Azərbaycan Respublikasının
“16 “ avqust 1999-cu il
Azərbaycan Respublikası
“16” avqust 1999-cu il
tarixli A-124 №-li Əmri ilə
Bu Qayda “Dövlət vergi xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 13-cü, 14-cü və 15-ci bəndlərinin hər biri üzrə nəzərdə tutulmuş təkrar maliyyə sanksiyalarının sonuncusu tətbiq edildikdən sonra il ərzində həmin pozuntulara bir daha yol vermiş və ya tətbiq edilmiş maliyyə sanksiyalarını 3 (üç) ay ərzində ödəməmiş şəxslərin əhali ilə pul hesablaşmalarını həyat keçirən obyektlərinin (bundan sonra – obyekt adlandırılacaq) fəaliyyətinin dayandırılması qaydalarını müəyyən edir.
1. Obyektin fəaliyyətinin dayandırılmasına əsas verən qanun pozuntusu barədə aktın rəsmiləşdirildiyi tarixdən sonrakı iş günündən gec olmayaraq obyektin fəaliyyətinin dayandırılacağı haqqında onun məxsus olduğu və bu obyektdə fəaliyyəti həyat keçirən vergi ödəyicilərinə 3 (üç) iş günü müddətində obyektdə olan malların çıxarılması da təklif edilməklə, bu qaydaya əlavə 1-də göstərilən forma üzər ciddi hesabat blankı olan xəbərdarlıq məktubu təqdim edilir. Xəbərdarlıq məktubu 3 (üç) nüsxədə tərtib edilməklə vergi müfəttişliyinin rəisi (və ya onun müavini) tərəfindən imzalanır. Onun bir nüsxəsi vergi ödəyicisinə, ikinci nüsxəsi obyektin sahibinə təqdim edilir və üçüncü nüsxəsi isə dövlət vergi müfəttişliyində saxlanılır.
2. Xəbərdarlıq məktubunun təqdim edildiyi gündən sonrakı dördünmü iş günündə dövlət vergi müfəttişliyinin rəisi obyektin fəaliyyətinin dayandırılması haqqında bu qaydaya əlavə 2-də göstərilən forma üzrə 2 (iki) nüsxədən ibarət ciddi hesabat blanklarında sərəncam verir. Sərəncamın bir nüsxəsi vergi ödəyicisinə təqdim edilir, ikinci nüsxə isə dövlət vergi müfəttişliyində saxlanılır. Fəaliyyəti dayandırılmamlı olan obyekt başqa rayon (şəhər) ərazisində yerləşdikdə, sərəncam 3 (üç) nüsxədən ibarət tərtib edilir və üçüncü nüsxə həmin ərazi üzrə dövlət vergi müfəttişliyinə göndərilir.
3. Obyektin fəaliyyətinin dayandırılması barədə sərəncamın icrası dövlət vergi müfəttişliyinin nümayəndələri tərəfindən həyata keçirilir və bu barədə müvafiq akt tərtib edilir.
Obyekt başqa rayonun (şəhərin) ərazisində yerləşdiyi halda obyektin fəaliyyətinin dayandırılması həmin obyektin yerləşdiyi ərazi üzrə dövlət vergi müfəttişliyi tərəfindən sərəncamın daxil olduğu tarixdən sonrakı gündən keç olmayaraq həyata keçirilir.
4. Sərəncamın verildiyi (daxil olduğu) gündən sonrakı gün ərzində fəaliyyəti dayandırılan obyektə daxil olması mümkün olan bütün keçidlər müvafiq qaydada plomblanır (möhürlənir). Fəaliyyəti dayandırılmalı olan obyektin digər iri obyektin ümumi ticarət (xidmət və ya məişət) sahəsinin bir hissəsində yerləşdiyi və ayrıca keçidi olmadığı hallarda, bu obyektin fəaliyyətinin davam etdirilməsinin qarşısını alan tədbirlər görülür.
5. Əhali tərəfindən aydın görünən yerdə, obyektin fəaliyyətinin dayandırılması haqqında bu obyektin fəaliyyətinin dayandırılması səbəb olan pozuntunu özündə əks etdirən məlumat lövhəli asılır.
6. Mallar və digər qiymətliliər vergi ödəyicisi tərəfindən obyektdən çıxarılmadığı halda, onların qorunmasına görə dövlət vergi müfəttişliyi məsuliyyət daşımır. Obyektin fəaliyyətinin dayandırıldığı günə qədər vergi ödəyicisi malları və digər qiymətliləri obyektdən çıxarmadığı halda, onun rəsmi müraciətinə əsasən bunların obyektdən çıxarılması başqa tarixdə dövlət vergi müfəttişliyinin nümayəndələrinin iştirakı ilə həyata keçirilə bilər.
7. Fəaliyyəti dayandırılmış obyektin sahibinin dəyişməsi və yaxud başqa şəxsə icarəyə verilməsi, onun fəaliyyətinin davam etdirilməsinə əsas vermir.
8. “Dövlət vergi xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 13-cü, 14-cü və 15-ci bəndlərinin hər biri üzrə nəzərdə tutulmuş təkrar maliyyə sanksiyalarının sonuncusu tətbiq edildikdən sonra il ərzində həmin pozuntulara bir daha yol verilməsinə görə obyektin fəaliyyəti 1 (bir) ay müddətinə dayandırılır. Tətbiq edilmiş maliyyə sanksiyalarının 3 (üç) ay ərzində ödənilməməsinə görə isə obyektin fəaliyyəti həmin maliyyə sanksiyaları aidiyyatı üzər tam ödənilənədək dayandırılır.
9. Obyektin fəaliyyətinin dayandırılması barədə sərəncamın icrasına dövlət vergi müfəttişliyi tərəfinən müntəzəm nəzarət edilir. Obyektin fəaliyyətinin dayandırıldığı dövrdə, onun fəaliyyət göstərdiyi aşkar edilərsə, təqsirkar şəxsə “Dövlət Vergi Xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 17-ci bəndinə əsasən 10 mln. manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
10. Obyektin fəaliyyətinin dayandırıldığı müddət başa çatdıqdan sonrakı gündən gec olmamaqla obyektin keçid yerlərinə verelmuş plomblar dövlət vergi müfəttişliyinin nümayəndələri tərəfindən götürülməklə obyektin fəaliyyəti bərpa olunur və bu barədə müvafiq akt tərtib edilir.
11. Obyektlərin fəaliyyətinin dayandırılması və ya fəaliyyətinin bərpa edilməsi barədə tərtib edilmiş aktların qeydiyyatı vergi orqanları tərəfindən bu qaydaya əlavə 3-də göstərilmiş forma üzrə kitabda aparılır. Göstərilən kitabın vərəqləri nömrələnməli, qaytanlanmalı və son səhifəsində “Bu kitab _____ səhifədən ibarət olmaqla nömrələnmiş və qaytanlanmışdır” qeydi aparılmalı, dövlət vergi müfəttişliyinin rəisi tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir.
Azərbaycan Respublikası Baş
Dövlət Vergi Müfəttişliyinin
avqust 1999-cu il tarixli
№-li əmri ilə təsdiq edilmiş
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
(fəaliyyəti dayandırılmalı
olan obyektdə fəaliyyət
göstərən vergi ödəyicisinin
adı, ünvanı və VÖİN-i)
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
(fəaliyyəti dayandırılmalı
olan obyektin sahibinin
adı, ünvanı və VÖİN-i)
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ Seriya 00 № 000000
Sizin _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ ünvanda yerləşən _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ obyektində _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
fəaliyyət növü) (obyektin fəaliyyətinin
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
dayandırılmasına əsas verən qanun pozuntusunun
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ yol verilmiş və bu, _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ tarixli
aktla rəsmiləşdirilmişdir.
Xəbərdar edirik ki, həmin obyektin fəaliyyəti “Dövlət vergi xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 17-ci bəndində əsasən _ _ _ _ _ _ _ _ _ _ _
(tarix, gün, ay, il) tarixdən etibarən dayandırılacaqdır.
Obyektin fəaliyyətinin dayandırılması ilə əlaqədar 3 gün ərzində orada olan malların və digər qiymətlilərin çıxarılmasını təklif edirik. Bildiririk ki, mallar və digər qiymətlilər tərəfinizdən obyektdən çıxarılmadığı halda, onların qorunmasına görə dövlət vergi müfəttişliyi məsuliyyət daşımır.
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
(dövlət vergi müfəttişliyinin adı) (müfəttişliyin rəisinin və ya müavininin soyadı, atasının adı, imzası)
Azərbaycan Respublikası Baş
Dövlət Vergi Müfəttişliyinin
_ _ _ avqust 1999-cu il tarixli
_ _ _ №-li əmri ilə təsdiq edilmiş
_ _ _ _ _ _ _ _ _ _ _ rayonu (şəhəri) üzrə Dövlət
Vergi Müfəttişliyinin rəisinin
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ Seriya 00 №-000000
“Dövlət vergi xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 17-ci bəndinə əsasən _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ __ _ _ _ _ _
(fəaliyyəti dayandırılmalı
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ olan obyektin sahibinin adı, VÖİN-i
məxsus olan _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ ünvanda yerləşən obyektdə
(obyektin tam ünvanı)
fəaliyyət göstərən _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
(vergi ödəyicisinin adı və VÖİN-i)
tərəfindən _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
(obyektin fəaliyyətinin dayandırılmasına əsas verən qanun _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ pozuntusunun xarakteri, pozuntu barədə aktın tarixi)
görə həmin obyektin fəaliyyəti _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ __ _ _ _ _ _ _ _ _tarixindən (gün, ay, il)
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _dayandırılsın.
Sərəncamın icrası _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ həvalə edilsin.
(icraçının vəziyyəti, soyadı)
M. Y. _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
(soyadı, adı, imzası)