Əhalinin sağlamlığının qorunması sahəsində dövlətin vəzifələri aşağıdakılardır:
əhalinin sağlamlığının qorunması sahəsində dövlət siyasətinin əsaslarının müəyyən edilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi;
sağlamlığın qorunması sahəsində dövlət proqramlarının hazırlanması və həyata keçirilməsi;
səhiyyə sisteminin təşkili qaydalarının və fəaliyyətinin müəyyənləşdirilməsi;
dövlət səhiyyə sisteminin maliyyələşdirilməsi;
ətraf mühitin qorunmasının, ekoloji təhlükəsizliyin təmin edilməsi;
icbari tibbi sığorta üzrə sığorta məbləğinin və sığorta haqqının ödənilməsi qaydasının müəyyənləşdirilməsi;
əhalinin xüsusi qrupları üçün tibbi-sosial yardım göstərilməsinə təminat verilməsi;
dövlət və qeyri-dövlət səhiyyə sistemi müəssisələri arasında sağlam rəqabətə təminat verilməsi;
ailənin, valideynlərin və uşaqların mühafizəsi;
səhiyyə sahəsində beynəlxalq əməkdaşlığın həyata keçirilməsi;
tibb müəssisələrinin akkreditasiyasının həyata keçirilməsi.
II fəsil
Əhalİnİn sağlamlığının qorunmasının təşkİlİ