38.1. Penitensiar xidmətin əməkdaşının qulluqda olmasının yaş həddi aşağıdakı kimi müəyyən edilir:
38.1.1. sıravi və kiçik rəis heyəti vəzifələri üçün müəyyən edilmiş xüsusi rütbələrdə olan əməkdaşlara - 50 yaş (bu xüsusi rütbələrdə olan əməkdaşlar göstərilən yaş həddinə çatdıqda qulluq illərinə görə pensiya hüququ əldə etmirlərsə, onlar ədliyyə orqanlarında qulluğunu davam etdirirlər);
38.1.2. orta və böyük rəis heyəti vəzifələri üçün müəyyən edilmiş xüsusi rütbələrdə olan əməkdaşlara - 55 yaş;
38.1.3. ədliyyə general-mayoru və ədliyyə general-leytenantı xüsusi rütbələrdə olan əməkdaşlara - 60 yaş, ədliyyə general-polkovniki xüsusi rütbədə olan əməkdaşlara - 65 yaş. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifəyə təyin olunan şəxslər üçün yaş həddi müəyyən edilmir.
38.2. Yaş həddinə çatmış penitensiar xidmətin əməkdaşının qulluqda olma müddəti müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən 5 ildən çox olmamaq şərtilə uzadıla bilər. Penitensiar xidmətdə qulluqda olma müddəti hər dəfə bir ildən çox olmayaraq uzadılır.