Qanunvericilik › Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 31

Maddə 31. Vasitəçinin hüquqları, vəzifələri və məsuliyyəti

Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

31.1. Elektron sənədlərin saxlanması, ötürülməsi və qəbulu zamanı Vasitəçi xidmətlərindən istifadə edilə bilər.

31.2. Vasitəçi fəaliyyətini təmin etmək üçün aşağıdakılara malik olmalıdır:

31.2.1. sistemdən etibarlı istifadəni təmin edən texnika və texnologiyalara;

31.2.2. bilikli, təcrübəli və səriştəli işçi heyətə;

31.2.3. xidmət göstərilmiş elektron sənədlərin vaxtını və mənbəyini təyin etməyə imkan verən şəraitə;

31.2.4. bu Qanunun 31.2.3-cü maddəsində qeyd olunan informasiyanın saxlanılması üçün etibarlı sistemə.

31.3. Vasitəçi bu Qanunun 31.2.3-cü maddəsində qeyd olunan informasiyanın 6 ay müddətində saxlanılmasını təmin etməlidir.

31.4. Vasitəçi fəaliyyət göstərmək üçün müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidir.

31.5. Vasitəçi istifadəçilərə müqavilə əsasında xidmət göstərir.

31.6. Bu Qanunun 31.2-ci maddəsində göstərilmiş tələbləri pozan Vasitəçi Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.

31.7. Vasitəçi fəaliyyətinin təhlükəsizliyini təmin edir və saxlanılan, ötürülən və qəbul edilən elektron sənədlərin məzmununa görə məsuliyyət daşımır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver