Qanunvericilik › Ədəbiyyat və incəsənət əsərlərinin sifariş əsasında yaradılmasına, onların ilk kütləvi ifa və ya nümayiş hüququnun alınmasına görə müəllif qonorarının, yubiley, dövlət tədbirləri və xüsusi təyinatlı konsert proqramları üçün yaradıcı heyət və ifaçılara ödənilən haqqın minimum miqdarının və verilməsi Qaydalarının təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 16.02.2006) › Tam mətn

Ədəbiyyat və incəsənət əsərlərinin sifariş əsasında yaradılmasına, onların ilk kütləvi ifa və ya nümayiş hüququnun alınmasına görə müəllif qonorarının, yubiley, dövlət tədbirləri və xüsusi təyinatlı konsert proqramları üçün yaradıcı heyət və ifaçılara ödənilən haqqın minimum miqdarının və verilməsi Qaydalarının təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 16.02.2006)

Ədəbiyyat və incəsənət əsərlərinin sifariş əsasında yaradılmasına, onların ilk kütləvi ifa və ya nümayiş hüququnun alınmasına görə müəllif qonorarının, yubiley, dövlət tədbirləri və xüsusi təyinatlı konsert proqramları üçün yaradıcı heyət və ifaçılara ödənilən haqqın minimum miqdarının və verilməsi Qaydalarının təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 16.02.2006) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Müəlliflərə, yaradıcı heyət və ifaçılara ödənilən qonorar və haqqın minimum miqdarı 1,2 və 3 nömrəli əlavələrə uyğun olaraq təsdiq edilsin.

2. “Dram, musiqi, musiqili-dram və ədəbi əsərlərin sifariş əsasında yaradılmasına və ya nəşr olunmamış bu tipli əsərlərin ilk kütləvi ifa hüququnun alınmasına görə müəllif qonorarının verilməsi Qaydaları” təsdiq edilsin (4 nömrəli əlavə).

3. Bu qərarın icrası ilə əlaqədar tələb olunan xərclər dövlət büdcəsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi üçün nəzərdə tutulan müvafiq vəsaitlər dairəsində həyata keçirilsin.

4. “Ədəbiyyat və incəsənət əsərlərinin sifariş əsasında yaradılmasına, onların ilk kütləvi ifa və ya nümayiş hüququnun alınmasına görə müəllif qonorarının, yubiley, dövlət tədbirləri və xüsusi təyinatlı konsert proqramları üçün yaradıcı heyət və ifaçılara ödənilən haqqın minimum miqdarının və verilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 oktyabr tarixli 215 nömrəli qərarının 1-ci və 2-ci bəndləri qüvvədən düşmüş hesab edilsin.

5. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 16 fevral 2006-cı il

Kukla teatrı üçün pyeslər:

Çoxpərdəli səhnələşdirmələr:

Birpərdəli səhnələşdirmələr:

Çoxpərdəli pyeslərin tərcüməsi (bədii):

Çoxpərdəli pyeslərin tərcüməsi (sətri):

Birpərdəli pyeslərin tərcüməsi (bədii):

Birpərdəli pyeslərin tərcüməsi (sətri):

Operetta, musiqili komediya, müzikl

Kantata, iri proqramlı simfonik əsər, simfoniyetta

Konsert (solo aləti və simfonik, kamera, xalq çalğı alətləri orkestrləri üçün)

Uvertüra, fantaziya, rapsodiya (simfonik, kamera, xalq çalğı alətləri, estrada orkestrləri üçün)

Süita, variasiyalar (simfonik, kamera, xalq çalğı alətləri orkestrləri üçün)

Birhissəli kiçik əsərlər (simfonik, kamera, xalq çalğı alətləri, estrada orkestrləri üçün)

Kvartet, kvintet, sekstet, septet, oktet və s.

İrihəcmli birhissəli instrumental əsərlər

Nəfəs alətləri orkestri üçün marş

Xalq çalğı alətləri və estrada orkestrləri üçün süita

Simfonik, kamera, xalq çalğı alətləri və estrada orkestrləri üçün rəqslər

Kamera orkestrləri üçün işləmələr

Fortepiano triosu, simli kvartet, nəfəs alətləri kvinteti və başqa ansambllar üçün süita

Solo alətləri üçün sonata

Orkestr ilə solist üçün romans (vokal)

Kiçik kamera əsərləri

Xor üçün irihəcmli əsərlər (müşayiətlə)

Xor üçün irihəcmli əsərlər (müşayiətsiz)

Xor üçün kiçikhəcmli əsərlər (müşayiətlə)

Xor üçün kiçikhəcmli əsərlər (müşayiətsiz)

Müşayiətli səs üçün romanslar, balladalar, vokalizlər, ariyalar və digər kamera əsərləri

Tamaşalar üçün musiqi

Sirk nömrələri üçün musiqi (silsilə əsərlər)

Sirk attraksionu, pantomima, birşöbəli süjetli sirk tamaşası üçün musiqi

Qeydlər: 1. Birpərdəli opera, balet, operetta və musiqili komediyalara görə müəllif qonorarı əsərin həcmi və keyfiyyətindən asılı olaraq çoxpərdəli əsərlər üçün nəzərdə tutulan minimum miqdarın 25-40 faizi həcmində ödənilir.

2. Xalq mahnılarının işlənməsinə görə orijinal əsərlər üçün nəzərdə tutulan minimum miqdarın 25-30 faizi həcmində müəllif haqqı ödənilir.

Çoxpərdəli opera üçün libretto

Çoxpərdəli operetta, musiqili komediya, müzikl üçün libretto

Çoxpərdəli opera, operetta, musiqili komediya, müzikl üçün librettoya əlavə şerlərin mətni

Çoxpərdəli balet üçün libretto

Oratoriya və kantata üçün mətn

Çoxpərdəli opera, operetta, musiqili komediya, müzikl üçün librettonun tərcüməsi

Birpərdəli opera, operetta, musiqili komediya, müzikl üçün librettonun tərcüməsi

Qeyd. Birpərdəli opera, operetta, musiqili komediya və balet üçün librettoya görə müəllif qonorarı əsərin həcmindən və keyfiyyətindən asılı olaraq çoxpərdəli əsərlər üçün nəzərdə tutulan minimum miqdarın 25-40 faizi həcmində ödənilir.

Çoxpərdəli baletin xoreoqrafiyası

Bir balet nömrəsinin xoreoqrafiyası

Kiçik məzhəkələr, dramatik etüdlər

Felyetonlar, miniatürlər, intermediyalar, novellalar, monoloqlar

Meyxana və bayatılar üçün musiqi

Montaj, kompozisiya, orijinal janrlı estrada əsərlərinin tərtibatı

Aparıcı üçün giriş sözü

Kollektiv ifa üçün nəzərdə tutulan proloq və final

Qısa dialoq (intermediya)

Antrenin ədəbi işlənməsi

Oyunbaz antresi, komik rolların ifaçıları üçün antre

Pantomima, süjetli sirk tamaşası (libretto və mətn)

Sirk nömrəsi ssenarisi

Sirk attraksionunun ssenarisi

Musiqili çıxış, yaxud estrada tamaşalarına musiqi

Marşlar, cəld rəqslər, intermessolar, romanslar, valslar və digər xırda pyeslər

Sirk, yaxud estrada nömrələrini müşayiət etmək üçün nəzərdə tutulan kiçik musiqili əsərlər

Sirk, yaxud estrada nömrələrinin musiqili kompilyativ tərtibatı

Süjetli estrada tamaşaları üçün ssenari və mətnlər

Kütləvi bayramlar üçün ədəbi ssenari

Qeyd. Estrada və sirk üçün yazılmış ədəbi əsərlərin tərcüməsi üçün orijinal əsərlərə görə nəzərdə tutulan minimum miqdarın 50 faizi həcmində qonorar ödənilir.

Folklor xoreoqrafiyası əsasında səhnə üçün rəqs

Qeyd: 1. Bədii cəhətdən yüksək səviyyəsi, tematik aktuallığı və orijinal üslubu ilə fərqlənən əsərlərin dəyəri müstəsna hal kimi Dövlət Alğı Komissiyası tərəfindən minimum qiymətlərdən artıq, sərbəst qiymətlərlə müəyyən oluna bilər.

2. Kommersiya təşkilatları əsər sifariş verərkən, yaxud ilk kütləvi ifa hüququnu alarkən bu əlavədə göstərilən minimum miqdardan az olmamaq şərtilə əsərlərin dəyəri müqavilə əsasında sərbəst qiymətlə müəyyən edilir.

Tematik tablo (300 sm-dən artıq)

Tematik tablo (300 sm-ə qədər)

Qrup portreti (200 sm-dən artıq)

Natürmort (150 sm-dən artıq)

Mənzərə (150 sm-dən artıq)

Etüd (100 sm-dən artıq)

Sərgi xarakterli teatr və kino eskizləri

Sulu boya, quaş, tampera, pastel

Səhnə kostyumu eskizləri

Heykəl və ya çoxfiqurlu kompozisiya (ölçüsü 1,5 metrdən çox)

Çoxfiqurlu kompozisiya (ölçüsü 1,5 metrə qədər)

Kiçik formalı heykəllər

Qeyd. Əsərlərin dəyəri müəyyən olunarkən işlənən materialın qiyməti nəzərə alınır.

Xalça və xalça məmulatları, vərni, məfraş və s. (3 kv.m-ə qədər)

Xalça və xalça məmulatları, (3 kv.m-dən böyük

Qeydlər: 1. Görkəmli fırça ustalarının bədii cəhətdən yüksək səviyyəsi, tematik aktuallığı, orijinal üslubu ilə fərqlənən təsviri və dekorativ-tətbiqi sənət əsərlərinin dəyəri müstəsna hal kimi Dövlət Ekspert Alğı Komissiyası tərəfindən minimum qiymətlərdən artıq, sərbəst qiymətlərlə müəyyən oluna bilər.

2. Dövlət Ekspert Alğı Komissiyası, digər hüquqi və fiziki şəxslər tərəfindən əsərlərin qiyməti müəyyən olunarkən onların mürəkkəbliyi, keyfiyyəti, ölçüləri və texnologiyası nəzərə alınır.

3. Kommersiya təşkilatları təsviri və dekorativ-tətbiqi sənət əsərləri sifariş verərkən həmin əsərlərin dəyəri bu əlavədə göstərilən minimum miqdardan az olmamaq şərtilə müqavilə əsasında sərbəst qiymətlərlə müəyyən edilir.

İnzibatçı-əlaqələndirici

Vokalçı (opera və musiqili komediya teatrları):

- xalq artisti, Dövlət mükafatı və Beynəlxalq müsabiqələr laureatı

- əməkdar artist, Beynəlxalq müsabiqələr laureatı

Solist-musiqiçi (pianoçu, skripkaçı, tarzən, kamançaçı və s.)

- xalq artisti, Dövlət mükafatı və Beynəlxalq müsabiqələr laureatı

- əməkdar artist, Beynəlxalq müsabiqələr laureatı

Balet artisti (solo ifa)

Balet artisti (kütləvi ifa)

Milli rəqs (solo ifa)

Milli rəqs (kütləvi ifa)

Muğam ifaçısı və müğənni:

Aktyor sənəti ifaçılığı və bədii qiraət, aparıcı

Ansamblın tərkibində ifaçılıq

Simfonik orkestr və ya kamera orkestrində ifaçılıq

Xor tərkibində ifaçılıq

Qeyd: Bədii cəhətdən yüksək səviyyəsi, tematik aktuallığı, orijinal üslubu ilə fərqlənən tədbirlərdə yaradıcı heyətə və ifaçılara, habelə xaricdən dəvət olunan ifaçılara ödənilən haqq müstəsna qaydada sərbəst qiymətlər əsasında müəyyən oluna bilər (bu və ya digər tədbirdə yaradıcı heyət və ifaçılar üçün ayrılan vəsait daxilində).

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 16 fevral tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş 1 və 2 nömrəli əlavələrdə ədəbiyyat və incəsənət əsərlərinin yaradılmasına və ya nəşr olunmamış bu tipli əsərlərin ilk kütləvi ifa hüququnun alınmasına görə müəllif qonorarının verilməsinin (müqavilə əsasında) nəzərdə tutulmuş minimum miqdarı Azərbaycan Respublikası ərazisində tətbiq edilir.

2. Müəllif qonorarının miqdarı əsərin bədii keyfiyyətindən və əhəmiyyətindən asılı olaraq müəssisə (təşkilat) ilə müəllif arasında bağlanmış müqavilə əsasında minimum miqdardan az olmamaq şərtilə müəyyən olunur.

1 və 2 nömrəli əlavələrdə göstərilən müəllif qonorarının minimum miqdarından istifadə müəlliflə müqavilə bağlamış müəssisənin (təşkilatın) kimə tabeliyindən asılı deyildir.

3. Dram, musiqi, musiqili-dram və ədəbi əsərlərin sifariş əsasında yaradılmasına görə müəllif yalnız bir müəssisə (təşkilat) ilə müqavilə bağlaya və bu əsərə görə həmin müəssisədən (təşkilat) yalnız bir dəfə qonorar ala bilər.

4. Sifariş əsasında kütləvi ifa üçün əsər yaratmağa görə müqaviləsi olan müəllif, əsəri bitirdiyi andan qurtaran kimi onun nəşri üçün də müqavilə bağlaya və nəşrinə görə müəyyən olunmuş tarif dərəcələrinə uyğun qaydada müəllif qonorarı ala bilər.

Əsərin nəşrinə görə müqaviləsi olan müəllif, eyni zamanda müəllif qonorarı ödənilməklə onun kütləvi ifası üçün də müqavilə bağlaya bilər.

5. Nəşr edilmiş əsərdə teatrın tələbinə uyğun surətdə müqavilə üzrə düzəlişlər etməyə görə müəllif qonorarı ödənilmir.

6. Nəşr edilmiş əsərin tamamilə yenidən işlənilməsinə görə müvafiq yaradıcılıq ittifaqları, Mədəniyyət Nazirliyi, yaxud onun yerli idarələri tərəfindən təsdiq edilmiş rəy əsasında 75 faizə qədər müəllif qonorarı ödənilə bilər.

7. Aktual ictimai-siyasi mövzularda estrada və sirk üçün yazılmış və nəşr edilmiş əsərlərdə düzəlişlər etmək zərurəti ortaya çıxarsa, müqavilə əsasında 50 faizə qədər müəllif qonorarı ödənilə bilər.

8. Estrada və sirk üçün yazılmış əsərlərə görə müəllif qonorarı aşağıdakı qaydalara əməl etməklə ödənilir:

a) 6 və daha çox misradan ibarət olan meyxanalar həcmindən asılı olmayaraq iki rübai kimi götürülür; qısa dialoq (intermediya) üçün nəzərdə tutulan minimum müəllif qonorarı nömrələr arasında əlaqə yaratmaq, yaxud nömrəyə giriş xarakterində yazılmış intermediyalar üçün də tətbiq edilir.

9. Nəşr olunmamış əsərin kütləvi ifası üçün müəlliflə müqavilə (səhnə müqaviləsi) bağlamış müəssisə (təşkilat) aldığı əsəri özünün tabeliyində olan təşkilatlara verə, radio və televiziya ilə ifa edə, yaxud heç bir əlavə qonorar ödəmədən nüsxələrinin sayını artıra bilər. Kütləvi ifaya görə müəllifin qonorar almaq hüququ saxlanılır.

10. Teatrları rəngarəng repertuarla təmin etmək məqsədilə nəşr olunmamış dram və estrada əsərlərinin müəllifin razılığı əsasında Əqli Mülkiyyət Agentliyi vasitəsilə əlyazma şəklində artırılmasına onun nəşri kimi baxılmır.

Belə əsərlərin kütləvi ifasını ilk dəfə həyata keçirən müəssisə (təşkilat) müəllif qonorarı ödəməyə borcludur (əvvəllər müəllif qonorarı ödənilməyibsə).

11. Teatrların, sirklərin, konsert təşkilatlarının və ifaçılıq kollektivlərinin rəhbərləri ilkin ifa hüququnun alınmasına və ya sifariş əsasında yaradılmasına görə müəllif qonorarı ödənilməsini nəzərdə tutan müqavilələri yalnız yuxarı orqanların icazəsindən sonra bağlaya bilərlər.

Sifariş əsasında yaradılan əsərə görə müəllif qonorarı müəlliflərin vərəsələrinə müəyyən olunmuş qaydalar əsasında Əqli Mülkiyyət Agentliyi vasitəsilə verilir.

1. 18 dekabr 2018-ci il tarixli 539 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 dekabr 2018-ci il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2735)

2. 26 oktyabr 2020-ci il tarixli 423 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №10, maddə 1311)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver