Qanunvericilik › Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 1

Maddə 1. Əsas anlayışlar

Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.0.1. ekoloji təhsil - ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan istifadə üzrə normaların, xüsusi biliklərin, təcrübənin tədrisi və öyrənilməsi prosesi;

1.0.2. ekoloji biliklər - ətraf mühitə, ekologiyaya, insan və təbiət arasında qarşılıqlı əlaqələrə dair məlumatlar;

1.0.3. ekoloji maarifləndirmə - ekoloji mədəniyyətin formalaşmasına yönəldilmiş ekoloji bilik və təcrübənin yayılması;

1.0.4. ekoloji mədəniyyət - əhalinin və ölkənin ekoloji təhlükəsizliyinə, insanın ətraf mühitlə qarşılıqlı əlaqəsinə dair bilik və təcrübənin məcmusu.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver