Qanunvericilik › “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nın təsdiq edilməsi haqqında (Energetika Nazirliyi, 29.05.2024) › Tam mətn

“Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nın təsdiq edilməsi haqqında (Energetika Nazirliyi, 29.05.2024)

“Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nın təsdiq edilməsi haqqında (Energetika Nazirliyi, 29.05.2024) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 858-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 may tarixli 2143 nömrəli Fərmanının 3.1.2-ci yarımbəndinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə”nin 5.10.2-ci yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyası

1. “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Hüquq şöbəsinə tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

3. Bu Qərar 2025-ci ilin yanvarın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının

Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyasının 2024-cü il 29 may tarixli 3-15/3-1-1/2024 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

1.1. Bu Qaydalar “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununun 36.3-cü maddəsinə əsasən hazırlanmışdır və elektrik qurğularının istismarında təhlükəsizlik texnikasına dair tələbləri müəyyən edir.

1.2. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.2.1. gərginlik altında işlər – işçi gərginlik və ya induksiyalanmış gərginlik altında olan cərəyandaşıyan hissələrə toxunmaqla və ya bu cərəyandaşıyan hissələrə bu Qaydalara 3 nömrəli Əlavədə göstərilən icazə verilən məsafədən az məsafədə görülən tədbirlər;

1.2.2. gərginliyi çıxarmaqla görülən işlər – işlər icra olunacaq elektrik qurğusunun cərəyandaşıyıcı hissələrindən kommutasiya aparatlarının açılması və şinlərin, kabellərin, naqillərin ayrılması ilə gərginlik götürüldükdən və cərəyandaşıyıcı hissələrə gərginliyin verilməsinin qarşısını alan tədbirlər görüldükdən sonra aparılan işlər;

1.2.3. elektrotexniki təsərrüfat – elektrik enerjisinin istehsalı, saxlanması, ötürülməsi, paylanması və istehlakı üçün nəzərdə tutulmuş, bir-biri ilə əlaqəli avadanlıqlar, elektrik qurğuları və onlara aid tikililər kompleksi;

1.2.4. induksiya edilmiş gərginlik altında işlər – elektrik qurğusundan və ya onun bir hissəsindən işçi gərginliyin çıxarılması yolu ilə, 25 V-dan çox induksiya edilmiş gərginlik altında olan cərəyandaşıyan hissələrə toxunmaqla və ya bu cərəyandaşıyan hissələrdən bu Qaydalara 3 nömrəli Əlavədə qeyd ediləndən az məsafədə görülən iş;

1.2.5. istismar zamanı görülən işlər – operativ-təmir heyəti tərəfindən həcmcə böyük, müddəti isə 1 (bir) növbədən çox olmayan, elektrik təsərrüfatının istismarçısı tərəfindən təsdiqlənmiş siyahıya müvafiq olaraq ona təhkim olunmuş elektrik qurğu və avadanlıqlarında təmir və digər texniki xidmət işləri;

1.2.6. daşıyıcı hissə – elektrik cərəyanını ötürə bilən hissə;

1.2.7. naryad – işin məzmununu, yerini, başlanma və bitmə vaxtını, normativ hüquqi aktlarda nəzərdə tutulmuş təhlükəsizlik tədbirlərini, briqada tərkibini və işlərin təhlükəsiz icrasına cavabdeh şəxsləri müəyyən edən bu Qaydalara 1 nömrəli Əlavəyə uyğun formada tərtib olunmuş işin təhlükəsiz aparılmasına dair tapşırıq;

1.2.8. sistem operatoru – ötürücü və ya paylayıcı sistem operatoru;

1.2.9. texniki heyət – elektrik qurğularına texniki xidmət göstərən, onlarda operativ əməliyyat aparan, habelə elektroenergetika obyektlərinin və istehlakçıların elektrik qəbuledici qurğularının texnoloji iş rejimlərinə nəzarət edən elektrotexniki, elektrotexnoloji heyət və qeyri-elektrotexniki heyət.

1.3 Bu Qaydalarda aşağıdakı ixtisarlardan istifadə olunur:

1.3.1. APQ – açıq paylayıcı qurğu;

1.3.2. DTİV – dispetçer və texnoloji idarəetmə vasitələri;

1.3.3. HX – hava xətti;

1.3.4. HRX – hava rabitə xətti;

1.3.5. KX – kabel xətləri;

1.3.6. KPQ – kompleks paylayıcı qurğu;

1.3.7. KRX – kabel rabitə xətti;

1.3.8. QPQ – qapalı paylayıcı qurğu;

1.3.9. QSR – qövssöndürücü reaktor;

1.3.10. PQ – paylayıcı qurğu;

1.3.11. SSA – sahə söndürən avtomat.

1.4. Bu Qaydaların məqsədi elektrik qurğularının, elektrik şəbəkələrinin (bundan sonra – şəbəkə), istehlakçılara məxsus avadanlıqların istismarı üzrə həyata keçirilən texniki-təşkilati tədbirlərin insanların sağlamlığının, həyatının və ətraf mühitin təhlükəsizliyini təmin etməkdən ibarətdir.

1.5. Bu Qaydalar məişət abonentləri istisna olmaqla, elektrik qurğularına xidmət edən elektrotexniki heyətə olan tələbləri müəyyən edir və elektrotexniki təsərrüfata malik olan və təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərə, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə, dövlət orqanlarına (qurumlarına), bələdiyyə orqanlarına, habelə texniki heyətə şamil edilir.

1.6. Bu Qaydalarda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə nəzərdə tutulmuş mənaları ifadə edir.

2.1. Elektroenergetika subyektləri tikinti, quraşdırma, istismar və təmir işləri apararkən bu Qaydaların tələblərinə riayət etməli, quraşdırılan və istismar edilən qurğuların zərərli və təhlükəli təsirinin azaldılmasına yönəldilmiş texniki, təşkilati və digər tədbirlər həyata keçirməlidir.

2.2. Elektrik enerjisinin istehsalı, saxlanması, ötürülməsi, paylanması və istehlakı üçün nəzərdə tutulmuş elektrik stansiyalarının, elektrik şəbəkələrinin avadanlıqları, istehlakçıların elektrik qurğuları texniki reqlamentlərlə müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

2.3. Elektrik qurğuları və şəbəkələri təhlükəsiz istismarın, habelə onlarla təmasda olan insanların təhlükəsizliyinin təmin edilməsi məqsədilə texniki cəhətdən saz vəziyyətdə olmalıdır.

2.4. Elektrik qurğularının istismarçısı və sistem operatoru normal iş rejiminin pozulmasının potensial risklərini nəzərə almaqla, onların texniki vəziyyətinin qiymətləndirilməsini təşkil etməli, qəzaların və digər fövqəladə hadisələrin qarşısının alınmasına yönələn profilaktik tədbirlər işləyib hazırlamalı və həyata keçirməlidir.

2.5. Elektrik qurğularının və şəbəkələrinin texniki reqlamentlərin tələblərinə uyğunluğunun qiymətləndirilməsi “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilməlidir.

2.6. Elektrik qurğuları və şəbəkələri bu Qaydalara 7 nömrəli Əlavəyə uyğun sınaqdan keçirilmiş saz və istifadəyə hazır vəziyyətdə olan mühafizə, yanğın əleyhinə texniki mühafizə vasitələri, həmçinin fövqəladə hallar və (və ya) hadisələr zamanı xəbər vermə və siqnallama vasitələri ilə dəst şəklində təchiz olunmalıdır.

3.1. Elektrik qurğularına operativ xidməti aşağıdakılar yerinə yetirir:

3.1.1. elektrik qurğu və avadanlıqlarının operativ idarə edilməsinə və əməliyyat çevirmələrinin həyata keçirilməsinə icazəsi olan növbətçi (operativ) heyət;

3.1.2. elektrik qurğularına cavabdeh olan operativ-təmir heyəti;

3.1.3. qurğulara və avadanlıqlara mülki-hüquqi müqavilə əsasında xidmət edən mütəxəssislər.

3.2. Elektrik qurğularına aşağıdakı texniki heyət üzvləri tərəfindən təkbaşına baxış keçirilir:

3.2.1. gərginliyi 1000 V qədər olan elektrik qurğularında elektrik təhlükəsizliyi üzrə III qrupdan aşağı olmayan qrupa malik və gərginliyi 1000 V-dan yuxarı olan elektrik qurğularında elektrik təhlükəsizliyi üzrə IV qrupdan aşağı olmayan qrupa malik və elektrik qurğusuna xidmət göstərən növbətçi operativ-təmir heyəti;

3.2.2. gərginliyi 1000 V qədər olan elektrik qurğularında elektrik təhlükəsizliyi üzrə IV qrupdan aşağı olmayan qrupa malik və gərginliyi 1000 V-dan yuxarı olan elektrik qurğularında elektrik təhlükəsizliyi üzrə V qrupdan aşağı olmayan qrupa malik inzibati-texniki heyət.

3.3. Gərginliyi 1000 V-dan yuxarı olan elektrik qurğusuna baxış zamanı bu Qaydalara 3 nömrəli Əlavəyə uyğun olaraq, icazə veriləndən daha az məsafədə yerləşən gərginlik altında olan cərəyandaşıyıcı hissələrə yaxınlaşmağa mane olan çəpəri və ya hasarları olmayan yerləşgələrə və yuvaların kameralarına daxil olmaq qadağan edilir.

3.4. РQ-nin yuvalarının kameralarına baxış ya kənardan baxış pəncərəsindən, və yaxud sədd qarşısında duraraq aparılmalıdır.

3.5. Gərginliyi 1000 V-dək olan elektrik qurğularına baxış zamanı lövhələrin, yığmaların, idarə pultlarının və başqa avadanlıqların qapılarının açılmasına yol verilir.

3.6. Baxış zamanı sərəncam üzrə iş görmək, hasarlanan və çəpərlənən əraziyə daxil olmaq qadağan edilir.

3.7. Elektrik qurğularına qeyri-elektrotexniki heyət tərəfindən baxış keçirilməsinə elektrik qurğusunun istismarçısının icazəsi olduqda təkbaşına baxış səlahiyyətinə və elektrik təhlükəsizliyi üzrə qrupa malik inzibati-texniki heyətin nəzarəti altında yol verilir.

3.8. Elektrik qurğularına xidmət göstərməyən insanların yalnız baxış səlahiyyətinə malik mütəxəssisin müşayiəti altında həmin qurğuya buraxılmasına yol verilir. Elektrik qurğularına buraxılmış şəxslərin təhlükəsizliyinə onları müşayiət edən təkbaşına baxış səlahiyyətinə malik mütəxəssis nəzarət etməlidir.

3.9. İntiqalı mexaniki (əl ilə) idarə olunan gərginliyi 1000 V-dan yuxarı olan ayırıcılar, aralayıcılar, açarlar ilə aparılan əməliyyatlar dielektrik əlcəklərlə yerinə yetirilir, bu zaman dielektrik botlardan istifadə edilməli və ya dielektrik xalça (elektrik izoləedici döşəmə) üzərində dayanılmalıdır.

3.10. Qoruyucuların çıxarılması və quraşdırılması gərginlik açıldıqdan sonra icra edilməlidir. Dor dayaqlı və dirəkli yarımstansiyalarda, həmçinin sxemində gərginliyin çıxarılmasına imkan verən kommutasiya aparatları olmayan birləşmələrdə qoruyucuların çıxarılmasına və quraşdırılmasına gərginlik altında, lakin yüksüz halda yol verilir.

3.11. İkinci dövrələrdə qoruyucuların, gərginlik transformatorlarının qoruyucularının və gərginliyi 1000 V-dək olan elektrik qurğularında taxma qoruyucuların gərginlik və yük altında dəyişdirilməsinə yol verilir.

3.12. Qoruyucuların çıxarılması və quraşdırılması zamanı istifadəsi mütləq olan vasitələr aşağıdakılardır:

3.12.1. gərginliyi 1000 V-dan yuxarı olan elektrik qurğularında elektrik izoləedici kəlbətinlər (ştanqlar), dielektrik əlcəklər, üz və gözlər üçün fərdi mühafizə vasitələri, həmçinin yerdən qoruyucuların dəyişdirilməsi zamanı elektrik izoləedici ştanqlar üçün uyğunlaşdırılmış vasitələr;

3.12.2. gərginliyi 1000 V-dək olan elektrik qurğularında elektrik izoləedici kəlbətinlər və ya dielektrik əlcəklər, üz və gözlər üçün fərdi mühafizə vasitələri.

3.13. Elektrik qurğularının yerləşgələrinin, kameraların, lövhələrin və yığmaların qapıları iş görülən məkanlar istisna olmaqla, qıfılla bağlanmalıdır.

3.14. Gərginliyi 1000 V-dan yuxarı olan (QPQ, KPQ və APQ-lərin, yerləşgələrinin və kameralarının), həmçinin gərginliyi 1000 V-dan yuxarı olan elektrik qurğularından kənarda yerləşən gərginliyi 1000 V-dək olan paylayıcı lövhələrin və yığmaların açarlarının saxlanılması və verilməsi qaydaları həmin qurğuların istismarçıları tərəfindən hər il təsdiq olunmalıdır.

3.15. Hər elektrik qurğusu yerləşgəsinin biri ehtiyat üçün nəzərdə tutulmaqla ən azı 2 (iki) açar dəsti olmalıdır. Elektrik qurğusu yerləşgəsinin açarları daimi operativ heyətin, daimi operativ heyəti olmayan elektrik qurğularında isə inzibati-texniki heyətin qeydiyyatında olmalıdır.

3.16. Açarlar nömrələnməli, bağlı qutularda saxlanılmalı və aşağıdakı şəxslərə təhvil-təslim edilməklə verilməlidir:

3.16.1. yerləşgələr üzrə təkbaşına baxış səlahiyyətinə malik mütəxəssislərə;

3.16.2. daxilində iş gedən yerləşgələr üzrə naryad və ya sərəncama əsasən işlərin görülməsi zamanı iş icraçısına (nəzarətçiyə).

3.17. Hər gün işlər tamamlandıqdan və elektrik qurğularına baxış bitdikdən sonra iş icraçısı (nəzarətçi) açarları təhvil verməlidir.

3.18. Daimi operativ heyəti olmayan elektrik qurğularında açarlar baxış bitdikdən və ya işlərin tamamlanmasından sonra növbəti iş günündən gec olmayaraq təhvil verilməlidir.

3.19. Açarların verilməsi və təhvil alınması qaydası bu Qaydaların tələbləri nəzərə alınmaqla, elektrik qurğusunun istismarçısı tərəfindən müəyyən edilir.

4.1. Elektrik stansiya və yarımstansiyalarının ərazisində, habelə istehsalat yerləşgələrində yerləşdirilən avadanlığa xidmət göstərməyən şəxslərin müşayiətsiz orada qalması qadağandır.

4.2. Elektrik stansiya və yarımstansiyalarında istehsalat yerləşgələri və qurğuları daxilində və xaricində olduğu kimi, onlara bitişik ərazinin keçidləri və yolları, girişləri və çıxışları işıqlandırılmalı, həmin keçid və yerlər boş saxlanılmalı, piyadaların və nəqliyyatın hərəkəti üçün təhlükəsiz olmalıdır. Həmin keçid və yolları bağlamaq, orada yük yığıb saxlamaq qadağandır. Bu keçidlər, yollar, həmçinin pilləkənlər, meydançalar və onların məhəccərləri saz və təmiz saxlanmalı, qış mövsümündə qardan-buzdan təmizlənməli və qarlı havada onlara qum səpilməlidir.

4.3. Elektrik stansiya və yarımstansiyalarında meydança və keçidlərin döşənəkləri, həmçinin onların məhəccərləri etibarlı olmalı, təmir dövründə çıxarılmış məhəccərlərin əvəzinə müvəqqəti çəpər qoyulmalı, bu məhəccər və döşənəklərin təmiri qurtardıqdan dərhal sonra onlar öz yerlərinə bərkidilməlidir.

4.4. Elektrik stansiya və yarımstansiyalarında dəmir yolu və avtomobil nəqliyyatının hərəkət zonasında darvazalar və binaların qapıları yanında çəpərləyici dayaqcıqlar və məhəccərlər, həmçinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 4 nömrəli Əlavəsinə uyğun yol nişanları və ya qaranlıqda işıqsaçan lövhə quraşdırılmalı, darvazalarda onların öz-özünə açılıb-bağlanmasının qarşısını alan vasitələr quraşdırılmalıdır.

4.5. Elektrik stansiya və yarımstansiyalarında (o cümlədən yerləşgələrin içərisində) avtomobil və digər nəqliyyat vasitələri üçün yolverilən hərəkət sürəti təyin olunmalı, nəqliyyatın hərəkət sürətinə məhdudiyyət qoyulan zona, nəqliyyat vasitələrinin dayanacaq və dönmə yerləri gündüz və gecə yaxşı görünən yol işarələri ilə nişanlanmalı, avtomobil nəqliyyatının keçid yerlərində, kommunikasiya qurğularının altında qabarit hündürlüyünü və enini məhdudlaşdıran işarələr qoyulmalıdır.

4.6. Elektrik stansiya və yarımstansiyalarında qatar, manevrli qatar düzümü, lokomotiv (hərəkət edərkən) və vaqonlar (açılarkən) sonuncu relsdən 2 (iki) metr məsafədən az olmayan təhlükəsiz yerə (yol kənarına və ya yol arasına) çəkilməlidir.

4.7. Elektrik stansiya və yarımstansiyalarının ərazisində olan kamera və qanovlarda təmizliyə riayət edilməli, çuxurlardan su müntəzəm olaraq çəkilməli, keçidlər doldurulmamalıdır.

4.8. Elektrik stansiya və yarımstansiyalarında işlərin mümkünlüyünü təsdiqləyən hesablamalar aparmadan tikinti konstruksiyalarını dəyişdirmək və onlarda dəlik açmaq qadağandır.

4.9. Elektrik stansiya və yarımstansiyalarının istehsal sex və sahələrində təmir meydançalarını və onların yüklənməsi həddini göstərən plan olmalıdır. Həmin sex və sahələrdə meydançaların sərhədləri, lövhələrdə isə onların yolverilən yüklənmə həddi aydın göstərilməlidir.

4.10. Elektrik stansiya və yarımstansiyalarında yenidən tikilən, yenidən qurulan binaların və qurğuların yerləşgələrinin işıqlandırılmasını layihələndirərkən işıqlanmanın səviyyəsi Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin 15 dekabr 2005-ci il tarixli 13 nömrəli Qərarı ilə təsdiq edilmiş “МСН 2.04-05-95 Təbii və süni işıqlanma tələbləri”nə uyğun olmalıdır.

4.11. Elektrik stansiya və yarımstansiyalarında yanar qazların və partlayıcı maddə buxarlarının daxilolma ehtimalı olan yerləşgələrin işıqlandırılması üçün partlayışa qarşı mühafizəyə malik işıqlandırma armaturları tətbiq edilməlidir.

4.12. Elektrik stansiya və yarımstansiyalarının istehsalat yerləşgələrində qəza işıqlanması bir-birindən müstəqil elektrik mənbələrindən qidalandırıla bilər.

4.13. Elektrik stansiyalarının istehsalat sexlərində elektrik qaynaq avadanlığının qurulması üçün yer nəzərdə tutulmalı və qaz-elektrik qaynaq işlərinin aparılması üçün mərkəzləşdirilmiş ayrılmalar olmalıdır.

4.14. Elektrik stansiya və yarımstansiyalarındakı binadan kənarda təmir yerlərində olan material, məmulat, avadanlıq və onların hissələri tapdalanmış və hamar, qışda qardan və buzdan təmizlənməli olan meydançalara yığılmalıdır. Həmin material, məmulat, avadanlığın və onların hissələrinin özbaşına sürüşmələrinin qarşısını almaq, habelə həmin materiallar dağ ətəyində yerləşdirildikdə meydançaları yerüstü sulardan qorumaq üçün tədbirlər görülməlidir. Həmin material və avadanlıqdan özül üçün çalanın və arxların kənarlarınadək məsafə 1 (bir) m-dən az olmamaqla enişin dayanıqlılığı ilə müəyyən edilir.

4.15. İş başlayanadək görülməli işlə əlaqədar bu Qaydaların icra vəziyyəti yoxlanılmalıdır. Həmin yoxlama zamanı bu Qaydaların tələblərinə əməl olunmadığı müəyyən edildikdə, işin görülməsi barədə kimin sərəncam verməsindən asılı olmayaraq, heyətin işə başlaması qadağandır.

4.16. Meydançaların çəpərlərinə söykənmək, üstünə çıxmaq, boru kəmərlərinin, həmçinin üstü ilə keçmək nəzərdə tutulmayan örtük və konstruksiyaların üzərində gəzmək qadağandır.

4.17. Gərginliyi 1000 V-dan yuxarı olan elektrik mühərriklərinin, həmçinin yüksək təhlükəli və ya xüsusi təhlükəli yerləşgələrdə yerləşən gərginliyi 1000 V-dək olan elektrik mühərriklərinin, məsafədən idarəetmə qurğusundan başqa işəsalma qurğusunun qarşısında dielektrik xalçalar, rütubətli yerləşgədə isə izoləedici altlıqlar olmalıdır.

4.18. Qırılmış, sallanan, yaxud yerə və döşəməyə düşmüş məftilləri, həmçinin bu məftillərə toxunan və ya ilişən tros, ip, məftil qırıqlarını tapdalamaq və ya onlara toxunmaq qadağandır.

4.19. Nasaz avadanlığı, həmçinin bloklama, mühafizə, siqnallayıcı, qəza açılması qurğuları nasaz olan avadanlığı istismar etmək qadağandır.

4.20. Səhvən işə qoşulmasına (mühərrikin işə düşməsinə), öz-özünə yerdəyişməsinə və hərəkət etməsinə qarşı texniki tədbirlər görmədən avadanlığı təmir etmək qadağandır. Avadanlığı təmir etdikdən və ya təmizlədikdən sonra orada adamların, habelə kənar əşyaların qalmadığına əmin olunmalıdır.

5.1. Fəaliyyətdə olan elektrik qurğularında işlər həmin naryad və ya sərəncam əsasında, habelə istismar zamanı görülən işlər həmin qurğunun istismarçısı tərəfindən təsdiq edilən siyahıya uyğun olaraq aparılır.

5.2. Təhlükəsizlik baxımından elektrik qurğularında görülən işlər aşağıdakı növlərə bölünür:

5.2.1. gərginliyin çıxarılması ilə;

5.2.2. gərginlik altında;

5.2.3. gərginlik altında olan cərəyandaşıyan hissələrdən uzaqda, gərginlik çıxarılmadan.

5.3. Elektrik qurğularında işlər, bu növ işlərin icrası üçün nəzərdə tutulmuş elektrik mühafizə vasitələrinin tətbiqi ilə görülür.

5.4. Elektrik qurğularının gərginlik sinfinə uyğun olmayan elektrik mühafizə vasitələrinin tətbiqi qadağandır.

5.5. Elektrik mühafizə vasitələrindən istifadə etmədən gərginlik altında olan elektrik qurğularının izolyatorlarına toxunmaq qadağandır.

5.6. Elektrik qurğusunda gərginlik itdikdən sonra həmin qurğu ilə işləyən şəxslərə bu barədə xəbərdarlıq edilmədən qeyd edilən qurğuda gərginlik bərpa olunmamalıdır.

5.7. Əyilmiş vəziyyətdən ayaqüstə dayanan vəziyyətə keçdikdə gərginlik altında olan cərəyandaşıyan hissələrə qədər məsafə bu Qaydalara 3 nömrəli Əlavədə göstərilən məsafədən az olduqda elektrik qurğularında əyilmiş vəziyyətdə işləmək qadağandır. Elektrik qurğularının çəpərlənməmiş cərəyandaşıyıcı hissələrinin yaxınlığında işlər aparılan zaman həmin işləri yerinə yetirən şəxs qeyd olunan hissələrin arxasında və ya hər 2 (iki) yan tərəfində dayanmamalıdır.

5.8. Gərginliyi 1000 V-dan yuxarı olan elektrik qurğularının, həmçinin gərginlik sinfindən asılı olmayaraq, HX-nin əsaslı və cari təmirləri texnoloji xəritələr və işlərin icra layihələri üzrə yerinə yetirilməlidir. Bir elektrik birləşməsində 2 (iki) və daha artıq briqadanın birgə işlərinin icrası zamanı işlərin koordinasiyası üzrə məsul şəxsin təyin olunması ilə işlərin təşkili layihəsi hazırlanmalıdır.

5.9. Tufan yaxınlaşan zaman HX-də, HRX-də, APQ-lərdə, QPQ-nin və transformator yarımstansiyasının girişlərində və kommutasiya aparatlarında, HX-yə birbaşa qoşulmuş digər elektrik qurğularında, HX-yə qoşulmuş KX-də, həmçinin HRX-nin rabitə qovşağı yerləşgələrinin girişlərində və anten-qüllə qurğularında işlər dayandırılmalıdır.

5.10. Gərginliyi 1000 V-dək olan elektrik qurğularında aşağıdakılara əməl edilməklə gərginlik altında işlərin aparılmasına yol verilir:

5.10.1. işləmə yerinin yaxınlığında yerləşən və gərginlik altında olan, təsadüfən toxunma ehtimalı yaradan digər cərəyandaşıyıcı hissələr çəpərlənməli, çəpərləmə mümkün olmadıqda isə yaxınlıqda yerləşən cərəyandaşıyan hissələrin izolə edilməsi üçün texnoloji əməliyyatlar yerinə yetirilməli;

5.10.2. dielektrik qaloşlarda və ya botlarda işləməli və ya elektrikdən izoləedici ayaqaltı, ya da dielektrik xalça üzərində dayanılmalı;

5.10.3. dəstəkləri izolə edilmiş əl alətləri və üz üçün fərdi mühafizə vasitələri tətbiq edilməli.

6.1. Elektrik qurğusu ilə işləyən şəxslər görülən işlərin xüsusiyyətinə uyğun peşə hazırlığına malik olmalıdırlar.

6.2. Elektrik stansiyalarının, qurğu və şəbəkələrinin avadanlıqlarına xidmət edən şəxslər öz funksiyaları və ya ixtisası üzrə bu Qaydaları bilməli və ona riayət etməlidirlər.

6.3. Texniki heyət üzvlərinin bilik səviyyələri bu Qaydalar, “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinə əsasən təsdiq edilən elektrik qurğularının texniki istismar qaydaları (bundan sonra - “Elektrik qurğularının texniki istismar Qaydaları”), avadanlıq və şəbəkələrin, həmçinin işlərin təhlükəsiz şəraitdə görülməsi üsulları, fərdi və ya kollektiv mühafizə vasitələrinin tətbiqinə dair təlimatlar üzrə yoxlanılmalıdır.

6.4. Elektrik qurğularının istismarı zamanı təhlükəsizlik və əməyin mühafizəsi üzrə biliyin yoxlanılmasından keçmiş texniki heyət üzvünə təhlükəsizlik və əməyin mühafizəsi üzrə biliyin yoxlanılması barədə vəsiqə verilir.

6.5. Elektrik qurğularına xidmətin əməliyyat növü, həmçinin növbədə operativ heyət üzvlərinin sayı həmin elektrik qurğusunun istismarçısı tərəfindən müəyyən olunur.

6.6. Elektrik qurğularında və avadanlıqlarında əməliyyat çevirmələri operativ və operativ-təmir heyəti tərəfindən yerinə yetirilir. Çevirmələrə ikinci şəxs qismində yalnız istehlakçının profil üzrə cəlb etdiyi təmir və texniki heyət cəlb oluna bilər.

6.7. Potensial təhlükəli obyektlərdə işləri yerinə yetirən heyətin buraxılışı potensial təhlükəli istehsalat obyektlərinə xidmət göstərmək hüququnu təsdiqləyən vəsiqədə qeyd olunur.

6.8. İstehsalat fəaliyyəti elektrik qurğuları ilə bağlı olan heyət öz fəaliyyətini bu Qaydalara 4 nömrəli Əlavədə qeyd olunan elektrotexniki heyətin elektrik təhlükəsizliyi üzrə qrupuna və onun verilməsi şərtlərinə uyğun həyata keçirir.

6.9. Xüsusi işlərin icrasına buraxılmış şəxslərin ixtisaslaşma vəsiqəsində bu barədə qeydlər olmalıdır.

6.10. Xüsusi işlərə aşağıdakılar daxildir:

6.10.1. hündürlükdə aparılan işlər;

6.10.2. bir-biri ilə ikinci tərəf dövrələri ilə birləşdirilmiş idarəetmə, siqnalizasiya, avtomatlaşdırma, mühafizə və ölçmə cihazlarında işlər, elektrik enerjisi uçotu cihazları, dispetçer və texnoloji prosesə nəzarət vasitələri, avtomatlaşdırılmış dispetçer idarəetmə sistemləri istisna olmaqla, elektrik qurğusunda gərginlik altında aparılan işlər;

6.10.3. meqaommetr ilə iş istisna olmaqla, elektrik avadanlığının yüksəldilmiş gərginliklə sınağı;

6.10.4. induksiya edilmiş gərginlik altında işlər;

6.10.5. təzyiq altında işləyən avadanlığa xidmət.

6.11. Gərginliyi 1000 V-dan yuxarı olan elektrik qurğularında işlərin görülməsi üçün elektrik qurğusuna təkbaşına xidmət edən və operativ heyətin üzvlərindən olan və ya elektrik təhlükəsizliyi üzrə IV qrupdan aşağı olmayan qrupa malik mütəxəssis işə buraxılır, digər işlər üçün isə elektrik təhlükəsizliyi üzrə III qrupdan aşağı olmayan qrupa malik mütəxəssislər cəlb olunur.

6.12. Gərginliyi 1000 V-dək olan elektrik qurğularına işlərin görülməsi üçün elektrik qurğusuna xidmət edən, elektrik təhlükəsizliyi üzrə III qrupdan aşağı olmayan qrupa malik operativ heyətin üzvü buraxılır.

6.13. Elektrik qurğusu ilə yeni işə başlayan şəxsin təcrübə keçməsi həmin qurğunun istismarçısının təyin etdiyi təcrübəli mütəxəssisin nəzarəti altında aparılır. Müstəqil işəburaxılış elektrik qurğusunun istismarçısı tərəfindən rəsmiləşdirilir.

6.14. Elektrik qurğusu istismarçısının cəlb etdiyi texniki rəhbər elektrik təhlükəsizliyi üzrə bu Qaydalarla tələb olunan qrupa malik olmalıdır. Həmin mütəxəssislərin əvvəllər elektrik təhlükəsizliyi üzrə qrupları olduğu halda, onun təsdiqlənməsi (yüksəldilməsi), olmadığı halda isə elektrik təhlükəsizliyi üzrə qrupun verilməsi üçün onun biliklərinin yoxlanılması elektrotexniki heyət üçün nəzərdə tutulmuş qaydada aparılır.

6.15. Elektrotexniki heyətin hazırlığı “Elektrik qurğularının texniki istismar Qaydaları”nın tələblərinə uyğun aparılmalıdır.

7.1. Elektrik qurğularında, şəbəkələrdə, stansiyalarda və yarımstansiyalarda işlərin təhlükəsizliyini təmin edən təşkilati tədbirlər aşağıdakılardır:

7.1.1. naryad, sərəncam və ya istismar zamanı görülən işlərin siyahısının tərtib edilməsi;

7.1.2. işlərin təhlükəsiz icrası üçün məsuliyyət daşıyan şəxslərin təyin olunması;

7.1.3. naryadın, yaxud sərəncamın verilməsi;

7.1.4. işləmə yerinin hazırlanmasına və işə buraxılmaya icazələrin verilməsi;

7.1.5. işləmə yerinin hazırlanması və işə buraxılış;

7.1.6. iş zamanı nəzarətin aparılması;

7.1.7. iş fasiləsinin elan olunması, başqa yerə köçürülmənin, işin bitirilməsinin rəsmiləşdirilməsi.

7.2. Fəaliyyətdə olan elektrik qurğularında, şəbəkə və avadanlıqlarda işlər yalnız yazılı naryad və sərəncamlar ilə icra olunur. İşləmə yerlərinin hazırlanması üçün bu Qaydaların 7.3-cü bəndində qeyd olunan siyahıda nəzərdə tutulmayan işlər sərəncam üzrə icra olunur. Həmin sərəncamda qeyd olunan işləri görən hər bir şəxsin vəzifələri bu sərəncamda təsbit edilməlidir. Həmin işlərin siyahısı yerli şəraiti nəzərə alaraq, elektrik qurğusunun istismarçısı tərəfindən yazılı surətdə müəyyən olunmalıdır.

7.3. İstismar zamanı görülən işlərin, həmçinin onların icrasına buraxılan şəxslərin siyahısı texniki rəhbər tərəfindən təsdiqlənməlidir. Siyahıda təkbaşına icra oluna bilən işlər qeyd edilməlidir. Digər halda, naryad və ya sərəncama əsasən, işlərin həyata keçirilməsi üçün icazələrin verilməsi mütləqdir.

7.4. İşlərin təhlükəsiz aparılmasına cavabdeh mütəxəssislər aşağıdakılardır:

7.4.1. naryad, sərəncam verən və istismar zamanı görülən işlərin siyahısını təsdiqləyən şəxs;

7.4.3. bu Qaydaların 7.24-cü bəndinə uyğun olaraq, işləmə yerinin hazırlanması və işə buraxılışa icazə verən şəxs;

7.4.4. işləmə yerini hazırlayan şəxs;

7.4.5. işə buraxılışı həyata keçirən şəxs (bundan sonra – işəburaxan);

7.4.8. briqada üzvləri.

7.5. Naryad və sərəncam verən şəxs işin görülməsi zəruriliyini və təhlükəsizliyinin mümkünlüyünü təyin edir. O, naryadda (sərəncamda) göstərilən təhlükəsizlik tədbirlərinin tamlığı və düzgünlüyünə, işlərin icraçısı daxil olmaqla, briqadanın tərkibindəki mütəxəssislərin ixtisasına və sayına, işlərin təhlükəsiz görülməsi üçün məsul şəxslərin təyin olunmasına, həmçinin iş rəhbərinə (işin icraçısına, nəzarətçisinə) məqsədli təlimatın keçirilməsinə cavabdehdir.

7.6. Naryadların və sərəncamların verilmə hüququ gərginliyi 1000 V-dan yuxarı olan elektrik qurğularının istismarı zamanı elektrik təhlükəsizliyi üzrə V qrupdan, gərginliyi 1000 V-dək olan elektrik qurğularının istismarı zamanı isə elektrik təhlükəsizliyi üzrə IV qrupdan aşağı olmayan qrupa malik inzibati-texniki heyətə aid mütəxəssislərə həvalə olunur.

7.7. Qəzanın və ya onun fəsadlarının aradan qaldırılması üzrə işlərin görülməsi üçün naryad və sərəncam vermə hüququna malik şəxs olmadığı halda, elektrik təhlükəsizliyi üzrə IV qrupdan aşağı olmayan qrupa malik operativ heyət sırasından olan mütəxəssis naryad və sərəncam verə bilər.

7.8. İşləmə yerinin hazırlanmasına cavabdeh olan və işə buraxılışa icazə verən şəxs aşağıdakılara cavabdehdir:

7.8.1. avadanlıq və qurğuların açılmasına dair yazılı göstərişlərin verilməsi və onların icrasının təsdiqlənməsinə, həmçinin elektrik qurğularının və şəbəkələrinin faktiki sxemini nəzərə almaqla, naryadda müəyyən olunmuş işləmə yerlərinin hazırlığı üzrə tədbirlərə müvafiq olaraq qurğu və avadanlıqların müstəqil şəkildə açılmasına;

7.8.2. idarəçiliyində olan avadanlığın açılmasının və qoşulmasının təhlükəsiz həyata keçirilməsinin mümkün olub-olmamasına;

7.8.3. elektrik qurğularında işə buraxılış icazəsi olan briqadalardan vaxt və yerlərinin koordinasiyası, həmçinin briqadaların qeydiyyatı, elektrik qurğularında işə buraxılmış bütün briqadaların işlərini tam bitirməsi, elektrik qurğularının işə qoşulma mümkünlüyü barədə məlumatların alınmasına;

7.8.4. buraxılan briqadaların iş apardıqları yerlərə gərginliyin verilməsini istisna etmək məqsədilə verilən göstərişlərin, həmçinin kommutasiya aparatlarının qoşulması üzrə müstəqil hərəkətlərin düzgünlüyünə.

7.9. İşləmə yerinin hazırlanması və işə buraxılışa icazə verilmə hüququ elektrik təhlükəsizliyi üzrə IV qrupdan aşağı olmayan qrupa malik operativ heyətə verilir. Şəbəkəyə aid işləmə yerlərinin hazırlanması üçün icazələr və işəburaxma hüququ digər energetika subyektlərinin elektrik qurğularının istismarı zamanı istismarçının rəsmi göstərişi ilə elektrik təhlükəsizliyi üzrə IV qrupdan aşağı olmayan qrupa malik inzibati-texniki heyətin üzvü olan mütəxəssisə verilir.

7.10. İş rəhbəri naryadda göstərilən işləmə yerlərinin hazırlanması üzrə tədbir görülməsinə və tam həcmdə olmasına, onun tərəfindən təyin edilmiş işlərin icra şəraitinə görə əlavə təhlükəsizlik tədbirlərinin görülməsinə, briqadanın mütəxəssis baxımından tam olmasına, o cümlədən işəburaxan və iş icraçısının keçirdikləri məqsədli təlimatların keyfiyyətinə və tamlığına, həmçinin işlərin təhlükəsiz aparılmasının təşkil edilməsinə görə cavabdehdir.

7.11. Gərginliyi 1000 V-dan yuxarı olan elektrik qurğularında iş rəhbəri elektrik təhlükəsizliyi üzrə V qrupdan, 1000 V-dək olan elektrik qurğularında isə elektrik təhlükəsizliyi üzrə IV qrupdan aşağı olmayan qrupa malik inzibati-texniki heyətin üzvü olan mütəxəssis təyin edilir. Gərginliyi 1000 V-dan yuxarı olan, seksiyalanmış şin sistemli və ya seksiyalanmamış şin sistemli, dolayı şin sistemi olmayan PQ, həmçinin HX, kabel hava xətti və KX-lərdə, gərginliyi 1000 V-dək olan elektrik qurğularında işlərin icrası zamanı naryadı verən iş rəhbəri təyin etməmək hüququna malikdir.

7.12. Elektrik qurğusunda aşağıdakı işlər icra edildikdə iş rəhbəri təyin olunmalıdır:

7.12.1. mexanizmlərin və yükqaldıran maşınların istifadəsi;

7.12.2. elektrik qurğularında cərəyandaşıyan hissələrdən gərginlik çıxarılmış işlər istisna olmaqla, APQ, QPQ-də elektrik avadanlıqlarının açılması;

7.12.3. kommunikasiya qurğularının yerləşdiyi və nəqliyyatın intensiv hərəkəti zonalarında, KX-lərdə və KRX-də istənilən növ dayaqların quraşdırılması və sökülməsi, HX dayaqlarının elementlərinin dəyişdirilməsi;

7.12.4. HX-nin digər HX-lərlə və nəqliyyat magistralları ilə kəsişmə yerlərində, APQ aşırımlarında naqillərin kəsişmə yerlərində yenidən qurulmuş HX-nin qoşulması;

7.12.5. HX naqillərinin və troslarının birləşmə sxemlərinin dəyişdirilməsi;

7.12.6. bir və ya digər dövrələr gərginlik altında olarkən çoxdövrəli HX-nin açılmış dövrəsində işlərin görülməsi;

7.12.7. elektrik qurğusunda eyni zamanda 2 (iki) və daha çox briqadanın işləməsi;

7.12.8. HX-nin fazalar üzrə təmiri;

7.12.9. induksiyalanmış gərginlik altında işlərin görülməsi;

7.12.10. cərəyandaşıyan hissələrdə gərginliyi çıxarmadan insanı yerdən izolə etməklə işlərin görülməsi;

7.12.11. ikinci kommutasiya dövrələrində, elektrik ölçmə cihazlarında, dispetçer və texnoloji idarəetmə qurğularında, avtomatlaşdırılmış dispetçer idarəetmə sistemlərində və 0,4 kV izolə olunmuş naqilli HX-də görülən işlər istisna olmaqla, gərginliyi çıxarmadan insanları yerdən izolə etmədən işlər aparılan zaman cərəyandaşıyıcı hissələri müvəqqəti izolə etməklə və gərginlik altında işlər üçün alət və ləvazimatlardan istifadə etməklə işlərin görülməsi;

7.12.12. rabitə vasitələrinin avadanlıqlarında və qurğularında, dirək keçidlərinin quruluşları və KRX sınaqları üzrə xidmət olunmayan gücləndirici məntəqələrin və ya xidmət olunmayan regenerasiya məntəqələrinin aparatları ilə birləşmələrin süzgəclərində rabitə kondensatorunun torpaqlayıcı bıçağını qoşmadan işlərin görülməsi.

7.13. Bu Qaydaların 7.12-ci bəndində qeyd edilənlərdən başqa, elektrik qurğularında digər işlər zamanı da iş rəhbərinin təyin edilməsini naryad verən müəyyənləşdirir.

7.14. İşləmə yerlərinin hazırlığını aparan və (və ya) onların hazırlığına görə görülən tədbirlərin tam həcmdə olmasını qiymətləndirən, briqada üzvlərini təlimatlandıran və işəburaxan işləmə yerlərinin hazırlanması üzrə onun tərəfindən görülən tədbirlərin düzgünlüyünə və tam olmasına görə, habelə onların, naryadda və ya sərəncamda göstərilən tədbirlərlə, işin xüsusiyyəti və yeri ilə uyğunluğu, işə buraxılışın düzgünlüyü, həmçinin onun tərəfindən təlimlərin tamlığı və keyfiyyətinə görə cavabdehdir.

7.15. HX-lərə işə buraxılış istisna olmaqla, işəburaxan operativ heyət üzvlərindən təyin olunmalıdır. Gərginliyi 1000 V-dan yuxarı olan elektrik qurğularında işəburaxan elektrik təhlükəsizliyi üzrə IV qrupdan, gərginliyi 1000 V-dək olan elektrik qurğularında isə elektrik təhlükəsizliyi üzrə III qrupdan aşağı olmayan qrupa malik olmalıdır.

7.16. İş icraçısı aşağıdakılara cavabdehdir:

7.16.1. işləmə yerinin hazırlanması üçün görülən tədbirlərə və onun naryadın fərdi göstərişlərinə uyğunluğuna;

7.16.2. briqada üzvlərinin məqsədli təlimatlandırılmasının dəqiqliyinə və tam olmasına;

7.16.3. mühafizə vasitələri, alət, inventar və cihazların mövcudluğuna, sazlığına və düzgün istifadə edilməsinə;

7.16.4. işləmə yerində torpaqlanma qurğusunun, bağlayıcı qurğuların, çəpərlənmənin, şəxsləri mümkün təhlükələrdən xəbərdar etmək üçün müəyyən davranışların qadağan edilməsinə və ya bu barədə xəbərdarlıq edilməsinə;

7.16.5. istifadəsinə məhdudiyyətlər qoyulan və ya istifadəsi təhlükəli və (və ya) ziyanlı istehsalat amillərinin təsirinin istisnası və azaldılması ilə bağlı olan təhlükəli obyektlərin yerləşməsi barədə informasiya daşıyan plakatların (təhlükəsizlik nişanlarının) qorunmasına;

7.16.6. özünün və briqada üzvlərinin işləri təhlükəsiz aparmasına;

7.16.7. briqada üzvlərinə daimi nəzarətin həyata keçirilməsinə.

7.17. Gərginliyi 1000 V-dan yuxarı olan elektrik qurğularında naryad üzrə aparılan işlərdə iş icraçısı elektrik təhlükəsizliyi üzrə IV qrupdan, gərginliyi 1000 V-dək olan elektrik qurğularında isə elektrik təhlükəsizliyi üzrə III qrupdan aşağı olmayan qrupa malik olmalıdır. Zərərli qazların yarana biləcəyi yeraltı tikililərdə, gərginlik altında işlərdə, gərginliyi 1000 V-dan yuxarı olan HX-lərin dayaqlarında asılmış və gərginliyi 1000 V-dək HX naqillərinin çəkilməsi və dəyişdirilməsi işləri yerinə yetirilərkən iş icraçısı elektrik təhlükəsizliyi üzrə IV qrupdan aşağı olmayan qrupa malik olmalıdır. Elektrik qurğularında sərəncam üzrə işin görülməsi üçün iş icraçısı elektrik təhlükəsizliyi üzrə III qrupdan aşağı olmayan qrupa malik olmalıdır.

7.18. Nəzarətçi aşağıdakılara cavabdehdir:

7.18.1. hazırlanmış işləmə yerinin naryad üzrə hazırlıq tədbirlərinə və naryadın göstərişlərinə uyğunluğuna;

7.18.2. briqada üzvlərinin məqsədli təlimatlandırılmasının dəqiqliyinə və tam olmasına;

7.18.3. işləmə yerində quraşdırılmış torpaqlanmaların, çəpərlərin, plakat və təhlükəsizlik nişanlarının, intiqalların bağlayıcı qurğularının mövcudluğuna və qorunmasına;

7.18.4. elektrik cərəyanından zədələnməyə qarşı briqada üzvlərinin təhlükəsizliyinə.

7.19. Nəzarətçi qismində elektrik təhlükəsizliyi üzrə III qrupdan aşağı olmayan qrupa malik mütəxəssis təyin olunur.

7.20. İşin texnologiyası ilə əlaqədar təhlükəsizliyə cavabdeh şəxs briqadanın üzvü olmaqla ona rəhbərlik edən şəxsdir və o daima işləmə yerində olmalıdır.

7.21. Briqada üzvü bu Qaydaların və əməyin mühafizəsi üzrə qanunvericiliyin tələblərinə, işə buraxılış və iş zamanı alınan göstərişlərə riayət edilməsinə görə cavabdehdir.

7.22. Elektrik qurğusunda işləmək üçün naryad və ya sərəncamın verilməsi, bu Qaydaların 7.24-cü bəndində qeyd olunan hallarda işləmə yerinin hazırlanması və işə buraxılış icazəsi verilməsi, iş rəhbəri, iş icraçısı olmaq hüququ verilməsi, həmçinin təkbaşına baxış hüququ verilməsi təşkilati-sərəncamverici sənədlə rəsmiləşdirilir.

7.23. İşlərin təhlükəsiz görülməsi üçün açılmalı olan avadanlıqları istismar etmə hüququ və istismarında olmayan obyektlərdə açılmaların aparılması ilə bağlı operativ danışıqların aparılması, işəburaxan funksiyaları və işləmə yerinin hazırlanmasına icazə verilməsi hüququ eyni şəxsə həvalə edilə bilər. Operativ heyətdən olan işəburaxan briqada üzvünün funksiyalarını yerinə yetirə bilər.

7.24. İstehlakçılara elektrik enerjisinin verilişi xidmətinin göstərilməsi, elektrik təsərrüfatının istismarı və ya elektrik qurğularının açılması üçün işləmə yerinin hazırlanmasına icazənin verilməsi və işə buraxılışın verilməsi Qaydaların bu hissəsinə uyğun şəkildə həyata keçirilir.

7.25. Briqada üzvlərinin sayı və tərkibi briqada üzvlərinin təhlükəsizlik üzrə ixtisaslaşmasını, işin yerinə yetirilmə şəraitini və nəzarətçi tərəfindən briqada üzvlərinə nəzarətin təmin edilməsi imkanını nəzərə almaqla müəyyən olunmalıdır.

7.26. Növbədə olan operativ heyət yuxarı operativ heyət üzvünün (varsa) icazəsi ilə əməliyyat jurnalında qeydiyyat aparılmaqla və naryadı rəsmiləşdirməklə briqadanın apardığı işlərə cəlb edilə bilər.

7.27. Elektrik qurğusunda iş görən şəxs bu Qaydaların tələblərinə əsasən, insanlar üçün təhlükəli halların aradan qaldırılması üçün tədbir görmək hüququna malik olmadığı hallarda elektrik qurğularının, maşın, mexanizmlər, qurğular, alətlər, mühafizə vasitələrinin nasazlığını aşkar etdikdə bu barədə həmin elektrik qurğusunun istismaçısının müəyyən etdiyi şəxsə məlumat verməlidir.

7.28. Elektrik cərəyanı vurma təhlükəsi yaranan işləri görən qeyri-elektrotexniki heyətə elektrik təhlükəsizliyi üzrə Ι qrup verilir.

7.29. Elektrik təhlükəsizliyi üzrə Ι qrup elektrik təhlükəsizliyi tələblərini mənimsəyən mütəxəssisə bunun üçün təyin olunmuş jurnalda rəsmiləşdirməklə elektrik qurğusunun istismarçısının müəyyən etdiyi şəxs tərəfindən verilir.

7.30. Elektrik təhlükəsizliyi üzrə Ι qrup şifahi sual-cavab formasında biliyin yoxlanılması və işlərin təhlükəsiz şəkildə görülməsi üsulları və ya elektrik cərəyanı vurduqda ilkin yardım göstərmə vərdişlərinin mənimsənilməsinin yoxlanılması ilə bitən təlimatlandırma aparılması yolu ilə verilir.

7.31. Elektrik təhlükəsizliyi üzrə Ι qrup elektrik qurğusunun istismarçısının cəlb etdiyi elektrotexniki heyətdən olan elektrik təhlükəsizliyi üzrə ΙΙΙ qrupdan aşağı olmayan qrupa malik mütəxəssis tərəfindən verilə bilər.

8.1. Naryad bu Qaydaların 8.2-ci bəndində nəzərdə tutulan hal istisna olmaqla, 2 (iki) nüsxədə tərtib olunur. Onlardan biri iş rəhbəri (iş icraçısı), ikincisi yerli növbətçi heyət, bu sahədə növbətçi heyət olmadığı hallarda isə işəburaxan və ya naryadverən üçün nəzərdə tutulur.

8.2. İşlərin icrası üçün naryadın telekommunikasiya vasitələri ilə ötürülməsinə yol verilir. Bu halda naryad naryadverən, iş rəhbəri (iş icraçısı), işəburaxan üçün 3 (üç) nüsxədə tərtib olunur. Tərtib edən şəxs naryadı bir nüsxədə yazır, məlumatı qəbul edən şəxs 2 (iki) nüsxə naryadı doldurur və əks-yoxlanışdan sonra imza yerində naryadverənin adını, atasının adını, soyadını, vəzifəsini göstərərək qeydin düzgünlüyünü öz imzası ilə təsdiqləyir. İş rəhbəri (iş icraçısı) işəburaxan funksiyasını icra etdikdə naryad 2 (iki) nüsxədə tərtib olunur.

8.3. Briqada üzvlərinin sayı çox olduqda naryada işləri icra edənlərin adı, atasının adı, soyadı və dərəcələri göstərilməklə siyahı əlavə olunur. İş rəhbərinin imzaladığı bu siyahı naryadın əlavəsi kimi rəsmiləşdirilir. Bu halda naryadda briqada üzvlərinin ümumi sayı göstərilir və əlavə olunan siyahının mövcudluğu haqqında qeyd yazılır.

8.4. Fəaliyyətdə olan elektrik qurğularında naryad üzrə aşağıdakı işlər görülür:

8.4.1. gərginliyi çıxarmaqla (induksiyalanmış və induksiyalanmamış gərginliklə) 1000 V-dan yuxarı olan elektrik qurğularında, gərginliyi 1000 V-dək olan PQ-nin yığma şinlərində və paylayıcı lövhələrdə, həmçinin yığma şinlərə gərginlik verən birləşmələrdə aparılan işlər;

8.4.2. elektrik mühafizə vasitələrindən istifadə etməklə gərginliyi çıxarmadan görülən işlər. Bu halda elektrik ölçü kəlbətinləri və ştanqları ilə görülən, həmçinin növbətçi və operativ-təmir heyətinin istismar zamanı görülən işlər istisna olunur. Elektrik mühafizə vasitələrindən istifadə etməklə gərginliyi çıxarmadan növbətçi və operativ-təmir heyətinin istismar zamanı görülən işlərin siyahısı yerli şəraitdən asılı olaraq, işlənib-hazırlanır və elektrik qurğusunun istismarçısının müəyyən etdiyi texniki rəhbər tərəfindən təsdiqlənir;

8.4.3. cərəyandaşıyan hissələrdə gərginliyi çıxarmadan icra olunan, həmçinin naryad üzrə bu Qaydaların 46.7-ci bəndində göstərilmiş gərginliyin çıxarılması tələb olunmayan işlər.

8.5. Elektrik qurğularında işlərin aparılması sifarişlərində işlərin kateqoriyaları göstərilir. İşləmə yerinin hazırlanması üzrə konkret tədbirlər siyahısı sifarişdə qeyd edilmir.

8.6. Eyni 1 (bir) naryadla bir birləşmənin bir neçə elektrik qurğusuna xidmət göstərilməsinə yol verilir.

8.7. Bir nəfər iş rəhbərinə, işəburaxana, iş icraçısına (nəzarətçiyə) növbə ilə işə buraxılış və naryad üzrə işlərin görülməsi üçün verilən naryadların sayını, naryadın qüvvədə olma müddətini naryadverən təyin edir. Naryadın müddətini 1 (bir) dəfə uzatmağa yol verilir.

8.8. Naryadda göstərilən işlər tam başa çatdıqdan sonra naryad növbətçidə, xətlərdə və xidmət heyəti olmayan yarımstansiyalarda işlər zamanı naryadverəndə və ya operativ səyyar briqadanın dispetçerində 30 (otuz) gün müddətində saxlanılır. Naryad üzrə işlər görülərkən qəzalar və ya bədbəxt hadisələr baş verərsə, naryad təhqiqat materialları ilə birlikdə elektrik qurğusunun istismarçısı tərəfindən arxivləşdirilir.

9.1. Cərəyandaşıyan hissələrdən, o cümlədən 1000 V-dək yığmalar və lövhələr gərginlik altında qalsa belə, HX və KX-nin çıxışlarından gərginlik çıxarılmış və qonşu elektrik qurğularına giriş bağlı olduğu halda gərginliyi 1000 V-dan yuxarı olan elektrik qurğularında birləşmələrdə işlərin görülməsi üçün 1 (bir) naryad verilir.

9.2. Gərginliyi 1000 V-dək olan elektrik qurğularında cərəyandaşıyan hissələrdən gərginlik tam çıxarılmış olduqda PQ-nin yığım şinlərində, paylayıcı lövhələrində, yığmalarda, həmçinin bu qurğuların birləşmələrində eyni vaxtda işlərin görülməsi üçün 1 (bir) naryad verilməsinə yol verilir.

9.3. Aqreqatları (qazanları, turbinləri, generatorları və digər avadanlıqları) və ayrıca texnoloji qurğuları (o cümlədən kül tutan sistemləri, şəbəkəyə qoşulan qızdırıcılar, xırdalama sistemləri) təmirə çıxararkən bu aqreqatların (qurğuların) elektrik mühərriklərində və ya onların hissəsində işlərə 1 (bir) naryad, PQ-də bu aqreqatların elektrik mühərriklərini qidalandıran birləşmələrində və ya onların bir hissəsində işlərin görülməsi ilə bağlı 1 (bir) naryad verməyə yol verilir. Yalnız eyni gərginlikli elektrik mühərriklərində və bir PQ-nin birləşmələrində işlər üçün 1 (bir) naryad verilməsinə yol verilir.

9.4. Bir şin sistemli və müxtəlif sayda seksiyası olan və gərginliyi 6 – 110 kV olan PQ-lərdə seksiyanı tam olaraq təmirə çıxararkən şinlərdə və seksiyanın birləşmələrində və ya onun bir hissəsində işləmək üçün bu Qaydaların 10.1-ci bəndinin tələblərinə riayət etməklə 1 (bir) naryad verilməsinə və briqada üzvlərini 1 (bir) seksiya hüdudları daxilində müxtəlif elektrik qurğusuna xidmət göstərilməsi üçün müxtəlif işləmə yerlərinə yönəltməyə yol verilir. Naryad üzrə işlər başa çatmayana qədər hər hansı birləşmənin, o cümlədən elektrik mühərriklərinin yoxlanılması üçün elektrik qurğusunu şəbəkəyə qoşulmağa hazırlamaq qadağandır.

9.5. Bir elektrik qurğusunun birləşmələrində müxtəlif işləmə yerlərində eyni zamanda və ya növbəli şəkildə aşağıdakı işlərin görülməsinə 1 (bir) naryad verilir:

9.5.1. güc və nəzarət kabellərinin çəkilməsi və yerinin dəyişdirilməsi, elektrik avadanlıqlarının sınaqları, KX-nin sınağı və zədələrinin aşkar olunması, rele mühafizəsi, ölçmə, bloklama, avtomatika, telemexanika, rabitə və digər qurğuların yoxlanılması;

9.5.2. bir birləşmənin kommutasiya aparatlarının, o cümlədən onların intiqalları digər yerləşgədə olduqda təmiri;

9.5.3. tuneldə, kollektorda, quyuda, xəndəkdə, özül çalasında ayrıca kabelin təmiri;

9.5.4. işləmə yerlərinin yerləşməsinin iş icraçısına briqadaya nəzarəti yerinə yetirməyə imkan verdiyi hallarda, 2 (iki) özül çalasında və ya PQ-də və onun yaxınlığında yerləşən özül çalasında olan kabellərin 2 (iki) ədəddən artıq olmamaqla təmiri.

9.6. Bu Qaydaların 9.5-ci bəndinə uyğun olaraq, briqada üzvlərini müxtəlif işləmə yerlərinə yönəltməyə yol verilir və bu halda elektrik qurğusuna xidmət göstərən şəxsin işləmə yerini dəyişməsi naryadda qeyd olunmur.

9.7. Bu Qaydaların 10-cu hissəsinə uyğun olaraq, işlər aparılarkən işləmə yerləri briqada naryad üzrə işə buraxılanadək hazırlanmalıdır. Briqada üzvləri işləmə yerlərinə paylandıqda elektrik təhlükəsizliyi üzrə III qrupdan aşağı olmayan qrupa malik briqada üzvünün iş icraçısından ayrıca işləməsinə yol verilir. İş icraçısından ayrı yerləşən briqada üzvlərini iş icraçısı işləmə yerinə gətirməli və onlarla işlərin görülməsi üçün əməyin mühafizəsi üzrə məqsədli təlimatlandırma aparmalıdır.

9.8. Bir neçə yarımstansiyada və ya bir yarımstansiyanın bir neçə birləşmələrində eyni növ işlərin növbəli şəkildə yerinə yetirilməsi ilə bağlı aşağıdakı işlərə 1 (bir) naryad verilməsinə yol verilir:

9.8.1. izolyatorların təmizlənməsinə (silinməsinə);

9.8.2. sıxacların (kontakt birləşmələrin) çəkilməsinə;

9.8.3. avadanlıqdan və kommutasiya aparatlarından yağ nümunəsinin götürülməsinə və doldurulmasına;

9.8.4. transformatorların və qövssöndürücü reaktorların dolaqlarının budaqlarının çevirmələrinə;

9.8.5. rele mühafizəsi qurğularının, avtomatika, ölçü cihazlarının yoxlanılmasına;

9.8.6. avadanlıqların kənar mənbədən yüksək gərginliklə sınağına;

9.8.7. ölçü ştanqının izolyatorunun yoxlanılmasına.

9.9. Yarımstansiyaya və birləşməyə verilən naryad rəsmiləşdirilir. Bu naryadların qüvvədə olma müddəti bir gündür. Yarımstansiyanı işlək vəziyyətə gətirməyə yalnız həmin yarımstansiyada, həmin naryad üzrə işlər tam başa çatdıqdan sonra yol verilir.

10.1. HX-yə və o, çoxdövrəli olduqda isə hər bir dövrəyə ayrı naryad verilir.

10.2. Bir neçə HX-yə (dövrəyə) aşağıdakı hallarda 1 (bir) naryad verməyə yol verilir:

10.2.1. gərginlik dövrələrdən çıxarıldıqda icra olunan işlərlə bağlı və ya çoxdövrəli HX- lərdə heç bir dövrədən gərginlik çıxarılmadıqda gərginlik altında işlərlə bağlı;

10.2.2. HX-nin kəsişmə yerlərindəki işlərlə bağlı;

10.2.3. transformator yarımstansiyası açılıbsa, bir transformator yarımstansiyasından qidalanan, gərginliyi 1000 V-dək olan HX-də işlərin növbəli icrası ilə bağlı;

10.2.4. bir neçə HX-nin cərəyandaşımayan hissələrində xətt açılmalı olmayan eyni növlü işlərlə bağlı.

10.3. Naryadda təmir olunan HX-nin induksiya olunmuş cərəyan altında yerləşib-yerləşməməyi, habelə açılması və torpaqlanması tələb olunan, təmir edilən xətti kəsən HX-lərinin siyahısı göstərilməlidir. Onların açılması iş şəraitinə görə tələb olunursa, bu cür göstəriş təmir olunan HX-nin yaxınlığından keçən HX-yə aid naryadda olmalıdır. Bu zaman təmir olunan HX-ni kəsən və ya yaxınlıqdan keçən HX-nin torpaqlanması işə buraxılış icra edilənədək yerinə yetirilməlidir. İşlər tam bitənədək torpaqlanmanın çıxarılması qadağandır.

10.4. HX eyni zamanda müxtəlif istismarçılara məxsus olduğu hallarda xəttin açılması və torpaqlanması barədə həmin istismarçıların əməliyyat jurnallarında qeyd aparılmalı və həmin istismarçılar tərəfindən təsdiqlənməlidir.

10.5. Böyük uzunluqlu anker aşırımları daxilində naqillərin (trosların) quraşdırılması və sökülməsi işləri istisna olmaqla, açılmış HX-də briqada üzvlərinin uzunluğu 2 (iki) km-dən çox olmayan sahələrdə paylanmasına yol verilir. Bu halda bir briqadanın iş sahəsinin uzunluğunu naryadverən təyin edir.

11.1. PQ ərazisində HX hissələrində işlər HX-yə xidmət edən şəxsə verilən naryad üzrə görülməlidir. Daimi operativ heyəti olan elektrik qurğularının heyəti tərəfindən HX-nin son dayağında işlər görülərkən həmin heyət briqada üzvlərini bu dayağa gətirməklə onlar üçün əməyin mühafizəsi və təhlükəsizliyi üzrə məqsədli təlimatlandırma aparmalıdır. Daimi operativ heyəti olmayan elektrik qurğularında xətti briqadanın iş icraçısına PQ-nin açarlarını almağa və müstəqil olaraq HX-nin dayağına yaxınlaşmağa yol verilir.

11.2. APQ-nin portallarında, QPQ-nin binalarında, xaricdə qurulmuş KPQ-nin damında işlər aparıldıqda xətti briqadanın naryadda sənədləşdirmə aparmaqla işə buraxılışı PQ-yə xidmət edən operativ heyətdən olan işəburaxan tərəfindən yerinə yetirilir. İş icraçısı xətti briqada ilə birlikdə PQ-dən müstəqil çıxmaq imkanına sahibdir.

11.3. Birləşmələrin yüksək tezlikli kabellərində və süzgəclərində, rabitə kondensatorlarında və yüksək tezlikli çəpərləyicilərdə işlər bu avadanlıqlara xidmət edilməsini nəzərdə tutan naryad üzrə aparılır. Bu halda işləmə yerinin hazırlanmasını və işə buraxılışı PQ-yə xidmət edən mütəxəssislər həyata keçirir.

11.4. PQ-nin ərazisində və kabel tikililərində yerləşən KX-də, PQ-də yerləşən KX-nin uc muftalarında və bağlamalarında işlər KX-yə xidmət edən mütəxəssisə verilən naryad üzrə aparılır. İşə buraxılışı PQ-yə xidmət edən mütəxəssislər yerinə yetirir.

12.1. Sərəncam birdəfəlik xarakter daşıyır və onun qüvvədə olma müddəti icraçıların iş gününün müddəti ilə təyin olunur. İş davam etdirildikdə, o cümlədən işin şərtləri və briqada tərkibi dəyişdikdə sərəncam yenidən verilməlidir. İşdə fasilələr olduqda sərəncam üzrə gün ərzində təkrar işə buraxılışı iş icraçısı yerinə yetirir.

12.2. Sərəncam iş icraçısına, işəburaxana və ya işləmə yerinin hazırlanmasına və işə buraxılışa icazə verən şəxsə verilir. Elektrik qurğularına daimi operativ xidmət göstərilmədikdə və işləmə yerinə buraxılış bu Qaydalarla tələb olunmadıqda sərəncam bilavasitə işi yerinə yetirməli olan şəxsə (şəxslərə) verilir.

12.3. Sərəncam əsasında görülməsi nəzərdə tutulan işlər naryadverənin qərarına görə naryad üzrə də yerinə yetirilə bilər.

12.4. Bir neçə elektrik qurğularında və şəbəkələrdə növbəli şəkildə görülən eyni növ işlərlə bağlı bir sərəncam verilir.

12.5. Sərəncam naryad və sərəncamlar üzrə işlərin uçotu jurnalında bu Qaydalara 2 nömrəli Əlavə qeyd edildiyi şəkildə rəsmiləşdirilməlidir.

12.6. Sərəncam üzrə işlər gərginliyin çıxarılmalı və müvəqqəti çəpərlər qurulmalı olmayan, cərəyandaşımayan hissələrdə yerinə yetirilir.

12.7. PQ-nin gərginlik verilə bilən yığma şinlərində və birləşmələrində görülən işlər istisna olmaqla, gərginliyi 1000 V-dək olan elektrik qurğularında işlərin sərəncam üzrə görülməsinə yol verilir. Bu zaman işi təmir heyətindən ən azı 2 (iki) mütəxəssis yerinə yetirməlidir, onlardan biri elektrik təhlükəsizliyi üzrə III qrupdan, digəri isə II qrupdan aşağı olmayan qrupa malik mütəxəssis olmalıdır.

12.8. İkinci dövrələrin, ölçü cihazlarının, rele mühafizəsi, elektrik avtomatikası, telemexanika və rabitə qurğularının, kommutasiya aparatlarının intiqallarında və aqreqat şkaflarında işlər də daxil olmaqla quraşdırma, təmir və istismar üzrə işlərin sərəncam əsasında yerinə yetirilməsinə yol verilir.

12.9. Gərginliyi 1000 V-dək olan elektrik qurğusu ilə elektrik təhlükəsizliyi üzrə III qrupdan aşağı qrupa malik olmayan mütəxəssis sərəncam üzrə təkbaşına işləyə bilər.

12.10. Gərginliyi 1000 V-dan yuxarı olan aşağıdakı elektrik qurğularında sərəncam üzrə işlərin görülməsinə yol verilir:

12.10.1. kabelin açıldığı və onun uclarının qısa qapandığı və torpaqlandığı elektrik mühərriklərində;

12.10.2. girişindən şinlər və kabellər ayrılmış generatorlarda;

12.10.3. PQ-lərdə, bölmələrinin çəpərləri qıfılla bağlanmış, arabacıqları irəli sürülən KPQ-lərdə.

12.11. Elektrik qurğularında elektrik təhlükəsizliyi üzrə III qrupdan aşağı olmayan qrupa malik və həmin qurğu ilə təkbaşına işləyən mütəxəssisə sərəncamla aşağıdakı işlərin həvalə olunmasına yol verilir:

12.11.1. yağın təmizlənməsi və qurudulması zamanı yağtəmizləyən və digər köməkçi aparatlara xidmət;

12.11.2. transformatorların və kompressorların ventilyatorlarının və yağ nasoslarının elektrik mühərriklərində və mexaniki hissələrində icra edilən işlər;

12.11.3. havatəmizləyici süzgəclərin yoxlanılması və onlardakı sorbentlərin dəyişdirilməsi işləri;

12.11.4. pirometrlər və teplovizorlar vasitəsilə kontakt birləşmələrinin yoxlanılması işləri;

12.11.5. elektrik maşınlarının titrəyişlərinin ölçülməsi işləri;

12.11.6. işdən çıxarılmış avadanlıqların qurudulması və təmizlənməsinə nəzarət;

12.11.7. avadanlıqların və PQ-nin kameralarından kənarda olan çəpərlərin üz yazılarının yenilənməsi işləri;

12.11.8. APQ ərazilərinin abadlaşdırılması, otların biçilməsi və təmizlənməsi, yolların və keçidlərin qardan təmizlənməsi işləri.

12.12. Elektrik qurğularında elektrik təhlükəsizliyi üzrə II qrupdan aşağı olmayan qrupa malik və HX-də təkbaşına işləyən mütəxəssisə sərəncamla aşağıdakı işləri aparmağa yol verilir:

12.12.1. asan keçilən yerlərdə, günün işıqlı vaxtında hava əlverişli olduqda HX-yə baxış;

12.12.2. dayağın vəziyyətinin qiymətləndirilməsi;

12.12.3. ağac dayaqların yerə yaxın diblərinin çürüməyə görə yoxlanılması;

12.12.4. dayaqlar üzərində daimi yazıların və təhlükəsizlik nişanlarının bərpası;

12.12.5. cihazlarla naqildən yerə kimi və mühəndis tikililərinin qabaritlərinin ölçülməsi;

12.12.6. dayaq ətrafının quru bitkilərdən və digər yanar materiallardan təmizlənməsi;

12.12.7. dirəklərin bərkidici bandajlarının rənglənməsi.

13.1. Elektrik qurğularında işləmə yerinin hazırlanması nəzərə alınmadan müddəti bir saatdan çox olmayan qısamüddətli və təxirəsalınmaz işləri sərəncam üzrə həmin qurğuya xidmət edən operativ-təmir heyəti və ya onun nəzarəti altında təmir heyəti yerinə yetirir.

13.2. İcrası üçün bir saatdan çox vaxt və ya nəzarətçi də qoşulmaqla üç nəfərdən çox şəxsin iştirakı tələb edilən qısamüddətli və təxirəsalınmaz işlər naryad üzrə aparılmalıdır. Göstərilən işlər işə buraxılışdan öncə işləmə yerinin hazırlanması üzrə təşkilati və texniki tədbirlər yerinə yetirilməklə aparılmalıdır.

13.3. Elektrik qurğularında qısamüddətli işlərə aşağıdakılar aid edilir:

13.3.1. kabellərin, naqillərin, şinlərin avadanlıqlardan və ya qurğulardan ayrılması və ya birləşdirilməsi;

13.3.2. gərginliyi 0,4 kV olan HX-nin, həmçinin bütün gərginlik siniflərindən olan KX-nin açılması və qoşulması KX-nin fazalanması, dövrələrinin tamlığının yoxlanılması, transformatorun budaqlanmasının çevrilmələri, yağın nümunəsinin götürülməsi və doldurulması, yağın təmizlənməsi və qurudulması üçün aparatın birləşdirilməsi və ayrılması, cərəyandaşıyan hissələrin qızmasının və titrəyişlərinin yoxlanılması, elektrik ölçü kəlbətini ilə ölçmələrin aparılması.

13.4. Elektrik qurğularında təxirəsalınmaz işlərə aşağıdakılar aid edilir:

13.4.1. istehlakçıların elektrik qurğularının normal işinin pozulmasına və ya elektrik enerjisi təminatında kəsintilərə gətirib çıxaran, yaxud çıxara bilən nasazlıqların aradan qaldırılması;

13.4.2. kənar əşyaların, yıxılmış ağacların, budaqların və digər əşyaların HX-nin və şinlərin üstündən çıxarılması.

13.5. Bu Qaydaların 13.3-cü və 13.4-cü bəndlərində göstərilən işləri yerinə yetirən operativ-təmir heyətindən vəzifəcə böyük və ya təmir heyətində nəzarətçi gərginliyi 1000 V-dan yuxarı olan elektrik qurğularında işləyərkən elektrik təhlükəsizliyi üzrə IV qrupdan və gərginliyi 1000 V-dək olan elektrik qurğularında işləyərkən elektrik təhlükəsizliyi üzrə III qrupdan aşağı olmayan qrupa malik olmalıdır.

14.1. Briqada üzvlərinin sayı və həmin briqada üzvlərinin ixtisas dərəcəsi, elektrik təhlükəsizliyi üzrə qrupu, işlərin yerinə yetirilmə şərtləri və briqada üzvlərinə nəzarətin təmin edilməsi imkanı nəzərə alınmaqla iş icraçısı və ya nəzarət edən şəxs tərəfindən müəyyən olunur.

14.2. Briqadada elektrik təhlükəsizliyi üzrə III qrupdan aşağı olmayan qrupa malik mütəxəssisə elektrik təhlükəsizliyi üzrə II qrupdan aşağı olmayan qrupa malik 1 (bir) mütəxəssis təhkim etməyə yol verilir. Lakin bu qaydada təhkim edilən və elektrik təhlükəsizliyi üzrə II qrupdan aşağı olmayan qrupa malik briqada üzvlərinin ümumi sayı 3 (üç) mütəxəssisdən çox olmamalıdır.

14.3. Operativ heyət növbədə olduqda ondan yuxarı operativ heyətin icazəsi ilə əməliyyat jurnalında qeyd olunmaqla və naryadda sənədləşdirməklə təmir briqadasında işlərə cəlb olunur.

14.4. Naryad üzrə işlər yerinə yetirilərkən həmin naryadda qeyd edilmiş şəxsin digər şəxslə əvəz edilməsi naryada dəyişiklik edilməsi yolu ilə rəsmiləşdirilir.

14.5. Briqadanın tərkibini dəyişmə haqqında göstəriş səs rabitəsi vasitələrindən istifadə etməklə şifahi və ya kuryer vasitəsilə işəburaxana, iş rəhbərinə və ya iş icraçısına verilir. Onlar da öz imzalarının altında dəyişmə haqqında göstəriş verən şəxsin soyadını və adını qeyd edirlər.

14.6. İş rəhbəri, iş icraçısı (nəzarətçi) briqada tərkibinə daxil edilən mütəxəssislərlə məqsədli təlimatlandırma aparırlar.

14.7. Təlimatlandırmanın aparılması iş rəhbərinin, iş icraçısının (nəzarətçinin), mütəxəssislərin imzaları (vaxtı və tarixi göstərilməklə) və naryadın formasında edilən qeyd ilə sənədləşdirilir.

14.8. İş rəhbəri və ya iş icraçısı dəyişdikdə, o cümlədən briqadanın ilkin tərkibinin yarısından çoxu dəyişdikdə naryad yenidən verilməlidir.

15.1. İşləmə yerinin hazırlanması və briqadanın işə buraxılışı yalnız işləmə yerinin hazırlanması və həmin yer üzrə işə buraxılış icazəsi alındıqdan sonra yerinə yetirilir.

15.2. İşləmə yerinin hazırlanması və briqadanın işə buraxılışı üçün icazə işə buraxılış icazəsini almış şəxsə yazılı surətdə şəxsən bildirilir.

15.3. İşləmə yerinin hazırlanması və briqadanın işə buraxılışı üçün bu cür icazənin briqadanın işləmə yerinə gələnə qədər verilməsinə yol verilmir.

15.4. Briqadanın işə buraxılışına yalnız 1 (bir) naryad üzrə yol verilir.

16.1. İşləmə yerinin hazırlığı üzrə naryadda nəzərdə tutulmuş tədbirləri dəyişməyə yol verilmir, yəni işləmə yerində təhlükəli və zərərli istehsalat amillərinin təsirlərinin qarşısını almaq üçün iş başlayanadək görülmüş texniki tədbirlərin nəticələrinin dəyişdirilməsinə yol verilmir. İşləmə yerinin hazırlığı və işlərin təhlükəsiz yerinə yetirilməsi üzrə tədbirlərin kifayət qədər olmasına və düzgünlüyünə şübhələr yarandıqda işləmə yerinin hazırlığı dayandırılmalı, yaranmış təhlükəsizlik şübhələrini aradan qaldırmaq üçün texniki tədbirləri nəzərdə tutan yeni naryad verilənə qədər planlaşdırılan işlər təxirə salınmalıdır.

16.2. İş icraçısı işəburaxan funksiyasını yerinə yetirdikdə işləmə yerinin hazırlığını o, briqada üzvlərindən elektrik təhlükəsizliyi üzrə III qrupdan aşağı olmayan qrupa malik mütəxəssislə birlikdə yerinə yetirir.

16.3. İşəburaxan işə buraxılışdan öncə işləmə yerinin hazırlığı üzrə texniki tədbirlərin yerinə yetirilmə vəziyyətinə şəxsən baxış keçirməli, əməliyyat jurnalında edilmiş qeydlər və əməliyyat sxemi üzrə işlərin görülməsində iştirak edən operativ və operativ-təmir heyətinin məlumatları əsasında texniki tədbirlərin yerinə yetirildiyinə əmin olmalıdır.

16.4. İş rəhbəri və iş icraçısı (nəzarətçi) işə buraxılışdan öncə işlərin görülməsi üçün işləmə yerini hazırlayarkən işəburaxandan hansı tədbirlərin görüldüyü barədə məlumat almalı və işəburaxanla birlikdə şəxsən işləmə yeri hüdudları çərçivəsində baxış keçirməklə bu hazırlığın vəziyyətini yoxlamalıdır.

16.5. Operativ heyət olmadıqda onun icazəsi ilə işlərin görülməsi üçün işləmə yerinin hazırlığını iş rəhbəri və iş icraçısı müstəqil şəkildə yerinə yetirir.

16.6. Naryad və sərəncam üzrə işə buraxılış bilavasitə işləmə yerində aparılmalıdır.

16.7. Naryad və sərəncam üzrə işə buraxılış işləmə yerinin hazırlığı yoxlandıqdan sonra aparılır. Bu halda işəburaxan aşağıdakıları etməyə borcludur:

16.7.1. briqada tərkibinin naryadda və ya sərəncamda göstərilmiş vəsiqələrə uyğunluğunu yoxlamalıdır;

16.7.2. işləmə yerinin hazırlanması üzrə məqsədli təlimatlandırma aparmalıdır.

16.8. Naryad və sərəncamın icrasına başlamazdan öncə elektrik qurğularına konkret texniki xidmətlərin göstərilməsi üçün təhlükəsizlik tədbirlərini nəzərdə tutan naryadverəndən və ya sərəncamverəndən icraçıya kimi ardıcıl dövrəni əhatə edən şəxslər məqsədli təlimatlandırılır. Məqsədli təlimatlandırılmayan şəxsə işə buraxılış icazəsi verilmir.

16.9. Naryad üzrə məqsədli təlimatlandırmanı aşağıdakı şəxslər aparır:

16.9.1. naryadverən iş rəhbərinə, o olmadıqda isə iş icraçısına (nəzarətçiyə);

16.9.2. işəburaxan iş rəhbərinə, iş icraçısına (nəzarətçiyə) və briqada üzvlərinə;

16.9.3. iş rəhbəri iş icraçısına (nəzarətçiyə) və briqada üzvlərinə;

16.9.4. nəzarətçi qeyri-elektrotexniki heyətdən olan, onlar tərəfindən elektrik qurğularında işlər aparılan briqada üzvlərinə;

16.9.5. iş icraçısı briqada üzvlərinə.

16.10. Naryadverən tərəfindən aparılan məqsədli təlimatlandırmanın qeydiyyatı naryadın blankında sənədləşdirilir və məqsədli təlimatlandırma və işə buraxılış işəburaxanın, iş icraçısının (nəzarətçinin), iş rəhbərinin və briqada üzvlərinin imzaları ilə sənədləşdirilir.

16.11. Sərəncam üzrə işlər zamanı məqsədli təlimatlandırmanı aşağıdakı şəxslər aparır:

16.11.1. sərəncamı verən şəxs iş icraçısına (nəzarətçiyə), işləmə yerinə buraxılış bu Qaydaların 12.2-ci bəndinə uyğun olaraq, tələb olunmayan hallarda isə iş icraçısına (nəzarətçiyə) və briqada üzvlərinə;

16.11.2. işəburaxan iş icraçısına (nəzarətçiyə) və briqada üzvlərinə;

16.11.3. iş icraçısı briqada üzvlərinə.

16.12. Sərəncam üzrə işləyərkən məqsədli təlimatlandırmanın sənədləşdirilməsi qaydası elektrik qurğusunun istismarçısı tərəfindən yazılı surətdə müəyyən olunur.

16.13. Naryadverən və ya sərəncamverən məqsədli təlimatlandırmanı şəxsi görüş və ya telekommunikasiya vasitəsilə apara bilər. Briqada tərkibində dəyişiklik olduqda iş icraçısı (nəzarətçi) onları yenidən təlimatlandırır.

16.14. Naryad və sərəncam verən şəxs, iş rəhbəri, iş icraçısı onlar tərəfindən keçirilən məqsədli təlimatlandırmada elektrik qurğularında işlər zamanı təhlükəsizlik məsələləri ilə yanaşı, yükqaldıran maşın və mexanizmlərdən, alət və ləvazimatlardan istifadə etməklə işlərin təhlükəsiz aparılması texnologiyaları üzrə dəqiq göstərişlər verməlidirlər.

16.15. Nəzarətçi briqada üzvlərini elektrik cərəyanı vurması mümkünlüyünü istisna edən işlərin təhlükəsiz aparılması tədbirləri barədə və briqada üzvlərinin elektrik qurğularının ərazisində hərəkət qaydaları barədə təlimatlandırmalıdır. İş icraçısı briqadanı işlərin təhlükəsiz icrası texnologiyası, alətlərin və ləvazimatların istifadəsi barədə təlimatlandırmalıdır. İş icraçısı məqsədli təlimatlandırmada briqada üzvlərinə elektrik cərəyanı vurmasının qarşısını almaq məqsədilə ətraflı göstərişlər verməlidir.

16.16. İşəburaxan məqsədli təlimatlandırmada briqada üzvlərini naryadın və sərəncamın məzmunu ilə tanış etməli və aşağıdakıları bildirməlidir:

16.16.1. işləmə yerinin sərhədlərini;

16.16.2. induksiyalanmış gərginliyin olmasını (elektrik qurğularında işləyərkən);

16.16.3. gərginlik altında olub-olmamasından asılı olmayaraq, yaxınlaşmağa icazə verilməyən işləmə yerinə ən yaxın olan avadanlığı və təmir olunan avadanlığın və qonşu birləşmələrin cərəyandaşıyan hissələrini.

16.17. Naryad üzrə işləyərkən məqsədli təlimatlandırmanı aparan və təlimatlandırılan şəxslər bu Qaydalara 1 nömrəli Əlavədə nəzərdə tutulmuş formada naryad cədvəllərini doldurmalıdır. Sərəncam üzrə işləyərkən məqsədli təlimatlandırmanı aparan və təlimatlandırılan şəxslər naryad və sərəncamlar üzrə işlərin uçotu jurnalında bu barədə qeydi imzalamalıdır.

16.18. Məqsədli təlimatlandırmaları aparmadan və sənədləşdirmədən briqadanın işə buraxılışı qadağandır.

16.19. Naryad üzrə işə buraxılış naryadın iş icraçısında (nəzarətçidə) qalan nüsxəsində sənədləşdirilir.

16.20. Daimi operativ heyəti olan elektrik qurğularında işə buraxılışın işəburaxan tərəfindən, digər hallarda isə iş icraçısı tərəfindən icra edilməsinə yol verilir.

16.21. Sərəncam üzrə işə buraxılış naryad və sərəncamlar üzrə işlər jurnalında və əməliyyat jurnalında qeyd edilməklə sənədləşdirilir.

17.1. İşə buraxılışdan sonra briqada tərəfindən təhlükəsizlik tələblərinə riayət edilməsinə nəzarət iş icraçısına (iş rəhbərinə, nəzarətçiyə) həvalə olunur. İş icraçısı (iş rəhbəri, nəzarətçi) öz işini elə təşkil etməlidir ki, iş sahəsinin daha təhlükəli işlərin yerinə yetirildiyi hissəsində olmaqla mümkün qədər briqada üzvlərinə nəzarəti apara bilsin. Nəzarətçinin eyni zamanda digər işi yerinə yetirməsinə yol verilmir.

17.2. İş icraçısının (nəzarətçinin) işləmə yerindən müvəqqəti getməsi üçün onu iş rəhbəri, işəburaxan və ya həmin elektrik qurğusu üzrə naryadverən əvəz edə bilmirsə, iş icraçısı briqadanı işləmə yerindən çıxarmalıdır. İş icraçısının (nəzarətçinin) işləmə yerində müvəqqəti olmaması hallarında (30 (otuz) dəqiqədən çox olmamaqla) o özünün olmadığı müddətdə naryadı onu əvəz edən şəxsə verməlidir.

17.3. Gərginliyi 1000 V-dək olan elektrik qurğularında sərəncam üzrə işlərin görülməsi zamanı iş icraçısına müvəqqəti kənarlaşmağa (30 (otuz) dəqiqədən çox olmamaqla) yol verilir. Bu halda elektrik təhlükəsizliyi üzrə III qrupdan aşağı olmayan qrupa malik bir neçə briqada üzvünün işləmə yerində qalaraq işlərinə davam etməsinə yol verilir.

17.4. Aşağıdakı işlər istisna olmaqla, gərginliyi 1000 V-dan yuxarı olan elektrik qurğularında iş icraçısının (nəzarətçinin) tək qalması və ya briqada üzvlərinin iş icraçısı (nəzarətçi) olmadan qalması qadağan olunur:

17.4.1. intiqalları digər yerləşgələrə keçirilmiş açarların, ayırıcıların tənzimlənməsi;

17.4.2. rele mühafizəsi, elektrik avtomatikası, siqnallama, ölçü, rabitə və digər qurğuların, ikinci dövrələrin quraşdırılması və yoxlanılması;

17.4.3. güc və nəzarət kabellərinin çəkilməsi;

17.4.4. yüksək gərginlik verməklə sınağı aparılan avadanlığın müşahidə edilməsi və kənar şəxslərə ona yaxınlaşmağın təhlükəli olduğu barədə xəbərdarlıq edilməsi tələb olunan halın yaranması.

17.5. İş icraçısının icazəsi ilə briqada üzvünün işləmə yerindən müvəqqəti getməsinə yol verilir. Bu zaman onlar briqada tərkibindən çıxarılmır. Gərginliyi 1000 V-dan yuxarı olan elektrik qurğularında işləmə yerində qalan briqada üzvlərinin sayı iş icraçısı da daxil olmaqla 2 (iki) nəfərdən az olmamalıdır. İşləmə yerinə qayıdan briqada üzvləri işə yalnız iş icraçısının icazəsi ilə başlayır. Elektrik avadanlığı olan yerləşgə qıfılla bağlanılmadıqda briqada üzvləri qayıdanadək iş icraçısının işləmə yerini tərk etmə hüququ yoxdur.

17.6. Bu Qaydaların tələblərinin pozulması və ya təhlükə yaradan digər hallar aşkarlandıqda briqada üzvləri işləmə yerindən çıxarılmalı, iş icraçısı naryadı işəburaxana verməlidir. Yalnız aşkarlanan pozuntular aradan qaldırıldıqdan sonra ilkin buraxılışın tələblərinə riayət etməklə briqada işləmə yerinə buraxılır.

17.7. Briqadanın tərkibi yalnız naryadverən və ya həmin elektrik qurğusuna naryad verməyə hüququ olan tərəfindən dəyişdirilə bilər. Briqadanın tərkibində dəyişiklik edilməsi barədə göstərişin verilməsi haqqında məlumat telekommunikasiya vasitələri və ya kuryer vasitəsilə işəburaxana, iş rəhbərinə və ya iş icraçısına (nəzarətçiyə) bildirilir. Həmin şəxslər naryadda dəyişiklik edir və öz imzaları ilə göstəriş verənin adı və soyadını qeyd etməklə təsdiqləyir. Briqadanın tərkibində dəyişiklik edildikdə iş icraçısı (nəzarətçi) briqada üzvlərini yenidən təlimatlandırmalıdır.

17.8. İş rəhbərinin və ya iş icraçısının (nəzarətçinin) əvəz edilməsi, briqadanın tərkibinin yarıdan çoxunun və ya iş şərtlərinin dəyişdirilməsi hallarında naryad yenidən verilməlidir.

18.1. Briqada üzvlərinin yeni işləmə yerinə köçürülməsi iş icraçısında (nəzarətçidə) olan naryadın nüsxəsində sənədləşdirilir.

18.2. Gərginliyi 1000 V-dan yuxarı olan elektrik qurğularında, yarımstansiyalarda briqadanın digər işləmə yerinə köçürülməsini işəburaxan həyata keçirir.

18.3. İş rəhbəri və ya iş icraçısı (nəzarətçi) köçürülməni naryadverən belə köçürülməni naryadda qeyd etməklə onlara həvalə etdiyi halda yerinə yetirir.

18.4. İş icraçısı gərginliyi 1000 V-dək olan elektrik qurğularında işlərin görülməsini və bir HX, HRX, KX, HİX-nin bir işləmə yerlərindən digər işləmə yerlərinə köçürülməsini yalnız qeyd edilən halda naryadda sənədləşdirmədən yerinə yetirir.

18.5. Avadanlığı açmadan işlər görülərkən briqada bir PQ-dən digərinə köçürüldükdə naryadda sənədləşdirmə aparılır.

18.6. Elektrik qurğularında sərəncam üzrə iş görülərkən digər işləmə yerinə köçürülmə sənədləşdirilmir.

19.1. İş günü ərzində işdə fasilələr zamanı (nahar, işlərin icrası şərtləri üzrə) briqada işləmə yerini tərk edir, yerləşgələrin qapıları qıfıllanaraq bağlanılır. Təhlükəsizlik plakatları, çəpərlər, bayraqcıqlar, quraşdırılmış torpaqlanmalar çıxarılmır (qoşulmuş torpaqlanma bıçaqları açılmır).

19.2. İş icraçısı (nəzarətçi) naryadı işəburaxana verməli, o olmadıqda isə naryadı onun üçün ayrılmış yerdə qoymalıdır. Daimi operativ heyəti olmayan elektrik qurğularında iş icraçısının (nəzarətçinin) iş günü başa çatdıqda naryadı özündə saxlamasına yol verilir. İş icraçısı (nəzarətçi) işin başa çatdığını özündə olan naryadın nüsxəsində imzası ilə sənədləşdirir.

19.3. Fasilədən sonra iş icraçısı (nəzarətçi) olmadan briqada üzvünün işləmə yerinə daxil olma hüququ yoxdur. Bu fasilədən sonra işəburaxma iş icraçısı (nəzarətçi) tərəfindən naryadda dəyişiklik edilmədən yerinə yetirilir.

19.4. Sonrakı günlərdə hazırlanmış işləmə yerinə təkrar işə buraxılışı işəburaxan və ya onun razılığı ilə iş rəhbəri həyata keçirir. Bu halda (varsa) yuxarı operativ heyətdən razılıq alınmır. Naryad qeydlə ona həvalə olunduğu halda iş icraçısı (nəzarətçi) işəburaxanın icazəsi ilə briqadanı hazırlanmış işləmə yerinə buraxmaq hüququna malikdir.

19.5. Növbəti gün işlərə yenidən başladıqda iş icraçısı (nəzarətçi) onlar tərəfindən işləmə yerində saxlanılan təhlükəsizlik plakatlarının, çəpərlərin, bayraqcıqların, həmçinin quraşdırılmış torpaqlanmaların (qoşulmuş torpaqlanma bıçaqlarının) tamlığına və sazlığına əmin olduqdan sonra briqadanı işə buraxmalıdır.

19.6. İşdən kənar vaxtlarda işlərin təhlükəsiz icrası üzrə şərait dəyişilərsə, işəburaxan və ya naryadverən tərəfindən briqadanın iş rəhbəri və ya iş icraçısı tərəfindən işləmə yerinə buraxılışın qarşısını almaq üçün tədbirlər görülməlidir.

20.1. İşlər yerinə yetirildikdən sonra iş icraçısı (nəzarətçi) briqadanı işləmə yerindən çıxarmalı, texnoloji təchizatı yığışdırmalı (briqada tərəfindən quraşdırılmış çəpərləri, əldə daşınan təhlükəsizlik plakatlarını, bayraqcıqları və səyyar torpaqlanmaları (torpaqlanma bıçaqlarını açmalı), elektrik qurğusunun qapılarını qıfılla bağlamalı və naryadda öz imzası ilə işin tam qurtarmasını sənədləşdirməlidir. İş rəhbəri işləmə yerini yoxladıqdan sonra işin tam qurtarmasını naryadda sənədləşdirməlidir.

20.2. İş icraçısı (nəzarətçi) işəburaxana, o olmadıqda isə işləmə yerinin hazırlanmasına icazə verənə işin tam qurtarması haqqında və öz tərəfindən bu Qaydaların tələblərini yerinə yetirdikləri barədə məlumat verməlidir.

20.3. İşlərin yerinə yetirilməsinin sənədləşdirilməsindən sonra iş icraçısı (nəzarətçi) işləmə yerini və naryadı işəburaxana təhvil verməlidir, o olmadıqda isə naryadı bunun üçün ayrılan yerdə saxlamalıdır.

20.4. İşlər yerinə yetirildikdən sonra naryadın verilməsi çətinləşərsə, işəburaxanın və ya işləmə yerinin hazırlanmasına icazə verən şəxsin icazəsi ilə iş icraçısı (nəzarətçi) naryadı özündə saxlamalıdır. Bu halda, həmçinin iş icraçısı işəburaxan funksiyasını icra etdiyi halda o, naryadı növbəti gündən gec olmayaraq naryadın bir nüsxəsinin qaldığı və naryadların uçotunu aparan daimi operativ heyətin, uzaqda yerləşən sahədə isə həmin sahənin inzibati-texniki heyətinin üzvünə təqdim etməlidir.

20.5. İşlərin yerinə yetirilməsi ilə bağlı sənədləşdirilmiş naryadı aldıqdan sonra işəburaxan işləmə yerinə baxış keçirməli, işləmə yerinin hazırlanmasına və işə buraxılışa icazə verən şəxsə işin tam qurtarması və elektrik qurğularının qoşula biləcəyinin mümkünlüyü barədə məlumat verməlidir.

20.6. Bağlanmış naryad elektrik qurğusunun istismarçısında saxlanılır.

21.1. Elektrik qurğusunu qoşmağa yalnız işləmə yerinin hazırlanmasına və işə buraxılışa icazə verən şəxsin və ya onu əvəz edənin icazəsi (sərəncamı) alındıqdan sonra yol verilir.

21.2. Elektrik qurğusunun qoşulmasına icazə (sərəncam) yalnız işlərin yerinə yetirilməsindən, habelə elektrik qurğusunda işə buraxılışa icazələri olan işə buraxanlardan elektrik qurğusunu qoşa bilmək imkanı barədə məlumatın alınmasından sonra verilir.

21.3. İşlər yerinə yetirildikdən sonra elektrik qurğusunun qoşulmasına icazə (sərəncam) almış operativ-təmir heyətinin üzvü bu qurğunu qoşmazdan öncə onun qoşulmaya hazır olduğuna əmin olmalı və:

21.3.1. işləmə yerində alətlər, vasitələr və yad əşyaların olmamasını yoxlamalıdır;

21.3.2. operativ-təmir heyəti tərəfindən işləmə yerlərinin hazırlığı zamanı quraşdırılan müvəqqəti çəpərləri, daşınan təhlükəsizlik plakatlarını və torpaqlanmaları (torpaqlanma bıçaqlarını) çıxarmalıdır;

21.3.3. daimi çəpərləri bərpa etməlidir.

21.4. Elektrik qurğusunda və ya onun sahələrində işlərə başqa briqadalar buraxılmadığı hallarda işəburaxana elektrik qurğularında işlər bitdikdən sonra onu icazə və ya sərəncam almadan qoşmaq səlahiyyəti verilməsinə yol verilir. Belə qoşulma üçün səlahiyyətin verilməsi naryadda yazılı qeyd olunmalıdır.

21.5. Qəza hallarında operativ-təmir heyəti və ya işəburaxan təmirə çıxarılmış elektrik avadanlığını və ya qurğusunu təmir işləri başa çatdırılmadan briqada tam heyətlə işləmə yerindən çıxarıldıqdan sonra işə qoşa bilər. Bu halda iş icraçısı gələnə və ya o naryadı qaytarana qədər işləmə yerlərində iş icraçısına və briqada üzvlərinə elektrik qurğusunun qoşulu olması və işə davam etmənin qadağan olunması barədə məlumat verəcək şəxslər yerləşdirilməlidir.

22.1. İstismar zamanı görülən işlər, o cümlədən əlavə göstərişlər, sərəncam və məqsədli təlimatlandırma aparılmadan görülən digər işlər daimi icazə verilən işlər siyahısına daxil edilmiş işlər sayılır.

22.2. İstismar zamanı görülən işləri sənədləşdirərkən aşağıdakılar nəzərə alınmalıdır:

22.2.1. həmin işləri görməli olan şəxslərin ixtisası, onların say tərkibi;

22.2.2. təhlükəsizliyin təmin edilməsi şərtləri və konkret işlərin təkbaşına yerinə yetirilmə imkanları;

22.2.3. elektrik qurğusunun tam və ya onun ayrıca elementlərinin texnoloji prosesdə və ya həmin qurğunun istismarçısının elektrik təsərrüfatında vacibliyi.

22.3. İstismar zamanı görülən işlərin siyahısında aşağıdakılar olmalıdır:

22.3.1. konkret operativ-təmir heyəti tərəfindən yerinə yetirilməsinə icazə verilmiş işlərin növünü təyin edən göstəriş;

22.3.2. işlərin qeydiyyatı qaydası (işin əməliyyat jurnalında qeyd edilməsi yolu ilə sənədləşdirilməsi, özündən yuxarı operativ-təmir heyətinə işin yeri və xüsusiyyəti, başlanması və bitməsi ilə bağlı məlumat verilməsi).

22.4. Gərginliyi 1000 V-dək olan elektrik qurğularının istismarı zamanı aşağıdakı işlər görülür:

22.4.1. şəbəkə elementlərini, elektrik mühərriklərinin naqillərini və digər avadanlıqları qidalandıran kabellərin ayrılması və birləşdirilməsi;

22.4.2. maqnit işəsalanların, avtomat açarların, kəsicilərin, kontaktorların, idarəetmə düymələrinin, digər analoji işəsalma və kommutasiya aparatlarının onların idarəetmə lövhələri və yığmalarından kənarda quraşdırılması şərti ilə təmiri;

22.4.3. bina və tikililərin mühəndis avadanlıqlarına aid fərdi elektrik qəbuledicilərinin təmiri (elektrik mühərrikləri, elektrik qızdırıcıları, ventilyatorlar, nasoslar, kondisioner aqreqatları);

22.4.4. ayrıca yerləşdirilmiş maqnit stansiyalarının və idarəetmə bloklarının təmiri, elektrik maşınlarının fırça aparatlarına xidmət;

22.4.5. 2,5 m-dən çox olmayan hündürlükdə yerləşən qoruyucuların dəyişdirilməsi, işıqlandırma elektrik naqillərinin və armaturlarının təmiri, çıraqların lampalarının dəyişdirilməsi və təmizlənməsi;

22.4.6. elektrik sayğaclarının, elektrik ölçü cihazlarının və ölçü vasitələrinin çıxarılması və quraşdırılması;

22.4.7. təhkim olunmuş elektrik qurğularında yerinə yetirilən digər işlər.

22.5. İstismar zamanı görülən işlərin siyahısında təkbaşına yerinə yetirilə bilən işlər göstərilməlidir.

23.1. İşlər başlayana qədər istismarçı və podratçı tərəfindən fəaliyyətdə olan elektrik qurğularında və şəbəkənin mühafizə zonasında işlərin təhlükəsiz aparılması şəraitlərini təmin edən birgə tədbirlər işlənib hazırlanmalıdır.

23.2. Podratçı işi yerinə yetirməyə başlamazdan öncə iş görüləcək elektrik qurğularının xüsusiyyətləri nəzərə alınmaqla, işlərin görülməsinə cəlb edilən şəxsləri təlimatlandırmalıdır.

23.3. Fəaliyyətdə olan elektrik qurğularında elektrik verilişi xəttinin mühafizə zonasında işlər başlayana qədər istismarçı podratçıya aşağıdakıları təqdim etməlidir:

23.3.1. işlərin məzmununu, həcmini və icra müddətini, istifadə olunan mexanizmlər, alətlər və texnika haqqında məlumatları;

23.3.2. naryad verməyə, iş rəhbəri və iş icraçısı olmağa hüququ olan istismarçının işə buraxdığı şəxslərin siyahısını.

23.4. Elektrik qurğularında işlərin görülməsinə podratçı cəlb edildikdə işləmə yerində zərərli və təhlükəli amillərdən mühafizənin təmin edilməsi üzrə öhdəliklər podrat müqaviləsi əsasında podratçı ilə sifarişçi arasında bölüşdürülməlidir.

23.5. Podratçı əməkdaşlarının elektrik təhlükəsizliyi üzrə ixtisas dərəcələrinin və qruplarının görülən işə uyğunluğuna, həmçinin onların bu Qaydaların və digər normativ hüquqi aktların tələblərinə riayət etmələrinə görə cavabdehdir.

24.1. Elektrik qurğularında gərginliyi çıxarmaqla görülən işlərin icrasının təhlükəsizliyini təmin etmək üçün texniki tədbirlər aşağıdakı kimi yerinə yetirilməlidir:

24.1.1. açılmalar aparılmalıdır;

24.1.2. kommutasiya aparatlarının səhv və ya özbaşına qoşulması nəticəsində işləmə yerinə gərginlik verilməsinin qarşısını alan tədbirlər görülməlidir;

24.1.3. kommutasiya aparatlarının əl intiqallarına və məsafədən idarəetmə açarlarına qadağanedici plakatlar asılmalıdır;

24.1.4. torpaqlanmalı olan cərəyandaşıyan hissələrdə gərginliyin olmaması yoxlanılmalıdır;

24.1.5. torpaqlanma qoyulmalıdır (torpaqlanma bıçaqları qoşulmalı, onların olmadığı yerlərdə səyyar torpaqlanma qurğusu quraşdırılmalıdır);

24.1.6. “torpaqlanma” yazılmış göstərici plakatlar asılmalıdır;

24.1.7. işləmə yerləri və gərginlik altında qalan cərəyandaşıyan hissələr çəpərlənməli və təhlükəsizlik plakatları asılmalıdır.

24.2. Elektrik qurğularında işlərin icrasının konkret şərtlərindən asılı olaraq, torpaqlanma qoyulmadan öncə və ya sonra cərəyandaşıyan hissələr çəpərlənməlidir.

24.3. Gərginliyi çıxarmaqla işləmə yerlərini hazırlayarkən aşağıdakılar açılmalıdır:

24.3.1. işlər aparılacaq cərəyandaşıyan hissələr;

24.3.2. şəxslərin, yükqaldıran maşın və mexanizmlərin bu Qaydalara 3 nömrəli Əlavədə qeyd ediləndən yaxın məsafədə yerləşən gərginlik altında olan elektrik qurğularının səhvən yaxınlaşması mümkün olan çəpərlənməmiş cərəyandaşıyan hissələri;

24.3.3. intiqalları qidalandıran və idarəetmə dövrələri;

24.3.4. təmir olunan HX ilə birgə asılmış HRX.

24.4. Gərginliyi 1000 V-dan yuxarı olan elektrik qurğularının işləmə yerinə kommutasiya aparatları vasitəsilə gərginlik verilə biləcək hər tərəfdə gözlə görünən qırılma olmalıdır. Bu qırılmalar ayırıcılar açılmaqla və bu Qaydaların 35.1-ci və 35.2-ci bəndlərinə müvafiq KPQ şkaflarından araba irəli çəkilməklə, qoruyucular çıxarılmaqla, ayıranlar açılmaqla, aparatların özlərində quraşdırılmış avtomatik qoşulması yay ilə həyata keçirilən yük açarları istisna olmaqla yük açarlarını açmaqla, naqilləri, kabelləri və şinləri ayırmaqla yerinə yetirilir. Elektrik qurğusunun iş üçün ayrılmış sahəsi ilə əlaqəli güc transformatorları və gərginlik transformatorları açılmalı və əks-transformasiya ilə gərginlik verilməsi imkanlarını istisna edən tədbirlər yerinə yetirilməlidir. Gərginliyi 10 kV olan HX-də işləyərkən gərginliyi 10/0,4 kV olan transformatorların açılması zəruriliyini naryadverən müəyyənləşdirir. Əl ilə (mexaniki) idarə olunan ayırıcıların və yük açarlarının açılmasından sonra vizual yoxlamaqla onların açılmış vəziyyətdə olmalarına və şuntlayıcı aralıq bəndinin olmamasına əmin olunmalıdır.

24.5. Gərginliyi 1000 V-dan yuxarı olan elektrik qurğularında kommutasiya aparatları vasitəsilə işləmə yerinə gərginlik verə biləcək səhv və ya özbaşına qoşulmaların qarşısını almaq üçün aşağıdakı tədbirlər görülməlidir:

24.5.1. yük ayırıcılarının, aralayıcılarının, açarlarının əl intiqalları açılmış vəziyyətdə mexaniki qıfılla bağlanmalıdır;

24.5.2. əməliyyat ştanqı ilə idarə olunan ayırıcıların stasionar çəpərləri qıfılla bağlanmalıdır;

24.5.3. məsafədən idarə olunan kommutasiya aparatlarının intiqallarının güc dövrələri və idarəetmə dövrələri açılmalıdır, pnevmatik intiqallarında isə sıxılmış hava boru xətlərində siyirtmələr bağlanmalı və mexaniki kilidlənməlidir, sıxılmış hava buraxılmalı, bu zaman buraxıcı klapan açıq vəziyyətdə qalmalıdır;

24.5.4. yüklü və ya yaylı intiqallarda qoşan yük və ya qoşan yaylar işlək olmayan vəziyyətə gətirilməlidir;

24.5.5. qadağanedici plakatlar asılmalıdır.

