1. Ekoloji təhlükəsizlik sahəsində dövlətin hüquqları
1.1. vahid dövlət siyasətini müəyyənləşdirmək;
1.2. müvafiq icra hakimiyyəti orqanlarının fəaliyyətini əlaqələndirmək və bu fəaliyyətə metodiki rəhbərlik etmək;
1.3. layihələri və dövlət proqramlarını hazırlamaq və həyata keçirmək;
1.4. ekoloji təhlükəsizliyin təmin edilməsinə dair tədbirlərdə müvafiq icra hakimiyyəti orqanları ilə qarşılıqlı fəaliyyət göstərmək;
1.5. təhlükəli ekoloji vəziyyət yarada bilən gələcək təsərrüfat və digər fəaliyyətin qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət ekoloji ekspertizasından keçirilməsi də daxil olmaqla ekoloji təhlükəsizliyin tələblərinə uyğunluğunu müəyyən etmək;
1.6. qanunvericiliyi pozan müəssisə və təşkilatların fəaliyyətinin dayandırılması üçün qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;
1.7. qanunvericiliyi pozan vəzifəli şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görmək;
1.8. müvafiq icra hakimiyyəti orqanlarından ekoloji təhlükəsizliyə dair lazımi məlumatı əldə etmək;
1.9. ekoloji təhlükəsizliyin təmin edilməsinə dair beynəlxalq tədbirləri müəyyən edilmiş qaydada təşkil etmək və onlarda iştirak etmək, təcrübə, mütəxəssis, məlumat mübadiləsi keçirilməsi məqsədilə xarici dövlətlərin müvafiq orqanları ilə müəyyən edilmiş qaydada qarşılıqlı fəaliyyət göstərmək;
1.10. ekoloji təhlükəsizlik sahəsində qanunvericiliklə müəyyən edilmiş digər hüquqları həyata keçirməkdir.
2. Ekoloji təhlükəsizlik sahəsində dövlətin vəzifələri:
2.1. dövlət nəzarətini həyata keçirmək, o cümlədən təbii ehtiyatlardan ekoloji cəhətdən təhlükəsiz istifadəyə və təsərrüfat subyektlərinin ekoloji təhlükəsizliyinin tələblərinə əməl etmələrinə nəzarət etmək;
2.2. təhlükəli ekoloji vəziyyətlərin yaranması və genişlənməsi təhlükəsi yaradan halları və hadisələri aşkar etmək və proqnozlaşdırmaq;
2.3. informasiya təminatını təşkil etmək və həyata keçirmək;
2.4. ekoloji cəhətdən fəlakətli zonalar da daxil olmaqla müvafiq ərazilərə fövqəladə ekoloji vəziyyət zonası statusunu vermək;
2.5. ekoloji təhlükəsizliyin təmin edilməsinə dair tələbləri müəyyən edən dövlət standartları və digər normativləri təsdiq etmək;
2.6. ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsi normalarının müəyyən etmək;
2.7. təhlükəli və fövqəladə ekoloji vəziyyət yaranması barədə əhaliyə məlumat vermək;
2.8. ekoloji təhlükəsizlik sahəsində əhalinin təlimatlandırılmasını təmin etmək;
2.9. ekoloji təhlükəsizlik sahəsində qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri həyata keçirməkdir.
3. Bu maddənin 1-ci hissəsinin 1.3-cü bəndində nəzərdə tutulan dövlət proqramlarının layihələrinə dair “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq strateji ekoloji qiymətləndirilmə (SEQ) sənədi hazırlanmalı və həmin sənədin dövlət ekoloji ekspertizası aparılmalıdır.