Qanunvericilik › Elektroenergetika haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 9

Maddə 9. Elektroenergetika sektorunda qiymətlər (tariflər)

Elektroenergetika haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

9.1. Elektroenergetika sektorunda tənzimlənən qiymət və tariflər tənzimləyici tərəfindən müəyyən edilir.

9.2. Elektroenergetika sektorunda tənzimlənən qiymət və tariflər aşağıdakılardır:

9.2.1. elektrik enerjisinin ötürülməsi tarifləri;

9.2.2. elektrik enerjisinin paylanması tarifləri;

9.2.3. bazar operatorunun xidmətlərinin tarifləri;

9.2.4. ötürücü və paylayıcı şəbəkələrə qoşulma xidmətlərinin qiymətləri;

9.2.5. sərbəst olmayan istehlakçılara, habelə bu Qanunun 19.8-ci maddəsində nəzərdə tutulan sərbəst istehlakçılara səlahiyyətli təchizatçı tərəfindən elektrik enerjisinin təchizatı tarifləri;

9.2.6. sabit tarif.

9.3. Elektroenergetika sektorunda qiymətlər (tariflər) elektroenergetika subyektlərinin elektrik enerjisinin ötürülməsi və paylanması üzrə əsaslandırılmış xərclərini tam ödəməklə, elektroenergetikanın inkişafını təmin etməli və sosial-iqtisadi inkişafı stimullaşdırmalıdır.

9.4. Elektroenergetika sektorunda tənzimlənən qiymətlərin (tariflərin) müəyyən olunması qaydaları tənzimləyici tərəfindən təsdiq edilir və onun rəsmi internet səhifəsində dərc olunur.

9.5. Elektroenergetika sektorunda qiymətlərin (tariflərin) müəyyən olunması zamanı nəzərə alınmalı olan itkilər bu Qanunun 3.1.5-ci maddəsində göstərilən qaydaya uyğun olaraq hesablanır.

9.6. Elektrik enerjisinin topdansatış bazarında bazar qiymətlərinin formalaşması mexanizmləri aşağıdakılara əsaslanır:

9.6.1. elektrik enerjisi alıcıları və satıcılarının qiymət təklifləri əsasında tələb və təklifin balansı;

9.6.2. qiymətləri elektrik enerjisinin alqı-satqı müqaviləsi tərəflərinin müəyyən etməsi.

9.7. Topdansatış bazarında qiymət təkliflərinin verilməsi və qiymətin formalaşması topdansatış bazarı qaydaları və balanslaşdırma qaydaları ilə müəyyən edilir.

9.8. İkitərəfli müqavilələr bazarında elektrik enerjisinin alıcıları və satıcıları ikitərəfli müqavilə şərtlərini və qiymətləri sərbəst müəyyən edirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver