19.1. Mərkəzin fəaliyyətinə xitam verilməsi Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
19.2. Mərkəz fəaliyyətinə xitam verilməsinə ən azı 30 gün qalmış mediada və digər vasitələrlə elan verir, qüvvədə olan sertifikatlara malik imza sahiblərini, sertifikatlarına təminat verdiyi, təminat müqavilələri bağladığı sertifikat xidmətləri mərkəzlərini və müvafiq icra hakimiyyəti orqanını xəbərdar edir.
19.3. Elanın verilməsindən 30 gün keçdikdən sonra Mərkəz qüvvədə olan sertifikatların ləğv edilməsini həyata keçirir.
19.4. Akkreditə edilmiş Mərkəz fəaliyyətinə xitam verilməsi barədə elandan 30 gün keçdikdən sonra imza sahiblərinin razılığı ilə təkmil sertifikatları, onlarla və imza istifadəçilərinin sorğuları ilə bağlı məlumatları akkreditə edilmiş başqa mərkəzə və ya müvafiq icra hakimiyyəti orqanına təhvil verməlidir. Təhvil verilməmiş sertifikatlar ləğv edilir və bu Qanunun 15-ci maddəsinə uyğun olaraq saxlanılmaq üçün müvafiq icra hakimiyyəti orqanına verilir.
19.5. Aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Mərkəzlərin qeydiyyatını, akkreditəsini ləğv edə və fəaliyyətinə xitam verilməsi barədə iddia qaldıra bilər:
19.5.1. qeydiyyat üçün təqdim edilmiş məlumatlar və sənədlər düzgün olmadıqda və ya qüvvəsini itirdikdə;
19.5.2. fəaliyyəti zamanı müntəzəm olaraq qanun pozuntularına yol verildikdə.
19.6. Korporativ informasiya sisteminə xidmət edən Mərkəzin fəaliyyətinə sistemin mülkiyyətçisinin qərarı ilə və ya iştirakçılarının razılaşmasına uyğun olaraq xitam verilə bilər.