24.6. KPQ-nin kommutasiya aparatlarının səhv və ya özbaşına qoşulmalarının qarşısını almaq üçün irəliyə sürülən arabacıqda bu Qaydaların 25.5-ci, 35.1-ci və 35.2-ci bəndlərinə müvafiq təhlükəsizlik tələbləri yerinə yetirilir.

24.7. Gərginliyi 1000 V-dək olan elektrik qurğularında işlər aparılacaq cərəyandaşıyan hissələrin bütün tərəflərindən əl ilə (mexaniki) idarə olunan intiqallı kommutasiya aparatları vasitəsilə gərginlik çıxarılmalıdır. Sxemdə qoruyucular olduqda bu qoruyucuları çıxarmaq yolu ilə gərginlik çıxarılmalıdır. Sxemdə qoruyucular olmadıqda kommutasiya aparatlarının səhv və ya özbaşına qoşulmalarının qarşısının alınması, şkafın dəstəyinin və ya qapısının bağlanması, düymələrin bağlanması, kommutasiya aparatının kontaktları arasında izoləedici taxmaların qurulması və digər bu kimi tədbirlər vasitəsilə yerinə yetirilməlidir. Məsafədən idarə olunan kommutasiya aparatları vasitəsilə gərginlik çıxarılarkən ondan əməliyyat cərəyanı çıxarılmalıdır. Sadalanan tədbirlərin kommutasiya aparatlarından və ya iş aparılacaq avadanlıqdan kabelin, naqillərin ayrılması ilə əvəzlənməsinə yol verilir. Bundan əlavə, kommutasiya aparatlarının üzərində qadağanedici plakatlar asılmalıdır.

24.8. Kontaktlarına baxış üçün əlçatan olmayan gərginliyi 1000 V-dək olan kommutasiya aparatlarının açılmış vəziyyəti (o cümlədən sürüklənməyən avtomatlar, paket açarlar, qapalı vəziyyətdə olan kəsicilər) onların sıxaclarında və ya ayrılan şinlərində, naqillərdə və ya bu kommutasiya aparatları vasitəsilə qoşulan avadanlıqların sıxaclarında gərginliyin olmamasının yoxlanılması ilə təyin edilir.

24.9. Arabacıq açarlı komplekt paylayıcı qurğularda, habelə gərginliyi 6 kV və daha yuxarı olan qaz izolyasiyalı KPQ-də görünən qırılma olmadıqda kommutasiya aparatının ayrılmış vəziyyətinin kontaktların zəmanətli mövqeyinin mexaniki göstəricisi vasitəsilə yoxlanılmasına yol verilir.

24.10. Avtomatlaşdırılmış işləmə yerlərindən kommutasiya aparatları və torpaqlama bıçaqları məsafədən idarə edilərkən kommutasiya əməliyyatları zamanı heyətin bu kommutasiya aparatları və torpaqlama bıçaqlarının yerləşdiyi paylayıcı qurğularda olmasına yol verilmir, avtomatlaşdırılmış işləmə yerinin siqnalizasiyasından istifadə edərək kommutasiya aparatlarının (açarların, ayırıcıların) və torpaqlama bıçaqlarının vəziyyəti yoxlanılır. Kommutasiya aparatlarının və torpaqlama bıçaqlarının faktiki vəziyyətinin yerində vizual yoxlanışı istənilən açılma əməliyyatları tamamladıqdan sonra aparılmalıdır.

24.11. Məsafədən idarəetmə həyata keçirildikdə ayırıcıların intiqallarının qidalanma sxemləri açılmalıdır, idarəetmə şkafında iş rejiminin seçilməsi düyməsi “lokal idarəetmə” vəziyyətinə qoyulmalı, ayırıcının idarəetmə şkafı mexaniki kilidlə bağlanmalıdır. Göstərilən tədbirlər elektrik xətlərinin və avadanlıqların torpaqlanmasından sonra həyata keçirilir.

25.1. Gərginlik altında olan cərəyandaşıyan hissələri müvəqqəti çəpərləmək üçün izoləedici materiallardan hazırlanmış lövhələrdən, ekranlardan istifadə olunur. Gərginliyi çıxarmadan müvəqqəti çəpərlər quraşdırılarkən gərginlik altında olan cərəyandaşıyan hissələrədək məsafə bu Qaydalara 3 nömrəli Əlavədə “Gərginlik altında olan cərəyandaşıyıcı hissələr arasında icazə verilə bilən məsafələr”də qeyd ediləndən az olmamalıdır. Gərginliyi 6–10 kV olan elektrik qurğularında bu məsafənin 0,35 m-dək qısaldılmasına yol verilir.

25.2. Müvəqqəti çəpərlərin üzərində “DAYAN! GƏRGİNLİK!” sözləri yazılmalıdır.

25.3. Gərginliyi 10 kV-a qədər olan elektrik qurğularında cərəyandaşıyan hissələri lövhələrlə çəpərləmək mümkün olmadıqda açılmış və gərginlik altında olan cərəyandaşıyan hissələrin arasında, o cümlədən açılmış ayırıcının kontaktları arasında izolyasiya taxmalarının tətbiq edilməsinə yol verilir. Bu izolyasiya taxmalarının gərginlik altında olan cərəyandaşıyan hissələrə toxunmasına yol verilir.

25.4. İzolyasiya taxmalarını ən azı elektrik təhlükəsizliyi üzrə biri IV qrupdan aşağı olmayan, digəri isə III qrupdan aşağı olmayan qrupa malik 2 (iki) mütəxəssis quraşdırmalı və çıxarmalıdır. Elektrik təhlükəsizliyi üzrə IV qrupdan aşağı olmayan qrupa malik mütəxəssis operativ-təmir heyətindən olmalıdır. Taxmalarla əməliyyat zamanı dielektrik əlcəklərdən, izoləedici ştanqlardan, yaxud kəlbətindən, qoruyucu eynəklərdən istifadə edilməlidir.

25.5. APQ-də yer səthində, yaxud özül və ayrıca konstruksiyada quraşdırılmış avadanlıqda işlər aparılarkən işləmə yeri üzərində çəpərlənmiş sahənin daxilinə yönələn “DAYAN! GƏRGİNLİK” sözləri yazılmış plakatlar asılmalı və həmin ərazi kəndirlə, yaxud bitki mənşəli və ya sintetik lifli iplə çəpərlənməlidir (nəqliyyat və piyada keçidlər saxlanılmaqla).

25.6. Kəndiri asmaq üçün çəpərlənmiş məkandan kənarda olan, işləmə yeri məkanına daxil olmayan konstruksiyalardan istifadə etməyə yol verilir.

25.7. Xətt ayırıcıları istisna olmaqla, APQ-dən gərginlik tam çıxarıldıqda ayırıcılar “DAYAN! GƏRGİNLİK!” sözləri yazılmış plakatlar asılmış kəndirlə çəpərlənməlidir.

25.8. APQ-də sərəncam üzrə ikinci dövrələrdə iş zamanı həmin işləmə yerlərinin çəpərlənməsi tələb olunmur.

25.9. Naryadın “Ayrıca göstərişlər” sətrində göstərilmiş hallar istisna olmaqla, işləmə yeri hazırlanarkən quraşdırılmış plakatların və ya müvəqqəti çəpərlərin yerini iş vaxtı dəyişmək və ya onları yığışdırmaq qadağandır.

26.1. İşləmə yerinə gərginliyin verilməsini istisna etmək üçün üzərində “QOŞMA! ADAMLAR İŞLƏYİR!” sözləri yazılmış plakat aşağıdakı yerlərdə asılmalıdır:

26.1.1. əl ilə idarə olunan ayırıcıların, aralayıcıların və yük açarlarının intiqallarında (intiqalların dəstəyində);

26.1.2. məsafədən və lokal idarəetmə açarlarının və düymələrinin, həmçinin kommutasiya aparatlarının intiqallarının idarəetmə dövrələrinin və güc dövrələrinin avtomatları və ya çıxarılmış qoruyucuları üzərində;

26.1.3. gərginliyi 1000 V-dək olan kommutasiya aparatlarının (avtomat açarların və kəsicilərin) üzərində;

26.1.4. kommutasiya aparatları (avtomat açarları və kəsiciləri) olmayan gərginliyi 1000 V-dək olan qoşulmalardan çıxarılmış qoruyucuların yerində;

26.1.5. birqütblü ayırıcıların hər bir qütbünün intiqalında;

26.1.6. əməliyyat ştanqı ilə idarə olunan ayırıcıların çəpərləyicisinin üzərində;

26.1.7. bu Qaydaların 35.1-ci və 35.2-ci bəndlərinə uyğun olaraq KPQ-də.

26.2. Kommutasiya aparatlarının intiqalları, həmçinin işləmək üçün açılan HX və KX-nin kommutasiya aparatlarının idarəetmə dövrələrinin açarlarında və düymələrində, işləyən briqadanın sayından asılı olmayaraq, “QOŞMA! XƏTDƏ İŞLƏR GEDİR” sözləri yazılmış bir plakat asılmalıdır. Bu plakat işləmə yerinin hazırlanmasına icazə verən və xətdə işləyən briqadaların sayının uçotunu aparan operativ heyətin göstərişi əsasında asılmalı və çıxarılmalıdır.

26.3. Açarların pnevmatik intiqallarına havanın girişini bağlayan siyirtmələrin üzərində “AÇMA! ADAMLAR İŞLƏYİR” sözləri yazılmış plakat asılmalıdır.

26.4. Elektrik qurğularının kommutasiya aparatlarının intiqallarında, həmçinin qoşulanda elektrik qurğusunun torpaqlanan hissəsinə gərginlik verən kommutasiya aparatlarının idarəetmə açarlarında və düymələrində “TORPAQLANIB” sözləri yazılmış plakat asılmalıdır.

26.5. APQ-nin konstruksiyasının üzəri ilə işləmə yerindən gərginlik altında olan sahələrin sərhədinədək getmək mümkün olan sahələrdə yaxşı görünən “DAYAN! GƏRGİNLİK” sözləri yazılmış plakat asılmalıdır. Bu plakatları təmir heyətindən elektrik təhlükəsizliyi üzrə III qrupdan aşağı olmayan qrupa malik mütəxəssis işəburaxanın rəhbərliyi altında quraşdırır.

26.6. Üzəri ilə elektrik qurğusunun gərginlik altında olan hissələrinə qalxmaq mümkün olan və qalxmağa icazə verilmiş hissələrə həmsərhəd qonşu konstruksiyalarda aşağı hissədə “QALXMA! ÖLDÜRƏR!” sözləri yazılmış plakat asılmalıdır.

26.7. İş aparmaq üçün üzəri ilə qalxmağa icazə verilmiş stasionar nərdivanların və konstruksiyaların üzərində “BURADAN QALXMALI” sözləri yazılmış plakat asılmalıdır.

26.8. HX və KX-dən başqa elektrik qurğularında hazırlanmış işləmə yerlərində ”BURADA İŞLƏMƏLİ” sözləri yazılmış plakat asılmalıdır.

26.9. Avtomatlaşdırılmış işləmə yerlərindən kommutasiya aparatlarını məsafədən idarə edərkən təhlükəsizlik plakatları əlavə olaraq iş stansiyasının diaqramında həmin kommutasiya aparatının qrafik işarəsinin yanında göstərilməlidir.

27.1. Gərginliyin olmaması gərginlik göstəricisi vasitəsilə yoxlanılır. Gərginlik göstəricisinin sazlığı öncədən bu məqsədlər üçün nəzərdə tutulmuş cihazlarla və ya gərginlik altında olan cərəyandaşıyan hissələrə yaxınlaşmaqla yoxlanılmalıdır.

27.2. Gərginliyi 1000 V-dan yuxarı olan elektrik qurğularında gərginlik göstəricilərindən istifadə dielektrik əlcəklər və onunla birlikdə üzü qoruyan mühafizə vasitələri ilə həyata keçirilməlidir.

27.3. Gərginliyi 35 kV və daha yuxarı olan elektrik qurğularında gərginliyin olmamasının yoxlanması üçün izoləedici ştanqlardan istifadə edilir. Bunun üçün ştanq cərəyandaşıyan hissəyə bir neçə dəfə toxundurulmalıdır. Qığılcım və titrəyişin olmaması gərginliyin olmaması əlaməti kimi qiymətləndirilir.

27.4. Gərginliyi 330 kV və daha yuxarı olan birdövrəli HX-də taclanmanın olmaması gərginliyin olmaması üçün kifayətdir.

27.5. Elektrik qurğularında gərginliyin olmamasının yoxlanılması texniki heyət üzvü tərəfindən həyata keçirilir. Bu yoxlamanı keçirən mütəxəssisin elektrik təhlükəsizliyi üzrə qrupu gərginliyi 1000 V-dan yuxarı olan elektrik avadanlıqları üçün IV qrupdan, gərginliyi 1000 V-dək olan avadanlıqlarda isə III qrupdan aşağı olmamalıdır.

27.6. Gərginliyin olmaması gərginliyi 1000 V-dan yuxarı olan HX-də elektrik təhlükəsizliyi üzrə biri ІV qrupdan, ikincisi isə ІІІ qrupdan aşağı olmayan qrupa malik 2 (iki) mütəxəssis, gərginliyi 1000 V-dək olan HX-də isə elektrik təhlükəsizliyi üzrə ІІІ qrupdan aşağı olmayan qrupa malik 2 (iki) mütəxəssis tərəfindən yoxlanılmalıdır.

27.7. Yerində sxem üzrə izləməklə və ya bilavasitə avadanlıqda gərginliyin olmamasını yoxlamağa aşağıdakı qurğularda yol verilir:

27.7.1. açıq quraşdırılmış KPQ, komplekt transformator yarımstansiyası, yağ transformator yarımstansiyası, APQ və HX-də dumanlı, yağışlı, qarlı hava şəraitində gərginlik göstəricisi olmadığı halda, həmçinin konstruktiv xüsusiyyətləri (hermetik, izolə olunmuş cərəyandaşıyan hissələri) gərginliyin olmamasını yoxlamağa imkan verməyən elektrik qurğularında;

27.7.2. gərginliyi 330 kV olan APQ-lərdə və gərginliyi 330 kV və daha yuxarı olan ikidövrəli HX-də.

27.8. Operativ növbətçi birbaşa operativ idarəçiliyində olan HX və KX-nin girişlərində gərginliyin olmamasının sxem üzrə yoxlanılmasını təsdiqləyir. HX-də sxemi yerində yoxlamaq xətlərin istiqamətini və xarici əlamətlərini, həmçinin dayaqların üzərindəki işarələrin xətlərin dispetçer adına uyğun gəlməsini yoxlamaqdan ibarətdir.

27.9. Cərəyandaşıyan hissələri hermetik və izolə olunmuş elektrik qurğularında sxemin yoxlanışı operativ yazıların seçilmiş istiqamətinin, həmçinin kommutasiya aparatının açılmış vəziyyətinin, o cümlədən xəttin gərginlik verilə bilən əks-tərəfinin yoxlanışından ibarətdir. Kommutasiya aparatlarının açılmış vəziyyətinin yoxlanılması hərəkətli kontaktlarla sərt birləşdirilmiş intiqalın valının vəziyyətinin mexaniki göstərişləri əsasında, həmçinin gərginlik bölücüsü vasitəsilə cərəyandaşıyan hissələrlə elektrik əlaqələri üçün düzəldilmiş yuvalarda gərginliyin olmamasını yoxlamaqla yerinə yetirilir.

27.10. Gərginliyi 6 – 10 kV olan HX-də gərginliyin olmamasının yoxlanışını, işçi hissəsi torpaqlanmayan gərginlik göstəricisi vasitəsilə yerinə yetirilməlidir.

27.11. HX-nin naqilləri müxtəlif səviyyələrdə asılarkən gərginliyin olmamasının gərginlik göstəricisi və ya elektrik izoləedici ştanqla yoxlanılması aşağıdakı naqildən başlayaraq aşağıdan yuxarı istiqamətdə aparılmalıdır. Üfüqi asılma olduqda yoxlanış yaxın kənar naqildən başlanılmalıdır.

27.12. Neytralı izolə olunmuş gərginliyi 1000 V-dək olan elektrik qurğularında ikiqütblü göstəricilərdən istifadə edildikdə gərginliyin olmaması həm fazalar arasında, həm də hər bir faza ilə torpaqlayıcı (sıfırlayıcı) naqil arasında yoxlanılmalıdır. Qabaqcadan yoxlanılmış voltmetrdən də istifadə etməyə yol verilir. Gərginliyin olmamasının yoxlanışı üçün nəzarət lampalarından istifadə etmək qadağandır.

27.13. Aparatın açılmış vəziyyətini siqnallayan qurğular, bloklayıcı qurğular, daim qoşulu olan voltmetrlər, indikator göstəriciləri və bu kimi qurğular gərginliyin olmamasını müəyyən edən köməkçi vasitələr sayılır, lakin onların göstərişləri gərginliyin olmaması barədə qərar verilməsi üçün əsas deyil.

28.1. Cərəyandaşıyan hissələrə torpaqlanma qurğusunun və stasionar torpaqlanma bıçaqlarının qoşulması bilavasitə gərginliyin olmamasının yoxlanmasından sonra həyata keçirilir.

28.2. Səyyar torpaqlanma qurğusu ilk öncə torpağa birləşdirilməli, gərginliyin olmamasının yoxlanılmasından sonra isə cərəyandaşıyan hissələrə taxılmalıdır. Səyyar torpaqlanma qurğusunun çıxarılması isə torpaqlanma qurğusunun qoyulmasının əks-ardıcıllığı ilə yerinə yetirilməlidir, belə ki, ilk öncə onlar cərəyandaşıyan hissələrdən çıxarılmalı, bundan sonra isə yerdən ayrılmalıdır.

28.3. Gərginliyi 1000 V-dan yuxarı olan elektrik qurğularında səyyar torpaqlanma qurğusunun qoyulması və çıxarılması əməliyyatı dielektrik əlcəklərdən, izoləedici ştanqdan istifadə etməklə yerinə yetirilir. Qoyulmuş səyyar torpaqlanma qurğusunun sıxacları bu ştanqla, yaxud dielektrik əlcəklərlə bilavasitə əl ilə bərkidilməlidir. Atılma səyyar torpaqlanmanın qurulması və çıxarılması HX-də dielektrik əlcəklərlə edilməlidir, gərginliyi 1000 V-dan yuxarı olan HX-də dielektrik botlardan (rezin çəkmələrdən) istifadə edilməlidir.

28.4. Səyyar torpaqlanma naqilinin en kəsiyi “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən təsdiq edilən elektrik qurğularının quraşdırılması qaydalarına (bundan sonra - “Elektrik qurğularının quraşdırılması Qaydaları”) uyğun olaraq təyin olunur.

28.5. Bu Qaydaların 33.3-cü bəndində göstərilən hallar istisna olmaqla, bu məqsəd üçün nəzərdə tutulmayan naqillərdən torpaqlanma üçün istifadə etmək qadağandır.

28.6. Gərginliyi 1000 V-dan yuxarı olan elektrik qurğularında cərəyandaşıyan hissələrin fazaları (qütblər) işlər üçün açılmış sahənin gərginlik verilə biləcək hər tərəfindən torpaqlanmalıdır.

28.7. PQ-nin yığma şinlərinə bir torpaqlanma qurğusu quraşdırmaq kifayət edir. Açılmış xətt ayırıcısında işləyərkən ayırıcıda torpaqlanma bıçaqlarının mövcudluğundan asılı olmayaraq, HX-nin enmə naqillərinə əlavə səyyar torpaqlanma qurğusu quraşdırılmalıdır. Bu torpaqlanma ayırıcı açılan və qoşulan zaman pozulmamalıdır.

28.8. Elektrik qurğularının torpaqlanan hissələrinin gərginlik altında olan cərəyandaşıyan hissələrdən ayrılması vizual görünən olmalıdır. Quraşdırılmış torpaqlanma qurğuları bilavasitə işlər aparılan cərəyandaşıyan hissələrdən açılmış ayırıcılar, aralayıcılar və ya yük açarları çıxarılmış qoruyucular, sökülmüş şin və ya naqillər vasitəsilə aralanır. Bilavasitə işləmə yerində cərəyandaşıyan hissələr induksiya edilmiş gərginlik (potensial) altında qaldığı hallarda, bu hissələrə əlavə torpaqlanma qurğusu qoyulur.

28.9. QPQ-də səyyar torpaqlanma qurğusu cərəyandaşıyan hissələrə bunun üçün nəzərdə tutulmuş yerlərdə qoyulur. Bu yerlərin boyası təmizlənir və qara zolaqla haşiyəyə alınır. QPQ və APQ-də səyyar torpaqlanmanın torpaqlanma qurğusuna, yaxud torpaqlanmış konstruksiyaya birləşdirilmə yerlərinin boyası təmizlənməli və torpaqlanma qurğusunun sıxacının birləşdirilməsi üçün uyğunlaşdırılmalıdır.

28.10. İzolyasiya olunmuş naqildən hazırlanmış şinlər istisna olmaqla, gərginliyi 1000 V-dək olan elektrik qurğularında, gərginliyi çıxarmaqla PQ-nin yığma şinlərində, bu şinlərin lövhələrində, yığmalarında işləyərkən torpaqlanma aparılır. Bu PQ-nin, lövhələrin, yığmaların birləşmələrinə və onlardan qidalanan avadanlıqlara torpaqlanmanın qoyulmasının zəruriliyini və mümkünlüyünü naryad, sərəncam verən təyin edir.

28.11. Görülən işin xüsusiyyəti tələb etdiyi halda (o cümlədən izolyasiyanın müqavimətinin ölçülməsi), işləmə yeri hazırlanarkən quraşdırılmış torpaqlanmanın müvəqqəti çıxarılmasına yol verilir. Torpaqlanmanın müvəqqəti çıxarılmasını və təkrar quraşdırılmasını işəburaxan və ya naryadverənin göstərişi ilə iş icraçısı yerinə yetirir. İş icraçısı tərəfindən torpaqlanmanın müvəqqəti çıxarılması, həmçinin bu əməliyyatların aparılması, naryadın “Ayrıca göstərişlər” sətrində harada və hansı məqsədlə torpaqlanmanın çıxarılması barədə qeyd göstərilməlidir.

28.12. Konstruksiyası torpaqlayıcı qoymaq üçün təhlükəli olan yaxud mümkün olmayan elektrik qurğularında (o cümlədən müxtəlif növ KPQ-lərdə, paylayıcı qutularda, fazaları şaquli yerləşmiş yığmalarda) işləmə yerini hazırlayarkən torpaqlanmanın qoyulmamasına yol verilir. Bu halda ayırıcıların bıçaqlarına elektrik izoləedici qapaqların və kommutasiya aparatlarının kontaktları arasına elektrik izoləedici taxmaların quraşdırılması ilə əlavə təhlükəsizlik tələbləri hazırlanmalıdır. Əlavə təhlükəsizlik tələbləri ilə bağlı elektrik qurğularının siyahısı həmin qurğuların istimarçısı tərəfindən təsdiqlənir və aidiyyəti şəxslərin nəzərinə çatdırılır.

28.13. Gərginliyi 1000 V-dək olan elektrik qurğularında torpaqlanma qoyulması və çıxarılması əməliyyatlarını operativ və operativ-təmir heyətindən elektrik təhlükəsizliyi üzrə ІІІ qrupdan aşağı olmayan qrupa malik mütəxəssisin icra etməsinə yol verilir.

28.14. Gərginliyi 1000 V-dan yuxarı olan elektrik qurğularında:

28.14.1. səyyar torpaqlayıcı qoymaq və çıxarmaq biri operativ-təmir heyətindən olmaqla elektrik təhlükəsizliyi üzrə ІV qrupdan aşağı olmayan qrupa, digəri isə təmir heyətindən olmaqla elektrik təhlükəsizliyi üzrə ІІІ qrupdan aşağı olmayan qrupa malik 2 (iki) mütəxəssis tərəfindən yerinə yetirilməlidir;

28.14.2. operativ-təmir heyətindən olan, elektrik təhlükəsizliyi üzrə ІV qrupdan aşağı olmayan qrupa malik bir nəfərə torpaqlanma bıçağını qoşmaq üçün yol verilir;

28.14.3. torpaqlanma bıçaqlarını açmağı və səyyar torpaqlanmanı çıxarmağı operativ-təmir heyətindən olan, elektrik təhlükəsizliyi üzrə ІII qrupdan aşağı olmayan qrupa malik bir nəfər yerinə yetirir.

28.15. Gərginliyi 1000 V-dan yuxarı olan HX-lər xəttin açıldığı hər bir PQ-də və seksiyalaşdırıcı kommutasiya aparatlarında torpaqlanmalıdır. Bu zaman aşağıdakılara yol verilir:

28.15.1. gərginliyi 35 kV və daha yuxarı olan HX-nin budaqlanan yarımstansiyalarda xəttin 2 (iki) tərəfindən torpaqlanmasına və bu yarımstansiyalarda açılmış xətti ayırıcılardan sonra (yarımstansiya tərəfdən) torpaqlanma qoyulmasına;

28.15.2. gərginliyi 6 – 10 kV olan HX-lərin yalnız bir PQ-də və ya bir seksiyalaşdırıcı aparatda, yaxud PQ-yə və ya seksiyalaşdırıcı aparata yaxın dayaqda torpaqlanmasına və bu gərginliyə malik digər PQ-lərdə və hava xətlərini açan seksiyalaşdırıcı kommutasiya aparatlarında işləmə yeri ilə bu PQ-nin və ya seksiyalaşdırıcı aparatların arasında HX-də torpaqlanma qurğusu qoyulduğu halda HX-ni torpaqlamamağa;

28.15.3. HX-də bu torpaqlayıcıları torpaqlama qurğusu olan dayaqlarda qoymağa.

28.16. Bu Qaydaların 28.14-cü bəndinə əlavə olaraq, briqadanın işləmə yerində faza naqilləri və ildırımdan mühafizə trosları da torpaqlanmalıdır.

28.17. Gərginliyi 1000 V-dək olan HX-lərdə yalnız işləmə yerində torpaqlanma quraşdırmaq kifayət edir.

28.18. Birdövrəli HX-də iş aparılan dayaqda və ya qonşu dayaqda torpaqlanma quraşdırılmalıdır. HX-nin briqada işləyən hissəsinin hər 2 (iki) tərəfindən aralarındakı məsafə 2 km-dən çox olmayan torpaqlanma quraşdırmağa yol verilir.

28.19. Gərginliyi 0,4 – 10 kV olan HX-də gərginliyin olmamasının yoxlanılması və torpaqlayıcının qoyulması yerində yerinə yetirilməlidir.

28.20. Metal diyircək roliklərdə və ya sıxaclarda olan naqillər və ya troslar üçün bu roliklərin (sıxacların) çənbərində torpaqlayıcını qoymaq kifayət edir. Roliklərin (sıxacların) metal çənbəri ilə dəmir-beton dayağın metal konstruksiyası və ya armaturu arasında təbii kontakt olduqda metal rolikin (sıxacın) torpaqlanması üzrə əlavə tədbirlər görülmür.

28.21. Naqilləri (trosları) anker aşırımlarında quraşdırarkən, o cümlədən HX-nin quraşdırılmış hissəsində anker dayaqlarında dairələri (şleyfləri) birləşdirdikdən sonra naqillər (troslar) ilk anker dayağında və son aralıq dayaqlarından birində torpaqlanmalıdır.

28.22. İldırım boşalmalarından və digər ifrat gərginliklərin potensialın hava xəttinin quraşdırılması başa çatmış hissəsindən növbəti hissəyə ötürülməsinin qarşısını almaq üçün quraşdırılmış anker aşırımının son anker dayağında, eləcə də hava xəttinin quraşdırılmış hissəsində naqillərin (trosların) torpaqlanmasına yol verilmir.

28.23. Naqilləri haçalanmış HX-də hər bir fazada yalnız bir naqili torpaqlamağa yol verilir, ayıran dəstəklər izolə olunmuş olduqda fazanın hər bir naqili torpaqlanmalıdır.

28.24. Dayaqdan izolə olunmuş ildırımdan mühafizə trosunda işləyərkən və ya dayaq konstruksiyasında işləyərkən bu trosa 1 m-dən az məsafədə yaxınlaşmaq üçün tros torpaqlanmalıdır. Torpaqlama trosun izolə olunduğu aşırıma və ya işləmə yerindəki aşırıma quraşdırılmalıdır.

28.25. HX-də elektrik cəhətdən əlaqəli hissələri (o cümlədən naqilləri və trosları) birləşdirmədən və ya ayırmadan öncə bu hissələrin potensialları bərabərləşdirilməlidir. Potensialların bərabərləşdirilməsi bu hissələrin naqillərinin birləşdirilməsi və ya aralanmanın (ehtimal olunan aralanmanın) hər 2 (iki) tərəfində onları bir torpaqlanma qurğusuna birləşdirmək vasitəsilə həyata keçirilir.

28.26. Torpaqlayıcı naqilə və ya konstruksiyalara səyyar torpaqlayıcı qoşulan yer boyalardan təmizlənməlidir. Səyyar torpaqlanma aşağıdakılara qoşulmalıdır:

28.26.1. metal dayaqlarda – onun elementlərinə;

28.26.2. torpaqlama naqilinin enməsi olan dəmir-beton və ağac dayaqlarda – onların tamlığı yoxlandıqdan sonra bu enmələrə;

28.26.3. torpaqlanma enməsi olmayan dəmir-beton və ağac dayaqlarda, bu şərtlə ki, səyyar torpaqlanmanı HX-nin aşırımında quraşdırarkən iş aparılan yerdə səyyar torpaqlanma qrunta 0,5 m-dən az olmayan dərinlikdə basdırılmış səyyar torpaqlayıcı qurğuya birləşdirilmiş olsun və torpaqlayıcı təsadüfi torpaq yığınına quraşdırılmamış olsun;

28.26.4. neytralı torpaqlanmış, gərginliyi 1000 V-dək olan şəbəkələrdə sıfır naqilinin təkrar torpaqlanması olduqda – sıfır naqilinə.

28.27. Gərginliyi 1000 V-dək olan HX-də dayaqdan və ya elektrik izoləedici bəndi olmayan mobil qaldırıcı platformadan işlər yerinə yetirilərkən torpaqlanma həm təmir olunan xəttin naqillərində, həm də bu dayaqdan asılmış naqillərdə, o cümlədən radioyayım və ya digər xətlərin izolə olunmamış naqillərində quraşdırılmalıdır.

28.28. HX-nin naqilləri müxtəlif səviyyələrdə asılarkən torpaqlanma bilavasitə gərginliyin olmamasının yoxlanışından sonra ən yaxın naqildən başlayaraq aşağıdan yuxarı istiqamətdə, üfüqi asılmalarda isə yaxın kənardakından başlayaraq qoyulur. HX-nin naqillərində üstdən atılma səyyar torpaqlanma qoyulduqda iş ardıcıllığı torpaqlama qurğusunun istehsalçısının istismar təlimatına əsasən aparılmalıdır.

28.29. Təmirə çıxarılan HX-də səyyar torpaqlanmanın quraşdırılması, sonradan çıxarılması və dayaqlarda olan torpaqlanma bıçaqlarının qoşulmasını aşağıda qeyd olunan operativ-təmir heyətinin 2 (iki) üzvü yerinə yetirməlidir:

28.29.1. biri gərginliyi 1000 V-dan yuxarı olan HX-də elektrik təhlükəsizliyi üzrə ІV qrupdan aşağı olmayan qrupa malik mütəxəssis və ya gərginliyi 1000 V-dək olan HX-də elektrik təhlükəsizliyi üzrə ІII qrupdan aşağı olmayan qrupa malik mütəxəssis;

28.29.2. digəri isə elektrik təhlükəsizliyi üzrə III qrupdan aşağı olmayan qrupa malik mütəxəssis.

28.30. Təmirə çıxarılan HX-də səyyar torpaqlanmanın quraşdırılması, sonradan çıxarılması və dayaqlarda olan torpaqlanma bıçaqlarının qoşulması işləri yerinə yetirilərkən ikinci şəxs qismində, təmir heyətindən elektrik təhlükəsizliyi üzrə III qrupdan aşağı olmayan qrupa malik mütəxəssis cəlb edilə bilər.

28.31. Torpaqlanma bıçaqlarının açması operativ-təmir heyətindən elektrik təhlükəsizliyi üzrə III qrupdan aşağı olmayan qrupa malik mütəxəssis tərəfindən yerinə yetirilməlidir. İşləmə yerlərində HX-də səyyar torpalanmanın quraşdırılmasını iş icraçısının elektrik təhlükəsizliyi üzrə III qrupdan aşağı olmayan qrupa malik briqada üzvü ilə birlikdə quraşdırmasına yol verilir. Səyyar torpaqlanmanı iş icraçısının göstərişi ilə 2 (iki) nəfər elektrik təhlükəsizliyi üzrə III qrupdan aşağı olmayan qrupa malik briqada üzvü çıxarır. Gərginliyin olmamasını yoxlayarkən səyyar torpaqlanmanın quraşdırılması və çıxarılması zamanı mütəxəssislərdən biri digər mütəxəssisin təhlükəsizlik tələblərini yerinə yetirməsinə nəzarət etməlidir.

29.1. Fəaliyyətdə olan elektrik qurğularında yükqaldıran maşın və mexanizmlərin istifadəsi ilə işlərin təhlükəsiz aparılmasına məsul şəxs təhlükəsizlik üzrə bilikləri sertifikatlaşdırılmış və elektrik təhlükəsizliyi üzrə IV qrupdan aşağı olmayan qrupa malik mütəxəssis olmalıdır. Bu mütəxəssisin funksiyaları naryadın “Ayrıca göstərişlər” sətrində qeyd edilməklə naryadverənə və ya iş rəhbərinə həvalə edilə bilər.

29.2. Yükqaldıran maşın və mexanizmlərin, avtomobil nəqliyyatının APQ və HX-nin mühafizə zonasında hərəkətinə bu Qaydaların 29.1-ci bəndində göstərilən bir nəfərin və ya inzibati-texniki heyətdən elektrik təhlükəsizliyi üzrə V qrupa malik olan bir nəfərin nəzarəti altında yol verilir. Yükqaldıran maşın və mexanizmlərin, avtomobil nəqliyyatının APQ-də hərəkətinə, həmçinin daimi operativ heyət üzvünün və ya elektrik təhlükəsizliyi üzrə IV qrupdan aşağı olmayan qrupa malik operativ-təmir heyətindən işəburaxanın nəzarəti altında yol verilir.

29.3. APQ üzrə hərəkət və HX-nin altından keçən zaman yükqaldıran maşın və mexanizmlərin və avtomobil nəqliyyatının qaldırıcı və irəli çıxan hissələri təhlükəsiz yürüş vəziyyətində olmalıdır. APQ üzrə hərəkət sürəti yerli şəraitə görə təyin olunur, lakin bu sürət 10 km/saatı aşmamalıdır. HX altında yükqaldıran maşın, mexanizmlər və avtomobil nəqliyyatı naqillərin ən az (dayağa yaxın) sallandığı yerlərdən hərəkət etməlidir.

29.4. HX-nin künc dayaqlarında izolyatorların, naqillərin dəyişdirilməsi və ya armaturların təmiri ilə əlaqəli işlər zamanı yükqaldıran maşın, mexanizmlər və avtomobil nəqliyyatının naqillərin yaratdığı bucaq daxilində yerləşdirilməsi qadağandır.

29.5. APQ-də və HX-nin mühafizə zonasında işlərə başlamazdan öncə pnevmotəkərli hərəkətli yükqaldıran maşın və mexanizmlər torpaqlanmalıdır. Tırtıllı təkərli yükqaldıran maşın və mexanizmlər bilavasitə qrunt üstündə yerləşdirilərkən torpaqlanmır.

29.6. Yükqaldıran maşın və mexanizmlərin və ya avtomobil nəqliyyatının elektrik qurğusunun gərginlik altında olan cərəyandaşıyan hissələrinə toxunması hallarında sürücü (maşinist) yaranan kontaktın tez bir zamanda aradan qaldırılması və maşının hərəkətli hissəsinin cərəyandaşıyan hissələrdən bu Qaydalara 3 nömrəli Əlavədə göstərilmiş məsafədən az olmayan məsafəyə uzaqlaşdırılması üçün tədbirlər görməlidir.

29.7. Yükqaldıran maşın və mexanizmlər və ya avtomobil nəqliyyatı gərginlik altında olarkən yükqaldıran maşın və mexanizmlərdən, avtomobil nəqliyyatından düşmək və ya ona qalxmaq, həmçinin yerdə duraraq ona toxunmaq qadağandır. Sürücü (maşinist) onun əhatəsində olan insanları yükqaldıran maşın və mexanizmlərin və ya avtomobil nəqliyyatının gərginlik altında olması barədə xəbərdar etməlidir. Yükqaldıran maşın və mexanizmlər və ya avtomobil nəqliyyatı yanan hallarda sürücü (maşinist) ayaqlarını birləşdirərək və əlləri ilə maşına toxunmadan yerə tullanmalıdır. Bundan sonra, pəncələri bir-birindən aralamadan yer üzrə hərəkət etməklə maşından ən azı 8 (səkkiz) m məsafə uzaqlaşmalıdır.

29.8. Elektrik qurğularında işləyən yükqaldıran maşın və mexanizmlər və ya avtomobil nəqliyyatı sürücüləri (maşinistlər), takelaşçılar elektrik təhlükəsizliyi üzrə II qrupdan aşağı qrupa malik olmamalıdır.

30.1. Qəza hallarında bərpa işləri, həmçinin avadanlıqların qəzalara gətirib çıxara bilən nasazlıqlarını aradan qaldırmaq üzrə qısamüddətli, təxirəsalınmaz işləri naryadsız əməliyyat jurnalında qeyd etməklə icra etməyə aşağıdakı şəxslərə yol verilir:

30.1.1. gərginliyi 1000 V-dan yuxarı olan qurğularda ən azı 2 (iki) nəfərlik operativ heyətə;

30.1.2. naryadın yazılması və sənədləşdirilməsi qəzanın fəsadlarının aradan qaldırılmasını ləngitdiyi hallarda, operativ heyətin nəzarəti altında təmir heyətinə;

30.1.3. operativ heyət məşğul olduqda, həmçinin daimi xidmət heyəti olmadıqda həmin elektrik qurğusuna xidmət edən elektrik təhlükəsizliyi üzrə V qrupdan aşağı olmayan qrupa malik, gərginliyi 1000 V-dək olan elektrik qurğusunda isə IV qrupdan aşağı olmayan qrupa malik inzibati-texniki heyətin nəzarəti və cavabdehliyi altında təmir heyətinə.

30.2. Yarımstansiyada naryad və ya sərəncam vermə səlahiyyəti olan inzibati elektrotexniki heyətdən şəxs olmadıqda qəzaların qarşısının alınması və onların fəsadlarının aradan qaldırılması üzrə işlər naryad və ya sərəncam vermə səlahiyyətli yarımstansiyaların elektrik təhlükəsizliyi üzrə IV qrupdan aşağı olmayan qrupa malik operativ heyətinə və operativ-səyyar briqadasına həvalə olunur.

30.3. Operativ heyətin qəzaların fəsadlarının aradan qaldırılmasında iştirakına, naryadsız işlər zamanı işləyənlərə bilavasitə nəzarət etməklə, ondan yuxarı (varsa) operativ heyətin razılığı ilə yol verilir. Həmin yuxarı operativ heyətlə rabitə qurula bilmədikdə ondan razılıq alınmır.

30.4. İstismarçıya məxsus elektrik qurğularında sistem operatoru tərəfindən qəza işləri, o cümlədən kabellərin qəza zədələnməsinin ölçülməsi və sınaqları aparılan zaman naryadın verilməsi və işə buraxılış bu Qaydaların tələblərinə uyğun sənədləşdirilməlidir. Belə hallarda naryad verməyə səlahiyyəti olan şəxs olmadıqda qəzanın tezliklə aradan qaldırılması məqsədilə elektrik qurğusunun istismarçısı tərəfindən naryad vermə səlahiyyəti olan şəxs müəyyən olunmalıdır.

31.1. Gərginliyi 330 kV və daha yuxarı olan APQ və HX-də işləyənlərin insan orqanlarına mənfi təsir edən və yerdən izolə olunmuş elektrik keçirici hissələrə toxunduqda elektrik boşalması yaranan bioloji aktiv (intensivliyi yolverilən qiyməti aşan) elektrik və maqnit sahələrinin təsirindən mühafizəsi təmin olunmalıdır.

31.2. Elektrik sahəsinin intensivliyi 5 kV/m-ə qədər olduqda insanın təsir zonasında qalma müddəti məhdudlaşmır. Sahənin intensivliyi 20-25 kV/m səviyyəsində olduqda qalma müddəti on dəqiqədən çox olmamalıdır. İntensivlik səviyyəsi 25 kV/m-dən çox olan elektrik sahəsində fərdi mühafizə vasitələrindən istifadə etmədən qalmağa yol verilmir. Elektrik boşalmalarının insan orqanizminə təsir imkanları istisna olunduqda, intensivliyi 5–20 kV/m səviyyəsində olan elektrik sahəsində qalma müddəti bu Qaydalara 5 nömrəli Əlavədə verilən düsturla müəyyən olunur.

31.3. Elektrik sahəsində insanların buraxılabilən qalma müddəti iş günü ərzində birdəfəlik və hissələrə bölünməklə müəyyən edilir. Bu zaman iş gününün qalan hissəsində həmin elektrik sahəsində olan insanlar bu sahənin yüksək intensivliyindən mühafizə vasitələrindən istifadə etməli və ya intensivliyi 5 kV/m-ə qədər olan elektrik sahəsində yerləşməlidirlər.

31.4. Maqnit sahəsində insanın qalma müddətindən asılı olaraq, bədənə təsir və lokal (ətraflara) təsir şəraiti üçün maqnit sahəsinin yolverilən intensivliyi və ya induktivliyi bu Qaydalara 5 nömrəli Əlavədə qeyd olunan Cədvələ uyğun müəyyən olunur.

31.5. İnsanın müxtəlif intensivlikli (maqnit induktivlikli) maqnit sahəsində qalması üçün bu zonalarda işlərin icrasının ümumi vaxtı maksimal intensivlikli zonalar üçün yol verilən vaxtdan çox olmamalıdır.

31.6. Maqnit sahəsində qalma müddəti iş günü ərzində birdəfəlik və ya hissələrə bölünməklə reallaşır.

31.7. Elektrik sahəsinin intensivliyi, həmçinin təsir və ekranlaşdırma zonasının sərhədləri ölçülərin nəticələrinə görə təyin olunur. Elektrik və maqnit sahələrinin intensivliyi səviyyələri insanın yerinə yetirdiyi iş prosesində qala bildiyi zonalarda, işləmə yerinə və avadanlığa baxış üçün hərəkət marşrutunda təyin olunmalıdır.

31.8. İşlər konstruksiyaya və ya avadanlığa qalxmaqla aparılarkən, elektrik sahəsinin yüksək intensivliyindən mühafizə vasitəsi olmasından asılı olmayaraq, ölçmələr işləmə yeri səthindən 0,5, 1,0 və 1,8 m hündürlükdə və avadanlığın torpaqlanmış cərəyandaşıyan hissələrindən 0,5 m məsafədə aparılmalıdır. İşlər avadanlığa və konstruksiyaya qalxmadan aparılarsa, elektrik sahəsinin intensivliyinin ölçülməsi aşağıda qeyd edilmiş şəkildə aparılır:

31.8.1. elektrik sahəsinin yüksək intensivliyindən mühafizə vasitəsi olmadıqda yerin səthindən, kabel kanalının (qanovun) plitəsindən, avadanlığa xidmət meydançasından və ya yerləşgənin döşəməsindən 1,8 m hündürlükdə;

31.8.2. kollektiv mühafizə vasitələrindən istifadə edildikdə yer səthindən 0,5, 1,0 və 1,8 m hündürlükdə.

31.9. Maqnit sahəsinin intensivliyinin (induktivliyinin) ölçülməsi işləmə yerinin döşəməsindən, yer səthindən, yerləşgənin döşəməsindən, keçid körpücüklərinin döşənməsindən 0,5, 1,0 və 1,8 m hündürlükdə və avadanlıqdan, konstruksiyadan, binanın və tikilinin divarlarından 0,5 m məsafədə işləmə yeri altında maqnit sahəsi mənbəyi yerləşərsə, əlavə olaraq işləmə yeri meydançasının döşəməsi səviyyəsində aparılmalıdır.

31.10. Nəzarət olunan zonada qalma müddəti ölçülən intensivliyin ən böyük qiymətinə görə təyin olunur.

31.11. Elektrik və maqnit sahələrinin işləmə yerlərində intensivliyin səviyyəsinə nəzarət aşağıdakı şərtlərlə aparılmalıdır:

31.11.1. yeni, yenidən qurulan və fəaliyyəti genişləndirilmiş elektrik qurğuları istismara qəbul edildikdə;

31.11.2. yeni işləmə yerləri təşkil olunduqda;

31.11.3. işləmə yerlərinin attestasiyası aparıldıqda.

31.12. Ölçmələrin nəticələri əsasında sahənin APQ ərazisində paylanma xəritəsi tərtib olunmalı və istismarçı tərəfindən (texniki rəhbər (baş mühəndis) cəlb edilməklə) təsdiqləməlidir.

31.13. Elektrik sahələrinin yüksək intensivliyindən mühafizə vasitələri qismində maşın və mexanizmlərdə quraşdırılan səyyar və əldə daşınan ekranlayıcı qurğular, çıxarıla bilən ekranlayıcı qurğular və ekranlaşdırıcı fərdi geyim dəstləri istifadə olunur. Maqnit sahəsinin təsirlərindən mühafizə vasitələri konstruktiv olaraq maqnit sahələrini qapamağı təmin edən yüksək maqnit keçiriciliyinə malik materialdan passiv və aktiv ekran şəklində hazırlanır.

31.14. Elektrik qurğularının maqnit və elektrik sahələrinin səviyyəsi icazə verilən maksimum həddən artıq olan, istismar şərtlərinə görə insanların qısamüddətli qalmasına icazə verilməyən zonaları hasarlanmalı və xəbərdarlıq nişanları ilə işarələnməlidir.

31.15. Maşınların və mexanizmlərin torpaqlanmış metal kabinalarında və ya bağlı metal kuzovlarında, səyyar emalatxana və laboratoriyalarında, həmçinin dəmir-betondan olan binalarda, kərpic və digər dəmir-beton örtüklü, metal karkaslı və ya torpaqlanmış dam örtüklü binalarda elektrik və maqnit sahələrinin yüksək intensivliyindən mühafizə vasitələri tətbiq olunmur.

31.16. Əldə daşınan və səyyar ekranlayıcı qurğular onların qurulduğu yerlərdə torpaqlayıcı quruluşlara və ya torpaqlayıcı qurğu ilə birləşməsi olan metal konstruksiyaya en kəsiyi 10 mm2 az olmayan mis naqillə birləşdirilməklə torpaqlanmalıdır. Çıxarıla bilən ekranlayıcı qurğular onların qurulduğu maşın və mexanizmlərlə etibarlı şəkildə birləşmiş olmalıdır. Maşın və mexanizmləri torpaqlayan zaman çıxarıla bilən ekranlayıcı qurğular əlavə olaraq torpaqlanmır.

31.17. Fərdi ekranlayıcı dəstlərin torpaqlanması cərəyandaşıyan altlıqlı xüsusi ayaqqabılar tətbiq etməklə həyata keçirilir. Elektrik izolə olunmuş əsas üzərində (o cümlədən rənglənmiş metal, izolyator, taxta döşəmə) ayaqüstə duraraq görülən işlər zamanı və ya torpaqlanmış konstruksiyalara mühafizə olunmamış əl ilə (əlcəkləri çıxarmaqla) toxunma ilə əlaqəli işlərdə ekranlayıcı paltar əlavə olaraq en kəsiyi 10 mm2 olan elastik mis naqillə torpaqlanmış konstruksiyaya və ya elektrik qurğusunun torpaqlayıcı qurğusuna birləşdirilməklə torpaqlanmalıdır.

31.18. Gərginlik altında olan, gərginliyi 1000 V-dək cərəyandaşıyan hissələrə insanın toxunma mümkünlüyü istisna olunmayan işlərin görülməsi, həmçinin bilavasitə yüksək gərginliklə aparılan sınaqlarda işləyənlər üçün avadanlıqların sınağı və elektrik qaynaqları zamanı fərdi ekranlayıcı dəstlərin istifadəsi qadağandır. Bu işlərin görülməsi zamanı mütəxəssislərin mühafizəsi üçün ekranlayıcı vasitələrdən istifadə məcburidir.

31.19. Açılmış cərəyandaşıyan hissələrdə işləyərkən induksiyalanmış potensialın çıxarılması üçün onlar torpaqlanmalıdır. Elektrik mühafizə vasitələri olmadan açılmış, amma torpaqlanmamış cərəyandaşıyan hissələrə toxunmaq qadağandır. İş prosesində yerdən izolə oluna biləcək vasitələr və ləvazimatlar torpaqlanmalıdır.

31.20. Elektrik sahəsinin təsiri zonasında yerləşən pnevmo-təkərli hərəkət edən maşın və mexanizmlər torpaqlanmalıdır. Onlar bu zonada hərəkət edərkən yönəlmiş potensialı çıxarmaq üçün şassisinə və ya kuzovuna birləşdirilmiş və yerə toxunan metal zəncirlərdən istifadə etməlidir.

31.21. Elektrik sahəsinin təsiri zonasında maşın və mexanizmlərin yanacaq və sürtkü materialları ilə doldurulması qadağandır.

31.22. Elektrik sahəsinin təsiri zonasında yerləşmiş elektrik qurğusunun avadanlıqlarına və konstruksiyalarına qalxma hallarında elektrik sahəsinin intensivliyi səviyyəsindən və oradakı işin müddətindən asılı olmayaraq, elektrik sahələrinin yüksək intensivliyindən mühafizə vasitələri istifadə olunmalıdır. Qalxma üçün mobil qaldırıcı platformadan istifadə edildikdə onun səbəti ekranla təchiz edilməli və ya fərdi ekranlayıcı dəstlərdən istifadə edilməlidir.

31.23. İşlər ekranlanmış zonada APQ-nin konstruksiyası daxilində görüldükdə, həmçinin onlar pilləkənlə güc transformatorunun və ya digər avadanlığın qaz relesinə və yağ səviyyəsi relesinə qalxma üçün elektrik sahələrinin yüksək intensivliyindən mühafizə vasitələri istifadə olunmaya bilər.

31.24. Elektrik və maqnit sahələrinin təsiri zonalarında işləyərkən əlavə təhlükəsizlik tələbləri naryadın “Ayrıca göstərişlər” sətrində göstərilməlidir.

32.1. Val çevirici qurğu vasitəsilə fırladılan generator istisna olmaqla, SSA açılmış təsirlənməmiş fırlanan generator gərginlik altında hesab edilməlidir.

32.2. Generatoru sınaqdan keçirərkən onun dövrəsinin və ya blok-generatorun dövrəsinin bölmələrində qısa qapayıcıların quraşdırılması və çıxarılması onlar torpaqlandıqdan sonra həyata keçirilməlidir. Qısaqapanmaların işçi fırlanma sürətində quraşdırılması və çıxarılması generatordan təsirlənməni çıxardıqdan və SSA-nı söndürdükdən sonra qoruyucu vasitələrdən istifadə etməklə həyata keçirilir. Blokun yüksəldici transformatoru yüksək gərginlik tərəfdə, budaqlanmadakı xüsusi sərfiyyat transformatoru aşağı gərginlik tərəfdə torpaqlanıb və gərginlik transformatoru vasitəsilə gərginlik verilməsi istisna olunubsa, dayandırılmış blok generatorunun sxemlərində işlərin icrası zamanı onun çıxışlarının torpaqlanması tələb olunmur.

32.3. SSA söndürülmüş təsirlənməmiş fırlanan generatorun stator dövrələrində qalıq gərginliyini ölçməyə və fazaların fırlanma ardıcıllığını təyin etməyə yol verilir. Bu işlər operativ heyətin nəzarəti altında elektrik mühafizə vasitələrindən istifadə etməklə elektrik laboratoriyaları və sazlama üzrə podratçılar tərəfindən naryad və ya sərəncam əsasında yerinə yetirilir.

32.4. İşləyən generatorun rotorunun izolyasiya müqavimətinin və valda gərginliyin ölçülməsi sərəncamla elektrik təhlükəsizliyi üzrə III qrupdan aşağı olmayan qrupa malik 2 (iki) mütəxəssis tərəfindən həyata keçirilir.

32.5. Təmirə çıxarılmış rotorun kontakt halqalarının yonulması və cilalanmasını, təsirləndiricinin kollektorunun cilalanmasını sərəncamla qeyri-elektrik heyət üzvünün elektrik təhlükəsizliyi üzrə III qrupdan aşağı olmayan qrupa malik mütəxəssisin nəzarəti altında yerinə yetirməsinə yol verilir.

32.6. İşdə olan generatorda fırça aparatına xidməti bunun üçün hazırlıq keçmiş, elektrik təhlükəsizliyi üzrə III qrupdan aşağı olmayan qrupa malik mütəxəssisin sərəncam əsasında təkbaşına yerinə yetirməsinə yol verilir. Bu halda aşağıdakı təhlükəsizlik tələblərinə əməl olunmalıdır:

32.6.1. mühafizə dəbilqəsində, maşının fırlanan hissələrinə ilişməsindən qorunmaq üçün düymələnmiş xüsusi geyimdə, üz üçün fərdi mühafizə vasitələrindən istifadə etməklə işləmək;

32.6.2. dielektrik rezin çəkmə və ya dielektrik xalçalardan istifadə etmək;

32.6.3. eyni zamanda cərəyandaşıyan hissələrin 2 (iki) qütbünə və ya cərəyandaşıyan və torpaqlanmış hissələrə əl ilə toxunmamaq.

33.1. Elektrik mühərriklərində, yaxud onlar vasitəsilə hərəkətə gətirilən mexanizmlərdə cərəyandaşıyan, yaxud fırlanan hissələrə toxunmaqla işlər yerinə yetirilən zaman elektrik mühərrikləri, onun səhvən qoşulmasının qarşısını alan texniki tədbirlər görülməklə açılmalıdır. Bu zaman ikisürətli elektrik mühərriklərində statorun dolaqlarını qidalandıran hər 2 (iki) dövrə açılmalı və sökülməlidir.

33.2. İşləyən elektrik mühərriklərində, yaxud onlar vasitəsilə hərəkətə gətirilən mexanizmlərdə cərəyandaşıyan və ya fırlanan hissələrə toxunmadan yerinə yetirilən işlər aparılır. İşləyən elektrik mühərrikinin və mexanizminin fırlanan hissələrinin mühafizə örtüklərini çıxartmaq qadağan olunur.

33.3. Elektrik mühərriklərində işləyən zaman torpaqlama elektrik mühərrikini PQ, lövhə və ya yığma ilə birləşdirən KX-nin istənilən sahəsində quraşdırılır. Açılmış elektrik mühərriklərində işlər aparılmırsa və ya bir neçə günlük fasilə verilibsə, ondan ayrılmış kabel xətti elektrik mühərriki tərəfdən torpaqlanmalıdır. Kabel xətlərinin en kəsiyi səyyar torpaqlanma qoymağa imkan vermirsə, gərginliyi 1000 V-dək olan elektrik mühərriklərində kabel xəttini en kəsiyi kabelin damarının en kəsiyindən kiçik olmayan mis naqil ilə torpaqlamağa və ya kabelin damarlarını öz aralarında birləşdirməyə və onları torpaqlamağa yol verilir. Bu cür torpaqlama və kabelin damarlarının birləşdirilməsi əməliyyat jurnalında səyyar torpaqlama ilə eyni qaydada qeyd olunmalıdır.

33.4. Onlara qoşulmuş mexanizmlər (tüstüsöndürənlər, ventilyatorlar, nasoslar) hesabına fırlanma qabiliyyətinə malik elektrik mühərriklərində işləməyə icazə verməzdən əvvəl bağlayıcı armaturun (o cümlədən sürgülərin, ventillərin, şiberlərin) şturvalları qıfılla bağlanmalıdır. Bundan əlavə, elektrik mühərriklərinin rotorlarının tormozlanması və ya birləşdirici muftaların açılması üzrə tədbirlər görülməlidir. Bağlayıcı armaturla aparılan əməliyyatlar əməliyyat jurnalında qeyd edilməklə texnoloji sahənin növbə rəisi ilə razılaşdırılmalıdır.

33.5. Bağlayıcı armaturların, yönəldici aparatların elektrik intiqallarının məsafədən əl ilə və avtomatik idarəetmə sxemindən gərginlik çıxarılmalıdır. Siyirtmələrin, ventillərin, şiberlərin şturvalları qıfılla bağlanmalı, üzərdə “AÇMA! ADAMLAR İŞLƏYİR” sözləri yazılmış plakatlar asılmalıdır, bağlayıcı armaturun elektrik intiqallarının idarəedici açarlarının, düymələrinin üzərində “QOŞMA! ADAMLAR İŞLƏYİR” sözləri yazılmış plakatlar asılmalıdır.

33.6. İşlər aparılacaq elektrik mühərrikləri ilə yanaşı, quraşdırılmış elektrik mühərriklərində onların işləməsindən və ya ehtiyatda olmasından asılı olmayaraq, “DAYAN! GƏRGİNLİK” sözləri yazılmış plakatlar asılmalıdır. İşlər aparılacaq elektrik mühərriklərində “BURADA İŞLƏMƏK” sözləri yazılmış plakatlar asılmalıdır.

33.7. Təmirə çıxarılmış aqreqatların, texnoloji xətlərin və qurğuların eyni gərginlikli elektrik mühərriklərində işlərin bu Qaydaların 9.3-cü bəndinə uyğun olaraq yerinə yetirilməsinə yol verilir.

33.8. Elektrik mühərriklərində cərəyandaşıyan və fırlanan hissələrə toxunmadan aparılan işlərin sərəncam üzrə icra olunmasına yol verilir.

33.9. Siyirtmələrin, icra mexanizmlərinin elektrik intiqallarının şiberlə, siyirtmə və digər qurğularla birləşdirildiyi hallarda, elektrik intiqalının yoxlanılması onların quraşdırıldığı yerin istismarçısının icazəsi əsasında briqada tərəfindən aparılmalıdır. İcazənin verilməsi haqqında istismarçının əməliyyat jurnalında, icazənin alınması barədə isə yoxlamanı aparanın əməliyyat jurnalında qeyd olunur.

33.10. Elektrik mühərriklərinin yoxlanması üçün qoşulma aşağıdakı qaydada həyata keçilir:

33.10.1. iş icraçısı briqadanı işləmə yerindən çıxarır, işdə fasiləni sənədləşdirir, naryadı operativ-təmir heyətinə təhvil verir;

33.10.2. operativ-təmir heyəti qoyulmuş torpaqlamaları, təhlükəsizlik plakatlarını çıxarır, sxemi yığır.

33.11. Yoxlamadan sonra elektrik mühərrikində işlərin davam etdirilməsi üçün operativ-təmir heyəti yenidən işləmə yerini hazırlayır və briqada naryad üzrə təkrar elektrik mühərrikində işə buraxılır.

33.12. İcra mexanizmlərinə birləşdirilməyən elektrik intiqallarının, tənzimləyici orqanların və bağlayıcı armaturların elektrik sxemlərinin təmiri və sazlanmasını sərəncam üzrə aparmağa yol verilir. Onların yoxlanmasına icazəni sərancam verən şəxs verir. Bu haqda qeyd sərəncamın qeydiyyatı zamanı edilməlidir. Yoxlamadan sonra elektrik mühərrikində işlərin davam etdirilməsi üçün işə təkrar buraxılışa sərəncam yenidən verilir.

33.13. İşdə olan mühərrikdə fırça aparatına xidməti bunun üçün hazırlıq keçmiş, elektrik təhlükəsizliyi üzrə III qrupdan aşağı olmayan qrupa malik mütəxəssisin sərəncam əsasında təkbaşına yerinə yetirməsinə yol verilir. Bu halda aşağıdakı təhlükəsizlik tələblərinə əməl olunmalıdır:

33.13.1. mühafizə dəbilqəsində, maşının fırlanan hissələrinə ilişməsindən qorunmaq üçün düymələnmiş xüsusi geyimdə üz üçün fərdi mühafizə vasitələrdən istifadə etməklə işləmək;

33.13.2. dielektrik rezin çəkmə və ya dielektrik xalçalardan istifadə etmək;

33.13.3. eyni zamanda cərəyandaşıyan hissələrin 2 (iki) qütbünə və ya cərəyandaşıyan və torpaqlanmış hissələrə əl ilə toxunmamaq.

33.14. Fırlanan elektrik mühərrikində rotorun halqalarının cilalanmasına izolyasiya materialından olan qəlib vasitəsilə yol verilir.

34.1. İşə buraxılışdan öncə məsafədən idarə olunan kommutasiya aparatlarında aşağıdakı tədbirlər yerinə yetirilməlidir:

34.1.1. intiqalın, əməliyyat cərəyanının güc dövrələri və qızdırılma dövrələri açılmalıdır;

34.1.2. hava açarlarının çənlərinə və pnevmatik intiqallara hava verən borularda siyirmələr bağlanmalı, qıfıllanmalı və onlarda olan hava atmosferə buraxılmalıdır, bu zaman buraxıcı tıxac (klapan) açıq vəziyyətdə saxlanılmalıdır;

34.1.3. işəsalma yükü, yaxud işəsalma yayları qeyri-işlək vəziyyətə gətirilməlidir;

34.1.4. kommutasiya aparatının səhvən və özbaşına olaraq işə düşməsinin qarşısını alan tədbirlər görülməlidir;

34.1.5. məsafədən idarəedici açarlarda “QOŞMA! ADAMLAR İŞLƏYİR”, bağlı siyirmələrdə isə “AÇMA! ADAMLAR İŞLƏYİR” sözləri yazılmış plakatlar asılmalıdır.

34.2. Təzyiq altında olan hava açarlarına qalxmağa yalnız sınaq və sazlama işləri yerinə yetirilən zaman (o cümlədən demferlərin təmizlənməsi, vibroqramların çıxarılması, naqillərin ölçü cihazlarına birləşdirilməsi və ayrılması, hava sızması yerlərinin müəyyən edilməsi zamanı) yol verilir. Ayırıcısı işçi təzyiqi altında olduqda havadoldurucu bölməli açılmış hava açarlarına qalxmaq qadağandır.

34.3. Hava açarlarının rütubət keçirməzliyinin (hermetikliyinin) yoxlanılması aşağı təzyiqdə istehsalçının təlimatına uyğun aparılmalıdır.

34.4. Hava açarlarına sınaq və sazlama işləri aparmaq üçün qalxmazdan əvvəl aşağıdakılar edilməlidir:

34.4.1. idarəetmə dövrəsini açarla açmaq;

34.4.2. yerli idarəedici düyməni və işəsalma klapanlarını bloklamaq (o cümlədən havaötürücü boruları ayırmaq, şkafları bağlamaq) və yaxud açarın yanında iş icraçısının göstərişi ilə müəyyən olunmuş bir nəfərin açarla əməliyyatları yerinə yetirməsinə icazə verən təlimatlandırılmış şəxs qoymaq;

34.4.3. şəxslərin təzyiq altında olan hava açarlarında olduğu müddətdə idarəedici şkaflarda və paylayıcı qurğularda işləri dayandırmaq;

34.4.4. fəaliyyətdə olan yarımstansiyanın gərginliyi 220 kV və daha yuxarı olan açarlarının cərəyandaşıyan çıxışlarını induksiyalanmış gərginliyi çıxarmaq üçün torpaqlamaq.

34.5. Yoxlama, sazlama və sınaq üçün hava açarlarının açılması və qoşulması zamanı insanların həmin açarların yaxınlığında durması qadağandır. Sınaq və sazlama üzrə iş icraçısı və ya briqada üzvlərindən müvəkkil olunmuş şəxs açarla əməliyyatların yerinə yetirilməsinə komandanı briqada üzvləri açardan təhlükəsiz məsafəyə və yaxud sığınacağa kənarlaşdırıldıqdan sonra verir.

34.6. İşəburaxılmadan əvvəl havayığıcıların içərisində:

34.6.1. hava ötürən boruların siyirtmələri bağlanıb qıfıllanmalı, siyirtmələrdə “AÇMA! ADAMLAR İŞLƏYİR” sözləri yazılmış plakat asılmalıdır;

34.6.2. havayığıcıların içərisindəki təzyiq altında olan havanı buraxmalı, onun yuxarı hissəsindəki tıxac və havaburaxıcı siyirtmə açıq saxlanmalıdır;

34.6.3. havayığıcıdan havaötürücü boru ayırmalı və ona tıxac taxılmalıdır;

34.6.4. havayığıcıların içərisində işləyərkən (o cümlədən daxili baxış, təmir, təmizləmə) gərginliyi 12 V-dan yuxarı olmayan lampalardan istifadə olunmalıdır.

34.7. Açarların baklarında və havayığıcılardakı manometrin sıfır göstərişi sıxılmış havanın olmamasının etibarlı əlaməti sayıla bilməz. Oyuqların qapaqlarını çıxaran zaman qayka və boltlar bilavasitə açmazdan qabaq havaburaxıcı tıxacları (klapanları) və yaxud sürgüləri açmaqla sıxılmış havanın həqiqətən olmamasına əmin olunmalıdır. Yalnız oyuqların qapaqlarını çəkib bərkidən qayka və boltları bağladıqdan sonra buraxıcı tıxacları (klapanları) və yaxud sürgüləri bağlamağa yol verilir.

34.8. Kommutasiya aparatlarının sazlanması və tənzimlənməsi zamanı onları yoxlamaq üçün qoşarkən və açarkən naryad verilmədikdə əməliyyat cərəyanı dövrələrinə və intiqalın güc dövrələrinə siqnallama və qızdırılma, həmçinin intiqala və açara hava vermək məqsədilə müvəqqəti gərginlik verilməsinə yol verilir. Çıxarılmış qoruyucuların öz yerinə quraşdırılmasını, açılmış dövrələrin qoşulmasını və hava verilən zaman siyirtmənin açılmasını, həmçinin yoxlama zamanı “QOŞMA! ADAMLAR İŞLƏYİR” və “AÇMA! ADAMLAR İŞLƏYİR” sözləri yazılmış plakatların çıxarılmasını operativ heyət və yaxud onun icazəsi ilə iş icraçısı yerinə yetirir.

34.9. Kommutasiya aparatlarının sınaq üçün məsafədən qoşulmasının və açılmasının icrasına sazlama və yaxud tənzimləmə aparan şəxsə və ya onun tələbi əsasında operativ heyətə yol verilir. Daimi operativ heyəti olmayan elektrik qurğularında qeyd olunan işlər operativ heyətin üzvü olmayan şəxs tərəfindən də görülür və əməliyyat ardıcıllığı naryadın “Ayrıca göstərişlər” sətrində qeyd olunur.

34.10. Sınaqdan sonra kommutasiya aparatlarında işlərin davam etdirilməsi üçün operativ heyət üzvü tərəfindən və yaxud onun icazəsi ilə iş icraçısı tərəfindən işə buraxılış üçün texniki tədbirlər yerinə yetirilməlidir.

35.1. KPQ-nin şkaflarının bölmələrində və ya içərisində avadanlıq quraşdırılmış arabanın avadanlığında işlərin görülməsi üçün həmin araba təmir vəziyyətinə çəkilib çıxarılmalı, həmin avadanlığın cərəyandaşıyıcı hissələri gərginlik altında qalan bölmənin örtüyü bağlanıb qıfıllanmalı, həmin bölmədə “DAYAN! GƏRGİNLİK” və “BURADA İŞLƏMƏLİ” sözləri yazılmış plakatlar asılmalıdır.

35.2. KPQ-dən kənarda onlara qoşulmuş avadanlıqlarda və yaxud ondan ayrılan HX və KX-lərdə işləyən zaman açar olan arabacığı şkafdan çəkib çıxarılmalı, üst örtüyü və yaxud qapısı qıfıllanmalı və “QOŞMA! ADAMLAR İŞLƏYİR” və “QOŞMA! XƏTDƏ İŞLƏYİRLƏR” sözləri yazılmış plakatlar asılmalıdır. Bu zaman aşağıdakılara yol verilir:

35.2.1. torpaqlanma bıçaqları ilə açar arabası arasında bloklayıcı olduqda bu bıçaqları qoşduqdan sonra arabanı yoxlama vəziyyətinə gətirməyə;

35.2.2. torpaqlanma bıçaqları ilə arabacıq arasında bloklama, həmçinin şkafda torpaqlanma bıçaqları olmadıqda arabacığı qıfılla bağlamaq şərti ilə yoxlama və təmir vəziyyəti arasında olan aralıq vəziyyətdə qoymağa (birləşmədə torpaqlanmanın olmasından asılı olmayaraq, arabacıq aralıq vəziyyətdə qoyulur).

35.3. Ayırılan HX-lərdə işlər görüldükdə, KPQ-nin şkaflarında torpaqlanma quraşdırılarkən bu Qaydaların 28.14-cü bəndinin tələbləri nəzərə alınmalıdır.

35.4. Açarlı arabanı, idarəetmə və mühafizə dövrələrində işləmək və onları yoxlamaq üçün yoxlama vəziyyətinə gətirməyə o halda yol verilir ki, KPQ-dən ayrılan HX və KX-lərdə və yaxud onlara qoşulmuş avadanlıqlardan (elektrik mühərrikləri ilə birləşdirilmiş mexanizmlər də daxil olmaqla) kənarda işlər aparılmış və yaxud bu birləşmə KPQ-nin şkafında torpaqlanmış olsun.

35.5. Vakuum açarları olan PQ-lərdə qövssöndürən kameraların gərginliyin amplitud qiyməti 20 kV-dan yuxarı olan yüksəldilmiş olan sınaqları zamanı yaranan rentgen şüalarından heyət xüsusi ekrandan istifadə olunmaqla mühafizə edilməlidir.

35.6. Daxildə və xaricdə qurulmuş KPQ-nin damında, gərginliyi 6–10 kV olan şinlərin seksiyaları arasında arakəsmələr quraşdırılmalı və onların hər 2 (iki) tərəfdən üzərində “DAYAN! GƏRGİNLİK” sözləri yazılmış təhlükəsizlik plakatı asılmalıdır.

35.7. KPQ-nin ehtiyat yuvalarında gərginlik altına düşməyi istisna etmək üçün insanların bu yuvalara səhvən keçə bilməsinin qarşısını alan tədbirlər görülməli, o cümlədən yuvaların bölmələri və pərdə mexanizmləri mexaniki qıfılla bağlanmalı, şin ilə keçid izolyatoru və şin ilə açarlar arasında şinlənmə sökülməlidir.

36.1. İşləyən və ya ehtiyatda olan transformator yarımstansiyalarının və güc yarımstansiyalarının, şuntlayıcı və qövssöndürən reaktorların (bundan sonra – reaktorlar) qapıları qıfılla bağlanmalı və onların üzərində xəbərdaredici “EHTİYATLI OL! ELEKTRİK GƏRGİNLİYİ” sözləri yazılmalıdır.

36.2. Güc transformatorlarına (reaktorlara) baxış bilavasitə yerdən və ya tutacaqlı stasionar nərdivanlardan yerinə yetirilməlidir.

36.3. İşləyən güc transformatorunda (reaktorlarda) qaz relelərindən qaz nümunəsinin götürülməsi güc transformatorunu (reaktoru) yükdən azad etdikdən və açdıqdan sonra yerinə yetirilməlidir.

36.4. Güc transformatorunun (reaktorlarının) çənindən aktiv hissələrin çıxarılması və ya gövdənin qaldırılması ilə əlaqədar işlər hazırlanmış və təsdiq olunmuş işlərin icra layihələri üzrə yerinə yetirilməlidir.

36.5. Güc transformatorunun (reaktorun) çəninin daxilində metal düymələri olmayan, hərəkət üçün rahat, bədəni ifrat isinmədən və yağla çirklənmədən mühafizə edən xüsusi geyimlərdə, rezin uzunboğaz çəkmələrdə, mühafizə dəbilqəsi və əlcəklərdən istifadə etməklə işlənilməlidir.

36.6. Transformator yağlarının regenerasiyası üzrə işlər (qurudulma, təmizlənmə, qazlardan təmizlənmə) xüsusi geyimlərdən və ayaqqabılardan istifadə etməklə yerinə yetirilməlidir.

36.7. Elektrostatik yüklərin yaranmasının qarşısını almaq üçün transformator yağlarının boşaldılması və doldurulması prosesində gərginliyi 110 kV və daha yuxarı olan güc transformatorlarının girimləri torpaqlanmalıdır.

36.8. İnsanların işdə olan güc transformatorunun çəninin üstünə çıxması, həmçinin aşkar zədələnmə əlamətləri olan gərginlik altında olan güc transformatorlarına yaxınlaşması qadağandır.

36.9. Transformator yağının buxarlarının alışmasının qarşısını almaq məqsədilə qaynaq yerindən 200-250 mm yuxarı səviyyədə yağ doldurduqdan sonra işləməyən güc transformatorlarında qaynaq işlərinin aparılmasına yol verilir. Qaynaq işləri aparılarkən yağ sızmalarını aradan qaldırmaq məqsədilə güc transformatorlarında qaynaq yerində yağ sızmasının kəsilməsini təmin edən vakuum yaradılmalıdır.

36.10. QSR-in qoşulması və açılması dielektrik əlcəklərdə və botlarda yerinə yetirilməlidir.

36.11. QSR-i işə salarkən ilk öncə transformator qoşulur, sonra isə ayırıcı ilə QSR işə salınır, QSR-i işdən çıxaranda isə əməliyyat əks-ardıcıllıqla yerinə yetirilir. Şəbəkədə yerəqapanma yarandıqda QSR-i qoşmaq və açmaq qadağandır.

36.12. Kompensasiya cərəyanının pilləli tənzimlənməsi olan QSR-in budaqlanmalarının çevirmələri yalnız onu açdıqdan sonra texniki və təşkilati tədbirlər yerinə yetirilməklə aparılmalıdır.

36.13. QSR yerləqapanma tutum cərəyanlarının kompensə olunma rejimində işləyərkən dielektrik botlardan istifadə etmədən QSR-ə 8 m məsafədə yaxınlaşmaq qadağan olunur.

37.1. Quraşdırma və qaynaq işlərində cərəyan transformatorlarının birinci dolaqlarının dövrəsindəki şinləri cərəyandaşıyan naqil qismində istifadə etmək qadağandır.

37.2. Cərəyan transformatorlarında və ya onların ikinci dolaqlarına qoşulmuş dövrələrdə işlər aparılarkən aşağıdakı təhlükəsizlik tələblərinə riayət edilməlidir:

37.2.1. ikinci dolaqların sıxacları onlara qoşulmuş dövrələrin quraşdırılmasının başa çatmasınadək qısa qapanmalıdır. Taxma elektrik izoləedici alət vasitəsilə quraşdırılır. Quraşdırılmış dövrəni cərəyan transformatoruna birləşdirdikdən sonra taxma (qısaqapanma) yaxındakı sıxaclar yığmasına köçürülməli və quraşdırma tam başa çatdıqdan və quraşdırılmış dövrələrin birləşdirilməsinin düzgünlüyü yoxlandıqdan sonra çıxarılmalıdır;

37.2.2. dolaqların qütblüyünü yoxlayarkən onu yoxlayan cihaz cərəyan impulsu birinci dövrəyə verilməmişdən əvvəl ikinci dolağın sıxacına birləşdirilməlidir.

38.1. Elektrik qazanlarına qoşulmuş boru kəmərlərində boru kəmərlərinin mühafizə torpaqlanmasını pozan işlərin görülməsi qadağandır.

38.2. Boru kəmərlərinin ayrılması üzrə işlər yerinə yetirilməzdən öncə (siyirtmələrin və ya boru hissəsinin dəyişdirilməsi) boru kəmərinin ayrılan hissələrinin elektrik qaynağı vasitəsilə etibarlı elektriki birləşmə yerinə yetirilməlidir. Bu cür birləşməyə dair tələb ayrılma yerində təhlükəsiz dövrələməyə şamil olunmur.

38.3. Gövdəsi izolə olunmuş elektrik qazanının üz örtüyü qıfılla bağlı olmalıdır. Örtüyün açılmasına yalnız qazandan gərginlik çıxarılandan sonra yol verilir.

39.1. Elektrik süzgəclərinin istismarı zamanı aşağıdakılar qadağan olunur:

39.1.1. naryadın “Ayrıca göstərişlər” sətrində qeyd edilmiş hallar istisna olmaqla, insanların elektrik süzgəcinin içində olduğu müddətdə silkələmə mexanizmlərinin işə salınması;

39.1.2. təmir işlərinin elektrik süzgəclərinin bunkerlərində və seksiyalarında eyni vaxtda yerinə yetirilməsi;

39.1.3. qidalandırıcı aqreqatların bloklayıcı qurğuları nasaz olduğu zaman elektrik süzgəclərinin seksiyalarının lüklarının və oyuqlarının kilidlərinin olmaması və yaxud nasaz olduğu zaman elektrik süzgəclərinə və onları qidalandıran kabellərə gərginliyin verilməsi.

39.2. Elektrik süzgəclərinin istənilən seksiyasında, ehtiyat şində, bu seksiyanı qidalandıran kabeldə işlər yerinə yetirilən zaman həmin elektrik süzgəcinin digər seksiyalarını qidalandırıcı aqreqatlar və qidanlandıran kabellər açılır və torpaqlanır.

39.3. Elektrik süzgəclərini açdıqdan sonra ondan və qidalandıran kabellərdən statik yük elektrik aqreqatlarının torpaqlanması vasitəsilə çıxarılır. Elektrik süzgəclərinin torpaqlanmamış hissələrinə toxunmaq qadağandır.

39.4. Elektrik süzgəclərində işlər silkələmə mexanizmlərinin elektrik avadanlıqlarında, elektrik süzgəclərinin və qaz yollarının daxilində işlər də daxil olmaqla naryad üzrə aparılmalıdır.

39.5. Bloklayıcı torpaqlayıcı qurğuların, yüksəldici-düzləndirici aqreqatların yüksək gərginlikli çıxışlarının torpaqlayıcı bıçaqlarının mövcud olmasından asılı olmayaraq, elektrik süzgəclərində işləyərkən səyyar torpaqlayıcı taxılmalıdır.

39.6. Elektrik süzgəclərinin və qaz yollarının daxilində işləyərkən gərginliyi 12 V-dan yuxarı olmayan elektrik lampalarından istifadə etməyə yol verilir, bu halda, alçaldıcı transformator elektrik süzgəcinin gövdəsindən xaricdə yerləşməlidir.

39.7. İnsanların elektrik süzgəclərinin seksiyalarına işləməyə buraxılmasından əvvəl bu seksiyalar ventilyasiya olunmalı və bunkerlərdən kül çıxarılmalı, hərarət isə 45ºC-dən yüksək olmamalıdır.

39.8. Elektrik süzgəclərinin və qaz yollarının daxilində qaynaq işləri apararkən elektrik qaynaq aqreqatı yüksüz işləmə gərginliyinin avtomatik açma və ya 0,5 saniyədən az müddətdə gərginliyi 12 V-dək aşağı salan qurğu ilə təchiz olunmalıdır.

40.1. Turşulu və qələvli akkumulyator batareyalarının qapıları qıfılla bağlı otaqlarda yerləşdirilməlidir. Bu otaqlara baxış keçirilməsi və orada işlərin icrası üçün açarlar həmin otağın istismarçısı tərəfindən müəyyənləşdirilmiş ardıcıllıq üzrə verilir.

40.2. Akkumulyator otaqlarında siqaret çəkmək, oraya odla girmək, orada qığılcım yarada biləcək elektrik qızdırıcı cihazlardan, aparatlardan və alətlərdən istifadə etmək qadağandır. Bu halda bu Qaydaların 40.10-cu bəndində göstərilən işlər istisna təşkil edir.

40.3. Akkumulyator otaqlarının qapılarında “AKKUMULYATOR OTAĞI”, “SİQARET ÇƏKMƏK QADAĞANDIR” və ya “ODDAN TƏHLÜKƏLİDİR” sözləri yazılmalı və təhlükəsizlik işarələri bərkidilməlidir.

40.4. Akkumulyator otaqlarında çəkici-sovurucu ventilyasiyası doldurma başlamazdan əvvəl qoşulur və doldurma qurtardıqdan azı 1,5 saat sonra açılır.

40.5. Akkumulyator otağında elektrolit ilə işlərin görülməsi üçün aşağıdakılar olmalıdır:

40.5.1. elektrolit düzəltmək və onu qaba tökmək üçün tutumu 1,5-2,0 litr olan lüləkli şüşə, yaxud çini (polietilen) qulplu qab və ya qrafin;

40.5.2. neytrallaşdırmaq məqsədilə turşu batareyaları üçün 5%-li soda məhlulu və qələvi batareyalar üçün 10%-li bor turşusu, yaxud 9%-li sirkə essensiyası;

40.5.3. xüsusi geyim, əlləri, ayaqları, üzü və gözləri mühafizə edən fərdi mühafizə vasitələri;

40.5.4. əlləri yumaq üçün su;

40.5.6. turşulu batareyalar üçün içərisində kəpək olan yeşik.

40.6. Turşu, qələvi və distillə olunmuş su ayrıca, ağzı möhkəm bağlı şüşə qablarda saxlanmalıdır. Elektrolit, distillə olunmuş su və neytrallaşdırıcı məhlul doldurulmuş qabların üzərində maddənin adı qeyd olunmalıdır.

40.7. Ayrıca otaqda akkumulyatorları doldurmaq üçün turşu ilə birlikdə distillə olunmuş suyun da saxlanılmasına yol verilir.

40.8. İçində turşu və qələvi olan şüşə butulkaları əl ilə mütləq 2 (iki) nəfər daşımalıdır. İçində butulka olan səbət dəstəyi olan taxta yeşiyə yerləşdirilir, yaxud ortasında oyuğu olan xərəklərlə daşınır. Butulka ilə səbətin birlikdə hündürlüyünün 2/3 hissəsi həmin oyuğa yerləşməlidir.

40.9. Elektroliti hazırlayan zaman aşağıdakı təhlükəsizlik tələblərinə riayət edilməlidir:

40.9.1. turşu və qələvi ilə işləyərkən xüsusi geyim, əlləri, ayaqları, üzü və gözləri mühafizə edən fərdi mühafizə vasitələri geyinilməlidir;

40.9.2. aşındırıcı qələvinin qırıntıları çuval bezinə bükülərək təyin olunmuş yerdə əzilməlidir;

40.9.3. elektroliti hazırlayan zaman məhlulun intensiv qızmaması üçün turşu nazik şırnaqla qulplu qabdan içərisində distilə olunmuş su olan çini, yaxud digər termodavamlı qaba tökülür. Bu zaman elektrolit fasiləsiz şüşə çubuq ilə, yaxud borucuqla ya da turşuyadavamlı plastmasdan qarışdırıcı ilə qarışdırılmalıdır;

40.9.4. şüşə qabda distillə olunmuş suyu sulfat turşusuna tökməklə elektrolit hazırlamaq qadağandır. Hazır elektrolitin üzərinə su doldurulmalıdır;

40.9.5. döşəməyə dağılmış turşunun üzərinə dərhal kəpək səpilməli, səylə qarışdırılmalı və ardınca yığışdırılmalıdır.

40.10. Akkumulyator otaqlarında lövhələrin lehimlənməsinə aşağıdakı təhlükəsizlik tələblərinə riayət etməklə yol verilir:

40.10.1. lehimləməyə yüklənmə qurtardıqdan azı iki saat sonra yol verilir;

40.10.2. daima doldurulma üsulu ilə işləyən batareyalar, işin başlamasına iki saat qalmış boşalma rejiminə keçirilməlidir;

40.10.3. işə başlamazdan iki saat qabaq otaq havası ventilyasiya olunmalıdır;

40.10.4. lehimlənmənin icrası zamanı otaqda fasiləsiz ventilyasiya aparılmalıdır;

40.10.5. lehimlənmə yeri qalan batareyalardan odadavamlı lövhələrlə çəpərlənməlidir;

40.10.6. qurğuşun və onun birləşmələri ilə zəhərlənmənin qarşısını almaq üçün akkumulyator batareyalarının istismarı və təmiri üzrə təlimata uyğun ehtiyat tədbirləri görülməlidir və iş günü rejimi müəyyən olunmalıdır;

40.10.7. işlər naryad üzrə aparılmalıdır.

40.11. Akkumulyator batareyalarına və doldurucu qurğulara bunun üçün hazırlıq keçmiş, elektrik təhlükəsizliyi üzrə ІII qrupdan aşağı olmayan qrupa malik mütəxəssis xidmət etməlidir.

40.12. Az xidmət olunan maye elektrolitli qapalı və ya helium elektrolitli hermetik və digər bənzər növlü akkumulyator batareyalarını istismar edərkən istehsalçıların konkret növ batareyalar üçün istismar sənədlərində göstərilmiş əməyin mühafizəsi üzrə tələbləri yerinə yetirilməlidir.

41.1. Stasionar boşaldıcı qurğuların olmasından asılı olmayaraq, qurğunun qida mənbəyindən açılmasından sonra kondensatorlar iş zamanı onlara və ya onların cərəyandaşıyan hissələrinə toxunmazdan öncə boşaldılmalıdır. Kondensatorların boşaldılması (qalıq gərginliyinin sıfıra kimi alçaldılması) elektrik izoləedici ştanqa bərkidilmiş boşaldıcı qurğu ilə çıxışları gövdəyə qapama vasitəsilə aparılır.

41.2. Kondensatorların çıxışları elektrik qurğularına qoşulmayıbsa, amma elektrik sahəsinin (induksiyalanmış gərginliyin) təsir zonasında yerləşirsə, qısaqapanmalı və torpaqlanmalıdır.

41.3. Kondensatorların boşaldılmasına və torpaqlanmasına kimi reaktiv gücün fərdi kompensasiyasına malik asinxron elektrik mühərriklərinin şəbəkədən açılmış dolaqlarının klemmalarına toxunmaq qadağandır.

41.4. Trixlordifenil ilə hopdurulmuş və sızması olan kondensatorların gövdəsinə əlcək geyinmədən toxunmaq qadağandır. Trixlordifenil dəriyə düşdükdə o sabunlu su ilə, gözə düşdükdə gözlər bor turşusunun zəif məhlulu və ya natrium bikarbonatın məhlulu ilə bir stəkan suya bir çay qaşığı xörək sodası əlavə etməklə yuyulmalıdır.

42.1. Mühəndis-kommunikasiya təminatı sistemlərinin mühafizə zonalarında istismarla bağlı qazıntı işlərinə yalnız torpaq sahibindən asılı olaraq, yerli icra hakimiyyəti orqanlarından və ya yerli özünüidarəetmə orqanlarından, habelə qazıntı aparılan torpağın sahiblərindən və həmin təminat sisteminin mülkiyyətçisindən yazılı icazə alındıqdan sonra başlanılmalıdır.

42.2. Mühəndis-kommunikasiya təminatı sistemlərinin yerləşdirilmə dərinliyinin müəyyən edilməsi üçün qazıntı işləri plan (diaqram) ilə yerinə yetirilməlidir. Yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinin yeri həm planda (diaqramda), həm də işləmə yerində qeyd edilməlidir. KX-nin mühafizə zonasında yerləşən torpaq işlərinin icrası texniki reqlamentlərə müvafiq olaraq yerinə yetirilməlidir.

42.3. Kabellərin qazılmasına başlamazdan əvvəl istismarçının KX-nin mülkiyyətçisinin nəzarəti altında KX-ni şurflamaqla KX-nin döşənmə dərinliyi təyin edilməlidir.

42.4. Qazılmış özül çalaları, xəndəklər və ya çalalar bu Qaydalara uyğun çəpərlənməlidir. Çəpərlərin üzərində xəbərdaredici yazılar və işarələr olmalıdır. Küçələrdə, keçidlərdə, yaşayış məntəqələrinin həyətlərində, həmçinin adamların və nəqliyyatın hərəkətli yerlərində quraşdırılmış çəpərlərin üzərində işıqlandırıcı siqnallama quraşdırılır. Lampalar üçün 12 V gərginlikdən istifadə olunur və onlar çəpərlərin sonundakı lövhələrdə quraşdırılır.

42.5. Açıq muftalar qanovun üzərindən atılmış tirlərə məftil və yaxud trosla asılmış möhkəm taxta tirlərə bərkidilməli və qutu ilə örtülməlidir. Qutunun bir üzü çıxarılabilən olmalı və mismardan istifadə etmədən bərkidilməlidir. Qazılıb çıxarılmış kabelləri örtən qutuların üzərində “DAYAN! GƏRGİNLİK” sözləri yazılmış plakat asılmalıdır.

42.6. Kabelləri asmaq üçün qonşu kabellərdən, boru kəmərlərindən və digər kommunikasiya xətlərindən istifadə etmək qadağandır.

42.7. Kabellər dolaşmadan asılmalıdır.

42.8. Muftaları açmazdan, yaxud kabeli kəsməzdən əvvəl əmin olunmalıdır ki, bu əməliyyatlar məhz həmin kabeldə aparılır. Kabel dövrədən açılmalı və gərginlik verilə bilən hər tərəfdən torpaqlanmalıdır.

42.9. Təmir olunacaq kabel işləmə yerində aşağıdakılarla müəyyən edilir:

42.9.1. tuneldə, kollektorda, qanovda, binanın divarları üzrə çəkilən zaman kabel düzümünü cizgi və sxemlə izləməklə, müqayisə etməklə, birka üzrə yoxlamaqla;

42.9.2. kabellər yerdə çəkilən zaman onların yerləşməsini çəkilmə cizgisi ilə müqayisə etməklə (bunun üçün qabaqcadan kabel dəstəsinə köndələn şəkildə kabelləri görməyə imkan verən nəzarət qanovu (şurf) hazırlanır).

42.10. Kabeldə zədələnmə gözlə görünən olmadıqda zədələnmə yerini tapmaq üçün cihazlardan istifadə edilməlidir.

42.11. Kabeli kəsməzdən və ya birləşdirici muftanı açmazdan öncə bunun üçün hazırlanmış alətin köməkliyi ilə gərginliyin olmaması yoxlanılmalıdır. Tunellərdə, kollektorlarda və quyularda bu alətlərin tətbiq edilməsinə yalnız məsafədən idarəetmə olduqda yol verilir. Alət kabelin zirehini, yaxud üzqabığını damarlara qədər deşərək və ya kəsərək onların öz aralarında bir-biri ilə və yerlə kontaktını təmin etməlidir.

42.12. Deşici aləti torpaqlamaq üçün yerə 0,5 m-dən az olmayan dərinlikdə basdırılmış torpaqlayıcıdan və yaxud kabelin zirehindən istifadə edilir. Torpaqlanma naqili zirehə xamutlarla birləşdirilir. Bu zaman xamutun altında qalan zireh təmizlənməlidir. Zireh korroziyaya uğrayarsa, torpaqlama naqilini metal üz qabığına birləşdirməyə yol verilir. Zədələnmə nəticəsində cərəyandaşıyıcı damarlar açılıbsa, kabeli deşmədən bilavasitə gərginlik göstəricisi vasitəsilə gərginliyin olmamasını yoxlamaq olar.

42.13. Kabeli deşərkən xüsusi geyimdən, dielektrik əlcəklərdən və mühafizə eynəyindən istifadə edilməlidir. Deşən zaman qanovdan yuxarı izoləedici özülün üstündə deşilməsi nəzərdə tutulan kabeldən mümkün qədər uzaqda durulmalıdır.

42.14. Polad iynəli və ya kəsici ucluqlu elektrik izoləedici ştanqlardan istifadə edərkən xüsusi mühafizə ekranı tətbiq edilməlidir. Kabel işəburaxan və iş icraçısı tərəfindən birgə deşilir. Onlardan biri bilavasitə kabeli deşir, digəri isə nəzarət edir. İş icraçısı eyni zamanda işəburaxanın səlahiyyətlərini icra etdikdə iş rəhbəri ona nəzarət edir.

42.15. Kabellərin uzunluğu və çəkilmə üsulu cizgilər, birkalar və ya kabel axtaran aparatlar vasitəsilə təmir olunmalı, kabeli dəqiq təyin etməyə imkan verdiyi hallarda, elektrik stansiyalarının, qazanxanaların, yarımstansiyaların, sexlərin və digər istehsalat obyektlərinin daxili kabel xətlərində naryadverənin qərarı ilə kabeli onu kəsməzdən və ya muftanı yarmazdan qabaq deşməməyə yol verilir.

42.16. İlkin deşmə edilməyən hallarda, birləşdirici muftaların yarılması və kabellərin kəsilməsi dielektrik əlcəklərdən və botlardan, üz və gözlər üçün fərdi mühafizə vasitələrindən istifadə etməklə və elektrik izoləedici baza üzərində dayanmaqla torpaqlanmış alətlə həyata keçirilməlidir. İlkin deşmədən sonra kabeldə eyni işi sadalanan əlavə təhlükəsizlik tələbləri olmadan həyata keçirməyə yol verilir.

42.17. Odlu işlər aparılarkən alovun yayılmasını məhdudlaşdırmaq üçün odadavamlı materialdan hazırlanmış qalxanlardan istifadə edilməli, yanğının qarşısını almaq üçün tədbirlər görülməlidir.

42.18. Odlu işlər aparılarkən əməyin mühafizəsi üzrə tələbləri bu Qaydalara 1 nömrəli Əlavəyə uyğun olaraq tərtib edilmiş naryadın “Ayrıca göstərişlər” sətrində göstərməklə əlavə naryadın sənədləşdirilməməsinə yol verilir.

42.19. Kabel tunelində odlu işlər yerinə yetirilərkən aşağıdakılara əməl edilməlidir:

42.19.1. işlər axın havalandırmasını qoşmaqla yerinə yetirilməli;

42.19.2. işlər elektrik təhlükəsizliyi üzrə biri IV qrupdan aşağı olmayan, digəri isə III qrupdan aşağı olmayan və işləri aparmağa hüququ olan 2 (iki) mütəxəssis ilə yerinə yetirilməli;

42.19.3. fərdi mühafizə vasitələrindən istifadə etməklə işləməli.

42.20. Kabel barabanlarını diyirlədərkən onun çıxıntı hissələrinin şəxslərin paltarlarına ilişməsinin qarşısını alan tədbirlər görülməlidir. Diyirlətməzdən qabaq kabelin ucları bərkidilməlidir və barabanda olan çıxıntı mıxlar çıxarılmalıdır. Kabel barabanını yalnız üfüqi səthli bərk qrunt və yaxud möhkəm döşənmə üstə diyirlətməyə yol verilir. Kabelləri, boş barabanları, mexanizmləri, yardımçı qurğuları və alətləri bilavasitə qanov kənarından 1 m yaxın yerləşdirmək qadağandır.

42.21. Kabeli əl ilə döşəyən zaman insanların sayı elə olmalıdır ki, kişilər üçün 35 kq-dan, qadınlar üçün isə 15 kq-dan çox olmayan kabel bölməsi olsun. Bu zaman həmin şəxslər kabelin eyni tərəfində olmalı, əlləri yerləşməli, əllərini brezent əlcəklər istifadə etməklə müdafiə etməlidir.

42.22. Kabeli döşəyən zaman şəxslərin dönmə bucağının içində dayanması, həmçinin trasın döngələrində kabeli əl ilə tutulub saxlaması qadağandır. Bu məqsədlə künc roliki quraşdırılır.

42.23. Elektrik cərəyanı vasitəsilə kabeli qızdırmaq üçün 380 V-dan yuxarı gərginliyin tətbiqi qadağandır.

42.24. Kabelin döşənməsini və muftaların daşınmasını yalnız kabeli dövrədən açdıqdan sonra yerinə yetirmək olar. Gərginlik altında olan kabellərin yenidən döşənməsinə aşağıdakı şərtlərlə yol verilir:

42.24.1. yenidən döşənən kabelin temperaturu + 5ºC-dən aşağı olmamalıdır;

42.24.2. muftalar kabellərin yenidən döşənmə sahəsində taxta lövhələrə xamutlar vasitəsilə möhkəm bərkidilməlidir;

42.24.3. dielektrik əlcəklərlə işlənilməli, əlləri mexaniki zədələnmədən qorumaq üçün bu əlcəklərin üzərindən brezent əlcəklər geyinilməlidir;

42.24.4. işləri gərginliyi 1000 V-dan yuxarı olan elektrik qurğularında elektrik təhlükəsizliyi üzrə V qrupdan, gərginliyi 1000 V-a qədər olan elektrik qurğularında elektrik təhlükəsizliyi üzrə IV qrupdan aşağı olmayan qrupa malik iş rəhbərinin rəhbərliyi altında kabel döşəmək üzrə təcrübəsi olan şəxslər icra etməlidir.

42.25. Kabeli hərəkətli konveyerdən, kabeldöşəyəndən, bu məqsədlərə uyğunlaşdırılmış maşından və ya borudöşəyəndən başqa yerə döşəyən zaman kabeli ən azı 2 (iki) şəxs qəbul etməli və çəkməlidir.

42.26. Kabelləri divarların dəliklərindən dartıb keçirməyə şəxslər divarın hər 2 (iki) tərəfində yerləşdiyi halda yol verilir. Kabelləri, mərtəbələrarası arakəsmələrdən, borular və dəliklərdən keçirərək çəkərkən insanların əllərinin dəliklərə və ya borulara düşməyinin qarşısını almaq üçün təhlükəsizlik tədbirləri görülməlidir.

42.27. Söykəmə nərdivanı və açıla bilən əl nərdivanı vasitəsilə 1 metrinin çəkisi 1 kq-dan çox olan kabeli qaldırmaq, bərkitmək və hamarlamaq qadağandır.

42.28. Kabelləri bucurqat vasitəsilə aralıq kabel quyuları olan boru bloklarından çəkərkən quyuda və ya kameralarda olan şəxslərə dəqiq, o cümlədən telekommunikasiya vasitələri və şərti siqnallama ilə komanda verilməsi təmin olunmalıdır.

42.29. Kabelli barabanlar yükqaldıran maşınlar vasitəsilə yüklənilməli və boşaldılmalıdır.

42.30. İşləyənlərin diyirlənən barabanın yolunda dayanması qadağandır.

42.31. Yeraltı tikililərdə işlər bu Qaydaların 42.32 – 42.45-ci bəndlərinə riayət etməklə aparılmalıdır.

42.32. Elektrik qurğusunun istismarçısında təsdiqlənmiş zərərli və partlayış təhlükəli maddələrin yarana biləcəyi yeraltı tikililərin siyahısı olmalıdır. Zərərli və partlayış təhlükəli maddələrin yarana biləcəyi yeraltı tikililər, planda və sxemdə göstərilməlidir. Bu cür yeraltı tikililərin lükları və qapıları etibarlı bağlanmalı və üzərində təhlükəsizlik işarələri olmalıdır.

42.33. Yeraltı tikililərdə işləmə yerinə kabellərə, kontakt naqillərinə, elektrik avadanlığının gövdəsinə toxunmadan təyin olunmuş marşrut üzrə gedilməlidir.

42.34. Hava mühitində zərərli və partlayış təhlükəli maddələrin mövcudluğunu yoxlamadan işə başlamaq qadağandır. Çəkici-sorucu ventilyasiyası olan kollektorlarda və tunellərdə işə başlamazdan əvvəl yerli sərəncamverici sənədlə təyin olunmuş müddətə ventilyator işə salınır. Bu zaman qazın olmamasının yoxlanılması şərt deyil.

42.35. Yeraltı tikililərdə işə başlayanadək və iş zamanı təbii və ya məcburi havalanma təmin olunmalıdır.Kabel kollektorlarında və tunellərində işləyərkən aralarında insanlar olan 2 (iki) lük və ya 2 (iki) qapı açıq olmalıdır. Açıq lükun yanında xəbərdaredici təhlükəsizlik işarəsi və ya çəpərləmə qurulmalıdır.

42.36. Zərərli və partlayıcı maddələrin yığıla biləcəyi yeraltı tikililərdən başqa yeraltı tikililərin yoxlanılması və onlarda konstruksiyaların təmizlənməsi, rənglənməsi, bina hissələrinin təmiri və bu kimi işlər ən azı 2 (iki) şəxs tərəfindən aparılmalıdır. Bu zaman ağzı açıq olan lükun yaxınlığında xəbərdarlıq işarəsi qoyulmalı və yaxud lük çəpərlənməlidir. Quyuda elektrik təhlükəsizliyi üzrə ІІІ qrupdan aşağı qrupa malik bir mütəxəssis işləməli, digəri isə lükun yanında növbə çəkməlidir.

42.37. Sığortalayıcı kəmər (montyor kəməri) və üstə çıxarılmış kəndir olmadan quyuya düşmək və orada işləmək qadağandır. Elektrik təhlükəsizliyi üzrə ІV qrupdan aşağı olmayan qrupa malik mütəxəssisin tunellərə baxış keçirməsinə yol verilir.

42.38. Zərərli və partlayış təhlükəli maddələrin yığıla biləcəyi yeraltı tikililərdə işləri, həmçinin onlara düşməklə baxış keçirməyi naryad üzrə ikisi sığortalayıcı olmaqla, ən azı 3 (üç) şəxs aparır. Bu zaman iş icraçısı elektrik təhlükəsizliyi üzrə ІV qrupdan aşağı qrupa malik olmamalıdır. İşi yerinə yetirən ilə sığortalayıcılar arasında şərti siqnallama əlaqəsi olmalıdır.

42.39. Quyuda işlər zamanı çən konstruksiyasının daxilində olan mütəxəssislər elektrik təhlükəsizliyi üzrə ІII qrupdan aşağı qrupa malik olmamalıdır.

42.40. Kollektorlarda, tunellərdə, kabel tikililərdə aparılan odlu işlərin həcmi və aparılması vaxtı onların istismarçısı ilə razılaşdırılmalıdır.

42.41. Kabel döşənən kollektorlarda, tunellərdə, kabel yarımmərtəbələrində və digər yerləşgələrdə mayeləşdirilmiş propan-butan balonlarından istifadə etməklə işləyən zaman balonların yekun tutumu 5 (beş) litrdən çox olmamalıdır.

42.42. İşlər qurtardıqdan sonra qaz balonları yerləşgədən çıxarılmalı, havası isə ventilyasiya olunmalıdır.

42.43. Kabellərin zədələnmiş yerini yandıran zaman quyularda qalmaq qadağandır, kollektorlarda və tunellərdə isə yalnız 2 (iki) açıq girişlərin arasında qalan sahədə qalmağa yol verilir. Kabelləri yandıran zaman onlar üzərində işləmək qadağandır. Yanğın olmasın deyə kabeli yandırdıqdan sonra ona baxış keçirilməlidir.

42.44. Tunellərdə işə buraxılışdan və texniki baxış keçirməzdən qabaq, yanğından mühafizə sistemi avtomatik idarəetmədən məsafədən idarəetməyə keçirilir və açarın üzərində “QOŞMA! ADAMLAR İŞLƏYİR” sözləri yazılmış plakat asılmalıdır.

42.45. Quyularda, kollektorlarda və tunellərdə uzunmüddətli işləyən zaman onlarda qalma müddətini yerinə yetirilən işin şəraitindən asılı olaraq, iş rəhbəri və yaxud naryadverən müəyyən edir.

42.46. Yeraltı tikililərdə işləri yerinə yetirmək üçün partlayışdan mühafizə olunmuş gərginliyi 12 V olan işıqlandırıcıdan və yaxud akkumulyator fənərlərindən istifadə olunur. İşıqlandırıcı üçün 12 V-luq transformator yeraltı tikilidən kənarda yerləşdirilməlidir.

43.1. HX-nin dayaqlarının və naqillərinin sökülməsi, dayaqların elementlərinin dəyişdirilməsi iş rəhbərinin iştirakı ilə texnoloji kart və ya işlərin icra layihələri üzrə yerinə yetirilməlidir.

43.2. Dayağa qalxmaq və onun üzərində işləməyə yalnız dayağın kifayət qədər möhkəm və dayanıqlı olduğunu yoxladıqdan sonra yol verilir.

43.3. Möhkəmliyi şübhə doğuran (dərinliyin kifayət qədər olmaması, qruntun şişməsi, ağacın çürüməsi, betonda çatların, cırılmaların olması) dayağın bərkidilmə zəruriliyi və üsulunu işləmə yerində iş icraçısı və ya iş rəhbəri təyin etməlidir.

43.4. Dartıcılar vasitəsilə dayaqların bərkidilməsi üzrə işlər dayağa qalxmadan, yəni qaldırıcı platforma və ya dayağa qalxmaq tələb olunmayan digər mexanizmdən istifadə edilməklə yerinə yetirilməlidir. Dayağa qalxmağa yalnız onu bərkitdikdən sonra yol verilir.

43.5. Naqillərin və trosların birtərəfli ağırlığına hesablanmamış və müvəqqəti bu ağırlığa məruz qalan dayaqların aşmasının qarşısını almaq üçün onlar öncədən bərkidilməlidir. Dayaqlar bərkidilənədək naqillərin tamlığını pozmaq və dayaqlarda bağları çıxarmaq qadağandır.

43.6. Gərginliyi 0,4–10 kV olan HX-lərin sökülməsi üzrə işləri görmək üçün dayaqlara lazlar, nərdivanlar vasitəsilə qalxmaq aşağıdakı qüsurlar olduqda qadağandır:

43.6.1. dirəyin yuxarı ucunun şaquli ox boyunca və xəttin köndələninə meyilliliyi 10 sm-dən çox olduqda;

43.6.2. dayağın qrunta basdırılması layihədə göstərilən dərinlikdə olmadıqda;

43.6.3. dayaq qrunta layihədə göstərilən dərinlikdə bastırılmış, amma özül çalası tam doldurulmamış və doldurulmuş qrunt döyəclənmədikdə;

43.6.4. beton dirəklərdə və ya söykəmələrdə uzununa və ya köndələninə çatlamalar, armaturların üzərini açan boşluqlar və yelçəkən dəliklər mövcud olmadıqda;

43.6.5. dayağın dirəyinin və ya calağının oduncağının radius üzrə 2,5 sm (dayağın diametri 20-25 sm olduqda), 3 sm (dayağın diametri 25-30 sm olduqda) və 4 sm (dirəyin diametri 30 sm-dən çox olduqda) çürüdükdə;

43.6.6. aşırımda 2 və daha çox qırılmış naqil olduqda;

43.6.7. dayaqda yerə qapanma cərəyanlarının fəsadları göründükdə (o cümlədən metal konstruksiyalarda ərimələr, betonda çatların əmələ gəlməsi, dayağa yapışıq qruntun əriməsi, otların yanması);

43.6.8. dirəyi calağa bərkidən bandajın məftillərinin qırıldığı halda.

43.7. Bu Qaydaların 43.6-cı bəndində sadalanan qüsurlar səbəbindən iş görülməsi üçün briqada üzvləri mobil qaldırıcı platformadan istifadə etməklə dayağın elementinə qalxmalı, onun üzərində işləməlidirlər.

43.8. Dayaqlarda işləyərkən aşağıdakılar qadağandır:

43.8.1. sonuncu naqillərdə zədələnmələrin aradan qaldırılması üçün mobil qaldırıcı platformadan istifadə etmədən işləmək;

43.8.2. aralıq dayaqlarda ilkin bərkitmə aparmadan 2 (iki) və daha çox naqilin tamlığını pozmaq və dayaqlarda izolyatorların 2 (iki) və daha çox naqillərinin bağlanmasını çıxarmaq;

43.8.3. dayağa qalxarkən işlək olmayan və sınaqdan keçirilməyən qarmaq, laza, sığorta bağı (mühafizə kəməri) istifadə etmək;

43.8.4. çubuqvari izolyatorlu künc dayaqlarında daxili bucaq tərəfdən qalxmaq və işləmək;

43.8.5. dayaqlarda işləyərkən metal konstruksiyaları (o cümlədən oxları, qarmaqları, traversləri) bərabərləşdirmək üçün zərbə alətlərindən istifadə etmək;

43.8.6. üstündə iş aparılan və əşyaların insan həyat və sağlamlığı üçün təhlükə törədə biləcək yüksəklikdən düşmə ehtimalı olan dayağa yaxın yerlərdə dayanmaq;

43.8.7. tufan yaxınlaşanda, küləyin sürəti 15 m/san. olduqda buzbağlama, qar, yağış yağanda dayaqda işlər aparmaq və şəbəkələrdə qəza açılmalarını və zədələnmələri aradan qaldıran zaman əlavə təhlükəsizlik tələblərini həyata keçirmək.

43.9. Hündürlükdə görülən işəburaxılan və elektrik təhlükəsizliyi üzrə qrupları olan aşağıdakı briqada üzvlərinə dayağa qalxmağa yol verilir, lakin bu Qaydaların tələblərinə uyğun olaraq dayaqların rənglənməsi üzrə işlər istisna təşkil edir:

43.9.1. elektrik təhlükəsizliyi üzrə ІII qrupdan aşağı qrupa malik olmayanlara - dayağın başınadək bütün növ işlər;

43.9.2. elektrik təhlükəsizliyi üzrə ІI qrupdan aşağı qrupa malik olmayanlara - gərginliyi çıxarmaqla görülən işlər zamanı dayağın başınadək gərginlik altında olan HX-nin alt naqillərindən insanın başına qədər 2 m məsafədən uzaq olan bu HX-nin cərəyandaşımayan hissələrindəki bütün növ işlər.

43.10. Ağac və dəmir-beton dayaqlara qalxarkən sığortalayıcı kəndirin qayışı (qoruyucu kəmərin iplərini) dayağın arxasından keçirilməlidir. Dayaqda işləyərkən sığortalayıcı qayışdan (qoruyucu kəmərdən) istifadə edilməli və hər 2 (iki) caynağa dirənməlidir. Dayağın dirəyində işləyərkən elə yerləşdirilməlidir ki, gərginlik altında olan yaxın naqil nəzərdən qaçmasın. Çubuqvari izolyatorları olan dayaqlarda naqillərin dəyişdirilməsi növbə ilə aparılır. Dayağın detallarını dəyişərkən onların yerinin dəyişməsi və düşməsi istisna olunmalıdır.

43.11. П və AП şəkilli dayaqların tək və cütləşdirilmiş artırmalarını dəyişən zaman dayağın 2 (iki) ayağını eyni zamanda qazıb çıxarmaq qadağandır. Artırmanın quraşdırılmasına dayağın bir ayağında başlanmalıdır və yalnız bu ayaqda artırmanı dəyişdikdən, bandajları bərkitdikdən və torpağı sıxlaşdırıb möhkəmləndirdikdən sonra digər ayaqda artırmanın dəyişdirilməsinə başlamaq olar. Cütləşdirilmiş artırmalar növbə ilə dəyişdirilməlidir.

43.12. Artırmanı çıxaran və yaxud düşürən zaman özül çalasında dayanmaq qadağandır.

43.13. Dayağın yıxılmasının və qurulmasının üsullarını, əyilməsinin qarşısının alınması üçün onun möhkəmləndirilməsi zəruriliyini və üsullarını iş rəhbəri müəyyən edir.

43.14. İzoləedici asmalarda (izolyatorların zəncirində) işləyən zaman birdövrəli və çoxdövrəli (iki və daha çox zəncirli izolyatorlar) saxlayıcı və çoxdövrəli dartıcı asmalar üzrə yerdəyişməyə yol verilir. Birdövrəli dartıcı zəncir üstündə xüsusi qurğudan istifadə etməklə onlar olmadıqda isə zəncir üstündə uzanmaqla və bədən vəziyyətini saxlamaq üçün ayaqları traversə ilişdirməklə işləməyə yol verilir. Bu zaman sığortalayıcı qayışdan (qoruyucu kəmərin iplərindən) istifadə edilməlidir.

43.15. Saxlayıcı izoləedici asmalarda işləyən zaman sığortalayıcı kəndirin qayışı (qoruyucu kəmərin ipləri) traversə bərkidilir. İplərin uzunluğu kifayət qədər deyilsə, kəmərə bərkidilmiş 2 (iki) sığortalayıcı kəndirdən istifadə edilməlidir. Kəndirin biri traversə bağlanılır, qabaqcadan traversin arxasından keçirilmiş ikinci kəndiri isə sığortalayıcı briqada üzvü tədricən buraxır.

43.16. Dartıcı izoləedici asmalarda işləyən zaman sığortalayıcı kəndirin qayışı (qoruyucu kəmərin ipləri) traversə və yaxud bu məqsəd üçün nəzərdə tutulmuş yardımçı vasitəyə bərkidilir.

43.17. Saxlayıcı və dartıcı çoxdövrəli izoləedici asmalarda sığortalayıcı kəndirin qayışının (qoruyucu kəmərin iplərinin) işlər aparılmayan izolyatorların zəncirlərindən birinə bərkidilməsinə yol verilir. Bu kəndiri işlər aparılan zəncirə bərkitməyə yol verilmir. İzoləedici asmanın bölünməsinə gətirib çıxaran nasazlıqlar aşkarlandıqda işlər dayandırılmalıdır.

43.18. Traversə naqilləri, trosları, izolyatorları qaldıran zaman (və yaxud düşürən zaman) yük qaldırılan traversdə və yaxud bu traversin altındakı dirəkdə yerləşmək qadağandır.

43.19. Yükün qaldırılma sxeminin seçilməsi və qaldırıcı blokların yerləşdirilməsi elə hesablanmalıdır ki, dayağın zədələnməsinə səbəb ola biləcək təzyiq yaranmasın.

43.20. Dayağın başına kimi qalxmaqla onun rənglənməsini elektrik təhlükəsizliyi üzrə II qrupdan aşağı olmayan qrupa malik mütəxəssis yerinə yetirir. Dayağı rəngləyən zaman boyanın izolyatorun və naqillərin üzərinə düşməsinin qarşısını alan tədbirlər görülməlidir (o cümlədən altlıqdan istifadə edilir, izolyatorlar plyonka, qumaş və ya digər materialla bağlanır).

43.21. Gərginliyi 6–10 kV olan HX və 1000 V-dək olan izolə olunmuş hava xətlərinin naqillərində işlər gərginlik çıxarılmaqla layihədə nəzərdə tutulmuş yerlərdə torpaqlanmadan sonra aparılır.

43.22. Dayaqların torpaqlanmalarının müqavimətini ölçərkən yerdən izolə olunmuş ildırımdan mühafizə trosunun torpaqlayıcı endirimini ayırmaq və birləşdirmək trosun öncədən torpaqlanmasından sonra edilməlidir.

43.23. HX-də işləyənlərin en kəsiyi 240 mm2-dən az olmayan naqillər üzrə və en kəsiyi 70 mm2-dən az olmayan troslar üzrə hərəkət etməyə yol verilir.

43.24. HX-nin haçalanmış naqilləri və trosları üzrə hərəkət edərkən sığortalayıcı kəndirin qayışı (qoruyucu kəmərin ipləri) onlara bərkidilir, arabacıqlardan istifadə edildikdə isə arabacığa bərkidilir.

43.25. Fəaliyyətdə olan HX ilə kəsişən aşırımlarda işləyərkən kəsişən xətlərin hamısından açılmaqla gərginlik çıxarılmalı və torpaqlanmalıdır. Kəsişən xətlərdə gərginliyin çıxarılması mümkün olmadıqda işlər bu Qaydaların 43.29-cu bəndinin tələblərinə əməl etməklə aparılır.

43.26. Naqilləri (trosları) quraşdırarkən və dəyişdirərkən onlar asta-asta, təkan vermədən açılmalıdır, dartıcı kəndirlər elə yönəldilməlidir ki, dolaşma və gərginlik altında olan naqillərə yaxınlaşma olmasın. Dartmaq və əks-dartmaq üçün bitki mənşəli və ya sintetik liflərdən hazırlanmış kəndirlər istifadə olunmalıdır, onlar minimal uzunluqlu seçilməli və sallaqsız çəkilməlidir. İşlərdə istifadə olunan polad troslar və bucurqadlar torpaqlanmalıdır.

43.27. Barabanın naqili (trosu) açılmazdan öncə onun ucu barabanın oymağına birləşdirilməklə torpaqlanmalıdır, barabanın valı isə barabana yaxın dayağın torpaqlanmasına birləşdirilməlidir.

43.28. Barabanın naqilini (trosunu) açma arabacığı vasitəsilə açarkən torpaqlanma bilavasitə naqilin (trosun) tərpənməz ucunda qoyulur.

43.29. Gərginlik altında olan digər HX ilə kəsişən HX-nin naqillərində işlər icra olunarkən torpaqlanma işlər aparılan dayaqda qoyulmalıdır. Bu aşırımda naqil asılırsa və ya dəyişdirilirsə, asılan və dəyişilən naqil də torpaqlanmalıdır.

43.30. HX-nin kəsişmələrinin aşırımlarında, gərginlik altında olan naqillərdən aşağıda yerləşən naqilləri (trosları) və onlara aid izolyatorları və armaturları dəyişərkən dəyişilən naqil (tros) vasitəsilə yuxarıda yerləşən naqillərin qırılmasının qarşısını almaq üçün üzərindən bitki mənşəli və ya sintetik kəndir atılmalıdır. Kəndir 2 (iki) yerdən, kəsişmə yerinin hər 2 (iki) tərəfindən və onların uclarını lövbərə və ya konstruksiyaya bərkitməklə atılmalıdır. Naqil (tros) asta-asta qaldırılmalıdır.

43.31. Gərginlik altında olan naqillərdən yuxarıda yerləşən naqillərdə (troslarda) və onlara aid izolyatorlarda və armaturlarda işlər həmin naqillərin istismarçısı tərəfindən təsdiqlənmiş işlərin icra layihələri üzrə yerinə yetirilməlidir. İşlərin icra layihələrində naqillərin (trosların) enməsinin qarşısını almaq və insanların induksiyalanmış gərginliyin təsirindən mühafizəsi üçün təhlükəsizlik tələbləri nəzərdə tutulmalıdır. Bu işləri görərkən naqillərin (trosların) dəyişdirilməsi HX-ni kəsən naqillərdən gərginliyi çıxarmaqla, həmçinin onun kəsişmənin aşırımında torpaqlanması yolu ilə yerinə yetirilməlidir.

43.32. HX-nin dayağında gərginliyi 0,4 kV və 6 – 10 kV olan naqillər ilə birlikdə asılmış HX-nin və küçə işıqlandırması xətlərində naqillərin tənzimlənməsi, quraşdırılması və dəyişdirilməsi üzrə işlər gərginliyi 10 kV-dək olan (daxil olmaqla) HX-nin açılması və onların bu Qaydaların 28-ci hissəsinə uyğun torpaqlanması yolu ilə yerinə yetirilməlidir. İşlər naryad üzrə aparılmalıdır, iş icraçısı elektrik təhlükəsizliyi üzrə ІV qrupdan aşağı qrupa malik olmamalıdır.

43.33. HX və HRX-nin və yayım naqillərinin kəsişmə yerlərində yerinə yetirilən işlər kəsişən xətlərin istismarçıları (sahibləri) ilə razılaşdırılmalıdır.

43.34. İnduksiyalanmış gərginlik altında HX və HRX-də işləri icra edən şəxs HX və HRX açıldıqda torpaqlanmış naqillərinin uclarında (PQ-də) işdə olan HX-nin ən böyük işçi cərəyanının təsirindən induksiyalanmış gərginliyi 25 V-dan yuxarı olan xətləri təyin etməlidir. Bu cür xətlərə xəttin uzunluğu boyu və ya ümumi uzunluğu 2 km-dən az olmayan ayrıca hissəsində gərginliyi 110 kV və daha yuxarı olan digər HX-nin oxundan aşağıdakı məsafədə keçən HX, HRX və elektrikləşdirilmiş dəmir yollarının kontakt elektrik təsərrüfatına aid edilir:

43.34.1. gərginliyi 110 kV olan HX üçün – 100 m;

43.34.2. gərginliyi 220 kV olan HX üçün –150 m;

43.34.3. gərginliyi 330 kV olan HX üçün – 200 m;

43.34.4. gərginliyi 500 kV olan HX üçün – 200 m.

43.35. Elektrik mühafizə vasitələrindən istifadə etmədən bu HX naqillərinə toxunma ilə əlaqədar işlər texnoloji kartlar və ya işlərin icra layihələri üzrə aparılmalıdır. Onlarda işləmə yerlərində induksiyalanmış gərginliyin 25 V-dan yuxarı olmamasını təmin edən torpaqlanmaların yerləşdirilməsi göstərilməlidir.

43.36. HX-lərin istismarçısında açıldıqdan sonra induksiyalanmış gərginlik altında olan xətlərin siyahısı olmalıdır, bu siyahıda induksiyalanmış gərginliyin qiyməti qeyd olunmalıdır. HX-də induksiyalanmış cərəyanın olması naryadın “Ayrıca göstərişlər” sətrində qeyd olunmalıdır.

43.37. İnduksiyalanmış gərginlik altında olan HX-də dayaqdan yerə kimi sallanan naqillərə toxunmaqla yerdən aparılan işlər elektrik mühafizə vasitələrindən (dielektrik əlcəklər, elektrik izoləedici ştanqlardan) istifadə edilməklə və ya naqillərin potensiallarını bərabərləşdirmək üçün bu naqillərə birləşdirilən metal meydançadan yerinə yetirilməlidir. Elektrik mühafizə vasitələrindən və metal meydançalardan istifadə etmədən yerdən aparılan işlərə naqillərin toxunma yerinin bilavasitə yaxınlığında torpaqlanacağı şərti ilə yol verilir.

43.38. İnduksiyalanmış gərginlik altında olan HX-də quraşdırma zamanı istifadə olunan naqillər, polad dartıcı kəndirlər ilk öncə dartıcı mexanizmə bərkidilməlidir və potensialların bərabərləşdirilməsi üçün naqilin torpaqlandığı torpaqlayıcıya birləşdirilməlidir. Naqili və polad dartıcı kəndiri onlarda potensiallar bərabərləşdikdən, yəni onları ümumi torpaqlayıcıya birləşdirdikdən sonra ayırmaq olar.

43.39. İnduksiyalanmış gərginlik altında olan HX-də quraşdırma işləri (naqilləri qaldırması, tuşlanması, gərilməsi, naqillərin diyircək roliklərdən sıxaclara keçirilməsi) aparılarkən naqil onun sonuncu anker dayağına diyircəklə aparıldığı dayaqda və naqilin qaldırıldığı hər bir aralıq dayaqda və anker dayağında torpaqlanmalıdır.

43.40. Aralıq dayaqda işlər qurtardıqdan sonra torpaqlanma bu dayaqdan çıxarılır. Aralıq dayaqda naqilə toxunmaqla işlər yenidən başlayarsa, naqil yenidən bu dayaqda torpaqlanmalıdır.

43.41. İnduksiyalanmış gərginlik altında olan HX-də naqilləri sürüklənən rolikdən saxlayıcı sıxaclara keçirərkən bu naqillər sürüklənmənin əks-istiqamətində aparılmalıdır. Keçirilməyə başlamazdan öncə torpaqlanmış naqilləri anker dayağında keçirilmə aparılacaq tərəfdə saxlamaqla keçirilmə başlayan anker dayağında naqildən torpaqlanma çıxarılmalıdır.

43.42. İnduksiyalanmış gərginlik altında olan HX-də naqilləri quraşdırarkən onlardan torpaqlanmanı yalnız naqili saxlayıcı sıxaca keçirdikdən və həmin dayaqda işlər başa çatdıqdan sonra çıxarmaq olar.

43.43. Naqilləri sıxaclara keçirərkən keçirilmə başa çatan qonşu anker aşırımı induksiyalanmış gərginlik altında olan kimi hesab edilməlidir. Onlarda naqillərə toxunmaqla işlərin aparılmasına onları işləmə yerində torpaqladıqdan sonra yol verilir.

43.44. Mobil qaldırıcı platformadan naqillərdə (troslarda) yerinə yetirilən işlər zamanı, həmin platformanın işçi meydançası potensialın daşınması üçün ştanq vasitəsilə en kəsiyi 10 mm2 olan elastik mis naqil ilə xəttin naqilinə birləşdirilməli, mobil qaldırıcı platforma isə torpaqlanmalıdır. Bu zaman naqil yaxın dayaqda və ya aşırımda torpaqlanmalıdır.

43.45. Naqillərdə (troslarda) işləyərkən aşağıdakılar qadağan olunur:

43.45.1. mobil qaldırıcı platformasını naqillə birləşdirdikdən sonra mobil qaldırıcı platformanın kabinəsinə girmək və ondan çıxmaq, yerdə durub platformanın gövdəsinə toxunmaq;

43.45.2. sonsuz kəndir qismində metal trosdan istifadə etmək.

43.46. Anker dayağında ilgəclər (şleyflər) yalnız bu dayaqla qonşu anker aşırımlarında quraşdırma işləri bitdikdən sonra birləşdirilməlidir. Gərginliyi 110 kV və daha yuxarı olan HX anker dayağında ilgəclər birləşdirilənədək naqilə və ya dartıcı izoləedici asmaya bərkidilməlidir, amma traversdən başlayaraq dördüncü izolyatordan yaxın olmamaqla 35 kV və daha aşağı HX-də isə yalnız naqildə bərkidilməlidir.

43.47. İnduksiyalanmış gərginlik altında olan HX-də (dövrədə) bu gərginliyi 25 V-a kimi azaltmaq mümkün olmursa:

43.47.1. gərginliyi 0,4-10 kV olan xətlərdə naqillərin işləmə yerinin hər 2 (iki) tərəfindən torpaqlanması yerinə yetirməlidir. Bu zaman torpaqlanmalar arasındakı məsafə 100 m-dən çox olmamalıdır;

43.47.2. gərginliyi 10 kV-dan yuxarı olan xətlərdə işlər naqilləri ən çoxu 2 (iki) qonşu dayaqlarda torpaqlamaqla yerinə yetirilməlidir. Bu zaman HX-ni (dövrəni) PQ-də torpaqlamaq qadağandır. Briqadanın yalnız torpaqlanma qoyulmuş dayaqlarda və onlar arasındakı aşırımlarda işləməsinə yol verilir. İki və daha çox aşırımlarda (sahələrdə) işlər aparıldıqda HX (dövrə) anker dayaqlarda ilgəkləri ayırmaq yolu ilə elektrik cəhətdən əlaqəli olmayan hissələrə bölünməlidir. Bu hissələrin hər birində torpaqlanma qoyulan yerin yanında yalnız bir briqada işləyir.

43.48. Dövrələri biri digərinin üzərində yerləşən çoxdövrəli HX-nin açılmış dövrəsində yalnız bu dövrə gərginlik altında olan dövrələrdən aşağı olduqda işləməyə yol verilir. Açılmış dövrənin naqillərini dəyişmək və tənzimləmək qadağan olunur.

43.49. Dövrələri üfüqi yerləşən çoxdövrəli HX-nin açılmış bir dövrəsində işlər aparılarkən dayaqların dirəklərində gərginlik altında qalmış dövrə tərəfdən qırmızı bayraqcıqlar asılmalıdır. Bayraqcıqları yer səthindən 2-3 m hündürlükdə iş icraçısı elektrik təhlükəsizliyi üzrə ІII qrupdan aşağı olmayan qrupa malik briqada üzvü ilə birlikdə asır.

43.50. HX-nin dayağına gərginlik altında qalan dövrə tərəfdən qalxmaq və bu dövrəni saxlayan travers sahəsinə keçmək qadağandır. Dayaqlarda addım-boltlar varsa, onların hansı dövrənin altında yerləşməyindən asılı olmayaraq, onların üzəri ilə qalxmağa yol verilir. Addım-boltlar gərginlik altında qalan dövrələr tərəfdə yerləşirsə, dayağa iş icraçısının və ya elektrik təhlükəsizliyi üzrə ІII qrupdan aşağı olmayan qrupa malik və yer üzərində duran briqada üzvünün nəzarəti altında qalxmağa yol verilir.

43.51. Digər dövrələri gərginlik altında qalan çoxdövrəli HX-nin açılmış dövrəsində işləyərkən işlər aparılan dayaqlarda torpaqlanma qoyulmalıdır.

43.52. HX, nəqliyyat yolları ilə (o cümlədən dəmir yolları, gəmiçiliyə yararlı çaylar, kanallar) kəsişdiyi sahələrdə işlərin icrası və nəqliyyatın hərəkətinin müvəqqəti dayandırılması üçün və ya onun hərəkəti zamanı HX-də işlərin dayandırılması zamanı naryadverən işlərin aparıldığı yerə yolun sahibini çağırmalıdır. Bu sahib nəqliyyatın dayanmasını təmin etməli və ya HX-də işləyən briqadanı yaxınlaşan nəqliyyat barədə xəbərdar etməlidir. Nəqliyyatın buraxılışı üçün hərəkətə maneəçilik törədən HX naqilləri avtomatik hərəkət edən kran, mobil qaldırıcı platforma, naqillər üçün qısqaclı universal ştanqlar və ya başqa vasitələr və qurğuların köməyi ilə təhlükəsiz yüksəkliyə qaldırılmalıdır.

43.53. HX-də, avtomobil yolları ilə kəsişmə sahələrində və ya yaxınlığında işlər zamanı nəqliyyatı və onun hərəkətini idarə edən şəxslərin xəbərdarlığı üçün iş icraçısı siqnallamalar və yol işarələri qoymalıdır.

43.54. Siqnalçılar və yol işarələri kəsişmə yerlərinin hər 2 (iki) tərəfindən 100 m məsafədə və ya HX-nin yollarla yaxın olan hissəsində yerləşdirilməlidir. Siqnalçıların günorta vaxtı özləri ilə qırmızı bayraqları, günün qaranlıq vaxtı isə qırmızı fənərləri və yüksək görüntüyə malik siqnal geyimləri olmalıdır.

43.55. HX trasının ağaclardan təmizlənməsinə (meşə sahələrinin qırılmasına) görə işlər Azərbaycan Respublikasının Meşə Məcəlləsinin tələblərinə uyğun icra olunmalıdır.

43.56. HX trasının təmizlənməsi və HX naqilləri üçün aşmalar ilə təhlükəli ağacların kəsilməsi naryada görə və meşə sahələrinin qırılması işlərinin ayrıca növləri üçün texnoloji kartlara görə icra olunur.

43.57. İşlərin icraçısı işə başlamazdan öncə briqada üzvlərini yıxılan ağacların, kanatların HX naqillərinə yaxınlaşması təhlükəsindən xəbərdar etməlidir.

43.58. Kəsilməyə başlamazdan öncə ağacların naqillərin üzərinə aşmasının qarşısını almaq üçün kanatlardan istifadə olunmalıdır.

43.59. Ağacları mişarlanma və kəsilmə olmadan, eləcə də sona qədər kəsilməmiş hissənin saxlanılmaması ilə yıxmağa yol verilmir. Əyilmiş ağaclar onların əyildiyi tərəfə aşırılmalıdır, lakin ağacların HX-yə aşması təhlükəsi zamanı HX açılmayana qədər onların aşırılmasına yol verilmir.

43.60. Ağacın HX naqilləri üzərinə aşması hallarında HX-dən gərginlik götürülənə qədər ona 8 metrdən az məsafədə yaxınlaşmağa yol verilmir.

43.61. İş rəhbərinin təyinat zəruriliyini naryadverən müəyyənləşdirir.

43.62. Fəaliyyətdə olan HX-də ağacların qol-budaqlarının budanması işlərinə buraxılış bu Qaydaların 16-cı hissəsinə əsasən həyata keçirilir.

43.63. Ağac və onların budaqlarının 5 m-dən artıq hündürlükdə budanması əksər hallarda mobil qaldırıcı platforma ilə, həmçinin elektrik izoləedici zəncirlə (elektrik izolə edici ilə) aparılır. Budaqların kəsilməsi söykənən nərdivandan və ağacdan təkdəstəkli mişar vasitəsilə və ya yerdən elektrik izoləedici ştanqlarda olan mişar və bağban qayçısı ilə yerinə yetirilir. Ağacda kəsimi bir şəxs icra edir. Nərdivanda və ya ağacda qeyri-dayanıqlı vəziyyətdə olarkən şaxə və budaqları mişarlamaq qadağandır.

43.64. Kəsilməyə sığorta bağının (qoruyucu qayış kəmərinin) iplə ağaca və ya öncədən ağac gövdəsinə bərkidilmiş pilləkənin tutqacına iplə bərkidilməsindən sonra başlamağa yol verilir.

43.65. Təbiət hadisələrinin nəticələrinin aradan qaldırılması və aşmış ağacların və budaqların HX naqillərindən götürülməsi, cığırın təmizlənməsi və bu qəbildən olan digər işlər zamanı HX istismarçısı və podratçılar işə cəlb edilməklə müştərək işlərin təhlükəsiz aparılması üçün əlavə tələblər yerinə yetirilməlidir.

43.66. Ağacların hündürlükdə şaxə və budaqlarının kəsilməsi zamanı aşağıdakılar qadağan olunur:

43.66.1. bataqlıq qruntlarda bitən və ya çılpaq kök sisteminə malik ağaclarda əyilmiş, quru, çürümüş, yanmış, şaxə və budaqların kəsilməsi;

43.66.2. sınanmamış və qeyri-inventar nərdivanların istifadəsi;

43.66.3. budaq və şaxələrin balta ilə doğranması;

43.66.4. insanın söykəndiyi, sığorta kəmərinin (qoruyucu kəmər qayışının) ipi bərkidilmiş budaq və şaxələrin kəsilməsi;

43.66.5. şaxə və budaqları kəsilən ağacın altında dayanılması;

43.66.6. nərdivanın ağacın əyilmə istiqamətində quraşdırılması;

43.66.7. quru və ya çürük budaqlara sığorta bağının (qoruyucu kəmər qayışı) ip ilə bərkidilməsi.

43.67. Kəsilmədən sonra budaq və şaxələrin təmizlənməsi üz və göz üçün fərdi mühafizə vasitələrinin istifadəsi ilə icra edilməlidir.

43.68. HX-yə baxış keçirən zaman təmir və ya bərpa işlərini yerinə yetirməyə, həmçinin dayağa və onun konstruksiyasına qalxmağa yol verilmir. Dayağa qalxmağa yalnız hündürlükdən baxış zamanı yol verilir və naryad üzrə yerinə yetirilir.

43.69. Çətin keçilən yerlərdə (o cümlədən bataqlıqlarda, su maneələrində, dağlarda, meşə uçqunlarında) və əlverişsiz hava şəraitində (o cümlədən yağışda, qar yağanda, güclü şaxtalarda), həmçinin günün qaranlıq vaxtlarında elektrik təhlükəsizliyi üzrə ІI qrupdan aşağı olmayan qrupa malik biri rəhbər təyin olunmaqla 2 (iki) mütəxəssis HX-lərə baxış aparmalıdır. Digər hallarda baxışı elektrik təhlükəsizliyi üzrə II qrupdan aşağı olmayan qrupa malik mütəxəssis aparır.

43.70. HX-yə baxış keçirilən zaman naqillərin altında gəzmək qadağandır.

43.71. HX-də zədələnmələri axtaran şəxslərdə xəbərdaredici plakatlar və onları təhlükəli zonada bərkitmək üçün ləvazimatlar olmalıdır.

43.72. Gərginlik altında olan və gərginliyi 6–35 kV olan HX dayaqlarına, qısaqapanma cərəyanının torpağa sızması əlamətləri olduqda (o cümlədən izolyatorlar zədələndikdə, naqillər dayağın dirəyinə toxunduqda, dirəklərdə və dayaqların qruntla bağlanma yerlərində elektrik qövsləri yarandıqda, rütubət torpaqdan buxarlandıqda), həmçinin gərginliyi 1000 V-dan yuxarı olan HX-nin yerə toxunan naqilinə 8 m-dən yaxın məsafədə yaxınlaşmaq qadağandır. Bu hallarda insanların və heyvanların qapanma yerinə yaxınlaşmasının qarşısını almaq üçün naqilin və ya HX-nin dayağının yaxınlığında mühafizə təşkil edilməli, mümkün olarsa, xəbərdaredici nişanlar quraşdırılmalı və baş verənlər barədə HX-nin sahibinə məlumat verilməlidir.

43.73. Gərginliyi 1000 V-dək olan HX-nin ümumi dayaqlarında naqillər və çıraqlar birgə asıldıqda küçə işıqlandırılması təsərrüfatında işlər HX sahiblərinin razılığı ilə yerinə yetirilir.

43.74. Küçə işıqlandırılması təsərrüfatında texniki xidmət göstərilərkən və təmir edilərkən armaturların təmizlənməsi və çıraqların lampalarının dəyişdirilməsi də daxil olmaqla, çıraqlar naqillərdən ən azı 0,6 m aşağıda yerləşdikdə dayaqdan torpaqlanma enməsi olmayan ağac dayaqlardan və ya dayağa bərkidilməklə elektrik izoləolunmuş söykəmə nərdivanlarından işlərin işıqlandırma təsərrüfatını şəbəkədən açmadan sərəncam üzrə icra edilməsinə yol verilir.

43.75. Digər hallarda HX-nin dayağında asılan naqilləri dövrədən açmaq və torpaqlamaq işləri naryad üzrə yerinə yetirilməlidir.

43.76. Qazboşaldıcı lampaların işəsalma-tənzimləmə aparatında işləyərkən onun çırağın ümumi sxemindən açılmasına kimi ilkin olaraq naqili şəbəkədən açmalı və boşaldıcı rezistorların olmasından asılı olmayaraq statik kondensatorlar boşaldılmalıdır.

44.1. Elektrik avadanlıqlarının sınağının aparılmasına buraxılan şəxsin biliyini yoxlamaq üçün “Elektrik qurğularının texniki istismar Qaydaları”na uyğun olaraq yaradılan komissiyanın tərkibinə gərginliyi 1000 V-dan yuxarı olan elektrik qurğuları üçün elektrik təhlükəsizliyi üzrə V qrupdan aşağı olmayan qrupa malik və gərginliyi 1000 V-dək olan elektrik qurğuları üçün elektrik təhlükəsizliyi üzrə IV qrupdan aşağı olmayan qrupa malik (avadanlıqların sınağı üzrə) mütəxəssislər cəlb olunur.

44.2. Elektrik avadanlıqlarının sınağını yerinə yetirən iş icraçısı, həmçinin stasionar sınaq qurğularından istifadə etməklə sınağı təkbaşına aparan şəxs təcrübəli müxtəxəssisin nəzarəti altında təcrübə keçməlidir.

44.3. Elektrik avadanlıqlarının sınağı, o cümlədən səyyar sınaq qurğularından istifadə etməklə elektrik qurğusundan kənarda, fəaliyyətdə olmayan elektrik qurğusunda, anbarda və ərazidə həyata keçirilən zaman naryad üzrə icra olunmalıdır. Fəaliyyətdə olan elektrik avadanlıqlarında sınağa buraxılışı bu Qaydaların 16-cı hissəsinə müvafiq olaraq, operativ-təmir heyəti, elektrik qurğusundan kənarda isə iş rəhbəri və ya iş icraçısı həyata keçirir. Avadanlığın quraşdırılması və təmiri üzrə iş prosesində sınaqların keçirilməsi naryadın “Tapşırılır” sətrində göstərilir.

44.4. Elektrik avadanlıqlarının sınağını briqada aparır. İş icraçısı elektrik təhlükəsizliyi üzrə IV qrupdan aşağı olmayan, briqada üzvləri elektrik təhlükəsizliyi üzrə III qrupdan aşağı olmayan, işləmə yerini mühafizə edən isə elektrik təhlükəsizliyi üzrə II qrupdan aşağı olmayan qrupa malik olmalıdır.

44.5. Elektrik avadanlıqlarının sınağını aparan briqadanın tərkibinə hazırlıq işləri aparmaq və avadanlıqlara nəzarəti yerinə yetirmək üçün təmir heyətindən sınaq üzrə işə buraxılış icazəsi olmayan şəxs də daxil edilir. Avadanlığın təmiri və quraşdırılmasını yerinə yetirən briqadanın tərkibinə sınaqların aparılması üçün elektrik laboratoriyası əməkdaşları və ya sazlama üzrə podratçılar daxil edilir. Bu halda sınaqlara iş icraçısı və ya onun göstərişi ilə elektrik təhlükəsizliyi üzrə ІV qrupdan aşağı olmayan qrupa malik elektrik laboratoriyasının əməkdaşı və ya sazlama üzrə podratçı rəhbərlik edir.

44.6. İstismar zamanı gərginliyi 1000 V-dan yuxarı olan qurğulardan kənarda cərəyandaşıyan hissələri bütöv və tor çəpərlə bağlanmış, qapısı isə bloklanmış stasionar sınaq qurğularından istifadə etməklə izolyasiya materialları və məmulatlarının (o cümlədən mühafizə vasitələrinin, izolyasiya hissələrinin, transformator yağlarının) sınaqları, hazırlanmış metodika üzrə, elektrik təhlükəsizliyi üzrə III qrupdan aşağı olmayan qrupa malik mütəxəssis təkbaşına keçirilir.

44.7. Sınağı qurğusunun operatorunun işləmə yeri gərginliyi 1000 V-dan yuxarı olan qurğudan ayrı olmalıdır. Qurğunun gərginliyi 1000 V-dan yuxarı olan hissələrinə aparan qapısının, açılarkən sınaq sxemindən gərginliyin çıxarılmasını təmin edən və açıq olduqda gərginliyin verilməsinin qarşısını alan, bloklaması olmalıdır. Operatorun işləmə yerində sınaq gərginliyinin verilməsini xəbər verən, bir-birindən ayrı işıq və səs siqnallaması olmalıdır. Sınaq gərginliyini verərkən operator dielektrik xalça üstündə durmalıdır. Səyyar sınaq qurğuları, onların çıxışında gərginlik olduqda avtomatik qoşulan və sınaq gərginliyinin verilməsini xəbərləyən xarici işıq siqnallaması və səs siqnallaması ilə təchiz olunmalıdır.

44.8. Sınaqlar aparmaq və onlara hazırlıq işləri üçün verilən naryad üzrə işə buraxılış yalnız sınaq aparılan avadanlıqda işləyəcək digər briqadaların üzvlərini işləmə yerindən çıxardıqdan və onlar tərəfindən naryad işəburaxana verildikdən sonra yerinə yetirilir. Daimi operativ heyəti olmayan elektrik qurğularında iş icraçısına briqadanı çıxardıqdan sonra işdə fasiləni sənədləşdirib naryadı özündə saxlamağa yol verilir.

44.9. Sınağı keçirilən avadanlıq, sınaq qurğusu və onlar arasında birləşdirici naqillər bayır tərəfdən üzərində “SINAQ. HƏYAT ÜÇÜN TƏHLÜKƏLİDİR!” sözləri yazılmış lövhələrlə, kanatla çəpərlənməlidir.

44.10. Kənar şəxslərin sınaq qurğusuna, birləşdirici naqillərə və sınağı keçirilən avadanlığa yaxınlaşmasının qarşısını almaq üçün elektrik təhlükəsizliyi üzrə II qrupdan aşağı olmayan qrupa malik briqada üzvlərindən mühafizəçi qismində qoymağa yol verilir. Sınaq zonasını mühafizə edən briqada üzvləri çəpərdən kənarda dayanmalı və sınağı keçirilən avadanlığı gərginlik altında olan kimi saymalıdır. Bu briqada üzvləri işləmə yerini yalnız iş icraçısının razılığı ilə tərk edirlər.

44.11. Əks-ucu bağlı yerləşgədə, kamerada və ya KPQ-nin bölməsində yerləşən KX-ni sınaqdan keçirərkən qapılarda və ya çəpərləmələrdə “SINAQ. HƏYAT ÜÇÜN TƏHLÜKƏLİDİR!” sözləri yazılmış təhlükəsizlik plakatları asılmalıdır. Çəpərləmənin qapıları bağlanmırsa və ya tras boyu damarları ayrılaraq təmir edilmiş kabel xətti sınaq olunursa, plakatları asmaqdan əlavə çəpərləmələrin, qapıların və ayrılmış kabel damarlarının yaxınlığında sınaq zonasının mühafizəsi üçün elektrik təhlükəsizliyi üzrə II qrupdan aşağı olmayan qrupa malik briqada üzvləri və ya operativ-təmir heyəti düzülməlidir.

44.12. Sınaq qurğuları və sınağı keçirilən avadanlıqlar müxtəlif otaqlarda və ya PQ-nin müxtəlif sahələrində yerləşdikdə izolyasiyanın vəziyyətinə nəzarəti yerinə yetirən elektrik təhlükəsizliyi üzrə III qrupdan aşağı olmayan qrupa malik briqada üzvlərinin iş icraçısından ayrı yerləşməsinə yol verilir. Bu briqada üzvləri çəpərləmədən kənarda yerləşməli və sınaqlar başlamazdan öncə iş icraçısından məqsədli təlimat almalıdır.

44.13. Sınaqların aparılmasına maneəçilik göstərən torpaqlanmanın çıxarılmasına (torpaqlanma bıçaqlarının açılmasına) və onların yenidən quraşdırılmasına yalnız iş rəhbərinin göstərişi üzrə sınaq qurğusunun yüksək gərginlik çıxışını torpaqladıqdan sonra yol verilir. Torpaqlanmaların müvəqqəti çıxarılmasına icazə naryadın “Ayrıca göstərişlər” sətrində göstərilməlidir.

44.14. Sınaq sxemini yığarkən hər şeydən öncə sınaq qurğusunun mühafizə və işçi torpaqlanması və sınağı keçirilən avadanlığın gövdəsinin mühafizə torpaqlanması yerinə yetirilməlidir. Səyyar qurğu ilə onun gövdəsini yalnız işçi sxemi vasitəsilə torpaqlamaqla sınaqların aparılması qadağandır. Səyyar sınaq qurğusunun gövdəsi en kəsiyi 10 mm2-dən az olmayan ayrıca elastik mis naqillə torpaqlanmalıdır. Sınaqdan əvvəl gövdənin torpaqlanmasının etibarlılığı yoxlanılmalıdır. Sınaq qurğusunu gərginliyi 0,4 kV olan şəbəkəyə birləşdirmədən öncə onun yüksək gərginlik girişi torpaqlanmalıdır. Sınaq sxemlərində torpaqlanma üçün istifadə olunan elastik mis naqilin en kəsiyi 4 mm2-dən az olmamalıdır.

44.15. Sınaq qurğusu gərginliyi 0,4 kV olan şəbəkəyə qoşulması dövrənin qırılması görünən kommutasiya aparatı vasitəsilə və ya qurğunun idarətmə yerində yerləşən ştepsel vasitəsilə yerinə yetirilməlidir. Kommutasiya aparatı özbaşına qoşulmağa mane olan quruluşa malik olmalı və ya aparatın hərəkətli və tərpənməz kontaktları arasında elektrik izoləedici taxma olmalıdır. Sınaq qurğusunu gərginliyi 0,4 kV olan şəbəkədən qidalandırmaq üçün naqil və ya kabel bu şəbəkədə quraşdırılmış qoruyucu və ya avtomat açarla mühafizə olunmalıdır. Səyyar sınaq qurğusunu şəbəkəyə sistem operatoru qoşmalıdır.

44.16. Sınağı aparılan avadanlıq və sınaq qurğusu arasındakı birləşdirici naqil əvvəlcə onun torpaqlanmış yüksək gərginlik çıxışına birləşdirilməlidir. Bu naqil elə bərkidilməlidir ki, gərginlik altında olan cərəyandaşıyan hissələrə yol verilən bu Qaydalara 3 nömrəli Əlavədə qeyd edilən məsafədən az yaxınlaşmanın (yellənmənin) qarşısını almaq mümkün olsun. Sınaq naqilini sınağı aparılan avadanlığın fazasına (qütbünə) və ya kabelin damarına birləşdirməyə və onu ayırmağa iş rəhbərinin göstərişi ilə torpaqladıqdan sonra yol verilir.

44.17. Sınaq gərginliyi verilməzdən əvvəl iş icraçısı aşağıdakıları etməlidir:

44.17.1. sınaq sxeminin düzgün yığılmasını, işçi və mühafizə torpaqlanmasının etibarlılığını yoxlamalıdır;

44.17.2. briqadanın üzvlərinin və mühafizəçilərin onlara göstərilən yerlərdə olmasını, kənar adamların çıxarılmasını və avadanlığa sınaq gərginliyinin verilməsinin mümkünlüyünü yoxlamalıdır;

44.17.3. briqada üzvlərini “GƏRGİNLİK VERİRƏM” sözləri ilə xəbərdar etmək və xəbərdarlığı briqada üzvlərinin eşitdiyinə əmin olduqdan sonra sınaq qurğusunun çıxışından torpaqlanmanı çıxarmalı və ona gərginlik verməlidir.

44.18. Qurğunun çıxışından torpaqlanma çıxarıldığı andan sınaq qurğuları sınağı aparılan avadanlıq və birləşdirici naqillər də daxil olmaqla gərginlik altında hesab olunmalıdır və sınaq sxemində və qurğularda, sınağı aparılan avadanlıqda birləşdirmə aparmaq qadağandır.

44.19. Sınaq qurğusunun çıxışına gərginlik verilən andan ona daxil olmaq və ondan çıxmaq, sınağı aparılan avadanlıqda olmaq, həmçinin yer üstündə duraraq sınaq qurğusunun gövdəsinə toxunmaq qadağandır.

44.20. Kabellərin sınağını və onların yandırılmasını torpaqlama qurğusu olan elektrik qurğusunun (o cümlədən elektrik stansiyasının, yarımstansiyanın, yuvanın) istismarçısı tərəfindən həyata keçirilməlidir. Torpaqlama qurğuları olmadıqda bu işlərin aparılmasına elektrik qurğusunun istismarçısının icazəsi ilə yol verilir.

44.21. Sınaqlar başa çatdıqdan sonra iş icraçısı sınaq qurğusunun gərginliyini sıfıra kimi azaltmalı, onu şəbəkədən açmalı, qurğunun çıxışını torpaqlamalı və bu barədə “GƏRGİNLİK ÇIXARILIB” sözləri ilə briqadanı xəbərdar etməlidir. Bundan sonra naqilləri birləşdirmək və ya sınaq tam qurtardıqda onları sınaq qurğusundan ayırmaq və çəpərləmələri çıxarmaq olar. Əhəmiyyətli dərəcədə tutumlu avadanlıqların (o cümlədən kabellərin və generatorların) sınağından sonra onlarda torpaqlanma bıçaqlarını, kondensatorların boşaldılması üçün qurğuları qoşmaqla, boşaldıcı ştanqlardan istifadə etməklə, həmçinin generatorun və sınaq qurğusunun elektrik avadanlıqlarının çıxış kabellərini torpaqlamaqla qalıq yük çıxarılmalıdır.

44.22. Elektrik ölçü kəlbətinləri və elektrik izoləedici ştanqlarla işləyərkən dielektrik əlcəklərdən və fərdi mühafizə vasitələrindən istifadə edilməlidir.

44.23. Gərginliyi 1000 V-dək olan elektrik qurğularında elektrik ölçü kəlbətinləri və elektrik izoləedici ştanqlarla ölçmələri elektrik təhlükəsizliyi üzrə ІII qrupdan aşağı olmayan qrupa malik mütəxəssis aparır. Gərginliyi 1000 V-dan yuxarı olan elektrik qurğularında elektrik ölçü kəlbətinləri və elektrik izoləedici ştanqlarla işləyərkən ölçmə işlərini naryad və ya sərəncam üzrə 2 (iki) mütəxəssis aparmalı, bunlardan biri elektrik təhlükəsizliyi üzrə IV qrupdan, digəri isə III qrupdan aşağı olmayan qrupa malik olmalıdır.

44.24. Elektrik ölçü kəlbətinləri ilə HX-nin dayağında işləmək qadağandır. Dayaq konstruksiyalara və mobil qaldırıcı platformaya elektrik izoləedici ştanqsız qalxıb və enilməlidir.

44.25. Çubuqvari və asma izolyatorların ölçü ştanqları ilə sınağı üçün işləri ən azı 2 (iki) nəfər aparmalıdır. Onlardan biri elektrik təhlükəsizliyi üzrə IV qrupdan, digəri isə elektrik təhlükəsizliyi üzrə III qrupdan aşağı qrupa malik olmamalıdır. Konstruksiyalara və ya mobil qaldırıcı platformaya qalxmaq, həmçinin ondan düşmək ştanq olmadan yerinə yetirilməlidir. Hətta tək ölçmələr zamanı işlər dayaq konstruksiyalarından və mobil qaldırıcı platformadan istifadə etməklə naryad üzrə aparılmalıdır.

44.26. İmpulslu xətt ölçənləri elektrik verilişi xətlərinə birləşdirməyə yalnız açılmış və torpaqlanmış HX-də yol verilir. Həmin birləşdirmə aşağıdakı ardıcıllıqla yerinə yetirilməlidir:

44.26.1. əvvəl birləşdirici naqil impulslu xətt ölçənin torpaqlanmış naqillərinə birləşdirilir;

44.26.2. sonra birləşdirici naqil elektrik izoləedici ştanq vasitəsilə HX-nin naqilinə birləşdirilir (bu zaman birləşdirici naqili HX-yə birləşdirən ştanqlar xəttin naqillərində qalmalı, ştanqlarla işləyərkən dielektrik əlcəklərdən istifadə edilməlidir);

44.26.3. HX-nin impulslu xətt ölçən birləşdirilən ucundan torpaqlanma çıxarılır (yoxlanılması aparılan HX-nin digər uclarından torpaqlanmaların çıxarılmasına yol verilir);

44.26.4. HX-dən torpaqlanma çıxarıldıqdan sonra birləşdirici naqil, mühafizə qurğusu və ona gələn naqillər gərginlik altında olan hesab olunur (onlara toxunmaq qadağandır).

44.27. Ölçmələr aparıldıqdan sonra torpaqlanmalar impulslu xətt ölçənin naqillərindən çıxarılır.

44.28. İmpulslu xətt ölçənin naqillərini elektrik izoləedici ştanq vasitəsilə HX-yə birləşdirməni elektrik təhlükəsizliyi üzrə ІV qrupdan aşağı olmayan qrupa malik operativ-təmir heyəti yerinə yetirir. İmpulslu xətt ölçəni artıq HX-nin stasionar naqilinə birləşdirilmiş stasionar kommutasiya aparatı vasitəsilə qoşmağı və ölçmələri aparmağı təkbaşına operativ-təmir heyəti və ya sərəncam üzrə elektrik təhlükəsizliyi üzrə qrupu ІV qrupdan aşağı olmayan qrupa malik laboratoriya mütəxəssisi aparır.

44.29. HX-lərdə ölçmələr qurtardıqda aşağıdakı tədbirlər görülməlidir:

44.29.1. impulslu xətt ölçəni açmaq;

44.29.2. HX-ni torpaqlamaq;

44.29.3. impulslu xətt ölçənin naqillərini torpaqlamaq;

44.29.4. ştanqı HX-nin naqilindən çıxarmaq;

44.29.5. ştanqı impulslu xətt ölçənin naqilindən çıxarmaq.

44.30. İzolyasiyanın müqavimətinin meqaommetrlə ölçülməsini elektrik təhlükəsizliyi üzrə ІII qrupdan aşağı olmayan qrupa malik mütəxəssis yerinə yetirir.

44.31 İzolyasiyanın müqavimətinin meqaommetrlə ölçülməsi öncədən torpaqlanma qoymaqla qalıq yükü çıxarılmış, açılmış cərəyandaşıyan hissələrdə yerinə yetirilməlidir. Cərəyandaşıyan hissələrdən torpaqlanma yalnız meqaommetr qoşulduqdan sonra çıxarılmalıdır.

44.32. Cərəyandaşıyan hissələrin izolyasiyasının müqavimətini meqaommetrlə ölçərkən birləşdirici naqillər onlara izoləedici tutqaclar (ştanq) vasitəsilə birləşdirilməlidir. Gərginliyi 1000 V-dan yuxarı olan elektrik qurğularında bundan əlavə dielektrik əlcəklərdən istifadə edilməlidir.

44.33. Meqaommetrlə işləyərkən onun birləşdiyi cərəyandaşıyan hissələrə toxunmaq qadağandır. İşlər qurtardıqdan sonra cərəyandaşıyan hissələrdən qalıq yük qısa müddətli torpaqlanma vasitəsilə çıxarılmalıdır.

44.34. İzolyasiyanın müqavimətinin meqaommetrlə ölçülməsi sınaqların iş həcminə daxil edildikdə bu ölçmələrin aparılması üçün naryad və ya sərəncam verilmir.

45.1. Aparat yerləşgəsində yerləşdirilən qurğularda DTİV aparatının qoşulması və açılması, həmçinin təmiri elektrik təhlükəsizliyi üzrə ІII qrupdan aşağı olmayan qrupa malik mütəxəssis tərəfindən yerinə yetirilir.

45.2. KRX və HRX-nin giriş və giriş-sınaq rəflərinin, məsafədən idarəetmə rəflərinin, gərginliyi avtomatik tənzimləmə rəflərinin, cərəyan paylayıcı rəflərinin önündə, döşəmədə rezin dielektrik xalça və ya elektrik izoləedici altlıqlar olmalıdır.

45.3. Məsafədən gərginlik verilən avadanlığın örtüklərində gərginliyin olmasını xəbərdar edən təhlükəsizlik işarələri qeyd edilməlidir.

45.4. Axtarıcıların və relelərin kontaktlarının (kontakt sahələrinin) yuyulması onlardan gərginlik çıxarıldıqdan sonra yerinə yetirilməlidir.

45.5. Giriş-sınaq rəfinə qoşulmuş rabitə xəttinə və ya krosun mühafizə zolağına 25 V-dan yuxarı kənar gərginlik düşərkən daimi operativ heyət elektrik mühafizə vasitələrindən istifadə etməklə bu cür xətti açmalı və izolə etməlidir. Mütəxəssis kənar gərginliyin 25 V-dan yuxarı olmasını dərhal obyektin daimi operativ heyət üzvünə, o olmadıqda isə ondan yuxarı operativ heyətə bildirməlidir. Boşaldıcılar və ya qoruyucular yalnız kənar gərginlik olmadıqda dəyişdirilir.

45.6. Elektrik veriliş və elektrikləşdirilmiş dəmir yolları dəyişən cərəyan xətlərinin təsirlərinə məruz qalmış rabitə xətləri aparatlarında işlər zamanı göz üçün fərdi mühafizə vasitələrindən və dielektrik xalça və əlcəklərdən (həmçinin izoləedici kəlbətindən) istifadə etməklə xətti mühafizə vasitələri dəyişdirilməlidir.

46.1. Ölçü cihazlarının rele mühafizəsi və avtomatika qurğularının dövrələrində təhlükəsiz işləməsinin təmin olunması üçün cərəyan və gərginlik ölçü transformatorlarının ikinci dövrələrinin (dolaqlarının) daimi torpaqlanması olmalıdır. Rele mühafizəsi qurğularının mürəkkəb sxemlərində ölçü transformatorlarının elektriki birləşmiş ikinci tərəf dolaqlarında yalnız bir nöqtədə torpaqlanma qoymağa yol verilir.

46.2. Ölçü cihazları, rele mühafizəsi və elektroavtomatika qurğularının cərəyandövrəsini ayırmaq üçün cərəyan transformatorlarının ikinci tərəf dolaqları bu dolaqlarda nəzərdə tutulmuş sıxaclar və ya sınaq blokları vasitəsilə qapanılır. Cərəyan transformatorları və qısaqapayıcı arasında ikinci tərəf dövrənin qırılmasına və insan həyatı üçün təhlükəli gərginliyin yaranmasına səbəb olacaq işlərin görülməsi qadağandır.

46.3. Kənar mənbədən qidalanan gərginlik transformatorlarının ikinci tərəf qurğularında və dövrələrində işlər aparıldıqda gərginliyin əks-transformasiyası mümkünlüyünü istisna edən tədbirlər görülməlidir.

46.4. Rele mühafizəsi və elektroavtomatika qurğularının işləməsinin, o cümlədən kommutasiya aparatlarının açılması və qoşulması ilə sınaq yoxlamaları bu Qaydaların 12.8-ci bəndinə müvafiq aparılmalıdır.

46.5. Ölçü cihazları, rele mühafizəsi və elektroavtomatika, telemexanika və rabitə qurğularının ikinci tərəf dövrələrinin quraşdırılması, təmiri və istismarı zamanı, həmçinin kommutasiya aparatlarının intiqallarında və aqreqat şkaflarında işlərə, onların gərginlik altında olub-olmamasından asılı olmayaraq aşağıdakılara yol verilir:

46.5.1. bu dövrələr və qurğular gərginliyi 1000 V-dan yuxarı olan cərəyandaşıyan hissələri olmayan çəpərlənmiş, yaxud çəpərlənməli olmayan yüksəklikdə yerləşən yerləşgələrdə olduqda elektrik təhlükəsizliyi üzrə ІV qrupdan aşağı olmayan qrupa malik iş icraçısına təkbaşına işləməyə;

46.5.2. rele mühafizəsi və elektroavtomatika qurğularına xidmət göstərənlərdən elektrik təhlükəsizliyi üzrə ІV qrupdan aşağı olmayan qrupa malik iş icraçısı eyni zamanda işəburaxan funksiyalarını icra edə bilər. Bu halda işlər sərəncamla yerinə yetirildikdə işləmə yerlərinin hazırlanması üçün təhlükəsizlik tələblərini də o, müəyyən edir. İşləmə yerlərinin hazırlanması üçün birinci tərəf avadanlıqları açılmalı, elektrik qurğularının gərginliyi 1000 V-dan yuxarı olan hissələrdə müvəqqəti çəpərlənməli və ya torpaqlanmalı deyilsə, iş icraçısının işəburaxanın funksiyalarını icra etməsinə;

46.5.3. işləmə yerlərinin hazırlanmasına və işə buraxılışa icazə verən şəxsin icazəsi ilə iş icraçısının bu Qaydaların 46.5-ci bəndində göstərilən qurğuları açmağa və qoşmağa, həmçinin açarları açmağa və qoşmağa görə mühafizə və avtomatika qurğularının sınaq yoxlamasına.

46.6. Elektrik enerjisinin uçotu cihazları ilə ən azı 2 (iki) mütəxəssis işləməlidir. Cərəyan transformatorlarına qoşulmuş elektrik sayğaclarının dövrələrində işləri elektrik təhlükəsizliyi üzrə III qrupdan aşağı olmayan qrupa malik mütəxəssislər yerinə yetirməlidir.

46.7. Elektrik enerjisinin uçotu cihazları ilə işlər gərginlik çıxarılmaqla aparılmalıdır. Ölçü transformatorlarına qoşulmuş elektrik sayğacları dövrələrində sınaq blokları (qutuları) olduqda elektrik sayğacları sxemindən gərginlik göstərilən bloklar vasitəsilə çıxarılmalıdır. Elektrik sayğacları dövrələrində cərəyan transformatorunun ikinci tərəf dolaqlarına qoşulmuş dövrələri ayırmadan işləməyə imkan verən kontaktlar (bloklar) olduqda bu işlər sərəncam üzrə elektrik sayğacının sxemindən gərginlik çıxarılmadan yerinə yetirilir. Göstərilən kontaktlar olmadıqda elektrik sayğacının dövrələrində gərginlik və cərəyan açılmalıdır. Elektrik qurğularının açılmış birləşmələrində, elektrik sayğacının dövrələrində işlər sərəncam üzrə yerinə yetirilir.

46.8. Birfazalı elektrik sayğacları ilə işləri elektrik təhlükəsizliyi üzrə III qrupdan aşağı olmayan qrupa malik heyət, gərginliyi çıxarmaqla istismar zamanı görülən işlərin təsdiqlənmiş siyahısı üzrə təkbaşına aparır. Bilavasitə qoşulan, birfazalı elektrik sayğacı insanların elektrik cərəyanı vurmasına nəzərən yüksək təhlükəli sayılmayan yerləşgələrdə yerləşdirildikdə və elektrik sayğacına kimi kommutasiya aparatı olmadıqda bu işi yük açıldıqda gərginliyi çıxarmadan bu Qaydaların 5.10-cu bəndinin tələblərinə riayət etməklə aparmağa yol verilir.

47.1. Şəbəkəyə qoşulmuş elektrotexniki əl alətləri, əldə daşınan çıraqlar, dövrəayırıcı transformatorlar və digər köməkçi avadanlıqlar elektrik təhlükəsizliyi üzrə texniki reqlamentlərin, beynəlxalq və dövlət standartlarının və Qaydaların bu hissəsinin tələblərinə riayət etməklə istifadə olunmalıdır.

47.2. Köməkçi avadanlıqların (o cümlədən transformatorların, tezlik dəyişdiricilərinin, mühafizə açılması qurğularının) şəbəkəyə qoşulmasını bu şəbəkəni istismar edən və elektrik təhlükəsizliyi üzrə ІII qrupdan aşağı olmayan qrupa malik heyət yerinə yetirməlidir.

47.3. Elektrotexniki əl alətlərinin sinifləri, bu Qaydalara 6 nömrəli Əlavəyə uyğun yerləşgələrin kateqoriyalarına və işdə elektrik mühafizəsi vasitələrinin istifadə şəraitinə müvafiq vəziyyətdə olmalıdır. Elektrotexniki əl alətləri elektrik mühafizə vasitələrindən istifadə etməklə iş aparılan yerdən asılı olaraq tətbiq edilir.

47.4. Yüksək təhlükəli yerləşgələrdə əldə daşınan çıraqların gərginliyi 50 V-dan yuxarı olmamalıdır.

47.5. Təhlükəli iş şəraitində (quyularda, açarların çənlərində, KPQ bölmələrində, qazanların barabanlarında, metal rezervuarlarda görülən iş şəraiti) görülən işlər zamanı əldə daşınan çıraqların gərginliyi 12 V-dan yuxarı olmamalıdır.

“Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”na

Elektrik qurğusunun istismarçısı ______________________________________________

Bölmə _____________________________________________________________________

Elektrik qurğularında işləmək üçün

İş rəhbəri___________________________________________________________________

İşə buraxan şəxs_____________________________________________________________

İş icraçısı___________________________________________________________________

Nəzarətçi___________________________________________________________________

Briqada üzvləri ilə ___________________________________________________________

_________________________________________________________________________________

_________________________________________________________________________________

_________________________________________________________________________________

_________________________________________________________________________________

_________________________________________________________________________________

_________________________________________________________________________________

_________________________________________________________________________________

Tapşırılır____________________________________________________________________

_________________________________________________________________________________

_________________________________________________________________________________

_________________________________________________________________________________

_________________________________________________________________________________

tarix_________________________vaxt____________________________

tarix_________________________vaxt____________________________

Ayrıca göstərişlər____________________________________________________________

_________________________________________________________________________________

_________________________________________________________________________________

_________________________________________________________________________________

_________________________________________________________________________________

_________________________________________________________________________________

tarix_______________________________vaxt_________________________________________

imza______________________________ soyadı_______________________________________

Naryadın müddəti uzadılıb:

tarix_________________________________vaxt_______________________________________

imza________________________________ soyadı__________tarix________vaxt___________

İşləmə yeri hazırlanmışdır. Gərginlik altında qalmışdır: _________________________________________________________________________________

_________________________________________________________________________________

_________________________________________________________________________________

İşə buraxan_________________________ imza ___________ soyadı______________

İş rəhbəri (iş icraçısı, yaxud nəzarətçi) ____imza____________soyadı______________

________________________

____________________________

________________________

1 __________________________

2 __________________________

3 __________________________

4 __________________________

5 __________________________

6 __________________________

7 __________________________

8 __________________________

9 __________________________

___________________________

1 __________________________

2 __________________________

3 __________________________

4 __________________________

5 __________________________

6 __________________________

7 __________________________

8 __________________________

9 __________________________

İş tam qurtarıb, briqada çıxarılıb, briqadanın qoyduğu torpaqlamalar çıxarılıb, məlumat verilib – (kimə)

________________________________________________________________________________

Tarix “_____” _____________202__ il Vaxt__________saat___________dəq

İş icraçısı (nəzarətçi)_______________________________________________________________

İş rəhbəri________________________________________________________________________

Növbətçi heyətdən məsul şəxs_____________________________________________________

“Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”na

“Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”na

“Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”na

1.Elektrik qurğusu və onun avadanlığı barədə elementar texniki biliklər.

2.Elektrik cərəyanının təhlükəsi, cərəyanötürücü hissələrə yaxınlaşmanın təhlükəsi barədə aşkar anlayışlar.

3.Elektrik qurğularında iş zamanı ehtiyat tədbirləri barədə biliklər.

4.Zərər çəkənlərə ilk yardımın göstərilmə təcrübəsi.

1.Ümumi elektrotexnikadan elementar anlayışlar.

2. Elektrik qurğusu və onun texniki xidmətinə aid biliklər.

3.“Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”na aid ümumi biliklər, o cümlədən işə buraxılma qaydaları, mü-hafizə vasitələrinin istifadəsi və sınağı üzrə daxili qaydalar, görülən işlərlə bağlı tələblərə aid biliklər.

4.İşlərin təhlükəsiz aparılması və elektrik qurğusunda işləyənlərə nəzarəti təmin etmə bacarığı.

5.Elektrik cərəyanının təsirindən zərər çəkmişlərin azad olunması qaydaları, ilk tibbi yardım qaydaları və təcrübədə onun göstərilməsinə aid biliklər.

1.Elektrotexnika fənninə aid texniki peşə təhsili həcmində biliklər.

2.Elektrik qurğularında işlərin təhlükəliliyi barədə tam təsəvvür.

3.“Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”na, “Elektrik qurğularının texniki istismar Qaydaları”na, “Elektrik qurğularının quraşdırılması Qaydaları”na və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 2001-ci il 25 may tarixli 85 nömrəli Əmri ilə təstiq edilmiş “Yanğın təhlükəsizliyi Qaydaları”na aid biliklər.

4.Xidmət olunan sahənin elektrik qurğuları və avadanlığının birləşmə sxeminə, işlərin təhlükəsizliyini təmin edən texniki tədbirlərə aid biliklər.

5.İşlərin təhlükəsiz aparılmasını, briqada üzvlərinin təlimatlandırılmasını və onlara nəzarəti təmin etmə bacarığı.

6.Zərərçəkənlərin elektrik cərəyanının təsirindən azad olunması qaydalarına,ilk tibbi yardımın göstərilməsinə və təcrübədə yardımın göstərilməsinə aid biliklər.

7.Heyətə “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nın, təcrübədə ilk tibbi yardımın göstərilməsinin öyrədilməsi bacarığı.

1.Elektrik qurğularının birləşmə sxemlərinə, istehsalatın texnoloji prosesi ilə bağlı avadanlığın yerləşdirilməsinə aid biliklər.

2. “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”, mühafizə vasitələrinin istifadəsinə və sınağına aid biliklər və hər hansı tələbin nədən yaranması barədə tam təsəvvür.

3. “Elektrik qurğularının texniki istismar Qaydaları”, “Elektrik qurğularının quraşdırılması Qaydaları” və “Yanğın təhlükəsizliyi Qaydaları”na aid vəzifə həcmində biliklər.

4.İstənilən gərginlikli elektrik qurğularında işlərin təhlükəsiz təşkili və bilavasitə idarə etmə bacarığı.

5.Təlimatlandırılma zamanı təhlükəsizlik tələblərini aşkar qeyd və izah etmək bacarığı.

6.Heyətə “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları” və təcrübədə ilk tibbi yardımın göstərilməsi bacarığı.

1. Cədvəldə göstərilən heyətə elektrik təhlükəsizliyi üzrə əlavə tələblər elektrik qurğusunun istismarçısı tərəfindən müəyyən edilə bilər.

2. Elektrik təhlükəsizliyi üzrə I qrupun verilməsi tələbləri bu Qaydaların 7.28 – 7.31-ci bəndləri ilə müəyyən edilir.

3. Yaşı 18-dən aşağı olan mütəxəssisə elektrik təhlükəsizliyi üzrə II qrupdan yuxarı qrup verilə bilməz.

4. Mütəxəssis gərginliyi 1000 V-dan aşağı olan qurğuya xidmətdən gərginliyi 1000 V-dan yuxarı olan qurğuya xidmətə keçirildikdə ona ilkin olaraq III qrupdan yuxarı qrup verilə bilməz.

5. Elektrik qurğularına nəzarət edən əməyin mühafizəsi üzrə mütəxəssislər elektrik təhlükəsizliyi üzrə IV qrupdan aşağı olmayan qrupa malik olmalıdır.

6. İstehlakçılarda elektrik qurğularına nəzarət edən əmək mühafizəsi üzrə mütəxəssisləri elektrik təhlükəsizliyi üzrə IV qrupdan aşağı olmayan qrupa və istehsalat sahəsində 3 (üç) ildən az olmayan (elektrik qurğularında işləyib-işləməməsindən asılı olmayaraq) əmək stajına malik olmalıdırlar.

7. Elektroenergetika subyektlərinin elektrik qurğularına nəzarət edən mütəxəssislər elektrik təhlükəsizliyi üzrə V qrupdan aşağı olmayan qrupa malik olmalıdır və onlar elektrotexniki (elektrotexnoloji) heyət üzvü ola bilərlər.

“Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”na

İntensivliyi 5-dən 20 kV/m qədər olan elektrik sahəsində qalma müddəti T (saatla) aşağıdakı düsturla müəyyən olunur:

Burada E – təsir zonasında elektrik sahəsinin intensivliyidir, kV/m.

Qeyd olunmuş düstur üzrə 10 kV/m intensivliyi olan elektrik sahəsində insanın qalma müddəti 180 dəqiqə, 15 kV/m intensivliyi olan elektrik sahəsində isə 80 dəqiqə təşkil edir.

“Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”na

TN-S sistemində mühafizə açılması qurğusu vasitəsilə qoşulduqda elektrik mühafizə vasitələrindən istifadə etmədən və ya ən azı bir elektrik mühafizə vasitəsindən istifadə etməklə

TN-C sistemində ən azı bir elektrik mühafizə vasitəsindən istifadə etməklə

Elektrik mühafizə vasitələrindən istifadə etmədən

Elektrik mühafizə vasitələrindən istifadə etmədən

TN-S sistemində mühafizə açılması qurğusu vasitəsilə qoşulduqda elektrik mühafizə vasitələrindən istifadə etmədən və ya elektrik qəbuledicisini ayrı elektrik qida mənbəyindən (o cümlədən dövrəayırıcı transformatordan, generatordan və ya çeviricidən) qidalandırdıqda

TN-C sistemində ən azı bir elektrik mühafizə vasitəsindən istifadə etməklə

Elektrik mühafizə vasitələrindən istifadə etmədən

Elektrik mühafizə vasitələrindən istifadə etmədən

Mühafizə açılması qurğusu vasitəsilə mühafizə və ya ən azı bir elektrik mühafizə vasitəsindən istifadə etməklə

Elektrik mühafizə vasitələrindən istifadə etmədən

Elektrik mühafizə vasitələrindən istifadə etmədən

İstifadəsinə yol verilmir

Ən azı bir elektrik mühafizə vasitəsindən istifadə etməklə

mühafizə açılması qurğusu vasitəsilə qoşulduqda elektrik mühafizə vasitələrindən istifadə etmədikdə və ya elektrik qəbuledicisini ayrı elektrik qida mənbəyindən qidalandırdıqda

Elektrik mühafizə vasitələrindən istifadə etmədən

“Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”na

İzoləedici kəlbətinlər

Dielektrik əlcəklər (rezin)

Təmassız yüksək gərginlik göstəriciləri

Qazboşalma lampalı yüksək gərginlik göstəriciləri

1000 V-a qədər olan gərginlik göstəriciləri

Fazalaşdırma üçün gərginlik göstəriciləri

Kabelin zədələnmə göstəricisi (işıq siqnalı)

Kabel deşilməsi cihazı

Elektrik ölçmə kəlbətinləri

100 kV və daha yuxarı gərginlikdə elektrik qurğularında gərginlik altında təmir işləri üçün izoləedici qurğular və digər qoruyucu avadanlıqlar

1. 16 dekabr 2025-ci il tarixli 3-15/3-1-4/2025 nömrəli Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202512165314, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 dekabr 2025-ci il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver