Qanunvericilik › “Əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin müddətinin uzadılması üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə (Dövlət Miqrasiya Xidməti, 17.09.2015) › Tam mətn

“Əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin müddətinin uzadılması üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə (Dövlət Miqrasiya Xidməti, 17.09.2015)

“Əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin müddətinin uzadılması üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə (Dövlət Miqrasiya Xidməti, 17.09.2015) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT MİQRASİYA XİDMƏTİ KOLLEGİYASININ QƏRARI

“Əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin müddətinin uzadılması üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

“Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsinin icrası məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”nin 18-ci bəndinə əsasən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Kollegiyası

“Əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin müddətinin uzadılması üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” təsdiq edilsin (əlavə olunur).

Qərar qəbul edildiyi gündən üç gün keçənədək Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunsun.

Azərbaycan Respublikası

Dövlət Miqrasiya Xidmətinin rəisi

miqrasiya xidməti müşaviri

1.1. Elektron xidmətin adı: Əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin müddətinin uzadılması üçün müraciətin və sənədlərin qəbulu.

1.2. Elektron xidmətin məzmunu: Bu xidmət əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin müddətinin uzadılması üçün müraciətin və sənədlərin qəbul edilməsi, baxılması və baxılmanın nəticəsindən asılı olaraq əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin müddətinin uzadılması və ya müddətinin uzadılmasından imtina edilməsini əhatə edir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.1. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 65-67-ci və 69-cu maddələri;

1.3.2. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”nin 9.11-1-ci bəndi;

1.3.3. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi;

1.3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və "Elektron xidmət növlərinin Siyahısı"nın 33.5-ci bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti (bundan sonra - Xidmət).

1.5. Elektron xidmətin digər icraçıları: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Elektron xidmət qismən avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ödənilən dövlət rüsumunun məbləğinə müvafiq olaraq həmin qanunda nəzərdə tutulmuş müddətə.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin müddətinin uzadılması və ya müddətinin uzadılmasından imtina edilməsi.

2.1. Elektron xidmətin növü: interaktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: ödənişli.

2.2.1. Xidmət üzrə ödənişin əsası:

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 2001-ci il 4 dekabr tarixli 223-IIQ nömrəli Qanununun 18.58-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin müddətinin uzadılmasına görə on iş günü müddətində uzadıldıqda - 3 ayadək 700 manat, 6 ayadək 900 manat, 1 ilədək 1400 manat, on beş iş günü müddətində uzadıldıqda - 3 ayadək 500 manat, 6 ayadək 700 manat, 1 ilədək 1200 manat, iyirmi iş günü müddətində uzadıldıqda 3 ayadək 350 manat, 6 ayadək 600 manat, 1 ilədək 1000 manat məbləğində dövlət rüsumu müəyyən edilmişdir.

Təminatçı elektron xidmətin göstərilməsi üçün ödənişin real vaxt rejimində elektron formada həyata keçirilməsi imkanını təmin etməlidir.

2.2.2. Dövlət rüsumunun ödənilməli olduğu hesab:

2.2.2.1. Alan bank: Dövlət Xəzinədarlıq Agentliyi

2.2.2.2. Kod: 210 005

2.2.2.3. VÖEN: 140 155 5071

2.2.2.4. m/h: AZ41NABZ01360100000000003944

2.2.2.5. S.W.I.F.T. BİK: CTREAZ22

2.2.2.6. Alan müştəri: Vergilər Nazirliyi yanında Milli gəlirlər Departamenti

2.2.2.7. Hesab: AZ17CTRE00000000000002117131

2.2.2.8. VÖEN: 1602473621

2.2.2.9. Büdcə təsnifatının kodu: 142274

2.2.2.10. Büdcə səviyyəsinin kodu: 1

2.2.3. Ödəmə üsulları - bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya internet-ödəmə vasitəsi ilə.

2.3. Elektron xidmətin istifadəçiləri: Əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri işə cəlb edən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri.

2.4. Elektron xidmətin təqdim olunma yeri: http://az.e.migration.gov.az/%C6%8Fcn%C9%99binin+Az%C9%99rbaycan+Respublikas%C4%B1+%C9%99razisind%C9%99+haqq%C4%B1+%C3%B6d%C9%99nil%C9%99n+%C9%99m%C9%99k+f%C9%99aliyy%C9%99tini+h%C9%99yata+ke%C3%A7irm%C9%99si+%C3%BC%C3%A7%C3%BCn+f%C9%99rdi+icaz%C9%99nin+al%C4%B1nmas%C4%B1/s/472

2.5. Elektron xidmət barədə məlumatlandırma:

2.5.1. İnternet ünvanı: http://az.e.migration.gov.az/;

2.5.2. Elektron poçt: info@migration.gov.az;

2.5.3. Telefon: (+99412) 919.

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

2.6.1. Elektron xidmətin göstərilməsi üçün istifadəçi tərəfindən ərizə-anketə (1 nömrəli Əlavə) aşağıdakı sənədlər əlavə olunur və onların surətləri elektron formada təqdim edilir:

2.6.1.1. əcnəbinin və vətəndaşlığı olmayan şəxsin nəzərdə tutulan işi yerinə yetirmək üçün tələb edilən ixtisasa malik olduğunu təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti;

2.6.1.2. nəzərdə tutulan iş yeri üçün əcnəbinin və vətəndaşlığı olmayan şəxsin cəlb edilməsi zəruriliyini əsaslandıran arayış (əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində onların əsas təhsili, əlavə təhsili, spesifik təlimi, xarici dil biliyi, iş təcrübəsi, xüsusi peşə vərdişləri və.s məlumatlar daxil olmaqla);

2.6.1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 30 iyun tarixli 105 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükəli yoluxucu xəstəliklərin siyahısı”nda nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı olmaması haqqında arayış.

2.6.2. Dövlət rüsumunun ödənilməsi barədə sənəd Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsi işəgötürənə təqdim edildiyi zaman verilir.

2.6.3. İstifadəçi iş icazəsini götürmək üçün Xidmətə gəldikdə bu reqlamentin 2.6.1.1-ci yarımbəndində qeyd olunan sənədin əslini təqdim etməlidir.

3.1. İnteraktiv elektron xidmətlər üçün sorğu:

3.1.1. Sorğunun formalaşdırılması: İstifadəçi bu reqlamentin 2.5.1-ci yarımbəndində göstərilən internet ünvanına daxil olaraq “İş masası” sətrindən “Qeydiyyat” düyməsini sıxır. Açılmış pəncərədə qeydiyyat formasına müvafiq məlumatları daxil edir və pəncərənin sonunda “Qeydiyyat” düyməsini sıxmaqla istifadəçinin elektron poçt ünvanına məlumatların doğruluğunun təsdiq edilməsi üçün keçid göndərilir. İstifadəçi həmin keçidə daxil olur və “Müraciətlər” sətrindən “Əcnəbinin Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirməsi üçün iş icazəsinin müddətinin uzadılması” bölməsinə daxil olaraq “Onlayn Müraciət” düyməsini sıxır. Açılmış pəncərədə ərizə-anket formasını elektron xidmətin təqdim edildiyi internet ünvanından yükləyərək doldurur və bu reqlamentin 2.6.1-ci yarımbəndində tələb olunan sənədlərin skan edilmiş surətləri ilə birlikdə Xidmətə elektron formada təqdim edir.

3.1.2. Sorğunun qəbulu: Sorğu internet səhifəsinə daxil olduğu gün qeydiyyata alınır və sorğunun qəbul edilməsi ilə bağlı istifadəçinin elektron poçtuna dərhal bildiriş göndərilir.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları:

3.2.1.1. İstifadəçi tərəfindən təqdim edilmiş sənədlərdə çatışmazlıqlar (ərizə-anket formasının tam və ya düzgün doldurulmaması, bu reqlamentin 2.6.1-ci yarımbəndində göstərilənlərdən birinin və ya bir neçəsinin ərizəyə əlavə olunmaması) aşkar edildikdə sorğunun yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbi barədə istifadəçinin elektron poçt ünvanına dərhal bildiriş göndərilir.

3.2.1.2. Elektron xidmətin göstərilməsindən imtina istifadəçinin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin müddətinin uzadılması üçün Xidmətin elektron xidmətlər bölməsinə yenidən müraciət etməsinə mane olmur.

3.2.2. Sorğunun qəbulu: İstifadəçi tərəfindən təqdim edilmiş sənədlər bu reqlamentin 2.6.1-ci yarımbəndində göstərilənlərə uyğun olduqda sorğu qəbul olunur.

3.3. Sorğunun icrası:

3.3.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:

3.3.1.1. Sorğunun qeydiyyata alınması;

3.3.1.2. Sorğuya baxılması;

3.3.1.3. Sənədlərin rəy verilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilməsi;

3.3.1.4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən rəy verilməsi;

3.3.1.5. Əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin müddətinin uzadılması və ya müddətinin uzadılmasından imtina edilməsi haqqında qərarın qəbul olunması;

3.3.1.6. Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə verilən iş icazəsi blankının doldurulması, çap edilməsi və işəgötürənə təqdim edilməsi;

3.3.1.7. Bu Reqlamentin 3.3.1.1-ci yarımbəndində qeyd olunan inzibati əməliyyatın yerinə yetirilməsinə görə Xidmətin Katibliyi, 3.3.1.2-ci və 3.3.1.3-cü yarımbəndlərində qeyd olunan inzibati əməliyyatların yerinə yetirilməsinə görə Xidmətin Miqrasiya proseslərini tənzimlənmə baş idarəsinin Əmək miqrasiyasının tənzimlənməsi idarəsinin İş icazələrinin verilməsi şöbəsi (bundan sonra – şöbə), 3.3.1.6-cı yarımbəndində qeyd olunan inzibati əməliyyatın yerinə yetirilməsinə görə Xidmətin Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsinin İcazə vəsiqələrinin təminatı şöbəsi məsuliyyət daşıyır.

3.3.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və ya maksimal yerinə yetirilmə müddəti:

3.3.2.1. Sorğu qəbul edildikdən sonra Xidmətin Katibliyində Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq dərhal qeydiyyata alınır və baxılması üçün şöbəyə təqdim edilir.

3.3.2.2. Sənədlərə şöbədə baxıldığı zaman aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə, onların 5 gün müddətində aradan qaldırılması barədə istifadəçinin elektron poçtuna bildiriş göndərilir.

3.3.2.3. İstifadəçi tərəfindən göndərilən sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə və ya aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sorğuya baxılması davam edir.

3.3.2.4. Şöbə bu Reqlamentin 2.6.1.1-2.6.1.3-cü yarımbəndində qeyd olunan sənədlər haqqında məlumatları rəy verilməsi üçün elektron formada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərir.

3.3.2.5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daxil olmuş məlumatlara 5 iş günü müddətində baxaraq, işəgötürənin işçi qüvvəsinə olan tələbatının yerli əmək ehtiyatları hesabına ödənilməsinin mümkün olub-olmaması ilə bağlı

rəy verir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 5 iş günü ərzində rəy bildirməməsi iş icazəsinin müddətinin uzadılmasına etiraz olunmadığı kimi qəbul edilir.

3.3.2.6. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 66-cı maddəsində nəzərdə tutulmuş hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin müddətinin uzadılmasından imtina edilir və əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin müddətinin uzadılmasından imtina edilməsi haqqında qərar qəbul edilir. Həmin qərar əsaslandırılır və skan edilməklə elektron formada istifadəçiyə göndərilir.

3.3.2.7. İş icazəsinin müddətinin uzadılması ilə bağlı müraciəti müsbət həll edildikdə iş icazəsinin müddətinin uzadılması haqqında qərar qəbul edilir və 2.6.1.1 - 2.6.1.3-cü yarımbəndlərdə qeyd olunan sənədlərlə birlikdə iş icazəsi blankının hazırlanması üçün Xidmətin Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsinin İcazə vəsiqələrinin təminatı şöbəsinə göndərilir.

3.3.2.8. Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə verilən iş icazəsi blankının fərdi qaydada doldurulması “Əcnəbilər” və “Vətəndaşlığı olmayan şəxslər” informasiya resurslarında nəzərdə tutulan iş yeri üçün əcnəbinin və vətəndaşlığı olmayan şəxsin cəlb edilməsi zəruriliyini əsaslandıran arayış, iş icazəsinin uzadılması barədə qərar və sərhədkeçmə sənədi üzrə toplanılmış məlumatlar əsasında İcazə vəsiqələrinin təminatı şöbəsi tərəfindən həyata keçirilir. Bu zaman məlumatlar Azərbaycan Respublikasının dövlət dilində və ingilis dilində doldurulur.

3.3.2.9. Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə verilən iş icazəsi blankının çap edilməsini və onlara təqdim edilməsini Xidmətin Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsinin İcazə vəsiqələrinin təminatı şöbəsi həyata keçirir.

3.3.2.10. Əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsi ilə bağlı daxil olmuş müraciətlərə “Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq həmin qanunda nəzərdə tutulmuş müddətdə baxılır.

3.3.2.11. İş icazəsinin müddətinin uzadılması haqqında qərar qəbul edildikdə, Xidmət 3 iş günü müddətində iş icazəsinin müəyyən olunmuş qaydada doldurulmasını və işəgötürənə təqdim olunmasını təmin edir.

3.3.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi.

3.3.4. İnzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Sorğu qeydiyyata alındığı tarixdən bu reqlamentin 1.7-ci bəndində nəzərdə tutulmuş müddətdə iş icazəsinin müddətinin uzadılması üçün müraciətə baxılmaqla müvafiq qərar qəbul edilir və iş icazəsinin müddətinin uzadılmasından imtina barədə qərar skan edilməklə elektron formada istifadəçiyə göndərilir. Əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin müddəti uzadıldığı halda isə onun təqdim edilməsinin tarixi, vaxtı və yeri barədə istifadəçinin elektron poçtuna məlumat göndərilir.

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət: Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti Xidmət həyata keçirir.

3.4.1. Nəzarətin forması:

3.4.1.1. Daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə təşkil olunmuş mütəmadi monitorinqi;

3.4.1.2. Kargüzarlıq.

3.4.2. Nəzarətin qaydası:

3.4.2.1. Monitorinq nəticəsində müraciətlərin qəbulu, cavablandırılmasının müddəti və prosesin tamlığı izlənilir, baş verən nöqsanlar barədə hesabatlar tərtib olunur. Həmin hesabatlar sistemin fəaliyyətinə məsul olan şəxslər tərəfindən daim izlənilir.

3.4.2.2. Kargüzarlıq nəzarəti Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada həyata keçirilir.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: Elektron xidmətlərin göstərilməsinə görə Xidmətin Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsi məsuliyyət daşıyır.

3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati və məhkəmə qaydasında şikayət edə bilər.

3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati qaydada verilən şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. İnzibati aktlardan məhkəmə qaydasında verilən şikayət Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45-ci və 46-cı maddələrinə uyğun olmalıdır.

3.5.3. Şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır. İnzibati aktlardan məhkəmə qaydasında verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

Xahiş edirəm, işə qəbul etmək istədiyim əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirməsi üçün iş icazəsinin alınmasına və ya müddətinin uzadılmasına dair müraciətimə baxasınız.

(Hereby I am asking you to consider my application on obtaining or extension of work permit for carrying out paid labor activity in the territory of the Republic of Azerbaijan for foreigner or stateless person whom I want to employ)

1. İşə qəbul etmək istədiyim əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə dair

(Information about foreigners or stateless persons whom I want to employ)

1.1. soyadı, adı və atasının adı

(surname, name and patronymic)

1.2. soyadı və ya adı dəyişibsə, dəyişdirilmənin səbəbləri, habelə istifadə dövrü

(if surname or name has been changed, reasons for its change, as well as its period of use)

1.2.1. əvvəlki soyadı və ya adı

(previous surname or name)

1.2.2. istifadə dövrü

1.2.3. dəyişdirilmənin səbəbləri

1.3. doğulduğu tarix (gün, ay, il)

(date of birth (day, month, year)

1.7. ailə vəziyyəti (nikahda, dul, subay)

(marital status (married, widowed, single)

1.8. vətəndaşlıq mənsubiyyəti

1.9. pasportunun və ya digər sərhədkeçmə sənədinin

(passport or other border crossing document)

1.9.2. seriyası və nömrəsi

1.9.3. verilmə tarixi (gün, ay, il)

(date of issue (day, month, year)

1.9.4. etibarlılıq müddəti (gün, ay, il)

(date of expiry (day, month, year)

1.10. ölkədə olmasına əsas:

(grounds for staying in the country)

1.10.1.1. seriyası və nömrəsi

1.10.1.2 verilmə tarixi (gün, ay, il)

(date of issue (day, month, year)

1.10.1.3. etibarlılıq müddəti (gün, ay, il)

(date of expiry (day, month, year)

1.10.1.4. ölkədə qalma müddəti

(staying period in the country

1.10.2. viza tələb olunmayan qaydada

(under visa-free regime)

1.10.2.1. ölkəyə gəldiyi vaxt (gün, ay, il)

(arriving date in the country) (day, month, year)

1.10.3. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddətinin uzadılması haqqında qərar üzrə

(decision on extension of temporary-staying period of foreigners and stateless persons in the territory of the Republic of Azerbaijan)

1.10.3.1. seriyası və nömrəsi

1.10.3.2 verilmə tarixi (gün, ay, il)

(date of issue (day, month, year)

1.10.3.3. etibarlılıq müddəti (gün, ay, il)

(date of expiry (day, month, year)

1.10.4. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi üzrə

(permission card for temporary residence in the territory of the Republic of Azerbaijan)

1.10.4.1 seriyası və nömrəsi

1.10.4.2. verilmə tarixi (gün, ay, il)

(date of issue (day, month, year)

1.10.4.3. etibarlılıq müddəti (gün, ay, il)

(date of expiry (day, month, year)

1.11.1. təhsil pilləsi

1.11.2. təhsil üzrə ixtisası

1.11.3. təhsil aldığı dövr

1.11.4. təhsil müəssisəsinin adı

(name of educational establishment)

1.11.5. təhsil müəssisəsinin ünvanı

(address of educational establishment)

1.12. son beş ildəki fəaliyyəti

(activity in the last 5 years)

Qeyd. Bu hissəni doldurarkən, idarə, müəssisə və təşkilatların adları işlədiyiniz dövrdə adlandığı kimi göstərilməlidir.

(Note. Please indicate previous names of entities, institutions and organizations as called during your employment.)

1.12.1. nə vaxt (başlanğıc və bitmə tarixi)

1.12.4. iş yerinin ünvanı

(address of work place)

1.13. işləyəcəyi vəzifə

1.14. işləyəcəyi yerin ünvanı

(address of intended work place)

(residential address)

2.1. hüquqi şəxsdir (və ya xarici hüquqi şəxsin filial və ya nümayəndəliyidir)

(juridical person (or branch and representation of foreign juridical person)

2.1.3. əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olan işçilərinin sayı

(number of employed foreigners or stateless persons)

2.1.4. VÖEN (qeyri-kommersiya hüquqi şəxsləri üçün qeydiyyat nömrəsi)

(TIN (registration number for non-commercial juridical persons)

2.1.5. telefon nömrəsi

2.1.6. elektron poçt ünvanı

2.2.1. soyadı, adı və atasının adı

(surname, name and patronymic)

2.2.2. şəxsiyyəti təsdiq edən sənədin seriyası və nömrəsi

(series and number of identification document)

2.2.3. əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olan işçilərinin sayı

(number of employed foreigners or stateless persons)

(Taxpayer Identification Number (TIN)

2.2.5. telefon nömrəsi (ev, iş, mobil)

(phone number (home, work, mobile)

2.2.6. elektron poçt ünvanı

2.3. fəaliyyət sahəsi

3. İş icazəsi tələb olunan müddət

(Intended period for work permit)

3-1. Hazırkı müraciətinizə baxılması üçün seçdiyiniz müddət (müraciətin nəticəsinin vaxtında əldə olunmaması seçilmiş müddətə görə ödənilməsi nəzərdə tutulan dövlət rüsumunun məbləğinə təsir göstərmir)

(Period selected for consideration of your current application (failure to obtain the outcome of the application in time does not affect the amount of the state fee to be paid for the selected period)

4. Müraciət işəgötürənin qanunvericiliyə müvafiq nümayəndəsi tərəfindən edilərsə, onun:

(In case the application submitted by legal representative: Information about him/her:)

4.1. soyadı, adı və atasının adı

(surname, name and patronymic)

4.2. doğum tarixi və yeri

(date and place of birth)

(residential address)

4.6. şəxsiyyəti təsdiq edən sənədin seriyası və nömrəsi

(series and number of identification document)

4.7. telefon nömrəsi (ev, iş, mobil)

(phone number (home, work, mobile)

5. Ərizəyə əlavə edilən sənədləri sadalayın

(List of attached documents)

6. Mən xəbərdar edilmişəm ki, əmək müqaviləsi vaxtından əvvəl pozulduqda, bu barədə 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə məlumat verməməyə, Azərbaycan Respublikasının ərazisində iş və yaşama hüququ verən sənədlərin rəsmiləşdirilməsi qaydalarını pozduğuma görə inzibati məsuliyyət daşıyacağam

(I have been warned: in case labor contract is prematurely terminated I will be liable for not informing the State Migration Service of the Republic of Azerbaijan about the case within 5 business days, as well as for violating rules on issuance of documents entitling to work and reside in the territory of the Republic of Azerbaijan)

«____» __________________ 20___ il

İmza (Signature) ______________

Xidməti qeydlər (sənədləri qəbul edən orqan tərəfindən doldurulur)

(Official notes (for official use only)

Ərizə-anketi və orada göstərilmiş sənədləri qəbul etdi, ərizə-anketin düzgün doldurulmasını yoxladı

(Application form and the attached documents received by and accuracy of filling out of the application form checked by)

______________________________________________________________________________

1. 20 iyul 2017-ci il tarixli 16 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201707200016, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 28 iyul 2017-ci il)

2. 26 sentyabr 2017-ci il tarixli 23 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201709260023, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 oktyabr 2017-ci il)

3. 06 dekabr 2017-ci il tarixli 24 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201712060024, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 dekabr 2017-ci il)

4. 07 noyabr 2019-cu il tarixli 04 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201911070004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 noyabr 2019-cu il)

5. 3 mart 2020-ci il tarixli 02 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202003030002, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 mart 2020-ci il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver