35.1. Mərkəzlər, Vasitəçilər fəaliyyəti zamanı malik olduğu informasiyalardan, o cümlədən imza sahibi barəsində məlumatlardan vəzifələrinin icrası ilə əlaqəsi olmayan məqsədlər üçün istifadə edə bilməzlər.
35.2. Mərkəzlər istifadəçilərə yalnız sertifikata daxil edilmiş və ona aid olan məlumatları verə bilərlər.
35.3. Mərkəzlərin, Vasitəçilərin əməkdaşları və ya digər əlaqəli şəxslər fəaliyyətləri zamanı imza sahibi barəsində onlara bəlli olan məlumatları və imza yaratma məlumatlarını qorumağa borcludurlar.