Qanunvericilik › Ədliyyə orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 20

Maddə 20. Xüsusi rütbələr

Ədliyyə orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

20.1. Tutduqları vəzifəyə və ədliyyə orqanlarında stajına uyğun olaraq ədliyyə orqanlarının işçiləri üçün aşağıda göstərilən xüsusi rütbələr müəyyən edilir:

20.1.1. Ali xüsusi rütbələr:

- həqiqi dövlət ədliyyə müşaviri;

- I dərəcəli dövlət ədliyyə müşaviri;

- II dərəcəli dövlət ədliyyə müşaviri;

- III dərəcəli dövlət ədliyyə müşaviri.

20.1.2. Böyük xüsusi rütbələr:

- baş ədliyyə müşaviri;

- ədliyyə müşaviri;

- kiçik ədliyyə müşaviri.

20.1.3. Orta xüsusi rütbələr:

- I dərəcəli ədliyyə qulluqçusu;

- II dərəcəli ədliyyə qulluqçusu;

- III dərəcəli ədliyyə qulluqçusu.

20.2. Penitensiar xidmətin və tibb xidmətinin əməkdaşları üçün aşağıda göstərilən xüsusi rütbələr müəyyən edilir:

20.2.1. Ali rəis heyəti vəzifələri üçün müəyyən edilmiş ali xüsusi rütbələr:

- ədliyyə general-polkovniki;

- ədliyyə general-leytenantı;

- ədliyyə general-mayoru; tibb xidməti general-mayoru.

20.2.2. Böyük rəis heyəti vəzifələri üçün müəyyən edilmiş böyük xüsusi rütbələr:

- ədliyyə polkovniki; tibb xidməti polkovniki;

- ədliyyə polkovnik-leytenantı; tibb xidməti polkovnik-leytenantı;

- ədliyyə mayoru; tibb xidməti mayoru.

20.2.3. Orta rəis heyəti vəzifələri üçün müəyyən edilmiş orta xüsusi rütbələr:

- ədliyyə kapitanı; tibb xidməti kapitanı;

- ədliyyə baş leytenantı; tibb xidməti baş leytenantı;

- ədliyyə leytenantı; tibb xidməti leytenantı;

- ədliyyə kiçik leytenantı; tibb xidməti kiçik leytenantı.

20.2.4. Kiçik rəis heyəti vəzifələri üçün müəyyən edilmiş xüsusi rütbələr:

- ədliyyə baş giziri; tibb xidməti baş giziri;

- ədliyyə giziri; tibb xidməti giziri;

- ədliyyə kiçik giziri; tibb xidməti kiçik giziri;

- ədliyyə baş çavuşu; tibb xidməti baş çavuşu;

- ədliyyə çavuşu; tibb xidməti çavuşu;

- ədliyyə kiçik çavuşu; tibb xidməti kiçik çavuşu.

20.2.5. Sıravi heyət vəzifələri üçün ədliyyə sıravisi və tibb xidməti sıravisi xüsusi rütbələri müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver