Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə”nin 5.10.2-ci yarımbəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 dekabr tarixli 1750 nömrəli Fərmanının 6.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyası
1. “Elektrik, istilik enerjisi və qaz təchizatı sahələrində fəaliyyət göstərən müəssisələrin Enerji Məsələlərini Tənzimləmə Agentliyinə ödədikləri haqqın məbləğinin hesablanması və ödənilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Hüquq şöbəsinə tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
3. İctimaiyyətlə əlaqələr və informasiya texnologiyaları şöbəsinə tapşırılsın ki, bu Qərarın Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.
4. Enerji Məsələlərini Tənzimləmə Agentliyinə tapşırılsın ki, bu Qərardan irəli gələn məsələləri həll etsin.
5. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Azərbaycan Respublikasının
1.1. Bu Qayda “Energetika haqqında” Qanununun 7-1-ci, “Elektroenergetika haqqında” Qanununun 4-1-ci, “Qaz təchizatı haqqında” Qanununun 21-1-ci, “Elektrik və istilik stansiyaları haqqında” Qanununun 16-cı maddələrinə və “Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 dekabr tarixli 1750 nömrəli Fərmanının 6.4-cü bəndinə əsasən hazırlanmışdır və Enerji Məsələlərini Tənzimləmə Agentliyinə (bundan sonra - Agentlik) elektrik, istilik enerjisi və qaz təchizatı sahələrində fəaliyyət göstərən və siyahısı bu Qaydanın 1 nömrəli əlavəsi ilə müəyyən edilən müəssisələr (bundan sonra – müəssisələr) tərəfindən ödənilən haqların məbləğini və ödənilmə qaydasını müəyyən edir.
1.2. Bu Qaydaya əsasən müəssisələr tərəfindən ödəniləcək haqlar müəyyən edilərkən Agentliyin dayanıqlı fəaliyyətinin və elektrik, istilik enerjisi və qaz təchizatı sahələrinin etibarlı, dayanıqlı və effektiv inkişafının təmin edilməsi prinsipləri rəhbər tutulur.
2.1. Bu Qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. Agentliyə ödənilən haqlar – müəssisələr tərəfindən Agentliyə ödənilən dövri ödənişlər;
2.1.2. gəlir – müəssisələrin təqdim etdiyi mallardan (işlərdən və xidmətlərdən) daxil olan vəsaitin ümumi dəyəri (əlavə dəyər vergisi çıxıldıqdan sonra);
2.1.3. hesabat rübü – Agentliyə ödənilən haqların və əmsalın hesablanması üçün baza dövrü;
2.1.4. ödəniş rübü – ödəniş həyata keçirildiyi dövr (hesabat rübündən sonrakı rüb);
2.1.5. ödəniş ili – rüblük ödənişlərin həyata keçirildiyi təqvim ili.
3.1. Agentliyə ödənilən haqların rüblük əmsalı aşağıdakı düstura əsasən Agentliyin ödəniş ili üçün təsdiq olunan büdcə xərclərinin dörddə bir hissəsinin müəssisələrin elektrik, istilik enerjisi və qaz təchizatı sahəsində fəaliyyətləri üzrə rüblük gəlirinə bölünməsi yolu ilə müəyyən edilir:
Dr – Agentliyə ödənilən haqların rüblük əmsalı;
X – Agentliyin ödəniş ili üçün təsdiq olunan büdcə xərclərinin həcmi;
GrΣ –müəssisələrin rüblük gəlirlərinin cəmi.
3.2. Agentliyə ödənilən haqların rüblük əmsalı 1,5-dən artıq olmamalıdır.
3.3. Müəssisələr tərəfindən Agentliyə ödənilən rüblük haqların məbləği aşağıdakı düsturla hesablanır:
Hr1 – Agentliyə ödənilən haqların rüblük məbləği;
Gr1 –hesabat rübü ərzində müəssisənin gəliri;
Dr – Agentliyə ödəniləcək haqların rüblük əmsalı.
3.4. Müəssisələr hesabat rübü üzrə gəlirləri barədə məlumatı bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən formada hər ödəniş rübünün birinci ayının sonunadək Agentliyə təqdim edirlər.
3.5. Agentlik müəssisələr tərəfindən ödənilən haqların rüblük məbləğini hər ödəniş rübünün ikinci ayının 5-dək hesablayır.
4.1. Agentlik müəssisələr tərəfindən ödəniş rübündə ödənilməli olan haqların məbləğləri barədə məlumatı bu Qaydanın 3 nömrəli əlavəsində göstərilən formada və ödəniş üzrə hesab-fakturanı müəssisələrə hər ödəniş rübünün ikinci ayının 5-dək təqdim edir.
4.2. Müəssisələr rüblük haqları hesab-fakturanın alındığı gündən 5 iş günü müddətində Agentliyin bank hesabına köçürür.
4.3. Müəssisələr Agentliyə ödənilən haqlarını bu Qayda ilə müəyyən edilmiş ödəniş müddətindən əvvəl də ödəyə bilər. Bu zaman, müəssisə vaxtından əvvəl ödənişin aparılması ilə bağlı əlavə hesab-fakturanın alınması üçün Agentliyə rəsmi müraciət edir.
“Elektrik, istilik enerjisi və qaz təchizatı sahələrində fəaliyyət göstərən müəssisələrin Enerji Məsələlərini Tənzimləmə Agentliyinə ödədikləri haqqın məbləğinin hesablanması və ödənilməsi Qaydası”na
1. “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti.
2. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (elektrik enerjisinin topdansatış və istehsalçıdan satınalma qiyməti ilə pərakəndə satış qiyməti arasındakı fərq nəticəsində yaranan gəlirdən).
3. “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti.
4. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi.
5. “Şəki Su Elektrik Stansiyası” Açıq Səhmdar Cəmiyyəti.
6. “Çiçəkli SES” Açıq Səhmdar Cəmiyyəti.
8. “Təmiz Şəhər” ASC-nin Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu.
9. "Muğan SES" ASC (elektrik enerjisinin topdan və pərakəndə satışından əldə olunan gəlirdən).
10. “Alten Qrup” Məhdud Məsuliyyətli Cəmiyyəti (elektrik enerjisinin topdan və pərakəndə satışından əldə olunan gəlirdən).
11. “Azərbaycan Şəkər İstehsalat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti (elektrik enerjisinin topdan və pərakəndə satışından əldə olunan gəlirdən).
Agentliyin İdarə Heyətinin sədri
1. 23 noyabr 2023-cü il tarixli 3-15/3-378/2023 nömrəli Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202311233378, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 dekabr 2023-cü il)