Qanunvericilik › Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 16

Maddə 16. Əhalinin sağlamlığının qorunması sahəsində ailənin hüquqları

Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Dövlət ailə üzvlərinin sağlamlığını qorumaq qayğısını öz öhdəsinə götürür.

Hər bir vətəndaş ailənin planlaşdırılması, ətrafdakılar üçün təhlükə törədən xəstəliklərin mövcudluğu məsələlərinə və ailə-nigah münasibətlərinin tibbi-psixoloji cəhətlərinə dair, habelə nəsildə mümkün olan irsi xəstəliklərə yol verməmək məqsədilə yaşayış yerindəki dövlət və bələdiyyə tibb müəssisələrində müvafiq olaraq dövlət və ya yerli büdcə vəsaiti hesabına (“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfində nəzərdə tutulduğu halda isə icbari tibbi sığorta vəsaitləri hesabına) məsləhətlər almaq, müayinədən keçmək və dispanser nəzarətində olmaq hüququna malikdir.

Uşaqlı ailələrin (ilk növbədə əlilliyi olan uşaqları və valideyn himayəsindən məhrum uşaqları böyüdən natamam ailələrin) əhalinin sağlamlığının qorunması sahəsində qanunvericilikdə müəyyən edilmiş güzəştlərdən istifadə etmək hüququ vardır.

14 yaşına çatmayan xəstə uşağa qulluq edilməsinə görə istər ambulator, istərsə də stasionar müalicə zamanı uşağın qulluğa ehtiyacı olan müddətədək valideynlərdən birinə və ya ailənin başqa bir üzvünə qanunvericilikdə müəyyən edilmiş müavinət verilir.

Yetkinlik yaşına çatmayan şəxs postvaksinal fəsadla əlaqədar xəstəliyə tutulduqda ona qanunvericilikdə müəyyən edilən qaydada əlilliyi müəyyən edilənədək onun valideynlərindən biri və ya qanuni nümayəndəsi fasiləsiz iş stajından asılı olmayaraq, orta əmək haqqının 100 faizi miqdarında müavinət almaq hüququna malikdir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver