1. Ekoloji təhlükəsizlik sahəsində fəaliyyətin informasiya təminatı ətraf mühitin və təbii ehtiyatların monitorinqini aparan orqanlar həyata keçirirlər.
2. Ətraf mühitin vəziyyətinə, ətraf mühitə ziyan vurulmasına, təhlükəli ekoloji təsirlərə və ətraf mühitə təsirin qiymətləndirilməsinə dair məlumatlar qanunvericiliklə müəyyən edilmiş üsullarla açıqlanır.
3. Ekoloji təhlükəsizlik sahəsində fəaliyyətin informasiya təminatının maliyyələşdirilməsi və maddi-texniki təchizatı qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət büdcəsi və digər maliyyə mənbələri hesabına həyata keçirilir.