15.1. Sertifikatda göstərilmiş istifadə sahələri üzrə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş müddət ərzində hüquqi qüvvədə olan, qüvvəsi dayandırılmış və ya ləğv edilmiş sertifikatlar, həmçinin ona aid digər sənəd və məlumatlar Mərkəzdə saxlanılır.
15.2. Mərkəz sertifikatın saxlanıldığı dövrdə informasiya sistemi istifadəçilərinin sertifikata sərbəst, fasiləsiz müraciətini təmin edir, onunla bağlı sorğularına cavab verir.
15.3. Mərkəz aşağıdakı sənədlərin saxlanılmasını təmin edir:
15.3.1. sertifikat xidmətlərinin təhlükəsizliyinin təmin edilməsinə aid sənədləri;
15.3.2. imza sahibləri ilə bağlanmış müqavilələri;
15.3.3. Mərkəzin sertifikatı əsasında verilən sənədlərin surətlərini;
15.3.4. imza sahibinin təlimatlandırılmasını təsdiq edən sənədləri;
15.3.5. sertifikatın hüquqi qüvvəsinin dayandırılması, bərpa edilməsi və ləğv olunması haqqında sənədləri.
15.4. Mərkəzdə saxlama müddəti bitdikdən sonra sertifikat reyestrdən çıxarılır və arxivə verilir. Arxivdə saxlama müddəti, bu dövrdə sertifikatların surətlərinin və onlar barəsində digər məlumatların verilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.