulmasına ehtiyac olub-olmaması;

j) götürülmüş nümunələrin sayı, sınaq ərazisinin sahəsi;

k) torpaq nümunəsinin götürüldüyü dərinlik;

l) ayrı-ayrı torpaq nümunələrinin ayrılıqda və ya birlikdə saxlanılıb-saxlanılmadığı;

m) nümunənin götürülməsi, daşınması və ya sonradan işlənməsi arasındakı vaxt fərqi;

n) növbəti testlərə təsir edə biləcək istənilən digər məlumat.

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Kollegiyasının “________________” 2015-ci il tarixli _________________ nömrəli Qərarı ilə təsdiq edilmişdir.

1. Ekologiya üzrə Texniki Komitə tərəfindən (TK-09) İŞLƏNİB-HAZIRLANIB, MÜZAKİRƏ EDİLİB (20 may 2015-ci il) və TƏQDİM EDİLİB.

2. Bu standart ISO 14001:2004 “Environmental management systems-Requirements with guidance for use” beynəlxalq standartının autentik tərcüməsidir.

3. İlk dəfə tətbiq edilir.

4. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2020-ci il, dövrü yoxlama müddəti 5 ildir.

Ətraf mühitin idarəetmə sistemləri

İstifadə üçün təlimata dair tələblər

Prinsiplər və struktur sxem

Environmental management systems

Requirements with guidance for use

Principles and framework

Standart təşkilata qüvvədə olan hüquqi tələblər və təşkilatın üzv olduğu digər tələbləri və mühüm ekoloji aspektləri barədə məlumatı nəzərə alan siyasət və məqsədlər işləyib hazırlamaq və həyata keçirməyə imkan verən ətraf mühitin idarəetmə sisteminə dair tələbləri müəyyənləşdirir.

O elə ekoloji aspektlərə tətbiq olunur ki, təşkilat onları nəzarət edilən və təsir göstərilə bilinən kimi müəyyənləşdirir. Standart özlüyündə spesifik ekoloji fəaliyyət kriteriyası müəyyənləşdirmir.

Bu standart aşağıdakıları arzu edən istənilən təşkilata tətbiq olunur:

a) ətraf mühitin idarəetmə sistemini təsis etmək, həyata keçirmək, saxlamaq və təkmilləşdirmək,

b) özünü bəyan etdiyi ekoloji siyasətə uyğun olması barədə əmin etmək,

c) aşağıdakılar vasitəsilə bu standarta uyğunluğu nümayiş etdirmək

1) özü müəyyənləşdirmə və özü bəyan etmə, yaxud

2) təşkilatda marağı olan tərəflər, məsələn sifarişçilər vasitəsilə özünün uyğunluğuna dair təsdiq axtarmaq və ya

3) təşkilatdan kənar olan tərəf vasitəsilə özünü bəyan etməyin təsdiqini tapmaq, yaxud

4) kənar təşkilat vasitəsilə özünün ətraf mühitin idarəetmə sisteminin sertifikatlaşdırma/qeydiyyatına çalışmaq.

Bu standartdakı bütün tələblərin ətraf mühitin idarəetmə sisteminə daxil edilməsi nəzərdə tutulur. Tətbiqetmənin həddi təşkilatın ekoloji siyasəti, onun fəaliyyətlərinin, məhsullarının və xidmətlərinin təbiəti və onun fəaliyyət göstərdiyi məkan və şərait kimi amillərdən asılıdır. Bu standart həmçinin Əlavə A-da onun istifadəsinə dair təlimat da təqdim edir.

Heç bir normativ istinadlardan istifadə olunmamışdır. Bu bənd öncəki redaktə (ISO 14001:1996) ilə eyni bənd nömrəsini saxlamaq üçün daxil edilmişdir.

Bu standartda aşağıdakı terminlərdən və onların müvafiq təriflərindən istifadə edilir:

Audit aparmaq səlahiyyəti olan şəxs

[ISO 9000:2000, 3.9.9]

3.2 Müntəzəm təkmilləşdirmə

Təşkilatın (3.16) ekoloji siyasəti (3.11) ilə uyğunluq təşkil edən ümumi ekoloji fəaliyyətdə (3.10) təkmilləşdirmələrə nail olmaq üçün ətraf mühitin idarəetmə sistemini (3.8) genişləndirməyin dövri təkrarlanan prosesi

Qeyd: Prosesin bütün fəaliyyət sahələrində eyni zamanda baş verməsinə ehtiyac yoxdur.

3.3 İslahedici tədbir

Aşkar edilmiş uyğunsuzluğun (3.15) səbəbini aradan qaldırmaq üçün tədbir

[ISO 14001:2004, 3.3]

İnformasiya və onun dəstəkləyici vasitəsi

1. Vasitə kağız, maqnit, elektron və yaxud optik kompüter diski, foto və yaxud bir əsər və ya ədəbiyyatdan çıxarış, yaxud da bunların birləşməsi ola bilər.

2. ISO 9000:2000, 3.7.2-dən uyğunlaşdırılmışdır.

Hava, su, torpaq, təbii ehtiyatlar, flora, fauna, insanlar və onların qarşılıqlı təsirləri daxil olmaqla təşkilatın (3.16) fəaliyyət göstərdiyi mühit

Qeyd: Bu kontekstdə ətrafdakı əhatə dairəsi təşkilat (3.16) daxilindən qlobal sistemə qədər uzanır.

Şirkətin ətraf mühitlə (3.5) qarşılıqlı təsirdə ola bilən fəaliyyətlərinin, məhsullarının və yaxud xidmətlərinin elementi

Qeyd: Mühüm ekoloji aspektin mühüm ekoloji təsiri (3.7) var və yaxud ola bilər.

Ətraf mühitdə (3.5) tam şəkildə və yaxud qismən təşkilatın (3.16) ekoloji aspektləri (3.6) nəticəsində meydana gələn mənfi və yaxud faydalı dəyişiklik

3.8 Ətraf mühitin idarəetmə sistemi

Təşkilatın (3.16) idarəçilik sisteminin onun ekoloji siyasətini (3.11) işləyib hazırlamaq və həyata keçirmək və ekoloji aspektlərini (3.6) idarə etmək üçün istifadə olunan hissəsi

1. İdarəçilik sistemi siyasət və məqsədləri təşkil etmək və bu məqsədlərə nail olmaq üçün istifadə olunan qarşılıqlı əlaqədəki elementlərin toplusudur.

2. İdarəçilik sisteminə təşkilatın strukturu, planlaşdırma fəaliyyətləri, səlahiyyətlər, təcrübələr, prosedurlar (3.19), proseslər və resurslar daxildir.

Təşkilatın (3.16) müvəffəq olmaq üçün qarşısına qoyduğu və ekoloji siyasətlə (3.11) uyğun gələn ümumi ekoloji amal

3.10 Ekoloji fəaliyyət

Təşkilatın (3.16) öz ekoloji aspektlərini (3.6) idarə etməsinin ölçülə bilən nəticələridir.

Qeyd: Ətraf mühitin idarəetmə sistemlərinin (3.8) kontekstində nəticələr təşkilatın (3.16) ekoloji siyasəti (3.11), ekoloji məqsədləri (3.9), ekoloji hədəfləri (3.12) və digər ekoloji fəaliyyət tələblərinə qarşı ölçülə bilər.

Təşkilatın (3.16) ekoloji fəaliyyəti (3.10) ilə əlaqədar yüksək rəhbərlik tərəfindən açıqlanan ümumi niyyət və istiqamətləridir

Qeyd: Ekoloji siyasət fəaliyyət və ekoloji məqsədlərin (3.9) və ekoloji hədəflərin (3.12) təyin edilməsi üçün çərçivə təmin edir.

Təşkilata (3.16) və yaxud onun bir hissəsinə tətbiq olunan təfsilatlı fəaliyyət tələbi, hansı ki ekoloji məqsədlərdən (3.9) və bu məqsədlərə nail olmaq üçün təyin edilməli və yerinə yetirilməli ehtiyaclardan meydana gəlir.

Təşkilatın (3.16) ekoloji fəaliyyəti (3.10) ilə maraqlanan və yaxud onun təsirinə məruz qalan şəxs və ya qrup

Təşkilat (3.16) tərəfindən qoyulmuş ətraf mühitin idarəetmə sisteminin audit meyarlarının hansı həddə qədər yerinə yetirildiyini təyin etmək üçün audit sübutlarını əldə etmək və onu obyektiv şəkildə qiymətləndirmək məqsədilə sistemli, müstəqil və sənədləşdirilmiş proses

Qeyd: Bir çox hallarda, xüsusən də kiçik təşkilatlarda müstəqillik auditi aparılan fəaliyyət üçün məsuliyyətdən azadlıq vasitəsilə nümayiş etdirilə bilər.

Tələbin yerinə yetirilməməsi

Öz funksiyaları və administrasiyasına malik olan birləşmiş və yaxud müstəqil, dövlət və yaxud özəl şirkət, korporasiya, firma, müəssisə, qurum və yaxud institut və ya onların birləşməsi

Qeyd: Birdən artıq fəaliyyətdə olan bölməyə malik təşkilatlar üçün tək fəaliyyətdə olan bölmə təşkilat hesab edilə bilər.

3.17 Qabaqlayıcı tədbir

Potensial uyğunsuzluğun (3.15) səbəbini aradan qaldırmaq üçün tədbir

3.18 Çirklənmənin qarşısının alınması

Mənfi ekoloji təsirləri (3.7) azaltmaq məqsədilə istənilən növ çirkləndirici və yaxud tullantının əmələ gəlməsi, emissiyası və yaxud azalmasından qaçınmaq, azaltmaq və yaxud nəzarət etmək üçün proseslərdən, təcrübələrdən, üsullardan, materiallardan, məhsullardan, xidmətlərdən və yaxud enerjidən istifadə

Qeyd: Çirklənmənin önlənməsinə mənbədə azaltma və yaxud ləğv etmə, proses, məhsul və yaxud xidmət dəyişiklikləri, resurslardan, materillardan və enerji əvəzlənməsindən səmərəli istifadə, təkrar istifadə, bərpa, təkrar emal, utilizasiya və emal daxil edilə bilər.

Fəaliyyət və yaxud prosesi həyata keçirmək üçün müəyyən edilmiş yol

1. Prosedurlar sənədləşdirilə və sənədləşdirilməyə bilər.

2. ISO 9000:2000, 3.4.5-dən uyğunlaşdırılmışdır.

Müvəffəq olunmuş nəticələri göstərən və yaxud yerinə yetirilən tədbirlər barədə sübut təqdim edən sənəd (3.4)

Qeyd: ISO 9000:2000, 3.7.6-dan uyğunlaşdırılmışdır.

Təşkilat bu Beynəlxalq Standrtın tələblərinə uyğun ətraf mühitin idarəçilyi sistemini təşkil etməli, sənədləşdirməli, həyata keçirməli, saxlamalı və davamlı təkmilləşdirməli və onun bu tələbləri necə yerinə yetirəcəyini müəyyənləşdirməlidir.

Təşkilat ətraf mühitin idarəetmə sisteminin tətbiq sahəsini təyin etməli və sənədləşdirməlidir.

Ali rəhbərlik təşkilatın ekoloji siyasətini təyin etməli və təmin etməlidir ki, ətraf mühitin idarəetmə sisteminin müəyyənləşdirilmiş çərçivəsində o

a) təşkilatın fəaliyyətlərinin, məhsullarının və xidmətlərinin təbiəti, miqyası və ekoloji aspektlərinə müvafiqdir,

b) davamlı inkişaf və çirklənmənin qarşısının alınması üzrə öhdəliyi özündə ehtiva edir,

c) özünün ekoloji aspektlərinə aid olan qüvvədə olan hüquqi tələblərə və təşkilatın qoşulduğu digər tələblərə uyğunluq üzrə öhdəlik bura daxildir,

d) ekoloji məqsəd və hədəfləri qoymaq və nəzərdən keçirmək üçün çərçivə təmin edir,

e) sənədləşdirilmişdir, həyata keçirilir və saxlanılır,

f) təşkilat üçün və ya onun adından çalışan bütün şəxslərə çatdırılır və

g) ictimaiyyət üçün açıqdır.

4.3.1 Ekoloji aspektlər

Təşkilat aşağıdakılar üçün prosedur(lar) təşkil etməli, həyata keçirməli və saxlamalıdır:

a) planlaşdırılmış və ya yeni ixtiraları, yaxud yeni və ya dəyişdirilmiş fəaliyyətləri, məhsulları və xidmətləri nəzərə almaqla ətraf mühitin idarəetmə sisteminin müəyyənləşdirilmiş çərçivəsində özünün fəaliyyətlərinin, məhsullarının və xidmətlərinin nəzarət edə və təsir göstərə biləcəyi ekoloji aspektlərini müəyyənləşdirmək, və

b) ətraf mqühitə ciddi təsiri olan və yaxud ola biləcək aspektləri təyin etmək (yəni mühüm ekoloji aspektləri).

Təşkilat bu informasiyanı sənədləşdirməli və yenilənmiş vəziyyətdə saxlamalıdır.

Təşkilat özünün ətraf mühitin idarəetmə sisteminin təşkilində, həyata keçirilməsində və saxlanmasında mühüm ekoloji aspektlərin nəzərə alınmasını təmin etməlidir.

4.3.2 Hüquqi və digər tələblər

Təşkilat aşağıdakılar üçün prosedur(lar) təşkil etməli, həyata keçirməli və saxlamalıdır:

a) özünün ekoloji aspektlərinə aid olan qüvvədə olan hüquqi tələbləri və təşkilatın qoşulduğu digər tələbləri müəyyənləşdirmək və onlara çıxış əldə etmək və

b) bu tələblərin özünün ekoloji aspektlərinə necə tətbiq oldunduğunu müəyyənləşdirmək

Təşkilat özünün ətraf mühitin idarəetmə sisteminin təşkilində, həyata keçirilməsində və saxlanmasında qüvvədə olan bu hüquqi tələblərin və təşkilatın qoşulduğu digər tələblərin nəzərə alınmasını təmin etməlidir.

4.3.3. Məqsədlər, hədəflər və proqram(lar)

Təşkilat onun daxilində müvafiq funksiya və səviyyələrdə sənədləşdirilmiş ekoloji məqsəd və hədəflər təşkil etməli, həyata keçirməli və saxlamalıdır.

Məqsəd və hədəflər harda mümkündürsə ölçülə bilən və çirklənmənin önlənməsi, qüvvədə olan hüquqi tələblərə və təşkilatın qoşulduğu digər tələblərə uyğunluq və davamlı təkmilləşdirmə kimi öhdəliklər də daxil olmaqla ekoloji siyasətə uyğun olmalıdır.

Öz məqsəd və hədəflərini təşkil edərkən və nəzərdən keçirərkən təşkilat qüvvədə olan hüquqi tələbləri və təşkilatın qoşulduğu digər tələbləri və özünün mühüm ekoloji aspektlərini nəzərə almalıdır. O həmçinin özünün texnoloji seçimlərini, maliyyə, əməliyyat və biznes tələblərini və maraqlı tərəflərin mövqelərini düşünməlidir.

Təşkilat özünün məqsəd və hədəflərinə çatmaq üçün proqram(lar) təşkil etməli, həyata keçirməli və saxlamalıdır. Proqram(lar)a bunlar daxil edilməlidir

a) məqsəd və hədəflərə çatmaq üçün təşkilatın müvafiq funksiya və səviyyələrində səlahiyyətlərin təyinatı və

b) onlara nail olmaq üçün vasitələr və vaxt çərçivəsi.

4.4. İcra və əməliyyat

4.4.1 Resurslar, vəzifələr, öhdəlik və səlahiyyət

Rəhbərlik ətraf mühitin idarəetmə sisteminin təşkili, həyata keçirilməsi və saxlanması üçün mühüm olan resursların mövcudluğunu təmin etməlidir. Resurslara insan ehtiyatları və ixtisaslaşmış bacarıqlar, təşkilati infrastruktur, texnologiya və maliyyə resursları daxildir.

Səmərəli ətraf mühitin idarəetmə sistemini asanlaşdırmaq üçün rollar, öhdəliklər səlahiyyətlər müəyyənləşdirilməli, sənədləşdirilməli və yayılmalıdır.

Ali rəhbərlik xüsusi idarəçilik nümayənədəsi(ləri) təyin etməlidir, hansının ki digər öhdəliklərdən asılı olmayaraq:

a) Ətraf mühitin idarəetmə sisteminin təşkilatın bu standarta müvafiq olaraq təsis olunması, həyata keçirilməsi və saxlanmasının təmin edilməsi və

b) Təkmilləşmə üçün tövsiyələr də daxil olmaqla ali rəhbərliyə təhlil üçün ətraf mühitin idarəetmə sisteminin fəaliyyəti barədə hesabat vermək məqsədilə

müəyyənləşdirilmiş rolu, öhdəlikləri və səlahiyyəti olmalıdır.

4.4.2 Bacarıq, təlim və maarifləndirmə

Təşkilat onun üçün və yaxud onun adından potensial mühüm ekoloji təsir(lər)ə malik ola biləcək tapşırıqları yerinə yetirən istənilən şəxs(lər)in müvafiq təhsil, təlim və ya təcrübə əsasında bacarıqlı olmasını təmin etməli və aidiyyəti qeydləri saxlamalıdır.

Təşkilat onun ekoloji aspektləri və ətraf mühitin idarəetmə sistemi ilə əlaqədar təlim ehtiyaclarını müəyyən etməlidir. O, bu ehtiyaclara cavab vermək üçün təlim keçirməli, yaxud digər tədbirlər görməlidir və aidiyyəti qeydləri saxlamalıdır.

Təşkilat onun üçün və yaxud onun adından çalışan şəxslərin

a) ekoloji siyasət və prosedurlar və ətraf mühitin idarəetmə sistemi ilə uyğunluğun vacibliyi,

b) onların işləri ilə əlaqədar mühüm ekoloji aspektlər və aidiyyəti faktiki və ya potensial təsirlər və təkmilləşdirilmiş şəxsi fəaliyyətin ekoloji səmərələri,

c) ətraf mühitin idarəetmə sisteminin tələblərinə uyğunluğa müvəffəq olmaq üçün öz vəzifə və öhdəlikləri və

d) müəyyənləşdirilmiş prosedurlardan kənara çıxmağın potensial nəticələri

barəsində məlumatlı olması üçün prosedurlar yaratmalı, həyata keçirməli və onları saxlamalıdır.

Özünün ekoloji aspektləri və ətraf mühitin idarəetmə sistemi ilə əlaqədar təşkilat aşağıdakılar üçün prosedurlar təşkil etməli, həyata keçirməli və onları saxlamalıdır:

a) təşkilatın müxtəlif səviyyə və funksiyaları arasında daxili kommunikasiya,

b) kənar maraqlı tərəflərdən informasiya alınması, sənədləşdirilməsi və onlara cavab verilməsi.

Təşkilat özünün mühüm ekoloji aspektləri barəsində kənardakılara məlumat vermək haqqında qərar qəbul etməli və öz qərarını sənədləşdirməlidir. Əgər kommunikasiya yaradılması barədə qərar verilərsə, təşkilat belə kənar kommunikasiya üçün metodlar təşkil etməli və həyata keçirməlidir.

Ətraf mühitin idarəetmə sisteminin sənədləşdirilməsinə bunlar aid edilməlidir:

a) ekoloji siyasət, məqsəd və hədəflər,

b) ətraf mühitin idarəetmə sisteminin həcminin təsviri,

c) ətraf mühitin idarəetmə sisteminin əsas elementlərinin və onların qarşılıqlı münasibətlərinin təsviri və aidiyyəti sənədlərə istinad,

d) sənədlər, bu standartın tələb etdiyi qeydlər də daxil olmaqla və

e) mühüm ekoloji aspektlərə aid olan proseslərin planlaşdırılması, fəaliyyəti və onlara nəzarət üçün təşkilat tərəfindən zəruri kimi müəyyənləşdirilmiş qyedlər də daxil olmaqla sənədlər.

4.4.5 Sənədlərə nəzarət

Ətraf mühitin idarəetmə sistemi və bu standartın tələb etdiyi sənədlərə nəzarət olunmalıdır. Qeydlər xüsusi növ sənədlərdir və 4.5.4-də verilmiş tələblərə uyğun olaraq nəzarət olunmalıdır.

a) sənədləri istifadədən öncə adekvatlıq üçün təsdiq etmək,

b) sənədləri lazım gəldikdə nəzərdən keçirmək və yeniləmək və yenidən təsdiq etmək,

c) dəyişikliklər və sənədlərin cari düzəliş statuslarının müəyyən edilməsini təmin etmək,

d) qüvvədə olan sənədlərin müvafiq versiyalarının istifadə məntəqələrində mövcud olmasını təmin etmək,

e) sənədlərin anlaşıqlı və hazır müəyyən edilə bilən qalmasını təmin etmək,

f) təşkilat tərəfindən ətraf mühitin idarəetmə sisteminin planlaşdırılması və istismarı üçün zəruri hesab edilmiş kənar mənşəli sənədlərin müəyyənləşdirildiyini və onların yayılmasına nəzarət olunduğunu təmin etmək və

g) köhnə sənədlərin bilməyərəkdən istifadəsinin qarşısını almaq və əgər onlar hansısa məqsəd üçün saxlanarsa onlara uyğun identifikasiya tətbiq etmək üçün

prosedurlar təşkil etməli, həyata keçirməli və onları saxlamalıdır.

4.4.6 Operativ nəzarət

Təşkilat aşağıdakılar vasitəsilə özünün ekoloji siyasəti, məqsəd və hədəfləri ilə uyğun gələn müəyyənləşdirilmiş mühüm ekoloji aspektləri ilə əlaqədar olan əməliyyatları təyin etməli və planlaşdırmalıdır ki, onların müəyyən edilmiş şərtlər altında həyata keçirilməsini təmin etsin:

a) vəziyyətlərə nəzarət etmək üçün sənədləşdirilmiş prosedurların təşkil edilməsi, həyata keçirilməsi və saxlanması, harda ki onların yoxluğu ekoloji siyasət, məqsəd və hədəflərdən yayınmağa gətirib çıxara bilər, və

b) prosedurlarda əməliyyat kriteriyasını qeyd etmək və

c) təşkilat tərəfindən itifadə olunan məhsul və xidmətlərin müəyyənləşdirilmiş mühüm ekoloji aspektləri ilə əlaqədar prosedurların təşkil edilməsi, həyata keçirilməsi və saxlanması və tətbiq olunan prosedurlar və tələblər barədə özünün təchizatçılarına podratçılar da daxil olmaqla məlumat vermək.

4.4.7 Fövqəladə hallara hazırlıq və cavab

Təşkilat ətraf mühitə təsirləri ola bilən potensial fövqəladə halları və potensial qəzaları və onlara necə cavab verəcəyini müəyyən etmək üçün prosedurlar təşkil etməli, həyata keçirməli və saxlamalıdır.

Təşkilat faktiki fövqəladə hallara və qəzalara cavab verməli və aidiyyəti kəskin ekoloji təsirlərin qarşısını almalı və ya onları azaltmalıdır.

Təşkilat özünün fövqəladə hallara və qəzalara cavab prosedurlarını mütəmadi nəzərdən keçirməli və onlara harda zəruridirsə düzəliş etməlidir, xüsusən də qəzaların və fövqəladə halların baş verməsindən sonra.

Təşkilat həmçinin bu prosedurları harda mümkündürsə müntəzəm sınaqdan keçirməlidir.

4.5.1 Monitorinq və ölçmə

Təşkilat özünün mühüm ekoloji təsirlərə malik ola biləcək əməliyyatlarının əsas xüsusiyyətlərini müntəzəm olaraq monitorinq etmək və ölçmək üçün prosedurlar təşkil etməli, həyata keçirməli və saxlamalıdır. Prosedurlara fəaliyyətin monitorinqi üçün informasiyanın sənədləşdirilməsi, tətbiq olunan operativ nəzarətlər və təşkilatın ekoloji məqsəd və hədəflərinə uyğunluq daxil edilməlidir.

Təşkilat kalibrlənmiş və ya yoxlanmış monitorinq və ölçmə avadanlığından istifadə olunmasını təmin etməli və aidiyyəti qeydləri saxlamalıdır.

4.5.2 Uyğunluğun qiymətləndirilməsi

4.5.2.1 Özünün uyğunluğa dair öhdəliyinə müvafiq olaraq, təşkilat qüvvədə olan hüquqi tələblərə uyğunluğun mütəmadi qiymətləndirilməsi üçün prosedurlar təşkil etməli, həyata keçirməli və saxlamalıdır.

Təşkilat dövri qiymətləndirmələrin nəticələrinin qeydlərini saxlamalıdır.

4.5.5.2 Təşkilat özünün qoşulduğu digər tələblərə uyğunluğu qiymətləndirməlidir.

Təşkilat bu qiymətləndirməni 4.5.2.1-də istinad olunan hüquqi uyğunluğun qiymətləndirilməsi ilə birləşdirməyi və yaxud ayrıca prosedurlar təşkil etməyi istəyə bilər.

Təşkilat dövri qiymətləndirmələrin nəticələrinin qeydlərini saxlamalıdır.

4.5.3 Uyğunsuzluq, bərpa və qabaqlayıcı tədbirlər

Təşkilat faktiki və potensial uyğunsuzluqlarla məşğul olmaq və bərpa və qabaqlayıcı tədbirlər görmək üçün prosedurlar təşkil etməli, həyata keçirməli və saxlamalıdır. Prosedurlar aşağıdakılar üçün tələbləri müəyyən etməlidir:

a) uyğunsuzluqları müəyyən etmək və bərpa etmək və onların ekoloji təsirlərini azaltmaq üçün tədbir(lər) görmək;

b) uyğunsuzluqları araşdırmaq və onların təkrar baş verməsinzin qarşısını almaq üçün səbəblərini təyin etmək;

c) uyğunsuzluqların qarşısının alınması üçün ehtiyacları qiymətləndirmək və onların baş verməsinin qarçısını almaq üçün tərtib edilmiş müvafiq tədbirlər görmək;

d) həyata keçirilmiş bərpa və qabaqlayıcı tədbirlərin nəticələrini qeyd etmək;

e) həyata keçirilmiş bərpa və qabaqlayıcı tədbirlərin səmərəliliyini nəzərdən keçrimək.

Görülən tədbirlər problemlərin miqyasına və əhatə olunduğu ekoloji təsirlərə münasib olmalıdır.

Təşkilat ətraf mühitin idarəetmə sisteminin sənədləşməsində istənilən zəruri dəyişikliyin aparılmasını təmin etməlidir.

4.5.4 Qeydlərə nəzarət

Təşkilat ətraf mühitin idarəetmə sisteminin və bu standartın tələblərinə uyğunluğu və əldə edilmiş nəticələri nümayiş etdirmək üçün qeydlər yaratmalı və saxlamalıdır.

Təşkilat qeydlərin müəyyənləşdirilməsi, saxlanması, mühafizəsi, bərpası, davamlı istifadəsi və onların idarəetmə üçün prosedurlar təşkil etməli, həyata keçirməli və saxlamalıdır.

Qeydlər anlaşıqlı, müəyyən edilə bilən və təhlil üçün mümkün olaraq qalmalıdır.

Təşkilat təmin etməlidir ki, ətraf mühitin idarəetmə sisteminin daxili auditləri aşağıdakılar üçün planlaşdırılmış intervallarda keçirilsin:

a) ətraf mühitin idarəetmə sisteminin

1) bu standartın tələbləri daxil olmaqla ətraf mühitin idarəetmə üçün planlaşdırılmış tədbirlərə uyğunluğunu və

2) düzgün şəkildə yerinə yetirildiyini və saxlandığını müəyyən etmək və

b) audit nəticələri haqqında rəhbərliyə informasiya vermək.

Audit proqramları nəzərdə tutulan əməliyyatların ekoloji əhəmiyyətini və öncəki auditlərin nəticələrini nəzərə almaqla təşkilat tərəfindən planlaşdırılmalı, təşkil edilməli, həyata keçirilməli və saxlanmalıdır.

- auditləri planlaşdırmaq və həyata keçirmək, nəticələr barədə məlumat vermək və aidiyyəti qeydləri saxlamaq üçün öhdəliklər və tələbləri

- audit meyarı, həcmi (tətbiq sahəsi), tezliyi və metodlarının müəyyənləşdirilməsinə

diqqət yetirən audit prosedurları təşkil edilməli, həyata keçirilməli və saxlanmalıdır.

Auditorların seçilməsi və auditin aparılması audit prosesinin obyektivliyini və ədalətliliyini təmin etməlidir.

4.6 Rəhbərlik tərəfindən təhlil

Təşkilatın ali rəhbərliyi planlaşdırılmış intervallarda ətraf mühitin idarəetmə sistemini nəzərdən keçirməlidir ki, sistemin uyğunluğunu, adekvatlığını və səmərəliliyini qiymətləndirsin. Təhlillərə ekoloji siyasət və ekoloji məqsəd və hədəflər də daxil olmaqla ətraf mühitin idarəetmə sisteminin təkmilləşdirilməsi və ona dəyişikliklərə dair ehtiyaclar üzrə imkanların qiymətləndirilməsi daxil edilməlidir. Rəhbərlik təhlillərinin qeydləri saxlanmalıdır.

Rəhbərlik tərəfindən təhlil girişlərinə aşağıdakılar aid edilə bilər:

a) qüvvədə olan hüquqi tələblər və təşkilatın qoşulduğu digər tələblərə əməl edilməsinin daxili auditlərinin və qiymətləndirmələrinin nəticələri,

b) şikayətlər də daxil olmaqla xarici maraqlı tərəflərdən daxil olan informasiya,

c) təşkilatın ekoloji fəaliyyəti,

d) məqsəd və hədəflərə əməl edildiyi hədd,

e) düzəldici və qabaqlayıcı tədbirlərin statusu,

f) öncəki rəhbərlik təhlillərindən izləmə fəaliyyətləri,

g) onun ekoloji aspektlərinə aid olan hüquqi və digər tələblərdəki inkişaflar da daxil olmaqla dəyişən vəziyyətlər və

h) təkmilləşdirmə üçün tövsiyələr.

Rəhbərlik təhlillərindən alınan nəticələrə davamlı inkişaf öhdəliyinə uyğun olaraq ekoloji siyasətə, məqsədlərə, hədəflərə və ətraf mühitin idarəetmə sisteminin digər elementlərinə mümkün dəyişikliklərlə əlaqədar istənilən qərarlar və ya tədbirlər daxil edilməlidir.

Bu Əlavədə verilmiş əlavə mətn ciddi şəkildə məlumat xarakterlidir və bu standartın 4-cü Bəndində mövcud olan tələblərin yanlış anlaşılmasının qarşısını almaq məqsədi daşıyır. Bu informasiya bənd 4-ün tələblərini nəzərə aldığı və onlara uyğun olduğu halda, bu tələblərə əlavə etmək, onlardan nəyisə çıxarmaq və yaxud onlara düzəliş etmək məqsədini daşımır.

Bu standartla müəyyənləşdirilən ətraf mühitin idarəetmə sisteminin həyata keçirilməsi təkmilləşdirilmiş ekoloji fəaliyyətlə nəticələnmək məqsədini daşıyır. Buna görə də bu standart belə ehtimala əsaslanır ki, təşkilat təkmilləşdirmə üçün imkanlar müəyyənləşdirmək və onların həyata keçirilməsi məqsədilə özünün ətraf mühitin idarəetmə sistemini mütəmadi olaraq nəzərdən keçirəcək və qiymətləndirəcəkdir. Bu davamlı təkmilləşmə prosesinin dərəcəsi, həddi və vaxt miqyası iqtisadi və digər vəziyyətlərin işığında təşkilat tərəfindən müəyyən edilir. Onun ətraf mühitin idarəetmə sistemində təkmilləşdirmələr ekoloji fəaliyyətdə daha da təkmilləşmə məqsədini güdür.

Bu standart təşkilatdan

a) müvafiq ekoloji siyasət təşkil etmək,

b) mühüm ekoloji təsirləri müəyyənləşdirmək üçün təşkilatın keçmiş, mövcud və ya planlaşdırılmış fəaliyyətləri, məhsulları və xidmətlərinin ekoloji aspektlərini müəyyənləşdirmək,

c) qüvvədə olan hüquqi tələblər və təşkilatın üzv olduğu digər tələbləri müəyyən etmək,

d) prioritetləri müəyyənləşdirmək və ekoloji məqsəd və hədəfləri təyin etmək,

e) siyasəti həyata keçirmək və məqsədlərə nail olmaq və hədəflərə çatmaq üçün struktur və proqram(lar) təşkil etmək,

f) həm siyasətin uyğun gəlməsini və həm də ətraf mühitin idarəetmə sisteminin müvafiq şəkildə qalmasını təmin etmək üçün planlaşdırma, nəzarət, moniotorinq, qabaqlayıcı və düzəldici tədbirləri asanlaşdırmaq və

g) dəyişən vəziyyətlərə uyğunlaşa bilməyi tələb edir.

Ətraf mühitin idarəetmə sisteminə malik olmayan təşkilat özünün ətaf mühitə münasibətdə mövqeyini nəzərdən keçirmə vasitəsilə müəyyənləşdirilməlidir. Bu nəzərdən keçirilmənin məqsədi təşkilatın bütün ekoloji aspektlərini ətraf mühitin idarəetmə sistemini təşkil etmək üçün əsas kimi nəzərə almaq olmalıdır.

Nəzərdən keçirilmə dörd əsas sahəni əhatə etməlidir:

- Normal əməliyyat şəraiti, işə salma və söndürmə və fövqəladə vəziyyətlər və qəzalar daxil olmaqla anormal şəraitlərlə əlaqədar olanlar da daxil olmaqla ekoloji aspektlərin müəyyənləşdirilməsi,

- Qüvvədə olan hüquqi tələblərin və təşkilatın qoşulduğu digər tələblərin müəyyən edilməsi,

- Satın alma və podrat fəaliyyətləri ilə əlaqədar olanlar da daxil olmaqla mövcud ətraf mühitin idarəetmə təcrübələrinin və prosedurlarının araşdırılması,

- Öncəki fövqəladə halların və qəzaların qiymətləndirilməsi.

Nəzərdən keçirilmə üçün vasitə və metodlara nəzarət cədvəlləri, müsahibələrin keçirilməsi, birbaşa təftişlər və ölçmələr, öncəki auditlərin nəticələri və fəaliyyətlərin təbiətindən asılı olaraq digər təhlillər aid edilə bilər.

Təşkilat öz sərhədlərini müəyyən etməkdə sərbəst və azaddır və bu standartı bütöv təşkilata və yaxud təşkilatın spesifik əməliyyat bölməsinə münasibətdə həyata keçirməyi seçə bilər. Təşkilat özünün ətraf mühitin idarəetmə sisteminin həcmini müəyyən etməli və sənədləşdirməlidir. Həcmi müəyyən etmək ətraf mühitin idarəetmə sisteminin tətbiq ediləcəyi təşkilat çərçivəsini aydınlaşdırmaq məqsədini daşıyır, xüsusən də əgər təşkilat mövcud məkandakı daha böyük təşkilatın tərkib hissəsidirsə. Həcm müəyyən edildikdən sonra həcmin çərçivəsindəki təşkilatın bütün fəaliyyətləri, məhsulları və xidmətləri ətraf mühitin idarəetmə sisteminə daxil edilməlidir. Həcmi təyin edərkən nəzərə alınmalıdır ki, ətraf mühitin idarəetmə sisteminin etibarlılığı təşkilati sərhədlərin seçilməsindən asılı olacaqdır. Əgər təşkilatın bir hissəsi ətraf mühitin idarəetmə sisteminin həcmindən çıxarılmışdırsa, təşkilat istisnanın səbəbini izah edə bilməlidir. Əgər bu standart spesifik əməliyyat bölməsi üçün icra edilirsə, təşkilatın digər hissələri tərəfindən işlənib hazırlanmış siyasətlər və prosedurlar bu standartın tələblərinə cavab vermək üçün istifadə olunmalıdır, bu şərtlə ki onlar bu spesifik əməliyyat bölməsinə tətbiq olunsun.

Ekoloji siyasət təşkilatın ətraf mühitin idarəetmə sistemini həyata keçirmək və təkmilləşdirmək üçün aparıcı qüvvədir, belə ki, o təşkilatın ekoloji fəaliyyətini saxlaya və potensial dərəcədə təkmilləşdirə bilər. Buna görə də bu siyasət ali rəhbərliyin qüvvədə olan hüquqi tələblərə və təşkilatın üzv olduğu digər tələblərə əməl etmək, çirklənmənin önlənməsi və davamlı təkmilləşdirmə üzrə öhdəliklərini əks etdirməlidir. Ekoloji siyasət baza təşkil edir, hansı ki onun üzərində təşkilat öz məqsəd və hədəflərini təyin edir. Ekoloji siyasət daxili və xarici maraqlı tərəflərin anlaya bilməsi üçün yetərli dərəcədə aydın olmalı və dəyişən şərtləri və informasiyanı əks etdirmək üçün mütəmadi olaraq nəzərdən keçirilməli və düzəlişlərdən keçməlidir. Onun tətbiq sahəsi (yəni həcmi) aydın şəkildə müəyyən edilə bilən olmalı və ətraf mühitin idarəetmə sisteminin müəyyənləşdirilmiş çərçivəsində fəaliyyətlər, məhsullar və xidmətlərin vahid təbiətini, miqyasını və ekoloji təsirlərini əks etdirməlidir.

Ekoloji siyasət təşkilatın iş yerlərində çalışan podratçılar da daxil olmaqla onun üçün və ya onun adından çalışan bütün podratçılara çatdırılmalıdır. Podratçılarla əlaqə siyasi bəyanatın özünə alternativ formalarda ola bilər, qaydalar, direktivlər və prosedurlar kimi və buna görə də yalnız siyasətin uyğun gələn bölmələrini ehtiva edə bilər. Təşkilatın ekoloji siyasəti onun ali rəhbərliyi tərəfindən onun üzv olduğu istənilən daha geniş korporativ qurumun ekoloji siyasətinin kontekstində və həmin qurumun təsdiqi ilə müəyyən edilməli və sənədləşdirilməlidir.

A.3.1 Ekoloji aspektlər

4.3.1-ci yarımbənd təşkilat üçün ekoloji aspektləri müəyyən etmək və təşkilatın ətraf mühitin idarəetmə sistemi tərəfindən prioritet kimi nəzərdə saxlanılan mühüm olanları təyin etmək prosesini verir.

Təşkilat özünün cari və müvafiq keçmiş fəaliyyətləri, məhsulları və xidmətləri, planlaşdırılmış və ya yeni ixtilar, yaxud modifikasiya edilmiş fəaliyyətləri, məhsulları və xidmətləri ilə əlaqədar olan başlanğıc və son nəticələri (həm məqsədli və həm də kortəbii şəkildə) nəzərə almaqla onun ətraf mühitin idarəetmə sisteminin həcmindəki ekoloji aspektləri müəyyən etməlidir. Bu proses işə salma və söndürmə və məntiqi baxımdan proqnozlaşdırıla bilən fövqəladə vəziyyətlər və qəzalar daxil olmaqla normal və anormal əməliyyat şəraitlərini nəzərə almalıdır.

Təşkilatlar hər bir məhsul, komponent və yaxud xammalın istehsal prosesinə daxil edilməsini individual şəkildə düşünməməlidir. Onlar özlərinin ekoloji aspektlərini müəyyən etmək üçün fəaliyyətlər, məhsullar və xidmətlərin kateqoriyalarını seçə bilər.

Ekoloji aspektləri müəyyən etmək üçün vahid bir yanaşmannın mövcud olmamasına baxmayaraq, seçilmiş yanaşma misal üçün aşağıdakıları nəzərə ala bilər:

a) havaya buraxılan emissiyalar,

b) suya buraxılan maddələr,

c) torpağa atılan maddələr,

d) xammal və təbii ehtiyatlardan istifadə,

e) enerjidən istifadə,

f) buraxılan enerji (misal üçün, istilik, radiasiya, titrəmə),

g) tullantı və yan məhsullar,

h) fiziki atributlar (məsələn, ölçü, forma, rəng, görünüş).

Təşkilatın birbaşa nəzarət edə bildiyi bu ekoloji aspektlərdən əlavə o, həmçinin təsir göstərə biləcəyi aspektləri də nəzərə almalıdır, misal üçün təşkilat tərəfindən istifadə olunan mal və xidmətlər və onun təchiz etdiyi məhsul və xidmətlərlə əlaqədar olanları. Nəzarət və təsiri qiymətləndirmək üçün müəyyən bir təlimat aşağıda verilmişdir. Bununla belə, bütün hallarda nəzarətin dərəcəsini və həmçinin təsir edə biləcəyi aspektləri müəyyənləşdirmək təşkilatın işidir.

Təşkilatın fəaliyyətləri, məhsulları və xidmətlərinə aid olan aşağıdakılar kimi aspektlərə nəzər yetirilməlidir:

- layihələndirmə və istehsal,

- istehsal prosesləri,

- qablaşdırma və nəqliyyat,

- podratçıların və təchizatçıların ekoloji fəaliyyəti və təcrübələri,

- tullantıların idarəetmə,

- xammalın və təbii ehtiyatların çıxarılması və bölüşdürülməsi,

- paylanma, istifadə və son və

- yabanı həyat və biomüxtəliflik.

Təşkilata gətirilmiş məhsulun ekoloji aspektləri üzərində nəzarət və təsir təşkilatın bazar mövqeyi və onun təchizatçılarından asılı olaraq mühüm dərəcədə fərqlənə bilər. Öz məhsulunun layihələndirilməsi üçün səlahiyyətli olan təşkilat məsələn, vahid əsas materialı dəyişməklə bu aspektlərə əhəmiyyətli dərəcədə təsir edə bilər, kənardan təyin olunmuş məhsul spesifikasiyalarına əsasən təchiz etməli olan təşkilatın isə seçim imkanı az ola bilər.

Çatdırılan məhsullara münasibətdə bu amil qəbul edilir ki, təşkilatların onların məhsullarının istifadəsi və atılması (misal üçün, istifadəçilər tərəfindən) üzərində məhdud nəzarəti ola bilər, lakin onlar harda mümkündürsə təsir göstərmək üçün düzgün istifadə və atılma mexanizmləri barəsində bu istifadəçilərə məlumat vermək haqqında düşünə bilərlər.

Tam şəkildə və ya qismən ekoloji aspektlər nəticəsində ətraf mühitdə əmələ gələn zərərli və yaxud faydalı dəyişikliklər ekoloji təsir adlanır. Ekoloji aspektlər və təsirlər arasındakı münasibət səbəb və təsir əlaqələrindən biridir.

Bəzi məkanlarda mədəni irs (abidə) təşkilatın iş gördüyü yerin vacib elementi ola bilər, buna görə də ekoloji aspektlərin anlaşılmasında nəzərə alınmalıdır.

Təşkilatın bir çox ekoloji aspektləri və onlarla əlaqədar təsirləri olduğundan, o mühüm hesab edəcəklərini müəyyən etmək üçün meyar və metod yaratmalıdır. Mühüm ekoloji aspektləri müəyyən etmək üçün vahid metod yoxdur. Lakin istifadə edilən metod dayanıqlı nəticələr təmin etməli və ekoloji məsələlərə, hüquqi problemlərə və daxili və kənar maraqlı tərəflərin mülahizələrinə aid olanlar kimi qiymətləndirmə meyarının təşkili və tətbiqini özündə ehtiva etməlidir.

Özünün mühüm ekoloji aspektlərinə aid informasiya hazırlayarkən təşkilat bu informasiyanı tarixi məqsədlər üçün saxlamaq ehtiyacını və ondan özünün ətraf mühitin idarəetmə sisteminin tərtibatı və həyata keçirilməsində necə istifadə etmək haqqında düşünməlidir.

Ekoloji aspektlərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi prosesi fəaliyyətlərin məkanını, təhlil aparmaq üçün xərc və vaxtı və etibarlı məlumatın mövcudluğunu nəzərə almalıdır. Ekoloji aspektlərin müəyyənləşdirilməsi ətraflı həyat tsikli qiymətləndirilməsi tələb etmir. Tənzimləyici və ya digər məqsədlər üçün artıq hazırlanmış informasiyadan bu prosesdə istifadə oluna bilər.

Ekoloji aspektlərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi prosesi təşkilatın hüquqi öhdəliklərini dəyişmək məqsədini daşımır.

A.3.2 Hüquqi və digər tələblər

Təşkilat onun ekoloji aspektlərinə tətbiq olunan hüquqi tələbləri müəyyən etməlidir.

a) milli və beynəlxalq hüquqi tələblər,

b) ştat/əyalət/departament səviyyəli hüquqi tələblər,

c) yerli hökumətin hüquqi tələbləri aiddir.

Təşkilatın qoşulduğu digər tələblərin nümunələrinə aiddir:

- dövlət qurumarı ilə razılaşmalar,

- müştərilərlə razılaşmalar,

- tənzimləyici olmayan direktivlər,

- könüllü prinsiplər və yaxud təcrübə məcəllələri,

- könüllü ekoloji işarələmə və yaxud məhsulun idarə olunması öhdəlikləri,

- ticarət assosiasiyalarının tələbləri,

- icma qripları və yaxud qeyri-hökumət təşkilatları ilə razılaşmalar,

- təşkilatın və yaxud onun ana təşkilatının ictimai öhdəlikləri və

- korporativ/şirkət tələbləri.

Hüquqi və digər tələblərin təşkilatın ekoloji aspektərinə necə tətbiq olunmasının müəyyənləşdirilməsi adətən bu tələblərin müəyyən edilməsi prosesində həyata keçirilir. Buna görə də belə təyinatı aparmaq üçün ayrıca və ya əlavə prosedurun olması vacib deyil.

A.3.3. Məqsədlər, hədəflər və proqramlar

Məqsəd və hədəflər spesifik və ölçülə bilən olmalıdır. Onlar qısa və uzun müddətli məsələləri əhatə etməlidir.

Özünün texnoloji seçimləri haqqında düşünərkən təşkilat iqtisadi baxımdan həyat qabiliyyətli, xərc baxımından səmərəli və müvafiq şəkildə qiymətləndirilmiş ən yaxşı mövcud üsullardan istifadəni nəzərə almalıdır.

Təşkilatın maliyyə tələblərinə istinad təşkilatların ekoloji xərc mühasibatlığı metodlogiyalarından istifadə etmələrini nəzərdə tutmaq məqsədi daşımır.

Ətraf mühitin idarəetmə sisteminin uğurlu tətbiqi üçün bu və ya daha çox proqramın yaradılması və onlardan istifadə vacibdir. Hər bir proqram onu həyata keçirmək üçün vaxt qrafiki, zəruri resurslar və işçilər daxil olmaqla təşkilatın öz ekoloji məqsəd və hədəflərinə necə nail olacağını təsvir etməlidir. Bu proqram(lar) təşkilatın əməliyyatlarının spesifik elementlərini diqqətə almaq üçün hissələrə bölünə bilər.

Proqrama harda münasib və mümkündürsə, planlaşdırma, layihələndirmə, istehsal, marketinq və idarəçilik mərhələlərinin nəzərə alınması daxil edilməlidir. Bunlar həm cari və həm də yeni fəaliyyətlər, məhsullar və ya xidmətlər üçün edilə bilər. Məhsullar üzrə bu, layihələndirmə, materiallar, istehsal prosesləri, istifadə və sonda atılmaya diqqət yetirə bilər. Quraşdırmalar və proseslərin mühüm modifikasiyaları üçün buna planlaşdırma, layihələndirmə, inşaat, işə salma, istismar və təşkilat tərəfindən müəyyən edilən münasib zamanda istismardan çıxarma aid edilə bilər.

A.4.1 Resurslar, rollar, öhdəlik və səlahiyyət

Ətraf mühitin idarəetmə sisteminin uğurlu tətbiqi təşkilat üçün və onun adından çalışan bütün şəxslərdən öhdəlik tələb edir. Buna görə də ekoloji rol və öhdəliklərə ətraf mühitin idarəetmə funksiyası ilə məhdudlaşan kimi deyil, həm də operativ idarəçilik və ya işçilərin funksiyaları kimi təşkilatın ekoloji sahədən başqa digər sahələrini əhatə edə bilən kimi baxılmalıdır.

Bu öhdəlik idarəetmən ən üst səviyyəsindən başlamalıdır. Müvafiq olaraq, ali rəhbərlik təşkilatın ekoloji siyasətini təyin etməli və ətraf mühitin idarəetmə sisteminin tətbiqini təmin etməlidir. Bu öhdəliyin tərkib hissəsi kimi, ali rəhbərlik ətraf mühitin idarəetmə sistemini həyata keçirmək üçün müəyyənləşdirilmiş öhdəlik və səlahiyyətlərə malik xüsusi idarəçilik nümayəndəsi təyin etməlidir. Böyük və ya mürəkkəb təşkilatlarda birdən artıq təyin edilmiş nümayəndə ola bilər. Kiçik və ya orta ölçülü müəssisələrdə öhdəliklər bir nəfər tərəfindən yerinə yetirilə bilər. Rəhbərlik həmçinin ətraf mühitin idarəetmə sisteminin təşkil edildiyinə, icrasına və saxlanmasına əmin olmaq məqsədilə təşkilati infrastruktur kimi müvafiq resursların olmasını təmin etməlidir. Təşkilati infrastruktura binalar, kommunikasiya xətləri, yeraltı çənlər, drenaj və s. daxildir.

Ətraf mühitin idarəetmə sisteminin əsas rol və öhdəliklərinin yaxşıca müəyyənləşdirilməsi və təşkilat üçün və onun adından çalışan bütün şəxslərə çatdrılması da vacibdir.

A.4.2 Bacarıqlar, təlim və maarifləndirmə

Təşkilat onun adından tapşırıqları yerinə yetirən öhdəlik və səlahiyyətli istənilən şəxsin ehtiyacı olan məlumatlılıq, bilik, anlayış keyfiyətləri müəyyən etməlidir.

Bu standart tələb edir ki:

a) işləri təşkilat tərəfindən müəyyənləşdirlmiş mühüm ekoloji təsirlər yarada biləcək şəxslər onlara verilən tapşırıqları yerinə yetirməyi bacarmalıdır,

b) təlim ehtiyacları müəyyənləşdirilməli və təlim keçirilməsi üçün tədbirlər görülməlidir,

c) bütün şəxslər təşkilatın ekoloji siyasəti və ətraf mühitin idarəetmə sistemi və təşkilatın fəaliyyətləri, məhsulları və ya xidmətlərinin onların işinin təsir göstərə biləcəyi ekoloji aspektləri haqqında məlumatlı olamlıdırlar.

Məlumatlılıq, bilik, anlayış və bacarıq təlim, təhsil və ya iş təcrübəsi vasitəsilə əldə oluna və ya təkmilləşdirilə bilər.

Təşkilat onun adından işləyən podratçıların öz işçilərinin tələb olunan bacarıq və/və ya müvafiq təlimə malik olduqlarını nümayiş etdirmələrini tələb etməlidir.

Rəhbərlik işçi heyətin, xüsusən də ixtisaslaşmış ekoloji idarəçilik funksiyalarını həyata keçirənlərin bacarığını təmin etmək üçün zəruri təcrübə, bacarıq və təlimin səviyyəsini müəyyən etməlidir.

Ətraf mühitin idarəetmə sisteminin səmərəli tətbiqini təmin etmək üçün daxili kommunikasiya vacibdir. Daxili kommunikasiya metodlarına müntəzəm işçi qrupu görüşləri, informasiya bülletenləri, bülletenlər və intranet səhifələri daxildir.

Təşkilat maraqlı tərəflərdən məlumatların alınması, sənədləşdirilməsi və onların cavablandırılması üçün prosedur həyata keçirməlidir. Bu prosedura maraqlı tərəflərlə dialoq və onların müvafiq mülahizələrinin nəzərə alınması aid edilə bilər. Bəzi hallarda maraqlı tərəflərə verilən cavablara təşkilatın əməliyyatları ilə əlaqədar ekoloji aspektlər və təsirlər haqqında müvafiq informasiya daxil edilə bilər. Bu prosedurlar həmçinin dövlət qurumları ilə fövqəladə halların planlaşdırılması və digər müvafiq məsələlərə dair kommunikasiyaya diqqət yetirməlidir.

Təşkilat müvafiq hədəf qrupları üzrə qəbul edilmiş qərarlar, müvafiq xəbər və mövzular və vasitələrin seçimini nəzərə almaqla özünün kommunikasiyasını planlaşdıra bilər.

Ekoloji aspektlərə dair kənar kommunikasiya haqqında düşünərkən təşkilatlar bütün maraqlı tərəflərin baxışlarını və informasiya ehtiyaclarını nəzərə almalıdır. Təşkilat özünün ekoloji aspektləri haqqında kənar tərəflərə məlumat vermək (onlarla ünsiyyət qurmaq) haqqında qərar qəbul etsə, bunu etmək üçün prosedur yarada bilər. Bu prosedur ötürüləcək informasiyanın növü, hədəf qrupu və təşkilatın individual vəziyyətlərindən asılı olaraq dəyişə bilər. Kənar kommunikasiya üzrə metodlara illik hesabatlar, informasiya bülletenləri, veb səhifələr və icma görüşləri aid edilə bilr.

Sənədləşmənin təqdimat səviyyəsi ətraf mühitin idarəetmə sistemini və onun hissələrinin necə birlikdə işləməsini təsvir etmək və ətraf mühitin idarəetmə sisteminin spesifik hissəsinin fəaliyyəti haqqında hardan daha ətraflı məlumat almaq barədə istiqamət vermək üçün yetərli olmalıdır. Bu sənədləşdirmə təşkilatın həyata keçirdiyi digər sistemlərin sənədləri ilə inteqrasiya edilə bilər. Onun təlimat şəklində olmasına ehtiyac yoxdur.

Ətraf mühitin idarəetmə sisteminin sənədləşməsinin həddi

a) təşkilatın ölçü və növü və onun fəaliyyətləri, məhsulları, yaxud xidmətlərindən,

b) proseslərin mürəkkəbliyi və onların qarşılıqlı təsirlərindən və

c) işçi heyətin bacarıqlarından

asılı olaraq təşkilatdan təşkilata fərqlənə bilər.

Sənəd nümunələrinə aiddir:

- siyasət, məqsəd və hədəflərə dair bəyanatlar,

- mühüm ekoloji aspketlərə dair informasiya,

- daxili və kənar standartlar,

- sahə qəza planları və

Prosedurları sənədləşdirmək üçün istənilən qərar aşağıdakılar kimi məsələlərə əsaslanmalıdır:

- prosedurları yerinə yetirməməyin nəticələri, ətraf mühitə aid olanlar daxil olmaqla,

- hüquqi tələblərə və təşkilatın üzv olduğu digər tələblərə uyğunluğun nümayiş etdirilməsi üçün ehtiyac,

- fəaliyyətin davamlı həyata keçirilməsini təmin etmək ehtiyacı,

- prosedurları yerinə yetirməyin üstünlükləri, hansı ki kommunikasiya və təlim vasitəsilə asan icra, asan texniki xidmət və düzəliş, az ikimənalılıq və yayınma riski və nümayiş etdirilə bilmək və nəzərə çarpanlıq bura daxildir,

- bu standartın tələbləri.

Ətraf mühitin idarəetmə sistemindən başqa məqsədlər üçün yaradılmış sənədlərdən bu sistemin tərkib hissəsi kimi istifadə oluna bilər və əgər belə istifadə edilərsə, sistemdə istinad olunmalıdır.

A.4.5 Sənədlərə nəzarət

4.4.5-ci yarımbəndin məqsədi təşkilatların sənədləri ətraf mühitin idarəetmə sistemini həyata keçirmək üçün yetərli şəkildə yaratması və saxlamasını təmin etməkdir. Bununla belə, təşkilatın başlanğıc diqqəti mürəkkəb sənəd nəzarəti sisteminə deyil, ətraf mühitin idarəetmə sisteminin səmərəli tətbiqinə və ekoloji fəaliyyətə yönəlməlidir.

A.4.6 Operativ nəzarət

Təşkilat özünün ekoloji siyasətinin tələblərini yerinə yetirmək və ekoloji məqsəd və hədəflərə cavab vermək üçün onun müəyənləşdirilmiş mühüm ekoloji aspektləri ilə əlaqədar olan əməliyyatları qiymətləndirməli və onların aidiyyəti kəskin təsirlərə nəzarət edəcək və ya onları azaldacaq şəkildə həyata keçirilməsini təmin etməlidir. Bu, texniki xidmət və saxlanma fəaliyyətləri də daxil olmaqla onun əməliyyatlarının bütün hissələrini ehtiva etməlidir.

Ətraf mühitin idarəetmə sisteminin bu hissəsi sistem tələblərinin gündəlik əməliyyatlarda necə tətbiq olunmasına dair istiqamət göstərdiyindən 4.4.6 a) sənədləşdirilmiş prosedurların yoxluğunun ekoloji siyasət və məqsəd və hədəflərdən kənara çıxmaya gətirib çıxacaq halların nəzarətdə saxlanması üçün sənədləşdirilmiş prosedur(lar)dan istifadə tələb edir.

A.4.7 Fövqəladə hallara hazırlıq və cavab

Özünün xüsusi ehtiyaclarına uyğun gələn fövqəladə hallara hazırlıq və cavab prosedurlarının hazırlanması hər bir təşkilatın öz öhdəliyidir. Özünün prosedurunu işləyib hazırlayarkən təşkilat aşağıdakıların nəzərə alınmasını ona daxil etməlidir:

a) sahədəki təhlükələrin təbiəti (misal üçün alışa bilən maye, saxlama çənləri, sıxılmış qazlar və dağılma və yaxud qəza nəticəsində axmalar olduqda görülməli tədbirlər),

b) fövqəladə hal və ya qəzanın ən çox ehtimal edilən növü və miqyası,

c) qəza və yaxud fövqəladə hala cavab vermək üçün ən uyğun metod(lar),

d) daxili və xarici kommunikasiya planları,

e) ekoloji ziyanı azaltmaq üçün tələb olunan tədbirlər,

f) müxtəlif növ qəzalar və fövqəladə hallar üçün görülməli olan azaldılma və cavab tədbirləri,

g) düzəldici və qabaqlayıcı tədbirlərin təşkili və həyata keçirilməsi üçün qəzadan sonrakı qiymətləndirmədən ötrü prosesə ehtiyac,

h) fövqəladə hallara cavab prosedurlarının mütəmadi sınağı,

i) fövqəladə hala cavab personalının təlimi,

j) əsas personal və yardımçı təşkilatların siyahısı, əlaqə məlumatları daxil olmaqla (məsələn, yanğın departamenti, dağılmış maddənin təmizlənməsi xidməti),

k) evakuasiya marşrutları və toplanma məntəqələri,

l) yaxındakı infrastrukturda (məsələn zavod, yol, dəmiryol xətti) fövqəladə hal(lar) və ya qəza(lar) potensialı,

m) qonşu təşkilatlardan qarşılıqlı yardım imkanı.

A.5.1 Monitorinq və ölçmə

Təşkilatın əməliyyatlarının müxtəlif xüsusiyyətləri ola bilər. Misal üçün, çirkab suların sərfiyyatının monitorinqi və ölçülməsinə aid xüsusiyyətlərə bioloji və kimyəvi oksigen tələbatı temperatur və tuşuluq daxil edilə bilər.

Nümunələri müəyyən etmək və informasiya əldə etmək üçün monitorinq və ölçmədən toplanan məlumat təhlil edilə bilər. Bu informasiyadan qazanılan bilikdən düzəldici və qabaqlayıcı tədbirləri həyata keçirmək üçün istifadə oluna bilər.

Əsas xüsusiyyətlər o xüsusiyyətlərdir ki, təşkilat özünün mühüm ekoloji aspektlərini necə idarə etməyi, məqsəd və hədəflərinə nail olmağı və ekoloji fəaliyyəti təkmilləşdirməyi müəyyənləşdirmək üçün onları nəzərə almalıdır.

Etibarlı nəticələri təmin etmək zəruri olduqda ölçmə avadanlığı müəyyən edilmiş intervallarda və yaxud istifadədən öncə beynəlxalq və ya milli ölçmə standartlarına aid edilə bilən ölçmə standartlarına qarşı kalibrlənməli, yaxud yoxlanmalıdır. Əgər heç bir belə standart mövcud deyilsə, kalibrləmə üçün istifadə olunan əsas qeyd edilməlidir.

A.5.2 Uyğunluğun qiymətləndirilməsi

Təşkilat qüvvədə olan icazə və ya lisenziyalar daxil olmaqla müəyyənləşdirilmiş hüquqi tələblərə uyğunluğu qiymətləndirdiyini nümayiş etdirə bilməlidir.

Təşkilat özünün qoşulduğu digər müəyyənləşdirilmiş tələblərə uyğunluğu qiymətləndirdiyini nümayiş etdirə bilməlidir.

A.5.3 Uyğunsuzluq, bərpa və qabaqlayıcı tədbirlər

Uyğunsuzluğun təbiətindən asılı olaraq, bu tələblərlə işləmək üçün prosedurlar tərtib edərkən təşkilat onları minimum formal planlaşdırma ilə həyata keçirə bilər, yaxud bu daha mürəkkəb və uzunmüddətli fəaliyyət ola bilər. İstənilən sənədləşmə fəaliyyət səviyyəsinə uyğun olmalıdır.

A.5.4 Qeydlərə nəzarət

Ekoloji qeydlərə başqa qeydlərin içərisindən bunlar daxil edilə bilər:

c) prosesin monitorinqi qeydləri,

d) təftiş, saxlama və kalibrləmə qeydləri,

e) aidiyyəti podratçı və təchizatçı qeydləri,

g) fövqəladə hallara hazırlıq sınağı qeydləri,

i) Rəhbərlik tərəfindən təhlil qeydləri,

j) xarici kommunikasiya qeydləri,

k) qüvvədə olan hüquqi tələblərin qeydləri,

l) mühüm ekoloji aspektlərin qeydləri,

m) ekoloji toplantıların qeydləri,

n) ekoloji fəaliyyət informasiyası,

o) hüquqi uyğunluq qeydləri və

p) maraqlı tərəflərlə ünsiyyət (kommunikasiya).

Məxfi informasiya düzgün şəkildə nəzərə alınmalıdır.

Qeyd: Qeydlər bu standarta uyğunluğun nümayişi üçün yeganə mənbə deyil.

Ətraf mühitin idarəetmə sisteminin daxili auditi təşkilat daxilindən işçi heyət və ya təşkilat tərəfindən kənardan seçilmiş onun adından çalışan şəxslər tərəfindən aparıla bilər. Hər bir halda, auditi aparan şəxslər səlahiyyətli və bunu obyektiv və ədalətli şəkildə həyata keçirəcək mövqedə olmalıdırlar. Kiçik təşkilatlarda auditorun müstəqilliyi auditi aparılan fəaliyyət üçün məsuliyyətdən azadlıq vasitəsilə nümayiş etdirilə bilər.

1. Əgər təşkilat ətraf mühitin idarəetmə sisteminin auditini ekoloji uyğunluq auditləri ilə birləşdirmək istəyirsə, hər birinin məqsəd və həcmi aydın şəkildə müəyyənləşdirilməlidir. Ekoloji uyğunluq auditləri bu standartda əhatə olunmur.

2. Ətraf mühitin idarəetmə sisteminin auditinə dair təlimat ISO 19011-də verilmişdir.

A.6 Rəhbərlik tərəfindən təhlil

Rəhbərlik təhlili ətraf mühitin idarəetmə sisteminin həcmini əhatə etməlidir, baxmayaraq ki ətraf mühitin idarəetmə sisteminin bütün elementlərinin bir dəfəyə nəzərdən keçirilməsinə ehtiyac yoxdur və təhlil prosesi vaxtaşırı baş tuta bilər.

Cədvəl B.1 və Cədvəl B.2 ISO 14001:2004 və ISO 9001:2000 arasında və ya əksinə geniş texniki uyğunluğu müəyyən edir.

Müqayisənin məqsədi bu beynəlxalq standartların birindən artıq istifadə edən və hər ikisini işlətməyi arzulayan təşkilatlarla birlikdə hər iki sistemdən istifadənin mümkünlüyünü nümayiş etdirməkdir.

Hər iki beynəlxalq standartın yarımbəndləri arasında birbaşa uyğunluq yalnız o zaman təyin edilmişdir ki, əgər hər iki yarımbənd tələblərdə geniş dərəcədə həmahəngdirsə. Bundan əlavə, burda göstərilə bilməyən çoxsaylı kiçik uyğunluqlu kəsişən əlaqələr mövcuddur.

Ətraf mühitin idarəetmə sisteminin tələbləri (yalnız başlıq)

Keyfiyyətin idarəetmə sistemi (yalnız başlıq)

Planlaşdırma (yalnız başlıq)

Planlaşdırma (yalnız başlıq)

Müştəriyə hədəflənmək

Məhsulla əlaqədar tələblərin təyinatı

Məhsulla əlaqədar tələblərin nəzərdən keçirilməsi

Hüquqi və digər tələblər

Müştəriyə hədəflənmək

Məhsulla əlaqədar tələblərin təyinatı

Məqsədlər, hədəflər və proqramlar

Keyfiyyətin idarəetmə sisteminin planlaşdırılması

Davamlı təkmilləşdirmə

İcra və istismar (yalnız başlıq)

Məhsulun realizasiyası (yalnız başlıq)

Resurslar, rollar, öhdəlik və səlahiyyət

Öhdəlik və səlahiyyət

Rəhbərlik nümayəndəsi

Bacarıq, təlim və məlumatlılıq

(İnsan resursları) Ümumi

Bacarıq, təlim və məlumatlılıq

Müştərilərlə kommunikasiya

(Sənədləşdirmə tələbləri) Ümumi

Cədvəl B.1- in davamı

Məhsulun realizasiyasının planlaşdırılması

Məhsulla əlaqədar tələblərin təyinatı

Məhsulla əlaqədar tələblərin nəzərdən keçirilməsi

Layihələndirmə və işlənmənin planlaşdırması

Layihələndirmə və işlənmə üçün giriş məlumatları

Layihələndirmə və işlənmənin nəticələri

Layihələndirmə və işlənmənin təhlili

Layihələndirmə və işlənmənin yoxlaması

Layihələndirmə və işlənmənin təsdiqlənməsi

Layihələndirmə və işlənmənin dəyişikliklərinə nəzarət

Satın alınmış məhsulun yoxlanması

Məhsul və xidmət təminatına nəzarət

Məhsul və xidmət təminatı üçün proseslərin təsdiqlənməsi

Fövqəladə hallara hazırlıq və cavab

Uyğun gəlməyən məhsula nəzarət

Yoxlama (yalnız başlıq)

Ölçmə, təhlil və təkmilləşdirmə (yalnız başlıq)İdarəçilik öhdəliyi

Cədvəl B.1 - in davamı

Monitorinq və ölçmə cihazlarına nəzarət

(ölçmə, təhlil və təkmilləşdirmə) Ümumi

Monitorinq və ölçmə prosesləri

Məhsulun monitorinqi və ölçülməsi

Uyğunluğun qiymətləndirilməsi

Monitorinq və ölçmə prosesləri

Məhsulun monitorinqi və ölçülməsi

Uyğunsuzluq, düzəldici tədbir və qabaqlayıcı tədbir

Uyğun gəlməyən məhsula nəzarət

Rəhbərlik tərəfindən təhlil

Rəhbərlik tərəfindən təhlil (yalnız başlıq)

Təhlinin ilkin məlumatı

Cədvəl B.2 - ISO 9001:2000 və ISO 14001:2004 arasında qarşılıqlı əlaqə

Keyfiyyətin idarəetmə sistemi (yalnız başlıq)

Ətraf mühitin idarəetmə sisteminin tələbləri

Sənədləşmə tələbləri (yalnız başlıq)

Keyfiyyət üzrə rəhbərlik

Rəhbərliyin məsuliyyəti (yalnız başlıq)

Resurslar, rollar, öhdəlik və səlahiyyət

Müştəriyə istiqamətlənmə

Hüquqi və digər tələblər

Rəhbərlik tərəfindən təhlil

Keyfiyyət sahəsində siyasət

Planlaşdırma (yalnız başlıq)

Keyfiyyət sahəsində məqsədlər

Məqsədlər, hədəflər və proqram(lar)

Keyfiyyətin idarəetmə sisteminin planlaşdırılması

Məqsədlər, hədəflər və proqram(lar)

Öhdəlik, səlahiyyət və kommunikasiya (yalnız başlıq)

Öhdəlik və səlahiyyət

Resurslar, rollar, öhdəlik və səlahiyyət

Rəhbərliyin nümayəndəsi

Resurslar, rollar, öhdəlik və səlahiyyət

Daxili qarşılıqlı əlaqə

Rəhbərlik tərəfindən təhlil (yalnız başlıq)

Rəhbərlik tərəfindən təhlil

Cədvəl B.2-nin davamı

Təhlilin üçün giriş məlumatları

Rəhbərlik tərəfindən təhlil

Təhlil üçün çıxış məlumatları

Rəhbərlik tərəfindən təhlil

Resursların idarə olunması (yalnız başlıq)

Resurslar, rollar, öhdəlik və səlahiyyət

İnsan resursları (yalnız başlıq)

Bacarıq, təlim və məlumatlılıq

Bacarıq, məlumatlılıq və təlim

Bacarıq, təlim və məlumatlılıq

Resurslar, rollar, öhdəlik və səlahiyyət

Məhsulun realizasiyası (yalnız başlıq)

Məhsulun realizasiyasının planlaşdırılması

Müştəri ilə əlaqədar proseslər

Məhsula aid tələblərin təyinatı

Hüquqi və digər tələblər

Məhsula aid tələblərin nəzərən keçirilməsi

Müştərilərlə ünsiyyət (kommunikasiya)

Cədvəl B.2 - nin davamı

Layihələndirmə və işlənmə (yalnız başlıq)

Layihələndirmə və işlənmənin planlaşdırması

Layihələndirmə və işlənmə üçün giriş məlumatları

Layihələndirmə və işlənmənin nəticələri

Layihələndirmə və işlənmənin təhlili

Layihələndirmə və işlənmənin yoxlaması

Layihələndirmə və işlənmənin təsdiqlənməsi

Layihələndirmə və işlənmənin dəyişikliklərinə nəzarət

Satınalma (yalnız başlıq)

Resurslar, rollar, öhdəlik və səlahiyyət

Hüquqi və digər tələblər

Rəhbərlik tərəfindən təhlil

Satın alınmış məhsulun yoxlanması

Məhsul və xidmət təminatı (yalnız başlıq)

Məhsul və xidmət təminatına nəzarət

Məqsədlər, hədəflər və proqram(lar)

Məhsul və xidmət təminatı üçün proseslərin təsdiqlənməsi

Məqsədlər, hədəflər və proqram(lar)

Müəyyənləşdirmə və nəzarət imkanı

Resurslar, rollar, öhdəlik və səlahiyyət

Cədvəl B.2 - nin davamı

Rəhbərliyin nümayəndəsi

Resurslar, rollar, öhdəlik və səlahiyyət

Monitorinq və ölçmə cihazına nəzarət

Ölçmə, təhlil və təkmilləşmə

Rəhbərlik tərəfindən təhlil

Rəhbərlik tərəfindən təhlil

Monitorinq və ölçmə (yalnız başlıq)

Rəhbərlik tərəfindən təhlil

Proseslərin monitorinqi və ölçülməsi

Resurslar, rollar, öhdəlik və səlahiyyət

Məhsulun monitorinqi və ölçülməsi

Uyğun gəlməyən məhsula nəzarət

Bacarıq, təlim və məlumatlılıq

Bacarıq, təlim və məlumatlılıq

Təkmilləşdirmə (yalnız başlıq)

Resurslar, rollar, öhdəlik və səlahiyyət

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Kollegiyasının “________________” 2015-ci il tarixli _________________ nömrəli Qərarı ilə təsdiq edilmişdir.

1. Ekologiya üzrə Texniki Komitə tərəfindən (TK-09) İŞLƏNİB-HAZIRLANIB, MÜZAKİRƏ EDİLİB (20 may 2015-ci il) və TƏQDİM EDİLİB.

2. Bu standart ISO 14004:2004 “Environmental management systems - general guidelines on rinciples, systems and support techniques” beynəlxalq standartının autentik tərcüməsidir.

3. İlk dəfə tətbiq edilir.

4. Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2020-ci il, dövrü yoxlama müddəti 5 ildir.

Ətraf mühitin idarəetmə sistemləri

Prinsiplər, sistemlər və fəaliyyət üsullarına

dair ümumi təlimat qaydaları

Environmental management systems

General guidelines on principles,

systems and support techniques

Bu standart ətraf mühitin idarəetmə sisteminin təsis olunması, həyata keçirilməsi, saxlanması və təkmilləşdirilməsi və onun digər idarəetmə sistemləri ilə əlaqələndirilməsinə dair təlimatı müəyyənləşdirir.

Qeyd: Sistem peşə sağlamlığı və təhlükəsizlik problemlərini idarə etmək niyyətini gedmədiyi halda, təşkilatın inteqrasiya edilmiş ekoloji və peşə sağlamlığı və təhlükəsizliyin idarəetmə sistemini həyata keçirməyə səy göstərdiyi zaman onlar daxil edilə bilər.

Bu standartdakı direktivlər (təlimatlar) ölçüsündən, növündən yerləşdiyi ərazidən və yaxud yetkinlik səviyyəsindən asılı olmayaraq istənilən təşkilata tətbiq oluna bilər.

Bu standartdakı direktivlərin ISO 14001 ətraf mühitin idarəetmə sistemi modeli ilə uyğunluq təşkil etdiyi halda, onlar ISO 14001-in tələblərinin təfsirini təmin etmək məqsədi daşımır.

Heç bir normativ istinadlardan istifadə olunmamışdır. Bu bənd öncəki redaktə (ISO 14004:1996) ilə eyni bənd nömrəsini saxlamaq üçün daxil edilmişdir.

Bu standartda aşağıdakı terminlərdən və onların müvafiq təriflərindən istifadə edilir:

Audit aparmaq səlahiyyəti olan şəxs

[ISO 9000:2000, 3.9.9]

3.2 Müntəzəm təkmilləşdirmə

Təşkilatın (3.20) ekoloji siyasəti (3.13) ilə uyğunluq təşkil edən ümumi ekoloji fəaliyyətdə (3.11) təkmilləşdirmələrə nail olmaq üçün ətraf mühitin idarəetmə sistemini (3.9) genişləndirməyin dövri təkrarlanan prosesi

Qeyd:Prosesin bütün fəaliyyət sahələrində eyni zamanda baş verməsinə ehtiyac yoxdur.

[ISO 14001:2004, 3.2]

Aşkar edilmiş uyğunsuzluğu aradan qaldırmaq üçün tədbir

Qeyd: ISO 9000:2000, 3.6.6-dan uyğunlaşdırılmışdır.

Aşkar edilmiş uyğunsuzluğun səbəbini aradan qaldırmaq üçün tədbir (3.18)

[ISO 14001:2004, 3.3]

İnformasiya və onun dəstəkləyici vasitəsi

1. Vasitə kağız, maqnit, elektron və yaxud optik kompüter diski, foto və yaxud bir əsər və ya ədəbiyyatdan çıxarış, yaxud da bunların birləşməsi ola bilər.

2. ISO 9000:2000, 3.7.2-dən uyğunlaşdırılmışdır.

[ISO 14001:2004, 3.4]

Hava, su, torpaq, təbii ehtiyatlar, flora, fauna, insanlar və onların qarşılıqlı təsirləri daxil olmaqla təşkilatın (3.20) fəaliyyət göstərdiyi mühit

Qeyd: Bu kontekstdə ətrafdakı əhatə dairəsi təşkilat (3.20) daxilindən qlobal sistemə qədər uzanır.

[ISO 14001:2004, 3.5]

Şirkətin ətraf mühitlə (3.6)qarşılıqlı təsirdə ola bilən fəaliyyətlərinin, məhsullarının və yaxud xidmətlərinin elementi

Qeyd: Mühüm ekoloji aspektin mühüm ekoloji təsiri (3.8) var və yaxud ola bilər.

[ISO 14001:2004, 3.6]

Ətraf mühitdə (3.6) tam şəkildə və yaxud qismən təşkilatın (3.20) ekoloji aspektləri (3.7) nəticəsində meydana gələn mənfi və yaxud faydalı dəyişiklik

[ISO 14001:2004, 3.7]

3.9 Ətraf mühitin idarəetmə sistemi

Təşkilatın (3.20) idarəçilik sisteminin onun ekoloji siyasətini (3.13) işləyib hazırlamaq və həyata keçirmək və ekoloji aspektlərini (3.7) idarə etmək üçün istifadə olunan hissəsi

1. İdarəçilik sistemi siyasət və məqsədləri təşkil etmək və bu məqsədlərə nail olmaq üçün istifadə olunan qarşılıqlı əlaqədəki elementlərin toplusudur.

2. İdarəçilik sisteminə təşkilatın strukturu, planlaşdırma fəaliyyətləri, səlahiyyətlər, təcrübələr, prosedurlar (3.23), proseslər və resurslar daxildir.

[ISO 14001:2004, 3.8]

Təşkilatın (3.20) müvəffəq olmaq üçün qarşısına qoyduğu və ekoloji siyasətlə (3.13) uyğun gələn ümumi ekoloji amal

[ISO 14001:2004, 3.9]

3.11 Ekoloji fəaliyyət

Təşkilatın (3.20) öz ekoloji aspektlərini (3.7) idarə etməsinin ölçülə bilən nəticələridir.

Qeyd: Ətraf mühitin idarəetmə sistemlərinin (3.9) kontekstində nəticələr təşkilatın (3.20) ekoloji siyasəti (3.13), ekoloji məqsədləri (3.10), ekoloji hədəfləri (3.14) və digər ekoloji fəaliyyət tələblərinə qarşı ölçülə bilər.

[ISO 14001:2004, 3.10]

3.12Ekoloji fəaliyyət indikatoru

Təşkilatın (3.20) ekoloji fəaliyyəti haqqında informasiya təqdim edən xüsusi ifadə

[ISO 14031:1999, 2.10]

Təşkilatın (3.20) ekoloji fəaliyyəti (3.11) ilə əlaqədar yüksək rəhbərlik tərəfindən açıqlanan ümumi niyyət və istiqamətləridir

Qeyd: Ekoloji siyasət fəaliyyət və ekoloji məqsədlərin (3.10) və ekoloji hədəflərin (3.14) təyin edilməsi üçün çərçivə təmin edir.

[ISO 14001:2004, 3.11]

Təşkilata (3.20) və yaxud onun bir hissəsinə tətbiq olunan təfsilatlı fəaliyyət tələbi, hansı ki ekoloji məqsədlərdən (3.10) və bu məqsədlərə nail olmaq üçün təyin edilməli və yerinə yetirilməli ehtiyaclardan meydana gəlir.

[ISO 14001:2004, 3.12]

Təşkilatın (3.20) ekoloji fəaliyyəti (3.11) ilə maraqlanan və yaxud onun təsirinə məruz qalan şəxs və ya qrup

[ISO 14001:2004, 3.13]

Təşkilat (3.20) tərəfindən qoyulmuş ətraf mühitin idarəetmə sisteminin audit meyarlarının hansı həddə qədər yerinə yetirildiyini təyin etmək üçün audit sübutlarını əldə etmək və onu obyektiv şəkildə qiymətləndirmək məqsədilə sistemli, müstəqil və sənədləşdirilmiş proses

Qeyd: Bir çox hallarda, xüsusən də kiçik təşkilatlarda müstəqillik auditi aparılan fəaliyyət üçün məsuliyyətdən azadlıq vasitəsilə nümayiş etdirilə bilər.

[ISO 14001:2004, 3.14]

3.17 İdarəçilik fəaliyyəti indikatoru

Təşkilatın (3.20) ekoloji fəaliyyətinə (3.11) təsir göstərmək üçün idarəçilik səyləri haqqında informasiya verən ekoloji fəaliyyət indikatoru (3.12)

[ISO 14031:1999, 2.10.1]

Tələbin yerinə yetirilməməsi

[ISO 9000:2000, 3.6.2]

3.19 Əməliyyat fəaliyyəti indikatoru

Təşkilatın (3.20) əməliyyatlarının ekoloji fəaliyyəti (3.11) haqqında informasiya təmin edən ekoloji fəaliyyət indikatoru (3.12)

[ISO 14031:1999, 2.10.2]

Öz funksiyaları və administrasiyasına malik olan birləşmiş və yaxud müstəqil, dövlət və yaxud özəl şirkət, korporasiya, firma, müəssisə, qurum və yaxud institut və ya onların birləşməsi

Qeyd: Birdən artıq fəaliyyətdə olan bölməyə malik təşkilatlar üçün tək fəaliyyətdə olan bölmə təşkilat hesab edilə bilər.

[ISO 14001:2004, 3.16]

3.21 Qabaqlayıcı tədbir

Potensial uyğunsuzluğun (3.18) səbəbini aradan qaldırmaq üçün tədbir

[ISO 14001:2004, 3.17]

3.22Çirklənmənin qarşısının alınması

Mənfi ekoloji təsirləri (3.8) azaltmaq məqsədilə istənilən növ çirkləndirici və yaxud tullantının əmələ gəlməsi, emissiyasını azaltmaq və yaxud nəzarət etmək üçün proseslərdən, təcrübələrdən, üsullardan, materiallardan, məhsullardan, xidmətlərdən və yaxud enerjidən istifadə

Qeyd: Çirklənmənin önlənməsinə mənbədə azaltma və yaxud ləğv etmə, proses, məhsul və yaxud xidmət dəyişiklikləri, resurslardan, materillardan və enerji əvəzlənməsindən səmərəli istifadə, təkrar istifadə, bərpa, təkrar emal, utilizasiya və emal daxil edilə bilər.

[ISO 14001:2004, 3.18]

Fəaliyyət və yaxud prosesi həyata keçirmək üçün müəyyən edilmiş yol

1. Prosedurlar sənədləşdirilə və sənədləşdirilməyə bilər.

2. ISO 9000:2000, 3.4.5-dən uyğunlaşdırılmışdır.

[ISO 14001:2004, 3.19]

Müvəffəq olunmuş nəticələri göstərən və yaxud yerinə yetirilən tədbirlər barədə sübut təqdim edən sənəd (3.5)

Qeyd: ISO 9000:2000, 3.7.6-dan uyğunlaşdırılmışdır.

[ISO 14001:2004, 3.20]

4.1.1 Ətraf mühitin idarəetmə sistemi modeli

Bu Beynəlxalq Standartda təfsilatı ilə verilən ətraf mühitin idarəçilyi sistemi “Planlaşdır-Həyata keçir-Yoxla-Tədbir gör” (PHYT) idarəçilik modelinə əməl edir. Ətraf mühitin idarəetmə sistemi modeli və müntəzəm təkmilləşdirilmənin davam edən prosesi Şəkil 1-də təsvir olunmuşdur. PHYT modelinə dair daha çox məlumat üçün Praktiki yardım - Ətraf mühitin idarəetmə sistemi modelinə baxın.

Şəkil 1 Bu standart üçün ətraf mühitin idarəetmə sistemi modeli

Ətraf mühitin idarəetmə sistemi ən yaxşı halda dəyişən daxili və xarici amillərə cavab olaraq təşkilatın ekoloji idarəetmə üçün səmərəli istiqamət təmin etməkdən ötrü davamlı olaraq müşahidə olunmalı və dövri olaraq nəzərdən keçirilməli təşkilatçı çərçivə kimi nəzərdən keçirilir. Təşkilatdakı bütün səviyyələr tətbiq olunduğu dərəcədə ekoloji təkmilləşdirmələrə nail olmaq məqsədilə işləmək üçün məsuliyyəti qəbul etməlidir.

Ətraf mühitin idarəetmə sistemini ilk dəfə təşkil edərkən təşkilat harda nəzərəçarpan səmərənin olmasından başlamalıdır, misal üçün əsasən onun mühüm ekoloji aspektləri ilə əlaqədar olan birbaşa xərclərə qənaət və tənzimlənən uyğunluğa diqqəti yönəltməklə. Ətraf mühitin idarəetmə sistemi formalaşdıqca ekoloji fəaliyyətin daha da inkişaf etdirilməsi məqsədilə prosedurlar, proqramlar və texnologiyalar təşkil edilə bilər. Ətraf mühitin idarəetmə sistemi yetkinləşdikcə isə ekoloji mülahizələr bütün biznes qərarlarına inteqrasiya edilə bilər.

Praktiki yardım - Ətraf mühitin idarəetmə sistemi modeli

PHYT davam edən təkrarlanan prosesdir, hansı ki təşkilata öz ekoloji siyasətini (4.2-yə baxın) yüksək rəhbərliyin liderliyi və ətraf mühitin idarəetmə sisteminə sadiqliyinə (4.1.12-ə baxın) əsaslanmaqla təşkil etmək, həyata keçirmək və qoruyub saxlamağa imkan verir. Təşkilat ətraf mühitlə əlaqədar (4.1.4-ə baxın) özünün cari vəziyyətini qiymətləndirdikdən sonra bu davam edən prosesin mərhələləri aşağıdakılardır:

a) Plan: təşkilata bunları etməyə imkan verən davam edən planlaşdırma prosesini qurmaq

1) Ekoloji aspektləri və onunla əlaqədar ekoloji təsirləri müəyən etmək (4.3.1-ə baxın),

2) Qüvvədə olan hüquqi tələbləri və təşkilatın qoşulduğu digər tələbləri müəyyən etmək və monitorinqini aparmaq və harda mümkündürsə daxili fəaliyyət meyarı təyin etmək (4.3.2-yə baxın),

3) Ekoloji məqsədlər və hədəflər qoymaq və onlara çatmaq üçün proqram(lar) formalaşdırmaq (4.3.3.1 və 4.3.3.2-yə baxın) və

4) Fəaliyyət indikatorlarını işləyib hazırlamaq və onlardan istifadə etmək.

b) Həyata keçirmək: Ətraf mühitin idarəetmə sistemini həyata keçirmək və işlətmək (4.4)

1) İdarəetmə strukturları yaratmaq, yetərli səlahiyyətli rollar və öhdəlikləri təyin etmək,

2) Adekvat resurslar təmin etmək (4.4.1),

3) Təşkilat üçün və onun adından çalışan işçilərə təlim keçmək və onların maarifləndirilməsinə və bacarığına əmin olmaq (4.4.2),

4) Daxili və xarici əlaqə üçün proseslər təşkil etmək (4.4.3),

5) Sənədləşdirmə təşkil etmək və saxlamaq (4.4.4),

6) Sənəd nəzarət(lər)ini təşkil etmək və həyata keçirmək (4.4.5),

7) Əməliyyat nəzarət(lər)ini təşkil etmək və saxlamaq (4.4.6) və

8) Qəzalara hazırlıq və cavabı təmin etmək (4.4.7).

c) Yoxlamaq: Ətraf mühitin idarəetmə sistemi proseslərinin qiymətləndirilməsi (4.5

1) Davamlı monitorinq və ölçməni həyata keçirmək (4.5.1),

2) Uyğunluq statusunu qiymətləndirmək (4.5.2),

3) Uyğunsuzluğu müəyyən etmək və düzəldici və qabaqlayıcı tədbirlər görmək (4.5.3),

4) Qeydləri idarə etmək (4.5.4) və

5) Müntəzəm daxili auditlər aparmaq (4.5.5).

d) Tədbir görmək: Yoxlamaq və ətraf mühitin idarəetmə sistemini təkmilləşdirmək üçün tədbir görmək (4.6)

1) Müvafiq intervallarla Ətraf mühitin idarəetmə sisteminin idarəçilik yoxlamasını həyata keçirin (4.6.1) və

2) Təkmilləşdirmə üçün sahələri müəyyənləşdirin (4.6.2)

Bu davam edən proses təşkilata özünün ətraf mühitin idarəetmə sistemi və ümumi ekoloji fəaliyyətini davamlı olaraq təkmilləşdirməyə imkan verir.

4.1.2 Yüksək rəhbərliyin öhdəliyi və liderlik

Uğuru təmin etmək üçün ətraf mühitin idarəetmə sisteminin təşkilində, yaxud təkmilləşdirilməsində erkən addıma təşkilatın yüksək rəhbərliyindən onun fəaliyyətlərinin, məhsullarının və xidmətlərinin ekoloji idarəetməyə dair öhdəlik əldə etmək daxildir. Yüksək rəhbərliyin davam edən öhdəliyi və liderliyi vacibdir. Ətraf mühitin idarəetmə sisteminin gətirə biləcəyi səmərələri və eləcə də bu sistemin qaçına biləcəyi çətinlikləri müəyyən etmək yüksək rəhbərliyin öhdəlik və liderliyini möhkəmləndirməyə yardımçı ola bilər.

4.1.3 Ətraf mühitin idarəetmə sisteminin həcmi (tətbiq sahəsi)

Yüksək rəhbərlik təşkilatın ətraf mühitin idarəetmə sisteminin həcmini müəyyən etməlidir. Buna görə də rəhbərlik şirkətin ətraf mühitin idarəetmə sisteminin tətbiq olunduğu sərhədlərini təyin etməlidir. Ətraf mühitin idarəetmə sisteminin həcmi müəyyən edildikdə təşkilatın müəyyən edilmiş həcmin hüdudları daxilində olan bütün fəaliyyətləri, məhsulları və xidmətləri ətraf mühitin idarəetmə sisteminə daxil edilməlidir.

4.1.4 İlkin ekoloji baxış

Ətraf mühitin idarəetmə sisteminin mövcud olmadığı təşkilat özünün ətraf mühitlə əlaqədar cari vəziyyətini nəzərdən keçirmək vasitəsilə qiymətləndirməlidir. Bu baxışın məqsədi təşkilatın fəaliyyətləri, məhsulları və xidmətlərinin ekoloji aspektlərinin onun ətraf mühitin idarəetmə sisteminin təşkili üçün əsas kimi düşünülməsidir.

Ətraf mühitin idarəetmə sisteminin mövcud olduğu təşkilatlar bu cür nəzərdən keçirməyə ehtiyac duymaya bilər, baxmayaraq ki belə bir baxış onlara öz ətraf mühitin idarəetmə sistemlərini təkmilləşdirməkdə kömək edə bilər.

Nəzərdən keçirilmə aşağıdakı dörd əsas sahəni əhatə etməlidir:

a) Normal əməliyyat şəraiti, işə salma və söndürmə və fövqəladə vəziyyətlər və qəzalar daxil olmaqla anormal şəraitlərlə əlaqədar olanlar da daxil olmaqla ekoloji aspektlərin müəyyənləşdirilməsi,

b) Qüvvədə olan hüquqi tələblərin və təşkilatın qoşulduğu digər tələblərin müəyyən edilməsi,

c) Satın alma və podrat fəaliyyətləri ilə əlaqədar olanlar da daxil olmaqla mövcud ətraf mühitin idarəetmə təcrübələrinin və prosedurlarının araşdırılması,

d) Öncəki fövqəladə halların və qəzaların qiymətləndirilməsi.

Baxışa həmçinin aşağıdakılar kimi əlavə mülahizələr daxil edilə bilər:

- Fəaliyyətin qüvvədə olan daxili meyarlar, kənar standartlar, qaydalar, təcrübə məcəllələri və prinsiplər və direktivlər toplusu ilə müqayisədə qiymətləndirilməsi,

- Xərclərin azaldılması imkanları daxil olmaqla müqayisəli üstünlük üzrə imkanlar,

- Maraqlı tərəflərin mövqeləri və

- Ekoloji fəaliyyətə imkan verən və yaxud maneçilik törədə bilən digər təşkilati sistemlər.

Nəzərdən keçirilmənin nəticələri təşkilata özünün ətraf mühitin idarəetmə sisteminin əhatə dairəsinin təyin edilməsində, öz ekoloji siyasətinin hazırlanması və ya genişləndirilməsində, ekoloji məqsəd və hədəflərinin qoyulmasında və özünün qüvvədə olan hüquqi tələblərə və təşkilatın qoşulduğu digər tələblərə uyğunluğun saxlanılması üzrə yanaşmasının səmərəliliyinin müəyyənləşdirilməsində yardımçı ola bilər.

Praktiki yardım – İlkin ekoloji baxış

Ətraf mühitin idarəetmənin mövcud təcrübələri və prosedurlarının araşdırılmasında istifadə edilə bilən metodlara daxildir:

a) Təşkilatın keçmiş və indiki fəaliyyətləri, məhsulları və xidmətlərinin həcmini müəyyən etmək məqsədilə daha öncələr və hazırda təşkilat üçün və ya onun adından çalışan şəxslərlə müsahibə,

b) Şikayətlər, qüvvədə olan hüquqi tələblər və təşkilatın qoşulduğu digər tələblərlə əlaqədar məsələlər, keçmiş ekoloji və yaxud aidiyyəti qəzalar və bədbəxt hadisələr də daxil olmaqla təşkilatın maraqlı tərəfləri ilə baş vermiş daxili və xarici ünsiyyətlərin qiymətləndirilməsi,

c) Aşağıdakılar kimi mövcud idarəçilik təcrübələrinə dair informasiya toplanması

1) Təhlükəli kimyəvi maddələrin satın alınması üzrə proseslərə nəzarət,

2) Kimyəvi maddələrin (misal üçün, öncədən istifadədə olmuş, məişət üçün, uyğun gəlməyən kimyəvi maddələrin saxlanması) saxlanması və istifadəsi,

3) Uçucu emissiyalara nəzarət,

4) Tullantıların idarə olunması metodları,

5) Föqvəladə hallara hazırlıq və cavab avadanlığı,

6) Resurslardan istifadə (misal üçün, iş saatlarından sonra ofis işıqlarından istifadə)

7) İnşaat dönəmində bitki və canlıların mühafizəsi.

8) Proseslərdə müvəqqəti dəyişikliklər (suya gübrələrin buraxılmasına təsir göstərən növbəli əkin nümunlərində dəyişikliklər)

9) Ekoloji təlim proqramları,

10) Əməliyyat nəzarət prosedurları üçün nəzərdən keçirilmə və təsdiq prosesi və

11) Monitorinq qeydlərinin tamlığı və/və ya tarixi qeydlərin bərpasında asanlıq.

Nəzərdən keçirilmə nəzarət cədvəlləri, proses sxemləri, müsahibələr, birbaşa təftişlər, və keçmiş və cari ölçmələr, öncəki auditlərin nəticələri və təşkilatın fəaliyyətləri, məhsulları və xidmətlərindən asılı olaraq digər baxışlardan istifadə etməklə həyata keçirilə bilər. Nəzərdən keçirilmənin nəticələri elə sənədləşdirilməlidir ki, ondan təşkilatın ekoloji siyasəti daxil olmaqla onun ətraf mühitin idarəetmə sisteminin həcmini müəyyən etmək və onu təşkil etmək və yaxud genişləndirməyə töhfə vermək üçün istifadə edilə bilsin.

Ekoloji siyasət təşkilatın fəaliyyətinin prinsiplərini yaradır. O, təşkilatın ekoloji məsuliyyəti və tələb olunan fəaliyyətinin səviyyəsini təyin edir, hansı ki bütün növbəti fəaliyyətlər buna qarşı qiymətləndiriləcəkdir. Siyasət təşkilatın fəaliyyətləri, məhsulları və xidmətlərinin (ətraf mühitin idarəetmə sisteminin müəyyən edilmiş həcmi çərçivəsində) ekoloji prinsiplərinə münasib olmalı və məqsəd və hədəflərin qoyuluşunu göstərməlidir.

Artan sayda beynəlxalq təşkilatlar, hökumət, sənaye assosiasiyaları və vətəndaş qrupları daxil olmaqla rəhbər prinsiplər işləyib hazırlamışlar. Belə rəhbər prinsiplər təşkilatlara özlərinin ətraf mühit mühafizəsi öhdəliyinin ümumi həcmini müəyyən etməkdə yardımçı olur. Onlar həmçinin müxtəlif təşkilatlara ortaq dəyərlər toplusu verməyə kömək göstərir. Bunlar kimi rəhbər prinsiplər təşkilata öz siyasətini işləyib hazırlamaqda yardım edə bilər, hansı ki bu siyasət təşkilatın özü kimi individual ola bilər. Ekoloji siyasəti təyin etmək səlahiyyəti təşkilatın yüksək rəhbərliyinin üzərinə düşür. Ekoloji siyasət təşkilatın digər siyasi sənədlərinə daxil edilə və ya onlarla əlaqələndirilə bilər. Təşkilatın rəhbərliyi siyasətin həyata keçirilməsi və siyasətin formalaşdırılması və dəyişiklik edilməsinə töhfə vermək öhdəliyi daşıyır. Siyasət təşkilat üçün və ya onun adından çalışan bütün şəxslərə çatdırılmalıdır. Bundan əlavə, siyasət ictimaiyyət üçün əldə edilə bilən olmalıdır (kənar ünsiyyət metodlarının müzakirəsi üçün 4.4.3.2-yə baxın).

Öz ekoloji siyasətini formalaşdırarkən təşkilat bunları nəzərə almalıdır:

a) öz missiyasını, baxışını əsas dəyər və inanclarını;

b) Digər təşkilati siyasət sənədləri ilə (məsələn, keyfiyyət, peşə sağlamlığı və təhlükəsizlik) əlaqələndirmə;

c) Maraqlı tərəflərin tələbləri və onlarla ünsiyyət;

d) Rəhbər prinsiplər;

e) Spesifik yerli və yaxud regional şərait;

f) Çirklənmə və davamlı təkmilləşdirməyə dair öz öhdəlikləri;

g) Özünün qüvvədə olan hüquqi tələblər və təşkilatın qoşulduğu digər tələblərə əməl etmək öhdəliyi.

Praktiki yardım – Ekoloji siyasət

Ekoloji siyasət qəbul etməlidir ki, təşkilatın ətraf mühitin idarəetmə sisteminin müəyyən edilmiş həcmi daxilində bütün fəaliyyətlər, məhsullar və xidmətlər ətraf mühitə təsir göstərə bilər.

Buna görə də siyasətdə diqqət yetirilən məsələlər təşkilatın təbiətindən asılıdır. Siyasət başqa məsələlər arasında aşağıdakılara dair öhdəliyi bəyan etməlidir:

a) Təşkilatın ekoloji aspektlərinə aid olan qüvvədə olan hüquqi tələblər və onun qoşulduğu digər tələblərə əməl etmək və yaxud daha artığını etmək,

b) Çirklənmənin qarşısını almaq (Praktik yardım – Çirklənmənin önlənməsinə baxın) və

c) Ekoloji fəaliyyətin qiymətləndirilməsi prosedurları və aidiyyəti indikatorların hazırlanması vasitəsilə davamlı inkişafa nail olmaq.

Siyasətə həmçinin digər aşağıdakı öhdəliklər daxil edilə bilər:

d) Yeniliklərin istənilən ciddi mənfi ekoloji təsirlərini inteqrasiya edilmiş ətraf mühitin idarəetmə prosedurları və planlaşdırma vasitəsilə azaldılması,

e) Məhsulları ekoloji aspektləri nəzərə almaqla tərtib etmək və

f) Ətraf mühitin idarəetmə sahəsində liderlik nümunəsi qoymaq.

Praktiki yardım – Çirklənmənin önlənməsi

Çirklənmənin qarşısının alınması yeni məhsul və xidmətlərin layihələndirilməsi və hazırlanmasına, eləcə də aidiyyəti proseslərin yaradılmasına birləşdirilə bilər. Belə strategiyalar misal üçün, təşkilata ehtiyatları qoruyub saxlamaqda və məhsul və xidmətlərlə əlqədar tullantı və emissiyaları azaltmaqda yardımçı ola bilər (Məhsul layihələndirmə konsepsiyaları və təcrübələrinə dair təlimatı ISO/TR 14062-dən tapmaq olar.)

Mənbədə azaltma çox vaxt ən səmərəli təcrübə ola bilər, çünki onun tullantı və emissiyaların əmələ gəlməsindən qaçınma və eyni zamanda resurslara qənaət etməklə ikili faydası vardır. Bununla belə, mənbədə azaldılma vasitəsilə çirklənmənin qarşısının alınması bəzi hallar və bəzi təşkilatlar üçün işlək olmaya bilər. Təşkilat çirklənmənin önlənməsi üçün yanaşmaların iyerarxiyasından istifadə etməyi nəzərə almalıdır. Belə iyerarxiya çirklənmənin qarşısının onun mənbəyində alınması üçün üstünlük verməlidir və aşağıdakı kimi strukturlaşdırıla bilər:

a) Mənbədə azaldılma və ya ləğv etmə (ekoloji baxımdan dayanıqlı layihələndirmə və istehsal, materialın əvəzlənməsi, proses, məhsul və texnologiya dəyişiklikləri və enerji və maddi ehtiyatlardan səmərəli istifadə və onun qorunması daxil olmaqla);

b) Daxili təkrar istifadə və yaxud təkrar emal (materialların proses və yaxud infrastrukturun içərisində təkrar istifadəsi, yaxud təkrar emalı),

c) kənar təkrar istifadə və ya təkrar emal (materialların təkrar istifadə və yaxud təkrar emal məqsədilə kənara nəqli),

d) bərpa və emal (sahədə və ya ondan kənarda tullantı axınlarından bərpa (geri qazanılma), sahədə və ya ondan kənarda tullantı axınları üzrə emissiyaların və atılmaların onların ekoloji təsirini azaltmaq məqsədilə emalı),

e) İcazə varsa, yandırma və yaxud harda nəzarətli yerləşdirmə kimi nəzarət mexanizmləri. Bununla belə, təşkilat bunun kimi metodlardan yalnız digər seçimlər nəzərdən keçirildikdən sonra istifadə etməlidir.

Ümumi təlimat – Planlaşdırma

Planlaşdırma təşkilatın ekoloji siyasətinin yerinə yetirilməsində və onun ətraf mühitin idarəetmə sisteminin təşkilində, həyata keçirilməsində və saxlanmasında vacibdir. Təşkilat aşağıdakı elementlərin daxil olduğu planlaşdırma prosesinə malik olmalıdır:

a) Ekoloji aspektlərin müəyyən edilməsi və mühüm olanlarının təyinatı;

b) Qüvvədə olan hüquqi tələblərin və yaxud təşkilatın qoşulduğu digər tələblərin müəyyənləşdirilməsi;

c) Harda müvafiqdirsə daxili fəaliyyət kriteriyasının təyin edilməsi;

d) Məqsədlər və hədəflərin qoyulması və onlara nail olmaq üçün proqram(lar)ın təşkili.

Bu cür planlaşdırma prosesi təşkilata resurslarını öz məqsədlərinə çatmaq üçün ən vacib olan sahələrə cəmləşdirməkdə yardımçı ola bilər. Planlaşdırma prosesi tərəfindən yaradılmış informasiya həmçinin ətraf mühitin idarəetmə sisteminin təlim, əməliyyat nəzarəti və monitorinq və ölçmə kimi digər hissələrinin təşkili və təkmilləşdirilməsində istifadə oluna bilər.

Planlaşdırma davam edən prosesdir. O həm ətraf mühitin idarəetmə sisteminin elementlərinin yaradılması və həyata keçirilməsində, həm də dəyişən vəziyyətlərə və ətraf mühitin idarəetmə sisteminin özünün başlanğıc və son nəticələrinə əsaslanmaqla onların saxlanması və təkmilləşdirilməsində istifadə olunur.Planlaşdırma prosesinin tərkib hissəsi kimi, təşkilat özünün siyasi öhdəlikləri, məqsəd və hədəfləri və digər fəaliyyət meyarlarına cavab verilməsində fəaliyyətini necə ölçmək və qiymətləndirmək barədə düşünməlidir. Faydalı ola biləcək bir yanaşma planlaşdırma prosesi ərzində fəaliyyət indikatorlarının yaradılmasıdır.

Qeyd: Fəaliyyət indikatorları və qiymətləndirməyə dair təlimat üçün ISO 14031-in 4.3.3.3 və 4.5.1-ci yarımbəndlərinə baxın.

4.3.1 Ekoloji aspektlər

Səmərəli ətraf mühitin idarəetmə sistemi təşkilatın ətraf mühitlə necə qarşılıqlı təsirdə ola biləcəyinə dair (4.3.1.2-yə baxın) anlayışla başlayır. Təşkilatın fəaliyyətlərinin, məhsullarının və xidmətlərinin ətraf mühitlə qarşılıqlı təsirdə ola bilən elementləri ekoloji aspektlər adlanır. Nümunələrə atılma, emissiya, materialın istehlakı və ya təkrar istifadəsi, yaxud səs-küyün əmələ gəlməsi daxildir. Ətraf mühitin idarəetmə sistemini həyata keçirən təşkilat nəzarət edə biləcəyi və təsir göstərə biləcəyi ekoloji aspektləri müəyyənləşdirməlidir (4.3.13-ə baxın).

Tam şəkildə və ya qismən ekoloji aspektlər nəticəsində ətraf mühitdə əmələ gələn zərərli və yaxud faydalı dəyişikliklər ekoloji təsir adlanır. Mənfi təsirlərə nümunə kimi ətraf mühit komponentlərinin çirklənməsi və təbii ehtiyatların tükənməsi daxildir. Faydalı təsirlərə nümunə kimi yaxşılaşdırılmış su və ya torpaq keyfiyyətini göstərmək olar. Ekoloji aspektlər və onlarla əlaqədar təsirlər arasında münasibət səbəb və təsirdən biridir. Təşkilat ətraf mühitə mühüm təsiri olan və yaxud ola bilən bu aspektlər, yəni mühüm ekoloji aspektlər barəsində anlayışa malik olmalıdır (4.3.14- baxın).

Təşkilatın bir çox ekoloji aspektləri və onlarla əlaqədar təsirləri olduğundan, o mühüm hesab edəcəklərini müəyyən etmək üçün meyar və metod yaratmalıdır (4.3.15-ə baxın). Meyarları təşkil edərkən ekoloji xüsusiyyətlər, qüvvədə olan hüquqi tələblər və yaxud təşkilatın qoşulduğu digər tələblər haqqında informasiya, maraqlı tərəflərin (daxili və xarici) mülahizələri kimi bir sıra amillər nəzərə alınmalıdır. Bu meyarlardan bəziləri təşkilatın ekoloji aspektlərinə birbaşa və bəziləri də onların əlaqədar ekoloji təsirlərinə tətbiq oluna bilər.

Mühüm ekoloji aspektləri və əlaqədar ekoloji təsirləri müəyyən etmək harda nəzarət və yaxud təkmilləşdirməyə ehtiyac olduğunu müəyyən etmək və idarəçilik tədbiri üçün prioritetlər qoymaq üçün əhəmiyyətlidir (Bax 4.3.15). Təşkilatın siyasəti, məqsədləri və hədəfləri, təlim, kommunikasiya əməliyyat nəzarətləri və monitorinq proqramları əsas etibarilə onun mühüm ekoloji aspektlərinə dair biliyə əsaslanmalıdır, baxmayaraq ki qüvvədə olan hüquqi tələblər və yaxud təşkilatın qoşulduğu digər tələblər, maraqlı tərəflərin (daxili və xarici) mülahizələri kimi məsələlərin də nəzərə alınmasına ehtiyac olacaqdır. Mühüm ekoloji aspektlərin müəyyənləşdirilməsi davam edən prosesdir, hansı ki özünün ətraf mühitlə münasibətinə dair anlayışını genişləndirir və özünün ətraf mühitin idarəetmə sisteminin genişləndirilməsi vasitəsilə ekoloji fəaliyyətinin davamlı təkmilləşdirilməsinə töfhə verir.

Ekoloji aspektləri və ekoloji təsirləri müəyyən etmək və mühümlüyün təyin edilməsi üçün bütün təşkilatlara uyğun gələn vahid yanaşma olmadığından, aşağıdakı yanaşma ətraf mühitin idarəetmə sistemini həyata keçirənlər və ya təkmilləşdirənlərə aparıcı konsepsiyaları izah etmək vəzifəsini daşıyır. Hər bir təşkilat özünün həcminə, təbiətinə və miqyasına uyğun gələn və etibarlı məlumatın təfsilatı, mürəkkəbliyi, vaxtı, xərci və mümkünlüyü baxımından öz ehtiyacların cavab verən yanaşmanı seçməlidir. Seçilmiş yanaşmanı tətbiq etmək üçün prosedur(lar)dan istifadə etmək davamlılığa nail olmaqda kömək edə bilər.

Əlavə təlimat və əlavə nümunələr aşağıdakı yarmbəndlərdə və Cədvəl A.1-dədir.

4.3.1.2 Fəaliyyətləri, məhsulları və xidmətləri anlamaq

Demək olar ki bütün fəaliyyətlərin, məhsulların və xidmətlərin ətraf mühitə müəyyən təsiri vardır, hansı ki fəaliyyətlərin, məhsulların və xidmətlərin istifadə müddətinin istənilən və ya bütün mərhələlərində baş verə bilər, yəni xammalın əldə edilməsindən istifadə və atılmağa qədər. Bu cür təsirlər dəyişən əhəmiyyətlilik dərəcəsi ilə yerli, regional və ya qlobal ola bilər.Təşkilat özünün ətraf mühitin idarəetmə sisteminin çərçivəsinə düşən fəaliyyətləri, məhsulları və xidmətləri anlamalıdır və ekoloji aspektlərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üçün onların qruplaşdırılmasını faydalı hesab edə bilər. Fəaliyyətlərin, məhsulların və xidmətlərin qruplaşdırılması və ya kateqoriyalara bölünməsi təşkilata ortaq və ya bənzər ekoloji aspektləri müəyyən etməkdə yardımçı ola bilər. Qruplaşdırma və ya kateqriyalara bölünmə təşkilati bölmələr, coğrafi məkanlar, əməliyyatların iş gedişi, məhsula qruplarında material və ya enerjidən istifadə, yaxud təsirə məruz qalan ekoloji mühit (misal üçün, hava, su, torpaq) kimi ümumi xüsusiyyətlərə əsaslana bilər. Faydalı olması üçün kateqoriyanın ölçüsü anlaşıqlı izah üçün yetərincə geniş, aydın başa düşülməsi üçün yetərincə kiçik olmalıdır.

Qeyd: Fəaliyyətlərin, məhsulların və xidmətlərin kateqoriyalarının nümunələri üçün ISO 14031-ə baxın.

4.3.1.3 Ekoloji aspektlərin müəyyənləşdirilməsi

Təşkilat özünün ətraf mühitin idarəetmə sisteminin həcmindəki ekoloji aspektləri müəyyən etməlidir, hansılar ki onun keçmiş, davam edən və planlaşdırılan fəaliyyətləri, məhsulları və xidmətləri ilə əlaqəlidir. Bütün hallarda təşkilat işə salma və söndürmə və fövqəladə vəziyyətlər və qəzalar daxil olmaqla normal və anormal əməliyyat şəraitlərini nəzərə almalıdır.

Təşkilatın birbaşa nəzarət edə bildiyi bu ekoloji aspektlərdən başqa, o, təsir göstərə biləcəyi aspektləri də nəzərə almalıdır, misal üçün təşkilat tərəfindən istifadə edilən məhsul və xidmətlərlə və özünün təqdim etdiyi məhsul və xidmətlərlə əlaqədar olanlar. Fəaliyyət, məhsul və ya xidmətlə əlaqədar ekoloji aspektlərə təsir göstərmək qabiliyyətini qiymətləndirərkən təşkilat hüquqi və ya müqavilə üzrə səlahiyyətli quruma, onun siyasətinə, yerli və ya regional məsələlərə və onun maraqlı tərəflər qarşısında öhdəlik və səlahiyyətlərinə diqqət yetirməlidir. Təşkilat həmçinin öz ekoloji fəaliyyətinə cəlb olunmanı nəzərə almalıdır, misal üçün tərkibində təhlükəli material olan məhsulu satın almaqla. Bu mülahizələrin tətbiq oluna biləcəyi vəziyyətlərə dair nümunələrə podratçı və subpodratçılar tərəfindən görülən tədbirlər, məhsul və xidmətlərin tərtibatı, təchiz olunan və istifadə edilən materiallar, mallar və ya xidmətlər və bazara çıxarılmış məhsulların nəqli, istifadəsi, təkrar istifadəsi və ya təkrra emalı aiddir.

Özünün ekoloji aspektlərini müəyyən etmək və onlar haqqında anlayışa malik olmaq üçün təşkilat özünün fəaliyyətləri, məhsulalrı və xidmətlərin xüsusiyyətlərinə dair materiallar və enerjinin başlanğıc və son nəticələri istifadə olunmuş proses və texnologiyalar, qurğular və məkanlar, nəqliyyat metodları və insan faktorları (məsələn pisləşən görmə, yaxud eşitmə) kimi kəmiyyət və/və ya keyfiyyət məlumatı toplamalıdır. Əlavə olaraq aşağıdakılara dair informasiya toplamaq faydalı ola bilər:

a) Öz fəaliyyətləri, məhsulları və xidmətlərinin elementləri və ətraf mühitə mümkün və ya faktiki dəyişikliklər arasında səbəb və təsir əlaqələri,

b) Maraqlı tərəflərin ekoloji baxışları və

c) Hökumət qaydaları və icazələrində, digər standartlarda, və yaxud sənaye assosiasiyaları, akademik institutlar və s. tərəfindən müəyyənləşdirilmiş mümkün ekoloji aspektlər.

Ekoloji aspektləri müəyyənləşdirmək prosesi təşkilatın fəaliyyətləri, məhsulları və xidmətləri ilə tanış olan fərdlərin iştirakından faydalanacaqdır. Ekoloji aspektləri müəyyən etmək üçün vahid yanaşmanın olmamasına baxmayaraq, seçilmiş yanaşma misal üçün aşağıdakıları nəzərə ala bilər:

- havaya buraxılan emissiyalar,

- suya buraxılan maddələr,

- torpağa atılan maddələr,

- xammal və təbii ehtiyatlardan istifadə (misal üçün torpaqdan, sudan istifadə)

- yerli/icma ekoloji problemləri,

- enerjidən istifadə,

- buraxılan enerji (misal üçün, istilik, radiasiya, titrəmə),

- fiziki atributlar (məsələn, ölçü, forma, rəng, görünüş).

Buna görə də təşkilatın fəaliyyətləri, məhsulları və xidmətləri ilə əlaqədar aşağıdakılar kimi aspektlər nəzərə alınmalıdır

- layihələndirmə və istehsal,

- istehsal prosesləri,

- qablaşdırma və nəqliyyat,

- podratçıların və təchizatçıların ekoloji fəaliyyəti və təcrübələri,

- tullantıların idarəetmə,

- xammalın və təbii ehtiyatların çıxarılması və bölüşdürülməsi,

- paylanma, istifadə və son və

- yabanı həyat və biomüxtəliflik.

Qeyd: Məhsulun layihələndirilməsinin ekoloji aspektlərinə dair təlimat üçün ISO/TR 14062-yə baxın

4.3.1.4 Ekoloji təsirləri anlamaq

Ekoloji aspektləri müəyyən edərkən və onların mühümlüyünü təyin edərkən təşkilatın ekoloji təsirlərini anlamaq zəruridir. Bir çox yanaşmalar mümkündür. Təşkilat onun ehtiyaclarına uyğun gələni seçməlidir.

Təşkilatın ekoloji aspektləri ilə əlaqədar ekoloji təsirlər haqqında hazır olan informasiya bəzi təşkilatlar üçün adekvat ola bilər. Digər təşkilatlar başlanğıc, son nəticələri, yaxud kütlə/enerji balansını göstərən səbəb və təsir diaqramları və sxemlərdən istifadəni və ya ətraf mühitə təsirin qiymətləndirilməsi, yaxud həyat tsikli qiymətləndirmələri kimi digər yanaşmaları seçə bilər.

Qeyd:Həyat tsikli qiymətləndirmələrinə dair təlimat üçün ISO 14040, ISO 14041, ISO 14042 və ISO 14043-ə baxın.

Seçilmiş yanaşma aşağıdakıları tanımağı bacarmalıdır:

a) müsbət (faydalı) və eləcə də mənfi (kəskin) ekoloji təsirlər,

b) faktiki və potensial ekoloji təsirlər,

c) ətraf mühitin təsirə məruz qala bilən hissəsi(ləri), hava, su, torpaq, flora, fauna, mədəni irs, təbiət abidələri və s. kimi,

d) Yerli hava şəraiti, su səviyyəsinin hündürlüyü, torpaq növləri və s. kimi məkanın təsirdə payı ola biləcək xüsusiyyətləri və

e) Ətraf mühitdə dəyişikliklərin təbiəti (qlobal problemlər yerli problemlərə qarşı, təsirin baş verdiyi vaxt uzunluğu, vaxt ərzində təsirin güc toplaması potensialı kimi).

4.3.1.5Mühüm ekoloji təsirləri müəyyən etmək

Mühümlük nisbi anlayışdır, onu mütləq mənada təyin etmək olmaz. Bir təşkilat üçün mühüm olan bir şey başqası üçün mühüm olmaya bilər. Mühümlüyü qiymətləndirmək həm texniki təhlili və həm də təşkilat tərəfindən yoxlanmanı özündə ehtiva edir. Kriteriyadan istifadə təşkilata onun hansı ekoloji aspektləri və aidiyyəti təsirləri mühüm hesab etdiyini təyin etməyə yardımçı olmalıdır. Bu cür meyarın təyin edilməsi və tətbiqi mühümlüyün qiymətləndirilməsində davamlılıq və yenidən əmələ gələ bilmək təmin etməlidir.

Mühümlük üzrə kriteriyaları təyin edərkən təşkilat aşağıdakıları nəzərə almalıdır:

a) ekoloji meyarlar (təsirin miqyası, ciddiliyi və ya müddəti, yaxud ekoloji aspektin növü, ölçüsü və tezliyi);

b) qüvvədə olan hüquqi tələblər (icazə və qaydalarda emissiya və buraxılma hədləri kimi, və s.),

c) daxili və xarici maraqlı tərəflərin mülahizələri (təşkilati dəyərlər, ictimai imic, səs, qoxu və yaxud vizual deqradasiyakimi)

Mühümlük kriteriyası ya təşkilatın ekoloji aspektlərinə, yaxud onların aidiyyəti təsirlərinə tətbiq oluna bilər. Ekoloji kriteriya həm ekoloji aspektlərə və həm də ekoloji təsirlərə tətbiq oluna bilər, lakin əksər hallarda onlar ekoloji təsirlərə tətbiq edilir. Meyarı tətbiq edərkən təşkilat hər bir kriteriya ilə əlaqədar mühümlüyün səviyyələrini (və ya dəyərlərini) təyin edə bilər, misal üçün bir halın baş verməsinin ehtimalı (mümkünlüyü/tezliyi) və onun nəticələrinin (ciddilik/intensivlik) birləşməsinə əsasən. Mühümlüyün təyin edilməsində bəzi növ miqyas və ya dərəcələşdirmə yardımçı ola bilər, misal üçün saylı dəyər baxımından kəmiyyətcə, yaxud yüksək, orta, aşağı və yaxud əhəmiyyətsiz kimi səviyyələr baxımından keyfiyyətcə.

Təşkilat ekoloji aspektin və aidiyyəti təsirlərin mühümyülünü qiymətləndirməyi seçə bilər və nəticələri meyardan çıxartmağı faydalı hesab edə bilər. O hansı ekoloji aspektlərin mühüm olduğuna misal üçün hədd dəyərindən istifadə etməklə qərar verə bilər.

Planlaşdırmanı asanlaşdırmaq üçün təşkilat müəyyənləşdirilmiş ekoloji aspektlər və mühüm hesab edilənlər haqqında müvafiq informasiyanı saxlamalıdır. Təşkilat bu infromasiyadan operativ nəzarət üçün ehtiyacı anlamaq və onu təyin etmək məqsədilə istifadə etməlidir. Müəyyənləşdirilmiş təsirlər haqqında informasiya müvafiq qaydada daxil edilməlidir. O, müntəzəm olaraq nəzərdən keçirilməli və yenilənməlidir ki, vəziyyət dəyişəndə təzə olması təmin edilsin. Bu məqsədlər üçün onları siyahı, reyestr, məlumat bazası və yaxud digər formada saxlamaq yardımçı ola bilər.

Qeyd: Mühüm ekoloji aspektlərin təyinatı ətraf mühitə təsirin qiymətləndirilməsini tələb etmir.

Praktik yardım – Ekoloji aspektləri və ekoloji təsirləri müəyyən etmək üçün mümkün informasiya mənbələri

Mümkün informasiya mənbələrinə daxildir:

a) Ümumi informasiya sənədləri, broşurlar, kataloqlar və illik hesabatlar kimi,

b) operativ təlimatlar, proses sxemləri, yaxud keyfiyyət və ya istehsal planları,

c) ilkin ekolojiicmallar və yaxud həyat tsikli qiymətləndirmələri kimi öncəki auditlərdən, qiymətləndirmələrdən, yaxud təhlillərdən hesabatlar,

d) keyfiyyət və ya peşə sağlamlığı və təhlükəsizlik kimi digər idarəçilik sistemlərindən alınan informasiya,

e) texniki məlumat hesabatları, dərc edilmiş təhlillər, yaxud tədqiqatlar və ya toksik maddələrin siyahısı,

f) qüvvədə olan hüquqi tələblər və ya təşkilatın qoşulduğu digər tələblər,

g) təcrübə məcəllələri, milli və beynəlxalq siyasətlər, təlimatlar və proqramlar,

h) satınalma məlumatı,

i) məhsul spesifikasiyaları, məhsulun istehsal məlumatı, Maddi/Kimyəvi Təhlükəsizlik Məlumat Cədvəlləri (MKTMC), yaxud enerji və material balansı məlumatı,

j) tullantı inventarları,

k) monitorinq məlumatı,

l) ekoloji icazə və ya lisenziya tətbiqetmələri,

m) maraqlı tərəflərin baxışları, yaxud onlardan gələn sorğular və ya onlarla razılaşmalar və

n) fövqəladə hallar və qəzalar haqqında hesabatlar.

4.3.2 Hüquqi və digər tələblər

Ümumi təlimat – Hüquqi və digər tələblər

Təşkilat onun fəaliyyətləri, məhsulları və xidmətlərinin ekoloji aspektlərinə tətbiq olunan qüvvədə olan hüquqi tələblər və ya təşkilatın qoşulduğu digər tələblərin müəyyənləşdirilməsi və onlara çıxış əldə edilməsi üçün prosedurlar yaratmalı, həyata keçirməli və onları saxlamalıdır. Belə prosedurlarn məqsədi təşkilata müxtəlif tələblər haqqında məlumatlı olmaq və onların təşkilatın fəaliyyətləri, məhsulları və xidmətlərinin ekoloji aspektlərinə necə tətbiq olunmasını təyin etməyə imkan yaratmaqdır. Təşkilat təmin etməlidir ki, qüvvədə olan hüquqi tələblər və ya təşkilatın qoşulduğu digər tələblər barəsində müvafiq informasiya podratçılar və təchizatçılar kimi təşkilat üçün və ya onun adından çalışan bütün şəxslərə çatdırılır, hansıların ki səlahiyyətləri təşkilatın belə tələblərə riayət etməsi ilə əlaqədardır və yaxud hansıların ki fəaliyyətləri buna təsir göstərə bilər.

Təşkilat yeni və yaxud dəyişdirilmiş tələbləri proqnozlaşdırmaq və onlara hazır olmaq üçün hazır prosesə malik olmalıdır ki, uyğunluğu saxlamaq üçün müvafiq tədbir görülə bilsin. O, həmçinin qüvvədə olan hüquqi tələblər və ya təşkilatın qoşulduğu digər tələblərin yeni və yaxud dəyişdirilmiş fəaliyyətlər, məhsullar və xidmətlərə necə tətbiq oluna və ya təsir göstərə biləcəyini nəzərə almalıdır.

Qüvvədə olan hüquqi tələblər və ya təşkilatın qoşulduğu digər tələblər barədə ən yeni informasiyanı təyin etmək və saxlamaq üçün bir sıra mənbələrdən istifadə oluna bilər. Belə mənbələrə hökumət. Sənaye assosiasiyaları və yaxud ticarət qruplarının, kommersiya məlumat bazalarının və nəşrlərinin və peşəkar məsləhətçilər və xidmətlərin bütün səviyyələri daxildir.

4.3.2.1 Hüquqi tələblər

Hüquqi tələblər dedikdə geniş mənada hökumət qurumu (beynəlxalq, milli, ştat/əyalət və yerli qurumlar daxil olmaqla) tərəfindən qəbul edilmiş və hüquqi qüvvəyə malik olan istənilən tələb və yaxud səlahiyyətə istinad olunur, hansı ki təşkilatın ekoloji aspektlərinə aiddir.

Hüquqi tələblər müxtəlif formalarda ola bilər, aşağıdakılar kimi:

a) qanunvericilik, əsasnamə və qaydalar daxil olmaqla,

b) fərman və yaxud direktivlər,

c) icazələr, lisensiyalar və yaxud digər səlahiyyət formaları,

d) tənzimləyici agentliklər tərəfindən verilmiş əmrlər,

e) məhkəmə və yaxud inzibati tribunalların hökmləri,

f) Adi və yaxud səciyyəvi qanun və

g) Müqavilələr, konvensiyalar və protokollar.

Hüquqi tələblərin izlənməsini asanlaşdırmaq üçün təşkilat qüvvədə olan hüquqi tələblərin ən yeni reyestrini və yaxud siyahısını saxlamağı faydalı hesab edə bilər.

Təşkilat həmçinin mövcud hüquqi tələblər riayət etməkdən də irəli getmək haqqında düşünə bilər. Genişləndirilmiş nüfuz, müqayisəli üstünlük, yeni hüquqi tələblərin proqnozlaşdırılması və ya təsiri, təkmilləşdirilmiş ekoloji fəaliyyət və ictimaiyyət və səlahiyyətli qurumlarla yaxşılaşdırılmış münasibətlər potensial əlavə xərci əvəzləşdirə bilər.

Qeyd: Hüquqi tələblərə uyğunluğun qiymətləndirilməsinə dair təlimat üçün 4.5.2-yə baxın.

4.3.2.2. Digər tələblər

Vəziyyətdən və ehtiyaclardan asılı olaraq təşkilat hüquqi tələblərdən başqa onun fəaliyyətləri, məhsulları və xidmətlərinin ekoloji aspektlərinə tətbiq olunan digər tələblərə də könüllü şəkildə qoşula bilər. Bu cür başqa ekoloji tələblərə - əgər tətbiq olunursa – aid edilə bilər:

a) dövlət qurumarı ilə razılaşmalar,

b) müştərilərlə razılaşmalar,

c) tənzimləyici olmayan direktivlər,

d) könüllü prinsiplər və yaxud təcrübə məcəllələri,

e) könüllü ekoloji işarələmə və yaxud məhsulun idarə olunması öhdəlikləri,

f) icarət assosiasiyalarının tələbləri,

g) icma qrupları və yaxud qeyri-hökumət təşkilatları ilə razılaşmalar,

h) təşkilatın və yaxud onun ana təşkilatının ictimai öhdəlikləri və

i) korporativ/şirkət tələbləri.

Bu öhdəliklərin və yaxud razılaşmaların bəziləri ekoloji mahiyyətli məsələrdən başqa bir sıra məsələləri diqqətə ala bilər. Ətraf mühitin idarəetmə sistemi bu cür öhdəliklər və yaxud razılaşmalara onların təşkilatın ekoloji aspektlərinə aid olduğu həddə qədərdiqqət yetirməlidir.

Təşkilat özünün qoşulduğu digər tələbləri müəyyən etməli və onları izləməlidir. Bunu asanlaşdırmaq üçün, təşkilat

- özünün ekoloji siyasətində digər tələbləri müəyyən etməli və

- digər tələblərin yenilənmiş tərtibatını siyahı, reyestr, məlumat bazası və yaxud başqa formada saxlamalıdır.

Daxili fəaliyyət kriteriyası haqqında məlumat qüvvədə olan hüquqi tələblər və ya təşkilatın qoşulduğu digər tələblərlə birlikdə təşkilata özünün məqsədləri və hədəflərinin işlənib hazırlanmasında yardımçı ola bilər. Hüquqi və yaxud digər tələblərin mövcud olmadığı və ya təşkilatın ehtiyaclarını qarşılamaq üçün yetərsiz olduğu halda, təşkilat öz ehtiyaclarına cavab vermək üçün daxili fəaliyyət kriteriyası hazırlaya və həyata keçirə bilər. Daxili fəaliyyət kriteriyasının nümunələrinə bina, zavod, fabrik və yaxud infastruktur təyinatlı obyektdə istifadə oluna və ya idarə oluna bilən yanacaqların və ya təhlükəli maddələrin növləri və miqdarına dair məhdudiyyətlər, yaxud hüquqi uyğunluq tələblərindən kənara çıxan hava emissiyaları üzrə məhdudiyyətlər aid edilə bilər.

Praktik yardım – Uyğunluğa dair öhdəlik

Qüvvədə olan hüquqi tələblər və ya təşkilatın qoşulduğu digər tələblərə uyğunluq ətraf mühitin idarəetmə sisteminin əsas öhdəliyidir. Bu öhdəlik ətraf mühitin idarəetmə sisteminin planlaşdırılmasında əks olunmalı və ətraf mühitin idarəetmə sistemi boyunca həyata keçirilməlidir. Yüksək rəhbərlik ətraf mühitin idarəetmə sisteminin səmərəliliyinə əmin olmaq üçün onun uyğunluqla əlaqədar komponentləri də daxil olmaqla adekvatlığını mütəmadi olaraq nəzərdən keçirməlidir.

Rahatlıq üçün ətraf mühitin idarəetmə sisteminin uyğunluqla əlaqədar prinsipial komponentləri aşağıdakı siyahıda ümumiləşdirilmişdir. Təşkilat bunları etmək üçün proseslər təyin etməli, həyata keçirməli və saxlamalı və adekvat resurslar təmin etməlidir:

a) Qüvvədə olan hüquqi tələblərə və ya təşkilatın qoşulduğu digər tələblərə uyğunluq öhdəliyinin daxil olduğu siyasət müəyyən etməli (4.2-yə baxın),

b) Qüvvədə olan hüquqi tələblər və ya təşkilatın qoşulduğu digər tələbləri müəyyən etmək, onlara çıxış əldə etmək və anlamaq (4.3.2-yə baxın),

c) uyğunluq üzrə ehtiyacı nəzərə alan məqsədlər və hədəflər təyin etmək (4.3.-ə baxın),

d) bunları etməklə uyğunluqla əlaqədar məqsəd və hədəflərə nail olmaq:

- uyğunluqla əlaqədar məqsəd və hədəflərə nail olmaq üçün rolları, səlahiyyətləri, prosedurları, vasitələri və vaxt çərçivələrini müəyyən edən proqramlar (4.3.3.2-yə baxın), və

- uyğunluq və uyğunluqla əlaqədar məqsəd və hədəflər üzrə öhdəliyi yerinə yetirmək üçün operativ nəzarətlər (4.4.6-ya baxın).

e) Təşkilat üçün və onun adındançalışan şəxslər və işləri mühüm aspektlərlə əlaqədar olanların qüvvədə olan hüquqi tələblər və ya təşkilatın qoşulduğu digər tələblər, onlara tətbiq olunan aidiyyəti prosedurlar və qüvvədə olan hüquqi tələblərə əməl etməməyin nəticələri haqqında müvafiq təlim keçmələrinə zəmanət vermək (4.4.2-yə baxın)

f) Qüvvədə olan hüquqi tələblər və ya təşkilatın qoşulduğu digər tələblərə uyğunluğu mütəmadi olaraq qiymətləndirmək (4.5.2-yə baxın),

g) istənilən uyğunsuzluq və riayət etməmək (və proqnozlaşdırıla bilən potensial uyğunsuzluq və riayət etməməyi) halını müəyyənləşdirmək və düzəliş edici fəaliyyətləri təyin etmək, həyata keçirmək və izləmək üçün dərhal tədbir görmək (4.5.3-ə baxın),

h) Özünün qüvvədə olan hüquqi tələblər və ya təşkilatın qoşulduğu digər tələblərə uyğunluğuna dair qeydləri saxlamaq və idarə etmək (4.5.4-ə baxın),

i) Ətraf mühitin idarəetmə sisteminin dövri auditlərini apardıqda uyğunluqla əlaqədar xüsusiyyətlərə diqqət yetirmək (4.5.5-ə baxın) və

j) Rəhbərlik tərəfindən təhllilər aparılarkən qüvvədə olan hüquqi tələblər və ya təşkilatın qoşulduğu digər tələblərdə dəyişiklikləri nəzərə alın (4.6.1-ə baxın).

Uyğunluğa dair öhdəlik belə bir gözləntini əks etdirir ki, təşkilat qüvvədə olan hüquqi tələblər və ya təşkilatın qoşulduğu digər tələblərə uyğunluğa nail olunması və bunun qorunub saxlanması üçün sistemli yanaşma tətbiq edir.

4.3.3 Məqsədlər, hədəflər və proqram(lar)

Ümumi təlimat – Məqsədlər, hədəflər və proqram(lar)

Planlaşdırma prosesində təşkilat onun ekoloji siyasətində təyin edilmiş öhdəliklərə və digər təşkilati məqsədləri yerinə yetirmək üçün məqsəd və hədəflər qoyur. Məqsədlər qoymaq və onları nəzərdən keçrimək və bu məqsədlərə nail olmaq üçün proqramlar həyata keçirmək prosesi təşkilat üçün bəzi sahələrdə ekoloji fəaliyyəti təkmilləşdirməklə digər sahələrdə özünün ekoloji fəaliyyət səviyyəsini saxlamaq üçün sistemli əsas təmin edir. Məqsədlərin qoyulması ilə həm idarəçilik və həm də operativ fəaliyyət nəzərə alına bilər.

4.3.3.1 Məqsəd və hədəflərin təyin edilməsi

Məqsəd və hədəfləri təyin edərkən təşkilat aşağıdakılar da daxil olmaqla bir sıra başlanğıc məlumatları nəzərə almalıdır:

a) özünün ekoloji siyasətindəki prinsiplər və öhdəliklər;

b) özünün mühüm ekoloji aspektləri (və onları təyin edərkən hazırlanmış informasiya);

c) qüvvədə olan hüquqi tələblər və ya təşkilatın qoşulduğu digər tələblər;

d) məqsədlərə çatmaq tədbirləri və digər fəaliyyətlər və proseslər;

e) maraqlı tərəflərin baxışları;

f) texnoloji seçimlər və mümkünlük;

g) təchizatçılardan və podratçılardan informasiya da daxil olmaqla maliyyə, operativ və təşkilati mülahizələr;

h) təşkilatin ictimai imicinə mümkün təsirlər;

i) ekoloji təhlillərin nəticələri;

j) digər təşkilati məqsədlər.

Məqsədlər təşkilatın üst səviyyəsində və ekoloji siyasət öhdəliklərini və ümumi təşkilati məqsədləri yerinə yetirmək üçün fəaliyyətlərin həyata keçirildiyi digər səviyyə və funksiyalarda təyin edilməlidir. Məqsədlər ekoloji siyasətlər uyğun olmalıdır, çirklənmənin qarşısının alınması, qüvvədə olan hüquqi tələblər və ya təşkilatın qoşulduğu digər tələblərə uyğunluq öhdəliyi də daxil olmaqla.

Məqsəd birbaşa olaraq spesifik fəaliyyət səviyyəsi kimi açıqlana, yaxud ümumi şəkildə açıqlana bilər və daha sonra bir və ya artıq hədəflə müəyyənləşdirilə bilər. Hədəflər qoyularkən, onlar aidiyyəti məqsədlərə nail olmaq üçün əməl edilməli fəaliyyət səviyyələri ilə ölçülə bilən olmalıdır. Hədəflərə proqram tərəfindən təmin ediləcək müəyyənləşdirilmiş vaxt çərçivəsinin daxil edilməsinə ehtiyac ola bilər.

Təşkilatın qoyduğu ekoloji məqsədlər onun ümumi idarəçilik məqsədlərinin tərkib hissəsi hesab olunmalıdır. Belə inteqrasiya təkcə ətraf mühitin idarəetmə sisteminin dəyərini deyil, eləcə də inteqrasiyanın tətbiq olunduğu digər idarəçilik sistemlərinin dədəyərini artıra bilər.

Məqsədlər və hədəflər təşkilat boyunca və ya daha dar çərçivədə sahə üçün səciyyəvi və ya individual fəaliyyətlərə tətbiq oluna bilər. Misal üçün, istehsal obyektinin ümumi enerjinin azaldılması məqsədi ola bilər ki buna da bir individual şöbədə enerjinin saxlanması fəaliyyətləri vasitəsilə nail oluna bilər. Bununla belə, digər hallarda təşkilatın ümumi məqsədinə müvəffəq olunması üçün onun bütün hissələrinin hansısa yolla iştirakına ehtiyac ola bilər. Həmçinin, təşkilatın eyni ümumi məqsədə can atan müxtəlif hissələrinin özlərinin bölmə məqsədlərinə çatmaq üçün müxtəlif tədbirlər görməsinə ehtiyac da mümkündür.

Təşkilat məqsədlərə nail olmaqda onun müxtəlif səviyyələrinin və funksiyalarının töfhəsini müəyyən etməli və təşkilatın fərdi üzvlərini onların öhdəlikləri barədə məlumatlandırmalıdır.

Məqsəd və hədəflərə çatmaqda tərəqqinin izlənməsi üçün fəaliyyət indikatorlarından istifadə oluna bilər (4.3.3.3-ə baxın). Məqsəd və hədəflərin sənədləşdirilməsi və yayılması təşkilatın öz məqsəd və hədəflərinə çatmaq qabiliyyətini artırır. Məqsəd və aidiyyəti hədəflərə dair informasiyaonlara çatmaq üçün səlahiyyətli olanlara və operativ nəzarət kimi aidiyyəti funksiyaları yerinə yetirmək üçün belə informasiyaya ehtiyacı olan digər işçilərə ötürülməlidir.

4.3.3.2 Məqsəd və hədəflərə çatmaq üçün proqram(lar)

Planlaşdırma prosesinin bir hissəsinə təşkilatın ekoloji məqsəd və hədəflərinə nail olmaq üçün proqramın işlənməsi daxil edilməlidir. Proqram ekoloji məqsəd və hədəflərə nail olmaq üçün zəruri olan rolları, səlahiyyətləri, prosesləri, resursları, vaxt çərçivələrini, prioritetləri və fəaliyyətləri diqqətə almalıdır. Bu fəaliyyətlər individual proseslər, layihələr, məhsullar, xidmətlər, sahələr və yaxud sahə daxilindəki qurğulara aid ola bilər. Təşkilatlar ekoloji məqsəd və hədəflərə çatmaq üçün proqramları öz strateji planlaşdırma prosesi çərçivəsində digər proqramlarla inteqrasiya edə bilər. Məqsəd və hədəflərə çatmaq üçün proqramlar təşkilata onun ekoloji fəaliyyətini təkmilləşdirməyə yardım edir. Onlar dinamik olmalıdır. Ətraf mühitin idarəetmə sisteminin həcmi çərçivəsindəki proseslərdə, fəaliyyətlərdə, xidmətlərdə və məhsullarda dəyişikliklər baş verdikdə, məqsəd və hədəflər və onlarla əlaqədar proqramlar zəruri şəkildə dəyişdirilməlidir.

Öz məqsəd və hədəflərinə nail olmaq üçün təşkilat aşağıdakı prosesə əməl etməkdən faydalana bilər: hər bir siyasi öhdəlik üçün bu öhdəliyə uyğun gələn hər bir məqsəd və hədəfi müəyyən edin, hər bir məqsəd və hədəfə çatmaq üçün bir və ya daha artıq proqram təyin edin və hər bir proqramı həyata keçirmək üçün spesifik fəaliyyət indikatorları və tədbirlər müəyyənləşdirin. Bundan sonra spesifik məqsədlər və hədəflərin yenidən müəyyən edilməsinə ehtiyac vardır ki, fəaliyyət indikatorları və tədbirlərin onları nəzərə aldıqlarına əminlik hasil olsun. Bu proses müvafiq qaydada təkrarlana bilər, misal üçün əgər siyasət dəyişirsə və yaxud rəhbərlik tərəfindən aparılan təhlillərdən sonra. Cədvəl A.2 bu prosesdəki mərhələlər haqqında nümunə təqdim edir.

4.3.3.3 Fəaliyyət indikatorları

Təşkilat ölçülə bilən ekoloji fəaliyyət indikatorları təyin etməlidir. Belə indikatorlar obyektiv, yoxlana bilən və təkrar nəticə verə bilən olmalıdır. Onlar təşkilatın fəaliyyətləri, məhsulları və xidmətlərinə müvafiq olmalı, onun ekoloji siyasəti ilə həmahəng, praktik, xərc baxımdan səmərəli və texnoloji cəhətdən mümkün olmalıdır. Bu indikatorlardan təşkilatın öz məqsədləri və hədəflərinə nail olmasında tərəqqisini izləmək üçün istifadə oluna bilər. Onlar həmçinin digər məqsədlər üçün istifadə oluna bilər, məsələn ekoloji fəaliyyətin qiymətləndirilməsi və təkmilləşdirilməsi üzrə ümumi prosesin tərkib hissəsi kimi. Təşkilat özünün mühüm ekoloji aspektlərinə münasib gələn həm idarəçilik və həm də operativ ekoloji fəaliyyət indikatorlarından istifadə haqqında düşünə bilər.

Təşkilatın ekoloji fəaliyyət indikatorları davamlı təkmilləşmənin monitorinqini aparmaq üçün vacib vasitədir.

Qeyd: Ekoloji fəaliyyət indikatorlarının seçimi və istifadəsinə dair daha geniş təlimat üçün ISO 14031 və ISO/TR 14032-yə baxın.

Praktik yardım – Fəaliyyət indikatorları

Məqsədə doğru irəliləyiş aşağıdakılar kimi ekoloji fəaliyyət indikatorlarından istifadə etməklə ümumi şəkildə ölçülə bilər:

a) istifadə edilən xammal və ya enerjinin kəmiyyəti,

b) CO2 kimi emissiyaların miqdarı,

c) bitmiş (hazır) məhsulun kəmiyyəti üzrə əmələ gəlmiş tullantı,

d) istifadə olunan material və enerjinin səmərəliliyi,

e) ekoloji hadisələrin (misal üçün, normadan yuxarı əmələ gəlmələr) sayır,

f) ekoloji qəzaların (məsələn, planlaşdırılmamış tullantılar) sayı,

g) təkrar emal edilən tullantının faizi,

h) qablaşdırmada istifadə olunan təkrar emal edilmiş materialın faizi,

i) hər bir istehsal vahidi üzrə xidməti nəqliyyatın kilometlərinin sayı,

j) Havaya buraxılmış spesifik çirkləndiriciərin misal üçün NO2, SO2, CO2, VOC, Pb, CFC-nin miqdarı,

k) ətraf mühitin mühafizəsinə yatırılmış sərmayə,

l) inzibati məsuliyyətə cəlb olunmaların sayı, və

m) yabanı canlı aləm üçün ayrılmış torpaq sahəsi.

4.4. Tətbiq və həyata keçirmə

Ümumi təlimat - tətbiq və həyata keçirmə

Təşkilat aşağıdakıları etmək üçün zəruri olan resurslar, bacarıqlar, strukturlar və dəstək mexanizmləri təmin etməlidir:

a) özünün ekoloji siyasəti, məqsəd və hədəflərinə müvəffəq olmaq,

b) təşkilatın dəyişən tələblərinə cavab vermək,

c) ətraf mühitin idarəetmə sisteminin məsələlərini maraqlı tərəflərlə əlaqələndirmək, və

d) təşkilatın ekoloji fəaliyyətini təkmilləşdirmək üçün ətraf mühitin idarəetmə sisteminin mövcud istismarı və davamlı təkmilləşdirilməsini təmin etmək.

Ekoloji məsələləri səmərəli şəkildə idarə etmək üçün ətraf mühitin idarəetmə sistemi elə şəkildə tərtib olunmalı və yaxud düzəliş edilməlidir ki, o mövcud idarəçilik sistemi prosesləri ilə səmərəli şəkildə uzlaşdırılsın və inteqrasiya edilsin. Bu cür inteqrasiya təşkilata əgər ekoloji və digər təşkilati məqsədlər və prioritetlər arasında hər-hansı ziddiyyət vardırsa, onları tarazlaşdırmaq və həll etməyə kömək edə bilər.

İnteqrasiyadan yararlana bilən idarəçilik sistemi elementlərinə təşklatın siyasətləri, resursların bölüşdürülməsi, operativ nəzarət və sənədləşmə, informasiya və dəstək sistemləri, təlim və inkişaf, təşkilat və hesabatlılıq strukturu, mükafat və qiymətləndirmə sistemləri, ölçmə və monitorinq sistemləri, daxili audit prosesləri, və kommunikasiya və hesabatlılıq daxildir.

4.4.1 Resurslar, rollar, məsuliyyət və səlahiyyət

Ətraf mühitin idarəetmə sistemini yaratmaq, həyata keçirmək və saxlamaq üçün zəruri olan resursları müəyyən edərkən təşkilat aşağıdakıları nəzərə almalıdır:

- informasiya sistemləri,

- öz əməliyyatları üçün səciyyəvi olan maliyyə, insan və digər resurslar.

Resursların bölüşdürülməsi təşkialtın cari və gələcək ehtiyaclarını nəzərə almalıdır. Resursları səfərbər edərkən təşkilat səmərələri, eləcə də özünün ekoloji və yaxud aidiyyəti fəaliyyətlərinin xərcini izləmək üçün prosedurlar işləyib hazırlaya bilər. Çirklənməyə nəzarətin xərci, tullantılar və yerləşdirmə kimi məsələlər də daxil edilə bilər.

Resurslar və onların bölüşdürülməsi mütəmadi olaraq nəzərdən keçirilməlidir və rəhbərlik tərəfindən aparılan təhlilidən sonra onun adekvatlığı təmin olunmalıdır. Resursların adekvatlığını qiymətləndirərkən planlaşdırılmış dəyişikliklərə və/və ya yeni layihələr, yaxud əməliyyatlara diqqət yetirilməlidir.

Praktik yardım – İnsan, fiziki və maliyyə resursları

Kiçik və ya orta ölçülü müəssisənin (KOM) resursa bazası və təşkilati strukturu ətraf mühitin idarəetmə sisteminin həyata keçirilməsinə məhdudiyyətlər yarada bilər. Bu məhdudiyyətlərin öhdəsindən gəlmək üçün KOM aşağıdakılarla birlikdə kooperativ staretigayalar haqqında düşünməlidir:

a) texnologiya və biliyi paylaşmaq üçün daha böyük sifarişçi və təchizatçı təşkilatlar,

b) Ümumi problemləri müəyyənləşdirmək və həll etmək, təcrübələri paylaşmaq, texniki inkişafı asanlaşdırmaq, qurğulardan (infrastrukturdan) birgə istifadə etmək və kənar ehtiyatları kollektiv şəkildə cəlb etmək üçün təchizat zəncirindəki və yaxud yerli əsasdakı digər KOM-lar,

c) təlim və maarifləndirmə proqramları üçün standartlaşdırma təşkilatları, KOM assosiasiyaları, ticarət palataları, və

d) məhsuldarlıq təkmilləşdirilməsi və innovasiyanı dəstəkləmək məqsədilə universitetlər və digər tədqiqat mərkəzləri.

Ətraf mühitin idarəetmə sisteminin uğurlu təsis olunması, həyata keçirilməsi və saxlanması böyük ölçüdə yüksək rəhbərliyin öhdəliklər və səlahiyyəti təşkilat daxilində necə müəyyənləşdirməsindən asılıdır (Praktik yardım – Struktur və məsuliyyət).

c) Ətraf mühitin idarəetmə sisteminin təşkilatın bütün tətbiq olunan səviyyələrində təsis olunması, həyata keçirilməsi və saxlanmasının təmin edilməsi və

d) Ali rəhbərliyə ətraf mühitin idarəetmə sisteminin fəaliyyəti və onun təkmilləşmə üçün imkanları barədə hesabat vermək

üçün yetərli dərəcədə səlahiyyət, bilik, bacarıq və resurslarla birlikdə nümayəndə(lər) və yaxud funksiya(lar) təyin etməlidir.

Rəhbərliyin nümayəndəsinin səlahiyyətlərinə maraqlı tərəflərlə ətraf mühitin idarəetmə sisteminə aid olan məsələlər barəsində qarşılıqlı təsir aid edilə bilər. Rəhbərliyin nümayəndəsinin təşkilat daxilində digər müxtəlif səlahiyyətləri ola bilər. Kiçik təşkilatlarda baş menecer bu funksiyanı həyata keçirə bilər.

Təşkilat işləri onunətraf mühitin idarəetmənə aid olan, təşkilat üçün və yaxud onun adından çalışan şəxslərin öhdəlikləri və səlahiyyətlərini müəyən etməli və əlaqələndirməlidir. Ekoloji öhdəliklərə ekoloji funksiya ilə məhdudlaşan kimi baxılmamalıdır, eləcə də onlara operativ idarəçilik və yaxud digər işçi funksiyaları kimi təşkilatın başqa sahələri də (məsələn, satınalma, mühəndislik, keyfiyyət və s.) daxil edilə bilər. Ali rəhbərlik tərəfindən təmin edilən ehtiyatlar təyin edilmiş öhdəliklərin yerinə yetirilməsinə imkan verməlidir. Təşkilatın strukturunda dəyişiklik baş verdikdə öhdəlik və səlahiyyətlər nəzərdən keçirilməlidir.

Praktik yardım – Struktur və öhdəlik

Ətraf mühitin idarəetmə sisteminin səmərəli təşkilini və həyata keçirilməsini təmin etmək üçün müvafiq öhdəlikləri təyin etmək zəruridir.

Aşağıdakı nümunələr ekoloji öhdəlikləri əks etdirir.

Ekoloji öhdəliklərin nümunəsi

Məsul olan səciyyəvi şəxs(lər)

Ümumi istiqaməti təyin etmək

Ekoloji siyasəti işləyib hazırlamaq

Ekoloji məqsədləri, hədəfləri və proqramları hazırlamaq

Ətraf mühitin idarəetmə sisteminin ümumi fəaliyyətini müşahidə etmək

Qüvvədə olan hüquqi tələblər və təşkilatın qoşulduğu digər tələblərə uyğunluğa əmin olmaq

Davamlı təkmilləşdirməni təşviq etmək

Müştərilərin gözləntilərini müəyyən etmək

Təchizatçılar üçün tələbləri müəyyənləşdirmək

Mühasibatlıq prosedurlarını işləyib hazırlamaq və saxlamaq

Ətraf mühitin idarəetmə sisteminin tələblərinə cavab vermək

Ətraf mühitin idarəetmə sisteminin işini nəzərdən keçirmək

Prezident, baş icraçı direktor (BİD), Direktorlar şurası

Prezident, BİD və müvafiq qaydada digərləri

Satış və marketinq işçiləri

Satınalanlar, alıcılar

Maliyyə/mühasibatlıq menecerləri

Təşkilat üçün və ya onun adından işləyən bütün şəxslər

Qeyd: Şirkətlər və institutların öz iş proseslərinə əsaslanan ətraf mühitin idarəetmə öhdəliklərinin müəyyən edilməsi üçün müxtəlif təşkilati quruluşları və ehtiyacları mövcuddur. Kiçik və orta müəssisələrin mövcudluğu halında misal üçün, sahibkar özü bütün bu fəaliyyətlər üçün səlahiyyətli ola bilər.

4.4.2 Bacarıq, təlim və maarifləndirmə

Ali rəhbərlik maarifçiliyin təşkili və işçiləri təşkilatın ekoloji dəyərlərini izah etməklə həvəsləndirilməsi, özünün ekoloji siyasətə sadiqliyini başqalarına çatdırmaq və təşkilat üçün və ya onun adından işləyən bütün şəxslərin onların məsul olduqları və yaxud hesabat verdikləri ekoloji məqsəd və hədəflərə çatmağın vacibliyini qəbul etməyə təşviq edilməsi üzrə əsas məsuliyyət daşıyır. Bu, paylaşılan ekoloji dəyərlər kontekstində fərdi insanların öhdəliyidir, hansı ki ətraf mühitin idarəetmə sistemini kağız işindən səmərəli prosesə çevirir. Təşkilat üçün və ya onun adından işləyən şəxslər təkmilləşdirilmiş ekoloji fəaliyyətə gətirib çıxara bilən təkliflər etməyə həvəsləndirilməlidir.

Təşkilat təmin etməlidir ki, həmin təşkilat üçün və ya onun adından işləyən bütün şəxslər ekoloji siyasətə və ətraf mühitin idarəetmə sisteminin tələblərinə əməl etməyin vacibliyi, ətraf mühitin idarəetmə sistemi daxilində öz vəzifə vəsəlahiyyətləri, özlərinin iş fəaliyyətlərinin mühüm faktiki və ya potensial ekoloji aspektləri və aidiyyəti təsirləri, təkmilləşdirilmiş fəaliyyətin səmərələri və qüvvədə olan ətraf mühitin idarəetmə sisteminin tələblərindən kənara çıxmağın nəticələri barədə məlumatlıdırlar.

Qeyd 1: Təşkilat üçün və ya onun adından işləyən bütün şəxslərə işçilər, podratçılar və mümkün olduqca digər cəlb edilmiş tərəflər aiddir.

Mühüm faktiki və ya potensial ekoloji aspekt(lər)i və aidiyyəti təsir(lər)i özündə ehtiva edən işləri həyata keçirən bu şəxslər bunu elə üsulla etməyi bacarmalıdırlar ki, ətraf mühitin idarəetmə sisteminin tələblərinə cavab vermiş olsunlar. Özünün ekoloji aspektlərinin idarəetmə üçün ən vacib olan fəaliyyətlər üzrə təşkilat fərdləri bunları həyata keçirmək üçün səlahiyyətli edəcək bilik, anlayış, qabiliyyətlər və bacarıqları müəyyən etməlidir. Tələb olunan bacarıq müəyyən edildikdən sonra təşkilat bu fəaliyyətləri yerinə yetirən şəxslərin tələb olunan bacarığa malik olduqlarından əmin olmalıdır.

Qeyd 2: Auditor bacarıqları üçün 4.5.5-ə baxın.

Səlahiyyət müvafiq təhsil, təlim, keyfiyyətlər və/və ya təcrübəyə əsaslanır. Səlahiyyət tələbləri təşkilat üçün və ya onun adından çalışan şəxsləri işə götürərkən, təlim keçərkən və onların gələcək bilik və bacarıqlarını formalaşdırarkən nəzərə alınmalıdır. Səlahiyyətlər həmçinin podratçıları və təşkilat üçün və ya onun adından çalışan digərlərini seçərkən nəzərə alınmalıdır.

Təşkilat fəaliyyəti yerinə yetirmək üçün bacarıq və həminişi görmək üçün zəruri olan fərdin malik olduğu bacarıqlar arasında hər-hansı fərqləri müəyyənləşdirməli və qiymətləndirməlidir. Bu fərq əlavə təhsil, təlim, bacarıqların inkişafı və s. vasitəsilə tənzimlənə bilər.

Təlim proqramları ətraf mühitin idarəetmə sisteminin çərçivəsində müəyyən edilmiş öhdəlikləri əks etdirməli və audiensiyanın mövzu ilə əlaqədar mövcud bilik və anlayışlarını nəzərə almalıdır. Ətraf mühitin idarəetmə sistemi ilə əlaqədar təlim proqramlarına bunlar aid edilə bilər:

a) işçinin təlim ehtiyaclarının müəyyənləşdirilməsi,

b) müəyyənləşdirilmiş təlim ehtiyaclarının ödənilməsi üçün təlim planının tərtibi və hazırlanması,

c) ətraf mühitin idarəetmə sisteminin təlim tələbləri ilə uyğunluğun yoxlanması,

d) hədəf işçi qruplarının təlimi,

e) keçilmiş təlimin sənədləşdirilməsi və monitorinqi, və

f) müəyyənləşdirilmiş təlim ehtiyacları və tələblərinə qarşı alınmış təlimin qiymətləndirilməsi.

Praktik yardım – Bacarıq, təlim və məlumatlılıq

Təşkilat tərəfindən təqdim oluna bilən ekoloji təlimin növlərinə dair nümunələr aşağıdakı kimidir:

Ətraf mühitin idarəetməsinin vacibliyinə dair məlumatlılığın artırılması

Ümumi ekoloji məlumatlılığın artırılması

Ətraf mühitin idarəetmə sisteminin tələblərinə dair təlim

Bacarıqların genişləndirilməsi

Ətraf mühitin idarəetmə sistemində səlahiyyətləri olan şəxslər

Ekoloji səlahiyyətli işçilər

Fəaliyyətləri uyğunluğa təsir göstərə bilən işçilər

Təşkilatın ekoloji siyasətinə dair öhdəlik və uzlaşma əldə etmək

Təşkilatın ekoloji siyasəti, məqsəd və hədəflərinə dair öhdəlik əldə etmək və fərdi məsuliyyət hissi aşılamaq

Tələblərə necə cavab vermək, prosedurları həyata keçirmək barədə göstəriş vermək

Təşkilatın, misal üçün əməliyyatlar, tədqiqat və inkişaf və mühəndislik kimi sahələrində fəaliyyətin təkmilləşdirilməsi

Tənzimləyici təlim tələblərinə riayət olunmasına nail olmaq və qüvvədə olan hüquqi tələblər və təşkilatın qoşulduğu digər tələblərə əməl edilməsinin təkmilləşdirilməsi

Ümumi təlimat – Kommunikasiya

Təşkilatdaxili və xarici çərçivədə özünün ekoloji siyasəti, fəaliyyəti və yaxud digər informasiyanı öz ehtiyacları və maraqlı tərəflərin ehtiyaclarına əsaslanaraq çatdırmaq üçün prosedurlar təşkil etməli, gerçəkləşdirməli və saxlamalıdır. Maraqlı tərəflərə misal üçün, qonşular, qeyri-hökumət təşkilatları, müştərilər, podratçılar, təchizatçılar, investorlar, qəza xidmətləri və tənzimləyicilər aid edilə bilər.

Bu cür kommunikasiyanın məqsədləri və səmərələrinə aşağıdakıları daxil etmək olar:

a) Ekoloji fəaliyyəti təkmillləşdirmək üçün təşkilatın öhdəliklərini və səylərini, eləcə də bu cür səylərin nəticələrini nümayiş etdirmək,

b) Təşkilatın ekoloji siyasəti, ekoloji fəaliyyəti və digər müvafiq uğurları haqqında məlumatlılığın artırılması və dialoqun təşviq edilməsi,

c) Suallar, mülahizələr və ya digər məlumatların qəbul edilməsi, nəzərə alınması və cavablandırılması, və

d) Ekoloji fəaliyyətin davamlı təkmilləşdirilməsinin təşviqi.

4.4.3.1 Daxili kommunikasiya

Təşkilat daxilində səviyyələr və funksiyalar arasında kommunikasiya ətraf mühitin idarəetmə sisteminin səmərəliliyi üçün vacibdir. Misal üçün, kommunikasiya problemlərin həllində, fəaliyyələtin əlaqələndirilməsində, fəaliyyət planlarının izlənməsində və ətraf mühitin idarəetmə sisteminin daha da inkişafında əhəmiyyətlidir. Təşkilatın işçilərinə müvafiq informasiyanın çatdırılması onları həvəsləndirməyə və təşkilatın öz ekoloji fəaliyyətini təkmilləşdirmək səylərinin qəbul edilməsinə təşviqinə xidmət edir. Bu işçilərə öz öhdəliklərini yerinə yetirməyə və təşkilata özünün ekoloji məqsəd və hədəflərinə əməl etməyə yardımçı ola bilər. Təşkilat bütün səviyyələrdən cavab almağı və onları cəlb etməyi və işçilərin təklif və mülahizələrini qəbul etməyi və onları cavablandırmağı təşviq edən prosesə malik olmalıdır. Əksər hallarda podratçılar və təchizatçılar kimi təşkilatın adından çalışan başqalarına infomasiya ötürmək vacib olacaqdır. Ətraf mühitin idarəetmə sisteminin monitorinqi, audit və rəhbərlik tərəfindən təhlillərdən alınmış nəticələr təşkilat daxilində müvafiq şəxslərlə əlaqələndirilməlidir.

Müxtəlif daxili kommunikasiya metodları mümkündür, məsələn iclasların protokolları, bülleten-lövhə məlumatları, daxili bülletenlər, təklif qutuları/sxemləri, veb səhifələr, e-poçt, görüşlər və birgə komitələr.

4.4.3.2 Xarici (kənar) kommunikasiya

Kənar maraqlı tərəflərlə kommunikasiya ətraf mühitin idarəedilməsi üçün vacib və səmərəli vasitə ola bilər. İşlək metodlar xarici kommunikasiyanın səmərəliliyini artıra bilər. Təşkilat onun xüsusi vəziyyətlərinə münasib olan kommunikasiya planını işləyib hazırlayarkən potensial xərc və səmərələri nəzərə almalıdır. O, həmçinin özünün maraqlı tərəfləri ilə təchizat və məhsul tsiklinə aid olanlar daxil olmaqla ekoloji aspektləri barəsində kənar kommunikasiya qurmaq haqqında düşünməlidir.

Ən azı təşkilat kənar tərəflərdən müvafiq kommunikasiya qəbul etmək, sənədləşdirmək və onlara cavab vermək üçün prosedurlar təşkil etməli, gerçəkləşdirməli və saxlamalıdır. Təşkilat həmçinin özünün kənar kommunikasiya üçün prosedurlarını sənədləşdirməyi faydalı hesab edə bilər.

Təşkilat işlək əsasda xarici kommunikasiya qurmaqla əlaqədar hansı qərar qəbul etsə, onun bu qərarı qeyd olunmalıdır. Təşkilat kənar maraqlı tərəflərlə onlara təsir göstərə bilən və yaxud aid olan fövqəladə hallar və yaxud qəzalar olduğu təqdirdə ünsiyyət qurmaq üçün hazır prosesə malik olmalıdır.

Təşkilatın ətraf mühitin idarəetmə səylərini anlamaq və qəbul etməyi həvəsləndirə bilən və maraqlı tərəflərlə dialoqu təşviq edən müxtəlif kənar kokkunikasiya metodları mümkündür. Kommunikasiya metodlarına aiddir: misal üçün qeyri-formal müzakirələr, təşkilatın açıq günləri, diqqət qrupları, icma dialoqu, icma tədbirlərinə cəlb olunma, veb səhifələr və e-poçt, press relizlər, elanlar və dövri bülletenlər, illik (yaxud dövri) hesabatlar və qaynar xətlər.

Praktik yardım – Daxili və xarici kommunikasiya

Yayılmalı informasiya nümunlərinə aiddir:

a) təşkilat haqqında ümumi məlumat,

b) əgər istifadə olunursa rəhbərliyin bəyanatı,

c) ekoloji siyasət, məqsədlər və hədəflər,

d) ətraf mühitin idarəetmə prosesləri (işçi və maraqlı tərəflərin cəlb edilməsi daxil olmaqla)

e) təşkilatın davamlı təkmilləşdirmə və çirklənmənin qarşısının alınması öhdəliyi,

f) məhsullar və xidmətlərin ekoloji aspektlərinə dair informasiya, misal üçün ekoloji işarələmə və bəyannamələrlə açıqlanan,

g) tendensiyalar (məsələn, tullantıların azaldılması, məhsula nəzarət, keçmiş fəaliyyət) da daxil olmaqla təşkilatın ekoloji fəaliyyətinə dair informasiya,

h) təşkilatın hüquqi və onun qoşulduğu digər tələblərə əməl etməsi və müəyyənləşdirilmiş uyğunsuzluq hallarına cavab olaraq görülən düzəldici tədbirlər,

i) hesabatlarda əlavə informasiya, lüğətlər kimi,

j) xərclərə qənaət və ya ekoloji layihələrə yatırılmış investisiya kimi maliyyə məlumatları,

k) təşkilatın ekoloji fəaliyyətini təkmilləşdirmək üçün potensial strategiyalar,

l) ekoloji hadisələrə dair informasiya və

m) daha geniş informasiya üçün mənbələr, əlaqə şəxsləri və ya veb səhifələr kimi.

Həm daxili və həm də xarici kommunikasiya üçün bunları xatırlamaq vacibdir:

- informasiya ətraflı və adekvat izah oluna bilən olmalıdır,

- informasiya nəzərəçarpan olmalıdır,

- təşkilat öz fəaliyyəti haqqında dəqiq təsəvvür oyatmalıdır,

- əgər mümkünsə, informasiya müqayisə oluna bilən formalarda (məsələn, eyni ölçmə vahidlərində) təqdim olunmalıdır.

4.4.3.3. Kommunikasiya prosesi

Təşkilat kommunikasiya proqramlarını tərtib edərkən özünün təbiəti və ölçüsünü, mühüm ekoloji aspektlərini və maraqlı tərəflərin təbiəti və ehtiyaclarını nəzərə almalıdır.

Təşkilat aşağıdakı proses mərhələlərini nəzərə almalıdır:

a) informasiya toplamaq, yaxud maraqlı tərəflərdən də daxil olmaqla sorğuların tərtib olunması,

b) hədəf audiensiyanı və informasiya, yaxud dialoq ehtiyaclarını müəyyənləşdirmək,

c) audiensiyanın maraqlarına uyğun informasiyanın seçilməsi,

d) hədəf audiensiyaya çatdırılmalı informasiya barəsində qərar vermək,

e) kommunikasiya üçün hansı metodların münasibliyini müəyyənləşdirmək,

f) kommunikasiya prosesinin səmərəliliyini qiymətləndirmək və mütəmadi olaraq müəyyən etmək.

Özünün ətraf mühitin idarəetmə sisteminin anlaşılan və səmərəli fəaliyyət göstərən olmasını təmin etmək üçün təşkilat adekvat sənədləşdirmə tərtib etməli və saxlamalıdır.Belə sənədləşdirmənin məqsədi işçilərə və münasib olduqda digər maraqlı tərəflərə zəruri informasiyanın çatdırılmasıdır. Sənədləşdirmə elə üsulla toplanmalı və saxlanmalıdır ki, təşkilatın mövcud informasiya sisteminin üzərində qurularaq və bu sistemi təkmilləşdirərək, onun mədəniyyəti və ehtiyaclarını əks etdirsin. Sənədləşdirmənin hüdudları təşkilatdan təşkilata fərqli ola bilər, lakin o, ətraf mühitin idarəetmə sistemini təsvir etməlidir (Aşağıda praktiki yardım – sənədləşdirməyə baxın).

Təşkilat informasiyanı təlimat formasında ümumiləşdirməyi seçə bilər, hansı ki ətraf mühitin idarəetmə sisteminin icmalını və yaxud cəmini təşkil edir və aidiyyəti sənədləşdirməyə istiqamət verə bilər. İstənilən belə ətraf mühitin idarəetmə sistemi təlimatının strukturunun ISO 14001 və yaxud digər hər-hansı standartın strukturuna əməl etməsi zəruri deyil.

Özünün əsas proseslərinin (yəni onun müəyyənləşdirilmiş mühüm ekoloji aspektləri ilə əlaqədar olanların) səmərəli idarəedilməsi üçün təşkilat hər bir prosesin icrasının müəyyənləşdirilmiş üsulunu münasib təfsilatı ilə təsvir edən prosedur(lar) yaratmalıdır. Əgər təşkilat proseduru sənədləşdirməmək qərarına gələrsə, müvafiq işçilər kommunikasiya və ya təlim vasitəsilə məlumatlandırılmalıdır (4.4.2-yə baxın).

Sənədlər onlarda mövcud olan informasiyaya ehtiyacı olanlar üçün faydalı, aydın, asan anlaşılan və əldə edilə bilən istənilən formada (kağız, elektron, foto, posterlər) saxlana bilər. Sənədləri elektron formada saxlamağın üstünlükləri ola bilər, belə ki, asan yenilənmək, nəzarət əldəetmək və bütün istifadəçilərin sənədin keçərli variantlarından istifadə etmələrinə əminlik kimi.

Əgər ətraf mühitin idarəetmə sisteminin prosesləri digər idarəçilik sistemlərinin prosesləri ilə uzlaşdırılmışdırsa, təşkilat müvafiq ekoloji sənədləşməni bu digər idarəçilik sistemlərinin sənədləri ilə birləşdirə bilər.

Praktik yardım – Sənədləşdirmə

Sənədlərin nümunələrinə aiddir:

a) siyasət, məqsəd və hədəflər haqqında bəyanat,

b) ətraf mühitin idarəetmə sisteminin həcminin təsviri,

c) proqram və öhdəliklərin təsviri,

d) mühüm ekoloji aspektlərə dair məlumat,

f) proses informasiyası,

g) təşkialti sxemlər,

h) daxili və xarici standartlar,

i) sahə qəza planları və

4.4.5 Sənədlərə nəzarət

Ətraf mühitin idarəetmə sisteminin sənədlərinə nəzarət

a) sənədlərin müvafiq təşkilat, bölmə, funksiya, fəaliyyət və ya əlaqələndirici şəxslə müəyyən edilə bilməsini,

b) sənədlərin (qeydlərdən başqa) müntəzəm nəzərdən keçirilməsini, lazım gəldikdə düzəliş edilməsini və istifadədən öncə səlahiyyətli işçilər tərəfindən təsdiqlənməsini,

c) müvafiq sənədlərin cari versiyasının sistemin səmərəli fəaliyyəti üçün mühüm olan əməliyyatların həyata keçirildiyi bütün məkanlarda mövcud olmasını,

d) köhnə sənədlərin dərhal bütün buraxılış nöqtələrindən və istifadə məntəqələrindən yığışdırılmasını təmin etmək üçün vacibdir. Bəzi hallarda, misal üçün hüquqi və/və ya biliyin saxlanması məqsədilə köhnə sənədlər saxlana bilər.

Sənədlər aşağıdakılar vasitəsilə səmərəli şəkildə nəzarətdə saxlana bilər:

- Unikal başlıq, nömrə, tarix, düzəliş, düzəliş tarixi və səlahiyyətin daxil olduğu müvafiq sənəd formatı hazırlamaq,

- Sənədlərin yoxlanmasını və təsdiqini yetərli texniki bacarıq və təşkilati səlahiyyəti olan şəxslərə tapşırmaq, və

- Səmərəli sənəd paylanması sistemini saxlamaq.

4.4.6 Əməliyyat nəzarəti

Ümumi təlimat– Əməliyyat nəzarəti

Təşkilat özünün ekoloji siyasət öhdəliklərini yerinə yetirmək, məqsəd və hədəflərinə çatmaq, qüvvədə olan hüquqi tələblər və təşkilatın qoşulduğu digər tələblərə riayət etmək və özünün mühüm ekoloji aspektlərini idarə etmək üçün bəzi növ operativ nəzarətləri tətbiq etməyə ehtiyac duyur. Səmərəli və işlək əməliyyat nəzarətlərini planlaşdırma üçün təşkilat belə nəzarətlərə harda və hansı məqsədlə ehtiyac duyulduğunu müəyyənləşdirməlidir. O, təşkilatın ehtiyaclarına cavab verən növ və səviyyələr təyin etməlidir. Seçilmiş operativ nəzarətlər onların davamlı səmərəliliyi üçün mütəmadi saxlanmalı və qiymətləndirilməlidir.

4.4.6.1 Operativ nəzarətlər üzrə ehtiyacların müəyyənləşdirilməsi

Təşkilat operativ nəzarətlərdən

a) müəyyənləşdirlmiş mühüm ekoloji aspekləti idarə etmək,

b) hüquqi tələblər və təşkilatın qoşulduğu digər tələblərə riayət olunmasını təmin etmək,

c) məqsəd və hədəflərə nail olmaq və çirklənmənin qarşısının alınması və davamlı təkmilləşdirmə də daxil olmaqla özünün ekoloji siyasəti ilə uyğunluğun təmin edilməsi,

d) ekoloji risklərdən qaçınmaq və ya onları azaltmaq üçün istifadə edə bilər.

Operativ nəzarət üçün ehtiyacları müəyyənləşdirərkən təşkilat satınalma, satışlar, marketinq, araşdırma və inkişaf, layihələndirmə və mühəndislik kimi idarəçilik funksiyalarına aid olanları; istehsal, texniki xidmət, laboratoriya analizi və məhsulun saxlanması kimi gündəlik proseslər və məhsul və xidmətlərin çatdırılması kimi kənar proseslər də daxil olmaqla özünün bütün əməliyyatlarını nəzərə almalıdır.

Təşkilat həmçinin podratçılar və ya təchizatçıların onun ekoloji aspektləri idarə etmək, məqsəd və hədəflərə çatmaq qabiliyyətinə necə təsir göstərə biləcəkləri və qüvvədə olan hüquqi tələblər və təşkilatın qoşulduğu digər tələblərə başqa cür necə əməl edəcəklərini düşünməlidir. Təşkilat sənədləşdirilmiş prosedurlar, müqavilələr və ya təchizatçı razılaşmaları kimi zəruri olan əməliyyat nəzarətlərini təşkil etməli və onları müvafiq şəkildə öz podratçıları və təchizatçılarına bildirməlidir.

4.4.6.2 Əməliyyat nəzarətlərini təşkil etmək

Əməliyyat nəzarətləri müxtəlif formalarda ola bilər, prosedurlar, iş göstərişləri, fiziki nəzarətlər, təlim görmüş personaldan istifadə və yaxud bunların hər-hansı kombinasiyası kimi. Spesifik nəzarət metodlarının seçimi əməliyyatı həyata keçirən insanların bacarıqları və təcrübəsi və əməliyyatın özünün mürəkkəbliyi və ekoloji əhəmiyyəti kimi bir sıra amillərdən asılıdır.

Əməliyyat nəzarətlərini təşkiletmək üçün ümumi yanaşmaya bunlar daxildir:

a) nəzarət metodunun seçimi,

b) qəbul olunan fəliyyət kriteriyasının seçilməsi,

c) zəruri olduqca müəyyənləşdirilmiş əməliyyatların necə planlaşdırılmasını, həyata keçirilməsini və yoxlanmasını təyin edən prosedurların təşkili və

d) bu prosedurların lazım gəldikdə göstərişlər, işarələr, formalar, videolar, fotoşəkillər və. üsulla sənədləşdirilməsi.

Prosedurlar, iş göstərişləri və digər nəzarət mexanizmlərindən əlavə, əməliyyat nəzarətlərinə əməliyyat kriteriyasının ölçülməsi və qiymətləndirilməsi və ona əməl olunmasının müəyyənləşdirilməsi üzrə müddəalar aid edilə bilər.

Təşkilat özünün nəzarətləri davamlı şəkildə həyata keçirmək qabiliyyətini genişləndirmək üçün prosedurlar təşkil etməyi seçə bilər. Əməliyyat nəzarətləri təşkilatın ətraf mühitin idarəetmə proqramlarının mühüm tərkib hissəsi ola bilər (4.3.3.2).

Əməliyyat nəzarətləri onların planlaşdırılmış şəkildə yerinə yetirildiyini təmin etmək üçün nəzarət funksiyalarına cəlb edilmiş şəxslərin təliminə də diqət yetirməlidir.

Qeyd: Təlim üzrə geniş təlimat üçün 4.4.2-yə baxın.

Əməliyyat nəzarətləri təşkil olunduqdan sonra təşkilat bu nəzarətlərin davamlı tətbiq edilməsini və eləcə də onların səmərəliliyini müşahidə etməli və zərurət yarandıqca düzəldici tədbirlər planlaşdırmalı və görməlidir.

Praktik yardım– Əməliyyat nəzarəti

Təşkilat əməliyyat nəzarətlərini təşkil edərkən və ya onlara düzəliş edərkən özünün mühüm ekoloji aspektləri ilə əlaqədar olan müxtəlif əməliyyatları nəzərə almalıdır. Belə əməliyyatlara dair nümunələrə daxildir:

a) mülkiyyət və ya infrastrukturun əldə edilməsi, inşası və ya dəyişdirilməsi,

b) müqavilə ilə iş gördürmək,

d) xammalın idarəedilməsi və saxlanması,

e) marketinq və reklam,

f) istehsal və saxlama prosesləri,

h) araşdırma, layihələndirmə və inkişaf mühəndisliyi,

i) məhsulların saxlanması,

k) utilizasiya prosesləri (məsələn, enerji və su təchizatı, təkrar emal, tullantıların və çirkab suların idarəedilməsi).

4.4.7 Fövqəladə hallara hazırlıq və cavab

Təşkilat kəskin ekoloji təsirləri ola bilən potensial fövqəladə halları və potensial qəzaları necə müəyyən etməyi və belə hallar baş verərsə müvafiq azaldılma və cavab tədbirlərini təfsilatı ilə göstərən prosedurlar təşkil etməli həyata keçirməli və saxlamalıdır. Prosedurlar və aidiyyəti nəzarətlərə harda mümkündürsə bunların nəzərə alınması daxil edilməlidir:

a) atmosferə qəza nəticəsində buraxılan emissiyalar,

b) su və torpağaq qəza nəticəsində atılmalar və

c) qəza nəticəsində atılmalardan yaranan spesifik ekoloji və ekosistem təsirləri.

Prosedur(lar) anormal əməliyyat şərtlərinin potensial nəticələrini, potensial fövqəladə halları və potensial qəzaları nəzərə almalıdır.

Praktik yardım – Fövqəladə hallara hazırlıq və cavab

Özünün ayrıca ehtiyaclarına uyğun gələn fövqəladə hallara hazırıq və cavab prosedurunun təşkil edilməsi hər bir təşkilatın öhdəliyidir. Öz prosedurlarını yaradarkən təşkilat aşağıdakıların nəzərə alınmasını daxil etməlidir:

a) sahədəki təhlükələrin təbiəti (misal üçün alışa bilən maye, saxlama çənləri, sıxılmış qazlar və dağılma və yaxud qəza nəticəsində axmalar olduqda görülməli tədbirlər),

b) fövqəladə hal və ya qəzanın ən çox ehtimal edilən növü və miqyası,

c) yaxındakı infrastrukturda (məsələn zavod, yol, dəmiryol xətti) fövqəladə hal(lar) və ya qəza(lar) potensialı,

d) xammalın idarəedilməsi və saxlanması,

e) ekoloji ziyanı azaltmaq üçün tələb olunan tədbirlər,

f) fövqəladə hala cavab personalının təlimi,

g) fövqəladə təşkilatlanma və öhdəlik,

h) evakuasiya marşrutları və toplanma məntəqələri,

i) əsas personal və yardımçı təşkilatların siyahısı, əlaqə məlumatları daxil olmaqla (məsələn, yanğın departamenti, dağılmış maddənin təmizlənməsi xidməti),

j) qonşu təşkilatlardan qarşılıqlı yardım imkanı,

k) daxili və xarici kommunikasiya planları,

l) müxtəlif növ qəzalar və fövqəladə hallar üçün görülməli olan azaldılma və cavab tədbirləri,

m) düzəldici və qabaqlayıcı tədbilərin təşkili və həyata keçirilməsi üçün qəzadan sonrakı qiymətləndirmədən ötrü prosesə ehtiyac,

n) fövqəladə hallara cavab prosedurlarının mütəmadi sınağı,

o) hər bir materialın ətraf mühitə potensial təsiri dədaxil olmaqla təhlükəli maddələr və qəza nəticəsində boşalmalar baş verdikdə görülməli tədbirlər haqqında informasiya,

p) təlim planları və səmərəlilik üçün sınaqlar və

q) düzəldici və qabaqlayıcı tədbirləri təyin etmək üçün qəzadan sonrakı qiymətləndirmə prosesi.

Ümumi təlimat– Yoxlama

Yoxlamaya təşkilatın ekoloji fəaliyyətinin ölçülməsi, monitorinqi və qiymətləndirilməsi daxildir. Mümkün problemləri onlar baş verməzdən öncə müəyyən etmək və qarşısını almaq üçün qabaqlayıcı tədbirlərdən istifadə olunmalıdır. İslahedici tədbir ətraf mühitin idarəetmə sistemində problemlərin müəyyən edilməsi və düzəldilməsindən ibarətdir.

Ətraf mühitin idarəetmə sistemində uyğunsuzluğun müəyyənləşdirilməsi və düzəldici və ya qabaqlayıcı tədbirin görülməsi prosesi təşkilata ətraf mühitin idarəetmə sistemini özünün niyyət etdiyi kimi işlətməyə və saxlamağa köməklik göstərir. Qeydlər tutmaq və onları səmərəli idarə etmək təşkilata ətraf mühitin idarəetmə sisteminin fəaliyyəti və nəticələrinə dair etibarlı informasiya mənbəyi verir. Ətraf mühitin idarəetmə sisteminin müntəzəm auditləri təşkilata sistemin plana uyğun tərtib olunduğunu və işləməsini yoxlamaqda yardımçı olur. Bütün bu vasitələr fəaliyyətin qiymətləndirilməsini dəstəkləyir.

4.5.1 Monitorinq və ölçmə

Təşkilat özünün ekoloji fəaliyyətini müntəzəm olaraq ölçmək və monitorinqini aparmaq üçün sistemli yanaşmaya malik olmalıdır. Monitorinqə vaxtaşırı ölçmələr və müşahidələr kimi informasiya toplanması daxildir. Ölçmələr kəmiyyət və ya keyfiyyət baxımından aparıla bilər. Monitorinq və ölçmələr ətraf mühitin idarəetmə sistemində aşağıdakılar kimi bir çox məqsədlərə xidmət edə bilər:

a) siyasi öhdəliklərə riayət edilməsində, məqsəd və hədəflərə nail olunmasında və davamlı təkmilləşdirmədə tərəqqinin izlənməsi,

b) mühüm ekoloji aspektləri müəyyən etmək üçün informasiyanın hazırlanması,

c) qüvvədə olan hüquqi tələblər və təşkilatın qoşulduğu digər tələblərə əməl etmək üçün emissiya və buraxılmaların monitorinqi,

d) məqsəd və hədəflərə müvəffəq olmaq üçün su, enerji və ya xammaldan istifadənin monitorinqi,

e) əməliyyat nəzarətlərini dəstəkləmək və ya qiymətləndirmək üçün məlumatla təminat,

f) təşkilatın ekoloji fəaliyyətinin dəyərləndirilməsi üçün məlumatın təmin olunması, və

g) ətraf mühitin idarəetmə sisteminin fəaliyyətini qiymətləndirmək üçün məlumatın təmin edilməsi.

Bu məqsədlərə çatmaq üçün təşkilat nəyin ölçüləcəyini, harda və nə zaman ölçülməli olduğunu və hansı metodlardan istifadə edilməsini planlaşdırmalıdır. Resursları ən vacib ölçmələrə cəmləşdirmək üçün təşkilat ölçülə bilən və ən faydalı məlumat verə bilən proses və fəaliyyətlərin əsas xüsusiyyələtlərini müəyyən etməlidir.

Qeyd: Fəaliyyət indikatorlarına dair ətraflı təlimat üçün 4.3.3.3-ə baxın.

Nəticələrin həqiqiliyini təmin etmək üçün ölçmələr müvafiq proseslərlə nəzarət oluna şəraitdə aparılmalıdır, monitorinq və ölçmə avadanlığının adekvat kalibrlənməsi və yoxlanması, ixtisaslı personaldan istifadə olunması, uyğun keyfiyyətə nəzarət metodlarından istifadə kimi.

Etibarlı nəticələri təmin etmək zəruri olduqda ölçmə avadanlığı müəyyən edilmiş intervallarda və yaxud istifadədən öncə beynəlxalq və ya milli ölçmə standartlarına aid edilə bilən ölçmə standartlarına qarşı kalibrlənməli, yaxud yoxlanmalıdır. Əgər heç bir belə standart mövcud deyilsə, kalibrləmə üçün istifadə olunan əsas qeyd edilməlidir. Ölçmə və monitorinq aparmaq üçün yazılı prosedurlar ölçmələrdə davamlılığın təmin edilməsi və hazırlanan məlumatın etibarlılığının artırılmasında yardımçı ola bilər.

Ölçmə və monitorinqin nəticələri həm uğurların və həm dədüzəldilmə və ya təkmilləşdirmə tələb edən sahələrin müyyən edilməsi üçün təhlil edilməli və onlardan istifadə olunmalıdır.

4.5.2 Uyğunluğun qiymətləndirilməsi

Təşkilat özünün uyğunluq öhdəliyinin tərkib hissəsi kimi onun ekoloji aspektlərinə tətbiq olunan hüquqi tələblərə uyğunluğun mütəmadi olaraq qiymətləndirilməsi üçün prosedurlar yaratmalı, həyata keçirməli və onları saxlamalıdır. Təşkilat bu qiymətləndirmənin nəticələrini qeyd etməlidir.

Uyğunluq qiymətləndirməsinin həcmi çoxsaylı hüquqi tələbləri və yaxud tək bir tələbi əhatə edə bilər. Uyğunluğu qiymətləndirmək üçün aşağıdakılar kimi müxtəlif metodlardan istifadə oluna bilər

b) sənəd və/və ya qeydlərin icmalı,

c) infrasrukturun (bina, zavod, istehsal sahəsi və s.) təftişi,

e) layihə və yaxud iş icmalları,

f) müntəzəm nümunə təhlili və yaxud sınaq nəticələri və/və ya yoxlanma nümunə götürməsi/sınağı və

g) məkanda gəzinti və/və ya birbaşa müşahidə.

Təşkilat uyğunluğun qiymətləndirilməsi üçün onun ölçüsünə, növünə və mürəkkəbliyinə müvafiq olan tezlik və metodologiya təyin etməlidir. Tezliyə keçmiş uyğunluq fəaliyyəti və yaxud spesifik hüquqi tələblər kimi amillər təsir göstərə bilər. Dövri olaraq keçirilən müstəqil icmal səmərəli ola bilər.

Uyğunluğun qiymətləndirilməsi proqramı digər qiymətləndirmə fəaliyyətləri ilə inteqrasiya oluna bilər. Bunlara idarəçilik sistemi auditləri, sağlamlıq və təhlükəsizlik qiymətləndirmələri və yaxud təftişlər və ya keyfiyyətə əminlik yoxlamaları aid edilə bilər.

Eynilə də, təşkilat qoşulduğu digər tələblərə uyğunluğunu müntəzəm olaraq qiymətləndirməlidir (digər tələblərə dair ətrafı təlimat üçün 4.3.2.2-yə baxın). Təşkilat belə qiymətləndirməni aparmaq üçün ayrıca proses təyin etməyi arzu edə bilər və yaxud bu qiymətləndirmələri özünün hüquqi tələblərə uyğunluğunun qiymətləndirməsi (yuxarı baxın), idarəçilik icmalı prosesi (4.6-ya baxın) və yaxud digər qiymətləndirmə prosesləri ilə birləşdirməyi seçə bilər. Bu dövrü qiymətləndirmələrin qeydləri saxlanmalıdır.

4.5.3 Uyğunsuzluq, düzəldici və qabaqlayıcı tədbirlər

Ətraf mühitin idarəetmə sisteminin davam edən vəziyyətdə səmərəli olması üçün təşkilatın faktiki və potensial uyğunsuzluqların müəyyənləşdirilməsi, düzəlişlər edilməsi və düzəldici və qabaqlayıcı tədbirlər görməsi, problemlərin qarşısını onlar baş verməzdən öncə alması üçün sistemli metoda malik olmalıdır. Uyğunsuzluq tələbin yerinə yetirilməməsidir. Tələb idarəçilik sistemi ilə əlaqədə, yaxud ekoloji fəaliyyət baxımından qoyula bilər. Sistemin bir hissəsinin nəzərdə tutulduğu kimi işləmədiyi, yaxud ekoloji fəaliyyət tələblərinə əməl edilmədiyi zaman müyyən hallar baş verə bilər.

Belə hallara nümunə kimi

1) ekoloji məqsəd və hədəfləri təyin edə bilməmək;

2) ətraf mühitin idarəetmə sisteminin tələb etdiyi öhdəliklərin, misal üçün məqsəd və hədəflərə çatmaq üçün və ya fövqəladə hallara hazırlıq və cavab üzrə öhdəliklərin müəyyən edilməməsi; və

3) hüquqi tələblərə uyğunluğun mütəmadi qiymətləndirilməməsi.

1) enerjinin azaldılması hədəflərinə çatılmayıb;

2) texniki xidmət tələbləri planlaşdırıldığı kimi yerinə yetirilməyib; və

3) Əməliyyat kriteriyasına (məsələn, icazə verilən hədlər) əməl olunmayıb.

Ətraf mühitin idarəetmə sisteminin 4.5.5-də təsvir edilən daxili audit prosesi uyğunsuzluqların mütəmadi müəyyənləşdirilməsinin yollarından biridir. Uyğunsuzluqların təyin edilməsi həmçinin potensial və ya faktiki problemləri qeyd edən işlərə ən yaxın fərdlərlə birlikdə müntəzəm öhdəliklərin tərkib hissəsi ola bilər.

Uyğunsuzluq müəyyən edildikdə, səbəbi təyin etmək üçün araşdırılmalıdır ki, düzəldici tədbir sistemin müvafiq hissəsinə diqqəti cəmləsin. Uyğunsuzluğu həll etmək üçün plan tərtib edərkən təşkilat problemin həlli (azaldılması) üçün hansı tədbirin görülməli olduğu, vəziyyəti düzəltmək üçün (normal əməliyyat(lar)ı bərpa etmək üçün) hansı dəyişikliklərin edilməsinə ehtiyac olduğunu və problemin təkrar baş verməsinin qarşısını almaq (səbəb(lər)i aradan qaldırmaq) üçün nə edilməli olduğunu düşünməlidir. Belə tədbirlərin xarakteri və vaxt qrafiki uyğunsuzluğun təbiəti və miqyasına və ekoloji təsirə müvafiq olmalıdır.

Əgər potensial problem müəyyən edilmişdirsə, lakin heç bir faktiki uyğunsuzluq mövcud deyilsə, oxşar yanaşmadan istifadə etməklə qabaqlayıcı tədbir görülməlidir. Faktiki uyğunsuzluqların düzəldici tədbirlərinin oxşar fəaliyyətlərin baş verdiyi digər mümkün sahələrə genişləndirilməsi, tendensiya analizi, yaxud təhlükənin operativliyi tədqiqatları kimi metodlardan istifadə etməklə potensial problemlər müəyyən edilə bilər.

Rəhbərlik təmin etməlidir ki, düzəldici və qabaqlayıcı tədbirlər görülmüşdür və onların səmərəliliyinin təmin edilməsi üçün sistemli izlənmə mövcuddur.

Faktiki və potensial uyğunsuzluqların həll edilməsi və düzəldici və qabaqlayıcı tədbirlərin görülməsi üzrə prosedurların təşkil edilməsi bu prosesdə davamlılığı təmin etməyə kömək edir. Belə prosedurlar düzəldici və qabaqlayıcı tədbirlərin planlaşdırılmasında və həyata keçrilməsində öhdəlikləri, səlahiyyəti və atılmalı addımları müəyyən etməlidir. Görülmüş tədbir ətraf mühitin idarəetmə sistemində dəyişikliklərlə nəticələnirsə, proses təmin etməlidir ki, bütün aidiyyəti sənədlər, təlim və qeydlər yenilənib və təsdiqlənib və dəyişikliklər barəsində bilməli olan hər kəsə məlumat verilib.

4.5.4 Qeydlərə nəzarət

Qeydlər ətraf mühitin idarəetmə sisteminin davam edən fəaliyyəti və nəticələri haqqında sübut təqdim edir. Qeydlərin əsas xüsusiyyəti odur ki, onlar daimidirlər və adətən düzəliş edilmir. Təşkilat onun ekoloji məsələlərinin səmərəli idarəetmə üçün hansı qeydlərin tələb olunduğunu müəyyən etməlidir. Qeydlərə bunlar daxil edilməlidir:

a) qüvvədə olan hüquqi tələblər və təşkilatın qoşulduğu digər tələblərə əməl edilməsi haqqında informasiya,

b) uyğunsuzluqların və düzəldici və qabaqlayıcı tədbirlərin təfsilatları,

c) ətraf mühitin idarəetmə sisteminin auditləri və idarəçilik icmallarının nəticələri,

d) məhsulların ekoloji atributları (məsələn, kimyəvi tərkib və məxsusilik) haqqında məlumat,

e) məqsədlərin/hədəflərin yerinə yetirilməsinə dair sübut,

f) təlimdə iştirak haqqında informasiya,

g) icazələr, lisenziyalar, yaxud digər hüquqi səlahiyyət formaları,

h) təftiş və kalibrləmə fəaliyyətinin nəticələri və

i) əməliyyat nəzarətlərinin (texniki xidmət, layihələndirmə, istehsal) nəticələri.

Bu qeydlərin səmərəli nəzarəti ətraf mühitin idarəetmə sisteminin uğurlu icrası üçün mühümdür. Ekoloji qeydlərə nəzarətin aparıcı xüsusiyyətlərinə müəyyənləşdirmə, toplama, indeksləşdirmə, arxivləşdirmə, saxlanma, texniki xidmət, bərpa və davamlı istifadə aiddir.

Təşkilatın ətraf mühitin idarəetmə sisteminin daxili auditləri rəhbərliyə sistemin planlaşdırılmış tənzimləmələrə uyğun gəlməsi və düzgün şəkildə həyata keçirildiyi və saxlandığı barədə informasiyanın təyin edilməsi və rəhbərliyə çatdırılması üçün planlaşdırılmış intervallarda keçirilməlidir. Onlar həmçinin təşkilatın ətraf mühitin idarəetmə sistemində təkmilləşdirmə üzrə imkanların müəyyənləşdirilməsi üçün həyata keçirilməlidir.

Təşkilat auditlərin planlaşdırılması və keçirilməsini istiqamətləndirmək və proqram məqsədlərinə cavab vermək üçün ehtiyac olan auditləri müəyyənləşdirmək məqsədilə audit proqramını təşkil etməlidir. Proqram ekoloji aspektləri və potensial təsirləri baxımından təşkilatın əməliyyatlarının təbiətinə, keçmiş auditlərin nəticələrinə və digər müvafiq amillərə əsaslanmalıdır.

Hər bir daxili auditin bütöv sistemi əhatə etməsinə ehtiyac yoxdur, belə ki audit proqramı bütün təşkilati bölmə və funkiyaların, sistem elementlərinin və ətraf mühitin idarəetmə sisteminin tam həcminin mütəmadi olaraq auditinin aparıldığını təmin edir.

Auditlər obyektiv və müstəqil auditor(lar) tərəfindən, harda lazımdırsa təşkilat daxilindən və ya kənardan seçilmiş texniki ekspertlərin yardımı ilə planlaşdırılmalı və keçirilməlidir. Onların birgə səlahiyyəti hər-hansı bir auditin məqsəd və həcminə cavab vermək və nəticələrin üzərinə qoyula bilən etibarlılıq dərəcəsini təmin etmək üçün yetərli olmalıdır.

Ətraf mühitin idarəetmə sisteminin daxili auditinin nəticələri hesabat formasında təqdim oluna və spesifik uyğunsuzluqları düzəltmək və ya qarşısını almaq, audit proqramının bir və ya daha artıq məqsədlərini yerinə yetirmək və idarəçilik icmalının keçirilməsinə töfhə vermək üçün istifadə edilə bilər.

Qeyd:ətraf mühitin idarəetmə sisteminin auditinə dair təlimat üçün ISO 19011-ə baxın.

4.6 Rəhbərlik tərəfindən təhlil

Ümumi təlimat – Rəhbərlik tərəfindən təhlil

Təşkilat özünün ümumi ekoloji fəaliyyətini təkmilləşdirmək məqsədi ilə ətraf mühitin idarəetmə sistemini dövri olaraq nəzərdən keçirməli və onu davamlı şəkildə təkmilləşdirməlidir.

4.6.1 Ətraf mühitin idarəetmə sisteminin nəzərdən keçirilməsi

Təşkilatı ali rəhbərliyi özünün təyin etdiyi intervallarda ətraf mühitin idarəetmə sistemini nəzərdən keçirməlidir ki, sistemin uyğunluğunu, adekvatlığını və səmərəliliyini qiymətləndirsin. Bu nəzərdən keçirilmə ətraf mühitin idarəetmə sisteminin həcmi çərçivəsində olan fəaliyyətlərin, məhsulların və xidmətlərin ekoloji aspektlərini əhatə etməlidir.

Rəhbərlik tərəfindən təhlil girişlərinə aşağıdakılar aid edilə bilər:

a) qüvvədə olan hüquqi tələblər və təşkilatın qoşulduğu digər tələblərə əməl edilməsinin daxili auditlərinin və qiymətləndirmələrinin nəticələri,

b) şikayətlər də daxil olmaqla xarici maraqlı tərəflərdən daxil olan informasiya,

c) təşkilatın ekoloji fəaliyyəti,

d) məqsəd və hədəflərə əməl edildiyi hədd,

e) düzəldici və qabaqlayıcı tədbirlərin statusu,

f) öncəki təhlillərdən izləmə fəaliyyətləri,

g) aşağıdakılar daxil olmaqla dəyişən vəziyyətlər

1) təşkilatın fəaliyyətləri, məhsulları və xidmətlərində dəyişikliklər,

2) planlaşdırılmış və yaxud yeni ixtiralardan ekoloji aspektlərin qiymətləndirilməsinin nəticələri

3) qüvvədə olan hüquqi tələblər və təşkilatın qoşulduğu digər tələblərdə dəyişikliklər

4) maraqlı tərəflərin mövqeləri

5) elm və texnologiyada yeniliklər və

6) fövqəladə hallar və qəzalardan öyrənilmiş dərslər

h) təkmilləşdirmə üçün tövsiyələr.

Ətraf mühitin idarəetmə sisteminin nəzərdən keçirilməsindən alınan nəticələrə aşağıdakılar üzrə qərarlar aid edilə bilər:

- sistemin uyğunluğu, adekvatlığı və səmərəliliyi,

- fiziki, insan və maliyyə resurslarında dəyişikliklər və

- ekoloji siyasət, məqsədlər, hədəflər və ətraf mühitin idarəetmə sisteminin digər elementlərinə mümkün dəyişikliklərlə əlaqədar tədbirlər.

Rəhbərlik tərəfindən aparılan təhlilin qeydlərinə iclas gündəliyi elementlərinin surəti, iştirakçıların siyahısı, təqdimat materialları və yaxud tezislər və xidməti qeyddə arxivləşdirilmək üçün, hesabatlarda, protokollarda və ya qeydiyyat sistemində qeyd edilmiş rəhbərliyin qərarları daxil edilə bilər.

Hər bir təşkilat özü üçün rəhbərlik tərəfindən aparılan təhlildə kimin iştirak edəcəyinə qərar verə bilər. Adətən bura ekoloji işçilər (infomasiyanı tərtib edən və təqdim edənlər), aparıcı bölmələrin menecerləri (hansıların ki əməliyyatlarına mühüm ekoloji aspektlər daxildir və yaxud hansılar ki təlim, qeydlər və s. kimi ətraf mühitin idarəetmə sisteminin əsas elementləri üzrə məsuldurlar) və baş menecerlər (hansılar ki ətraf mühitin idarəetmə sisteminin fəaliyyətini qiymətləndirir, təkmilləşdirmə prioritetlərini müəyyən edir, resursları təmin edir və başa çatdırılmanın səmərəli olmasına zəmanət verir) aiddir.

4.6.2 Davamlı təkmilləşdirmə

Ümumi təlimat – Davamlı təkmilləşdirmə

Davamlı təkmilləşdirmə səmərəli ətraf mühitin idarəetmə sisteminin aparıcı simvoludur.

Davamlı təkmilləşdirmə ekoloji məqsədə və hədəfə nail olunması və ətraf mühitin idarəetmə sisteminin və yaxud onun tərkib hissələrindən hansısa birinin ümumi təkmilləşdirilməsi vasitəsilə gerçəkləşdirilir.

4.6.2.1 Təkmilləşdirmə üçün imkanlar

Təşkilat davamlı olaraq özünün ekoloji fəaliyyətini və ətraf mühitin idarəetmə sistemi proseslərinin fəaliyyətini qiymətləndirməlidir ki, təkmilləşdirmə üzrə imkanları müəyyən etsin. Ali rəhbərlik bu qiymətləndirməyə birbaşa olaraq rəhbərlik tərəfindən təhlil prosesi vasitəsilə cəlb olunmalıdır.

Ətraf mühitin idarəetmə sisteminin çatışmazlıqlarının (faktiki və ya potensial uyğunsuzluqlar da daxil olmaqla) müəyyənləşdirilməsi də təkmilləşdirmə üçün əhəmiyyətli dərəcədə imkanlar verir. Belə təkmilləşdirmələri həyata keçirmək üçün təşkilat təkcə hansı çatışmazlıqların olduğunu bilməməlidir, həm də onların nə üçün mövcud olduğunu anlamalıdır. Buna isə ətraf mühitin idarəetmə sisteminin çatışmazlıqlarının kökündə duran səbəbləri təhlil etməklə müvəffəq olmaq mümkündür.

Davamlı təkmilləşdirmə üçün bəzi faydalı infomasiyalara daxildir:

a) düzəldici və qabaqlayıcı tədbirlərdən qazanılmış təcrübə,

b) ən yaxşı təcrübələrə qarşı kənar standartlaşdırma,

c) hüquqi tələblər və təşkilatın qoşulduğu digər tələblər tətbiq olunacaq nəzərdə tutulan və yaxud təklif edilən dəyişikliklər,

d) ətraf mühitin idarəetmə sistemi və uyğunluq auditlərinin nəticələri,

e) əməliyyatların əsas xüsusiyyətlərinin monitorinqinin nəticələri,

f) məqsəd və hədəflərə çatmaq yolunda tərəqqinin nəticələri və

g) işçilər, müştərilər və təchizatçılar da daxil olmaqla maraqlı tərəflərin baxışları.

4.6.2.2 Davamlı təkmilləşdirmənin həyata keçirilməsi

Təkmilləşdirmə üçün imkanlar müəyyən edildikdə onlar hansı tədbirlərin görülməsini təyin etmək üçün qiymətləndirilməlidir. Təkmilləşdirmə üçün tədbirlər bu planlara müvafiq olaraq planlaşdrılmalı və ətraf mühitin idarəetmə sisteminə dəyişikliklər onlara uyğun olaraq həyata keçirilməlidir. Təkmilləşdirmələrin eyni zamanda bütün sahələrdə baş verməsi zəruri deyil.

Praktik yardım – Təkmiləşdirmənin nümunələri

Təkmilləşdirmələr ya ekoloji məqsəd və hədəfləri qoymaq və nəzərdən keçirmək prosesinin içində, yaxud ondan kənar edilə bilər. Təkmilləşdirməyə dair bəzi nümunələrə aiddir:

a) az zərərli materiallardan istifadənin təşviq edilməsi üçün yeni materialların qiymətləndirilməsi üzrə prosesin təşkili,

b) təşkilatın qüvvədə olan hüquqi tələbləri müəyyən etmək prosesini elə təkmilləşdirmək ki, yeni uyğunluq tələbləri daha da vaxtında təyin edilsin,

c) təşkilatın tullantı əmələ gətirməsini azaltmaq üçün işçilərin materiallar və davranış üzrə təlimlərini təkmilləşdirmək,

d) sudan təkrar istifadəyə imkan vermək üçün çirkab suların emalı proseslərini tətbiq etmək,

e) çap ofisində ikitərəfli nüsxələri çap etmək üçün çoxaltma avadanlığının dəyişməyən tənzimlənməsində dəyişiklik etmək,

f) nəqliyyat şirkətləri tərəfindən yanacaq istehlakının azaldılması üçün çatdırılma marşrutlarını yenidən tərtib etmək və

g) qaynama əməliyyatlarında yanacağın əvəzlənməsini həyata keçirmək və bərk hissəciklərin və aerozolların havaya buraxılmasını azaltmaq üçün məqsəd və hədəflər qoymaq.

Bu əlavədə verilmiş nümunələr ətraf mühitin idarəetmə sisteminin müxtəlif elementləri arasında qarşılıqlı münasibəti əks etdirmək məqsədini daşıyır. Bu nümunələr nə yeganə ehtimalları əks etdirir, nə də ki onların hər bir region, ölkə, yaxud təşkilat üçün uyğun olması zəruri deyil.

Cədvəl A.1 təşkilatın fəaliyyətləri, məhsulları və xidmətləri, ekoloji aspektləri, faktiki və potensial təsirləri arasında qarşılıqlı əlaqəni göstərir. Bunlar müxtəlif senarilər, əməliyyat şərtləri və mümkün təsir növlərini əks etdirmək məqsədi güdür.

Cədvəl A.2 Cədvəl A.1-dəki eyni fəaliyyətlər, məhsullar və xidmətlərin bəzilərindən onların təşkilatın ətraf mühitin idarəetmə sistemi vasitəsilə necə əks oluna bilməsini göstərmək üçün istifadə edir. Cədvəl A.2 ekoloji aspektlər, məqsəd və hədəflər, proqramlar, fəaliyyət indikatorları, əməliyyat nəzarətləri və monitorinq və ölçmə prosesləri arasında əlaqələrə dair çoxsaylı mümkün nümunələr göstərir.

Cədvəl A.1 - Fəaliyyətlər, məhsullar və xidmətlər və onların aidiyyəti ekoloji aspekt və təsirləri

Fəaliyyət/Məhsul/Xidmət

Faktiki və potensial təsirlər

Fəaliyyət: Yol tikintisi

Bərk hissəciklərin (toz) havaya buraxılması

Leysan yağış zamanı tikinti

Torpaq və suya qrunt və çınqılın boşaldılması

Bərpa olunmayan təbii ehtiyatların əlavə tükənməsi (çınqıl-kiçik daşların əvəzlənməsi)

Lokallaşmış ərazinin deqradasiyası

Bataqlıq canlılarının deqradasiyası

Fəaliyyət: Qazanxananın tərtibatı (operativ aspektlərin nəzərə alınması)

Bərpa olunmayan enerji mənbələrinin qorunması (yerin təkindən çıxarılan yanacaq)

Hava keyfiyyəti məqsədlərinə nail olmaq

Təhlükəsiz materiallar

İstifadə müddətinin sonunda atılma

Təhlükəli tullantılardan qaçınmaq

Fəaliyyət: Yanacağa əsaslanan qazanxana əməliyyatları

Qızdırıcı yağdan istifadə

Bərpa olunmayan təbii ehtiyatların tükənməsi

Kükürd dioksid (SO2), azot oksidi (N2O) və karbon dioksidin (CO2) (yəni istixana effekti yaradan qazların) emissiyası

Yerli sakinlərə respirator təsirlər

Səth sularına turşulu yağış təsirləri

Qlobal istiləşmə və iqlim dəyişikliyi

Qızdırılmış suyun buraxılması

Su keyfiyyətində dəyişiklik (məsələn, temperatur)

Qazanxana yanacağının yeraltı çənlərdə saxlanması

Yağın torpağa axıdılması

Yeraltı suların çirklənməsi

Qızdırıcı yağın çatdırılması və nəqli

Qızdırıcı yağın səth su drenajına nəzarətsiz buraxılması

Səth suyunun çirklənməsi

Zəhərli maddələrin faunada bioloji toplanması

Fəaliyyət: Kənd təsərrüfatı – Taxıl becərilməsi

Artım mərhələsində/fazasında sahə əməliyyatlarında

Yeraltı su təchizatının tükənməsi

Pestisidlərdən istifadə

Zəhərli maddələrin faunada bioloji toplanaraq xroniki mənfi sağlamlıq təsirləri və ya növlərin itməsi ilə nəticələnməsi

Metanın emissiyası (məsələn, istixana qazı)

Qlobal istiləşmə və iqlim dəyişikliyi

Fəaliyyət: Çirkab suların idarəetmə

Kənd təsərrüfatı məhsulları sənayesində çirkab suların emalı

Lehmənin yaranması (hansı ki kənd təsərrüfatında tətbiq olunur)

Münbitləşdiricilərin əlavə edilməsi ilə torpağın düzəldilməsi

Məhsul: Printer toner kartirici

Təkrar doldurula bilən toner kartrici

Resursların qorunması

İstifadə dövrünün sonu – atılma

Bərk tullantının yaranması

Komponentlərin bərpası və təkrar istifadə

Təbii ehtiyatların qorunması

Cədvəl A.1 –in davamı

Fəaliyyət/Məhsul/Xidmət

Faktiki və potensial təsirlər

Məhsul: Hava kondisioneri

Vahidin istehlakçı tərəfindən istifadəsi

Elektrik enerjisindən istifadə

Bərpa olunmayan təbii ehtiyatların tükənməsi

İstifadə dövrünün sonu – atılma

Bərk tullantının yaranması

Komponentlərin bərpası və təkrar istifadə

Təbii ehtiyatların qorunması

Xidmət: Texniki qulluq və təmir xidməti

Kimyəvi maddələrin idarəetmə və istifadəsi

Fövqəladə hallarda nəzarətsiz buraxılma

Hava kondisionerinin subpodrat təmiri

Ozon təbəqəsini azaldan maddələrin (refrijerant) buraxılması

Ozon təbəqəsinin tükənməsi

Xidmət: Mal və məhsulların nəqli və paylanması

Bərpa olunmayan yanacaqların tükənməsi

Azot oksidlərinin (NOx) emissiyası

Havanın çirklənməsi – ozon istehsalı – tüstü

Yerli sakinlərdə diskomfort və narahatçılıq

Nəqliyyat parkının müntəzəm təmiri (yağların dəyişməsi daxil olmaqla)

Azot oksidlərinin (NOx) emissiyası

Hava keyfiyyəti məqsədlərinə çatmaq

Tullantı yağların əmələ gəlməsi

c Təşkilat aspektə təsir göstərə bilər

Qızdırılmış suyun sərfiyyatı

Qalxmış buxar temperaturundan su hövzəsi keyfiyyətinə mənfi təsirləri azaltmaq

2008-ci ilə qədər sərf edilən suyun orta günlük temperaturunu 1 °C azaltmaq

İnfarstruktur və layihələndirmə mühəndisləri çirkab sulardan istiliyi çıxarmaq və təkrar istifadə etmək üçün (yəni birgə əmələ gəlmə) əməliyyatları yenidən tərtib edirlər

Su sərfiyyatının gündəlik orta temperaturu

Su hövzəsinin su keyfiyyəti parametrləri

Dəniz orqanizmlərinin sayı və müxtəlifliyi

Su keyfiyyətindən nümunə götürmək və təhlil prosedurları

Dəniz orqanizmlərinin nümunə planı

Birgə əmələ gəlmənin operativ prosedurları

Mühəndislik nəzarətləri

Sərf olunan suyun temperaturunun davamlı monitorinqi

Su hövzəsinin su keyfiyyətinin rüblük monitorinqi

Məhsul: Hava kondisoneri (vahidin istehlakçı tərəfindən istifadəsi və istifadə müddətinin sonu - Atılma)

Elektrik enerjisindən istifadə

İstehlakçını az enerjidən istifadəyə həvəsləndirmək

Cari ilin sonuna kimi istismar temperaturunu keçən ilin istismar temperaturuna əsasən 5% azaltmaq

Məhsulla birgə enerji baxımından səmərəli materialların paylanması vasitəsilə istehlakçını normadan artıq enerjidən istifadənin təsirləri barədə maarifləndirmək

Enerjidən istifadəyə artan istehlakçı marağı

Yeni enerji baxımından səmərəli məhsullara artan istehlakçı marağı

Səmərəli istehsal materialının tərtibatı

Elektrik enerjisindən istifadə

Yeni məhsul tərtibatında istehlakçıların enerji səmərəliliyi sorğularının nəzərə alınması

İstifadəçilərlə sorğu

Bərk tullantıların əmələ gəlməsi

İstifadə olunan qablaşdırma materialının miqdarınınn azaldılması vasitəsilə istehlakçıların qablaşdımaların atılmasından yaranan tullantıların əmələ gəlməsini azaltmaq

2008-ci ilə qədər hazırkı məhsul xətti üzrə qablaşdırma materialında 35%-ə qədər azaldılmaya nail olmaq

Məhsulun qablaşdırılmasını yenidən tərtib etmək (Mühəndislik bölməsi, 6 ay)

İstehsal dəyişiklərini həyata keçirmək

Sınaq və tam istehsal

Məhsul vahidi üzrə qablaşdırma materialının miqdarı

Məhsul xətti üzrə istifadə olunmuş qablaşdırma materialında faizlə ifadə olunan azaldılma

İstehlakçıların bərk məişət tullantılarının əmələ gəlmə həcmində/vahidində gözlənilən azaldılma

Layihələndirməyə nəzarət prosedurları

Məhsulun qablaşdırma prosedurları

İstifadə olunan qablaşdırma materialının miqdarınınn rüblük monitorinqi (alınmış çıxılsın tullantı)

Məhsul xəttində yüklənən məhsul vahidləri

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver