Qanunvericilik › Ədliyyə orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 28

Maddə 28. Həvəsləndirmə tədbirləri

Ədliyyə orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

28.1. Xidməti vəzifələrinin nümunəvi icrasına, uzunmüddətli qüsursuz fəaliyyətinə və digər xidmətlərinə görə ədliyyə orqanları işçisinə aşağıdakı həvəsləndirmə tədbirləri tətbiq oluna bilər:

28.1.1. təşəkkür;

28.1.2. pul mükafatı;

28.1.3. qiymətli hədiyyə ilə mükafatlandırma;

28.1.4. əvvəllər verilmiş intizam tənbehinin vaxtından əvvəl götürülməsi;

28.1.5. fəxri fərman ilə təltif edilmə;

28.1.6. növbədənkənar və ya vaxtından əvvəl xüsusi rütbə verilməsi;

28.1.7. “fəxri ədliyyə işçisi” adının verilməsi;

28.1.8. döş nişanı ilə təltif edilmə;

28.1.9. digər həvəsləndirmə vasitələri ilə mükafatlandırma.

28.1-1. Ədliyyə sisteminin inkişafı sahəsində göstərdikləri səmərəli əməkdaşlığa və verdikləri töhfələrə görə Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumlarının, habelə beynəlxalq təşkilatların nümayəndələri və ölkə vətəndaşları fəxri fərman və xatirə nişanı ilə təltif edilə bilərlər.

28.2. Ədliyyə orqanlarının işçiləri xüsusi xidmətlərinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının orden və medalları və fəxri adları ilə təltif olunmaq üçün təqdim oluna bilərlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver