Qanunvericilik › Elektroenergetika haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 39

Maddə 39. Bu Qanunun qüvvəyə minməsi

Elektroenergetika haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

39.1. Bu Qanunun 39.2-ci və 39.3-cü maddələrində nəzərdə tutulanlar istisna olmaqla, bu Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

39.2. Bu Qanunun 9.2.2-ci, 9.2.3-cü, 9.2.5-ci, 11.3–11.5-ci, 14.3-cü, 15-ci (15.3-cü maddə istisna olmaqla), 16-cı (16.1.14-cü maddə istisna olmaqla), 17-ci, 18-ci (18.2–18.4-cü, 18.5.5-ci maddələr istisna olmaqla), 19.3–19.5-ci, 19.8-ci, 21.1-ci, 22-ci, 23-cü (23.2.2–23.2.7-ci, 23.2.9-cu, 23.2.11-ci, 23.2.12-ci, 23.3.2-ci və 23.4-cü, 23.5-ci maddələr istisna olmaqla), 24-cü (24.1.1-ci və 24.2-ci maddələr istisna olmaqla), 29.1.6-cı, 29.1.8–29.1.12-ci maddələri 2025-ci il iyulun 1-dən qüvvəyə minir.

39.2-1. Bu Qanunun 13.2-ci maddəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş müddətdə qüvvəyə minir.

39.3. Bu Qanunun 3-cü, 6.1.1–6.1.3-cü, 6.1.5-ci, 6.1.8-ci, 6.2-ci maddələri, 8.2-ci maddəsinin birinci cümləsi, 9.1-ci, 9.4–9.8-ci, 11.2-ci, 12.1.4-cü, 12.1.5-ci, 12.2.1-ci, 12.2.2-ci, 14.1.6-cı, 14.1.10-cu, 14.1.13-cü, 14.2.1-ci, 14.6-cı, 15.3-cü, 16.1.14-cü, 18.2–18.4-cü, 18.5.5-ci, 19.2-ci, 19.6.6-cı, 19.9-cu, 19.11-ci, 21.2-ci, 21.3-cü, 23.2.2–23.2.7-ci, 23.2.9-cu, 23.2.11-ci, 23.2.12-ci, 23.3.2-ci və 23.4-cü, 23.5-ci, 24.1.1-ci, 24.2-ci, 25–28-ci, 29.1.1–29.1.5-ci, 29.1.7-ci, 29.2-ci və 29.3-cü maddələri 2028-ci il iyulun 1-dən qüvvəyə minir.

39.4. Bu Qanunun qüvvəyə mindiyi gündən “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 1998-ci il 3 aprel tarixli 459-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 363; 2001, № 11, maddə 696; 2002, № 12, maddə 709; 2003, № 1, maddə 12; 2006, № 8, maddə 657; 2008, № 5, maddə 348; 2009, № 10, maddə 768; 2010, № 5, maddə 374; 2011, № 4, maddə 261, № 12, maddə 1090; 2016, № 12, maddə 1990; 2018, № 3, maddə 379; 2019, № 6, maddə 988; 2021, № 5, maddə 429; 2022, № 7, maddələr 696, 697; Azərbaycan Respublikasının 2022-ci il 27 dekabr tarixli 773-VIQD nömrəli Qanunu) və “Elektrik və istilik stansiyaları haqqında” Azərbaycan Respublikasının 1999-cu il 28 dekabr tarixli 784-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (I kitab), maddə 127; 2018, № 3, maddə 381; 2019, № 6, maddə 991) ləğv edilir.

39.5. Bu Qanunda nəzərdə tutulan normativ hüquqi aktlar və normativ xarakterli aktlar qüvvəyə minənədək, elektroenergetika sektorunda yaranan münasibətləri tənzimləyən mövcud normativ hüquqi aktlar və normativ xarakterli aktlar öz hüquqi qüvvəsini saxlayır və həmin aktların tələblərinə riayət olunmalıdır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver