Qanunvericilik › “Dövlət xidmətinin reqlamentinin nümunəvi forması”nın, “Dövlət Xidmətlərinin Elektron Reyestri” informasiya sisteminə daxil ediləcək məlumatların siyahısı”nın və “Dövlət Xidmətlərinin Elektron Reyestri” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 06.05.2026) › Tam mətn

“Dövlət xidmətinin reqlamentinin nümunəvi forması”nın, “Dövlət Xidmətlərinin Elektron Reyestri” informasiya sisteminə daxil ediləcək məlumatların siyahısı”nın və “Dövlət Xidmətlərinin Elektron Reyestri” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 06.05.2026)

“Dövlət xidmətinin reqlamentinin nümunəvi forması”nın, “Dövlət Xidmətlərinin Elektron Reyestri” informasiya sisteminə daxil ediləcək məlumatların siyahısı”nın və “Dövlət Xidmətlərinin Elektron Reyestri” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 06.05.2026) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Dövlət xidmətləri haqqında” Azərbaycan Respublikasının 2025-ci il 31 oktyabr tarixli 279-VIIQ nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 3 dekabr tarixli 543 nömrəli Fərmanının 3.2.1-ci, 3.2.2-ci və 3.2.3-cü yarımbəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Dövlət xidmətinin reqlamentinin nümunəvi forması” təsdiq edilsin (əlavə olunur).

2. “Dövlət Xidmətlərinin Elektron Reyestri” informasiya sisteminə daxil ediləcək məlumatların siyahısı” təsdiq edilsin (əlavə olunur).

3. “Dövlət Xidmətlərinin Elektron Reyestri” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

4. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə:

4.1. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq, Dövlət Xidmətlərinin Elektron Reyestrinin (bundan sonra - DXER) “Hökumət buludu”nda yerləşdirilməsini, habelə DXER-in “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görsün;

4.2. DXER-də formalaşan açıq məlumatların “Açıq məlumatlar” portalında yerləşdirilməsini təmin etsin.

5. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti bu Qərarın 3-cü hissəsi nəzərə alınmaqla, “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsinlər.

6. Dövlət orqanları və yerli özünüidarəetmə orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər, digər büdcə təşkilatları, habelə qanuna əsasən inzibati akt, texniki sənəd və ya digər hüquqmüəyyənedici sənəd qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər yeni xidmət müəyyən edən normativ hüquqi akt qüvvəyə mindiyi tarixdən 30 (otuz) iş günündən gec olmayaraq dövlət xidmətinin reqlamentini DXER-in informasiya sisteminə daxil edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təqdim etsinlər.

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 6 may 2026-cı il

1.1. Dövlət xidmətinin adı:

_______________________________________________________________________________

1.2. Dövlət xidmətinin məzmunu:

_______________________________________________________________________________

1.3. Dövlət xidmətinin göstərilməsinin hüquqi əsası:

_______________________________________________________________________________

1.4. Dövlət xidməti göstərən xidmət təminatçısının adı:

_______________________________________________________________________________

1.5. Dövlət xidmətinin göstərilməsində iştirak edən xidmət təminatçılarının adı:

_______________________________________________________________________________

1.6. Dövlət xidmətinin göstərilmə yeri və ünvanı:

_______________________________________________________________________________

1.7. Dövlət xidmətinin inzibati proseduru:

1.7.1. xidmətin göstərilmə proseduru:

_______________________________________________________________________________

1.7.2. dövlət xidmətinin göstərilməsindən imtina halları:

_______________________________________________________________________________

_______________________________________________________________________________

_______________________________________________________________________________

1.7.3. dövlət xidmətinin göstərilməsinin dayandırılması halları:

_______________________________________________________________________________

_______________________________________________________________________________

_______________________________________________________________________________

1.7.4. istifadəçinin şikayət etmək hüququ haqqında məlumat:

_______________________________________________________________________________

1.7.5. şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: _______________________________________________________________________________

1.7.6. şikayətin baxılma müddəti:

_______________________________________________________________________________

1.8. Dövlət xidmətinin icra müddəti:

_______________________________________________________________________________

1.9. Dövlət xidmətinin göstərilməsinin nəticəsi:

_______________________________________________________________________________

1.10. Dövlət xidmətinin göstərilməsinin nəticəsi barədə məlumatlandırma forması:

_______________________________________________________________________________

1.11. Xidmət təminatçısının ünvanı və əlaqə vasitələri:

1.11.1. xidmət təminatçısının ünvanı:

_______________________________________________________________________________

1.11.2. xidmət təminatçısının əlaqə vasitələri:

_______________________________________________________________________________

1.12. Dövlət xidmətinin həyata keçirilməsi üçün iş rejimi:

_______________________________________________________________________________

2.1. Dövlət xidmətinin göstərilmə forması:

_______________________________________________________________________________

2.2. Dövlət xidmətinin avtomatlaşdırılması səviyyəsi:

_______________________________________________________________________________

2.3. Dövlət xidmətinin avtomatlaşdırılması mərhələsi:

_______________________________________________________________________________

2.4. Dövlət xidmətinin elektronlaşması səviyyəsi:

_______________________________________________________________________________

2.5. Dövlət xidmətinin elektronlaşma mərhələsi:

_______________________________________________________________________________

2.6. Elektron xidmətin göstərildiyi informasiya sistemi:

_______________________________________________________________________________

2.7. Elektron xidmətin növü:

_______________________________________________________________________________

2.8. Tətbiq olunduğu subyektlərin dairəsinə görə dövlət xidmətinin forması:

_______________________________________________________________________________

2.9. Dövlət xidmətinin ödənişli olub-olmaması, dövlət rüsumu və (və ya) xidmət haqqı (ödəniş), habelə tarif (qiymət) məbləği barədə məlumatlar:

_______________________________________________________________________________

2.9.1. ödənişlidirsə:

_______________________________________________________________________________

2.9.2. xidmətin həyata keçirilməsi üçün ödəmə imkanları:

_______________________________________________________________________________

2.10. Dövlət xidmətinin istifadəçiləri:

_______________________________________________________________________________

2.11. Dövlət xidmətinin göstərilməsi üçün tələb olunan sənədlər və (və ya) məlumatlar və həmin məlumatların əldə olunduğu dövlət informasiya sistemləri:

2.11.1. dövlət xidmətinin göstərilməsi üçün tələb olunan sənədlər:

_______________________________________________________________________________

2.11.2. dövlət xidmətinin göstərilməsi üçün informasiya ehtiyatından əldə olunan məlumatlar və həmin məlumatların əldə olunduğu dövlət informasiya sistemləri:

_______________________________________________________________________________

“Dövlət Xidmətlərinin Elektron Reyestri” informasiya sisteminə dövlət orqanları və yerli özünüidarəetmə orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər, digər büdcə təşkilatları, habelə qanuna əsasən inzibati akt, texniki sənəd və ya digər hüquqmüəyyənedici sənəd qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər tərəfindən dövlət xidmətləri barədə aşağıdakı məlumatlar daxil edilir:

3. xidmətin təkrarolunmaz və dəyişilməz reyestr nömrəsi və onun Elektron Reyestrdə qeydiyyat tarixi;

4. xidmət göstərən qurumun və (və ya) onun struktur bölməsinin adı;

5. xidmətin icrasında iştirak edən qurumun və (və ya) onun struktur bölməsinin adı;

6. xidmətin hüquqi əsası;

7. xidmətin həyata keçirilməsi formaları;

8. xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması;

9. xidmətin həyata keçirilməsinin nəticəsi;

10. xidmət istifadəçisi barədə məlumat;

11. xidmətin həyata keçirilməsi müddəti;

12. xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti;

13. xidmətin göstərilmə yeri və ünvanı;

14. xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları;

15. xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və (və ya) məlumatlar və onların təqdim edilməsi forması;

16. xidmətin ödənişli və ya ödənişsiz əsaslarla həyata keçirilməsi, ödənişli xidmətin məbləği, hüquqi əsası və ödənilmə üsulları;

17. xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar;

18. xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar;

19. xidmətin göstərildiyi informasiya sistemi və ünvanı;

20. xidmətin həyata keçirilməsi zamanı məlumat əldə edilən informasiya sistemi və ehtiyatları, habelə inteqrasiyanın mövcud olması barədə məlumatlar;

21. xidmətin elektronlaşma səviyyəsi;

22. xidmətin elektronlaşma mərhələsi;

23. xidmətin avtomatlaşdırılma səviyyəsi;

24. xidmətin avtomatlaşdırılma mərhələsi;

25. xidmətin göstərilmə üsulu;

26. xidmətin proaktiv olub-olmaması ilə bağlı məlumat;

