Qanunvericilik › Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 1

Maddə 1. Əhalinin sağlamlığının qorunmasının əsas prinsipləri

Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Əhalinin sağlamlığının qorunmasının əsas prinsipləri aşağıdakılardır:

Əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarına dövlət təminatı və bu təminatla bağlı hüquqi və fiziki şəxslərin məsuliyyəti;

əhalinin sağlamlığının qorunması sahəsində profilaktik tədbirlərin həyata keçirilməsi;

tibbi-sosial yardımın hamı üçün mümkünlüyü;

sağlamlığın itirilməsi zamanı vətəndaşların sosial müdafiəsi.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver