29.1. Elektron sənədin saxlanılma qaydası aşağıdakı şərtlər nəzərə alınmaqla, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir:
29.1.1. elektron sənəd yaradıldığı, ötürüldüyü və ya qəbul edildiyi quruluşu saxlasın;
29.1.2. elektron sənəd onu Göndərəni, Alanı, göndərilmə və alınma vaxtını müəyyən etməyə imkan versin;
29.1.3. elektron sənəddə olan informasiya növbəti istinad üçün istifadə edilə bilsin;
29.1.4. elektron sənədin saxlanılma müddəti kağız sənəd üçün nəzərdə tutulmuş müddətdən az olmasın;
29.1.5. qanunvericiliklə və tərəflərin razılığı ilə müəyyən edilən digər şərtlərə uyğun gəlsin.
29.2. Bu Qanunun 29.1-ci maddəsi saxlanılması zəruri olmayan elektron sənədlərə şamil edilmir.
29.3. Elektron sənədlərin saxlanılması üçün Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq digər hüquqi və fiziki şəxslərin xidmətlərindən istifadə edilə bilər.