27. elektron xidmətlə bağlı məqsədəuyğunluq barədə alınmış müsbət rəy;

28. elektron xidmətin informasiya təhlükəsizliyi tələblərinə cavab verməsi barədə müsbət rəy;

29. xidmətdə dəyişiklik edilməsinin və xidmətin ləğv olunmasının hüquqi əsası və tarixi;

30. xidmətin tətbiq olunduğu subyektlərin dairəsi barədə məlumat;

31. xidmətlərdən istifadə edilməsi barədə statistik məlumatlar;

32. xidmətin reqlamenti;

33. xidmətin “həyat hadisəsi”nə aid olub-olmamasına dair məlumat;

34. elektron xidmətin aktiv olmadığı (həyata keçirilmədiyi) dövrlər üzrə məlumatlar;

35. elektron xidmətin dayanması (insident) səbəbləri (texniki, profilaktik və s.) və müddətləri haqqında məlumatlar;

36. elektron xidmətə paralel müraciət edə biləcək istifadəçilərin maksimal say həddi;

37. elektron xidmətin istifadəçi məlumatlarının idarə edilməsi sənədi.

1.1. Bu Əsasnamə “Dövlət Xidmətlərinin Elektron Reyestri” informasiya sisteminin (bundan sonra – İnformasiya sistemi) fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.

1.2. İnformasiya sistemi rəqəmsal texnologiyalardan, o cümlədən informasiya-kommunikasiya texnologiyalarından istifadə yolu ilə “Dövlət xidmətləri haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.10-cu maddəsi ilə müəyyən edilmiş xidmət təminatçıları (bundan sonra – qurumlar) tərəfindən göstərilən dövlət xidmətləri barədə qanunvericiliklə müəyyən edilmiş məlumatların reyestrinin aparılmasını, habelə digər fiziki və hüquqi şəxslərlə əlaqələrinin operativliyini, səmərəliliyini, şəffaflığını, eləcə də İnformasiya sistemində saxlanılan məlumatların sistemliliyini və əlçatanlığını təmin edir.

1.3. İnformasiya sisteminin formalaşdırılmasının məqsədi dövlət idarəetməsinin optimallaşdırılmasından, eləcə də müvafiq sahə üzrə təhlil və qiymətləndirmənin aparılmasından, proqnoz və hesabatların hazırlanmasından və göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsindən ibarətdir.

1.4. İnformasiya sisteminin tərkibində vahid “G2B” (dövlət-biznes) elektron reyestri formalaşdırılır.

1.5. İnformasiya sistemində yaradılan, əldə edilən, toplanılan informasiya və elektron sənədlər Azərbaycan Respublikasının mülkiyyətidir.

1.6. Fərdi məlumatların İnformasiya sistemində toplanılmasının və işlənilməsinin məqsədi bu Əsasnamənin 1.2-ci bəndində qeyd olunanların təmin edilməsidir. Fərdi məlumatların İnformasiya sistemində toplanılması, işlənilməsi və mühafizəsi “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq həyata keçirilir.

1.7. İnformasiya sisteminin fəaliyyətinin təşkili, idarə olunması və təkmilləşdirilməsi ilə bağlı xərclər dövlət büdcəsindən ayrılan vəsait və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

1.8. İnformasiya sistemi Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın (bundan sonra – Qaydalar) 2.1-ci bəndində qeyd edilən prinsiplər əsasında formalaşdırılır və fəaliyyət göstərir.

1.9. Bu Əsasnamə əldə edilməsi məhdudlaşdırılmış informasiyanı ehtiva edən informasiya ehtiyatlarına və sistemlərinə, habelə kritik informasiya infrastrukturu obyektlərinə həmin sahələri tənzimləyən normativ hüquqi aktlara uyğun olaraq tətbiq edilir.

1.10. İnformasiya sisteminin sahibi və operatoru Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir (bundan sonra – Dövlət Agentliyi).

1.11. Bu Əsasnamədə istifadə olunan anlayışlar “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu, Qaydaları, həmçinin Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.

1.12. İnformasiya sistemindən istifadə ödənişsizdir.

2.1. İnformasiya sisteminin texniki-texnoloji infrastrukturu aşağıdakı əsas komponentlərdən ibarətdir:

2.1.1. proqram-texniki vasitələr və proqram təminatı;

2.1.2. telekommunikasiya qurğuları və kanalları;

2.1.3. ehtiyat nüsxələr;

2.1.4. informasiya ehtiyatı və onun idarəetmə paneli;

2.1.5. istismaraqədərki formalaşma mühitləri.

2.2. Proqram-texniki vasitələr və proqram təminatı “Mobil Prioritetli Tərtibat” prinsipi ilə qurularaq, İnformasiya sisteminin funksiyalarının həyata keçirilməsini, fəaliyyətinin etibarlılığını və təhlükəsizliyini, habelə həmin İnformasiya sistemindən istifadəni və məlumat mübadiləsini təmin edir.

2.3. İnformasiya sisteminin fəaliyyətinin etibarlılığını və təhlükəsizliyini, operativ və keyfiyyətli xidmətlər göstərilməsini, habelə məlumat mübadiləsini təmin edən dayanıqlı, mühafizəli, yüksəkötürücülü fiber-optik əsas və digər ehtiyat telekommunikasiya qurğularına və kanallarına malikdir.

2.4. Qurulma topologiyasına uyğun olaraq İnformasiya sisteminin telekommunikasiya qurğuları və kanalları iki səviyyədə təşkil edilir:

2.4.1. İnformasiya sisteminin fəaliyyətinin təşkili üçün müvafiq qurumdaxili telekommunikasiya qurğuları və kanalları Dövlət Agentliyinin struktur bölmələri tərəfindən;

2.4.2. İnformasiya sisteminin digər dövlət informasiya ehtiyatları və sistemləri ilə qarşılıqlı fəaliyyətinin təşkili üçün istifadə edilən telekommunikasiya qurğuları və kanalları Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (bundan sonra – XRİTDX) tərəfindən.

2.5. İnformasiya sistemində formalaşdırılan, həmin İnformasiya sisteminə daxil edilən və ötürülən məlumatlar İnformasiya sisteminin informasiya ehtiyatında saxlanılır.

2.6. İdarəetmə paneli İnformasiya sisteminin informasiya ehtiyatının formalaşdırılmasını və idarə edilməsini, o cümlədən həmin informasiya ehtiyatından istifadəni təmin edir.

2.7. Fəaliyyətinin dayanıqlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə İnformasiya sistemi, o cümlədən həmin İnformasiya sistemində toplanılan məlumatların ehtiyat nüsxələri “Hökumət buludu”nda saxlanılır.

2.8. İnformasiya sistemində aparılan dəyişikliklərin yoxlanılması istismaraqədərki formalaşma mühitlərində həyata keçirilir.

3.1. İnformasiya sisteminə daxil edilən məlumatların tərkibi “Dövlət Xidmətlərinin Elektron Reyestri” informasiya sisteminə daxil ediləcək məlumatların siyahısı” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 9 fevral tarixli 32 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət Xidmətlərinin Elektron Reyestrinin aparılması Qaydaları”nın 2.2.2-2-ci yarımbəndində nəzərdə tutulan bölmə və ona daxil edilən məlumatlar ilə müəyyən olunur.

3.2. Bu Əsasnamənin 3.1-ci bəndi ilə müəyyən edilən məlumatlar İnformasiya sisteminin iştirakçıları tərəfindən təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təsdiq edilməklə İnformasiya sisteminə daxil edilir.

3.3. İnformasiya sisteminin iştirakçılarına dair aşağıda göstərilən məlumatlar aidiyyəti dövlət informasiya ehtiyatlarından və sistemlərindən Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra – EHİS) vasitəsilə İnformasiya sisteminə ötürülür:

3.3.1. VÖEN məlumatları;

3.3.2. fiziki şəxsin soyadı, adı və atasının adı, fərdi identifikasiya nömrəsi barədə məlumat;

3.3.3. şəxsiyyət vəsiqəsinin seriya nömrəsi barədə məlumat.

3.4. İnformasiya sisteminin digər dövlət informasiya sistemləri və ehtiyatları ilə inteqrasiyası, habelə məlumat mübadiləsinin təşkili Qaydalara uyğun olaraq həyata keçirilir.

3.5. İnformasiya sistemi ilə digər dövlət informasiya ehtiyatları və sistemləri arasında məlumat mübadiləsini real vaxt rejimində həyata keçirmək mümkün olmadıqda İnformasiya sisteminə iştirakçılar tərəfindən dövlət xidmətləri barədə sənədlər (məlumatlar) təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təsdiq edilməklə onların elektron kabinetləri vasitəsilə daxil edilir.

3.6. İnformasiya sistemindən elektron xidmətlər barədə məlumatlar EHİS vasitəsilə “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə ötürülür.

3.7. İnformasiya sistemində formalaşdırılan sənədlər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə uyğun olaraq tərtib olunur və rəsmiləşdirilir.

4.1. Dövlət informasiya ehtiyatlarına və sistemlərinə malik olan qurumların İnformasiya sistemindən istifadəsi onların informasiya ehtiyatları və sistemləri Qaydaların 4-cü hissəsinə və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq EHİS-ə inteqrasiya edildikdən sonra məlumat mübadiləsinin həyata keçirilməsi yolu ilə təmin edilir.

4.2. Dövlət informasiya ehtiyatlarına və sistemlərinə malik olmayan qurumların İnformasiya sistemindən istifadəsi onların elektron kabinetləri vasitəsilə təmin edilir. Bu halda onların rəhbər şəxsi tərəfindən İnformasiya sistemində qeydiyyatdan keçirilən və müvafiq hüquqlar verilən məsul şəxslər EHİS-in “Vahid Giriş” altsistemi vasitəsilə identikləşdirildikdən sonra avtomatik qaydada yaradılan elektron kabinetlərə daxil olaraq İnformasiya sistemindən istifadə edirlər.

4.3. Digər hüquqi və fiziki şəxslərin İnformasiya sistemindən istifadəsi İnformasiya sisteminin internet informasiya ehtiyatı üzərindən həyata keçirilir. İstifadəçi İnformasiya sisteminin internet informasiya ehtiyatına daxil olaraq heç bir identikləşdirmə aparılmadan istifadə edir.

5.1. İnformasiya sisteminin fəaliyyətini təmin etmək üçün sahibin vəzifələri aşağıdakılardır:

5.1.1. İnformasiya sisteminin idarə olunmasını təşkil etmək, təkmilləşdirilməsi və funksional imkanlarının artırılması istiqamətində tədbirlər görmək;

5.1.2. dövlət informasiya ehtiyatlarının və sistemlərinin dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestrinə, o cümlədən fərdi məlumatların toplanıldığı, işlənildiyi və mühafizə edildiyi (“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) hallarda isə fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi və dövlət qeydiyyatından keçirilməsi üçün tədbirlər görmək;

5.1.3. fərdi məlumatların İnformasiya sistemində toplanılmasının, işlənilməsinin və mühafizəsinin bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının tələblərinə uyğunluğunun təmin edilməsi üçün tədbirlər görmək;

5.1.4. İnformasiya sisteminin təşkili və fəaliyyəti üzrə qiymətləndirmə aparmaq üçün Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (bundan sonra – Nazirlik) zəruri şərait yaratmaq, o cümlədən normativ hüquqi aktların tələblərinə uyğun olmasına nəzarət etmək məqsədilə İnformasiya sisteminə çıxış, habelə onların texnoloji infrastrukturu ilə tanışlıq (baxış) və testetmə imkanlarını təmin etmək;

5.1.5. İnformasiya sisteminin informasiya təhlükəsizliyini XRİTDX, operator, EHİS-in və “Hökumət buludu”nun informasiya təhlükəsizliyinə münasibətdə isə habelə Nazirliklə birlikdə təmin etmək;

5.1.6. İnformasiya sisteminin informasiya təhlükəsizliyi məqsədilə mövcud və yarana biləcək təhlükələr və ya baş vermiş təhlükəsizlik insidentləri aşkar edildikdə bu barədə məlumatları dərhal XRİTDX-yə, EHİS-in və “Hökumət buludu”nun informasiya təhlükəsizliyinə münasibətdə isə həmçinin Nazirliyə təqdim etmək, habelə XRİTDX və Nazirlik tərəfindən bu barədə sorğular verildikdə həmin sorğuları dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavablandırmaq;

5.1.7. İnformasiya sisteminə daxil edilmiş və (və ya) ötürülmüş məlumatların mühafizəsinin, habelə daxil edilmiş məlumatların aktuallığının, etibarlılığının, təhrifolunmazlığının, əlçatanlığının, tamlığının və konfidensiallığının təmin edilməsi ilə bağlı tədbirlər görmək;

5.1.8. İnformasiya sisteminə qarşı müdaxilə cəhdləri aşkar etdikdə bu barədə məlumatları dərhal aidiyyəti hüquq mühafizə orqanına təqdim etmək;

5.1.9. İnformasiya sisteminin, o cümlədən onun ehtiyat nüsxələrinin “Hökumət buludu”nda saxlanılmasının və aparılmasının təmin edilməsi üçün Nazirlik və operatorla birlikdə tədbirlər görmək;

5.1.10. İnformasiya sistemində yaradılan elektron imkanlar vasitəsilə iştirakçıların tələbi əsasında onlar barəsində məlumatlarda aparılan düzəlişləri təsdiq və ya rədd etmək;

5.1.11. İnformasiya sisteminə çıxışı olan, habelə onların aparılmasında iştirak edən əməkdaşlarını təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təmin etmək;

5.1.12. aidiyyəti qurumların İnformasiya sisteminin fəaliyyəti ilə bağlı sorğularını vaxtında və hərtərəfli cavablandırmaq, habelə qeyd edilən sorğular əsasında zəruri məlumatları (sənədləri) onlara təqdim etmək;

5.1.13. İnformasiya sisteminin fəaliyyətinin təşkili üçün tələb edilən sənədlər barədə informasiya digər dövlət informasiya ehtiyatlarında və sistemlərində olduqda həmin informasiyanın ilkin mənbədən əldə edilməsi üçün operator və Nazirliklə birlikdə tədbirlər görmək;

5.1.14. normativ hüquqi aktlarla müəyyən edilmiş hüquqlarının həyata keçirilməsi və vəzifələrinin icrası zamanı əldə etdiyi zəruri məlumatları (sənədləri) İnformasiya sisteminə daxil etmək;

5.1.15. İnformasiya sistemindən sərbəst və maneəsiz istifadənin, habelə onun dayanıqlı və fasiləsiz fəaliyyətinin təmin olunmasına nəzarət etmək;

5.1.16. İnformasiya sistemində dəyişikliklər edilməsi üçün operatora göstərişlər vermək və onların həyata keçirilməsinə nəzarət etmək;

5.1.17. İnformasiya sisteminin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi işlərinin layihələrə, texniki reqlamentlərə, beynəlxalq standartlara və normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə uyğun formada aparılmasına nəzarət etmək;

5.1.18. İnformasiya sisteminin monitorinqi və auditi üçün XRİTDX-nin yerində baxış keçirməsinə şərait yaratmaq, bu məqsədlə Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş məlumatları (sənədləri) XRİTDX-yə təqdim etmək, habelə XRİTDX tərəfindən aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması ilə bağlı tədbirlər görmək;

5.1.19. normativ hüquqi aktlarla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

5.2. İnformasiya sisteminin fəaliyyətini təmin etmək üçün sahibin aşağıdakı hüquqları vardır:

5.2.1. İnformasiya sisteminin formalaşdırılması, istifadəsi və inkişaf etdirilməsi ilə bağlı beynəlxalq təcrübəni və standartları öyrənmək, bu sahədə beynəlxalq təşkilatlarla, habelə Azərbaycan Respublikasının və xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək;

5.2.2. İnformasiya sistemindən istifadə və onun funksiyaları ilə bağlı maarifləndirmə və məlumatlandırma işləri aparmaq;

5.2.3. İnformasiya sisteminin fəaliyyətinin təmin olunması ilə bağlı zəruri məlumatları (sənədləri) əldə etmək üçün aidiyyəti qurumlara sorğu vermək və həmin qurumlardan belə məlumatları (sənədləri) almaq;

5.2.4. normativ hüquqi aktlarla müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

6.1. Operatorun vəzifələri aşağıdakılardır:

6.1.1. İnformasiya sisteminin informasiya təhlükəsizliyini XRİTDX və sahiblə, EHİS-in və “Hökumət buludu”nun informasiya təhlükəsizliyinə münasibətdə isə habelə Nazirliklə birlikdə təmin etmək;

6.1.2. İnformasiya sisteminin informasiya təhlükəsizliyi məqsədilə mövcud və yarana biləcək təhlükələr və ya baş vermiş təhlükəsizlik insidentləri aşkar edildikdə bu barədə məlumatları dərhal XRİTDX-yə, EHİS-in və “Hökumət buludu”nun informasiya təhlükəsizliyinə münasibətdə isə həmçinin Nazirliyə təqdim etmək, habelə XRİTDX və Nazirlik tərəfindən bu barədə sorğular verildikdə həmin sorğuları dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavablandırmaq;

6.1.3. İnformasiya sisteminə qarşı müdaxilə cəhdləri aşkar etdikdə bu barədə məlumatları dərhal aidiyyəti hüquq mühafizə orqanına təqdim etmək;

6.1.4. İnformasiya sisteminin, o cümlədən onun ehtiyat nüsxələrinin “Hökumət buludu”nda saxlanılmasının və aparılmasının təmin edilməsi üçün Nazirlik və sahiblə birlikdə tədbirlər görmək;

6.1.5. İnformasiya sisteminin təhlükəsizliyi pozulduqda, fəaliyyətində nasazlıq yarandıqda, əsas avadanlıqlarında hər hansı qəza (xəta) baş verdiyi halda dərhal aidiyyəti dövlət orqanlarını və sahibi məlumatlandırmaq, nasazlığın və qəzanın (xətanın) qeydiyyatını aparmaq, dərhal aradan qaldırılması üçün sahibin verdiyi göstərişlərə uyğun təcili tədbirlər görmək, bu mümkün olmadıqda isə həmin informasiya ehtiyatlarının və sistemlərinin “Hökumət buludu”nun ehtiyat Data Mərkəzində fəaliyyətini davam etdirməsi üçün Nazirliklə birlikdə zəruri tədbirlər görmək;

6.1.6. İnformasiya sisteminin fəaliyyətinin idarə olunması, təkmilləşdirilməsi və onun funksional imkanlarının artırılması istiqamətində, sahiblə razılaşdırmaqla texniki tədbirlər görmək və bu barədə həmin İnformasiya sisteminin iştirakçılarını məlumatlandırmaq;

6.1.7. İnformasiya sistemindən sərbəst və maneəsiz istifadəni, onun dayanıqlı və fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə İnformasiya sisteminin proqram kompleksinə nəzarəti həyata keçirmək və mütəmadi texniki baxış təşkil etmək;

6.1.8. normativ hüquqi aktlarla müəyyən edilmiş hüquqlarının həyata keçirilməsi və vəzifələrinin icrası zamanı əldə etdiyi zəruri məlumatları (sənədləri) İnformasiya sisteminə daxil etmək;

6.1.9. İnformasiya sistemini EHİS-ə inteqrasiya etmək, digər dövlət informasiya ehtiyatı və sistemi ilə məlumat mübadiləsini EHİS vasitəsilə həyata keçirmək;

6.1.10. İnformasiya sisteminə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlarını təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təmin etmək;

6.1.11. İnformasiya sisteminin komponentlərinin və proqram təminatının təyinatı üzrə istismarını, texniki xidmətini, təmirini və yenilənməsini təmin etmək, təkmilləşdirilməsi üçün profilaktik iş aparmaq;

6.1.12. Nazirliyin və sahibin bu Əsasnamə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq verdikləri təkliflər əsasında İnformasiya sistemində dəyişikliklər edilməsi üçün tədbirlər görmək;

6.1.13. sahibin göstərişi ilə normativ hüquqi aktlarda edilən dəyişikliklərə əsasən proqram təminatında uyğunlaşdırmalar aparılmasını, eləcə də yeni proqram modullarının yazılmasını və sınaqlar keçirilməsini təmin etmək;

6.1.14. İnformasiya sisteminin formalaşdırılması, aparılması, inteqrasiyası və ya arxivləşdirilməsi ilə bağlı sənədləri və texniki məlumatları sahibə və Nazirliyə təqdim etmək;

6.1.15. İnformasiya sisteminin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi işlərini layihələrə, texniki reqlamentlərə, beynəlxalq standartlara və normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə uyğun formada aparmaq;

6.1.16. aidiyyəti qurumların İnformasiya sisteminin fəaliyyəti ilə bağlı sorğularını vaxtında və hərtərəfli cavablandırmaq, habelə qeyd edilən sorğular əsasında zəruri məlumatları (sənədləri) onlara təqdim etmək;

6.1.17. Sistemin monitorinqi və auditi üçün XRİTDX-nin yerində baxış keçirməsinə şərait yaratmaq, bu məqsədlə Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş məlumatları (sənədləri) XRİTDX-yə təqdim etmək, habelə XRİTDX tərəfindən aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması ilə bağlı tədbirlər görmək;

6.1.18. normativ hüquqi aktlarla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

6.2. Operatorun aşağıdakı hüquqları vardır:

6.2.1. İnformasiya sisteminin fəaliyyətinin təmin olunması ilə bağlı zəruri məlumatları (sənədləri) əldə etmək üçün aidiyyəti qurumlara sorğu vermək və həmin qurumlardan belə məlumatları (sənədləri) almaq;

6.2.2. İnformasiya sisteminin təkmilləşdirilməsi istiqamətində rəy və təkliflər vermək;

6.2.3. İnformasiya sistemi ilə məlumat mübadiləsində iştirak edəcək digər informasiya ehtiyatları və sistemləri müəyyən edilmiş texniki və funksional tələblərə cavab vermədiyi hallarda onlarda zəruri dəyişikliklər edilməsi məqsədilə məsələ qaldırmaq;

6.2.4. İnformasiya sisteminin parametrlərində sahiblə razılaşdırmaqla dəyişiklik etmək və bütün mümkün parametrlər üzrə hesabatlar əldə etmək;

6.2.5. iştirakçılar İnformasiya sisteminin təhlükəsiz və effektiv fəaliyyətinin pozulmasına səbəb olan əməllərə yol verdikdə, informasiya ehtiyatlarına və sistemlərinə giriş imkanını sahiblə razılaşdırmaqla ləğv etmək və ya məhdudlaşdırmaq;

6.2.6. normativ hüquqi aktlarla müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

7.1. İştirakçıların vəzifələri aşağıdakılardır:

7.1.1. İnformasiya sisteminə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlarını təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təmin etmək;

7.1.2. İnformasiya sisteminə daxil olmağa imkan verən elektron imza vasitələrinin konfidensiallığını (məxfiliyini) təmin etmək;

7.1.3. dövlət xidmətləri ilə bağlı aktual, tam və etibarlı məlumatları (sənədləri) vaxtında və dolğun şəkildə İnformasiya sisteminə daxil etmək;

7.1.4. İnformasiya sistemi vasitəsilə daxil olan müraciətlərə baxılması ilə bağlı məlumatların, eləcə də müraciətlərə baxılmasının nəticəsi barədə sənədlərin (məlumatların) həmin sistemə daxil edilməsini təmin etmək;

7.1.5. məlumatların mühafizəsini təmin edən avadanlıq və proqram vasitələrinə müdaxilə etməmək;

7.1.6. İnformasiya sistemindən, habelə İnformasiya sistemində olan məlumatlardan (sənədlərdən) yalnız xidməti məqsədlər üçün istifadə etmək;

7.1.7. İnformasiya sistemində saxlanılan məlumatlarda (sənədlərdə) aşkar edilmiş səhvlərin aradan qaldırılması məqsədilə dərhal sahibə və ya operatora məlumat vermək;

7.1.8. sahibin və operatorun İnformasiya sisteminə daxil etdiyi və iştirakçının bilavasitə fəaliyyəti ilə bağlı olan yeni məlumatları izləmək;

7.1.9. İnformasiya sisteminin fəaliyyətinə zərər gətirəcək, habelə onların fəaliyyətinin ləngiməsinə və ya dayanmasına səbəb ola biləcək hərəkətlərə yol verməmək;

7.1.10. məlumat mübadiləsi zamanı aşkar olunmuş çatışmazlıqların və yaranan nasazlıqların aradan qaldırılması ilə bağlı tədbirlər görmək, bu barədə sahibə və Nazirliyə məlumat vermək;

7.1.11. öz təşəbbüsləri, habelə Nazirliyin və sahibin bu Əsasnamə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq verdikləri təkliflər əsasında sahibi və ya operatoru olduğu dövlət informasiya ehtiyatlarında və sistemlərində zəruri dəyişikliklər etmək;

7.1.12. normativ hüquqi aktlarla müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

7.2. İştirakçıların aşağıdakı hüquqları vardır:

7.2.1. İnformasiya sisteminin fəaliyyəti ilə bağlı zəruri məlumatları (sənədləri) əldə etmək üçün sahibə və ya operatora sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

7.2.2. İnformasiya sisteminin təkmilləşdirilməsi istiqamətində sahibə və ya operatora təkliflər vermək;

7.2.3. normativ hüquqi aktlarla müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

8.1. İstifadəçilərin İnformasiya sistemindən istifadə ilə bağlı aşağıdakı hüquqları vardır:

8.1.1. İnformasiya sistemindəki açıq məlumatlarla tanış olmaq və onları əldə etmək;

8.1.2. İnformasiya sisteminin fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflər vermək;

8.1.3. İnformasiya sistemindən istifadə ilə bağlı hüquqlarının pozulmasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək;

8.1.4. normativ hüquqi aktlarla müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver