“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 988-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 avqust tarixli 2307 nömrəli Fərmanının 2.2.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Ehtimal olunan qiymətin hesablanması Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. “Malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətlərinin hesablanması üsulları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 18 mart tarixli 106 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 3, maddə 540) ləğv edilsin.
3. Bu Qərar 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 30 dekabr 2023-cü il
1.1. Bu Qayda “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 19.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və Qanunun şamil edildiyi satınalan təşkilatlar tərəfindən maliyyə vəsaitləri hesabına satın alınacaq satınalma predmetinin ehtimal olunan qiymətinin hesablanması qaydasını müəyyən edir.
1.2. Satınalan təşkilat ilkin satınalma planını hazırlayarkən ehtimal olunan qiyməti “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmış və təqdim edilmiş (büdcədən maliyyələşməyən satınalan təşkilatların özü tərəfindən təsdiq edilmiş) növbəti büdcə ili üzrə məlumatlar əsasında müəyyənləşdirir.
1.3. Satınalan təşkilat şərtlər toplusu (təchizatçıların uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi proseduru keçiril-dikdə, uyğunluğa dair sənədlər toplusu) hazırlanmamışdan əvvəl satınalma planında göstərilmiş ehtimal olunan qiymətin mövcud bazar qiymətinə uyğunluğunu bu Qaydanın 2-ci hissəsində göstərilmiş üsullarla müəyyənləşdirir.
1.4. Qanunun 49.1.1-ci və 49.1.2.2-ci maddələrində göstərilən bir mənbədən satınalma metodları istisna olmaqla satınalan təşkilat tərəfindən ehtimal olunan qiymət təsdiq olunmadan satınalmaya başlanıla bilməz.
1.5. Satınalan təşkilat ehtimal olunan qiymətini bu Qaydanın əlavələrinə uyğun formalar əsasında tərtib edib təsdiqləyərək müvafiq təsdiqedici sənədləri ilə birlikdə Qanunun 40.2.3-cü maddəsinə uyğun olaraq satınalmaya dair hesabata əlavə edir.
1.6. Satınalan təşkilat ehtimal olunan qiyməti təkliflərin qiymətləndirilməsi üçün istifadə edir.
1.7. Satınalma planında göstərilən ehtimal olunan qiymətlə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində şübhələr yarandıqda və bununla bağlı satınalan təşkilat tərəfindən qaneedici izahat təqdim edilmədikdə ehtimal olunan qiymət bu Qaydanın 2-ci hissəsində göstərilmiş üsullarla yenidən hesablanır.
2.1. Mal, xidmət və bu Qaydanın 9-cu hissəsinin tələbləri nəzəri alınmaqla işlərin ehtimal olunan qiymətinin hesablanması üsulları aşağıdakılardır:
2.1.1. statistik üsul;
2.1.2. bazar araşdırması üsulu;
2.1.3. açıq informasiya üsulu;
2.1.5. təcrübə üsulu;
2.1.6. qiymətləndirici üsul.
2.2. Ehtimal olunan qiymət 2 (iki) və daha çox üsulla hesablandıqda ən aşağı olan qiymət ehtimal olunan qiymət hesab edilir.
3.1. Satınalan təşkilat statistik üsulun tətbiqi zamanı satınalma predmetinin qiyməti barədə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən açıqlanmış son məlumat üzrə malların, işlərin və xidmətlərin topdansatış qiyməti əsas götürür.
3.2. Bu Qaydanın 3.1-ci bəndinə uyğun müəyyən edilmiş qiymət malların, işlərin və xidmətlərin satın alınması planlaşdırılan həcminə vurulmaqla qiymət müəyyən edilir.
3.3. Bu Qaydanın 3.2-ci bəndinə uyğun müəyyən edilmiş qiymətlərə qüvvədə olan qanunvericiliklə müvafiq satınalma predmeti üçün müəyyən edilmiş vergi və digər ödənişlər (gömrük rüsumları, daşınma xərcləri və s.) daxil edilmədiyi təqdirdə, həmin qiymətlərin üzərinə vergi və digər ödənişlər gəlməklə ehtimal olunan qiyməti hesablanır və bu Qaydanın 1 nömrəli əlavəsində göstərilmiş forma tərtib edilərək təsdiqlənir.
4.1. Bazar araşdırması üsulu sorğu göndərilməklə mövcud təchizatçı bazarından əldə edilən məlumatlara əsaslanan ehtimal olunan qiymətin hesablanması üsuludur.
4.2. Bazar araşdırması üsulunu tətbiq edən satınalan təşkilat aşağıdakıları edir:
4.2.1. satın alınması planlaşdırılan satınalma predmetinin icrasını həyata keçirən ən azı 2 (iki) təchizatçıya satınalma üzrə elanın veriləcəyi ildə bu Qaydanın 3 nömrəli əlavəsində göstərilmiş formada satınalma predmetinin adı, miqdarı (həcmi), ölçü vahidi, təsviri, texniki və xüsusiyyəti, icra yeri, icra müddəti və son tarixi, satınalmanın planlaşdırılan elan tarixi, qiymət təklifində nəzərə alınmalı tələblər, habelə satınalma müqaviləsinin və çərçivə sazişi tətbiq ediləcəyi halda çərçivə sazişinin əsas şərtlərinin qısa xülasəsinin olduğu sorğu göndərir;
4.2.2. təchizatçıdan rəsmi məktub və ya elektron poçt ünvanı vasitəsilə daxil olmuş məlumatlar əsasında orta riyazi qiymətlər müəyyən edilir;
4.2.3. bu Qaydanın 4.2.2-ci yarımbəndinə uyğun müəyyən edilmiş orta riyazi qiymətlər malların, işlərin və xidmətlərin satın alınması planlaşdırılan həcminə vurulmaqla ehtimal olunan qiymət hesablanır və bu Qaydanın 1 nömrəli əlavəsində göstərilmiş forma tərtib edilərək təsdiqlənir.
5.1. Açıq informasiya üsulu açıq informasiya mənbələrindən əldə edilən məlumatlara əsaslanan ehtimal olunan qiymətin hesablanması üsuludur.
5.2. Açıq informasiya üsulunu tətbiq edən satınalan təşkilat satın alınması planlaşdırılan satınalma predmetinin icrasını həyata keçirən ən azı 2 (iki) təchizatçının açıq informasiya mənbəsində (mənbənin adını və əldə edilmə tarixini göstərməklə) göstərilən (dərc edilən) qiymətləri barədə məlumatları əldə edir.
5.3. Satınalan təşkilat əldə edilmiş həmin qiymətlərə bütün vergi, çatdırılma və digər ödənişlərin daxil edilmiş olduğunu yoxlayır və lazım gəldikdə təchizatçı ilə dəqiqləşdirir.
5.4. Bu Qaydanın 5.3-cü bəndində əldə edilmiş qiymətlər malların, işlərin və xidmətlərin satın alınması planlaşdırılan həcminə vurulmaqla ehtimal olunan qiymət hesablanır və bu Qaydanın 1 nömrəli əlavəsində göstərilmiş forma tərtib edilərək təsdiqlənir.
6.1. Satınalma predmetinin icrasını həyata keçirən təchizatçı sayı bazarda məhdud olduqda və ya onların bazar qiyməti haqqında məlumatın əldə edilməsi qeyri-mümkün olduqda satınalan təşkilat analoq üsulundan istifadə edir.
6.2. Satınalan təşkilat satın alınması planlaşdırılan satınalma predmetinin funksional, texniki və keyfiyyət xüsusiyyətlərinə görə əhəmiyyətsiz dərəcədə fərqlənən malları, işləri və xidmətləri müəyyən edir.
6.3. Bu Qaydanın 6.2-ci bəndi ilə müəyyən edilmiş satınalma predmetinin ehtimal olunan qiyməti bu Qaydanın 4-cü, 5-ci, 7-ci və ya 8-ci hissələrindən birinə uyğun hesablanır.
7.1. Təcrübə üsulu satınalan təşkilatın əvvəlki satınalma təcrübəsinə əsaslanan ehtimal olunan qiymətin hesablanması üsuludur.
7.2. Təcrübə üsulunun tətbiqi zamanı istinad edilən analoji satınalma müqaviləsinin (müqavilələrinin) imzalanma tarixi satınal-manın keçirilməsi nəzərdə tutulan son 12 (on iki) aylıq dövrə təsadüf etmədikdə ehtimal olunan qiymət Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilmiş qiymət indeksləri əsasında aşağıdakı qaydada hesablanır:
7.2.1. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəsmi veb-səhifəsində yerləşdirilmiş istehlak qiymətləri indeksinin hesablanmasına dair kalkulyatorda baza dövrü hissəsinə istinad edilən analoji satınalma müqaviləsinin (müqavilələrinin) imzalanma tarixi, seçilən dövr hissəsinə isə ehtimal olunan qiymətin hesablandığı tarix ay və il qeyd olunaraq hesablanır;
7.2.2. analoji müqavilədə qeyd edilmiş vahidin qiyməti faiz ilə ifadə olunmuş müvafiq nəticəyə və satın alınması planlaşdırılan malların, işlərin və xidmətlərin miqdarına (həcminə) vurulmaqla ehtimal olunan qiymət hesablanır və ehtimal olunan qiymətin hesablanması üçün əsas götürülmüş analoji müqavilə (müqavilələr), təhvil-təslim aktı, elektron qaimə-faktura və hesablanmış faiz indeksindən çıxarış əsasında bu Qaydanın 2 nömrəli əlavəsində göstərilmiş forma tərtib edilərək təsdiqlənir.
8.1. Satınalma predmetinin icrasını həyata keçirən təchizatçı sayı bazarda məhdud olduqda və ya həcminə və mürəkkəbliyinə görə təchizatçılar tərəfindən ehtimal olunan qiymət üçün təklif hazırlamaq xərcləri yüksək olduqda qiymətləndirici üsul tətbiq edilir.
8.2. Qiymətləndirici üsulu tətbiq edən satınalan təşkilat aşağıdakıları edir:
8.2.1. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq fəaliyyət göstərən qiymətləndiricini Qanuna uyğun müəyyən edərək bu Qaydanın 4.2.1-ci yarımbəndində nəzərdə tutulan formada sorğu göndərir;
8.2.2. qiymətləndiricidən rəsmi məktub ilə daxil olmuş məlumatlar əsasında ehtimal olunan qiymət hesablanır və bu Qaydanın 1 nömrəli əlavəsində göstərilmiş formanı tərtib edərək təsdiqləyir.
9.1. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəllə-sinin 88-ci maddəsi ilə müəyyən olunan ekspertizadan keçirilməsi tələb olunan tikinti layihələrinin Azərbaycan Respublikası Preziden-tinin 2014-cü il 17 noyabr tarixli 348 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları”nın 1-ci hissəsinə əsasən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərən Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi tərəfindən verilmiş tikinti layihəsinin ekspertizadan keçirilməsinin nəticəsinə dair ekspert rəyində müəyyən olunmuş cari smeta dəyəri ehtimal olunan qiymət hesab edilir.
9.2. “Dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektləri üçün smeta-normativ və qiymətqoyma sisteminin təkmilləşdirilməsi ilə əlaqədar bəzi məsələlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 9 yanvar tarixli 4 nömrəli Qərarının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektlərinin qiymətləndirilməsi üçün yalnız yeni smeta-normativ və qiymətqoyma sistemi və onun əsasında qiymətqoymanın resurs üsulu tətbiq edilir.
Satınalan təşkilatın adı ______________________
Satınalma predmeti _________________________
Tətbiq olunmuş hesablama üsulu __________________
Satın alınması planlaşdırılan satınalma predmetinin
Əldə edilmiş məlumatlar üzrə satınalma predmetinin qiymətləri
Orta riyazi qiymətlər (süt6+süt7)/2
Ehtimal olunan qiymət
texniki və keyfiyyət xüsusiyyəti
vahidinin qiyməti (məlumat 1)
vahidinin qiyməti (məlumat 2)
Yekun məbləğ (manatla):
1. “Əldə edilmiş məlumatlar” hissəsində sütunların sayı qiymətlər barədə məlumat əldə olunmuş təchizatçının sayına uyğun tərtib olunur və orta riyazi qiymətlər bu məlumatlardan istifadə olunmaqla müəyyən edilir.
2. Ehtimal olunan qiymət statistik üsul ilə hesablandıqda, “Orta riyazi qiymətlər” sütununda Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatları əsasında müəyyən edilmiş qiymətlər göstərilir.
Ehtimal olunan qiyməti
hesablayan şəxsin (şəxslərin)
Satınalan təşkilatın adı ______________________
Satınalma predmeti _________________________
Tətbiq olunmuş hesablama üsulu __________________
Satın alınması planlaşdırılan satınalma predmetinin
İstinad edilən satınalma müqaviləsinin
İstehlak qiymətləri indeksi faizi (tətbiq edildiyi halda)
Ehtimal olunan qiymət
təsviri, texniki və keyfiyyət xüsusiyyəti
Yekun məbləğ (manatla):
Ehtimal olunan qiyməti
hesablayan şəxsin (şəxslərin)
təsviri, texniki və keyfiyyət xüsusiyyəti
1. 22 iyun 2026-cı il tarixli 192 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 23 iyun 2026-cı il, “Azərbaycan” qəzeti, 30 iyun 2026-cı il, № 112)