Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
1. “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi:
2.1. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə “Elektron kənd təsərrüfatı” informasiya sisteminin fəaliyyətinin təşkili, saxlanması və ondan səmərəli istifadənin təmin edilməsi üçün zəruri tədbirlər görsün;
2.2. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birgə “Elektron kənd təsərrüfatı” informasiya sisteminin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq “Elektron kənd təsərrüfatı” informasiya sisteminin aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 dekabr 2019-cu il
1.1. “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə” (bundan sonra – Əsasnamə) “Elektron kənd təsərrüfatı” informasiya sisteminin (bundan sonra – EKTİS), habelə onun altsistemlərinin fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.
1.2. Aqrar sektorun dövlət tərəfindən dəstəklənməsində şəffaflığı və hesabatlılığı təmin etmək üçün formalaşdırılan EKTİS-in fəaliyyətinin təşkilini, idarə olunmasını və təkmilləşdirilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi (bundan sonra – operator) təmin edir.
1.3. EKTİS kənd təsərrüfatı sahəsində xidmətlərin göstərilməsini və bu məqsədlə informasiyanın yaradılması, toplanılması, işlənilməsi, saxlanılması və axtarışı işlərinin avtomatlaşdırılmasını təmin edir.
1.4. EKTİS Azərbaycan Respublikasının mülkiyyətidir.
1.5. Bu Əsasnamənin məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir:
1.5.1. istifadəçi – EKTİS-dən informasiya əldəetmə və ya informasiyadan istifadə hüququ verilmiş dövlət və ya yerli özünüidarəetmə orqanı, hüquqi və ya fiziki şəxs;
1.5.2. elektron kabinet – istifadəçinin özü barədə olan məlumatlarla tanış olmasını, onları əldə etməsini və dəyişdirməsini, həmin məlumatlarda olan hər hansı dəyişikliklərlə bağlı məlumat almasını, müraciətləri elektron formada göndərməsini və xidmətlərdən istifadə etməsini, ödənişlər həyata keçirməsini, həmçinin operator ilə qarşılıqlı əlaqəni təmin edən xüsusi fərdi elektron səhifə.
1.6. Bu Əsasnamədə istifadə olunan digər anlayışlar “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nda (bundan sonra – Qaydalar), 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda, eləcə də Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında müəyyən edilmiş mənaları ifadə edir.
1.7. EKTİS ilə digər dövlət informasiya sistemləri və ehtiyatları arasında informasiya mübadiləsinin aparılması Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra – EHİS) vasitəsilə həyata keçirilir.
1.8. EKTİS-də toplanılmış fərdi məlumatların işlənilmə məqsədi kənd təsərrüfatı sahəsində fermerlərə effektiv xidmətlərin göstərilməsidir. Fərdi məlumatların EKTİS-də toplanılması və işlənilməsi “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
1.9. EKTİS-in fəaliyyətinin təşkili, idarə olunması və təkmilləşdirilməsi ilə bağlı xərclər dövlət büdcəsindən ayrılan vəsait və Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.
1.10. EKTİS-də həyata keçirilən elektron xidmətlərə görə ödəniş “Balıqçılıq haqqında”, “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti haqqında”, “Yol hərəkəti haqqında”, “Toxumçuluq haqqında”, “Seleksiya nailiyyətləri haqqında”, “Dövlət rüsumu haqqında”, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin elektron xidmətlərə görə dövlət rüsumundan azadolmalar “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyən olunur.
2.1. EKTİS operatorun hüquqlarının həyata keçirilməsi, funksiyalarının və vəzifələrinin icrası və ya elektron xidmətlərin təşkili məqsədilə Qaydaların 2.1-ci bəndində qeyd edilən prinsiplər nəzərə alınmaqla formalaşdırılır.
2.2. EKTİS-in fəaliyyəti aşağıdakı prinsiplər əsasında həyata keçirilir:
2.2.1. istifadə rahatlığı – məlumat mübadiləsinin, eləcə də istifadəçilərin EKTİS-dən istifadəsinin rahat və əlavə əməliyyatlar aparılmadan təmin edilməsi;
2.2.2. fasiləsizlik – aparılan təşkilati, inzibati, texniki və digər dəyişikliklərdən asılı olmayaraq EKTİS-in fəaliyyətinin fasiləsiz həyata keçirilməsi;
2.2.3. funksionallıq və davamlı inkişaf – EKTİS-in inkişaf etdirilməsi imkanını təmin edən proqram-texniki komponentlərin olması, ən son texnologiyalardan istifadə edilməklə EKTİS-in daim təkmilləşdirilməsi;
2.2.4. operativlik – xidmətlərin (o cümlədən elektron xidmətlərin) göstərilməsinin və məlumat mübadiləsinin ən qısa müddətdə həyata keçirilməsi;
2.2.5. sərbəstlik – EKTİS-in fəaliyyətinin onda aparılan təşkilati, inzibati, texniki və digər dəyişikliklərdən asılı olmaması;
2.2.6. şəffaflıq – EKTİS-in fəaliyyətində və xidmətlərin (o cümlədən elektron xidmətlərin) göstərilməsində aşkarlığın və hesabatlılığın təmin edilməsi.
3.1. EKTİS-in strukturuna aşağıdakı altsistemlər daxildir:
3.1.1. “kənd təsərrüfatı subyektlərinin qeydiyyatı” altsistemi;
3.1.2. “subsidiyalar” altsistemi;
3.1.3. “heyvandarlıq və süni mayalanma” altsistemi;
3.1.3-1. “ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalı” altsistemi;
3.1.3-2. “baytarlıq xidmətləri monitorinqi” altsistemi;
3.1.3-3. “kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsi” altsistemi;
3.1.3-4. “balıqçılıq” altsistemi;
3.1.3-5. “toxum” altsistemi;
3.1.4. “iş axınının idarə olunması” altsistemi;
3.1.5. “məlumatlandırma” altsistemi;
3.1.6. “təhlil və hesabat” altsistemi;
3.1.7. “aqrar ticarət (tapaqro)” altsistemi.
3.2. EKTİS-in strukturuna daxil olan altsistemlər vasitəsilə aşağıdakılar təmin edilir:
3.2.1. “kənd təsərrüfatı subyektlərinin qeydiyyatı” altsistemi vasitəsilə fermerlərin, təchizatçıların və tədarükçülərin, habelə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən digər subyektlərin qeydiyyatının aparılması, onların fəaliyyəti üzrə tələb olunan məlumatların və sənədlərin daxil edilməsi, ailə kəndli təsərrüfatı üzvlərinə vəsiqələrin təqdim edilməsi, torpaq sahələrinin xəritələşdirilməsi;
3.2.2. “subsidiyalar” altsistemi vasitəsilə fermerlərə subsidiyaların verilməsinə dair müraciətlərin elektron qaydada qəbulu, emalı və cavablandırılması, habelə dincə qoyulması da daxil olmaqla əkin və çoxillik əkmələrin altında olan kənd təsərrüfatı torpaqlarının fiziki şəxslər tərəfindən təyinatı üzrə istifadəsinin müəyyən edilməsi üçün məlumatların toplanılması, onlara dair arayışın formalaşdırılması və aidiyyəti üzrə ötürülməsi;
3.2.3. “heyvandarlıq və süni mayalanma” altsistemi vasitəsilə heyvandarlıq təsərrüfatlarının, heyvanların və heyvan qruplarının qeydiyyatının aparılması, onların hərəkətlərinin izlənilməsi, mənşəyinin, təsərrüfat əhəmiyyətinin və istifadə təyinatının müəyyənləşdirilməsi, heyvanların xəstəlik tarixçəsinin (vaksinasiya daxil olmaqla) və onlara dair digər məlumatların (o cümlədən yaşı, cinsi, sağlamlıq vəziyyətinə dair məlumat, idxal edildiyi halda idxal nömrəsi və s.) qeydiyyatının aparılması, karantin rejiminin tətbiqi və ya zərərli orqanizmlərin ləğvi, xüsusi təhlükəli heyvan xəstəliklərinin profilaktikası, diaqnostikası, müalicəsi və ləğvi ilə əlaqədar hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi, habelə bu Əsasnamənin 3.2.3-2-ci yarımbəndi nəzərə alınmaqla, heyvandarlıq təsərrüfatları üzrə fəaliyyət göstərən baytarlıq mütəxəssislərinin fəaliyyətinin əlaqələndirilməsi, heyvanların süni mayalandırılması işinin təşkili;
3.2.3-1. “ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalı” altsistemi vasitəsilə satınalan təşkilatlar tərəfindən ərzaq məhsullarının dövlət büdcəsinin vəsaiti hesabına satın alınmasına dair tələb və təkliflərin yerləşdirilməsi, istehsalçıların və ya satıcıların satınalan təşkilat tərəfindən seçilməsi, habelə satınalan təşkilatlarla istehsalçılar və ya satıcılar arasında ərzaq məhsullarının dövlət sifarişi ilə bağlı alqı-satqı əməliyyatlarının və bununla əlaqədar digər tədbirlərin həyata keçirilməsi;
3.2.3-2. “baytarlıq xidmətləri monitorinqi” altsistemi vasitəsilə xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı dövlət büdcəsindən maliyyələşdirilən baytarlıq xidmətlərini həyata keçirən hüquqi şəxslərin və fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslərin (bundan sonra − baytarlıq subyektləri) qeydiyyatı və müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinin elektron qaydada izlənilməsi, habelə onların fəaliyyətinin əlaqələndirilməsi;
3.2.3-3. “kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsi” altsistemi vasitəsilə kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə (istifadəyə) verilməsi ilə əlaqədar müraciətlərin qəbulu, baxılması və cavablandırılması, habelə kənd təsərrüfatı torpaqlarının fiziki şəxslər tərəfindən təyinatı üzrə istifadəsinin müəyyən edilməsi üçün məlumatların (əkin və çoxillik əkmələrin altında olan kənd təsərrüfatı torpaqlarına münasibətdə “subsidiyalar” altsistemində müvafiq məlumatlar olmadıqda) toplanılması, onlara dair arayışın formalaşdırılması və aidiyyəti üzrə ötürülməsi;
3.2.3-4. “balıqçılıq” altsistemi vasitəsilə akvakultura ilə məşğul olmaq üçün Biotexnoloji Layihə Sənədinin qəbulu və onun ekspertizasının təşkili, müvafiq qeydiyyat şəhadətnaməsinin verilməsi, akvakultura obyektlərinin və subyektlərinin uçotu, habelə dövlət sifarişi ilə akvakultura təsərrüfatlarında balıq və digər su bioresurslarının artırılması və bərpası barədə müqavilələr bağlanılması, kvota ayrılması, həmin təsərrüfatların yerləşdiyi torpaq sahələrinin və balıqovlama biletinin verilməsi barədə müraciətlərin qeydiyyatı, balıqovlama biletinin verilməsi, balıq və digər su bioresurslarının sənaye ovu ilə məşğul olmaq üçün vətəgə sahələrinin ayrılması barədə müqavilələr bağlanılması, balıq və digər su bioresurslarının ovu ilə məşğul olan balıqçılıq subyektlərinin uçotu balıqçı gəmilərinin və balıqovu alətlərinin qeydiyyatı və uçotu, balıqçılıq obyektlərinin növünü, həcmini və sair əks etdirən məlumatların toplanılması;
3.2.3-5. “toxum” altsistemi vasitəsilə Seleksiya və toxumçuluq sahəsində informasiya ehtiyatının aparılması, toxumçuluq obyektləri və subyektləri barədə məlumatların toplanılması, təhlili və hesabatlılığının, habelə toxum əməliyyatçılarının qeydiyyatı, həmin informasiya ehtiyatından çıxarışın verilməsi və toxumun sertifikatlaşdırılmasının elektron qaydada təmin edilməsi;
3.2.4. “iş axınının idarə olunması” altsistemi vasitəsilə məlumatların toplanılması, emalı, saxlanılması və qiymətləndirilməsi, müraciətlərə baxılması və cavablandırılması, daxil edilmiş sənədlərin surətlərinin avtomatik oxunması;
3.2.5. “məlumatlandırma” altsistemi vasitəsilə istifadəçilərə məlumat xarakterli elektron bildirişlərin göndərilməsi və göndərilən bildirişlərin qeydiyyatının aparılması;
3.2.6. “təhlil və hesabat” altsistemi vasitəsilə bir neçə mənbədən əldə edilmiş məlumatların təhlili üçün həmin məlumatların üzləşdirilməsi, üzləşdirmə zamanı aşkar edilən uyğunsuzluqların hesabatlarda öz əksini tapması, müxtəlif parametrlərə görə hesabatların alınması;
3.2.7. “aqrar ticarət (tapaqro)” altsistemi vasitəsilə istehsalçıların istehsal etdikləri kənd təsərrüfatı məhsullarına və aqrar sahədə fəaliyyət göstərən emal müəssisələrinin xammal tələbatına dair məlumatların əks etdirilməsi, kənd təsərrüfatı istehsal vasitələrinin (kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq, balıqçılığın, o cümlədən akvakulturanın həyata keçirilməsi üçün istifadə olunan texnika və texnoloji avadanlıq, suvarma sistemləri dəstləri və avadanlıqları, damazlıq heyvanlar, dirəklər, gübrə sertifikatlı toxum, ting və pestisid) və aqrotexniki xidmətlərin satın alınması, həmçinin həmin xidmətlər üzrə verilən subsidiya və güzəştlərdən istifadəyə nəzarət edilməsi.
4.1. EKTİS-in texniki-texnoloji infrastrukturu aşağıdakı əsas komponentlərdən ibarətdir:
4.1.1. proqram-texniki vasitələr və proqram təminatı;
4.1.2. telekommunikasiya kanalları;
4.1.3. əsas və ehtiyat mərkəzləri;
4.1.4. ödəniş modulu;
4.1.5. informasiya ehtiyatı və onu idarəetmə paneli;
4.1.6. müxtəlif əməliyyat sistemli (İOS, Android, Windows) mobil cihazlara uyğun mobil tətbiqlər;
4.1.7. sistemin test mühiti.
4.2. Proqram – texniki vasitələr və proqram təminatı EKTİS-in bu Əsasnamənin 1.3-cü bəndində qeyd edilən funksiyalarının həyata keçirilməsini, fəaliyyətinin etibarlılığını və təhlükəsizliyini, habelə istifadəçilərin EKTİS-dən istifadəsini və məlumat mübadiləsini təmin edir.
4.3. EKTİS fəaliyyətinin etibarlılığını və təhlükəsizliyini, operativ və keyfiyyətli xidmət (o cümlədən elektron xidmət) göstərilməsini, habelə məlumat mübadiləsini təmin edən dayanıqlı, mühafizəli, yüksək ötürücülü fiber-optik əsas və digər ehtiyat telekommunikasiya xətlərinə malikdir.
4.4. Ehtiyat mərkəz EKTİS-in fəaliyyətinin dayanıqlığını və təhlükəsizliyini təmin etmək, habelə EKTİS-də formalaşdırılan, EKTİS-ə daxil edilən və göndərilən məlumatların ehtiyat surətlərini saxlamaq məqsədilə yaradılır.
4.5. Ödəniş modulu EKTİS-də ödənişlərin elektron formada (“ASAN ödəniş” informasiya sisteminə keçid verilməklə) həyata keçirilməsini təmin edir.
4.6. EKTİS-də formalaşdırılan, EKTİS-ə daxil edilən və göndərilən məlumatlar
EKTİS-in informasiya ehtiyatında saxlanılır.
4.7. İdarəetmə paneli EKTİS-in informasiya ehtiyatının formalaşdırılmasını və idarə edilməsini, o cümlədən həmin informasiya ehtiyatından istifadəni təmin edir.
4.8. EKTİS-də aparılan dəyişikliklərin yoxlanılması test mühitində həyata keçirilir.
4.9. EKTİS istifadəçilərin identikləşdirilməsi və göstərilən xidmətlərin dəqiq və ünvanlı həyata keçirilməsi məqsədilə Vahid Giriş Sistemi (“ASAN Login”) ilə təchiz olunur.
4.10. EKTİS-in altsistemləri EKTİS-in texniki-texnoloji infrastrukturuna uyğun olaraq, bu Əsasnamənin 2-ci hissəsində qeyd edilən prinsiplər əsasında formalaşdırılır və fəaliyyət göstərir.
5.1. EKTİS-ə daxil edilən, habelə EHİS vasitəsilə EKTİS-ə ötürülən məlumatlar aşağıdakılardır:
5.1.1. fermerlərin, tədarükçülərin və təchizatçıların aşağıdakı məlumatları:
1. fiziki şəxs olduqda – soyadı, adı, atasının adı, qeydiyyat ünvanı və fərdi identifikasiya nömrəsi;
2. hüquqi şəxs olduqda – tam adı, qanuni təmsilçilərinin soyadı, adı və atasının adı, hüquqi ünvanı və hüquqi şəxslərin dövlət reyestrində qeydiyyata alınması ilə bağlı digər məlumatlar;
3. VÖEN-i (olduğu halda) və vergi ödəyicisi kimi uçota alınması haqqında digər məlumatlar;
4. fəaliyyət istiqamətləri və əlaqə vasitələri;
5. əcnəbi və vətəndaşlığı olmayan şəxs olduqda – sərhədkeçmə sənədi üzrə məlumatlar.
5.1.2. torpaq sahələrinin, o cümlədən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin dövlət torpaq kadastrı məlumatları, identikləşdirmə nömrəsi və iqtisadi qiymətləndirilməsi barədə məlumatlar;
5.1.3. ünvan məlumatları;
5.1.4. ortofoto planlar, ərazilərin peyk təsvirləri, inzibati ərazi vahidlərinin və bələdiyyə torpaqlarının sərhədləri barədə məlumatlar;
5.1.5. torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi barədə məlumatlar;
5.1.6. kənd təsərrüfatı məqsədləri üçün istifadə edilən daşınmaz əmlak (torpaq sahələri, tikili və qurğular), həmin daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquqlar, hüquqların yüklülüyü (məhdudlaşdırılması), hüquq sahibləri;
5.1.7. su kadastrı məlumatları, suvarılan torpaq sahələri, meliorasiya və irriqasiya (suvarma) şəbəkələri, hidrotexniki qurğular, nasos stansiyaları, subartezian quyuları, şorlaşma və şorakətləşmə vəziyyəti barədə məlumatlar;
5.1.8. ixtisaslaşmanın aparılması üçün tələb olunan aqroiqlim və hidrometeoroloji məlumatlar;
5.1.9. aparılmış notariat hərəkətləri barədə sənədlərə dair məlumatlar;
5.1.10. lizinqə verilmiş kənd təsərrüfatı istehsal vasitələri barədə məlumatlar;
5.1.11. qeydiyyata alınmış kənd təsərrüfatı texnikasının növü, tipi, markası, modeli, mühərrik gücü, şassi nömrəsi, təkərin növü, reyestr nömrəsi, dövlət qeydiyyat nişanı, istehsal olunduğu ölkə və zavod, zavod nömrəsi, texniki baxış vəziyyəti barədə məlumatlar;
5.1.12. kənd təsərrüfatı sahəsində dövlət büdcəsinin vəsaiti hesabına subsidiya alan və dövlət tərəfindən tətbiq olunan güzəştlərdən istifadə edən fiziki və hüquqi şəxslər barədə, habelə onlara ayrılan subsidiyaların növləri, məbləği, ödəniş tarixləri və istifadə vəziyyəti barədə məlumatlar;
5.1.13. subsidiyaların verilməsi ilə bağlı qayda və təlimatlar;
5.1.14. kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsi üçün istifadə edilən məlumat və göstəricilər;
5.1.15. kənd təsərrüfatı istehsal vasitələrinin alınması və (və ya) qurulması, həmçinin aqrotexniki xidmətlərdən istifadə üzrə həyata keçirilən ödənişlər barədə məlumatlar və həmin məhsul, iş və xidmətlərin təhvil verilməsini təsdiq edən sənədlər (təhvilverənin razılığı ilə);
5.1.16. istehsalı, idxalı və satışı həyata keçirilən kənd təsərrüfatı istehsal vasitələrinin və məhsullarının növləri və miqdarı (qaimə-faktura məlumatları), habelə idxalı həyata keçirilən kənd təsərrüfatı istehsal vasitələrinin və məhsullarının bəyannamələri üzrə məlumatlar;
5.1.17. nəqliyyat və mühəndis-texniki infrastruktur barədə məlumatlar;
5.1.18. hidroqrafik şəbəkə (hidroloji struktur), o cümlədən su ehtiyatları barədə məlumatlar;
5.1.19. meşə zolaqları və təsərrüfatdaxili yollar barədə məlumatlar;
5.1.20. heyvanların müayinəsi, müalicəsi və heyvan xəstəliklərinin profilaktikası barədə məlumatlar;
5.1.21. yeniliyə görə ekspertiza, habelə fərqliliyə, oxşarlığa və sabitliyə görə sınaq nəticələri əsasında qeydiyyata alınmış bitki sortları barədə məlumatlar;
5.1.22. seleksiya nailiyyətləri və onlardan istifadə üzrə bağlanılmış müqavilələr barədə məlumatlar;
5.1.22-1. toxumçuluqda istifadə edilən bitki materialları, toxumluq əkinlər, toxum əməliyyatçıları və toxumçuluğun digər obyektləri və subyektləri, habelə toxumçuluq sahəsində həyata keçirilən fəaliyyət barədə məlumatlar;
5.1.23. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 3.8-ci, 3.14-cü, 3.15-ci, 5.4-cü bəndlərində və 4.4.1-ci (sertifikat və diplomlara münasibətdə), 4.4.3-cü və 4.4.4-cü yarımbəndlərində qeyd edilən digər sənədlər (məlumatlar);
5.1.24. kənd təsərrüfatı məhsullarının yetişdirildiyi istixanalar, saxlanıldığı soyuducu anbarlar və taxıl elevatorları barədə məlumatlar;
5.1.25. uçota alınmış ailə kəndli təsərrüfatı üzvlərinə vəsiqələrin təqdim edilməsi barədə məlumatlar;
5.1.26. ərzaq məhsulları istehsalçılarının, satıcılarının və satınalan təşkilatların aşağıdakı məlumatları:
1. fiziki şəxs olduqda – soyadı, adı, atasının adı, qeydiyyat ünvanı və fərdi identifikasiya nömrəsi;
2. hüquqi şəxs olduqda – tam adı, qanuni təmsilçisinin soyadı, adı və atasının adı, hüquqi ünvanı;
3. VÖEN-i və vergi ödəyicisi kimi uçota alınması haqqında digər məlumatlar;
5. elektron poçt ünvanı;
6. bank rekvizitləri (bankın adı, müxbir hesabı, kodu, VÖEN-i, SWIFT kodu və digər müvafiq məlumatlar);
5.1.27. xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı dövlət büdcəsindən maliyyələşdirilən baytarlıq xidmətlərinin göstərilməsi ilə bağlı bağlanılmış müqavilələrin icrası barədə məlumatlar;
5.1.28. heyvanların qırxım məntəqələri və qaramalın çimizdirilmə qurğularında həyata keçirilən xidmətlər barədə məlumatlar;
5.1.29. karantin rejiminin tətbiqi və ya zərərli orqanizmlərin ləğvi, xüsusi təhlükəli heyvan xəstəliklərinin profilaktikası, diaqnostikası, müalicəsi və ləğvi ilə əlaqədar heyvanların, heyvan mənşəli məhsulların və xammalın məhv edilməsi, emalı və ya təkrar emalı məqsədilə götürülməsi və ya götürülmədən məcburi zərərsizləşdirilməsi, habelə həmin xəstəliklər nəticəsində hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi barədə məlumatlar.
5.1.29-1. kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə (istifadəyə) verilməsi ilə əlaqədar daxil olmuş müraciətlər və həmin müraciətlərə baxılması üzrə sənədlər;
5.1.30. icarəyə götürülmüş dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin istifadəsi, keyfiyyətinin yaxşılaşdırılması, qorunması və mühafizəsi barədə görülən işlərə dair icarəçilər tərəfindən təqdim edilmiş məlumatlar;
5.1.31. təyinatı üzrə istifadə edilən və təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı təyinatlı torpaqlar barədə məlumatlar (arayışlar);
5.1.32. akvakulturanın həyata keçirilməsi üçün müvafiq qeydiyyat şəhadətnaməsinin verilməsi barədə müraciətlər və həmin müraciətlərə baxılma üzrə sənədlər, o cümlədən Biotexnoloji Layihə Sənədi, müraciətçinin VÖEN məlumatları, adı (fiziki şəxslərə münasibətdə soyadı, adı, atasının adı), ünvanı (hüquqi ünvanı), telefon və elektron poçt ünvanı, akvakultura təsərrüfatının yerləşdiyi torpaq sahəsi, balıqçılıq su obyektinin yeri (yaşayış məntəqəsindən məsafə qeyd olunmaqla), balıqçılıq su obyektinin xəritə sxemi, habelə dövlət sifarişi ilə akvakultura təsərrüfatlarında balıq və digər su bioresurslarının artırılması və bərpası haqqında müqavilələr barədə məlumatlar, balıqovlama biletinin verilməsi və kvota ayrılması barədə müraciətlər və həmin müraciətlərə baxılma üzrə sənədlər, habelə vətəgə sahələrinin ayrılması barədə müqavilələr balıq ovu ilə məşğul olmaq üçün istifadə edilən balıqçı gəmiləri, balıqovu alətləri və balıqçı gəmilərində quraşdırılan texniki nəzarət vasitələri, balıqçılıq obyektlərinin növü, həcmi barədə məlumatlar;
5.1.33. aqrar sahədə fəaliyyət göstərən emal müəssisələrinin xammal tələbatı və istehsalçıların istehsal etdikləri kənd təsərrüfatı məhsulları barədə məlumatlar.
5.2. EKTİS-in digər dövlət informasiya ehtiyatları və sistemləri ilə inteqrasiyası, habelə məlumat mübadiləsinin təşkili Qaydalara uyğun olaraq həyata keçirilir.
5.3. EKTİS ilə digər dövlət informasiya sistemləri və ehtiyatları arasında məlumat mübadiləsini real vaxt rejimində həyata keçirmək mümkün olmadıqda, sənədlərin (məlumatların) EKTİS-ə daxil edilməsi əllə həyata keçirilir.
6.0. Operator aşağıdakı funksiyaları həyata keçirir:
6.0.1. EKTİS-in fəaliyyətinin təkmilləşdirilməsi və onun funksional imkanlarının artırılması istiqamətində tədbirlər görmək;
6.0.2. EKTİS-də olan məlumatların mühafizəsi məqsədilə aşağıdakı tədbirləri həyata keçirmək:
1. məlumatlara icazəsiz girişin qarşısını almaq;
2. məlumatlara giriş qaydalarının pozulması ilə bağlı xəbərdarlıq etmək;
3. proqram - texniki vasitələrin fəaliyyətini poza biləcək təsirlərin qarşısını almaq;
4. icazəsiz giriş nəticəsində dəyişdirilmiş və ya məhv edilmiş məlumatların dərhal bərpası imkanını təmin etmək;
5. məlumatların mühafizə səviyyəsini müəyyən etmək;
6. məlumatlara giriş hüquqlarını müəyyən etmək;
7. sistem proqramlarının, tətbiqi proqramların və informasiya ehtiyatlarının mütəmadi yenilənən ehtiyatının saxlanılmasını təmin etmək.
6.0.3. EKTİS-də aparılan təmir və yenilənmə işləri haqqında istifadəçiləri və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyini qabaqcadan məlumatlandırmaq;
6.0.4. EKTİS-də baş verən dayanmaları qısa vaxt ərzində aradan qaldırmaq;
6.0.5. EKTİS-in dövri olaraq tam monitorinqini həyata keçirmək;
6.0.6. EKTİS-in əlçatanlığını və mobil cihazlarda istifadəsini təmin etmək üçün mobil tətbiqini elektron marketlərdə (Google Play, App Store, Windows Store) yerləşdirmək;
6.0.7. EKTİS-də baş verən xətaların qeydiyyatının aparılmasını və xəta baş verdiyi an aidiyyəti əməkdaşların avtomatik məlumatlandırılmasını təmin etmək;
6.0.8. Qaydaların 6-cı hissəsində qeyd edilən digər funksiyaları həyata keçirmək.
7.1. İstifadəçilər EKTİS-də aşağıdakı istifadə imkanlarına malikdirlər:
1. qeydiyyatdan keçmək;
2. elektron kabinetdən istifadə etmək;
3. kənd təsərrüfatı sahəsində xidmətlər üzrə müraciət etmək;
4. təsərrüfatları (əkin sahələri, heyvanları və s.) haqqında məlumatları daxil etmək;
5. kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin təyinatı üzrə istifadə vəziyyəti və istehsal etdikləri kənd təsərrüfatı məhsulları haqqında məlumatları daxil etmək;
6. daxil edilmiş məlumatlar üzrə EKTİS-in avtomatik formalaşdırdığı bəyannamə əsasında subsidiya almaq üçün müraciət etmək;
7. bəyannamədə olan məlumatlarla razılaşmadıqda və ya hər hansı kənd təsərrüfatı fəaliyyət sahəsi üzrə şikayət etmək;
8. qayda və təlimatlarla bağlı məlumatlar əldə etmək;
9. EKTİS-də qeydiyyatdan keçən süni mayalanma və baytarlıq mütəxəssisləri, onların göstərdiyi xidmətlər haqqında məlumatları əldə etmək, habelə onlara müraciət etmək;
10. kənd təsərrüfatı istehsal vasitələrinin alınması üçün təchizatçıya elektron qaydada müraciət etmək;
11. müxtəlif assosiasiyalara və kooperativlərə üzv olmaq;
12. müraciətlərinin icrasını izləmək;
13. kənd təsərrüfatı məhsullarını yetişdirdiyi istixanalar barədə məlumatları EKTİS-də müəyyən edilmiş hesabat forması üzrə daxil etmək;
14. baytarlıq subyektləri tərəfindən yerinə yetirilən baytarlıq xidmətlərini izləmək;
15. baytarlıq subyektləri tərəfindən yerinə yetirilən baytarlıq xidmətlərini qiymətləndirmək;
16. əməyin təhlükəsizliyi tədbirləri ilə tanış olmaq və təsdiqləmək;
17. heyvanların qırxım məntəqələrində və qaramalın çimizdirilmə qurğularında həyata keçirilən xidmətin yerinə yetirilməsini təsdiqləmək və ya imtina etmək;
18. dövlət mülkiyyətində olan torpaqları icarəyə (istifadəyə) götürmək məqsədilə müraciət etmək;
19. icarəyə götürdüyü dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin istifadəsi, keyfiyyətinin yaxşılaşdırılması, qorunması və mühafizəsi barədə görülən işlərə dair məlumat təqdim etmək;
20. akvakultura ilə məşğul olmaq üçün Biotexnoloji Layihə Sənədini elektron qaydada təqdim etmək, habelə akvakulturanın istiqaməti dəyişdirildikdə, təsərrüfat yenidən qurulduqda və ya genişləndirildikdə Biotexnoloji Layihə Sənədində müvafiq dəyişiklik etmək, balıqovlama biletinin verilməsi, kvota ayrılması, habelə vətəgə sahələrinin ayrılması barədə müraciət etmək;
20-1. balıq ovu ilə məşğul olmaq üçün istifadə etdiyi balıqçı gəmiləri və balıqovu alətləri barədə məlumatları, habelə balıqçılıq obyektlərinin növünü, həcmini və sair əks etdirən məlumatları daxil etmək;
21. subsidiyalar və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nın 6-1-ci hissəsinə uyğun olaraq verilən vəsaitlər üzrə ödənişləri bu Əsasnamənin 7.6-cı bəndində nəzərdə tutulan qaydada həyata keçirmək;
22. toxum əməliyyatçısı kimi qeydiyyata alınması, toxumluq əkinlərin tarla nəzarətinin aparılması, istehsal etdiyi toxumun sertifikatlaşdırılması və toxumların idxalı, habelə seleksiya nailiyyətlərinin qeydiyyata alınması ilə bağlı müraciət etmək;
1. qeydiyyatdan keçmək;
2. elektron kabinetdən istifadə etmək;
3. kənd təsərrüfatı sahəsində xidmətlər üzrə müraciət etmək;
4. kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin təyinatı üzrə istifadə vəziyyəti və istehsal etdikləri kənd təsərrüfatı məhsulları, kənd təsərrüfatı istehsal vasitələri ilə bağlı apardıqları əməliyyatlar haqqında məlumatları daxil etmək;
5. daxil edilmiş məlumatlar üzrə EKTİS-in avtomatik formalaşdırdığı bəyannamə əsasında subsidiya almaq üçün müraciət etmək;
6. bəyannamədə olan məlumatlarla razılaşmadıqda və ya hər hansı kənd təsərrüfatı fəaliyyət sahəsi üzrə şikayət etmək;
7. qayda və təlimatlarla bağlı məlumatlar əldə etmək;
9. əkin subsidiyası əsasında satdığı kənd təsərrüfatı məhsulları (biohumus, gübrə, pestisid və s.) üzrə qalan məbləğin alınması üçün müraciət etmək;
11. fermerdən daxil olan müraciətləri təsdiqləmək və ya bundan imtina etmək;
12. işçilərinə EKTİS-də əməliyyat aparmaq üçün səlahiyyət vermək;
13. apardığı əməliyyatlar, habelə daxil etdiyi sənədlər (məlumatlar) üzrə müxtəlif parametrlərə görə hesabatlar almaq;
14. müraciətlərinin icrasını izləmək;
15. toxum əməliyyatçısı kimi qeydiyyata alınması, toxumların idxalı, habelə seleksiya nailiyyətlərinin qeydiyyata alınması ilə bağlı müraciət etmək;
1. qeydiyyatdan keçmək;
2. elektron kabinetdən istifadə etmək;
3. kənd təsərrüfatı sahəsində xidmətlər üzrə müraciət etmək;
4. fermerdən aldığı məhsullar barədə sənədləri (məlumatları) daxil etmək;
5. hər hansı kənd təsərrüfatı fəaliyyət sahəsi üzrə şikayət etmək;
6. qayda və təlimatlarla bağlı məlumatlar əldə etmək;
7. fermerin şikayətinə əsasən daxil etdiyi məlumatlarda düzəliş və ya həmin düzəlişdən imtina (əsas göstərilməklə) etmək;
8. apardığı əməliyyatlar, habelə daxil etdiyi sənədlər (məlumatlar) üzrə müxtəlif parametrlərə görə hesabatlar almaq;
9. müraciətlərinin icrasını izləmək;
10. fermerdən tədarük etdiyi məhsulları saxlamaq üçün istifadə etdiyi soyuducu anbarlar və taxıl elevatorları barədə məlumatları EKTİS-də müəyyən edilmiş hesabat formasına uyğun olaraq daxil etmək;
7.1.4. heyvandarlıq təsərrüfatlarında fəaliyyət göstərən, habelə xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı dövlət büdcəsindən maliyyələşdirilən baytarlıq xidmətlərini həyata keçirən müvafiq baytarlıq mütəxəssisləri:
1. qeydiyyatdan keçmək;
2. elektron kabinetdən istifadə etmək;
3. doğulmuş heyvanın sağlamlığı haqqında sənədləri (məlumatları) daxil etmək;
4. heyvandarlıq təsərrüfatları üzrə baytarlıq xidmətlərinin göstərilməsi və nəticəsi barədə məlumatları daxil etmək;
5. əməyin təhlükəsizliyi tədbirləri ilə tanış olmaq və təsdiqləmək;
6. baytarlıq xidmətləri göstərilən heyvanlar barədə məlumatları daxil etmək;
7. baytarlıq xidmətləri üzrə monitorinqin nəticəsi ilə tanış olmaq və qeydlərini daxil etmək;
8. müraciətləri izləmək və müraciət əsasında yerinə yetirdiyi baytarlıq xidmətləri barədə məlumatları daxil etmək;
7.1.5. süni mayalanma mütəxəssisi:
1. qeydiyyatdan keçmək;
2. elektron kabinetdən istifadə etmək;
3. mayalandırılan heyvan haqqında sənədləri (məlumatları) daxil etmək;
7.1.6. yerli özünüidarəetmə orqanı:
1. qeydiyyatdan keçmək;
2. elektron kabinetdən istifadə etmək;
3. uçota alınmış ailə kəndli təsərrüfatı üzvlərinin statusu, əmək fəaliyyəti və əmək stajı barədə məlumatları daxil etmək;
7.1.7. ərzaq məhsullarının istehsalçıları və ya satıcıları:
1. qeydiyyatdan keçmək;
2. elektron kabinetdən istifadə etmək;
3. satınalan təşkilatların ərzaq məhsullarına tələbatlarına uyğun təkliflərini (məlumat və (və ya) sənədləri) daxil etmək;
4. satınalan təşkilatlarla ərzaq məhsullarının dövlət sifarişi ilə bağlı alqı-satqı müqaviləsini elektron sənəd formasında bağlamaq, həmin müqavilədə dəyişiklik edilməsi üçün müqavilənin digər tərəfinə müraciət etmək;
5. ərzaq məhsullarının dövlət sifarişi ilə bağlı alqı-satqı müqaviləsinə uyğun olaraq məhsulların təhvil-təslim aktını təsdiqləmək;
7.1.8. satınalan təşkilatlar:
1. qeydiyyatdan keçmək;
2. elektron kabinetdən istifadə etmək;
3. ərzaq məhsullarına tələbatları barədə məlumatları daxil etmək;
4. ərzaq məhsullarının istehsalçıları və ya satıcıları ilə ərzaq məhsullarının dövlət sifarişi ilə bağlı alqı-satqı müqaviləsini elektron sənəd formasında bağlamaq, həmin müqavilədə dəyişiklik edilməsi üçün müqavilənin digər tərəfinə müraciət etmək;
5. ərzaq məhsullarının dövlət sifarişi ilə bağlı alqı-satqı müqaviləsinə uyğun olaraq məhsulların təhvil-təslim aktlarını təsdiqləmək.
7.1.9. heyvanların qırxım məntəqələri:
1. qeydiyyatdan keçmək;
2. elektron kabinetdən istifadə etmək;
3. müraciətləri izləmək və müraciət əsasında yerinə yetirdiyi xidmətlər üzrə məlumatları daxil etmək;
7.1.10. rayon (şəhər) icra hakimiyyəti orqanları:
1. qeydiyyatdan keçmək;
2. elektron kabinetdən istifadə etmək;
3. kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə (istifadəyə) verilməsi ilə əlaqədar daxil olmuş müraciətlərə baxmaq;
7.1.11. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti:
1. qeydiyyatdan keçmək;
2. elektron kabinetdən istifadə etmək;
3. kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə (istifadəyə) verilməsi ilə əlaqədar daxil olmuş müraciətlər üzrə rəy vermək;
7.1.12. banklar və bank olmayan kredit təşkilatları:
1. qeydiyyatdan keçmək;
2. elektron kabinetdən istifadə etmək;
3. subsidiyalar və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”na uyğun olaraq verilmiş kredit və digər ödənişlər barədə məlumatları daxil etmək;
7.1.13. toxum müfəttişləri:
1. qeydiyyatdan keçmək;
2. elektron kabinetdən istifadə etmək;
3. həyata keçirdikləri dövlət nəzarət tədbirləri üzrə məlumatları daxil etmək;
7.1.14. tarla müfəttişləri:
1. qeydiyyatdan keçmək;
2. elektron kabinetdən istifadə etmək;
3. müraciətləri izləmək və müraciət əsasında yerinə yetirdikləri xidmətlər üzrə məlumatları daxil etmək.
7.2. EKTİS-dən istifadə internet informasiya ehtiyatı üzərindən elektron kabinetlər vasitəsilə həyata keçirilir. Vahid Giriş Sistemi (“ASAN Login”) vasitəsilə identikləşdirildikdən sonra istifadəçilər tərəfindən EKTİS-də yaradılan elektron kabinetlərdən istifadə edilir.
7.3. İstifadəçilər identikləşdirildikdən sonra elektron kabinetlərində açıq sənədlərlə (məlumatlarla), habelə özlərinə aid sənədlərlə (məlumatlarla) tanış ola və onları çap edə bilərlər, habelə həmin sənədlərin (məlumatların) gücləndirilmiş elektron imza ilə imzalanmış elektron variantlarını əldə edə, elektron xidmətlərdən istifadə edə, ödənişlər və digər əməliyyatlar həyata keçirə bilərlər.
7.4. İstifadəçilər, həmçinin EKTİS-də yaradılan elektron kabinetləri vasitəsilə özləri haqqında toplanan məlumatlarda dəyişiklik olunmasını təklif edə, habelə həmin məlumatlardan istifadə olunması barədə məlumatları (Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş hallar istisna olmaqla) əldə edə (onlarla tanış ola) bilərlər.
7.5. İstifadəçilərin elektron kabinetlərində özləri barədə olan məlumatlarda etdikləri dəyişikliklər, aidiyyəti dövlət qurumlarının münasibət bildirməsi üçün, EKTİS tərəfindən real vaxt rejimində EHİS vasitəsilə həmin qurumlara göndərilir.
7.6. EKTİS-də həyata keçirilən elektron xidmətlərdən istifadə “Elektron hökumət” portalı vasitəsilə (elektron kabinetdə “Elektron hökumət” portalının internet informasiya ehtiyatına keçid verilməklə), ödənişlərin edilməsi isə “ASAN ödəniş” informasiya sistemi vasitəsilə (elektron kabinetdə “ASAN ödəniş” informasiya sisteminin internet informasiya ehtiyatına keçid verilməklə) həyata keçirilir.
7.7. Bu Əsasnamənin 5-ci hissəsində qeyd edilən sənədlər (məlumatlar) istifadəçilərin EKTİS-ə daxil etdikləri (elektron kabinetlərində olan) məlumatlar əsasında, belə məlumatlar daxil edilmədikdə isə EHİS vasitəsilə EKTİS-ə ötürülən məlumatlar əsasında istifadəçilərə göndərilir.
7.8. Bu Əsasnamənin 5-ci hissəsində qeyd edilən sənədlər (məlumatlar) EHİS vasitəsilə EKTİS-ə daxil olduqda həmin sənədlər (məlumatlar) EKTİS tərəfindən real vaxt rejimində istifadəçilərin elektron kabinetlərində yerləşdirilir (yerləşdirilmə vaxtı göstərilməklə) və bu barədə onların elektron ünvanlarına (olduğu halda) və mobil telefon nömrələrinə (qısa mesaj – SMS vasitəsilə) məlumatlar göndərilir.
7.9. SMS-lərin göndərilməsinin nəticələri barədə məlumatlar EKTİS tərəfindən real vaxt rejimində EHİS vasitəsilə aidiyyəti dövlət qurumlarına ötürülür. Həmçinin SMS məlumatların istifadəçilərə çatdırıldığı vaxt barədə məlumatlar onların elektron kabinetlərində yerləşdirilir və elektron ünvanlarına (olduğu halda) göndərilir.
7.10. Operator istifadəçinin EKTİS-in məlumatlarına giriş hüquqlarını aşağıdakı hallarda məhdudlaşdırır:
7.10.1. EKTİS-ə qeyri-qanuni daxilolma və ya müdaxilə baş verdikdə;
7.10.2. bu Əsasnamədə müəyyən edilmiş tələblər yerinə yetirilmədikdə.
1. 30 iyul 2020-ci il tarixli 1117 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 31 iyul 2020-ci il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №7, maddə 897)
2. 21 sentyabr 2020-ci il tarixli 1157 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 22 sentyabr 2020-ci il, № 192, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №9, maddə 1147)
3. 29 mart 2022-ci il tarixli 1640 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 30 mart 2022-ci il, № 63, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 228)
4. 29 sentyabr 2022-ci il tarixli 1847 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 29 sentyabr 2022-ci il, “Xalq” qəzeti, 30 sentyabr 2022-ci il, № 212, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 9, maddə 1036)
5. 14 aprel 2023-cü il tarixli 2101 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 14 aprel 2023-cü il, “Xalq” qəzeti, 15 aprel 2023-cü il, № 78, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 4, maddə 486)
6. 14 fevral 2023-cü il tarixli 2104 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 14 aprel 2023-cü il, “Xalq” qəzeti, 15 aprel 2023-cü il, № 78, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 4, maddə 489)
7. 29 dekabr 2023-cü il tarixli 2440 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 29 dekabr 2023-cü il, “Xalq” qəzeti, 30 dekabr 2023-cü il, № 287, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 12, I kitab, maddə 1701)
8. 6 iyun 2024-cü il tarixli 88 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 6 iyun 2024-cü il, “Xalq” qəzeti, 8 iyun 2024-cü il, № 120, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 6, I kitab, maddə 654)
9. 25 iyun 2024-cü il tarixli 113 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 iyun 2024-cü il, “Xalq” qəzeti, 26 iyul 2024-cü il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 6, I kitab, maddə 679)
10. 2 avqust 2024-cü il tarixli 170 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 2 avqust 2024-cü il, “Xalq” qəzeti, 3 avqust 2024-cü il, № 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 8, maddə 937)
11. 19 dekabr 2024-cü il tarixli 253 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 19 dekabr 2024-cü il, “Xalq” qəzeti, 20 dekabr 2024-cü il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 12, II kitab, maddə 1359)
12. 5 mart 2026-cı il tarixli 612 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 5 mart 2026-cı il, “Xalq” qəzeti, 6 mart 2026-cı il, № 43, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 3, maddə 216)
13. 8 iyun 2026-cı il tarixli 679 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 iyun 2026-cı il, “Xalq” qəzeti, 9 iyun 2026-cı il, № 99, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 6, maddə 500)
14. 13 avqust 2026-cı il tarixli 763 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 13 avqust 2026-cı il, “Azərbaycan” qəzeti, 14 avqust 2026-cı il, № 145)
15. 27 avqust 2026-cı il tarixli 781 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 27 avqust 2026-cı il, “Azərbaycan” qəzeti, 28 avqust 2026-cı il, № 155)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI