Qanunvericilik › Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 7

Maddə 7. Elektron imzanın korporativ informasiya sistemində istifadəsi

Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

7.1. Korporativ informasiya sistemində elektron imzanın istifadə edilməsi sisteminin daxili normativ sənədləri və ya iştirakçılar arasındakı müqavilə ilə tənzimlənir.

7.2. Korporativ informasiya sisteminin daxili normativ sənədlərində və ya iştirakçıları arasındakı müqavilədə imzanı istifadə edən şəxslərin hüquq və vəzifələri, habelə imzanın istifadə qaydalarına riayət edilməməsi nəticəsində iştirakçılara vurulmuş zərərin tənzimlənməsi barədə müddəalar nəzərdə tutulmalıdır.

7.3. Korporativ informasiya sisteminə xidmət edən Mərkəzlər sistemin mülkiyyətçisinin qərarı və ya iştirakçıların razılaşması əsasında formalaşdırılır.

7.4. Korporativ informasiya sisteminə xidmət edən Mərkəzlərin fəaliyyəti, sertifikatların tərkibi, sertifikat xidmətlərinin göstərilməsi, sertifikat reyestrinin aparılması, sertifikatların saxlanılması qaydaları sistemin daxili normativ sənədləri ilə tənzimlənir.

7.5. Korporativ informasiya sisteminin sertifikat xidməti Mərkəzi sistemdənkənar informasiya sisteminin istifadəçilərinə xidmət göstərdikdə Mərkəz bu Qanunda nəzərdə tutulmuş müddəalara uyğun olmalı və fəaliyyət göstərməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver