Qanunvericilik › Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 9

Maddə 9. Dövlət səhiyyə sisteminin maliyyələşdirilməsi

Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Dövlət səhiyyə sistemi dövlət büdcəsi, eləcə də icbari tibbi sığorta vəsaitləri, müəssisə, idarə və təşkilatların gəlirlərindən könüllü ayırmalar, hüquqi və fiziki şəxslərin ianələri və istifadəsi qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilir.

Dövlət səhiyyə sisteminin vəsaitləri:

səhiyyənin məqsədli kompleks proqramlarının işlənib hazırlanmasına və yerinə yetirilməsinə;

dövlət tibb müəssisələrinin maddi-texniki bazasının inkişafına;

müalicə-profilaktika və sanitariya-epidemioloji müəssisələrin saxlanmasına;

güzəştli tibbi xidmətin göstərilməsinə;

tibb və əczaçılıq işçilərinin hazırlanmasına və ixtisaslarının artırılmasına;

tibb elminin inkişafına və tətbiqinə;

emidemiyaların aradan qaldırılmasına yönəldilir.

Tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində (bir nəzarət-kassa aparatının çeki üzrə) beş yüz manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yalnız nağdsız qaydada həyata keçirilir.

III fəsil

Sağlamlığın qorunması sahəsİndə vətəndaşların, əcnəbİlərİn və vətəndaşlığı olmayan şəxslərİn hüquqları

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver