Qanunvericilik › Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 5

Maddə 5. Ekoloji təhsil və maarifləndirmə sahəsində dövlət hakimiyyəti orqanlarının hüquqları və vəzifələri

Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

5.1. Ekoloji təhsil və maarifləndirmə sahəsində dövlət hakimiyyəti orqanlarının hüquqları və vəzifələri aşağıdakılardır:

5.1.1. ekoloji təhsil və maarifləndirmə sahəsində dövlət siyasətinin əsas istiqamətlərinin müəyyən edilməsi və onların həyata keçirilməsi;

5.1.2. ekoloji təhsil və maarifləndirmə sisteminin təşkil edilməsi;

5.1.3. ekoloji təhsil və maarifləndirmə sisteminin informasiya və elmi-metodik təminatı;

5.1.4. sahə qanunvericiliyinin digər normativ hüquqi aktlara uyğunluğunun təmin edilməsi;

5.1.5. təhsil və ekoloji təhsil proqramlarının uyğunluğunu təmin etmək üçün dövlət ekspertizasının aparılması;

5.1.6. ekoloji təhsil və maarifləndirmə sahəsində dövlət və yerli özünüidarəetmə orqanlarının, qeyri-hökumət təşkilatlarının, müvafiq hüquqi və fiziki şəxslərin fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi;

5.1.7. ekoloji təhsil və maarifləndirmə sahəsində dövlət ekoloji proqramların hazırlanması, təsdiqi və həyata keçirilməsi;

5.1.8. ekoloji təhsil və maarifləndirmə sistemi üçün mütəxəssis-ekoloqların, elmi, pedaqoji və digər kadrların hazırlanması və ixtisaslarının artırılması;

5.1.9. ekoloji təhsil sahəsində beynəlxalq müqavilələrin və proqramların, dövlətlərarası sazişlərin hazırlanması və yerinə yetirilməsi;

5.1.10. ekoloji təhsil və maarifləndirmə sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin, o cümlədən qeyri-hökümət təşkilatlarının fəaliyyətlərinin stimullaşdırılması.

5.1.11. ekoloji təhsilin və maarifləndirmənin təbii ehtiyatlardan səmərəli istifadə, ətraf mühitin mühafizəsi və onun bərpa edilməsi üzrə fəaliyyətin təmin edilməsi;

5.1.12. ekoloji təhsil və maarifləndirmə məsələlərinin müvafiq dövlət proqramlarına daxil edilməsi.

5.2. Ekoloji təhsil və maarifləndirmə üzrə dövlət proqramları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada hazırlanır, qəbul edilir və dərc olunur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver