Qanunvericilik › Dövlət statistika orqanları tərəfindən büdcələri müşahidə olunan ev təsərrüfatlarına öz gəlir və xərclərinin uçotunu apardıqlarına görə ödənilən pul vəsaitinin məbləğinin müəyyən edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 22.11.2017) › Tam mətn

Dövlət statistika orqanları tərəfindən büdcələri müşahidə olunan ev təsərrüfatlarına öz gəlir və xərclərinin uçotunu apardıqlarına görə ödənilən pul vəsaitinin məbləğinin müəyyən edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 22.11.2017)

Dövlət statistika orqanları tərəfindən büdcələri müşahidə olunan ev təsərrüfatlarına öz gəlir və xərclərinin uçotunu apardıqlarına görə ödənilən pul vəsaitinin məbləğinin müəyyən edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 22.11.2017) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Ev təsərrüfatı büdcələrinin tədqiqatının sosial və iqtisadi əhəmiyyətini, ölkə əhalisinin həyat səviyyəsində baş verən dəyişikliklərin təhlilində, makroiqtisadi göstəricilərin, o cümlədən istehlak qiymətləri indeksinin hesablanmasında xüsusi rolunu nəzərə alaraq, seçmə müşahidəyə cəlb olunan ev təsərrüfatlarına öz gəlir və xərclərinin uçotunu apardıqlarına görə ödənilən aylıq pul vəsaitinin məbləği 10 (on) manat səviyyəsində müəyyən edilsin.

2. Bu qərarın 1-ci hissəsi ilə müəyyən edilən pul vəsaitinin ödənilməsi hər il üçün dövlət büdcəsində Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin saxlanılması xərclərinin tərkibində bu məqsəd üçün nəzərdə tutulan vəsait hesabına həyata keçirilsin.

3. “Dövlət Statistika Komitəsi tərəfindən büdcələri müşahidə olunan ailələrə öz büdcələrini aparmalarına görə verilən pulun miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 fevral tarixli 64 nömrəli qərarı ləğv edilsin.

4. Bu qərar 2018-ci il 1 yanvar tarixindən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Bakı şəhəri, 22 noyabr 2017-ci il

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver