“Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 1.3.13-cü yarımbəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Əlavə dəyər vergisi üzrə gömrük borcunun məbləğinin hesablanması Qaydası” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 7 may 2012-ci il
1.1. Bu Qayda Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra – Gömrük Məcəlləsi) 242.5-ci maddəsinə əsasən hazırlanmışdır və əlavə dəyər vergisi (bundan sonra – ƏDV) üzrə gömrük borcunun məbləğinin hesablanması qaydasını müəyyən edir.
1.2. Azərbaycan Respublikasının gömrük ərazisinə (bundan sonra – gömrük ərazisi) gətirilən və bu ərazidən aparılan mallara ƏDV Gömrük Məcəlləsinə və Vergi Məcəlləsinə uyğun olaraq tətbiq edilir.
1.3. Gömrük borcu hesablanmış gömrük ödənişləri üzrə borclu olan və ya Gömrük Məcəlləsinin 258.1-ci maddəsində nəzərdə tutulmuş üsullardan istifadə etməklə təminat verildikdə, həmin təminat üzrə öhdəlik daşıyan şəxslər tərəfindən ödənilə bilər. Fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi ilə əlaqədar yarana biləcək gömrük ödənişləri sahibkarlıq subyekti olmayan fiziki şəxs, habelə Gömrük Məcəlləsinin 258.1-ci maddəsində nəzərdə tutulmuş üsullardan istifadə edilməklə təminat verildikdə, həmin təminat üzrə öhdəlik daşıyan şəxslər tərəfindən ödənilə bilər.
1.4. ƏDV üzrə gömrük borcu Azərbaycan Respublikasının milli valyutası ilə ödənilir.
1.5. Xarici valyutanın Azərbaycan Respublikasının milli valyutasına çevrilməsi, bəyannamənin qəbul edildiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnələrlə hesablanır.
1.6. ƏDV üzrə gömrük borcu gömrük orqanına yalnız bank, poçt və ya plastik kart vasitəsilə, beynəlxalq poçt göndərişləri ilə göndərilən mallar üçün isə poçt rabitəsi operatorlarına qanunvericiliklə müəyyən edilmiş ödəniş vasitələri ilə ödənilir.
2.1. Azərbaycan Respublikasının gömrük orqanlarına (bundan sonra – gömrük orqanları) gömrük bəyannaməsini təqdim edən və ya adından gömrük bəyannaməsi verilən şəxslər ƏDV üzrə gömrük borcunun ödəyicisi hesab edilirlər.
2.2. Mallardan istifadə edilməsi və onlara dair sərəncam verilməsi haqqında, o cümlədən müvafiq gömrük proseduruna uyğun olaraq, gömrük ödənişlərindən tamamilə və ya qismən azad edilmiş mallardan təyinatı üzrə istifadə edilməsi barədə Gömrük Məcəlləsində nəzərdə tutulmuş tələblərə riayət olunmadığı halda, müvafiq gömrük prosedurlarının tələblərini yerinə yetirməli olan şəxs həmin mallar üçün hesablanmış ƏDV üzrə gömrük borcunun ödənilməsinə görə məsul şəxs hesab edilir.
3.1. ƏDV üzrə gömrük borcunun hesablanması idxal olunan mallara münasibətdə gömrük sərhədini keçən gündən, ixrac olunan mallara münasibətdə isə mallara dair bəyannamənin təqdim olunduğu gündən başlanır və həmin gün qüvvədə olan vergi dərəcəsi əsas götürülür.
3.2. ƏDV üzrə gömrük borcunun məbləği hesablanarkən, malların Gömrük Məcəlləsi və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun qaydada müəyyən edilən gömrük dəyərinin, aksiz vergisinin və gömrük rüsumlarının məbləğinin cəmi əsas götürülür.
3.3. Malların gömrük rəsmiləşdirilməsi zamanı müəyyən edilmiş gömrük dəyərini –“D”, aksiz vergisini – “A”, gömrük rüsumlarını – “R”, qüvvədə olan vergi dərəcəsini isə - “V” hərfi ilə işarə etsək, onda ƏDV-nin məbləği aşağıdakı qaydada hesablanacaqdır:
4.1. ƏDV üzrə gömrük borcu gömrük orqanları tərəfindən gömrük bəyannaməsi təsdiq edilənədək və ya gömrük bəyannaməsinin təsdiqi ilə eyni vaxtda ödənilir.
4.2. Kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara hesablanmış ƏDV üzrə gömrük borcu həmin mallar gömrük sərhədindən keçirilərkən sadələşdirilmiş bəyannamənin təsdiqi ilə eyni vaxtda ödənilir.
4.3. Gömrük bəyannaməsinin verilməsi gecikdirildikdə, ƏDV üzrə gömrük borcunun ödənilməsi müddəti gömrük bəyannaməsinin verilməsi üçün müəyyən edilən müddətin başa çatdığı gündən hesablanır.
4.4. Gömrük Məcəlləsinin 156.2-ci maddəsində nəzərdə tutulan dövri bəyannamə verildiyi halda, ƏDV üzrə gömrük borcu mallar müvafiq gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq ödənilməlidir.
1. 24 fevral 2026-cı il tarixli 51 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 24 fevral 2026-cı il, “Xalq” qəzeti, 13 mart 2026-cı il, № 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 2, maddə 190)