Qanunvericilik › Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 36

Maddə 36. Yeni profilaktik, diaqnostika və müalicə üsullarının, dərman və dezinfeksiya vasitələrinin, immunobioloji preparatların tətbiqi

Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Səhiyyədə tətbiq edilən profilaktika, diaqnostika və müalicə üsullarından, tibbi texnologiyalardan, dərman və dezinfeksiya vasitələrindən, immunobioloji preparatlardan qanunvericilikdə müəyyən edilmiş qaydada istifadə edilir.

Tətbiqinə icazə verilməyən, lakin müəyyən edilmiş qaydada baxılmaqda olan diaqnostika və müalicə üsullarından, habelə dərman vasitələrindən müvafiq icra hakimiyyəti orqanının qərarı və pasiyentin yazılı razılığı ilə, eləcə də yetkinlik yaşına çatmayanların və qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin həyatı təhlükədə olduqda onların valideynlərinin və ya qanuni nümayəndələrinin yazılı razılığı ilə istifadə edilə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver