Qanunvericilik › Ədliyyə orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 24

Maddə 24. Ədliyyə orqanları işçilərinin tibbi təminatı

Ədliyyə orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

24.1. Ədliyyə orqanlarının işçilərinə və onların ailə üzvlərinə tibbi xidmətin göstərilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının tibb xidməti tərəfindən həyata keçirilir.

24.2. Tibb xidmətinin işçiləri xüsusi rütbəsi olan əməkdaşlara və mülki işçilərə bölünür. Xüsusi rütbəsi olan əməkdaşlar (bundan sonra - “əməkdaşlar”) sıravi heyətdən, kiçik, orta, böyük və ali rəis heyətindən ibarətdir. Bu Qanunun 36-39-cu maddələrinin müddəaları tibb xidmətinin əməkdaşlarına şamil edilir.

24.3. Tibb xidmətinin əməkdaşlarına bu Qanunun 20.2-ci maddəsində nəzərdə tutulmuş xüsusi rütbələr verilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver